13 noyabr 2016-cı il, bazar
9
Azərbaycanın vətənsevər şairi Məhəmməd Hadi
öz dövründə ürəkağrısı, bir qədər də azadlığa, müstəqilliyə
qovuşmaq eşqi ilə dərin bir nisgillə yazdığı şeirlərinin
birində təəssüflə deyirdi: “Yox millətimin xətti bu imzalar
içində...” Bütün dövrlərin görkəmli dövlət xadimləri
sırasında əbədi yer tutan dünya şöhrətli siyasətçi, dünya
azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev öz
bənzərsiz fenomenliyi, idrakı ilə müstəqil Azərbaycanın
memarı olmaqla yanaşı, həm də milyonların fikrini,
düşüncəsini ifadə edən şairin həsrətli sözlərini həqiqətə
çevirmək üçün gəlmişdi sanki bu dünyaya. Ulu öndər
dahiyanə siyasəti, dərin zəkası, təfəkkür diapazonunun
yenilməz gücü, qüvvəsi və bütün varlığı ilə dünyaya sübut
etdi ki, Azərbaycan dövləti müstəqil olmağa, millətinin
dünya durduqca bu müstəqilliyin ecazkar qüvvəsinin cazibə
dairəsi ətrafında yaşayıb-yaratmağa layiq olan bir xalqdır.
Ümummilli liderin diqqət və
qayğısı sayəsində hələ keçən əsrin
70-ci illərindən etibarən Azərbaycan
dünya xalqları tərəfindən tanındı, se-
vildi, inkişaf etdi, şöhrətləndi. Hələ o
vaxtlar ulu öndər Azərbaycan SSR-in
Konstitusiyasında Azərbaycan dilinin
dövlət dili kimi təsbitlənməsi yolun-
dakı böyük çətinlikləri, maneələri
dəf etmək bacarığı ilə gələcək
dövlət müstəqilliyimizin əsasını,
bünövrəsini qoyurdu. Heydər Əliyev
siyasətinin ardıcıl davamçısı Pre-
zident İlham Əliyevin: “Ulu öndər
Heydər Əliyev Azərbaycanın dövlət
müstəqilliyinin təşəbbüskarıdır,
onun banisidir” kəlamı ümummilli
liderin müstəqillik yolunda atdığı
möhtəşəm addımlara verilən ən
dəyərli qiymətdir. Azərbaycanı
dünyaya müstəqil ölkə kimi tanıtdı-
ran Heydər Əliyev təkcə Məhəmməd
Hadinin yox, həm də onun və
onun kimi ziyalıların, vətənsevər
insanların timsalında Vətənin
azadlığı, dövlət müstəqilliyinin
əldə edilməsi və möhkəmlənməsi
uğrunda canlarını fəda etmiş bütün
şəhidlərin ruhunu sevindirdi. O, 35
ilə yaxın bir müddətdə Azərbaycan
üçün göstərdiyi əvəzsiz xidmətləri
və möhtəşəm əməlləri ilə, eləcə də
Birləşmiş Millətlər Təşkilatının,
beynəlxalq təşkilatların mötəbər
kürsülərində heyrətamiz nitqləri
ilə “Var millətimin xətti bu imzalar
içində!” həqiqətini əbədi olaraq həkk
elədi.
Hər bir xalq kimi, Azərbaycan
xalqının da əzəli və əbədi arzuların-
dan biri dövlət müstəqilliyini əldə
etmək, onu qoruyub saxlamaq olub.
Hamı azadlığa can atır. Biz SSRİ-nin
tərkibində olanda tez-tez eşidirdik
ki, hansısa Afrika ölkəsi, ya ərəb
ölkəsi İngiltərənin, Fransanın, ABŞ-ın
müstəmləkəçiliyindən azad oldu,
dövlət müstəqilliyi əldə etdi. Bunu o
zamanlar sovet ideoloqları geniş şərh
edirdilər. Lakin Azərbaycan da daxil
olmaqla 15 respublikanın, üstəlik
də azadlığa can atan Bolqarıstan,
Macarıstan, Polşa və s. kimi bir sıra
sosialist ölkələrinin SSRİ-nin özünün
müstəmləkəsi altında olmasından
bir kəlmə də danışılmırdı. Şəxsən
mən keçən əsrin 70-ci illərinin
əvvəllərində hər dəfə Moskvada,
Leninqradda (indiki Sankt-Peterburq)
elmi ezamiyyətlərdə olanda orada-
kı həm qədim, həm də müasir tipli
möhtəşəm tikililəri görəndə Stepan
Razin, Stepan Şaumyan, Paske-
viç və s. kimilərinu xatırlayırdım.
Azərbaycanın var-dövlətini aparanlar,
yeraltı və yerüstü sərvətlərini xalqın,
millətin əlindən alıb, özlərinə, öz
gələcəklərinə xoş güzəran yaradan ta-
lançılar düşürdü yadıma. Xəyalımdan
keçirdi ki, kaş Azərbaycanda da belə
müasir binalar tikiləydi, körpülər
salınaydı, yollar çəkiləydi. Şükürlər
olsun ki, müstəqilliyimizin indiki
çağında bütün bunları görə bildik.
İndi şahid olanda ki, ümum-
milli liderin sədaqətli davam-
çısı Prezident İlham Əliyevin
müstəqilliyimizin bərpasının son
13 ilində Vətənimizdə əsrlərə
bərabər bir irəliləyiş, bir dönüş ya-
ratması sayəsində əcnəbi qonaqlar
Azərbaycana, Bakıya gəlib onun
inkişaf dinamikasına, mövcud
infrastrukturunun qədimliyi ilə
müasirliyinin vəhdətindən ya-
ranan gözəlliklərinə valeh olur-
lar, şübhəsiz bütün bunlar hər
birimizin qəlbini qürur hissi ilə
doldurur. Azərbaycanın dövlət
müstəqilliyindən böyük xoşbəxtlik,
ondan böyük nemət ola bilməz.
Bunu hər kəs bilir və dövlət
müstəqilliyimizlə fəxr edir.
Böyük alman şairi, İohan Folf-
qanq Höte bədii yaradıcılıqla yanaşı,
həm də bir vaxtlar insan kəllələri
üzərində anatomik yönümlü elmi-
tədqiqat işləri də aparırdı. O, insan-
da erkən embriogenezdən sonrakı
inkişaf mərhələlərində sərbəst şəkildə
mövcud olmayan və əng sümüyü-
nün bir hissəsini təşkil edən kəsici
sümüyü heyvan kəlləsində görəndə
və onu özünəməxsus şəkildə kəşf
edəndə heyrətindən vəcdə gəlmiş,
bütün dünyaya səslənərək demiş-
di: “Mən tapmışam! Mən nə qızıl
tapmışam, nə də gümüş. Mən kəsici
sümüyü tapmışam!” Keçən əsrin
90-cı illərinin əvvəllərində - 1991-ci
il oktyabr ayının 18-də Azərbaycanın
dövlət müstəqilliyi bərpa olunanda
Hötenin dünyaya verdiyi mesaj keçdi
xəyalımdan. Var gücümlə dünyaya səs
salmaq istəyirdim ki, “Mən tapdım!
Mən nə ləl tapdım, nə cəvahirat.
Mən dövlət müstəqilliyimi tapdım!
Bununla özümü dünyanın ən xoşbəxti
hesab etdim”.
Prezident İlham Əliyevin vur-
ğuladığı kimi, 1990-cı ildə Heydər
Əliyev Naxçıvanda artıq əyani
olaraq Azərbaycanın müstəqilliyinin
bərpasının möhkəm özüllərini
qoymuşdu. Onun sayəsində üçrəngli
bayrağımız ilk dəfə 1990-cı ildə
Naxçıvanda dalğalanmışdı və bu res-
publikanın adından “Sovet Sosialist”
ifadələri çıxarılmışdı. Bu, tək Naxçı-
vanda yox, bütünlüklə Azərbaycanda
müstəqilliyin bərpasının təməl daşla-
rının qoyulması demək idi.
Ötən 25 il ərzində Azərbaycan
dünya miqyasında böyük nü-
fuz qazanıb, hərtərəfli inkişaf
perspektivlərini durmadan davam
etdirir. Bunu son 25 ildə Azərbaycan
Tibb Universitetinin timsalında,
onun müstəqillik dövründə əldə
etdiyi möhtəşəm nailiyyətlərdə də
aydın görürük. 1991-ci il 18 oktyabr
tarixi yaşlı nəslin nümayəndələri
kimi, mənim də gözlərim önündədir.
O zamanlar vəziyyət çox ağır idi.
Bir tərəfdən erməni qəsbkarları,
digər tərəfdən xarici qaniçənlər
Azərbaycanın dövlət müstəqilliyinin
bərpa prosesinə hər vəchlə əngəllər
törədir, onu beşikdə ikən boğmağa
çalışırdılar. O zamanlar Azərbaycan
Tibb Universitetində də xaos ya-
ranmışdı. Tələbələri auditoriyalara
yığmaq, tədrisi, elmi işləri, səhiyyə
problemlərini öz məcrasına qaytar-
maq mümkün olmurdu. Mitinqlərdə
iştirak edən müəllimləri izləyir,
cəzalandırırdılar. Bu çətinlikləri,
müstəqilliyimizin bərpasının tükdən
asılı olduğunu, Azərbaycanın
parçalanıb yox olacağı təhlükəsini
xalqımız görürdü və ona görə də,
təkidlə ulu öndər Heydər Əliyevin
hakimiyyətə gəlməsini tələb və
xahiş edirdi. Xoşbəxtlikdən bu,
reallaşdı. 1993-cü ilin 15 iyun tarixi
Azərbaycanın tarix salnaməsinə qızıl
hərflərlə yazıldı. 1994-cü il may
ayının 14-də ümummilli lider Heydər
Əliyev erməni vandallarının işğal-
çılıq siyasətini dayandırmaq, ölkə
iqtisadiyyatını bərqərar etmək, yeni
yaradılan ordumuzun müdafiə və
mübarizə qabiliyyətini gücləndirmək
üçün cəbhədə atəşkəsə nail oldu.
Həmin il sentyabrın 20-də isə ulu
öndərin uzaqgörən siyasəti sayəsində
“Əsrin müqaviləsi” imzalandı, bu-
nunla da indiki inkişaf mərhələsinin
möhkəm bünövrəsi qoyuldu. Ümum-
milli lider “Azərbaycanın dövlət
müstəqilliyi daimidir, əbədidir,
dönməzdir” tezisini verdi. Bu şüar
hamının dilinin əzbəri oldu və öz
təsdiqini tapdı.
Azərbaycan Tibb Universiteti ulu
öndərin qayğısı sayəsində tədrisin
keyfiyyətinin yaxşılaşdırılması üçün
yeni layihələr hazırladı və tədricən
onları həyata keçirməyə başladı. O
vaxtlar biz müstəqilliyin yaratdı-
ğı sürətli dəyişiklikləri ölkəmizin
inkişafı fonunda Azərbaycan Tibb
Universitetində hiss edir, görür, onun
iştirakçısı olurduq. Azərbaycan Tibb
Universitetinin o vaxtkı rektoru,
hazırda Milli Məclisin səhiyyə
komitəsinin sədri, akademik Əhliman
Əmiraslanovun qeyd etdiyi kimi,
1996-cı ildə ATU keçmiş MDB
ölkələri arasında birincilər
sırasında Londonda çap olunan
Dünya Təhsil Birliyinin reyestrinə
salındı. O vaxtlar MDB ölkələri
ali məktəblərindən buna yalnız
Rusiya və Ukraynanın bir neçə ali
məktəbi, o cümlədən ölkəmizdən,
eləcə də Cənubi Qafqazdan təkcə
Azərbaycan Tibb Universiteti
layiq görülmüşdü. Bundan sonra
ATU-nun beynəlxalq əlaqələri
genişlənərək artdı. ATU ardı-
cıl olaraq Qara dəniz Ətrafı
Ölkələrin Təhsil Birliyinin, Avropa
Təhsil Birliyinin, Beynəlxalq
Universitetlər Assosiasiyası-
nın tamhüquqlu üzvü statusuna
yiyələndi.
Ümummilli lider 1998-2000-
ci illərdə 2 dəfə Azərbaycan Tibb
Universitetinə gəldi və hər dəfə də
proqram xarakterli geniş nitq söylədi.
Müstəqil ölkəmizin Prezidentinin
bu nitqlərinin müddəaları ATU-nun
gələcək inkişaf yollarını nəinki
müəyyənləşdirdi, həm də bu yolları
məşəl kimi işıqlandırdı.
Müstəqilliyimizin ilk illərində
yaranmış iqtisadi çətinliklər, sosial
qayğılar inkişafı ləngidirdi. Bununla
belə, ATU rəhbərliyinin tədris binala-
rının, maddi-texniki bazaların qıtlığı
barədə ölkə başçısına müraciəti dərhal
cavablandırıldı. Çətinliklərə baxma-
yaraq uzun illər inşası dayandırılaraq
dondurulmuş 11 mərtəbəli tədris
binasının tikintisi rəhbərin diqqət və
qayğısı sayəsində bərpa olundu və tez
bir zamanda müəllim və tələbələrin
öhdəsinə verildi. 1998-ci il sentyab-
rın 28-də ulu öndər Heydər Əliyevin
ATU-ya gələrək 11 mərtəbəli yeni
tədris binasının açılışında, 2000-ci
ildə isə ATU-nun 70 illik yubileyində
və 400 yerlik nadir akt zalının
açılışında iştirakı, bütün tibb təhsili
və səhiyyə işçilərini bu münasibətlə
təbrik etməsi universitetimizin
əməkdaşları arasında böyük bay-
ram ovqatı yaratdı. 2000-ci ildə ulu
öndərin qayğısı sayəsində ATU-nun
nəzdində ölkə üçün strateji əhəmiyyət
kəsb edən hərbi-tibb fakültəsi təşkil
edildi, 2001-ci ildə bu ali tibb təhsili
ocağının ilk klinikası – Stomato-
loji Klinika yaradıldı. Bununla da,
ATU-nun öz klinikalarının yaradılma-
sının bünövrəsi qoyuldu. Beləliklə,
ATU rəhbərliyinin uzun illərdən
bəri intizarında olduğu və hər elmi
şura iclasında müzakirə mövzusuna
çevirdiyi arzularından biri ümum-
milli lider Heydər Əliyev tərəfindən
müvəffəqiyyətlə həyata keçirildi.
2007-2008-ci illərdə Prezi-
dent İlham Əliyev ATU-da daha 3
möhtəşəm klinikanın yaradılması
haqqında sərəncamlar imzaladı və
müstəqil ölkəmizin bu ali tibb təhsili
müəssisəsi bir-birinin ardınca özünün
onkoloji, tədris terapevtik və tədris
cərrahiyyə kimi klinikalarına sahib
oldu. 2007-2012-ci illərdə bu bina-
ların həm bünövrələrinin qoyulması,
həm də açılışı tədbirlərində Cənubi
Qafqazda analoqu olmayan belə kli-
nikaların inşasının təşəbbüskarları,
təşkilatçıları və təminatçıları olan
Prezident İlham Əliyev və Heydər
Əliyev Fondunun prezidenti, Milli
Məclisin deputatı, UNESCO-nun
və ISESCO-nun xoşməramlı səfiri,
ölkəmizin birinci xanımı Meh-
riban Əliyeva Azərbaycan Tibb
Universitetində oldular, bu ali tibb
təhsili ocağının əməkdaşları və
ölkəmizin səhiyyə işçiləri ilə səmimi
görüşlər keçirdilər, onlara öz dəyərli
tövsiyələrini, lazımi məsləhətlərini
verdilər, klinikaların işinə uğurlar
arzuladılar. Bütün bunlar müstəqillik
illərində dövlətimizin ATU-ya
ərməğan etdiyi ən dəyərli töhfələr
sırasına düşdü.
Azərbaycanda belə unikal
klinikaların yaradılması Səhiyyə
Nazirliyi və Azərbaycan Tibb Uni-
versiteti rəhbərliyinin qarşısında yeni
geniş üfüqlər açdı. Bunun sayəsində
Azərbaycan səhiyyəsinin, tibb elmi
və tibb təhsili sistemlərinin dünya
səhiyyəsinə, tibb elmi və tibb təhsili
sistemlərinə daha dərindən inteqrasi-
ya etməsinə, yeni müqavilələr bağlan-
masına imkanlar yarandı. Hazırda bu
klinikalar ən müasir innovativ texno-
logiyalarla təmin edilib və xəstələrin
müayinə, müalicə və reabilitasiya-
sının, tibb elminin tərəqqisinin, tibb
təhsilinin tədrisinin müasir standartlar
səviyyəsində aparılmasına geniş
imkanlar yaradan möhtəşəm maddi-
texniki bazalara çevriliblər. Bunun
nəticəsidir ki, 2011-2012-ci tədris
ilində ölkəmizdə Səhiyyə Nazirli-
yinin və ATU rəhbərliyinin birgə
səyləri nəticəsində dövlət başçısının
sərəncamı ilə ATU-da diplomdan-
sonrakı təhsilin rezidentura sistemi
ilə aparılmasına başlanıldı. 2010-cu
ildə Prezidentin sərəncamına əsasən,
Azərbaycan Tibb Universitetinin
yaradılmasının 80 illik yubileyinə
həsr olunmuş tədbir bir növ ölkəmizin
bu ali tibb təhsili ocağının müstəqillik
illərində gördüyü işlərin hesabatına
çevrildi. Prezident İlham Əliyev
ATU əməkdaşlarının əməyini yüksək
qiymətləndirərək, onların 80 nəfərini
təltif etdi.
Hazırda ölkəmizin səhiyyə
sistemində, o cümlədən Azərbaycan
Tibb Universitetində bu dinamik in-
kişaf uğurla davam etdirilir. Hər gün
səhiyyəmizdə, tibb elmi və tibb təhsili
sistemlərində yeniləşmə baş verir.
Bu sistemlərin beynəlxalq əlaqələri
durmadan genişlənir. Səhiyyə naziri
Oqtay Şirəliyevin və Azərbaycan
Tibb Universitetinin rektoru, pro-
fessor Gəray Gəraybəylinin birgə
səyləri ilə müstəqil ölkəmizin bu ali
tibb təhsili müəssisəsi genişmiqyaslı
islahatlar aparır və onu əldə olunan
yeni nailiyyətlərlə zənginləşdirir.
ATU hazırda dünyanın bir sıra
ölkələri ilə tələbə mübadiləsi aparır,
dünya şöhrətli alimlərin, Nobel
mükafatı laureatlarının ATU-da
mühazirə oxumalarını, müəllim və
tələbələrlə görüşlərini təmin edir ki,
bu da ölkəmizdə tibb təhsili və tibb
elminin inkişafına güclü təkan verən
amillərdən birinə çevrilir.
Azərbaycan Tibb Universiteti
rəhbərliyi tələbələrin, rezidentlərin,
bütün gənclərin vətənpərvər ruhda
böyümələri üçün əməli tədbirlər
görür, qarşıda duran məsələləri
uğurla həyata keçirir. Bu il oktyabr
ayının 18-də Tibb Universitetində
Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 25 illiyinə
həsr olunan geniş konfransda açılış
nitqi ilə çıxış edən rektor Gəray
Gəraybəyli nitqində belə dedi:
“Böyük çətinliklə də olsa, xalqı-
mızın şücaəti və ulu öndər Heydər
Əliyevin sayəsində müstəqilliyi
qoruyub saxlamaq mümkün olub.
Prezident İlham Əliyevin uğurlu
daxili və xarici siyasəti nəticəsində
isə Azərbaycan hazırda dünya
səviyyəsində nümunəyə çevrilib.
Dünyanı qlobal böhran bürüdüyü bir
halda, Azərbaycan hər sahədə stabil-
liyini qoruyub saxlaya bilib. İstərdim
ki, müstəqillik dövründə dünyaya göz
açan gənclərimiz, tələbələrimiz bu
tariximizi bilsinlər və qazandığımız
azadlığa dəyər versinlər”.
Bu il yanvar ayının 1-nə olan
məlumata görə, Azərbaycan Tibb
Universitetində 1243 nəfər professor-
müəllim heyəti fəaliyyət göstərir. On-
ların 163 nəfəri elmlər doktoru, 127
nəfəri professor, 833 nəfəri elmlər
namizədi (fəlsəfə doktoru), 310
nəfəri dosentdir. Professor-müəllim
heyətinin 4 nəfəri AMEA-nın həqiqi,
5 nəfəri müxbir üzvü, 2 nəfəri Rusiya
Elmlər Akademiyasının (REA) həqiqi
üzvü, 4 nəfəri REA-nın akademiki, 5
nəfəri Avropa Təbiət Elmləri Akade-
miyasının üzvüdür. Əməkdaşlardan
28-i Əməkdar elm xadimi, 47-si
Əməkdar həkim, 40-ı isə Əməkdar
müəllim fəxri adlarına layiq görü-
lüb. ATU-da 8 mindən çox tələbə,
magistr, rezident, hərbi-tibb feldşeri,
hazırlıq qrupu müdavimləri təhsil alır
ki, onlardan da 1557-si xarici ölkə
vətəndaşıdır.
Müstəqillik illərində Heydər
Əliyev ocağının qayğısı sayəsində
Azərbaycan Tibb Universitetində
əldə olunan bu uğurlu nəticələr
bütövlükdə ölkə səhiyyəsində möv-
cud olan möhtəşəm müvəffəqiyyətlər
çələnginin ləçəkləridir. Dövlət
müstəqilliyimizin bərpasından keçən
25 il ərzində əldə olunan parlaq
nəticələr kompleksi bundan sonra
da ölkəmizin səhiyyə sisteminin,
tibb elmi və tibb təhsili sistemlərinin
yollarına daim nur çiləyəcək.
Mübariz ALLAHVERDIYEV,
Azərbaycan Tibb Universitetinin
insan anatomiyası kafedrasının
professoru
T
ar
i
xdə
bu
gün
Azərbaycan Tibb Universiteti
müstəqillik illərində
Erməni vətənpərvərlərindən Qərbdəki ikili standart müəlliflərinə mesaj
Azərbaycan torpaqlarını işğaldan, erməni xalqını
Serj Sarkisyanın faşist rejimindən azad etməyin vaxtı çatıb
Işğalçı Ermənistan, Qərbdəki ikili standart müəllifləri,
müstəqilliyimizin əbədiləşməsini istəməyən bədxahlar və onların dəmtutanları
erməni ictimai fəallarının Bakıya səfərini və buradakı görüşlərdə
səsləndirdikləri bəyanatları, sözün həqiqi mənasında, siyasət dünyasında
qasırğa kimi qiymətləndirdilər. Bu səfərin Dağlıq Qarabağ münaqişəsinin
həllinə göstərəcəyi təsirin nədən ibarət olacağını bilmədən, faktın mahiyyətinə
varmadan, beynəlxalq ictimaiyyətin reaksiyasını gözləmədən vay-şivən
qaldırdılar ki, bəs qoyma, dünya dağılır. Əslində isə heç bir dünya dağılması
və ya Ermənistanın havadarlarının başını bəlaya soxası bir fəlakət yoxdur.
Sadəcə, uzun müddət Robert Koçaryanın, sonra isə Xocalı şəhərini yandırıb
yüzlərlə insanın qatilinə çevrilmiş, indi də öz xalqının qanını içməklə məşğul
olan Serj Sarkisyanın zülmlərindən bezar olmuş erməni vətənpərvərləri
dünya ictimaiyyəti qarşısında həqiqəti söylədilər. Həqiqətin isə Azərbaycanın
mövqeyində olduğunu hamı bilsə də, hələlik təkcə onlar dilə gətirdilər.
Məsələnin mahiyyətinə bir az da dərindən
varmaq istəsək, görərik ki, bu adamların Sarkis-
yan rejimindən xilas olmaqdan da əvvəl daha
ali bir məqsədləri var: dünyanın bütün insan-
ları kimi, firavan, xoşbəxt yaşamaq. Normal
təfəkkürlü istənilən erməni fərdi anlayır ki,
bu respublikanın bütün bəlalarının təməlində
“Böyük Ermənistan” xülyası və xəstə təxəyyüllü
insanların əl çəkə bilmədiyi işğalçılıq, ilhaqçılıq
siyasəti dayanır. Azərbaycan Prezidenti İlham
Əliyevin dəfələrlə səsləndirdiyi “Ermənistanın
Azərbaycan torpaqlarını işğaldan azad edəcəyi
təqdirdə İrəvan regiondakı iqtisadi layihələrin
iştirakçısına çevrilə bilər” – bəyanatı sıravi
ermənilərin qulağından getmir. Onlar regiondakı
iqtisadi layihələrin Azərbaycana nələri verdiyini
çox yaxşı görürlər. Amma boyunduruq kimi zor-
la başlarına bağlanmış işğalçılıq təfəkküründən
xilas ola bilmədiklərinə görə bu əzablara qatlaş-
malı olurlar.
Vahe Avetyan və Vaan Martirosyanın
Bakıda Xocalı abidəsini ziyarət etməsi,
kütləvi informasiya vasitələrinə müsahibə
verməsi, eləcə də, Azərbaycan və Ermənistan
həqiqətlərini ədalətli şəkildə dilə gətirməsi
barədə xəbər agentliklərinin geniş məlumat
yaydığına görə biz təfsilata varmaq istəmirik.
Amma bədxahlarımızın bəzi arqumentlərinə
qarşı mülahizələrmiz var. Məsələn, indi region
ölkələrinin bəzi mətbuat vasitələrində kimsə
deyir ki, guya həmin adamlar Ermənistanda o
qədər də nüfuzu olmayan QHT rəhbərləridir.
Onda sual edirik: – Məgər Ermənistanın
birinci adamı hesab olunan Serj Sarkisyanın
həmin ölkədə hansısa səviyyədəsə nüfuzu
varmı ki, QHT sədrinin də nüfuzu olsun? Yəni
işğalçılıqla tamamlanan “ermənilik” xəstəliyi
həmin ölkədə hamını nüfuzsuz edib. Havadar-
larının köməyi ilə Azərbaycan ərazisinin bir
hissəsini işğal etdiyinə görə bir az ordularına
güvənirdilər, onu da bu il aprelin əvvəlində
bizimkilər heç-puç elədilər. Yəni Vahe ilə Va-
han gəlib Azərbaycanda Ermənistanın qaniçən
rəhbərliyinin əleyhinə danışdığına görə onları
ittiham eləmək, sadəcə absurddur. Çünki artıq
Ermənistanda nüfuzlu kimsə qalmayıb.
Digər bir arqumentə diqqət yönəldək:
Ermənilər uydururlar ki, guya həmin iki adamı
Rusiyanın QHT təmsilçiləri Azərbaycana
gətiriblər və məqsəd rəsmi İrəvanın əleyhinə
təbliğat aparmaqdır. Əvvəla, bu arqumenti
kiminsə təsdiq eləməsi çox çətindir. Üstəlik,
Rusiya QHT-sinin öz problemləri özlərinə bəs
edir. İkinci, hərgah bu arqument doğrudursa,
onda Rusiya QHT-sinin mövqeyi alqışlanma-
lıdır. Çünki həm Azərbaycan, həm də erməni
xalqı Rusiyanın əsrlərdən bəri dostluq etdiyi
xalqlardır – hərçənd, Ermənistan adlı dövlət
bu regionda cəmi yüz il əvvəl yaradılıb.
Üstəlik, Azərbaycan torpaqları Ermənistan
qoşunları tərəfindən işğal edildikdən sonra bu
münaqişənin həll edilməsi məqsədilə yaradıl-
mış Minsk qrupunun həmsədrlərindən biri də
Rusiyadır və Kreml rəhbərləri bu məsələdə
onların üzərinə düşən məsuliyyəti çox yaxşı an-
layırlar. Ona görə də ermənilərin “ bu məsələni
Rusiya QHT-si təşkil edib” – arqumentində
həqiqət varsa, deməli, münaqişənin həlli yolun-
da “xalq diplomatiyası”ndan istifadə edilməsi
üçün addımlar atılır. Amma unutmayaq ki,
bu gün erməni xalqı Ermənistan dövlətinin
yanında olmadığına görə bu versiya o qədər də
inandırıcı görünmür.
Başqa bir məqam. Ermənistan
müxalifətinin təmsilçiləri iddia edirlər ki,
aprel döyüşlərindən sonra böyük itkilər verən
Ermənistan rəhbərliyi növbəti hərbi qarşıdur-
madan qorxduğuna görə bəzi QHT rəhbərlərini
Bakıya göndərib ki, gəlib Azərbaycanda
ermənilərin sülh istədiyi barədə təəssürat ya-
ratsınlar. Boş şeydir. Həmin arqumentə heç kəs
inanmaz. Çünki Ermənistan rəhbərliyi həmin
istəyini bizə Minsk qrupu vasitəsilə heç bir
maneəsiz çatdıra bilər.
Bəzi ekspertlərin fikrincə , Azərbaycan
Prezidentinin bu il Rusiya mətbuatına verdiyi
müsahibədə Dağlıq Qarabağa Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində muxtar respub-
lika statusu verilməsinin mümkünlüyü barədə
dedikləri Ermənistan rəhbərliyini qane etməsə
də, erməni xalqı həmin variantla razılaşır və
bundan sonra Bakıya üz tutacaq ermənilərin
sayı dövri olaraq arta bilər. Çünki erməni
siyasətçiləri yaxşı bilirlər ki, Dağlıq Qarabağa
muxtar respublika statusu veriləcəyi təqdirdə
Xankəndi Naxçıvan kimi, oradakı digər rayon-
lar da Qəbələ, Balakən, Lənkəran, Yevlax kimi
iti sürətlə inkişaf edəcək. Erməni olanda nə
olar, onların arasında da qabağı görən ziyalılar
var.
Erməni ziyalılarının Bakıya gəlməsi,
paytaxtımızakı erməni-Qriqorian kilsəsində
öz əcdadlarının milli və dini dəyərlərinə aid
kitabları, ibadət vasitələrinin və xüsusən, tarixi
sənədlərin olduğu kimi saxlanıldığını görərək
bəyanat verməsi həm Azərbaycan, həm də
Ermənistan üçün kifayət qədər əhəmiyyətlidir.
Azərbaycan üçün ona görə əhəmiyyətlidir ki,
ermənilər çayır adlı tezyayılan yabanı ot kimi
dünyanın hər yerində məskunlaşıblar və Vahe
ilə Vahanın həmin bəyanatlarını dünyanın çox
ölkələrində eşidəcəklər. Nəticədə müharibə par-
tiyasının və işğalçı quldurların Azərbaycanın
əleyhinə yaydığı hərzə-hədyanların aradan
qalxmasına kömək etmiş olacaqlar. Bu
məsələnin Ermənistan üçün əhəmiyyəti
ondan ibarətdir ki, iki-üç erməninin Bakıda
gördüklərini təsdiqləmək üçün daha çox erməni
ziyalısı paytaxtımıza üz tutacaq və regiondakı
iqtisadi layihələrdən kənarda qalmağın mənfi
nəticələrinə görə ölkənin qaniçən rəhbərliyinə
qarşı amansız olacaqlar. Bu isə Azərbaycan
torpaqlarının işğaldan azad edilməsinə və
ermənilərin firavan, normal həyata qayıtması-
na kömək edəcək.
Hər halda, biz Vahe Avetyan və Vaan
Martirosyanın Bakıya gəlişini, burada həqiqəti
söyləməsini erməni xalqının Sarkisyan
rejimindən xilas edilməsi və ya Azərbaycanın
işğaldakı torpaqlarının azad edilməsinə zəmin
yaradan səfər kimi qiymətləndirmək fikrindən
çox uzağıq. Amma, onu da bilirik ki, tarix
boyu bütün müharibələrin və münaqişələrin
gedişində bəzən tanınmış, bəzən də heç
kəsin tanımadığı adamların atdığı addım-
lar kifayət qədər önəm kəsb etmişdir. Ən
başlıcası, beynəlxalq aləmdəki ikili stan-
dart müəlliflərinin utanmadan söylədikləri
"azərbaycanlılarla ermənilərin bir yerdə yaşa-
ması mümkün deyil” – fikrinin cəfəngiyyatdan
başqa bir şey olmadığı artıq hamıya məlum
olur.
Ittifaq MIRZƏBƏYLI, “Xalq qəzeti”