II Qarabağ Müharibəsi (Vətən müharibəsi)
❖
Xatırlatma:
1.
1920-ci il 28 apreldə
Sovet Rusiyası AXC-nin varlığına son qoyduqdan sonra ermənilərin Qarabağa aid iddialarını təmin
etməyə başladı.
2.
1921-ci il 4 iyul
– Rusiya KP Qafqaz Bürosunun qərarına əsasən Qarabağ Ermənistan SSR-ə verilməlidi idi.
3.
1921-ci il 5 iyul
– Azərbaycan XKS sədri N.Nərimanovun etirazından sonra qərar verildi : 1) Qarabağ Azərbaycanın
tərkibində saxlansın, 2) Qarabağa mərkəzi Şuşa olmaqla vilayət muxtariyyəti hüququ verilsin.
4.
1923-cü il iyul
– Mərkəzi Xankəndi olan (sonradan Stepanakert adlandı)
Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV)
yaradıldı.
Beləliklə, münaqişənin əsası qoyuldu
.
5.
1945-ci il
– Ermənilər
“Qarabağ komitəsi”
yaradaraq açıq-aşkar mərkəz (Moskva) qarşısında ərazi iddiaları qaldırmağa
başladılar.
6.
1947 və 1948-ci illərdə
– SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən azərbaycanlı kolxozçu və başqa əhalinin Azərbaycan
SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında”
qərar qəbul etdi
7.
1948-1953-cü illərdə
- Azərbaycanlıların Qərbi Azərbaycandan (Ermənistan SSR-dən)
deportasiyasının birinci mərhələsi
baş tutdu
❖
Münaqişənin ilk mərhələsi (1988-1994-cü illər) :
1.
1988-ci il
– Yenidənqurma və aşkarlığın yaratdığı imkanlar Qarabağda münaqişə ocağını alovlandırdı.
Ermənilər ərazi
iddiaları edərkən, Azərbaycan hökuməti qətiyyətli mövqe nümayiş etdirmirdi.
2.
1988-1991-ci illər
– Azərbaycanlıların Qərbi Azərbaycandan (Ermənistan SSR-dən)
deportasiyasının ikinci mərhələsi
baş
tutdu
3.
1988-ci il
– Münaqişə başlandı. Separatçı hərəkat, silahlı toqquşma və təxribatçı
hərəkətlər genişləndi
4.