1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/13
tarix08.05.2023
ölçüsü0,68 Mb.
#109305
  1   2   3   4   5   6   7   8   9   ...   13
milli exlaq 60s pdf (2)



 
1.Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi 
Etika - əxlaq, mənəviyyat haqqında elmdir. “Etika” etimoloji baxımdan qədim 
yunan sözü “ethos” – la bağlıdır. Vaxtilə etika yurd, birgə yaşayış mənasında 
işlənirdi. Homerin “İliada”dan bu barədə müfəssəl məlumat almaq mümkündür. 
İctimai şüurun qədim formalarından biri olan əxlaq etikanın tədqiqat obyektidir. 
Etika əxlaqı, insanların mənəvi aləmini, mənəviyyatını öyrənir. O, bir tərəfdən 
insanların davranış qaydalarını və əxlaq normalarını tənzim etmək, başqa bir 
tərəfdən mənəviyyatın nəzəriyyəsini öyrənən mənəvi prinsiplər barədə təlim 
mənasını kəsb edir. Getdikcə etika yeni mənalar daşımışdır: azərbaycanca bu söz 
adət, xasiyyət, xarakter, davranış, fikir tərzi mənalarını verir. Ethos sözünün latın 
variantı mos (adət, xarakter, qanun) sözü olmuşdur.
Etikanı əxlaq haqqında elm adlandırırlar. Bu, onun öyrənmə sahəsini ifadə edir, 
predmetini isə hələ ki, müəyyənləşdirmir. Etikanın predmeti tarixən 
dəyişməkdədir. İlk növbədə öyrənmə obyektinin özü - əxlaq dəyişikliyə məruz 
qalır. Bildiyimiz kimi, müxtəlif ictcmai – iqtisadi formasiyalarda əxlaqın məzmunu 
və xarakteri fərqli olmuşdur.
İctimai şüurun bir sıra formaları vardır: siyasi, hüquq, fəlsəfə, incəsənət, din və s. 
Onların hər biri ictimai varlığı, həyatı özünəməxsus şəkildə əks etdirir. İctimai şüur 
formaları özlərinin inkişafında cəmiyyətin ictimai quruluşunun, ictimai – siyasi 
münasibətlərinin, siniflərin mövcud olduğu cəmiyyətlərdə isə eyni zamanda sinfi 
mübarizənin təsiri altında olur. İctimai şüur formaları arasında əxlaq özünəməxsus 
yer tutur.
Cəmiyyət inkişaf etdikcə, onun iqtisadi quruluşu, maddi həyat şəraiti dəyişikliyə 
məruz qaldıqca, digər ictimai şüur formaları kimi əxlaq da dəyişir və inkişaf edir.
Hazırda əxlaq dedikdə, insanların bir – birinə münasibətlərini və cəmiyyətdə 
onların vəzifələrini müəyyənləşdirən, tarixən formalaşmış davranış qaydalarını 
nizama salan mövcud normaların məcmusu anlaşılır.
İnsan cəmiyyəti yarandığı ilk vaxtlarda adamlar arasında müəyyən münasibətlər 
bərqərar olurdu. Bu münasibətləri nizamlamaq, birgəyaşayış qaydalarını yerinə 
yetirmək məqsədilə müvafiq adət və ənənələrə ehtiyac hiss olunurdu. Bu ehtiyac 
müəyyən qaydaların, adət və ənənələrin yaradılmasına təkan verdi. Adamlar 
tədricən öz davranış və hərəkətlərini həmin qaydalara uyğunlaşdırmağa alışdılar. 
Onlar öz davranış və rəftarlarında nəyin yaxşı, nəyin pis olduğunu, xeyir və şər 
kateqoriyalarına əsasən qiymətləndirirdilər. Cəmiyyətdə siniflər meydana gəlməyə 
başladı. Siniflər arasındakı mübarizədə əxlaq normaları da sinfi səciyyə kəsb 
etməyə başladı. Əxlaq normaları bu və ya digər sinfin ictimai və iqtisadi 
vəziyyətini müvafiq sinfi təmsil edən şəxslərin mənafeyini ifadə edən adətə 


çevrildi. Sinifli cəmiyyətdə hakim sinif öz ağalığını məzlumlara, onlara tabe 
olanlara, başqa sözlə, məhkum sinfə diqtə etmək üçün əxlaqa üz tutdu. Odur ki, 
hakim sinif özünün fəlsəfi – etik nəzəriyyəsini işləyib hazırlayarkən, onun 
məzmununu öz mənafeyinə xidmət göstərməyə istiqamətləndirdi. Hakim siniflərin 
ideoloqları öz siniflərinin məqsəd və maraqlarına cavab verən əxlaq təlimləri 
meydana gətirmişlər.
Cəmiyyətin iqtisadi həyatında gedən dəyişikliklərlə bağiı ictimai şüur forması olan 
əxlaq da dəyişərək, yeni məzmun daşımağa başlamışdır. Fəlsəfi təlimlər tarixinin 
inkişafına nəzər salsaq, görərik ki, əxlaq təlimi də onunla bərabər inkişaf etmişdir. 
Dəyişilməyən əxlaq yoxdur, zahiri cəhətdən daimi görünə bilən əxlaq qaydaları da 
müxtəlif dövrlərdə dəyişmişdir. Bu da təbiidir. Əxlaq normalarının əsası 
dəyişdikcə, onun özündə də labüd dəyişikliklər baş verir. Başqa sözlə, cəmiyyət 
inkişaf etdikcə, əxlaq yeni forma alaraq, özünün əvvəlki məzmununu itirir.
İstismarın hökm sürdüyü cəmiyyətlərdə əxlaqın başlıca məqsədi başqalarını 
istismar etmək, varlanmaq hərisliyi, digərini əsarət, zülm altında saxlamaqdır. 
Hakim sinif öz istəyinə çatmaq üçün hər cür zorakılığa əl atır. Belə insanlar öz 
mənafe və maraqları üçün bir – birilə mübarizə edir, əxlaqın əsasında rəqabət və 
düşmənçilik dayanır. Bu əxlaqa görə, insanı pulla alıb – satmaq, susdurmaq, ələ 
almaq mümkündür. 
Əxlaq insanların cəmiyyətə, dövlətə və bir – birlərinə olan münasibətlərini 
tənzimləyir.
Siniflərin mövcud olduğu cəmiyyətdə əxlaq müvafiq sinfin iqtisadi, ictimai 
vəziyyətini, məqsəd və maraqlarını özündə əks etdirən davranış qaydalarının, 
prinsip və normalarının murəkkəb sistemidir.
İdealist mövqedə dayananlar iddia edirlər ki, əxlaq normaları konkret şəraitdən 
asılıdır və onlar tarixi şəraitə əsasən muəyyən olunur. Belələrinin qənaətincə, 
əxlaq, meydana gətirən tarixdənkənar fövqəladə qüvvə, mücərrəd mənlik şüuru 
mütləq zəkadır. Başqa sözlə, əxlaq normaları Allah – təalanın hökmündən əxz 
edilir. Əslində isə əxlaq normaları konkret tarixi şəraitlə əlaqədardır. Onun 
cəmiyyətdən, həyatdan kənarda mövcud oiması, sadəcə qeyri – mümkündür. 
Əxlaq normaları, qaydaları nə vaxtdan meydana gəlmişdir? – Gəlin belə bir suala 
cavab tapaq: Bu sualın cavabı belədir: İnsan cəmiyyəti yarandığı zamandan.
İbtidai cəmiyyətdə icma prosesində getdikcə insanların qəbiləyə, icmaya, bir – 
birinə, kişilərin qadınlara, qadınların kişilərə, ata – anaların öz uşaqlarına, 
uşaqların valideynlərinə münasibətləri əmələ gəlirdi. Tədricən həmin münasibətlər 
icma, qəbilə üzvləri tərəfindən qəbul edilən davranış normalarının ifadəçisi kimi 
özünü göstərirdi. Nəticədə əxlaq meydana gətirdi.


Müstəqillik qazandığımız bir dövrdə ölkəmizin vətəndaşlarını, o cümlədən 
böyüməkdə olan nəsli milli əxlaqımızın tələblərini əsas götürməklə tərbiyə etmək 
müstəsna dərəcədə böyük əhəmiyyət daşıyır. Milli əxlaqımızın prinsiplərini elə 
təbliğ və tətbiq etməyimiz lazımdır ki, oniar hər bir şəxsin davranış və rəftarında, 
adətlərində, qarşılıqlı münasibətlərində, ünsiyyət tərzində möhkəm yer tutsun. 
“Milli əxlaq və ailə etikası” kursunun məqsədi milli əxlaqımızı, onun tələblərini 
əsas götürməklə şəxsiyyətdə özünütərbiyə tələbatları yaratmaqdan, ailə etikasının 
tələblərindən irəli gələn, nikaha və ailəyə, ailə münasibətlərinə, uşaqların 
tərbiyəsinə və təhsilinə, vətənin ləyaqətli vətəndaşları kimi yetişdirllməsinə ciddi 
və məsuliyyətli yanaşmaq adəti (formalaşdırmaq, nikahın uğurlu, ailənin möhkəm 
olmasına, ailədə qarşılıqlı münasibətlərin qurulmasına nail olmaqdan ibarətdir) 
formalaşdırmaqdan ibarətdir. 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin