AZƏrbaycanda insan alveri haqqinda 2016-ci IL ÜZRƏ hesabat



Yüklə 47,43 Kb.
Pdf görüntüsü
tarix22.04.2017
ölçüsü47,43 Kb.
#15609

AZƏRBAYCANDA İNSAN ALVERİ HAQQINDA 2016-CI İL ÜZRƏ 

HESABAT 

 

----------------------------------- 

AZƏRBAYCAN: Sıra 2 

----------------------------------- 

 

Azərbaycan məcburi əməyə cəlb edilmiş və cinsi istismara məruz qalmış kişi, 



qadın və uşaqlar üçün mənşə, tranzit və təyinat ölkəsi rolunu oynayır. Azərbaycanlı 

kişi və gənc oğlanlar Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və 

Azərbaycanda məcburi əməyə cəlb edilmişlər. Azərbaycandan olan qadın və 

uşaqlar ölkə daxilində və Türkiyə, Rusiya və BƏƏ ərazisində cinsi istismara məruz 

qalmışlar. Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Ukrayna və əvvəlki 

illərdə Çin və Rusiyadan olan cinsi istismar və məcburi əmək qurbanları üçün 

təyinat ölkəsi rolunu oynayır. Türkiyə və Avropanın, eləcə də Cənubi və Mərkəzi 

Asiyanın digər ölkələrindən olan bəzi əmək miqrantları Azərbaycanda məcburi 

əməyə cəlb edilirlər. Əvvəlki illərdə Mərkəzi Asiyadan BƏƏ-nə, Türkiyə və İran 

ərazisinə cinsi istismar və məcburi əmək qurbanlarının daşınmasında 

Azərbaycandan tranzit ölkə kimi istifadə edilmişdir. Ölkə daxilində bəzi uşaqlar, 

xüsusilə də Roman (qaraçı) mənşəli uşaqlar zorla dilənçiliyə məcbur edilir və yol 

kənarında ticarət fəaliyyətinə, çay evlərində və şadlıq saraylarında məcburi əməyə 

cəlb edilirlər. Filippinli qurbanlar Azərbaycanda məişət zəminində köləliyə məruz 

qalırlar.   

 

Azərbaycan Hökuməti insan alverinin aradan qaldırılması ilə bağlı olan minimum 



standartların tələblərinə tam cavab vermir, lakin buna baxmayaraq bu istiqamətdə 

əhəmiyyətli səylər həyata keçirilir. Hesabat dövründə hökumət, insan alveri ilə 

bağlı aparılmış istintaq fəaliyyətlərinin sayını artırmış, məhkəmə araşdırması və 

hökm oxunması hallarının sayı yüksək səviyyədə qorunub saxlanılmışdır və 

məcburi əmək və cinsi istismar cinayətləri üzrə bir neçə ağır məhkumluq qərarları 

qəbul edilmişdir. Hökumət məcburi əməyə cəlb edilmiş yeddi nəfər azərbaycanlı 

qurbanı müəyyən etməklə qurbanların müəyyən olunması səylərini artırmışdır, 

lakin buna baxmayaraq artıq üç ildir ki, ardıcıl şəkildə qurbanlara reabilitasiya və 

reinteqrasiya xidmətləri göstərən QHT tərəfdaşlara hökumət tərəfindən adekvat və 

davamlı maliyyə dəstəyi göstərilməmişdir. Yönləndirmə mexanizminin icrası ilə 

bağlı hökumətin formal, standart əməliyyat prosedurları olmamışdır və iştirakçı 

qurumlar və təşkilatlar arasında ünsiyyət zəif olaraq qalmışdır. Mənbələrin 

verdikləri məlumatlara əsasən insan alveri cinayətində şübhəli bilinən şəxslərə 

qarşı aparılan təhqiqat və məhkəmə araşdırmasına köməklik göstərmələri üçün 

hökumət tərəfindən qurbanlara təzyiq göstərilməsi davam etdirilmişdir və bu 


 

fəaliyyətdə iştirak edən qurbanlarla müqayisədə iştirak etməkdən imtina edən 



qurbanlara eyni keyfiyyətli qayğı göstərilməmişdir.           

 

AZƏRBAYCAN ÜÇÜN TÖVSİYƏLƏR: 

 

İnsan alveri ilə bağlı potensial halları, xüsusilə məcburi əməyə cəlb olunma ilə 



bağlı olan potensial halları fəal şəkildə araşdırmaq; insan alveri cinayətlərinin 

araşdırılmasını və məhkəməyə təqdim olunmasını, eləcə də cinayətkarların 

mühakimə olunması və cəzalandırılmasını qəti şəkildə təmin etmək; Milli 

Yönləndirmə Mexanizminin icrasını təmin etmək məqsədilə standart əməliyyat 

prosedurları hazırlamaq və yönləndirmə prosesində QHT-lərin və digər maraqlı 

tərəflərin rolunu formal olaraq müəyyən etmək; hökumət orqanları arasında, o 

cümlədən qurbanların yönləndirilməsi və potensial hallarla bağlı məlumat 

mübadiləsi fəaliyyətini təkmilləşdirmək; 

qurbanlara xidmət göstərənlərə maliyyə 

yardımını artırmaq və xidmət göstərənlər şəbəkəsini Bakı şəhərindən kənarda 

genişləndirmək; insan alverinin potensial qurbanları ilə bağlı QHT-lər tərəfindən 

yönləndirilmiş müraciətlərə fəal şəkildə cavab vermək; hüquq mühafizə orqanları 

ilə əməkdaşlıq etmək istəməyən qurbanlara da əməkdaşlıq edən qurbanlara təqdim 

olunan təhlükəsiz sığınacaq və eyni müdafiə xidmətlərinin göstərilməsini təmin 

etmək; hüquq mühafizə orqanlarının əməkdaşları, prokurorlar və məhkəmə işçiləri 

üçün qurbanlarla həssas rəftar etmə üzrə, o cümlədən psixoloji travma keçirmiş 

insan alveri qurbanları ilə işləməyin yolları üzrə təlim keçmək; Dövlət Miqrasiya 

Xidmətinin insan alverinin xarici vətəndaş olan qurbanlarının müəyyən olunması 

və xidmətlərə yönləndirilməsi fəaliyyətini gücləndirmək; və xarici əmək 

miqrantları üçün ictimai maariflənridmə kampaniyaları təşkil etmək, bu cür 

təbliğat fəaliyyəti zamanı insan alverinin əlamətlərini təsvir etmək və yardım 

almağın yollarını göstərmək.        

 

HÜQUQİ TƏQİB 

 

Hüquq mühafizə orqanlarının insan alverinə qarşı həyata keçirdikləri səylər 



hökumət tərəfindən gücləndirilmişdir. 2005-ci ildə qəbul edilmiş İnsan Alverinə 

Qarşı Mübarizə Haqqında Azərbaycan Respublikasının Qanunu və Cinayət 

Məcəlləsinin 144-cü Maddəsi zorla fahişəliyə cəlb etməni və məcburi əməyi 

qadağan edir və bu cür cinayətlərə görə 5 ildən 15 ilə qədər həbs cəzasını nəzərdə 

tutur ki, bu da zorlama kimi digər ağır cinayətlərə görə nəzərdə tutulan cəzalara 

uyğundur və kifayət qədər sərtdir. 2015-ci ildə hökumət tərəfindən cinsi istismar 

və yaxud məcburi əməyə cəlb etmə əməli ilə bağlı 29 potensial hal üzrə istintaq 

aparılmışdır ki, bunlardan 22-si cinsi istismar cinayətləri və yeddisi isə məcburi 

əməyə cəlb olunma ilə bağlı olmuşdur və bu, 2014-cü ildə insan alveri ilə bağlı 


 

həyata keçirilmiş 23 hal ilə müqayisədə çoxdur. 2015-ci ildə hökumət tərəfindən 



32 müttəhim məhkəmə qarşısına çıxarılmış və insan alveri cinayətində iştirak etmiş  

23 nəfərə hökm oxunmuşdur və müqayisə üçün qeyd etmək lazımdır ki, 2014-cü 

ildə 26 nəfər barəsində məhkəmə hökmü çıxarılmışdır; məhkumlardan 18 nəfəri 

cinsi istismar və beş nəfəri isə məcburi əməyə cəlb etmə əməlinə görə məhkum 

edilmişlər. Mühakimə edilmiş insan alveri cinayətkarlarının hamısı barəsində 

azadlıqdan məhrum etmə cəzası çıxarılmışdır: yeddi nəfər insan alveri 

cinayətkarının ikisi məcburi əməyə cəlb etmə və beşi isə cinsi istismar fəaliyyətinə 

görə məhkum edilmiş, onlar bir ildən beş ilə qədər azadlıqdan məhrum edilmişlər; 

üç nəfəri məcburi əməyə cəlb etmə əməlinə və 13 nəfəri cinsi istismar əməlinə 

görə  ittiham olunmuş 16 nəfər barəsində beş ildən 10 ilə qədər azadlıqdan məhrum 

etmə cəzası çıxarılmışdır. Vətəndaş cəmiyyətinin verdiyi məlumata əsasən 

hökumət, Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən təlimlərin təşkilati bazasını 

formalaşdırmaqla ön xətdə fəaliyyət göstərən məsul şəxslərin imkanlarını 

artırmışdır. Hesabat dövründə prokurorlara və yaxud hakimlərə təlimlərin 

keçirilməsi ilə bağlı hökumət tərəfindən məlumat verilməmişdir.             

 

MÜDAFİƏ 

 

Hökumət tərəfindən qurbanların müəyyən olunması və onlara yardım göstərilməsi 



səyləri artırılmışdır, lakin buna baxmayaraq artıq ardıcıl üçüncü ildir ki, QHT-lərin 

maliyyələşməsi kifayət qədər olmamışdır. Daxili İşlər Nazirliyinin (DİN) İnsan 

Alverinə qarşı Mübarizə Baş İdarəsinin (İAQMBİ) tabeçiliyində olan Bakı 

şəhərindəki sığınacağın fəaliyyəti davam etdirilmişdir, bununla belə sığınacaq 

ciddi mühafizə edilmiş və buradakı qurbanların, o cümlədən yetkinlik yaşında olan 

şəxslərin sərbəst hərəkət etmək imkanları olmamışdır. Mütəxəssislərin verdikləri 

məlumata əsasən sığınacaqlarda qurbanlar üçün göstərilən ixtisaslaşmış yardımlar 

az olmuşdur. 2015-ci ildə hökumət tərəfindən 63 nəfər insan alverinin qurbanı kimi 

təsdiq edilmişdir ki, bunlardan 56 nəfəri qadın, altısı kişi və bir nəfəri uşaq 

olmuşdur və müqayisə üçün qeyd etmək lazımdır ki, əvvəlki hesabat dövründə 54 

nəfər qurban kimi təsdiq edilmişdir. Təsdiq olunmuş 56 qadından 53 nəfəri cinsi 

istismara və üç nəfəri isə məcburi əməyə cəlb olunmuş qurbanlar olmuşlar. Təsdiq 

olunmuş alı nəfər kişinin hamısı məcburi əməyə və bir nəfər uşaq isə cinsi 

istismara cəlb olunmuşdur. Qurban kimi təsdiq olunmuş 63 nəfərin 49-u ölkədən 

kənarda istismar edilmiş Azərbaycan vətəndaşları olmuşdur, belə ki, onlardan 38 

nəfəri Türkiyədə, səkkizi BƏƏ-də və üç nəfəri Rusiyada istismar edilmişlər, 

hökumət tərəfindən onların 48 nəfəri DİN-nin nəzdində fəaliyyət göstərən 

sığınacağa yönləndirilmiş və burada onlara hüquqi, tibbi və psixoloji dəstək 

göstərilmişdir. Hökumət tərəfindən 63 qurbana 400 manat (245 ABŞ dolları) 

məbləğində birdəfəlik müavinət verilmiş, doqquz qurban işlə təmin edilmiş və 



 

səkkiz nəfər peşə təliminə cəlb edilmişdir, eyni zamanda əlavə sosial xidmətlərin 



göstərilməsi üçün 40 nəfər qurban QHT-lərə və 58 nəfər isə dövlətin nəzdində 

fəaliyyət göstərən İnsan Alverinin Qurbanlarına Yardım Mərkəzinə (İAQYM) 

yönləndirilmişdir. Hökumət tərəfindən İAQYM-nə 44,000 manat (27,500 ABŞ 

dolları) vəsait ayrılmışdır ki, bu da əvvəlki hesabat dövründə ayrılmış 32,000 

manat (20,000 ABŞ dolları) məbləğdən çoxdur, lakin buna baxmayaraq bu büdcə 

İAQYM-nə lazımı qədər işçini işə götürməyə imkan verməmişdir. Hesabat 

dövründə 40 nəfər qurbanı sığınacaqla təmin etmiş və digər xidmətlər göstərmiş 

QHT tərəfdaşlara qurbanlara yardım məqsədilə hökumət tərəfindən hər hansı vəsait 

ayrılmamışdır. Qurbanlara sığınacaq, tibbi, məşğulluq və hüququ yardımların 

göstərilməsi ilə bağlı onlara edilən müraciətlərin tezliyini nəzərə alsaq bu 

təşkilatlar əhəmiyyətli dərəcədə maliyyə çatışmazlığı ilə üzləşməyə davam 

etmişlər. Məsələn, əhəmiyyətli müdafiə xidmətləri göstərən əksər sığınacaqların 

əməkdaşları hesabat dövründə könüllü əsaslarla çalışmışlar. Mənbələrin verdikləri 

məlumata əsasən insan alverində ittiham olunan şəxslərin istintaqı və məhkəmə 

araşdırmasına yardım göstərmələri üçün qurbanlara hökumət tərəfindən təzyiq 

göstərilmişdir. Bundan imtina edən qurbanlara bu cür fəaliyyətdə iştirak edən 

qurbanlarla müqayisədə eyni keyfiyyətli yardım göstərilməmişdir və onlara Bakı 

şəhərində, DİN-nin nəzdində fəaliyyət göstərən sığınacaqda qalmağa icazə 

verilməmişdir.                      

 

Hökumət tərəfindən Türkmənistan, Ukrayna və Özbəkistandan olan insan alverinin 



qurbanı olmuş yeddi nəfər xarici vətəndaş müəyyən edilmişdir və onların hamısına 

İAQMBİ tərəfindən xidmət göstərilmişdir. Özbəkistandan olan beş nəfər cinsi 

istismar qurbanının DİN-nin nəzdindəki sığınacaqda deyil, şəxsi mənzildə qalmaq 

barədə müraciətinə əsasən onların bu cür mənzildə qalmaq xərcləri hökumət 

tərəfindən qarşılanmışdır və hamısının vətənə qaytarılması Özbəkistan hökuməti 

ilə koordinasiya edilmişdir. Əvvəlki hesabat dövründə müəyyən edilmiş bir nəfər 

Çin vətəndaşı olan qurban, Azərbaycan Uşaqlar Birliyinin sığınacağında qalmağa 

davam etmiş və onunla bağlı məsələnin nəticəsini gözləmişdir. Əvvəlki hesabat 

dövründə müəyyən edilmiş digər bir qurbana dəymiş zərərin əvəzinin ödənilməsi 

məqsədilə 5,000 manat (3,000 ABŞ dolları) ödənilmişdir. İAQMBİ tərəfindən 

insan alverinin qurbanlarına hökumətin vəsaiti hesabına hüquqi təmsilçilik 

göstərilməsinə icazə verilmişdir. Qurbanların müəyyən olunması üçün İAQMBİ 

göstəricilər siyahısına malik olsa da, bu siyahının necə paylandığı və yaxud 

yoxlama zamanı hansı halda bu siyahıya istinad edildiyi aydın olmamışdır. 

Yönləndirmə mexanizminin icrasını təmin etmək üçün hökumətin formal, standart 

əməliyyat prosedurları olmamışdır və iştirakçı qurumlar və təşkilatlar arasındakı 

ünsiyyət zəif olaraq qalmışdır. Yönləndirmə prosesində, o cümlədən QHT-lərin 

müəyyən etdikləri qurbanların hökumət tərəfindən rəsmən təsdiq olunması və 



 

yaxud onlara xidmətlərin göstərilməsindəki çatışmazlıqlar barədə mütəxəssislər 



tərəfindən geniş məlumatlar verilmişdir. Hesabat dövründə beynəlxalq təşkilat 

tərəfindən insan alverinin potensial qurbanı olan 130 nəfər barəsində daxil olmuş 

yönləndirmə müraciətinə hökumət tərəfindən baxılmamışdır.                  

 

PREVENTİV TƏDBİRLƏR 

 

Hökumət tərəfindən preventiv səylərin həyata keçirilməsi artırılmışdır. Hesabat 



dövründə Milli Fəaliyyət Planının (2014-2018) icrası İAQMBİ tərəfindən həyata 

keçirilmişdir. Ölkənin insan alverinə qarşı həyata keçirdiyi səylərin illik 

qiymətləndirilməsi, o cümlədən hüquqi təqib və müdafiə səyləri barədə məlumat 

hökumət tərəfindən ictimaiyyətə açıqlanmış və bu məlumat internetə 

yerləşdirilmişdir. İnsan alverinə qarşı mübarizə üzrə milli əlaqələndirici hökumətin 

həyata keçirdiyi fəaliyyət barədə 2016-cı ilin aprelində Parlamentə məlumat 

vermişdir. Nazirlər Kabinetinin 14 oktyabr, 2015-ci il tarixli 330 saylı qərarında 

insan alverinə qarşı həssas olan miqrantlara sosial xidmətlərin göstərilməsinin 

genişləndirilməsi qeyd olunur və miqrantların insan alverinin potensial qurbanları 

kimi müəyyən olunması fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə miqrasiya, 

gömrük və sərhəd mühafizəsi xidmətinin əməkdaşlarına əlavə təlimlərin 

keçirilməsi tələb olunur. İAQYM tərəfindən 20 rayonda təxminən 600 nəfəri əhatə 

edən maarifləndirmə kampaniyaları həyata keçirilmişdir. Gənclər və İdman 

Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) 

tərəfindən maarifləndirmə fəaliyyətinin artırılması məqsədilə 53 rayonda tədbirlər 

keçirilmiş və eyni zamanda ictimaiyyətin insan alveri barədə maarifləndirilməsi  

məqsədilə informasiyanın təqdim olunması üçün sosial media və hökumətin 

internet səhifəsindən istifadə edilmişdir. AQUPDK tərəfindən broşürlər nəşr 

edilmiş, üç müxtəlif sosial xarakterli reklam çarxları yerləşdirilmişdir və komitənin 

əməkdaşları insan alverinin təhlükələri barədə müzakirələrin aparılması üçün 

dövlət və özəl televiziya proqramlarında iştirak etmişlər. Əmək Müfəttişliyi 

tərəfindən şəhərin müxtəlif yerlərində işçiləri öz əmək müqavilələrini hökumətin 

elektron məlumat bazasında qeydiyyatdan keçirməyə təşviq edən plakatlar 

yerləşdirilmiş və ölkənin müxtəlif yerlərindəki peşə məktəblərində maarifləndirmə 

kampaniyaları həyata keçirilmişdir. Birləşmiş Ştatların Ədliyyə Nazirliyi və 

İAQMBİ tərəfindən 2016-cı ilin mart ayında insan alveri probleminə həsr olunmuş 

birgə beynəlxalq konfrans təşkil olunmuşdur və burada çoxfunksional, idarələrarası 

işçi qrupunun yaradılması və regional qarşılıqlı hüququ yardımın göstərilməsi 

müzakirə edilmişdir. Fəaliyyət planı çərçivəsində yerli hüquq mühafizə 

orqanlarının informasiya mübadiləsi, fəaliyyətlərin təkrarlanmasının qarşısının 

alınması, resurslardan səmərəli istifadə olunması, regional tərəfdaşlarla əlaqələrin 

və işgüzar münasibətlərin qurulması imkanları artırılmışdır. Eyni zamanda 



 

prokurorların müxtəlif kanallar vasitəsilə xarici dəlilləri əldə etmək imkanlarını 



artırmaqla Azərbaycanın insan alveri cinayətlərinə qarşı həyata keçirdiyi tədbirlər 

də təkmilləşdirilmişdir. Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 198 nəfər 

qeyri-qanuni miqranta şəxsiyyəti və yaşamaq statusunu təsdiq edən sənədlər 

verilmiş və 2,039 nəfər qeyri-qanuni miqrantın yaşamaq statusu 

qanuniləşdirilmişdir ki, bu da həmin şəxslərin insan alverinə məruz qalmaq riskini 

azaltmışdır. Hökumət tərəfindən kommersiya məqsədli seks fəaliyyətinə və yaxud 

məcburi əmək fəaliyyətinə tələbatın azaldılması məqsədilə həyata keçirilən yeni 

tədbirlər barədə məlumat verilməmişdir. Milli Fəaliyyət Planına uyğun olaraq 

hökumət tərəfindən xaricdə qurban kimi aşkar edilmiş Azərbaycan vətəndaşlarının 

hüquqlarının və maraqlarının qorunması üzrə diplomatlara təlim keçirilmişdir. Bu 

təlimlərdə diplomatların özlərinin insan alverində iştirakının qarşısının alınması 

məsələlərinə toxunulmamışdır, lakin hökumət bu cür əlavə təlimlərin keçirilməsini 

planlaşdırmışdır.                  

 

 



Yüklə 47,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin