N Respublikasının vergi MƏcƏllƏs


V FƏsil Vergi qanunvericiliyinin pozulmasına görƏ mƏsuliyyƏt



Yüklə 3,61 Mb.
səhifə6/18
tarix06.05.2017
ölçüsü3,61 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

V FƏsil
Vergi qanunvericiliyinin pozulmasına
görƏ mƏsuliyyƏt


Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları

53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (31) və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.

53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz.

53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.

Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.

Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.

Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır.

Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir.

53.4. Vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə və İnzibati xətalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinin müddəaları müəyyən edilməlidir.

53.5. Vergi qanunvericiliyinin pozulması malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı olduqda, həmin işlərə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

53.6. Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir.

53.7. Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, onları vergi öhdəliklərinin və vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən azad etmir.

53.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə başqa qaydalar nəzərdə tutulmadığı hallarda bu sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinin vəzifəli şəxsinin (şəxslərinin) həmin hərəkətə görə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir (Azərbaycan Respublikasının 16 noyabr 2001-ci il, 26 noyabr 2002-ci il, 28 noyabr 2003-cü il və 3 dekabr 2004-cü il tarixli qanunları ilə edilmiş dəyişikliklərləAR QT, 2001-ci il, № 12, maddə 734; «Azərbaycan» q., 28 dekabr 2002-ci il; «Azərbaycan» q., 31 yanvar 2004-cü il; «Azərbaycan» q., 5 yanvar 2005-ci il).

Maddə 54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar

54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:

54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması;

54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması;

54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması;

54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması.



Maddə 55. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar

55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır:

55.1.1. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi;

55.1.2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi ödəyicisi — fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi;

55.1.3. vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi;

55.1.4. vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsaslar olmasının aşkar edilməsi;

55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması;

55.1.6. vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması.

55.2. Bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır.

Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddətixiii[13]

Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz (Azərbaycan Respublikasının 28 noyabr 2003-cü il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 31 yanvar 2004-cü il).



Mad 57. Hesabatın vaxtında verilsinə görə maliyyə sanksiyala

Maddə 57. Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları (31)

57.1. Vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbirinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

57.2. Bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavinin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

57.3. Bu Məcəllənin 23.1.2-ci maddəsində göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə sənədlərin və ya məlumatların bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. (31)



Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları

58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

58.2. Bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer, yaxud yaşağı yerin dəyişsi (31) barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizəsində qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş «Fərqlənmə nişanı» olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə şərti maliyyə vahidinin 40 misli miqdarında 40 manat məbğin maliyyə sanksiyası tətbiq edilir.

58.3. Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə (31) sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən (31) vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda — aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.



58.4. bu Məcəlnin 155-ci madsinə müvafiq olaraq vergi ödəyicisi təfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət gösrilsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdyə ödənilli olan ƏDV məbğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

58.5. bu Məcəlnin 157-ci və 158-ci madrinə müvafiq olaraq ƏDV məqsədri üçün qeydiyyat qüvyə mindən və ya ləğv edildiyi halda ƏDV üzelektron vergi hesab-fakturanın təqdim edilsinə görə vergi ödəyicisinə təqdim edilmiş elektron vergi hesab-fakturasında gösrilmiş vergi məbğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. (22*)

58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. (22*)

58.7. Nağd pul hesablaşmalanın aparılması qaydalanın pozulmana, ni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edildən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilmiş və ya texniki tələbrə cavab veryən nəzarət-kassa aparatlarından istifadə etmək, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etdən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalanın aparılmana, alıya təqdim edilli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklanın verilsi badə alının müraciətindən sonra da bunların verilsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ gösrilməklə verilsi, zarət-kassa aparatlarından istifadə edilsi dayanrıldıqda əhali ilə pul hesablaşmalanın qeydiyyanın aparılması qaydalanın pozulmana görə vergi ödəyicisi:

58.7.1. il təqvim ili (31) ərzində belə hallara birinci dəfə yol verildik 400 manat məbğin;

58.7.2. il təqvim ili (31) ərzində belə hallara ikinci dəfə yol verildik 800 manat məbğin;

58.7.3. il təqvim ili (31) ərzində belə hallara üç və daha çox dəfə yol verildik 1200 manat məbğində maliyyə sanksiyası tətbiq edilir.

58.8. Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətrin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizdilsinə və ya uçota alınmamana görə vergi ödəyicisi:

58.8.1. gizdilmiş və ya uçota alınmamış sərvətrin və ya vəsaitin ümumi məbğinin 1000 manatdan çox olan hissi 5 faizi miqdarında;

58.8.2. il ərzində belə hallara təkrar yol verildik, gizdilmiş və ya uçota alınmamış sərvətrin və ya vəsaitin ümumi məbğinin 1000 manatdan çox olan hissi 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

58.9. Bu Məcəlnin 194.2-ci madsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlanın gösricirində dəyişiklikrin edilsi, texnoloji avadanlıqlardakı plombların zələnsi, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamana, tam uçota alınmamana, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yol verilsi, eləcə də bu Məcəlnin 191.2-ci madsinin tələbrini pozmaqla hazır məhsulun istehsal sasindən kənara çıxarılmana görə vergi ödəyicisi 5000 manat məbğində maliyyə sanksiyası tətbiq edilir.

58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

58.11. Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba (rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxbir hesablar istisna olmaqla) (31) mədaxil edilmiş pul vəsaitinin 100 faiz miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Maddə 59. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər

59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,05 0,1 faizi məbləğində faiz tutulur.

59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz yoxlama səyyar vergi yoxlaması (31) nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. (22*)

59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,05 0,1 faizi məbləğində faiz ödənilir.

Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır (Azərbaycan Respublikasının 16 noyabr 2001-ci il, 28 noyabr 2003-cü il, 3 dekabr 2004-cü il və 15 dekabr 2006-cı il tarixli qanunları ilə edilmiş dəyişikliklərlə — AR QT, 2001-ci il, № 12, maddə 734; «Azərbaycan» q., 31 yanvar 2004-cü il; «Azərbaycan» q., 5 yanvar 2005-ci il; «Azərbaycan» q., 30 dekabr 2006-cı il).

Maddə 60. Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına tətbiq olunan maliyyə sanksiyaları

60.1. Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:

60.1.1. vergi orqanı tərəfindən hüquqi şəxsə, fərdi sahibkara, filiala və nümayəndəliyə bu Məcəllənin 35-ci maddəsinə uyğun olaraq vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan bu Məcəlləyə uyğun olaraq sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin hesablaşma hesabı və ya digər hesablar açdığına görə — hər açılmış hesab üçün 400 manat məbləğində;

60.1.2. sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin hesablaşma və ya digər hesabında, o cümlədən valyuta hesabında milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onun vergilərin ödənilməsinə dair tapşırıqlarını, habelə vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulması (31) haqqında vergi orqanlarının sərəncamlarını icra etmədiyinə görə — icra edilməmiş həmin ödəmə tapşırıqlarında və ya sərəncamlarda göstərilən məbləğin 20 faizi növbəliyi pozmaqla aparılan əməliyyatların məbləğlərinin, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə pul vəsaitinin dondurulması haqqında vergi orqanlarının sərəncamlarında göstərilən məbləğlərin (31) 50 faizi. Bu zaman tətbiq edilən maliyyə sanksiyasının məbləği həmin ödəmə tapşırıqlarında və ya vergi orqanının sərəncamında göstərilən məbləğin 50 faizindən çox olmamalıdır; (22*)

Vergi ödəyicisinin valyuta hesabından vəsait mübahisəsiz qaydada tutulduğu halda bank həmin gün Milli Bankın Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur. Valyuta vəsaiti vergi ödəyicisi tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra olunur.

60.2. Bu Məcəllənin 60.1.2-ci maddəsində müəyyən edilən hallarda vergi ödəyicisindən banka və ya bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatına müvafiq tapşırıq və ya sərəncam daxil olduğu gündən həmin günlər üçün vergi ödəyicisinə faiz hesablanmır.



Maddə 61. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyəti

61.1. Vergi orqanlarının hüquqazidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqazidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

61.2. Vergi ödəyicilərinə bu Məcəllənin 61.1-ci maddəsində göstərilən hərəkətlər (qərarlar) və ya hərəkətsizlik nəticəsində dəymiş zərər məhkəmənin qərarına əsasən ödənilir.

Vergi orqanları tərəfindən düzgün tutulmayan vergi, maliyyə sanksiyaları, faizlər və inzibati cərimələrin məbləğləri, vergilər üzrə borclar olmadıqda, bu Məcəllədə başqa hallar nəzərdə tutulmadıqda vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər.

61.3. Vergi orqanlarının vəzifəli şəxsləri və digər işçiləri özlərinin hüquqazidd hərəkətlərinə (qərarlarına) və ya hərəkətsizliyinə, o cümlədən öz xidməti vəzifələrini yerinə yetirmədiyinə və ya lazımınca yerinə yetirmədiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.


Kataloq: az-AZ-Latn -> 2013
2013 -> Sıra №-si Xidmətlərin adı
2013 -> Sıra №si İstehlakçı qruplarının adı
2013 -> Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq
2013 -> AzƏrbaycan Respublikasının
2013 -> Səhiyyə Nazirliyinin təsərrüfat subyektləri tərəfındən dərman vasitələrinin və maddələrinin ekspertizası xidmətlərinin tarifləri
2013 -> İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tarifləri
2013 -> Məhkumların yemək normaları
2013 -> Azərbaycan Respublikasının Ailə Məcəlləsi Qəbul edilmişdir: 28 dekabr 1999-cu IL, №781-iq
2013 -> Azərbaycan Respublikasının Mülki Məcəlləsi Qəbul edilmişdir
2013 -> Azərbaycan Respublikasının Meşə Məcəlləsi Qəbul edilmişdir: 30 dekabr 1997-ci il

Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə