Namazin hiKMƏt və SİRLƏRİ



Yüklə 0,75 Mb.
səhifə1/10
tarix06.05.2017
ölçüsü0,75 Mb.
#16996
  1   2   3   4   5   6   7   8   9   10
NAMAZIN

HİKMƏT VƏ SİRLƏRİ


Bu kitabda müəllif dinin sütunu sayılan namazın fəlsəfə və sirrinə toxunmuş, həmcinin namaza aid olan cəzbedici nöqtələri bəyan etmişdir. Mərhum alim müasir elmlərdən istifadə etməklə yanaşı gəncləri mənəviyyata doğru rəqbət­ləndirmişdir.

Kitabın adı: ................................Namazın hikmət və sirləri

Müəllif .....................................Ayətullah Əhməd Ehtimam

Mütərcim: ........................................... Rövşən Əhmədzadə

Redaktor: .............................................................Hacı Arzu

MÜTƏRCİMDƏN



BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ

Bildiyimiz kimi, füruiddinin (əməli hökmlərin) birincisi namazdır. Namaz o qədər əhəmiyyətlidir ki, hətta döyüş meydanında, xəstəlik və s. şəraitlərdə belə yerinə yetirilməli və heç bir halda tərk olunmamalıdır. Adəm peyğəmbərin (ələyhissəlam)1 yaradılışından başlayaraq sonuncu Peyğəmbər həzrət Məhəmmədin2 (salləllahu ələyhi və əlihi və səlləm)3 dövrünə kimi bu ibadət müxtəlif formalarda yerinə yetirilmiş və nəhayət İslam dinində kamilləşmişdir.

Cism və ruhdan ibarət olan insanın bədəninin təmiz qalması və müxtəlif xəstəliklərdən qorunması üçün “su” zəruri olduğu kimi onun ruhunun paklanması və sağlam qalması üçün “namaz” da zərurətdəndir. Çünki Allaha səmimi qəlbdən iman gətirib öz əməllərinə diqqət yetirən hər bir namazqılan, daima çalışır ki, yalnız Yaradanın razılığını əldə etsin və mənəviyyata ucalmaqla kamillik pillələrini addımlasın.

Təəssüflə qeyd etmək lazımdır ki, hal-hazırda bəzi müsəlmanlar namazın hikmət və fəlsəfəsindən agah olmadıqları üçün bu ibadətə etinasız yanaşır, bəziləri isə namaza əhəmiyyət vermir və bu ibadəti xurafat sayaraq bir sıra bəhanələr də tapırlar. Yəqin ki, belələri müqəddəs kitabımız Qurani-Kərimin ayələrindən xəbərsizdir. Onlar bilməlidir ki, hətta peyğəmbərin övladı,1 əmisi,2 yaxud həyat yoldaşı3 belə Allah-təalanın əmrlərinə itaət etməsə, axirətdə əbədi əzab içində olasıdır.



Yeri gəlmişkən namaza əhəmiyyət verməyən şəxslərin bəhanələrini qeyd edib onları cavablandırmaq istərdik:

Bəhanə 1: Mən hesab edirəm ki, ən başlıcası – insanın qəlbinin təmiz olmasıdır. Namaz qılmasan da olar. Cavab: Müqəddəs və mübarək dinimiz də qəlbin təmizliyini əsas amillərdən sayır. Amma məhz elə namaz həmin bu qəlb təmizliyinə nail olmağın zəruri elementlərindəndir. Maraqlıdır, Allahın sözünə qulaq asmayanın ürəyi necə təmiz ola bilər? Sənin qəlbin namaz qılmaqdan mübarək ayaqları şişən Məhəmməd Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) qəbindən təmizdirmi?

Bəhanə 2: Mən Allaha inanıram və məncə bu kifayətdir. Namaz qılmağa isə ehtiyac görmürəm. Cavab: Çox gözəl, amma iş burasındadır ki, sənin inandığın O Uca Allah namaz qılmağı sənə vacib bilir: “Həqiqətən Mənəm O Allah ki, Məndən başqa heç bir məbud yoxdur. Elə isə Mənə ibadət və namaz qılmaqla Məni yad et.” (Taha surəsi, 14-cü ayə).

Bəhanə 3: Namaz mənim vaxtımı alır və başqa işlərimi çatdıra bilmirəm. Cavab: Bəs onda dünyada müxtəlif peşələrdə (fəhlə, mühəndis, həkim, müəllim və s.) çalışan insanlar namaz qılmağa necə vaxt tapır? Sözsüz ki, milyardlarla müsəlmanın namaz qılıb bu ibadətə vaxt ayırması, dediyinizin əksini sübut edir. Bir də ki, gündəlik vacib olan beş namazın ümumi vaxtı təxminən 30 dəqiqə çəkir. Həmin vaxtı Allaha ayırmaq məntiqə uyğun deyilmi?

Bəhanə 4: O qədər namaz qılıb, oruc tutan tanıyıram ki, özlərini layiqli aparmırlar. Cavab: Bəs elə isə, siz o kəslərdən olun ki, namaz qılıb, oruc tutur və bununla yanaşı öz ləyaqətlərini də qoruyurlar.

Bəhanə 5: Mən niyyət etdim ki, filan arzum yerinə yetsə, namaz qılaram. Lakin o arzum yerinə yetmədi. Cavab: Biz öz Yaradanımıza şərtmi qoyuruq? Özü də ki, biz haradan bilə bilərik ki, xeyirimiz haradadır, ziyanımız harada? Məsələn, ola bilər ki, avtomobil barədə olan yerinə yetməmiş arzumuz bizi ağır bir qəzaya (ölümə) gətirəcəkdi. Quran buyurur: Bəyənmədiyiniz bir çox şeylər var ki, sizin üçün xeyirli və bəyəndiyiniz bir çox şeylər var ki, sizin üçün zərərlidir. Allah bunları bilir, lakin siz bilmirsiniz.” (Bəqərə surəsi, 21-ci ayə). Yaxud başqa bir ayədə belə buyurulur: “Əgər Allah sənə bir zərər yetirsə, Ondan başqa (həmin zərəri) heç kim uzaqlaşdıra bilməz və əgər (Allah) sənin üçün bir xeyir istəsə, Onun bu fəzilətinin qabağını heç kim ala bilməz. O, Öz (xeyrini) istədiyi bəndələrinə çatdırır. Bağışlayan və Mehriban olan məhz Odur.” (Yunus surəsi, 107-ci ayə).

Bəhanə 6: Mən qorxuram ki, namazı vaxtında qılmayım. Bu ibadəti yerinə yetirmək mənim üçün çətin olar. Cavab: Qətiyyən qorxmayın! Sizdən qat-qat zəif, xəstə olan insanlar belə namazı vaxtında qılır və bundan yalnız fayda aparır.

Bəhanə 7: Mən hələ cavanam, 40 yaşına çatanda namaz başlayaram. Cavab: Allah-təaladan çoxmu bilirsən? Gələcəkdən xəbər vermək yalnız Ona məxsusdur. Sən 40 yaşına kimi yaşayacağına əminsənmi? Yaxud 5 dəqiqədən sonra başına nə iş gələcəyini bilirsənmi?
Şair demişkən:
Çəkmə dünyanın nazını,

Sən qıl beş vaxt namazını.

Sabah qılaram” deyənin,



Bu gün qıldıq namazını.

Hər bir insanın təbiətində “təşəkkür” hissi var. Məsələn, əgər avtobusda cavan bir şəxs özündən yaşca böyük birisinə otur­maq üçün yer verərsə, o, istər-istəməz həmin cavana öz təşəkkür və minnətdarlığını bildirəcək. Namazın hikmətlərindən biri də Yaradana “şükr etmək” hissidir. Belə ki, namaz qılmaqla Allah-təalanın bizə bəxş etdiyi sonsuz nemətlərin (hava, su, sağlamlıq və s.) müqabilində Ona öz təşəkkürümüzü bildirmək və möhtaclığımızı etiraf etmək istəyirik. Bu da vücudumuzda olan “təşəkkür” duyğusunun büruzə verilməsidir. Əlbəttə ki, Allah-təalanın bizim namazlara heç bir ehtiyacı yoxdur. Əsl məqsəd budur ki, insan namaz qılmaqla kamilliyə, mənəviyyata ucalıb dünya və axirət səadətinə yetişsin.

Namazın əhəmiyyətli olduğunu yada salaraq Qurani-Kərimin “Muddəssir” və “Maun” surələrindən bir neçə ayəni zikr edirik:
فىِ جَنَّاتٍ يَتَسَاءَلُونعَنِ الْمُجْرِمِينمَا سَلَكَكمُفىِ سَقَر

قَالُواْ لَمْ نَكُ مِنَ الْمُصَلِّين وَ لَمْ نَكُ نُطْعِمُ الْمِسْكِين

وَ كُنَّا نخَوضُ مَعَ الخَائضِين حَتىَّ أَتَئنَا الْيَقِين

Cənnətdəkilər (Cəhənnəmdə olan) günahkar­lardan soruşacaq: Sizi “Səqər”ə (Cəhənnəmə) salan nədir?” Cavab verəcəklər: “Biz namaz qılanlardan deyildik, yoxsullara təam verməzdik, batilə uyanlarla əlbir idik, dirilənə kimi qiyamət gününü (dirilməyi) də yalan sayardıq.”1


فَوَيْلٌ لِّلْمُصَلِّين الَّذِينَ هُمْ عَن صَلَاتهِمْ سَاهُون
Vay olsun, o namazqılanların halına ki, namazlarını yüngül sayarlar (Namaza əhəmiyyət verməzlər).”2
Əksinə olaraq hər kəs namaza diqqətlə yanaşıb bu ibadəti layiqincə yerinə yetirsə, Allah-təala tərəfindən böyük mükafata nail olacaqdır. Belə ki, Qurani-Kərimin “Əla” surəsinin 14 və 15-ci ayələrində belə buyurulur:
قَدْ أَفْلَحَ مَن تَزَكى وَ ذَكَرَ اسْمَ رَبِّهِ فَصَلى‏

Həqiqətən, nəfsini saflaşdıran nicat tapdı və Pərvərdigarını yad etməklə namaz qıldı.”

Rəvayətlərdə də namaza əhəmiyyət verilməsi təkidlə tapşırılır. İmam Sadiq (ələyhissəlam) buyurur: “Hər kəs namazı yüngül saysa, bizim şəfaətimiz ona yetişməyəcəkdir.”

Artıq bütün dünyada başlamış İslam intibahının lətif dalğaları bizim ölkəni də döyəcləməkdədir. Dinə qayıdış və inanclarımıza yenidən baxış hər bir yerdə hiss olunur. Belə bir dönəmdə alimlərin, din xadimlərinin vəzifə və məsuliyyətləri qat-qat artıq olur. Ayinlərimizi, etiqad və hökmləri ümumi xalqın başa düşə biləcəyi bir tərzdə, elm və məntiq əsasında oxuculara çatdırmaq, qarşımızda duran ən önəmli və müqəddəs vəzifəmizdir.

Rəbbimizin öz bəndələrinə vacib etdiyi, tərk olunduğu təqdirdə əzab vədəsi verilən hökmlərin açıqlanması isə təxirəsalınmaz işlərdəndir. Uca Tanrının müqəddəs dərgahına yüksəlmək vasitəsi kimi elan olunan namazın əhəmiyyəti isə inkarolunmaz bir həqiqətdir.

Əgər Allah-təala bu kiçik təlaşı qəbul edib savab yazarsa, həmin savabı valideynlərimə hədiyyə edirəm.

Ey Öz bəndələrinə ata-anadan da Mehriban olan Allahım! Millətimizə yardım et, onları Öz haqq olan yoluna yönəlt və onlara namaz qılıb ibadət etmək şirinliyini dadızdır. Amin! Ya Rabbəl aləmin!

1432/ 23 səfər. ---------- 2011/ 28 yanvar.





Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin