M.Ə.Rəsulzadə - 130 Nəsiman Yaqublu M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin xronologiyası
1884-cü il 31 yanvar – M.Ə.Rəsulzadə Bakı quberniyası Bakı qəzasının Novxanı kəndində, axund Hacı Molla Ələkbərin ailəsində dünyaya gəlib.
1901-1903-cü illər –İlk təhsilini bu kəndin axundu olan atasından alıb. Sonradan Bakı şəhərində Sultan Məcid Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci “Müsəlman və Rusi” məktəbində, eləcə də Bakı Texniki məktəbində rus dilində təhsil alıb.
1
Öz xətti ilə rus dilində yazdığı
tərcümeyi - hal 903-cü il – “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”ni yaradır. Gizli fəaliyyət göstərən bu təşkilatın əsas vəzifəsini M.Ə.Rəsulzadə belə açıqlayırdı: “Gənclərdə milli hisslər yaratmaq, rus məktəblərində oxudulmayan türkcəni inkişaf etdirmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış şeirləri əzbərləmək və arada-sırada mətbəə üsulu ilə çap edilmiş bəyannamələri paylamaq, fəhlələr arasına gedib, hürriyyət və inqilab fikirlərini onların arasında sistemli surətdə yaymaq”. Dərnəyin “Hümmət” adlı bir qəzeti də çıxmışdır.