1.İnsan coğrafiyasının predmeti, əhəmiyyəti və inkişaf mərhələləri



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
tarix07.02.2022
ölçüsü0,56 Mb.
#52222
1170 INSAN COGRAFIYA-1



1.İnsan coğrafiyasının predmeti, əhəmiyyəti və inkişaf mərhələləri  

Bütövlükdə hesab olunur ki, insan coğrafiyasının müstəqil sahə kimi formalaşması XIX əsrin sonu - XX 

əsrin birinci yarısında asasan alman antro- pocoğrafiya məktəbinin (Fridrix Ratsel) və Fransa insan 

coğrafiya maktabinin (Vidal de la Blas) nümayəndələrinin tədqiqatları hesabına baş vermişdir. Alman 

alimi Karl Ritter, ilk dəfə olaraq, insanın təbiətlə əlaqəsinin coğ. rafi tahlilar üçün vacib olduğunu 

bildirir. Beləlikls, dünyanın ayrı-ayrı bölgəls. rində insanların məskunlaşmasına, təsərrüfat 

fəaliyyətinə, əmək vərdişlərinə və mədəniyyətino hasr olunmuş araşdırmalar çap olunur. Insanın 

təbii mühitlə əlaqəsinin və onun fəaliyyətinin vacibliyini elmi osasla izah etdiyi üçün K.Ritteri insan 

coğrafiyasının atası sayırlar. O, təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin öyrənilməsini, coğrafiya elmi 

üçün ən vacib ol. dugunu bildirmişdir. Məhs K. Ritterin elmi baxışlarının təsiri altında, digər gör- komli 

alman alimi Fridrix Ratsel, insan coğrafiyası elminin formalaşmasında böyük rol oynamışdır. 

Coğrafiyaşünas, etnoqraf, sosioloq və geosiyasətin bani- si sayılan Fridrix Ratsel 1882-ci ildə iki cildli 

«Antopocoğrafiya» əsərini yaza- raq, coğrafiyada yeni elmi istiqamətinin əsaslarını qoymağa nail 

olmuşdur. Əsərin birinci cildi geosiyasətə və ikinci cildi etnoqrafiyaya həsr edilmişdir. XIX əsrin sonu-

XX əsrin birinci yarısında Fransada insan coğrafiya- sinin (Géographic humaine) vacib sahələrindən 

biri olan, coğrafi possibilizm yaranmağa başlayır. Bu sahənin və bütövlüklə insan coğrafiyasının 

formalas- ması məhşur coğrafiyaşunas Vidal de la Blaşın və onun ardıcıllarının fəaliyyəti ilə bağlıdır. 

V.Blas, alman antropocoğrafiyası ideyalarından bəhrələnməsinə baxmayaraq, coğrafi fatalizmdən 

uzaq idi. Fransada insan coğrafiyası sahə- sində aparılan tədqiqatlarında əsas metodoloji yanaşma 

kimi, insan va tabiat arasında harmoniya prinsipi müəyyən edilirdi. Lakin alman coğrafiyaşünas- 

larından fərqli olaraq, V.Blaş geosiyasi prosseslərin təhlilində insanı və onun fəaliyyətini, aparıcı amil 

kimi, önə çıxardır va possibilizm yanaşmanı həlledici hesab edirdi. Coğrafi təqiqatlarda diqqət xüsusi 

olaraq, təbiətin mənzərəsinin təsviri ilə yanaşı, ölkəşunaslıq sahəsində açıqlamalara verilir. Bu dövrdə 

Fran- sanın müxtəlif vilayətlərinin tarixi-coğrafi keçmişinə, təbiətin, mədəniyyətin və təsərrüfatın 

təhlilnə dair əsərlər çapdan çıxır. İnsan coğrafiyasının nəzəri əsas- ları, ümumiləşdirilmiş halda, Vidal 

de la Blaşın1922-ci ildə çapdan çıxmış, "İnsan coğrafiyasının prinsipləri" adlı kitabında öz əksini 

tapmışdır (3). Fransada insan coğrafiyasının konseptual əsaslarının hazırlanması, Qərbi Av. ropada bu 

istiqamətdə aparılan tədqiqatlara böyük təsir göstərmişdir. İnsan coğrafiyasının yaranması 

dövründən başlayaraq, eyni zamanda, fəndaxili elmi diferensasiya prosesinin gedişi müşahidə edilir. 

İnsanın makanda iqtisadi, siyasi, sosial və mədəni fəaliyətləri, müvafiq adlar altında, inkişaf et- məyə 

başlayır. İqtisadi və siyasi coğrafiya sahəsində maraqlı əsərlər Almaniya və Böyük Britaniya (Ratsel, 

Haushofer, Veber, Lyes, Makkinder və başqaları). sosial və madani coğrafiya üzrə - Fransa alimləri 

(Monteskye, Rekly, V.Blaş və başqaları) tərəfindən hazırlanaraq, çapdan çıxır. Bu istiqamətlərdə 

tədqiqatlar ABŞ, İsvec, Polşa, Rusiya və digər ölkələrdə davam etdirilir. XX əsrin ikinci yarısından 

başlayaraq insan coğrafiyası sahəsində elmi diferensasiya possesinin dərinləşməsi davam etmişdir. 

Bu dövrdə insanın məkanda təsərrüfat fəaliyyətinə dair yeni iqtiadi-coğrafi mazmunlu tədqiqatla  və 

sosial problemlərin ərazi fərqlərinin təhlilinə aid maraqlı araşdırmalar  çapdan çıxır. Insan coğrafiyası 

anlayışının, dəyərli coğrafi ensiklopediyalarda , müxtəlif şəkildə definisiyasının açıqlanmasına 

baxmayaraq, ümumiləşdirilmiş şəkildə, qeyd etmək olar ki, bu sahə insanın məkanda bütün növ 

faaliyyətinin təhlili və izahını verməklə məşğuldur. Beləliklə, insan və onun məkan fəaliyyətində 

yaratdıqları, coğrafi araşdırmalarda, əsas tədqiqat obyektinə çevrilir və nəticə etibarı ilə, insan 

olmadığı yerdə insan coğra- fiyasının predmeti, demək olar ki, heçə enir. Eyni zamanda, insan 

coğrafiyası, sahələrarası coğrafi elmi istiqamət olaraq, müasir dünyanın anlanılması üçün 

ümumləşdirilmiş coğrafi biliklərin formalaşmasına imkan yaradır. İnsanın məkan fəaliyyəti ilə bağlı 

sahəni Qərb ölkələrində "insan coğrafiyası" ("Hu- man Geography) adlı fənn asasında tədris edilir. 

2.İnsanın məkanda fəaliyyəti  




Eliza Reklyu deyirdi ki “ Bəşəriyyətin inkişafı əzəldən dağların, düzənliklərin, sahillərin üzərində böyük 

hərflərlə yazılıb”. Əgər dağ silsilələri başqa istiqamətdə uzanardısa , çaylar başqa istiqamətdə 

axardısa, sahil xətləri ayrı konfiqurasiya da olardısa xalqların axımı da başqa cürə olacaqdı. Qədimdə 

insanlar sivilizasiyanın yaranmasında dağlara çox önəm verilirdi. Demək olar ki, bütün qədim 

əfsanələrdə insanlar Nuh tufanından sonra dağlardan enməyə başlayıblar . Məkanda gedən təbii 

proseslər insanların hərəkətinə güclü təsir göstərirdi.  Elmi cəhətdən tufanın 8-10 min il əvvəl 

olmasını deyirlər və buzlaqların əriməsi ilə bağlayırlar. Rayan Pitmanın fərziyyəsinə əsasən buzlaqlar 

sürətlə əriyir və dünya okeanının səviyyəsi artır.  Okean qalxdıqca çayların vadilərinə təsir edirdi, 

daşqınla başlayırdı. İnsanlarda o dövrdə kənd təsərrüfatı ilə yeni məşğul olmağa başlamışdılar və 

çayların qırağında məskunlaşırdılar. Ona görə də təsiri güclü oldu. Qara dəniz 140 m qalxmışdı. Ətraf 

yaşayış yerləri suyun altında qalmışdı. Bəzi alimlər orta dağlıq ərazilərini ən optimal yaşayış zonaları 

sayır. Burada müxtəlif təbii zonaların mozaikası yığcam bir ərazidə özünü biruzə verir və qədimdə 

insanlara yaşamaq üçün daha çox şans verirdi. Burada yırtıcılardan daha effektiv gizlənmək olardı. 

Relyefin fərqli olması etibarlı sığınacaq və yaşayış yerləri yaradırdı . Məkanda gedən təbii proseslər 

insanların hərəkətinə güclü təsir göstərirdi. Həmin dediyimiz “Nuh tufanı “ əfsanəsi bir çox xalqların 

tarixində var; Babilistan, Yunan, Çin , Hindistan, Misir, Ərəblər , Xristian, Yəhudi. İslam ölkələrində bu 

Nuh peyğəmbərin tufanıdır. Hindistan da artıq tufan əfsanəvi Vişnu ilə bağlıdır. Bizdə ilk insan 

Adəmdir, induistlər də Manu. Yeddinci Manu- Vaysavatanın vaxtında o bir balaca balıq tutur. Balıq 

xaiş edir ki,  onu öldürməsin, əksinə böyütsün, balıq da onu tufandan xilas edəcək. Balıq nəhəng 

ölçüdə böyüyür və tapşırığa görə böyük gəmi tikir. Bu gəmiyə 7 ağsaqqal, bəzi heyvanları və bitkilərin 

toxumlarını götürür. Tufan zamanı balıq gəmini dağa gətirir və su gedəndən sonra yenidən həyat 

başlayır. Başqa xalqlarda da bu mifologiya var. Qədim yunan həkimi Hippokrat e.ə. V əsrdə “ Su 

,Hava, Ərazi “ adında əsər yazır və təbiətin insanların psixikasına və taleylərinə təsirindən danışır. “ O 

ölkələr də ki fəsil bir-birini mülayim əvəz edir, iqlim yumuşaqdır, həyat komfortludur ,o yerlər də 

kişilik xüsusiyyəti , əməksevərlik və mənəvi enerji azalacaq ,insanın mübarizəsi zəifləyəcək.  Ərəstun 

mənəviyyatın və qanunların  iqlimdən aslı olduğunu iddia edir .Ancaq harmonik iqlim  insan 

mənəviyyatının inkişafına müsbət təsir göstərir. Onun ruhunu xeyirxah edir və nəticədə insan 

qanunları formalaşır. Çox isti eləcə çox soyuq insan ruhuna dağıdıcı təsir göstərir. Ona görə isti iqlim 

də insanlar mənəviyyatsızlığa meyl edirlər. Sübut kimi Spartanı göstərmək olar. Sparta da ən varlı və 

ən kasıb eyni şəraitdə yaşamalı idilər. Straboon xalqların inkişafı və coğrafi mühit arasında paralellər 

aparıb. Avropanın relyefinin parçalanmış olması sahil xətlərinin müxtəlifliyi Insanların fəal 

xarakterlərinin formalaşmasına və mədəniyyətlərin müxtəlifliyin əlverişlidir. Dağlıq ərazilərin 

ovuqlarla tez-tez köç olunması yaxinda yaşayan xalqların müxtəlifliyini gətirib çıxardıb. Mədəniyyət 

və şəhər həyatı yaradan əkinçilik xalqları ilə yanaşı Avropanın kasıb və əlverişsiz bölgələrin də 

döyüşkən tayfalar formalawib.Strabonun ideyalarını Monteskyo genişləndirir. Dövlətlərin yaranması 

təbiət qanunlarına tabe edir. Soyuq insan bədəninin  xarici kürələrinin uclarını sıxır. Buda onların 

elastikliyini artırır. Qanın ürəyə qayıtmasını təmin edir buda insan gücünü artırır. Isti hava isə 

elastikliyi azaldır və insan gücü də azalır. Ona görə də isti ölkələrin  insanları qorxaq soyuqdakılar isə 

cəsarətli olurlar. Momnteskiyoye görə mülayim iqlimin üstünlükləri çoxdur. Bu qurşağda demək olar 

ki , eyni cəsarətə malik xalqlar ilə insanlar qarsı-qarsıya gəlirlər. Isti zonada yaşayan ərköyün 

insanlara qalib gəlirlər . Buda Avropanın daim azadlığa atılmasının mənbəyi olacaqdır. Asiya ölkələri 

isə köləliyi aparacaq. Relyefin quruluşunuzda Montekyo nəzərdən keçirdib. Düzən ərazilər Despotik 

qüvvələrə  daha tez tabe olur. Dağlıq ərazilərdə ki müxtəlif dövlətlər isə özlərini qoruya bilirlər. 

Təkamül nezeriiyyesine əsasən bizim əcdadlarımız savannada yasiyiblar ( savanna nezeriyyesi ) 

Common Ancestor Wimpanze və insanlarin axrinci umumi əcdadı meşələrdə yawayib.5-8mln il əvvəl 

qlobal soyuqlaşma olub ve meşələrin sahələri 5-6 dəfə azalıb,və məhz həmin dövrdə ilk hominidlər 

ağaclardan düşüb,savvannalara keçiblər. İlin quru vaxtlarında savvanna demek olarki sehra ve 

yarimsehralardan seçilmie,canlı aləmin həyatı demək olar ki sönür. İnsanlar istiden bişir,  çatışmır, 




məhsuldar əməklə məşğul olmaq çətindir. Savvanada həyat ancaq yağışlarla biryerde gelir .Afrika 

savvannalarında yaşayan xalqlarn rəngləri daha tünddür. Savannanı köçəri xalqlarının ən parlaq 

nümayəndələri Bantu ailəsinə mənsub olan Şərqi afrika tayfalarıdır. Tropik və ekvatorial meşələrdə 

həm biomüxtəliflik çox zəngindir. Həm də çəkisinə görə biokütlə ən çoxdur.  Tropik və ekvatorial 

zonalarda k/t əhalisinin yüksək sıxlığı müşahidə olunur. ekvatorial meşələrin bəzi qəbilələri ev 

tikməyi,müxtəlif qabları düzəltməyi,torpağı becərməyi bacarmırlar,baxmayaraqki meşə heyvanlarını 

yaxşı başa düşürlər. Min illərlə heç birini əhliləşdirməyiblər. Heyvandarlıqla məşğul olmayblar. 

Halbuki bunlar ən qədim insan tayfalarından aiddirlər. D.N.T analizi bunları ən qədim insanlar tayfası 

sayır. Ancaq inkişafdan geri qalıblar. Yəqin həmin qeyd etdiyimiz coğrafi determinizmin təsiridir. 

Konfort şərait onları inkişafdan qiraqda saxlayr. Dağların əhəmiyyəti Siz fikir vermisizsə insanların 

əksəriyyəti dəniz qırağında və ondan 100 km aralıda ən çox məskunlaşblar. Hündürıüyə gəldikdə 

insanların çox bir hissəsi,200m hündürlüyə qədər məskunkaşırlar. 500-1000 m hündürlüklərdə -

əhalinin 11-12 faizi məskunlaşıb. 1000m hündürlükdən yuxarı isə 6 faiz əhali yaşayır. 

3.Cəmiyyətin inkişaf mərhələləri( eqalitar,aqrar,sənaye,postsənaye cəmiyyətləri)  

Cəmiyyət — insanların birliyi olub, özündə cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatını 

birləşdirən qeyri-dövlət strukturudur. Cəmiyyət sözün geniş mənasında maddi həyatın, canlı təbiətin 

bir hissəsi olan, tarixən inkişaf edən, insanların fəaliyyəti formasıdır. Sözün dar mənasında isə insan 

tarixinin müəyyən bir mərhələsi (kapitalizm, feodalizm) və ya konkret sosial orqanizmdir (Fransa 

cəmiyyəti, Avropa cəmiyyəti və s.). Cəmiyyət müəyyən qayda üzrə qurulmuş struktura malik olan 

bütöv bir sistemdir. Postsənaye cəmiyyəti — iqtisadiyyatı yüksək məhsuldar sənaye, bilik sənayesi, 

ÜDM-də yüksək keyfiyyətli və yenilikçi xidmətlərin yüksək payı olan, bütün iqtisadi və digər fəaliyyət 

növlərində rəqabət olan, habelə xidmət sektorunda işləyən əhalinin sənaye sahələrindən daha 

yüksək paya sahib yenilikçi bir sektorun hakim olduğu bir cəmiyyət istehsal Aqrar-sənaye kompleksi 

—Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd 

təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər 

iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət 

göstərirlər. Eqalitarizm — ideal — imkanlar bərabərliyi kimi bu cəmiyyətin bütün üzvlərinin bərabər 

sosial və vətəndaş hüquqlarına sahib bir cəmiyyət yaratmaq fikrinə əsaslanan konsepsiya. Elitizmin 

əksi. Ailə sosiologiyasında bərabərlik, ər-arvadın özünü həyata keçirməkdə bərabər hüquqlara malik 

olduğunu qəbul edir. Müxtəlif siyasi partiyaların proqramlarının əsasında bərabərlik prinsipləri 

dayanır. 

4.Coğrafi determinism anlayışı  

fransız maarifçisi, ictimai xadimi şarl de baron monteskyö tərəfindən elmi dövriyyəyə buraxılan və 

coğrafi, bioloji və psixoloji amilləri özündə ehtiva edən nəzəriyyə. özünün "iran məktubları" adlı 

əsərində bu nəzəriyyəni irəli sürür. o iddia edirdi ki, tarixi proseslər, xalqların, millətlərin siyasi 

həyatında baş verən dəyişikliklər həmin xalqın coğrafi şəraitindən, iqlimindən birbaşa aslıdır. o yazır 

ki, şərq xalqlarının daim müstəmləkə şəraitində yaşaması və qərblilər tərəfindən əzilməsi, təzyiq 

görməsi bilavasitə coğrafi amillərlə şərtlənir. "sərt iqlim sərt xarakter, mülayim iqlim mülayim 

xarakter" şüarıyla çıxış edən mütəfəkkir şimalda sərt iqlimə uyğunlaşmış xalqları daha möhkəm , sərt, 

döyüşkən və mübariz olaraq göstərir. məsələn skandinaviyalılar daha cüssəli, hündür və 

döyüşkəndirlər. cənubda yaşayanlar, yəni isti iqlimə uyğunlaşan xalqlarsa daha sakit, zəyif, üzüyola 

olurlar . məsələn ərəblər. o həmçinin qeyd edirdi ki, coğrafi şərait həmin mühit insanlarının 

psixologiyasına da təsirsiz ötüşmür. bu müqayisəni azərbaycan timsalnda da görmək olar. yəni, şimal 

bölgəmizdə sərt iqlim şəraitində yaşayan insanlarla, cənub bölgədə, mülayim iqlimdə yaşayan 

insanlar arasında kəskin fərqlər müşahidə olunur. o "qanunların ruhu" əsərində qeyd edir ki, 

qanunlar hər xalıq yerləşdiyi coğrafi məkana uyğun olaraq hazrlanmalıdır. qanunlar hər xalqın öz 




ruhunauyğun olmalıdır. yəni şərq xalqlarını idarə etməkçün verilən qanunlar qərb xalqlarını idarəçilik 

qanunlarından fərqlənməlidir. yoxsa eyni qanunların tətbiqi yanlış və xoşagəlməz nəticələr verə bilər. 

5.İnsanın yaranması  miqrasiyası və yer kürəsinin məskunlaşması  

Təbidir ki, insanların məskunlaşmasında və məskunlaşma sistemlərinin yaranmasında  miqrasiya 

əhəmiyyətli rol oynayır. İlk kütləvi miqrasiya  Homoerectysyn vaxtında olub (1.9-1.7 mln. Il əvvəl). 

Erectuslar yavaş-yavaş Avropanın, Asiyanın əksər hissəsində məskunlaşırdılar. İkinci dəfə böyük 

miqrasiya Homosapiensin vaxtında olur. (75-70 min il əvvəl).  Homosapiens Afrikadan miqrasiya edir 

vətəkrarən yer kürəsini mənimsəyir. Burada monosentirizm və  multiregionalizm nəzəriyyələrinin 

mübahisəsi başlayır.  Monosentrislər deyir ki : Homosapienslər köç edir ,birinci paertiya 

homoerectusları məhv edir və yer kürəsində yeganə  Homosapiens növü qalır. Multiregi4nal 

nəzəriyyəçilər deyir ki: Homosapienslər Afrikada  formalaşır , eyni zamanda homoerectuslarin 

məskunlaşdığı regionlar da təkamül nəticəsində homosapiensə cevrilir. Son araşdırmalarda 

monosentrizm nəzəriyyəsinə üstünlük verilir.  İnsan ən axırda Amerika qitəsinə gəlib (14 min il əvvəl).  

Ondan sonra Amerikia qitələri izolosiya şəraitində inkişaf ediblər. İzolasiya başqa regionlara nisbətən 

onları inkişafdan geri qoyub və qapalı şərait də texnologiyalar zəif inkişaf edib.Əksinə köhnə dünya 

da  xalqların bir-birilə əlaqəsi           , münaqişələri. Rəqabətləri çox qabağa salıb.Ona görə 30 mln 

amerika xalqı bir dəstə avropalı qarşısında aciz qalıblar.Üstə gəl müxtəlif xəstəliklərə immunitetin 

olmaması milyonlarla insanların həyatına son qoyub. İnsan, həmçinin müasir insan (taksonomik 

adıyla Homo sapiens) — Dik duruşa, nisbətən inkişaf etmiş bir beyinə, mücərrəd düşünmə 

qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər 

növlərdən fərqli olaraq istifadə məqsədi geniş avadanlıqlar istehsalına imkan yaratmışdır. Özünün 

fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər 

insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. Bir çox dində insanın uca bir varlıq tərəfindən 

bugünkü halıyla yaradıldığı inancı mövcuddur. İbrahimi dinlərdə insan irqinin, ilk insan olduğuna 

inanılan Adəm ve onun həyat yoldaşı Həvvadan törədiyinə inanılır. Bu inanc hərhansı bir antropoloji 

təmələ söykənmədiyi üçün, elm çevrələri tərəfindən diqqətə alınmır. Qədimdə insanlar daha çox 

çayların kənarında məskunlaşmışdırlar. 

6.Müasir Miqrasiyanın səbəbləri və istiqamətləri   

İnsanların bir yerdən başqa yerə köç etməsi miqrasiya adlanır. Miqrasiyanın könüllü və məcburi, 

daxili və xarici, emiqrasiya və immiqrasiya, qanuni və qeyri-qanuni, daimi və müvəqqəti (mövsümi) 

növləri vardır. Daxili miqrasiya ölkə daxilində, xarici miqrasiya isə ölkələr arasında baş verir. 

Emiqrantlar ölkəni tərk edənləri, immiqrantlar isə ölkəyə gələnləri ifadə edir.Miqrasiyaya səbəb olan 

amillər çoxaspektlidir. Belə ki, BMT-nin 2013-cü ildə gənclərin vəziyyəti və xüsusi ilə gənc 

miqrantların müasir dünyaya verdiyi töhfələr və onların qarşılaşdığı çağırışlarla bağlı hesabatında 

qeyd olunur ki, iqtisadi, ekoloji və demoqrafik amillərin təsiri insanları miqrasiya etməyə məcbur edir 

və bu tendensiya artır. Sənəddə həmçinin qeyd olunur ki, yaxşı təhsil və iş imkanlarının axtarılması, 

müharibədən, təbii fəlakətlərdən xilas olunmaq gənclər arasında miqrasiyaya səbəb olan 

amillərdəndir.Məsələn, məcburi (zorakı) faktorlar elə hadisələr üçün elə məcburi nəticələr verir, 

hadisələrin məcburi məzmun və formasını meydana gətirir. Məsələn, müharibə müəyyən ərazilərdə 

humanitar fəlakətlərin və bu fəlakətlərin tərkibi olan məcburi köçetmələrin əsaslarını meydana 

gətirir. Miqrasiya ilə nəticələnən (elə miqrasiyaya səbəb olan)universal gözlənilməyən və iradələrdən 

asılı olmayan səbəblər tərkib baxımından təhlillər əsasında ümumiləş-dirilərək, əsasən, ölkələr 

daxilində və ölkələr arasında baş verən və gərginliklərlə müşahidə olunan müharibələr, siyasi 

böhranlar, eləcə də təbii fəlakətlər və fövqəladə faktorlara bölünə bilir.Bu kimi gərginliklərin 

yaranmasının bazasında da müəyyən amillər dayanır. Məsələn, müharibələr, münaqişələr və 

böhranlarla xarakterizə olunan və nəticə eibarilə ölkələr daxilində və ölkələr arasında məcburi 




(zorakı) miqrasiyaya gətirib çıxaran gərginliklərin kökündə səbəb kimi bu kimi faktorların 

dayanmasını qeyd etmək olar: – ölkə daxilində etniklər arasında dözülməzlik; – müəyyən xalqlarda 

başqa xalqlara qarşı kin və küdurətin baş qaldırması, nifrət hissinin oyanması; – dini etiqadlar və 

digər inanclar arasında barışmazlığın olmaması (dini tolerantlığın bərqərar ola bilməməsi); – xalqların 

böyük imperiyalar yaratmaq iddiaları və s. kimi neqativ hallar; azadlıq və suverenlik üçün fərdi və 

ümumi istəklərmüəyyən etnik qrupun istəkləri və onların dövlətçiliyə qarşı təxribat xarakerli 

fəaliyyəti və s.; Məcburi hadisələr köçün məcburi formalarını meydana gətirir. Məsələn, bu məcburi 

halın nəticəsi sürgünlərdən (miqrasiyanın sürgün forması-məcburi forması) ibarət olur. 

Dövlətlərdaxili və dövlətlərarası sürgünlərin və deportasiyaların kökündə (deportasiyaya səbəb verən 

və gətirib çıxaran amillər) xalqlara və qruplara qarşı təzyiqlər, soyqırımlar, müharibələr dayanır. 

Deməli, universal məcburi köçproseslərinin nəticələnməsinin əsaslarını deportasiyalar və sürgünlər 

təşkil edir. Hər ikisində repressiyalar tətbiq olunur. Gözlənilməyən və qeyri-humanist səbəblərə görə 

köç hallarının meydana gəlməsi əsasən insan həyatına olan risqlərlə bağlı olur. Eyni zamanda bu 

vəziyyətlərdə həyat üçün tələb olunan kompleks ünsürlərin itkisi halları da yaşanır. Qrup halında 

məcburi köç etmələr etnik təmizləmələrdən, xalqlara qarşı olan təzyiqlərdən, bu təzyiqləri yaradan 

ifrat eqoizmdən, dini və mədəni dözümlülüyün olmamasından meydana gəlir. Universal – 

gözlənilməyən, yəni iradələrdən asılı olmayan və məcburi xarakter daşıyan səbəblər nəticə etibarilə 

insanların qrup halında məcburi köç etmələrini meydana gətirir. Qrup halında məcburi köç etmənin 

də iki mühüm baza əsası mövcud olur: birincisi, bir ölkədə yaşayan xalqlara qarşı birbaşa təzyiqlərin 

göstərilməsi ilə (ölkədə başqa xalqların hakimiyyəti tərəfindən) meydana gələn qaçqın vəziyyətinin 

mövcudluğu; ikincisi, ölkənin müharibəyə qoşulması risqləri və müharibələrə qoşulma vəziyyətinin 

mövcudluğu. Birinci hal birbaşa təcavüzləri (məsələn, Ermənistanda yaşayan azərbaycanlıların 

erməni xalqı və hakimiyyəti tərəfindən məcburən, zor tətbiq etmək yolu ilə ölkədən qovulması) 

özündə əks etdirir. Burada hədəf ayrı- seçkiliyə məruz qalmış xalq olur, onlar deportasiyaya məruz 

qalırlar. İkinci məsələdə isə ölkə müharibə təhlükəsi ilə üz-üzə qalır, vətəndaş müharibəsi və 

beynəlxalq müharibə baş verir. Hər iki məsələdə xüsusilə qonşu ölkələrlə sərhəd ərazilərində gərgin 

rejimlər yaşanır. Universal gözlənilməyən nəticələrə, yəni cari olmayan, teztez meydana gəlməyən 

nəticələrə deportasiyaları, deportasiyalardan meydana gələn qaçqınlılığı və məcburi köçkünlülüyü 

aid etmək olur. Hansı ki, bu kimi halların kökündə səbəb kimi əsasən ərazi iddiaları, etnik təmizləmə 

siyasəti, mədəni və dini dözümsüzlük dayanır. Qeyd olunduğu kimi, köçün sürgünlə (köçün sürgün 

forması-köçün məcburi forması) nəticələnən halları da meydana gəlmişdir. XX əsr boyu 

azərbaycanlılar sürgünlərə məruz qalmışdır. Bu forma əsasən universal və fərdi qaydada məcburi 

formanın tərkib hissəsi kimi qeyd olunmalıdır. Sürgünlərin həmçinin siyasi forması da mövcuddur ki, 

bu da siyasi və ictimai baxışlarına görə təqib olunan insanlara aid edilirBununla yanaşı, ölkələr 

daxilində baş verən təbii fəlakətlər də universal gözlənilməyən (zəruri miqrasiyanın forması kimi) 

miqrasiyaya gətirirb çıxarır. Fərdi və qurup halında məcburi (universal) miqrasiyaya (buna zorakı 

miqrasiya da demək olar) səbəb olan faktorları tərkib baxımından aşağıdakılar kimi təsnif etmək olar: 

– kökündə dayanan faktorlar-etnik təmizləmə istəyi, etnik nifrət, mədəni dözümsüzlük, dini 

dözümsüzlük; – prosesin həyata keçməsinə şərait yaradan prosesli faktorlar-vətəndaş müharibələri, 

dövlətlərarası müharibələr, münaqişələr, böhranlar və s. Məcburi və universal, həm də fərdi və 

qurup şəkilində meydana gələn miqrasiyanın nəticələri (hansı ki, bu səbəblər miqrasiyaya gətirib 

çıxarır) bunlardan ibarət olur: – deportasiyalarla müşahidə edilən ölkədaxili və ölkələrarası köçlər; – 

repressiyalarla müşahidə edilən ölkədaxili və ölkələrarası sürgünlər Zəruri hallarla – forma və 

məzmunlarla- nəticələnən miqrasiyalar (miqrasiyanın baş verməsinin zəruri əsasları) da mövcud olur. 

Müharibələr zamanı sərhədlərdən, döyüş bölgələrindən insanların təxliyyəsi (evakuasiyası) həyata 

keçirilir. Bu proses mülki müdafiə prosesinin tərkib hissəsinə çevrilir. Zəruri miqrasiyaların digər bir 

səbəbi də iqtisadi inkişafla bağlı olur. Miqrasiya proseslərində göndərən və qəbul edən ölkənin hər 

birində ehtiyac amili mühüm rol oynayır. Miqrasiya proseslərində mənşə ölkənin əhalisi ehtiyacların 




ödənilməsi üçün başqa olan və resursları zəngin olan ölkələrə üz tuturlar. Miqrasiyaya səbəb olan 

amilləri aşağıdakı kimi ümumiləşdirmək olar: Universal beynəlxalq amillər (digər dövlətlərin əhalisini 

cəlb etmək üçün) – sabit, möhkəm əsaslarla, eləcə də üfiqi və şaquli formada davamlı inkişaf yaşayan 

dövlətin mövcudluğu; – dövlətin dünyada mövcud olan sabit və təhlükəsiz statusu; – dövlətin 

yerləşdiyi regionun ümumi sabitliyi; – dövlətin digər dövlətlərlə “açıq qapı” siyasəti əsasında əlaqələr 

qurması; – dövlətin zəngin iqtisadi regionlarda, rayonlarda yerləşməsi;dövlətin ümumi iqtisadi inkişaf 

səviyyəsinin yüksək olması; – dövlətin dünyanın sənaye və iqtisadiyyat mərkəzlərindən biri kimi 

mövcud olan statusu; – dövlətin regional təsir imkanları və yüksək gəlirlər gətirmək potensialı; – 

dövlətdə yaşayan xalqların multikulturalizm əsasında mədəni əlaqələr strukturu; – ölkədə milli 

eqoizmin qeyri-ifrat dərəcəsi; – dövlətin beynəlxalq hüquqa olan hörməti, əməl etməsi, beynəlxalq 

etik normalara uyğun davranışı; – insan hüquqlarının yüksək səviyyəsinin mövcudluğu; – dövlətin 

beynəlxalq təşkilatlarda geniş təsir imkanlarının mövcudluğu; – dövlətin dini tolerantlığı; – ölkənin 

regional inteqrasiyasının və siyasi assosiasiyası- nın mövcudluğu; – ölkənin qanunvericilik bazasının 

güclü olması və ədalətli məhkəmə sisteminin mövcudluğu və s. (19 saylı qrafikdən də struktur 

etibarilə tanış olmaq olar) Konkret ölkədaxili amillər – iqtisadi inkişaf; – lazımi resursların (sosial 

resursların) mövcudluğu; – qanunvericiliyin mövcudluğu; – dini tolerantlıq; – mədəni müxtəliflik; – 

etnoçalarlılıq; – miqrantlar üçün mövcud olan şəraitlər; – elm və təhsilin yüksək keyfiyyəti amili; – 

səhiyyənin yüksək keyfiyyətdə olması; – bütün sahələrdə olan xidmətlərin nisbətən yüksək 

səviyyəsinin mövcudluğu;lazımi infrastrukturun mövcudluğu; – lazımi sosial müdafiənin, o cümlədən 

sosial sığortanın mövcudluğu; – naturalizasiyanın (immiqrantlar üçün) rahat şəkildə həyata 

keçirilməsi; – sadələşdirilmiş miqrasiya qanunvericiliyinin olması və s. (Əlavə üçün 20 saylı qrafikə 

baxmaq olar) Miqrasiyaya səbəb olan faktorları üç baza hissəyə bölmək olar: Məcburi amillər 

(şəraitin yaratdığı amillər) –buna reallıqlardan meydana gələn süni amillər demək olar – minimal və 

orta səviyyəli sosial tələbatların ödənilməməsi amilləri; – sosial resursların çatışmazlığı; – dünyanın 

müasir inkişaf xüsusiyyətləri və dinamik inkişaf meyilləri; – baş verən müharibələr; – ölkədə və 

regionda baş verən müharibələr-münaqişələr və böhranlar; – siyasi idarəetmə rejimi amili və 

insanların öz ölkələrində hüquqlarının pozulması; – inkişaf etmiş cəmiyyətlərlə kasıb cəmiyyətlər 

arasında uyğunsuzluğun mövcudluğu və real şəraitlərdə qeyritarazlıqların mövcudluğu prinsipi; – 

inkişaf etmiş cəmiyyətlərdə ideoloji təbliğatın yüksəkliyi Qeyri-məcburi amillər. İnsanların mövcud 

şəraitləri qəbul etmək istəklərinin olmaması-buna isə gələcək idealların qurulması və “ideal 

reallıqların” axtarılması kimi ad vermək olar. – insanların yetişkənlik səviyyəsinin-elmi, peşəkarlıq və 

mədəni-intellektual səviyyələrinin yetişməsi;  reallıqların imtina edilməsi (iqnor) və barışmamaq, real 

vəziyyətləri qəbul etməmək; – maksimal həyat tərzinin formalaşdırmaq istəkləri; – arzular və 

xəyallar. Zəruri amillər – bu, əsasən təbii fəlakətlər, fövqəladə vəziyyətlər və iqtisadi inkişafla 

əlaqədar olaraq baş verən yerdəyişmələrdən meydana gəlir. 

7.Dünyanın demoqrafik problemi və həlli yolları  

Müasir dövrün qlobal prosesləri içərisində demoqrafi k problem özünəməxsus yer tutur. Bəzi 

tanınmış mütəxəssislər bu problemi hətta müasir dövrün əsas qlobal problemi kimi qəbul edirlər. 

Belə bir mövqenin nə dərəcədə doğru olduğunu verifi kasiyaya məruz qoymadan qeyd edək ki, 

demoqrafi k problem şübhəsiz ki, öz aktuallığı ilə müxtəlif elm sahələrini təmsil edən mütəxəssislərin 

daim diqqət mərkəzində saxlanılmaqdadır. Son dövrlərdə bu problemin həllinə həmçinin dəqiq 

elmlərin bəzi nümayəndələrinin də maraq göstərməsi diqqəti çəkir. Onların demoqrafi k problemin 

çözümü ilə bağlı fi kirləri və əhali sayının artım dinamikasının müəyyən edilməsinə istiqamətlənmiş 

yanaşmaları orijinallığı ilə seçilir. Yuxarıdakı fi kirlərdən irəli gələrək adı çəkilən məqalədə bir sıra 

tanınmış mütəxəssislərin demoqrafi k problemin bəzi aspektlərinə dair baxışlarının təhlilinə cəhd 

ediləcəkdir. Məlumdur ki, demoqrafi k problemi, konkret desək, əhali artımı məsələsini ictimai 

inkişafın ciddi problemi kimi ilk dəfə ortaya qoyan və onu əsaslandıran (XVIII əsrin sonlarında) ingilis 



keşişi T.R.Maltus olmuşdur. Onun məlum nəzəriyyəsinə görə, əhalinin çoxalması həndəsi silsilə ilə, 

onun qida ilə təmin olunması imkanları ədədi silsilə ilə artdığı üçün gələcəkdə ortaya çıxacaq qlobal 

təhlükələrin qarşısını müharibə və digər antihumanist vasitələrlə almaq olar. Lakin Maltusun 

qаldırdığı bu problem öz humanist və eyni zamanda qlobal əhəmiyyətini yalnız XX əsrin ikinci 

yarısında, xüsusən məşhur “Roma Klubu”nda səsləndirilmiş çıxışlarda tapmışdır. Bu məsələyə ictimai 

elmlərin nümayəndələri ilə yanaşı bir sıra təbiətşünas alimlər də böyük maraq göstərmişlər. Son 

dövrlərdə bu məsələyə davamlı şəkildə və sinergetik prizmadan yanaşan tanınmış təbiətşünas 

alimlərdən S.P.Kurdyumovun, Q.Q.Malinetskinin və xüsusən də S.P.Kapitsanın tədqiqatlarını qeyd 

etmək olar. Adları çəkilən müəlliflərin birgə nəşr etdirdikləri kitabda demoqrafi k problemin bir sıra 

aspektləri və xüsusən də əhali artımının inkişaf dinamikasını səciyyələndirən riyazi düsturlar 

çıxarılmış və bu əsasda bəşəriyyətin sayının keçmişdəki, indiki və gələcəkdəki göstəricilərinin əldə 

olunmasına cəhd edilmişdir. 

8.Maltusçuluq nəzəriyyəsi və neomaltusçuluq  

Məşhur ingilis iqtisadçı, əhali artımı və onun doğuracağı nəticələr üzrə çalışan sosial sahə alimi tomas 

robert maltusun adı ilə bağlı olan konsepsiya. tomas maltus kembric universitetini bitirərək ruhani 

adını almış və keşiş kimi fəaliyyət göstərmişdir. bu illərdən başlayaraq maltus özünün pessimist 

nəzriyyələrini formalaşdırmağa başlamışdır. onun sosial nəzəriyyələri sənaye inqilabı zamanı öz 

populyarlığını itirsə də, hal-hazırda öz aktuallığına yenidən qovuşmuşdur. belə ki, “time” jurnalı 

maltusa haqq qazandırmaqla yanaşı onu peyğəmbər adlandırmaqdan belə çəkinməmişdir. adıçəkilən 

sosial nəzəriyyələr maltusun ən məşhur kitabı olan “an essay on the principles of population” 

əsərində boy göstərib. maltusun fikrincə, dünya əhalisi üzərində nəzarət zəruridir. nəzarətin 

olmaması isə bəşər övladının sonunu gətirəcək. maltus bu hipotezinə dayaq olaraq dünya əhalisi və 

yaşayış resurslarınının artımını göstərir. belə ki, onun nəticəsinə əsasən, dünya əhalisinin artımı 

həndəsi silsilə üzrə baş verir (2,4,8,16,32,64.Onlara lazım olan yaşayış resurlarının artımı isə ədədi 

silsilə üzrə baş verir (2,4,6,8,10,12). buna görə də, müəyyən müddət intervalında əhalinin sayını 

azaltmaq, yaxud dövlətin əhalinin artımına nəzarəti vacibdir. maltus gec evlənmək və az uşaq sahibi 

olmaq kimi ideyaların qanun kimi qüvvəyə minməsinin tərəfdarı idi. həmçinin o, epidemiya və 

müharibələri zəruri hesab edir, döyüşə gedən generallara qibtə edir, xəstəliklərin çarəsini tapan 

alimləri isə qınayırdı. insanların qurtuluşunu məhvində görən maltus təklif edirdi ki: “yoxsul çevrələrə 

təmizliyi tövsiyə etməyin əvəzinə, onları buna zidd olan vərdişlər yönündə cəsarətləndirməliyik. 

şəhərlərimizdəki yolları daha dar etməli, evləri daha izdihamlı yerlərə çevirməli və vəbanın yayılması 

üçün səy göstərməliyik. çöllüklərdə kəndlərimizi durğun su kənarlarında tikməli, məskunlaşmanın 

bataqlıq sahələrdə və zərərli şərtlərlə də olsa, edilməsini təşviq etməliyik. ancaq hər şeydən kənar, 

zərərli xəstəliklər üçün alınan xüsusi tədbirləri və bəzi xəstəlikləri kökündən yox etmək üçün layihələr 

təşkil edib insanlığa xidmət etdiklərini düşünən xeyriyyəçiləri (ki, bu insanlar səhvə yol vermişlər) 

qınamalıyıq.” maltusun fikirləri xıx əsrdə populyar nəzəriyyələrdən biri olmuşdur. maltusun 

davamçıları (maltusçular) onun proqnozlarını doğru hesab edirdilər. lakin xıx əsrdə olan sənaye 

inqilabı ərzaq bolluğuna səbəb olmuş, qiymətlər ucuzlaşmış və avropada aclıq aradan qalxmışdı. 

buna görə də, onun tezisi bir çoxları tərəfindən (bunların içində karl marks və fridrix engel kimi adlar 

da var idi.) əsassız iddia adlandırılmışdı. tənqidçilər bunun səbəbini maltusun sənaye inqilabı və onun 

gətirəcəyi məhsuldarlıq artımını proqnozlaşdıra bilməməsində görürdü. xx əsrin əvvəllərində 

maltusun fikirləri artıq öz əhəmiyyətini itirmişdi. texnologiyanın inkişafı ilə ərzaq ehtiyatı daha da 

artmışdı. buna baxmayaraq, bu dövrdə dəmaltusun davamçılarına (neo-maltusçular) rast gəlmək 

mümkün idi. neo-maltusçular isə ərzaq bolluğunun səbəbini texnologiyanın inkişafı ilə əlaqələndirir, 

və texnologiyanın insanlara olan köməyinin məhdud olduğunu bildirirdilər. çox keçmir ki, xx əsrin 60-

cı illərində baby boom baş verir və dünya populyasiyasında güclü artım müşahidə olunur. ərzaq 

ehtiyyatı azalmağa doğru gedir. neo-maltusçular isə “təbiət öz qisasını alacaqdır. belə iş olmaz. 



insanlar dovşan kimi artır və təbiəti bütün resurslardan məhrum edirlər.” bəyanatı ilə bütün dünyanı 

xəbərdar etməyə çalışırdılar. müasir dövrdə olan xəstəlik və müharibələrdə neo-maltusçuların əli 

olduğu güman edilir. çünki, onların fikrincə, insan artımı ya böyük faciəyə səbəb olacaq, ya da təbiət 

bunu requlasiya etmək üçün müəyyən vasitələrdən istifadə edəcək. tomas maltusun öz sözü ilə 

desək, “əgər insan təbiətlə münasibətlərini nizamlamasa, təbiət özü bunu edəcək.” hal-hazırda 

bütün dünyanı əlinə alan koronavirus epidemiyasının neo-maltusçular tərəfindən törədildiyi, yaxud 

təbii proses olduğu sual altındadır. lakin hər iki halda da maltusun dedikləri baş verir. 

9.Demoqrafik siyasətin əhəmiyyəti və istiqamətləri  

Demoqrafik siyasət - dövlət orqanları və digər sosial institutlar vasitəsilə əhalinin artımının nizama 

salınması sahəsində məqsədyönlü fəaliyyətə əsaslanan, əhalinin sayı və strukturu dinamlkasını sabit 

saxlamağa və ya dəyişdirməyə xidmət edən siyasətdir. Demoqrafik siyasət doğum sayı, nikahlılıq, 

boşanma, əhalinin yaş strukturu və onun ölüm miqdarına təsir edən siyasətdir. Geniş mənada 

demioqraflk siyasəti bəzən əhalinin artması ilə eyniləşdirilir, dar mənada isə onun tərkib 

hissələrindən biri kimi nəzərdən keçirilir. O, sosial və iqtisadi siyasətlə bağlı olsa da, özünəməxsus 

xüsusiyyətlərə də malikdir. Demoqrafik siyasətin obyekti kimi ölkələr, onların ayrı-ayrı bölgələri və 

eləcə də əhalinin ayrı-ayrı qrupları (koqortası - biriəşmiş dəstəsi) da çıxış edə bilər. Demoqrafik 

siyasət, əsasən müxtəlif tədbirlər kompleksinə əsaslanır; iqtisadi, inzibati-hüquqi, tərbiyəvi və 

təbliğati. Əsasən doğum sayının stimullaşdınlmasına yönəldilən iqtisadi tədbirlərin siyahısına 

ödənilən məzuniyyət və uşaqların doğulması zamanı müxtəlif müavinətlər, ailənin sayından, yaşından 

və tərkibindən asılı olaraq uşaqlara verilən müavinət - proqressiv şkala üzrə müxtəlif borclar, 

kreditlər, vergi və mənzil güzəştləri və s. aiddir. İnzlbati-hüquqi tədblrlər nikaha daxil olma yaşını, 

boşanmanı, abortlar və kontraseptlərin qəbuluna münasibəti, ailənin dağılması zamanı ananın və 

uşaqlann əmlak vəziyyətini, işləyən qadınların iş rejimini və s. nizama salan qanunverici aktları 

birləşdirir. Tərbiyəvi və təbliğati tədbirlər ictimal fikrin, demoqrafik əxlaqın norma və standartlarının 

formalaşmasına, ailə planlaşdırıllması siyasətinə (uşaq doğulmasının ailədaxili tənzimlənməsi) və 

əhalinin artımına dini və digər adət və ənənələrin münasibətinin ayırd edilməsinə, gənclərin cinsi 

tərbiyəsinə, təhsilinə və s. yönəldilir. 

10.Yaşayış məntəqələrinin yaranması və növləri   

Yer kürəsindəki yaşayış məntəqələri təxminən 1 mln.kv.km sahəni əhatə edir (bu, təxminən müasir 

Misirin ərazisinə bərabərdir). Yaşayış məntəqələrinin yaranmasına və onların sonrakı inkişafına ilk 

növbədə coğrafi mühit təsir göstərir. Məhz elə bu səbəbdən yaşayış məntəqələri bir-birindən 

fərqlənir.Yaşayış məntəqələrinin əsas tipləri bunlardır: meqapolis, konurbasiya, aqlomerasiya, şəhər, 

şəhər tipli qəsəbə və kənd. Qədim zamanlarda insanlar heyvandarlıqla məşğul olduqları üçün əsaən 

köçəri həyat keçirirdilər. Əkinçiliyin inkişafı və bununla bağlı yaşayış məntəqələrinin yaranması 

ərəzilərin mənimsənilməsində yeni bir mərhələ oldu. Bununla belə, dünyanın ayrı-ayrı yerlərində bu 

günə kimi də bəzi qəbilələr köçəri həyat sürür, komalarda, çadırlarda, dəyələrdə yaşayırlar; məsələn, 

Saxara səhrasında və Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər, Şərqi Afrikada yaşayan 

masailər kimi. Kənd yaşayış məntəqələrinin əhalisinin artması və bu səbəbdən də ərazilərin 

genişlənməsi onların daha yüksək pilləyə qalxmalarına. Yeni mahiyyət kəsb etmələrinə səbəb olur. 

Məhz beləliklə də şəhərlər və alqomerasiyalar yaranır. Tarix boyu getdikcə şəhərlərin yeni-yeni 

fərqləndirici meydana çıxır. Məsələn, orada sənayesürətlə inkişaf edir. Şəhərlərin yaranması və 

inkişafı onların coğrafi mövqeyindən, nəqliyyat şəbəkələrinin səviyyəsindən və ətraf ərazilərdəki təbii 

sərvətlərin mənimsənilməsindən də xeyli dərəcədə aslıdır. Məhz elə bu səbəbdəndir ki, bəzi şəhərlər 

yüksək templə inkişaf edir, digərləri isə əksinə, kabus şəhərlərə çevrilirlər. Məsələn, XIX əsrin ikinci 

yarısında ABŞ-ın cənub-qərb sahilində (Kaliforniyada) "qızıl" dövründə çoxlu qəsəblər və şəhərlər 

yaradılmışdı. Lakin sonradan, qızıl ehtiyatları tükəndikdə həmin şəhərlər tamamilə kimsəsizləşmişlər. 




Bu cür kəndlər və şəhərlər Rusiyada vardır. Rusiyanın Mərkəzi Qaratorpaq hissəsindəki bir çox 

kəndləri əhali tərk etmişdir. Rusiyada Baykal-Amur magistralının keçdiyi zolaqda bir zamanlar 

salınmış şəhərlər də indi kabus-şəhərlərə çevrilmişlər. Ümumiyyətlə, dünyada çox az adam tapılar ki, 

kəskin iqlim şəraitində yaşamaq istəsin. Ölkənin bu və ya başqa regionunda şəhərlərin inkişafı və 

onların sayının artması urbanizasiya adlanır. Urabnizasiyanın səviyyəsi hər bir ölkədə şəhər əhalisinin 

xüsusi çəkisi ilə müəyyən olunur. Avropa ölkələrinin əksəriyyətində bu göstərici çox yüksəkdir, belə 

ki, əhalinin təxminən 75-85%-i şəhərdə yaşayır. Aqlomerasiyanın müsübət cəhətləriylə yanaşı, mənfi 

cəhətləri də vardır. Bunlardan ən əsası sosial və ekoloji gərginlikdir. Böyük "milyonçu" şəhərlərdə 

(əhalisi milyondan çox olan şəhərlərdə) mənzil çatışmazlı üzündən, adətən, şəhər ətarafı zonalarda 

bir-birinin ardınca çoxsaylı qanunsuz tikililər peyda olur. Özü də bu, demək olar ki, bütün iri şəhərlər 

üçün səciyyəvidir. Roma şəhərində də vəziyyət eynən belədir. Əhalisi sürətlə artan şəhərlərdə 

vəziyyət daha mürəkkəbdir. Məsələn, Honkonqda əhalinin bir hissəsi sahildə lövbər salmış qayıqlarda 

yaşayır, Qanq çayının deltasındakı adada isə insanlar qamışdan tikilmiş evlərdə məskunlaşmışlar. 

Urabanizasiya prosesinin yüksək sürətlə getdidyi ərazilərdə alqomerasiyaların sayının artması 

növbəti mərhələdə konurbasiyaların yaranmasına səbəb olur. Konurqrasiya iki alqomerasiyanın ərazi 

baxımından birləşməsi deməkdir. Məsələn, Hollandiyada Haaqa ilə Rotterdam,Almaniyada 

Duysburqla essen şəhərləri və başqaları bu qaydada birləşərək konurbasiyalar əmələ gəilmişlər. 

Konurbasiyalar da öz növbəsində inkişaf edərək meqaploislər yaradırlar. Meqapolislər bir neçə 

konurbasiyanın ərazicə birləşməsidir. Ümumiyyətlə, XXI əsrə doğru bütün dünyada gedən insanlar 

yerdəyişmə prosesi, kənd yaşayış məntəqələrindən şəhərlərə axın gələcəkdə qitələrin hamısında 

nəhəng meqaploislərin əmələ gələcəyi ehtimalını artırır. Əhalinin günü-gündən artması, yaşayış üçün 

yararlı ərəzinin isə az olması yapon alimlərini dəniz altında şəhər salmaq üçün misli görünməmiş 

layihələr hazırlamağa sövq etmişdir. 

11.Şəhərlərin inkişafı , müsbət və mənfi cəhətləri  

Şəhər məskənləri – bir, yaxud müxtəlif uyuşmalarda bir neçə müxtəlif xalq təsərrüfatı funksiyalarını –

1) sənaye; 2) nəqliyyat; 3) təşkilat-təsərrüfat, mədəni, siyasi və inzibati; 4)istirahətin və müa¬licənin 

(kurortlar) təşkili funksiyalarını yerinə yetirən yaşayış mən¬təqələridir. Şəhər məskənlərinin 

müəyyənləşdirilməsi üçün əhalinin sayı, məşğulluğu, müxtəlif ölkələrin və bölgələrin yerli 

xü¬susiyyətləri nəzərə alınmaqla, yaşayış məntəqəsinin iqtisadi və mədəni əhəmiyyəti kimi əlamətlər 

məcmu şəkildə əsas tutulmalıdır. Muasir şəhərlərin xüsusiyyətləri Müasir şəhərlərin aşağıdakı 

səciyyəvi xüsusiyyətlərini ayırd etmək olar: İqtisadi – əhalinin kənd təsərrüfatı ilə deyil, başqa 

sahələrdə məşğul olması; Ekistik – əhalinin xeyli hissəsinin nisbətən böyük olmayan ərazidə 

cəmləşməsi və beləliklə, yüksək əhali sıxlığı (şəhər ərazisinin 1 km2-nə bir neçə on minədək sakin); 

Demoqrafik – əhalinin təkrar istehsalının və onun strukturunun spesifik şəhər xarakteristikasının 

formalaşması; Memarlıq – səciyyəvi şəhər memarlıq – planlaşdırma mühitinin yaranması; Sosioloji – 

şəhər həyat tərzinin formalaşması; Hüquqi – şəhərlər, bir qayda olaraq, bitişik ərazinin inzibati 

mərkəzləridir. Şəhər əhalisi üç mənbə: a) təbii artım, b) mexaniki artım, c) kənd məskənlərinin 

dəyişməsi, yaxud onların şəhər hüdudlarına qatılması hesabına təşəkkül tapır. Təbii və mexaniki 

artımın nisbəti şəhərin tipindən, onun «yaş»ından və həcmindən asılıdır. Təbiidir ki, yeni şəhərlərin 

əhalisi mexaniki artım hesabına formalaşır. Böyük şəhərlər insanları cəzb edir, kiçik şəhərlər isə 

əhalisini başqalarına verir. Yeni şəhərlər əhalisini miqrantları fəal surətdə cəlb etməklə 

formalaşdırırlar. Əhalinin dini strukturu çoxmillətliliklə bağlıdır ki, bu da şəhərin mikrocoğrafiyasında 

təzahür edə bilər. Milli struktur baxımından şəhər əhalisi kənd əhalisindən daha az yekcinsdir. Şəhər 

yaşayış məskənlərinin tipologiyası və təsnifatı. Tipologiya – mürəkkəb obyektləri onların başlıca 

xassələrinin aşkara çıxarılması əsasında dərketmə metodudur. Şəhərlərin tipologiyası məlum şəhərin 

başqaları arasında yerini müəyyənləşdirmək üçün lazımdırTipologiyanın başlanğıcı olan təsnifat – 

şəhərlərin hansısa bir əlamət dərəcəsinə, iqtisadi-coğrafi mövqeyinə, yaranma tarixinə görə 



bölgüsüdür. Tipologiya isə əlamətlərin uzlaşması əsasında şəhərlərin tiplərə bölünməsidir. Onu tipə 

görə təsnifat, yəni təsnifatın yüksək pilləsi adlandırmaq olar. Coğrafiyada şəhər məskənlərinin 

aşağıdakı təsnifat istiqamətlərindən istifadə edilir: 1) böyüklüyünə görə (əhalinin sayı); 2) 

funksiyalarına görə; 3) ərazi əmək bölgüsündəki iştirak dərəcəsinə görə; 4) mənşəyinə görə (genetik 

təsnifat); 5) iqtisadi-coğrafi mövqeyinə görə. Şəhər və şəhərsalma coğrafiyasında şəhərlərin 

böyüklüyünə görə aşağıdakı təsnifatı qəbul olunmuşdur: əhalisi 50 min nəfərə qədər olan kiçik 

şəhərlər, orta (50-100 min), böyük (100-250 min), iri (250-500 min), ən iri (500 min-1 milyon), 

milyonçu şəhərlər (1 milyondan çox). Görmək çətin deyildir ki, şəhərlərin həcminə görə təsnifat 

qruplaşdırılması müəyyən məskən tipləri kimi kiçik, orta, böyük və milyonçu şəhərlərin tipologiyası ilə 

müəyyən qədər üst-üstə düşür. Məsələn, belə bir cəhət çoxdan diqqəti cəlb edirdi ki, 100 min 

nəfərlik həddə çatdıqdan sonra funksional strukturda sənayenin payı nəzərəçarpacaq dərəcədə 

azalır. Milyon nəfər əhalisi olan şəhərdə metropolitenə ehtiyac yaranır. Funksional tipologiya. 

Şəhərlərin yerinə yetirdikləri ən geniş yayılmış funksiyalar tipologiyası xarakterinə görə iqtisadi və 

qeyri-iqtisadi tipologiyalara bölünür. 

12.Aqlomerasiyalar və meqapolislərin yaranması və inkişaf problemləri  

Əvvəlki tarixi dövrlərdə məlum olmayan yeni qrup məskunlaşması forması – tərkibinə həm şəhər, 

həm də kənd yaşayış məntəqələri daxil olan aqlomerasiya meydana gəlmişdir. Aqlomerasiya yaradan 

məskənlər öz aralarında müntəzəm əmək səfərləri, mədəni-məişət və istehsalın kombinə edilməsi 

kooperativləşdirilməsi üzrə əlaqələrlə birləşmişlər. Onlar tez-tez ümumi istehsal-sosial 

infrastrukturuna və bir-birilə qovuşmaq meylinə malik olurlar. Bunların arasında gecələmə 

qəsəbələrini, yaylaq, bazar günü istirahəti tipli yaşayış məntəqələrini və s. ayırd etmək mümkündür. 

Şəhər aqlomerasiyasının tərkibində, adətən, baş şəhər (aqlomerasiyanın özəyi və onu əhatə edən 

yaşayış məntəqələri) ayırd edilir. Belə aqlomerasiyaları monosentrik aqlomerasiya (məsələn, Bakı, 

Tbilisi, Xarkov və s.) adlandırırlar. Polisentrik aqlomerasiyaların bir-biri ilə qarşılıqlı surətdə bağlı olan 

bir neçə mərkəzi vardır. Onlar həcminə və iqtisadi inkişaf səviyyəsinə görə bərabər deyillər, lakin hər 

birinin ətraf zonası və peyk-məskənlər qrupu vardır. Şəhər aqlomerasiyasının sərhədləri, adətən, 

mərkəzi şəhərdən nəqliyyatla iki saatlıq məsafədən kənara çıxmır. Bu isə müasir şəhərətrafı 

nəqliyyatla 50-60 km radiuslu zona deməkdir. Aqlomerasiyanın sərhədləri inzibati sərhədlərlə üst-

üstə düşmür ki, bu da uçot aparılmasında bir sıra narahatlıqlar doğurur. Məskunlaşma formalarının 

sonrakı təkamülü istehsalın inkişafı və təmərküzləşməsi proseslərinin təsirilə aqlomerasiyaların 

qaynayıb-qarışmasına, geniş əraziləri əhatə edən fövqəlaqlomerasiya səviyyəsində 

urbanizasiyalaşmış zonaların - meqapolislərin (yun. meqali- böyük, polis- şəhər sözlərindən) 

formalaşmasına gətirib çıxarır. Afina ekistika mərkəzi 80-ci illərin əvvəlində 66 meqapolis, o 

cümlədən ümumi əhalisi 1,4 mil¬yard nəfər olan 23 meqapolis müəyyənləş¬dirmişdi. 2000-ci ildə 

onların sayı 160-a çatmışdı. Dünya əhalisinin 45-50%-i onlarda cəmləşmişdir. Ən böyük meqapolislər 

ABŞ-ın Atlantik okeanı sahilləri boyu Bostonla Vaşinqton arasında (Bostvaş), Boyük göllər bölgəsində 

Çikaqo ilə Pittsburq arasında (Çipitts), Kaliforniyada San-Diyeqo və San-Fransisko arasında (San-San), 

Qərbi Avropada İngiltərədə (London-Liverpul), Reyn çayı boyu (Reyn-Rur-Reyn-Mayn), Yaponiyanın 

şərq sahilleri boyu Tokio ilə Osaka arasında (Tokaydo) formalaşmışdır. Dünyada ən nəhəng 

meqapolis sayılan sonuncuda 60 milyona yaxın adam – ölkə əhalisinin yarısı yaşayır. Bir sıra 

tədqiqatlarda Qərbi Avropada İngiltərə, AFR, Belçika, Hollandiya, Fransanın həmmərz ərazilərində 

ümumi sahəsi 230 min km2, əhalisi 80 milyon nəfər olan «Polis deltası»nın formalaşdığı qəbul edilir. 

San-Rio (San Paulu Rio-de-  Janeyro), Vizaqmahanaqar (Qanq- Brahmaputra deltası), Caban (Cakarta 

– Bandunq), Pektyan (Pekin-Tyanszin), Şanxay-Nan¬kin-Çançjou, Laqos-İbadon, Quançjou-Şançjen-

Syanqon (Honkonq), Qahirə-İsgəndəriyyə, La-Plata bölgəsi meqapolisləri intensiv həkildə formalaşır, 

Rusiyada Moskva- Vladimir-Nijni- Novqorod meqa¬rolisi təşəkkül tapır. Moskva-Sankt-Peterburq oxu 

üzərində də meqapolis yaranması mümkündür. Lakin Novqorod və Tver vilayətlərindən çoxlu sayda 



əhalinin köçüb getməsi nəticəsində onun orta hissəsi «yuyulmuşdur». Lapponun aqlomerasiya 

təsnifatı Q.M. Lappo aqlomerasiyanın üç təşəkkül tipini nəzərdən keçirir: şəhərdən formalaşma, 

rayondan inkişaf və qarışıq inkişaf tipləri. Qarışıq tipdə iki yarımsistem qarşılıqlı surətdə nüfuz edirlər, 

«həm də elə sıx qaynayıb-qarışırlar ki, onları vahidin hissələri hesab etmək lazımdır». Qarışıq 

aqlomerasiya tipinin iki yarımtipi ayırd edilir: iri şəhər və yerli əhəmiyyətli olmayan kurort bölgəsi 

(məsələn, Riqa, Riqa dəniz sahili) əsasında inkişaf edən; iri şəhər və hasilat bölgəsi (məsələn, 

Çelyabinsk və ona bitişik daş kömür hövzəsi) əsasında inkişaf edən yarımtiplər. İlk baxışda Bakı 

aqlomerasiyasının təsnifat üzrə inkişafı qarışıq tipin 2-ci yarımtipinə aiddir. Lakin Bakı və bu yarımtip 

üçün səciyyəvi olan Çelyabinsk aqlomerasiyalarının inkişafı arasında əhəmiyyətli fərq var: əvvəldən 

sənaye neftçıxarması bölgə¬si olan Abşeron neft rayonu və Bakı şəhəri iki müxtəlif yarım¬sis¬tem 

kimi deyil, vəhdətdə inkişaf etmişlər. Abşeron nefti Bakının sürətli inkişafına güclü təkan vermiş, o da, 

öz növbəsində, neftçıxarma rayonunun formalaşmasına yardım göstərmişdir. Çelya¬binskdə belə 

vəhdət, bir-birindən asılılıq müşahidə olunma¬mışdır. Görünür, şəhər aqlomerasiyası inkişafının 

genetik cəhətdən vəhdət təşkil edən iri şəhər və hasilat sənayesi rayonu əsasında inkişaf edən 3-cü 

tipindən (yaxud qarışıq tipin yarımtipindən) də danış¬maq mümkündür. Bakı aqlomerasiyası bu tipin 

səciyyəvi təmsil¬çisi olacaqdır. 

13.Sivilizasiyaların yaranması və inkişafı  

Cəmiyyət-strukturu ,təşkili, inkişaf tipləri 1. Ailə 2. Müxtəlif səbəblərdən insanların birliyidir 3. 

Etnoslar 4. Dövlət 5. Sivilizasiya Cəmiyyət — insanların birliyi olub, özündə cəmiyyətin siyasi, iqtisadi, 

sosial və mədəni həyatını birləşdirən qeyri-dövlət strukturudur. Cəmiyyət sözün geniş mənasında 

maddi həyatın, canlı təbiətin bir hissəsi olan, tarixən inkişaf edən, insanların fəaliyyəti formasıdır. 

Cəmiyyətin son dərəcə mürəkkəb olması onu izah edən baxışların da müxtəlifliyini şərtləndirir. Sosial 

fəlsəfədə cəmiyyətin üç əsas nəzəri modeli geniş yayılmışdır: •  naturalizm, • 

idealizm, •

 

materializm. Birinci mövqe, naturalizm (təbiət təbii olan deməkdir) tarixən daha qədimdir. 



Onun mahiyyətini cəmiyyətin təbii-bioloji amillər (təbii sərvətlər,mühit iqlim və sair) ilə izah olunması 

təşkil edir. Cəmiyyətə idealist yanaşma sosial həyatda əbədi ideyanın, dünya zəkasının, idealın, 

mənəvi amillərin müəyyənedici rol oynadığını sübut etməyə çalışır. Nəhayət, materializm cəmiyyətin 

izahındə maddi amillərdən: sosial varlıqdan, maddi nemətlər istehsalından çıxış edir. Tarixi inkişafa 

və coğrafi məkana görə sivilizasiyaların təsnifatı Qlobal Lokal Dünyəvi Sivilizasiyaların quruluşunu çox 

mənzillərdən ibarət piramidaya bənzətmək olar. Zirvədə mənəvi dəyərlər durur. Bura elm, 

mədəniyyət, təhsil,etika, din aiddir Bir mərtəbə aşağıda sosial siyasi quruluş durur. Üçüncü 

mərtəbədə iqtisadi istehsal dayanır Digər mərtəbəni isə texnoloji istehsal əhatə edir Qədim lokal 

sivilizasiyalar -Qədim mesapotamiya sivilizasiyası   e.ə 3500-500 illər -Qədim Misir Sivilizasiyası.  e.ə 

3100-332 illər -Hind sivilizasiyası.   e.ə 3300-1300 illər Harappa -Antik sivilizasiya. -Çin sivilizasiyası -

Nubiya sivilizasiyası -Xetlər -Olmek sivilizasiyası.   e.ə. 1500-401 illər -Çavin sivilizasiyası -Maya -İnk -

Astek 


14.Mədəni inkişafın regional xüsusiyyətləri  

Müasir əhali tərkibinin və məskunlaşmış yerlərin formalaşması və inkişafında hər bir qitənin, ayrıca 

dövlətin, konkret regionun özünəməxsus məkan xüsusiyyətləri vardır. Onlar cəm halda əhali 

məskunlaşmasının xarakterinə təsir göstərən sosial, iqtisadi və təbii şəraitlə müəyyən edilir. Əhalinin 

məskunlaşması cəmiyyət həyatının bir çox cəhətlərini əks etdirən mürəkkəb sosial-iqtisadi prosesdir. 

Ona görə də əhali məskunlaşması bir çox elmlər: demoqrafiya, sosiologiya, əhali coğrafiyası, 

geosiyasət, tarix, şəhərsalma və s. elmlər tərəfindən öyrənilir. Demoqrafiya əhalinin məskunlaşdığı 

ərazidə yerləşməsini və yerdəyişməsi proseslərini tədqiq edir. Sosiologiya cəmiyyətin məkanca təşkili 

formasının öyrənilməsinə yönəlmişdir. Coğrafiya əhalinin məskunlaşmasını təbii mühitlə qarşılıqlı 

əlaqədə işıqlandırır. Geosiyasət məskunlaşmanın spesifikasını xarici siyasi amillərlə bağlı izah edir. 




Tarixi-coğrafi yanaşma cəmiyyətin müxtəlif inkişaf mərhələlərində məskunlaşmanın formalaşmasının 

xarakterini açmağa imkan verir. Məskunlaşma dedikdə, adətən, əhalinin ərazidə yerləşməsi və 

yenidən yerləşməsi və onun nəticəsi – məskənlər şəbəkəsi başa düşülür. Əhalinin məskunlaşmasına 

onun yerləşməsi, yaşayış yerlərinin qarşılıqlı funksional ərazi əlaqələri və əhali miqrasiyaları daxildir. 

Ümumiləşdirilmiş şəkildə demək olar ki, əhalinin məskunlaşması onun ərazicə təşkilidir. Onun 

tərkibinə həm əhalinin yerləşməsi, həm də ona immanent şəkildə xas olan bütün əlaqələr sistemi 

daxildir. Əhalinin məskunlaşması konkret ərazinin sosial-iqtisadi mənzərəsini əks etdirir. Sosial-

iqtisadi inkişafın xüsusiyyətlərinə görə əhalinin məskunlaşması barədə, əksinə, əhalinin 

məskunlaşmasına görə, ərazinin sosial-iqtisadi vəziyyəti haqqında fikir yürütmək olar. Əhali 

məskunlaşmasının çoxsaylı sosial-iqtisadi amillərinə istehsalın xarakteri, məhsuldar qüvvələrin inkişaf 

səviyyəsi və yerləşmə xüsusiyyətləri, habelə əhalinin gəlir səviyyəsi, infrastruktur təminatı və s. 

sahələrdə bölgələrarası fərqlər daxildir. Əhalinin ölkə ərazisində məskunlaşması prosesinin inkişafını 

sosial-iqtisadi amillərdən əlavə, daha iki amillər qrupu, - təbii və demoqrafik, - müəyyən edir. Təbii 

amillər – iqlim, yerin, torpağın relyefi və digər təbii ehtiyatlardır. Məhsuldar qüvvələrin inkişafı nə 

qədər yüksəkdirsə, təbii amillərin birbaşa təsiri də bir o qədər azdır. Lakin əhali məskunlaşmasının 

təhlilində onlara etinasızlıq göstərmək olmaz. Demoqrafik amillər qrupuna, hər şeydən əvvəl, 

miqrasiya proseslərində regional fərqlər, habelə əhalinin təbii təkrar istehsalı proseslərinin 

intensivliyindəki fərqlər aiddir. 

15.Qərb sivilizasiyası və inkişaf xüsusiyyətləri 

Tədqiqatçılar Yer üzərində 21 fərqli sivilizasiyanın mövcud olduğunu bildirirlər. Hazırda isə 

özünəməxsus xüsusiyyətlərə malik olan Qәrb, Şәrq, Konfutsi, Yapon, Hind, Slavyan-pravoslav, Latın 

Amerikası vә Afrika sivilizasiyaları və s. mövcuddur. Sivilizasiyalar əbədi deyildir. Tarixən yüksək 

inkişaf səviyyəsinə malik olmuş güclü sivilizasiya tədricən zəifləyib məhv olur, zəif sivilizasiyanın 

yerində isə daha güclüsü yarana bilər. Məsələn, vaxtilə yüksək sivilizasiyaya malik olan qədim İraqda 

hazırda ağır həyat şəraiti hökm sürür. Orta əsrlərdə əyalət kimi tanınan Avropa isə müasir dövrdə 

yüksək Qərb sivilizasiyasının mərkəzinə çevrilmişdir. Müasir dövrdə dünyada ən güclü olan 

sivilizasiyalar Şərq və Qərb sivilizasiyalarıdır. Qərb sivilizasiyası Qərbi Avropa, Amerika və Avstraliyada 

formalaşmışdır. Bu sivilizasiya yeniliklərə meyilliliyi, həmçinin elm və texnikanın yüksək inkişaf sürəti 

ilə səciyyələnir. Cənub-Qərbi Asiya və Şimali Afrikada yayılan Şərq sivilizasiyası isə daha çox 

ənənələrə sadiq olması ilə səciyyələnir. İslam sivilizasiyası dini amil nəzərə alınmaqla, Afrika və Latın 

Amerikası nisbətən tarixi və coğrafi amilə əsasən, Qərb sivilizasiyası soyuq müharibə zamanı 

formalaşmış olan fikrə və ümumi dəyərlərə əsasən, Slavyan qrupu din və dil faktoruna görə, Yaponiya 

isə özünəməxsus xüsusiyyətlərinə görə ayrıca bir sivilizasiya hesab olunur. Müxtəlif sivilizasiyalardan 

olan insanların siyasi, sosial, iqtisadi və hüquqi proseslərə fərqli baxış, dərk etmə və münasibət 

sistemi var. Bu fərqlər əsrlər ərzində formalaşmış olan və siyasi ideologiya və rejimlərlə nisbətdə 

dəyişilməsi daha çətindir və daha uzun zaman tələb edir .Bütün bunlara baxmayaraq sivilizasiyalar 

statik deyil, onlar da tarixi prosesdə tamamilə silinə və ya başqa sivilizasiyalar ilə birləşə yaxud 

assimilyasiya ola bilər. Bu proses Osvald Spengler “Qərbin Süqutu” adlı kitabında göstərdiyi kimi 

daxili və ya S.Hantinqtonun qeyd etdiyi kimi xarici təhdidlər səbəbi ilə başa verə bilər.  

16.İslam sivilizasiyası və inkişaf xüsusiyyətləri  

Sivilizasiya (lat. civilis — mülki, dövlət)– müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi 

çıxış edən, dünyada sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyi. Tarixdə hələ ən 

qədim dövrlərdən şərq və qərb sivilizasiya tipləri daha çox diqqət çəkmiş və geniş yer almışdır. Şərq 

elmin, mədəniyyətin, ilk bəşəri dəyərlərin beşiyi olmuş, antik sivilizasiya qədim şərq sivilizasiyasından 

bəhrələnmişdir. Antik sivilizasiyadan sonra bəşər tarixində ən parlaq dövr İslamın yaranması ilə 

başlanmışdır. Elm və mədəniyyətin inkişaf mərkəzi yenidən şərq dünyasına köçmüşdür. Bu dövrdə 




islamla sıx surətdə bağlı olan yeni sivilizasiya dalğası özündən əvvəlki elmi nəaliyyətlərin, mədəni-

mənəvi dəyərlərin dağılmasına yol verməmiş, onları qoruyub saxlamış, inkişaf etdirmiş və qərb 

dünyasının yeni intibahı üçün zəmin yaratmışdır. İslam Sivilizasiyası bu gündür və keçmişdə Şimali 

Afrikadan Sakit Okeanın qərb periferiyasına və Mərkəzi Asiyadan Saharadan cənuba Afrikaya qədər 

siyasət və ölkələrdən ibarət müxtəlif mədəniyyətlərin qarışığı idi. Geniş və geniş İslam İmperiyası 

eramızın 7-ci və 8-ci əsrlərində yaradılmış və qonşuları ilə bir sıra fəthlər nəticəsində birliyə çatmışdır.  

Bu ilkin birlik 9-10-cu əsrlərdə dağıldı, lakin min ildən çox müddət ərzində yenidən doğuldu və 

yenidən canlandı. Bütün dövr ərzində islam dövlətləri yüksəldi və çökdü, digər mədəniyyətləri və 

xalqları mənimsəyib və əhatə edərək, böyük şəhərlər tikib, geniş ticarət şəbəkəsi yaradıb və qoruyub 

saxlayıb.  Eyni zamanda, imperiya fəlsəfə, elm, hüquq, tibb, incəsənət, memarlıq, mühəndislik və 

texnologiyada böyük irəliləyişlərə imza atdı. İslam imperiyasının mərkəzi elementi İslam dinidir.  

Təcrübədə və siyasətdə çox müxtəlif olan İslam dininin qol və məzhəblərinin hər biri bu gün tövhidi 

müdafiə edir.  Bəzi baxımdan İslam dini monoteist yəhudilik və xristianlıqdan irəli gələn islahat 

hərəkatı kimi nəzərdən keçirilə bilər.  İslam imperiyası həmin zəngin birləşməni əks etdirir. İslam ərəb 

mədəniyyətində yaranıb inkişaf etdiyi üçün İslamı qəbul etmiş digər mədəniyyətlər ərəb adətlərindən 

təsirlənməyə meyllidirlər.  Beləliklə, ərəb müsəlman cəmiyyətləri və digər müsəlmanlar mədəni 

yaxınlıqlara malikdirlər, baxmayaraq ki, hər bir cəmiyyət öz fərqləndirici xüsusiyyətlərini qoruyub 

saxlamışdır.  İslam mədəniyyəti səhrada doğulmuş, sadə, lakin heç də bəsit olmayan ərəb 

mədəniyyətini miras qoyub.  Mədəniyyətin şeir və povest vasitəsilə ötürülməsinə əsaslanan şifahi 

ənənəyə malikdir.  Bununla belə, sivilizasiyaya ən çox təsir edən yazılı qeyd olmuşdur.  İslam 

sivilizasiyası həm Quranın, həm də Peyğəmbərin vurğuladığı təhsil dəyərinə əsaslanır. 

17.Çin sivilizasiyası və inkişaf xüsusiyyətləri 

Çin zəngin tarixə və unikal mədəniyyətə malik olan bir ölkədir. Dünyaya Konfutsi kimi dahini vermiş 

bu ölkə təəccüb doğuran kontrastlara, göz oxşayan landşafta malik olmaqla, həm də göydələnlərin 

bəzədiyi müasir şəhərləri ilə seçilir. Şimala uzanan Qobi səhrasının həyatdan xali olan düzənliyi 

cənubdakı cənnətə bənzər tropik zonalarla əkslik təşkil edir. Çin qədim qüdrətli sivilizasiyanın beşiyi 

olmaqla, dünyaya özünün ixtira etdiyi ipəyi, farforu, barıtı, kağızı və digər faydalı əmtəələri bəxş etdi. 

Çinin tarixi abidələri möcüzələr hesab olunur. Ölkənin bir çox təbiət mənzərələri öz füsunkarlığı ilə 

adamları heyran edir. Çinlilərin yaradıcılıq istedadına qibtə etmək olar. Böyük Çin Səddi qədimdən bu 

ölkənin zamana tabe olmayan qiymətli simvolu hesab olunur. Dünyadakı bu ən böyük və məharətlə 

yaradılmış divarın tikintisi Şimali Çində 5 min kilometrə qədər uzanmaqla Yer üzündə kosmosdan 

müşahidə edilən yeganə bir abidədir. Onun tikintisinin tarixi bizim eradan əvvəlki əsrlərə təsadüf 

edir. Çin təkcə qədim tarixi ilə deyil, həm də müasir dünyada ən sürətlə inkişaf edən bir ölkə kimi 

diqqəti cəlb edir. Son üç onillikdə bu inkişaf dünyanın bütün başqa böyük ölkələrindən fərqli olaraq 

fasilə vermədən, təəccüb doğuran sürətlə davam edir. Ümumi daxili məhsul (ÜDM) istehsalına görə, 

XX əsrin birinci yarısında geridə qalmaqla işğallara məruz qalan, yoxsulluğu ilə seçilən yarımfeodal 

Çin indi dünya iqtisadiyyatında, yeganə fövqəldövlət sayılan ABŞ-dan sonra ikinci yeri tutur. Çin 

dünyanı paltar və ayaqqabı ilə təmin etməkdə nəhəng bir kainat fabrikinə çevrilmişdir. Planetin 

sakinlərinin az qala üçdə birini məhz Çinin yüngül sənayesinin istehsalı geyindirir. Dünya 

iqtisadiyyatının əslində yeni arxitekturasını yaradan bu ölkə ilə, ABŞ istisna olmaqla, heç bir dövlət 

müqayisə oluna bilməz. Çinin istehsal sahəsindəki artım sürəti də son illərdə hamını geridə 

qoymuşdur. 2014-cü ildə bu artım 7,4 % olmuşdur, bu isə son 25 ildəki ən aşağı göstəricidir. 

Dünyanın iri dövlətləri iqtisadi böhranla üzləşdikdə Çin Xalq Respublikasının iqtisadiyyatı Herakl 

igidliyi nümayiş etdirilməklə bəşəriyyəti təəccübləndirməkdə davam edir. Son onillikdə həmin 

dövlətlər böhranın Stsillası və Xaribdasının ağuşunda çabaladığı halda, Çin belə monstrlara əslində 

məhəl qoymamaq cəsarəti və qabiliyyəti göstərir. Çin son illərdə  İpək Yolu ideyasını gerçəkləşdirmək 

üçün praktiki addımlar atır. 2015-ci ilin martında həm də dünya maliyyə bazarında çox böyük hadisə 



baş vermişdir. Çində keçirilən konfransda  ÇXR-in başçılığı altında Asiya infrastrukturalar 

investisiyaları bankının (AİİB) təsis edilməsi elan edilmişdir. Həmin bank digər məsələlərlə yanaşı İpək 

Yolunun maliyyələşdirilməsinə də xidmət edəcəkdir. Bundan əlavə Çində İpək Yolu fondu yaradılır. 

Yeni AİİB-in fəaliyyəti qlobal xarakter daşıyacaqdır, əslində Beynəlxalq Valyuta Fondunun və Dünya 

Bankının ağalığına son qoymaqla, bu sahədə də ABŞ-ın inhisarını ləğv edəcəkdir. 

18.İnduizm və  buddizmin cəmiyyətə təsiri  

Buddizm və Hinduizm olduqca ümumi və fərqli cəhətlərə sahibdir ki, onları son dərəcə unikal bir hala 

gətirir.Dünya dinlərindən biri olan buddizm, təxminən 500 milyon üzvü (təqribən 1 milyonunu 

rahiblər təşkil edir) olan din və təlimlər birliyi. Əvvəlcə Hindistanda ortaya çıxmış, daha sonra zaman 

içində Cənubi, Cənub-şərqi və Şərqi Asiyada (Çin, Yaponiya, Koreya, Monqolustan, Nepal, Şri Lanka, 

Tailand və Tibet kimi ölkələrdə) yayılmışdır.Fərqli dünyagörüşlərinə görə din və ya fəlsəfə olaraq 

təyin olunan buddizmin hədəfi, həyatdakı ağrı, iztirab və təminsizliyin qaynaqlarını açıqlamaq və 

bunları aradan qaldırmanın yollarını göstərməkdir. Buddizmdə təlimlərin əsas yönünü meditasiya 

kimi içə baxış üsulları, reinkarnasiya deyilən doğum-ölüm dövrünün təkrarı və qarışıq deyilən səbəb-

nəticə zənciri kimi anlayışlar meydana gətirməkdədir. XIX əsrin sonlarından etibarən Buddizmin 

Avropa və Amerika qitələrində yayılması prosesi başlamışdır. Elə "Buddizm" termini də XIX əsrdə 

avropalılar tərəfindən bu dinə verilən addır. Onun mənsubları isə dinlərini "Dharma" (qanun,təlim), 

yaxud "Buddadharma" (Budanın təlimi) adlandırırlar. "Budda" sözü isə sanskrit dili və pali dillərindəki 

köhnə buddist mətnlərində "oyanmış adam — fərqində olan" mənasını verən "budda" sözündən 

yaranmışdır. "Tarixi budda"da adı çəkilən Siddharta Qautama buddizmin qurucusu olaraq qəbul 

edilir. Siddhartanın həyatdakı əzabların qaynağını açıqlamaq məqsədiylə etdiyi uzun işlər nəticəsi 

iztirabı sona çatdıracaq bir mənəvi anlayışa çatdığı və beləliklə buddalığa çatdığı qəbul 

edilir.Buddizm, Siddharta Qautamanın ölümündən sonra 500 il boyunca Hindistanda, daha sonra 

Asiya və dünyanın geri qalan hissəsində yayılmağa başladı. Hindistanda zamanla təsirini itirən 

buddizm Cənub-şərqi Asiya və Uzaq Şərq mədəniyyətində təsirini günümüzə qədər davam 

etdirmişdir. Buddizm Allahsız dinlərdəndir. O, kainatı yaradan bir qüvvənin mövcudluğu fikrini dilə 

gətirmir.Hinduizm — Hind yarımadasında yaşayan yerli əhalinin mənsub olduğu dindir. Qərblilər bu 

xalqın dinini ifadə etmək üçün onların daha çox Hind çayının ətrafında yaşamalarını nəzərə alaraq 

onlara bu cür müraciət etmişlər. Əslində onlar öz dinlərini "Sanatana Dharma" (əzəli – əbədi – din) 

deyə adlandırırlar. Ehtimal olunur ki, bu dinin tarixi e.ə. 2000-ci ilə qədər gedib çatır. Hinduizm milli 

dindir. Dünya əhalisinin təxminən 12 %-i bu dinə mənsubdur. Dinin qurucusunun Şri Krişna olduğu 

ehtimal olunur .Hind cəmiyyəti müxtəlif siniflərə ayrılır. Buna kast sistemi deyilir. Kast "Eyni işlə 

məşğul olan, atadan miras qalan hüquq və vəzifələri və adətləri ilə bir-birinə bərk bağlanan şəxslər 

qrupu"dur. Kast seçilmir, ata hansı sinifdəndirsə oğul da həmin sinifdəndir. Sistem dörd sinifdən 

ibarətdir:Brahmanlar (rahiblər, din adamları)Kşatriya (hökmdar sülaləsi və döyüşçülər)Vaisya (tacir və 

ya ticarətlə məşğul olanlar)Sudra (qullar, yaşayan ölülər)Kasta qəbul edilməyən qrupları isə 

"toxunulmazlar" adı ilə adlandırırlar. Toxunulmazlar qatillər və cinayətkarlar idi. Brahmanlar kast 

sistemində ən əhəmiyyətli və ən üstün yerə sahibdirlər. Brahmanların vəzifəsi dini ayinləri icra etmək 

(məs: müqəddəs qurban ayinləri) və müqəddəs bilgilərin qoruyucusudurlar. Onların dini vəzifələri 

onlar üçün irsi haqqdır. Kast sisteminin fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, yalnız eyni 

kasta mənsub olanlar evlənə bilərlər və bir süfrə arxasında oturub yemək yeyə bilərlər. İlk üç kast 

sinfi xüsusi hörmətə sahibdir. 4-cü kast isə, yəni Sudralar digər kastdakıların xidmətçisidirlər. 

Hinduizmə görə bəzisi Tanrını əzabverici bir qüdrət, bəzisi isə onu müqəddəs sevginin qaynağı olaraq 

hesab edir. Lakin hamısı de eyni nəticəyə gəlib çıxır. Hinduizmdə tanrılar üçləmə daxilində izah 

olunur. Brahma – yaradıcı, Vişnu – qoruyucu, Şiva – isə yoxedici Tanrıdır. Bu üç tanrı Trimurti 

üçlüyünə daxildir. Bu dində üçləmə tanrı – aləm birliyi (panteizm) olmaqla təktanrı inancı da var. 

Məsələn, Riqvedada belə bir cümlə işlənir: "Tanrı birdir. Hakimlər onu müxtəlif şəkillərdə 



adlandırırlar".Karma prinsipinə əsaslanan reinkarnasiya ruhun bir bədəndən başqa bir bədənə 

keçməsidir. Belə bir inanc ölümdən sonra yaşamaq, ruhun bədəndən ayrılması fikrinə dayanır. Hind 

fikrinin təməlini təşkil edən reinkarnasiya inancı yunanlılarda, Qədim Misirdə, Maniheizmdə rast 

gəlinən bir düşüncədir. 

19.Müasir dövrdə dini qarşıdurmaların səbəbləri və nəticələri  

Hər bir dövlətin dini etiqad və vicdan azadlığının təmin olunmasına, dövlət-din münasibətlərinin 

tənzimlənməsinə öz yanaşma tərzi mövcuddur. Tarix boyu Azərbaycan çoxmillətliliyi, öz tolerantlığı 

ilə seçilmiş, müxtəlif dinlərin nümayəndələri burada sülh şəraitində, dinc, yanaşı fəaliyyət göstərmiş, 

milli dini və irqi ayrı-seçkilik qabardılmamış, münaqişə yaradacaq həddə çatdırılmamışdır. Əsrlər 

boyu Azərbaycanda islam, xristian və yəhudiliyin nümayəndələri qarşılıqlı anlaşma şəraitində 

yaşamış, milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma müşahidə olunmamışdır. Müasir 

dövrdə də ölkəmizdə bu zəngin ənənə həm səmavi dinlərin ardıcılları tərəfindən, həm də dövlət 

tərəfindən qorunub saxlanılaraq uğurla davam etdirilir, bütün dinlər cəmiyyətin ahəngdar inkişaf 

prosesinə öz imkanları çərçivəsində töhfələrini verir. Əlbəttə, son illərdə cəmiyyətin ən aktual 

mövzularından olan dövlət-din münasibətləri ilə bağlı vaxtaşırı elmi-tarixi əsərlər yazılır, kitablar nəşr 

edilir, müzakirələr aparılır. Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanununa görə 

Azərbaycanda hər kəsin öz dininə etiqad etmək hüququ var. Azərbaycan dövlətinin hüquqi əsasları 

dünyəvi xarakter daşıyır.Bununla belə dövlətimiz din sahəsinə qayğı və dəstək göstərir. Ölkəmizdə 

hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən 

edilib. Ali qanunda göstərir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycanda 

yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini 

mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur. Azərbaycan müxtəlif din 

nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Beynəlxalq qurumlar tərəfindən 

Azərbaycanın islam aləmində oynadığı rola verilən yüksək qiymətdir. Ölkəmizdə yaşayan müxtəlif 

dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir. Hər dinin nümayəndəsinin öz yeri, öz ibadət tərzi 

var. Tolerantlıq bir keyfiyyət olmaqla yanaşı, həm də həyat tərzidir. Bu da bizim fərqliliyimiz və 

zənginliyimizin təzahürüdür. Azərbaycan dini, etnik, mədəni, siyasi, elmi sahələrdə tolerantlıq 

baxımından dünya üçün nümunədir. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də 

fəal rol oynayır. 

20.İnsanın siyasi fəaliyyəti və dövlətlərin yaranması 

Dövlət— siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə 

olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi (Antarktidanı 

çıxmaq şərtilə) iki yüzdən çox dövlət arasında bölünmüşdür.Dövlət siyasi birlik olmaq etibarı ilə 

müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən 

ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat 

olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir.Dövlətin forması və fəaliyyəti ilə dövlət 

nəzəriyyəsi elmi məşğul olur. Nə elmdə, nə də beynəlxalq hüquqda dövlətin qəbul edilmiş ümumi 

təyinatı var.Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara teoloji, patriarxal, 

marksist, zorakılıq, ictimai müqavilə, psixoloji, üzvi və b. nəzəriyyələr aiddir.Siyasi mədəniyyət — 

mənəvi mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyət politologiya elminin mühüm 

anlayışlarından biridir. Siyasi mədəniyyət anlayışı iki mənada işlənir. Geniş mənada siyasi mədəniyyət 

bəşər cəmiyyətinin yaratmış olduğu ümumi mədəniyyətin bir hissəsi kimi işlənir. Yəni bu halda 

iqtisadi mədəniyyət, dini mədəniyyət, əxlaqi mədəniyyət və s. kimi hər bir cəmiyyətdə siyasi 

mədəniyyət də mövcuddur. Onlar bir-biri ilə sıx bağlıdır. Dar mənada siyasi mədəniyyət hər bir 

fərdin, sosial qrupun, sinfin və ya millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətdə, 

siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülür.«Siyasi mədəniyyət» anlayışını 




politologiya elminə ilk dəfə Amerika politoloqları Q.Almond və S.Verba gətirmiş və onu politologiya 

elminin mühüm kateqoriyalarından biri kimi şərh etmişlər. Q.Almond və S.Verba «Vətəndaş 

mədəniyyəti» əsərində siyasi mədəniyyətin cəmiyyətin siyasi sistemində, siyasi rejimlərdəki rolunu 

yüksək qiymətləndirərək belə bir ümumi nəticəyə gəlmişlər ki, demokratiyanın inkişafı və demokratik 

rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl, yüksək siyasi mədəniyyət tələb edir və 

onun sayəsində mümkündür.Siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, 

siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir. Siyasi mədəniyyətin 

subyekti cəmiyyət, siniflər, sosial qruplar, siyasi partiyalar, təsisatlar, şəxslər və s. ola bilər. 

21.Geosiyasət anlayışının formalaşması və inkişafı  

Elmi ədəbiyyatda “geosiyasət” anlayışı dəqiq və tam formalaşdırılmamışdır. Bu, bütün formalaşan 

elm sahələrinin xarakterik cəhətidir.Geosiyasət elminin obyekti və subyekti haqqında mübahisələr 

100 ilə yaxındır ki, davam edir. Bir çox tədqiqatçılar geosiyasət elmini bir-biri ilə qarşılıqlı əlaqədə 

olan və dövlətin strateji potensialına böyük təsir göstərən coğrafi, tarixi, siyasi və digər faktorların 

kompleksi kimi görürlər. SSRİ-də uzun müddət geosiyasət elmi imperialist dövlətlərin ərazi 

ekspansiyasına bəraət qazandıran burjuaziyanın yalançı elm sahəsi kimi nəzərdən keçirilirdi.XX əsrin 

80-ci illərində elmə dair baxışlarda böyük dəyişikliklər yarandı.Belə ki, 1989-cu ildə nəşr olunmuş 

sovet fəlsəfi ensiklopediyasında geosiyasət elminə negativ münasibət bəslənilmirdi.Bununla belə, 

geosiyasət qərbi politoloji konsepsiya kimi göstərilərək bildirilirdi ki, “dövlətlərin siyasəti, xüsusən də 

xarici siyasət müxtəlif coğrafi faktorlar vasitəsilə müəyyən olunur: məkan faktoru, təbii resursların 

mövcudluğu və ya çatışmazlığı iqlim faktoru və s.”“Geosiyasət” termini artıq 100 ildən artıqdır ki, 

mövcuddur.Uzun müddət elm sahəsi kimi geosiyasətin mahiyyəti, sərhədləri və obyekti haqqında 

suallar cavabını tapmamışdır. Geosiyasətin obyekti barədə belə söyləmək olar ki, geosiyasət- dəniz 

və qurunun, hava və yer qabığının milyon illər boyu qarşıdurması baş verdiyi planetar məkan- quru 

səthi, su səthi ,hava qatı, yer kürəsidir.Geosiyasətin predmeti qlobal və regional problemlərin həlli 

zamanı geosiyasi subyektlər arasındakı qarşılıqlı əlaqədir.İlk növbədə, geosiyasətin predmeti planetar 

məkan üzərində nəzarətdir.Lakin buradan suallar doğur: bu nəzarət hansı yollarla həyata keçirilir?, 

onun mexanizmi necədir?, hansı faktorlar bu mexanizmdə daha önəmlidir?, bu mexanizmi hərəkətə 

gətirən subyektlərin rolu nədən ibarətdir? və s. Qeyd etmək lazımdır ki, bu və ya digər faktorların 

rolu tarixən dəyişmişdir.Məsələn, hələ iki yüz il bundan əvvəl ön sırada coğrafi, təbii-iqlim, məkan və 

iqtisadi faktorlar, istehsalçı qüvvələrin inkişaf dərəcəsi və s. olmuşdur.XXI əsrin əvvəllərində biz 

dünya düzəninin bir modelindən digərinə- qlobal modelə keçidinin şahidi oluruq.Bu dövrdən 

etibarən geosiyasi vəziyyət daha az davamlılıq kəsb etməyə başladı ki, bunun da əsas səbəbi 150-200 

il əvvəl olduğundan sayca daha çox faktorun əhəmiyyətli təsirə malik olmasıdır. 

22.Qlobal geosiyasi proseslər və nəticələri  

Gozlərimiz önündə dünya sürətlə, mübaliğəsiz demək olar ki, gündən-günə, saatdan-saata dəyişir, 

tanınmaz olur. Belə bir qeyri-adi vəziyyətdə beynəlxalq siyasi proseslər insan birliklərinin ən sistemli 

və təşkilatlanmış forması olan dövlətin tarixi-siyasi məzmununu da aramsız olaraq dəyişdirə-

dəyişdirə inkişaf edir. Dəyişən dünyada artıq dəyişməz qalması mümkün olmayan hər bir dövlətin 

səmərəli siyasi idarəetmə sistemi kimi mövcudluğu və inkişafı onun özü ilə dünya arasındakı 

münasibətlərin dinamikasından və bu münasibətlərin nə dərəcədə çevik idarə edilməsindən həlledici 

dərəcədə asılılıq vəziyyətinə düşür.Koronavirus pandemiyası qlobal geosiyasi gücləri sözün həqiqi 

mənasında bir-birinin üzərinə qaldırıb. Ekspertlər gözləyirdilər ki, pandemiyanın dünya üzrə 

səngiməsi geosiyasi mənzərədə də riskləri müəyyən dərəcədə azaldacaq. Lakin faktlar bunun əksini 

göstərir. Hazırda iki aspektdə geosiyasi mübarizənin yeni məzmun çalarları kəsb etdiyini deyə bilərik. 

Onlardan biri enerjidaşıyıcıları ətrafında yaranmış vəziyyətdir. İkincisi isə Amerika ilə Çin arasında 

ticarət müharibəsinin yeni əlamətlər kəsb etməsidir. Bu iki faktorun ortaq təsiri onsuz da risklərlə 




dolu dünya nizamını daha güclü silkələməyə başlayır. Və ən qorxulusu odur ki, indi adi insanları bu 

böhran daha çox əhatə edə bilər, nəticədə, normal həyatın bütün sferaları iflic olar.Bunlar humanizm 

naminə deyilən fikirlər deyil: faktlar çox təhlükəlidir. Amerika-Çin münasibətlərindən başlamaq 

olar.Son vaxtlar planetimizdə baş verən hadisələr, xüsusilə postsovet məkanının ən önəmli 

fiqurlarından biri, ərazisinə görə Avropanın ən böyük dövləti olan Ukraynada gedən proseslər bu gün 

artıq mövcud siyasi sistemlər üçün qloballaşmaya qoşulmaq və ya qoşulmamaq dilemmasının 

olmamasını bir daha tam çılpaqlığı ilə ortaya qoymuşdur. Bu hadisələr, eyni zamanda, Yer kürəsində 

hegemonluğa iddialı olan supergüclər üçün əsas problem olan onların dünyanın idarə edilməsi 

prosesində hansı səviyyədə iştirak etmək niyyətində olduqlarını, başqa sözlə desək, beynəlxalq siyasi 

proseslərdə qlobal maraqların miqyasını, bir az da dəqiq ifadə etsək, supergüclərin hər hansı bir 

ölkənin daxilində cərəyan edən hadisələrdən öz qlobal mənafeləri naminə yararlanmaq istəklərini 

qabarıq şəkildə sübut edir.Baş verənlərin fonunda dünyanın siyasi xəritəsinin dəyişdirilməsi, daha 

dəqiq desək, yenidən cızılması ərəfəsində olduğumuz belə bir həssas məqamda mümkün radikal 

qlobal dəyişikliklərin mahiyyətində də məhz bu məsələ dayanır.Problemə bu prizmadan baxdıqda 

müasir şəraitdə aparıcı dövlətlərin planetimizdə baş verən dəyişiklikləri öz siyasi maraqlarına necə 

uzlaşdırmaq, bu siyasi proseslərdən yararlanaraq dünyanın yenidən bölüşdürülməsində və idarə 

olunmasında özlərinin rolunu ön mövqeyə çıxarmaq cəhdini də aydın görürük.Son bir neçə ildə 

dünyada baş verən köklü dəyişikliklər, xüsusilə Yaxın Şərq ölkələrində “Ərəb baharı” adı altında 

gedən və hələlik sonu görünməyən dağıdıcı inqilabi proseslər, üstəlik bu qeyri-sabitliyin Ukraynanın 

timsalında sivil hesab olunan bütün dünyaya, o cümlədən demokratik dəyərlərin nümunəsi təqdim 

edilən Avropaya sıçraması ayrı-ayrı qlobal güclərin dünyanı hansı istiqamətə yönəltmək niyyətində 

olmalarından və bu istəklərini nəyin bahasına olursa-olsun reallaşdırmaq üçün bəşəriyyətə heç də 

xoş gələcək vəd etməyən planlarından xəbər verir. 

23.Qədim və orta əsrlərdə insanın və coğrafi mühitin qarşılıqlı əlaqəsi 

Təbiətsiz insanı, insansız təbiəti başa düşmək olmadığı kimi, insansız cəmiyyəti, cəmiyyətsiz insanı 

başa düşmək olmaz. Təbiətə olan münasibətlə cəmiyyətin inkişafı kontekstində məsələyə baxılması 

fəlsəfəsini özündə ehtiva edir. Cəmiyyətin inkişafı məhz bu məsələnin qavramasından irəli gəlir. 

Təbiət varlığın elə formasıdır ki, orada baş verənlər təbiət qanunları nəticəsində özünü büruzə verir. 

Cəmiyyətdə isə insanlar belə münasibətləri özləri yaradıb tənzimləyirlər. Cəmiyyətdə insanlar 

tərəfindən yaradılan münasibətlər təbiətin əksinə olmamalıdır. Təbiətin mövcud olmasını və bu 

mövcudluğun qorunmasına məhz insanlar və cəmiyyətlər məsuliyyət daşıyır. Deməli təbiət-cəmiyyət, 

təbiət –insan münasibətləridə belə münasibətlərə yalnız insan öz tovhəsini verməlidir. Elə 

mədəniyyət anlayışının mənası ondadır ki, təbiətdə olanı insan, öz həyatı üçün onu dəyişməlidir. 

Təbiəti dəyişdirərkən və ya mədəniləş-dirərkən onların münasibətinə fəlsəfi yanaşma məsələnin 

həllində mühüm rol oynayır. Yəni tarixin elə mərhələləri olmuşdur ki, təbiətə münasibət kortəbii 

xarakter daşıyırdı. Sanki insanlar təbiətə münasibətdə, təbiəti ram etməkdən ötəri yarışa girmişdir. 

Artıq elə bir zamanda yaşayırıq ki, Yer planetində baş verənlər sivlizasiyaları təbiətə münasibəti 

dəyişməyə sövq edir. Qlobal istiləşmədən tutmuş, təbiətə cəmiyyətlərin münasibətinin dəyişməsinə 

qədər təfəkkür tərzinin, düşüncə və yanaşma tərzinin dəyişməsini labüd edir. Maddələr mübadiləsini 

təmin edən insan və təbiət hər biri ayrı ayrılıqda özünə məxsus qanunlara tabedirlər. Bu prizmadan 

yanaşanda hər birinin inkişafı bu qanunları insanın rifahına yönəldib, ortaq nöqtəni tapmaqla 

cəmiyyətin inkişafını təmin etmək deməkdir. Təbiət insanın mövcudluğunu təmin etməklə bərabər, 

həmçinin insanın fəaliyyətindəki keyfiyyət və kəmiyyət dəyişməsinə səbəb olur. Təbii resursların 

zənginliyi və ya qıtlığı, insanların bu nemətləri istehsal etməsinə, bu və ya digər formada təsirsiz 

ötüşmür. Elmdə olan bütün kəşflərin hamısının hərəkətverici qüvvəsi və mənbəyi simasında təbiət 

çıxış edir. Avropanın antiq fəlsəfəsinin tərənnüm etdiyi fəlsəfi məktəb olan Milet də təbiətin hər bir 

elementini dünyanın substansiyası və ya substratı kimi qəbul edilirdi. Buna görə də onları sadəlövh 



materializmin nümayəndələri hesab edirdilər Efesli Heraklitin ərsiyə gətirdiyi “ Təbiət haqqında” 

əsərində təbiətdə mövcud olan hadisələrin, birbaşa insanın mövcud olmasıyla əlaqəsi, diqqətə 

çatdırılır. Empedokl təbiətin substansiyasının (yəni ilkin səbəbin) təbiətin dörd elementindən, yəni, 

hava, od, torpaq, su, olması fikrini sübuta yetirir. Ksenofonun deməyinə görə hər şeyin torpaqdan 

yaranması, hər şey son nəticədə torpağa qayıdması, bir daha bu məktəbin təbiətə olan münasibətini 

ifadə edir. Orta əsrlərdə təbiət, daha çox mütəfəkkirlər tərəfindən dini dünyagörüşə əsaslanan, 

Allahın yaratdığı amil kimi başa düşülürdü. Onların irəli sürdükləri fikirlərə görə insanla təbiətin 

fərqinin yalnız ruhdan ibarət olması (Qədim dövrdə hətta daşların, qayaların və bitkilərin də ruha 

malik olması fikirləri mövcud idi) imkan verir ki, yer üzərində yeganə Allah və peyğəmbərdən sonra 

ağıllı canlının insan olması diqqəti çəkir. Beləliklə demək olar ki, o dövrün bütün filosofları bir mənalı 

olaraq ruhla təbiət arasında mövcud ziddiyyəti araşdırmaqdan ibarət olmuşdur. Onlar arasında 

mübarizə gedir, təbii ki, bu mübarizədə təbiət yox ruh qalib gəlir. Təbiət şər qüvvəsi, ruh isə xeyir 

qüvvəsi sayılırdı. Bu fikirlər daha çox Qərb filosoflarının düşüncələrində öz əksini tapmışdır. Keçid 

dövrünün Şərq fəlsəfəsində isə daha çox Allahlar arasında gedən mübarizə kimi qələmə 

verilirdi.İntibah və yeni dövr filosoflarının dünyagörüşlərində, öz sələflərindən fərqli olaraq, təbiət bir 

fiziki hadisə olaraq mövcud olduğunu və demək olar ki, müxtəlif fəlsəfi cərəyan mövqeyindən, o dövr 

üçün xarakterik hesab edilən istiqamətdə çıxış etmişlər. Frensis Bekonun (“ idollar”-ında), yəni 

kabuslarında, təbiətdə olanın, insan şüuru üçün meyar olmasını, konkret misallarla sübuta yetirir. 

İctimai proseslər nəticəsində cəmiyyətdə baş verən dəyişikliklər fonunda Avropa elmində bir sıra 

yeniliklər , elmdən və romantizmdən də yan keçmədi. Belə tərzdə inkişaf edən cəmiyyətdə sonralar, 

belə qənaətə gəlindi ki, təbiətin insana bəlli olmayan tərəflərini öyrənib elmi şəkildə araşdırmaq 

vacibdir. Alman filosofu Hegel öz fəlsəfəsinin təbiət hissəsində qeyd edir ki, insan təbiətdə mövcud 

olmaq üçün öz mühitinin hərarətini dəyişməyə məcburdur. Bunun üçün o özünə süni mühit 

yaratmağa məhkumdur. Bununla o demək istəmişdir ki, cəmiyyət inkişaf etdikcə insan özünə daha 

çox təbii olmayan mühit yaratmağa çalışır. Beləliklə insan təbiətdən uzaq düşdükcə, təbiət də ondan 

uzaqlaşır. Onun deməyinə görə əgər insan özünün ağası ola bilmirsə, təbiətin də ağası ola bilməz. 

Azərbaycan maarifçilərinin parlaq nümayəndəsi Həsən bəy Zərdabi “ Torpaq, su və hava ” əsərində 

insanı təbiətin bir hissəsi kimi qəbul edirdi. Onunla həmfikir olan maarifçi Mirzə Fətəli Axundov 

bütün kainatın bir vahid, eyni zamanda qadir, kamil və geniş varlıqdan ibarət olması fikrini irəli sürür. 

Nəhayət XX-XXI-ci əsrlərdə elm və müasir texnologiyalar həddən artıq, çox böyük sürətlə inkişaf 

etməyə başladı ki, bu da öz növbəsində insanın, təbiətə olan münasibətini dəyişdirdi. Belə ki, təbii 

resurslardan səmərəli istifadə etmək üçün, elmin bir sıra nailiyətlərini istiqamətləndirirlər. Təbiətin 

istismarında ekologiyaya az zərər verən yeni texnologiyaların yaranmasına diqqət artırıldı. Lakin 

təəssüf hissi ilə qeyd etmək lazımdır ki, inkişafda olan və inkişafa qədəm qoyan ölkələrdə təbiətə 

olan qayğı və münasibət, inkişaf edən ölkələrlə bir çərçivəyə sığmır. Təbiətə olan münasibəti köklü 

olaraq dəyişmək, təbii resursların istismarına ehtiyatla yanaşmaq, təbiətlə insanın münasibətinə 

yenidən baxıb, fərqli tərzdə diqqət və təxirəsalınmaz tədbirlərin həyata keçməsini təmin etməyi 

nəzərdə tutur. Elmi ədəbiyyatın təhlili və cəmiyyət-təbiət münasibətlərinin müasir vəziyyəti təbii 

mühitin mühafizənin əsas prinsiplərini yerinə yetirilməsini zəruri edir: 1. Regional xüsusiyyətlərin 

nəzərə alınması prinsipi. təbii resusrslardan istifadə zamanı regional qaydaların nəzərə alınmaması 

təbii ehtiyyatların azalmasına səbəb olur.2. Komplekslilik prinsipi. Məsələn, hidrosferin çirklənmədən 

mühafizəsiı həmin hövzələrdə yaşayan müxtəlif canlıların da mühafizə edilməsi deməkdir. 3. İqtisadi 

maraqların ekoloji maraqlarla uzlaşdırılması prinsipi. Tropik arealda ekoloji zəncir haqda bilgilər, 

yırtıcı yırtıcı heyvanlarla onların qurbanları arasındakı dinamikanın qanunauyğunlu dərk edilməsi, 

təbii obyekti başqa bir təbii obyekt ilə mühafizə etmək ilə müəyyən tədbirlərin həyata keçirilməsinə 

şərait yaradır. Cəmiyyət-təbiət münasibətlərinin ekoloji hüquqi statusunun formalaşması - təbiətdən 

istifadə və ətraf mühitin mühafizənsinə nail olmaqdan ibarətdir. 



24.İqlim qurşaqlarının və coğrafi zonaların insanın təsərrüfat fəaliyyətinə təsiri  

Əhalinin məskunlaşması, həyat və təsərrüfat fəaliyyəti iqlim şəraitindən birbaşa asılıdır. İqlimin kənd 

təsərrüfatında istifadəsi üçün yararlı cəhətləri aqroiqlim ehtiyatlarıdırAqroiqlim ehtiyatlarına daxildir: 

1) +10°C-dən yuxarı (fəal) orta sutkalıq temperaturların illik cəmi; 2) bitkilərin inkişafını təmin edən 

günəş işığı; 3) bitkilərin vegetasiya dövründə düşən atmosfer yağıntılarının miqdarı; 4) qar örtüyü, 

onun qalınlığı və səthdə qalma müddəti; 5) şaxtalı günlərin sayı və s.Əkinçiliyin inkişafı üçün ən 

əlverişli şərait kifayət qədər istiliyin və rütubətlilik əmsalının vahidə yaxın olduğu rayonlarda 

mövcuddur. İl ərzində fəal orta sutkalıq temperaturlar cəminin 1200°C və ondan aşağı olduğu 

ərazilərdə əkinçiliyin inkişafi, demək olar ki, mümkün deyil. Mülayim qurşaqda fəal temperaturlar 

cəmi 1200°C-dən 4000°C-yə qədər dəyişir. Bu ərazilərdə taxıl bitkiləri, şəkər çuğunduru, kartof, kətan 

əkinləri geniş yayılmışdır. Subtropik qurşaq aqroiqlim ehtiyatları ilə daha zəngindir. Burada fəal 

temperaturların cəmi 4000-8000°C təşkil edir. Bu qurşaqda yerləşən ölkələr taxıl, sitrus meyvəçiliyi, 

pambıq, üzüm, tərəvəz, zeytun və digər meyvələrin becərilməsi üçün əlverişli şəraitə malikdir. 

Azərbaycan ərazisi, xüsusilə də düzənliklər aqroiqlim ehtiyatları ilə zəngindir. Kür-Araz ovalığında, 

Abşeron yarımadasında fəal temperaturların cəmi 3500°C-dən yüksəkdir. Bu həmin ərazilərdə 

əkinçiliyin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Fəal temperaturlar cəminin 8000°C və daha 

çox olduğu tropik və subekvatorial qurşaqlarda iqlim şəraiti ildə 2-3 dəfə məhsul götürməyə imkan 

verir. Bu ərazilərdə qəhvə, kakao, çay, şəkər qamışı, çəltik, pambıq və digər tropik bitkilərin geniş 

plantasiyaları mövcuddur.Arid iqlimə malik ərazilərdə rütubətlənmə zəif olduğundan suvarmaya 

ehtiyac var. Bu səbəbdən belə regionlarda əkinçilik yalnız iri tranzit çaylar və yeraltı sular hesabına 

inkişaf etdirilir. Humid iqlimə malik ərazilərdə, xüsusilə də ekvatorial qurşaqda əkinçiliyin inkişafi 

zəifdir. Buna səbəb ifrat rütubətlənmənin olmasıdır. 

25.Əhalinin Təkrar istehsal anlayışı və regional fərqlərinin səbəbləri  

Əhalinin təkrar istehsalının ümumi göstəriciləri" bölməsində doğulanlar, ölənlər və əhalinin təbii 

artımı, şəhər və kənd yerləri üzrə ümumi nəsilvermə əmsalı, doğulanda gözlənilən ömür uzunluğu, 

əhalinin təkrar istehsalının əmsalları haqqında məlumatlar cəmlənir. Əhalinin təbii artımı – təqvim 

ilində diri doğulanların sayı ilə ölənlərin sayının fərqinə bərabərdir.  Təbii artım 1000 nəfərə görə 

doğulanlarla ölənlər arasındakı fərqə görə müəyyən edilir. Təbii artımın ən yuxarı göstəricisi keçən 

əsrin 60-cı illərinə təsadüf edir. Təbii artımın aşağı göstəricisi əsasən inkişaf etmiş ölkələr üçün 

xarakterikdir. Bu tip ölkələrdə az doğum, az ölüm və artımın aşağı göstəricisi müşahidə edilir. Bəzi 

ölkələrdə isə əhalinin qocalma prosesi gedir. Yüksək təbii artım əsasən inkişaf etməkdə olan 

ölkələrdə müşahidə olunur. Artımın bu tipi yüksək doğum, yüksək ölüm və yüksək artımla müəyyən 

edilir. Bu ölkələrdə yüksək artımla əlaqədər işçi qüvvəsi artıqlığı müşahidə edilir. Doğumun ümumi 

əmsalı – uşaq doğumunun intensivliyini müəyyən edən göstəricidir, müəyyən bir müddətdə diri 

doğulanların sayının əhalinin orta illik sayına nisbəti ilə ölçülür. Əhalinin hər 1000 nəfərinə 

hesablanır. "Doğum" bölməsi ananın yaşına görə diri doğulanlar, doğumun yaş əmsalları, doğum 

ardıcıllığı üzrə diri doğulanların sayı, ananın yaşı və doğum ardıcıllığına görə diri doğulan uşaqların 

sayı, rəsmi qeydə alınmış və alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı, 

doğum zamanı ananın orta yaşı, ananın nikah vəziyyətinə görə diri doğulanlar haqqında məlumatları 

əhatə edir. Ölümün ümumi əmsalı – əhali arasında ölümün intensivliyini müəyyən edən göstəricidir. 

Təqvim ilində, müvafiq olaraq ölənlərin sayının əhalinin orta illik sayına nisbətidir, əhalinin hər 1000 

nəfərinə hesablanır. "Ölüm" bölməsində cins və yaş qrupları, eləcə də şəhər və kənd əhalisi üzrə 

ölənlərin sayı, ölümün əmsalları, əmək qabiliyyətli yaşda ölənlərin sayı, ana ölümü, 5 yaşadək uşaq 

ölümü və körpə ölümü haqqında məlumat verilir. 

26.Mədəni bitkilərin yaranma mərkəzləri və coğrafiyası  



Mədəni bitkilərin əcdadları Yer kürəsinin bütün ərazilərində heç də bərabər şəkildə yayılmamışdır. 

Müxtəlif yerlərdə bitən bu bitkilər yalnız mədəniləşdirildikdən sonra bütün dünyada istifadə 

olunmağa başlamışdır. 

Məsələn, kartofun yabanı forması Çili və Perunun dağ ərazilərində bitir, lakin bu bitkinin mədəni 

formalarına bütün dünya ölkələrində rast gəlinir. 

N.İ.Vavilovun rəhbərliyi altında təşkil olunmuş ekspedisiya Avstraliyadan başqa, bütün qitələrdə 

olmuş, 1600-ə yaxın bitki növü tədqiq etmişdir. Onlar müxtəlif coğrafi zonalarda olan bitkilərin 

çoxsaylı növ müxtəlifliyini müşahidə etmişlər. 

Mərkəzlər bir-birindən, əsasən, okean və dağlarla təcrid olunduğundan həmin ərazilərdə 

özünəməxsus flora formalaşır. Lakin buna baxmayaraq bir mədəni bitkinin bir neçə mənşə mərkəzi 

ola bilər. Müəyyən olunmuşdur ki, bitkilərin bir qismi bizim eradan əvvəl mədəniləşdirilmişdir. 

Mədəni bitkilər inkişaf və formalaşmasına görə 3 qrupa bölünür: 

Mədəni bitkilərin qismən cavan qrupu (məs. kələm.turp.xardal.çiyələk) 

Əvvəl alaq otları kimi yayılmış sonralar mədəni formaya gəlmişlər (məs. payızlıq buğda.arpa. çovdar) 

Hansı dövrdə mədəniləşməsi bəlli olmayan bitkilər (məs. düyü.kətan.noxud.lobya) 

9 törəmə mərkəzi ayrılır:  

1. Çin  2.Hindistan  3.Hind Malay  4.orta asiya  5. Ön asiya  6.Aralıq  7.Abissiana Həbiş  8.Dağlıq və 

mərkəzi amerika  9.Cənubi amerika, çili, paraqvay 

27.Kənd məskunlaşması  

Kənd məskənlərinə, əsasən, sakinləri ərazicə hissələrə ayrılmış fəaliyyət növləri ilə məşğul olan kiçik 

yaşayış məntəqələri aid edilə bilər. Kənd məskənlərinin çoxlu adları mövcuddur. Təkcə Rusiyada 

kənd, xutor, stanıtsa, vıselki və s. adlar vardır. Digər ölkələrdə özlərinə məxsus spesifik adlar (aul, 

qışlaq, şenlik və s.) işlədilir. Bu adlar, müəyyən dərəcədə, kənd məskənlərinin funksional spesifikliyini 

əks etdirsə də, buna əsasən kənd məskənlərinin elmi tipologiyasından danışmaq çətindir. İctimai 

əmək bölgüsünün öncül funksiyalarına görə, kənd məskənlərinin iki iri tipi fərqləndirilə bilər: kənd 

təsərrüfatı və qeyri-kənd təsərrüfatı məskənləri. Bura aqrosənaye qəsəbələri tipi də ayırd edilir. 

«Kənd təsərrüfatı» və «qeyri-kənd təsərrüfatı» kənd məskənləri kənd məskənləri tipinin istehsal 

istiqamətlərini konkretləşdirən anlayışdır. Birinci halda bu, sakinləri, başlıca olaraq, kənd təsərrüfatı 

əməyi ilə məşğul olan məskənlərdir, ikinci halda isə, sakinləri kənd təsərrüfatı sahəsində çalışmayan, 

ərazicə bölünmüş digər funksiyaların (meşə təsərrüfatı, nəqliyyata qulluq, rekreasiya ehtiyatlarının 

istismarı və s.) yerinə yetirilməsində iştirak edən yaşayış məntəqələridir. «Aqrosənaye qəsəbəsi» 

anlayışı əvvəlki iki tipin əlamətlərini özündə birləşdirir. Qəsəbənin özü kənd yerində, ilk növbədə, 

kənd təsərrüfatı xammalını emal edən sənayenin inkişafı əsasında təşəkkül tapır.1. Ayrıca həyəti – 

mülkü olan dispers (pərakəndə) kənd məskunlaşması insanları təbii ehtiyatlara (əkinçilik üçün baza 

olan torpaq fondu, təbii bitki örtüyü, ovçuluq yerləri və s.) daha da yaxınlaşdırır. Bunlardan əldə 

edilən maddi nemətlər onlar üçün təsərrüfatın əsasını təşkil edir. ABŞ-da homsted zonasındakı 

pərakəndə formalar, habelə Baltikyanı ölkələrin bəzi yerlərindəki formalar, malikanələr, xutorlar və s. 

belə pərakəndə məskunlaşmaya bariz nümunə ola bilər. Torpaq payları kiçik həcmli olduqda 

təkhəyətlilər sıxlışma mərkəzli və səpələnmə zonalı qrup formasını xatırladan silsilə dispers 

məskunlaşma forması yarada bilərlər. Bəzən təkhəyətli məskunlaşma istehsal şəraitindən, - meşə 

mühafizəsi (meşəbəyilər, mühafizə dəstəsi), nəqliyyat (yol baxıcısı postları, baken gözətçiləri), qaz-

neft kəməri nəqliyyatı (vurma stansiyaları), hidrometeoroloji xidmət (stansiyalar, postlar), rabitə və 




s., - irəli gəlir. 2. Dispers-qrup kənd məskunlaşması. Burada insanlar artıq ayrı-ayrı mülklərdə 

yerləşməyib, bir qrupda toplanmışlar; bu qruplar, adətən, istifadə etdikləri ərazidə az və ya çox 

dərəcədə bərabər halda səpələnmişlər və hər biri, sanki müəyyən təbii ehtiyatlar (şum yerləri, 

heyvandarlıq üçün otlaqlar və s.) sahəsində lokallaşırlar. Onlardan istifadə, birinci halda olduğu kimi, 

təsərrüfat həyatının əsasıdır. Kənd məskunlaşması dünyanın əksər ölkələrində – Çində, Hindistanda, 

Avropanın, demək olar ki, bütün ölkələrində, Afrikada və s. kənd məskunlaşmasının üstün formasıdır. 

Siyahı ayrı-ayrı mülklərin məskunlaşması ilə başlasa da, dispers-qrup məskunlaşması bəşəriyyət üçün 

tarixən əzəli olmuşdur. Arxeologiya inandırıcı şəkildə göstərir ki, insanlar hələ tarixəqədərki 

dövrlərdə qruplaşaraq, düşərgələr, köçəbələr yaratmışlar. Axı cəmiyyətin qəbilə quruluşu kollektiv 

istehsal formaları (yığıcılıq, ovçuluq, əkinçiliyin rüşeymləri) ilə uzlaşmışdır. Buna görə də qrup halında 

məskunlaşma təbii idi. 

28.Şəhər anlayışı və urbanizasiya prosesləri  

«Şəhər» anlayışı tərifinin spesifikası, əlbəttə, problemə hansı mövqedən yanaşmaqdan asılıdır. Ən 

ümumi şəkildə şəhər əhalisinin mütləq əksəriyyəti kənd təsərrüfatında deyil, sənaye, ticarət, xidmət, 

elm və mədəniyyət sahələrində çalışan iri yaşayış məntəqəsidir.Hazırda «şəhər» anlayışı xeyli 

transformasiyaya uğrayır. Əhalinin ərazidə məskunlaşma forması olaraq, şəhər əzəldən 

təsəvvürümüzdə təkcə qeyri-kənd təsərrüfatı fəaliyyətinin (sənaye, ticarət, nəqliyyat və s.) 

cəmləşdiyi yer deyil, həm də əhalinin toplaşdığı, evlərin təmərküzləşdiyi, yolların qovuşduğu məkan 

kimi canlanır. «Şəhər» anlayışı hansısa funksional mərkəz təsəvvürü ilə bilavasitə bağlıdır. Qeyd 

etmək olar ki, belə mərkəz kimi müxtəlif funksiyaların yerinə yetirilməsi şəhərlərin industrial 

rolundan az əhəmiyyətli deyil. Bu mənada, şəhərlər mərkəz kimi, ta qədimdən məskunlaşmanın ərazi 

strukturunun özəyində durmuş, bununla belə, xəritədə yalnız ayrı-ayrı nöqtələr - fokus nöqtələri 

olsalar da, - kimi qeyd olunmuşlar. Şəhərlərin inkişafına təsir göstərən yeni dəyişikliklərin mahiyyəti 

ondan ibarətdir ki, nöqtə formasında məskunlaşmanın yerini şəhər aqlomerasiyaları 

tutur.Kapitalizmin inkişafı ilə müxtəlif maddi və mənəvi fəaliyyət forma və növlərinin obyektiv 

surətdə təmərküzləşməsi və inteqrasiya zərurəti urbanizasiya prosesinin güclənməsinin və əhalinin 

şəhərlərdə cəmləşməsinin başlıca səbəbi oldu. Urbanizasiyanın indiki mərhələsində dünyanın iqtisadi 

cəhətdən inkişaf etmiş ölkələrində iri şəhər məskənləri formalarının üstünlüyü müşahidə edilir. 

Urbanizasiya prosesinin inkişafı şəhər əhalisinin formalaşmasının xüsusiyyətləri və şəhərlərin 

böyüməsi : şəhər əhalisinin özünün təbii artımı; şəhərətrafı ərazilərin (şəhərlər, qəsəbələr və kəndlər 

daxil olmaqla) şəhər hüdudlarına, yaxud inzibati tabeçiliyə daxil edilməsi; kənd yaşayış 

məntəqələrinin şəhərlərə çevrilməsi ilə sıx bağlıdır. Şəhərlərin böyüməsi, faktik olaraq, az və ya çox 

dərəcədə geniş şəhərətrafı zonaların və şəhərləşmiş yerlərin hesabına formalaşır. Bu bölgələrdə 

əhalinin həyat şəraiti böyük şəhərlərin – bu zonaların asılı olduğu şəhər aqlomerasiyası deyilən 

mərkəzlərin həyat şəraitinə getdikcə daha çox yaxınlaşır. Dünyanın müxtəlif ölkələrində urbanizasiya 

prosesinin demoqrafik inkişaf aspektlərinin müqayisəli təhlilində əhalinin urbanizasiyalılığına – şəhər, 

yaxud şəhərləşmiş əhalinin payına dair məlumatlara əsaslanmaq qəbul olunmuşdur. Ayrı-ayrı 

ölkələrdə şəhər məskənləri meyarları fərqli olduğundan bir çox hallarda şəhər əhalisi haqqında 

müqayisəli məlumat almaq üçün müəyyən sıxlıq səviyyəsinə çatmış bütün məskənlərin əhalisini 

şəhər əhalisinə aid edirlər. 2002-ci ildə dünya əhalisinin üçdə birindən çoxu (19 əsrin əvvəlində 3%-

dən azı) əhalisi 5000-dən çox olan məskənlərdə, dörddə biri isə əhalisinin sayı 20000-dən çox olan 

şəhərlərdə yaşayırdı. Şəhər məskənlərinin ayırd edilməsinin milli meyarlarından istifadə olunduqda 

əhalinin urbanizasiyasının dinamikası aşağıdakı kimi görünür. 1800-cu ildə Yer kürəsi əhalisinin 3%-ə 

yaxını, 1850-ci ildə 6,4%-i, 1900-cu ildə 19,6%-i şəhərlərdə yaşayırdı. O, 1800-ci ildən 2000-ci ilədək 

təqribən 18 dəfə artaraq, 51,2% çatmışdır. 

29.Urbanizasiyanın regional fərqləri  




Kənd və kənd təsərrüfatı əhalisi ilə müqayisədə şəhər və qeyri-kənd təsərrüfatı əhalisinin artımında 

üstünlük müasir urbanizasiyanın səciyyəvi əlamətdir. Dünyanın üç regionunda- Avstraliya və 

Okeaniya, Şimali Amerika və Avropada şəhər sakinləri üstünlük təşkil edir. Sürətlə urbanizasiyalaşan 

Latın Amerikası onlara çatmaqdadır. Eyni zamanda, Afrika-Asiya ölkələrinin əhalisi, sayca çoxluğu 

sayəsində, dünya üzrə, orta hesabla, kəndin şəhərdən üstünlüyünü yaradır. Şəhər əhalisinin ən 

yüksək faizi birinci dünyanın inkişaf etmiş ölkələrinə məxsusdur: Avropada – Böyük Britaniya (91%), 

İsveç (87%), AFR (85%), Danimarka (84%), Fransa (78%), Niderland (76%), İspaniya (74%) və 

Belçikada (72%), Şimali Amerikada – ABŞ- (77%) və Kanadada (76%); Asiyada – İsrail (89%) və 

Yaponiyada (78%); Avstraliya və Okeaniyada –Avstraliya (89%) və Yeni Zelandiyada (85%); Afrikada –

CAR-da (50%). Şəhər əhalisinin payı 70%-i ötdükdə onun artım sürəti, bir qayda olaraq, ləngiyir və 

tədriclə (80%-ə yaxınlaşdıqda) dayanır.Dünyanın müxtəlif regionlarda və ölkələrində urbanizasiya 

prosesinin özünəməxsus xüsusiyyətləri var. İnkişaf etmiş ölkələrdə urbanizasiyanın müasir tipi artıq 

şəhər əhalisinin artım sürətindən daha çox, suburbanizasiya proseslərinin intensiv inkişafı və bu 

əsasda şəhər əhalisinin yeni məkan formalarının – şəhər aqlomerasiyalarının, meqapolislərin 

yaranmasıdır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr kortəbii urbanizasiyanın və fövqəlşəhərlərin 

idarəolunmaz böyüməsinin nəticələrini tam şəkildə hiss edirlər. Böyük şəhərlərin böhranı sosial, 

mədəni-sivilizasiya və irqi-etnik ziddiyyətlərin kəskinləşməsinin qanunauyğun nəticəsidir. Havanın və 

suyun çirklənməsi, ekoloji problemlərin kəskinləşməsi insanları getdikcə daha çox narahat edir. Ərazi 

avadanlığından istifadə sahəsində ciddi problemlər mövcuddur. Bəzi iri şəhərlərdə daşınmaz 

mülkiyyətin qiymətdən düşməsi prosesi nəzərə çarpır. 1960-cı illərdə ABŞ-da (1970-ci illərdə isə bəzi 

Qərbi Avropa ölkələrində də) əhalinin ərazi təmərküzsüzləşməsi prosesi aydın şəkildə müşahidə 

edilirdi. Təkcə hələ 1950-ci illərdə geniş yayılmış proses – əhalinin iri şəhərlərdən onların ətraf 

zonalarına köçməsi deyil, həm də yüksək urbanizasiyalı bölgələrlə müqayisədə əyalət bölgələrində 

şəhərlərin üstün inkişafı nəzərdə tutulur. Bu proses reurbanizasiya adlandırılmışdır. 1970-ci illərdə 

ABŞ-da metropoliten əraziləri (şəhər aqlomerasiyalarının başqa adı) əhalisinin artım sürəti, ilk dəfə, 

ölkə üzrə orta həddən aşağı olmuşdur. Fransa, İsveç, İtaliya, Kanada üzrə məlumatlar miqrasiya 

istiqamətinin dəyişməsi nəticəsində əhalinin şəhər aqlomerasiyasından kiçik və orta şəhərlərə doğru 

ümumi hərəkətini təsdiqləyir. Böyük Britaniyada, Niderlandda, İsveçrədə, Belçikada, Avstriyada ən iri 

şəhərlərin əhalisi azalırdı. Həm də, mərkəz şəhərlərdən miqrant axını, başlıca olaraq, şəhərətrafı 

zonalara üz tutmuşdu. Bir çox iri şəhər aqlomerasiyalarında əhali artımı dayandı, hətta aşağı 

düşməyə başladı (bir çox hallarda şəhər- mərkəzlərin əhalisinin azalması hesabına). 

30.Memarlıq üslubları və şəhərlərin inkişafına təsiri   

İntibah memarlığı — antik memarlığın dirçələrək yenidən inkişaf etməsi dövrüdür. 

İntibah dövrü memarlığı XIV əsrdə İtaliyada yaranmış, sonralar XV əsrin II yarısında - XVI əsr boyu 

Avropa ölkələrində yayılmışdır. Memarlıqda yenidən təkmilləşmiş antik order sistemi təsdiq olundu. 

Yeni tipli ictimai binalar yaranmağa başladı. 

Antik memarlıqda olduğu kimi, bu dövrdə də simmetriya, nisbət, həndəsə və digər əsas qaydalara 

xüsusi əhəmiyyət verilirdi. Bu dövrdə orta əsr binalarına xas olan mürəkkəb və assimmetrik cizgilər 

dəyişdirilərək sütunlar nizamlı yerləşdirilmiş, tağlar qövsvari, gümbəzisə yarımkürə şəklində 

verilmişdir. 

Rokoko— XVII əsrdə yaranmış Fransız incəsənətinə aid, memarlıq və incəsənət üslubudur. Rokoko 

üslubunda mürəkkəb, qeyri-adi, balıqqulağı formalarına üstünlük verilirdi (Fransada otel Subiz, 3 

meydanın ansamblı, Kral meydanı və s.). XVII əsrdə yaranan Barokko üslubu, xeyli dəyişmiş olaraq 

XVII əsrdə də varlığını davam etdirmişdir. Barokko sənətin kölgə-işıq qarışıqlığına söykənən 




təəccüblü, içə işləyici dramatik təsiri gedərək itmiş və yerini yumşaq, hətta bir az zəif bir üsluba 

buraxmışdır. 

XVII əsrdə yaranan Barokko üslubu, xeyli dəyişmiş olaraq XVII əsrdə də varlığını davam etdirmişdir. 

Barokko sənətin kölgə-işıq qarışıqlığına söykənən təəccüblü, içə işləyici dramatik təsiri gedərək itmiş 

və yerini yumşaq, hətta bir az zəif bir üsluba buraxmışdır. 

Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq 

sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti 

XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya 

çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; 

heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. Arxitekturada Qotik 

tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və 

bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər 

etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə 

sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada 

Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu 

doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi. 

Barokko memarlığı — Avropa və Amerika ölkələri memarlığının inkişafında təxminən 150—200 il 

davam etmiş cərəyan. Bu memarlıq cərəyanı XVI əsrin sonunda başlamış və XVIII əsrin sonunda 

qurtarmışdır. Barokko üslub kimi bütün incəsənət növlərində öz yerini tutmasına baxmayaraq, 

rəsmdə, teatrda (və onunla bağlı ədəbiyyatda, musiqidə) və memarlıqda özünü daha parlaq göstərə 

bilmişdir. 

Roman memarlığı — Şimali Avropa ölkələrində XI-XII əsrlərdə Roma sənətinin təsiri altında inkişaf 

edən sənətə şərti adı. imali Avropa ölkələrində XI-XII əsrlərdə Roma sənətinin təsiri altında inkişaf 

edən sənətə şərti olaraq Roman incəsənəti deyilir. Bu dövrdə Avropada memarlıq sənəti insanlara 

gərəkli baxımdan mühüm əhəmiyyət kəsb etdiyindən təsviri sənət növləri də Roman üslubunda 

tikilmiş abidələrlə əlaqədar yaranıb və inkişaf edirdi. XI-XII əsrlərdə tikilən kilsələrdə Katolik kilsəsinin 

tələblərinə cavab verən boyakarlıq, heykəltaraşlıq və s. sənətlərdən geniş istifadə olunurdu. Roman 

kilsələrinin memarlıq nümunələri kimi həm zahiri görünüşü, həm də daxili quruluşu və bəzəyinə görə 

asanlıqla tanımaq mümkündür. Kilsənin fasad tərəfindən yanlarından adətən, müdafiə qüllərinə 

bənzər dairəvi qüllələr tikilirdi. Roman kilsələri bayır tərəfdən çox möhkəm, ağır və bir qədər də 

kobud görünür. Qapı pəncərələr kiçik olduğundan kilsənin içərisi çox zaman qaranlıq olur. Roman 

kilsəsi içəridən porlar hissəsi ilə bölünür. Əsasən, Fransada nailiyyətlər qazanmış Roman memarlığı 

nümunələrində müxtəlif şəhərlərdə tikilmiş kilsələri qeyd etmək olar. İtalıyanın fəxri sayılan Piza 

şəhərindəki XI əsrə aid olan "Yıxılan qüllə" və bir sıra başqaları Roman memarlığının yadigarıdır. 

31.Dövlətlərin yaranması və qanunauyğunluqları  

Siyasi sistemin başlıca ünsürü dövlətdir. "Dövlət" anlayışı siyasi ədəbiyyatda müəyyən ərazidə 

yaşayan, ali hakimiyyət orqanlarında təmsil olunan insanların birliyi kimi başa düşülür. O, siyasi 

sistemin bütün əlamətlərini və funksiyalarını özündə birləşdirir. Dövlət cəmiyyətdə siyasi sistemin 

əsas təsisatıdır. O, cəmiyyəti idarə edir, qoruyur və onun siyasi və ictimai quruluşunu təmin edir. 

Dövlətin mövcud olduğu çoxəsrlik tarix boyu ona çox sayda müxtəlif baxışlar yaranıb — tərifdən, tam 

inkar etməyə qədər. Qədim Yunan filosofu Demokrit (e.ə. 460–370-ci illər) hesab edirdi ki, dövlətin 

vəzifəsi hamının rifahını və ölkədə ədaləti təmin etməkdir. Qüdrətli hökmdarlar tərəfindən idarə 

olunan genişmiqyaslı, əhalisi çox olan, siyasi cəhətdən mərkəzləşdirilmiş və sosial təbəqələşmiş 

siyasətlər olan dövlətlərin inkişafı insan cəmiyyətlərinin təkamülünün əsas mərhələlərindən biridir. 




Arxeoloqlar tez-tez ibtidai (və ya təmiz) dövlətləri və ikinci dərəcəli dövlətləri fərqləndirirlər. İbtidai 

dövlətlər əvvəldən mövcud olan hər hansı digər dövlətin təsiri ilə deyil, daha çox daxili inkişaf 

prosesləri vasitəsilə müstəqil şəkildə inkişaf etmişdir. Məlum olan ən erkən ilkin dövlətlər təxminən 

Mesopotamiyada meydana çıxdı. 3700-cü ildə Misirdə təqribən. Eramızdan əvvəl 3300, Hind 

vadisində təqribən. 2500-cü ildə, Çində isə təqribən. 1400 B.C.. Ticarət, müharibə, miqrasiya və daha 

ümumiləşdirilmiş ideoloji təsirlər vasitəsilə öz az inkişaf etmiş qonşuları ilə qarşılıqlı əlaqədə olduqları 

üçün ilkin dövlətlər birbaşa və ya dolayı yolla ətraf ərazilərdə ikinci dərəcəli dövlətlərin yaranmasına 

təkan verdilər, məsələn, Anadoludakı Hetlər, Mino və Miken dövlətləri. Egey dənizinin və ya 

Sudandakı Nubiya krallıqlarının. Son bir neçə onillikdə aparılan qazıntılar və arxeoloji tədqiqatlar 

qədim dövlətlər və şəhərçilik haqqında bildiklərimizin həm kəmiyyətini, həm də keyfiyyətini xeyli 

artırmışdır. Arxeoloqlar öz tədqiqatlarının əhatə dairəsini hökmdarlar və şəhər elitaları üzərində 

ənənəvi diqqətdən kənara çıxardılar. İndiki tədqiqatlar qədim dövlətlərin ümumi təşkilində şəhər 

sakinlərinin, sənətkarların və kəndli fermerlərin rolunu anlamaq məqsədi daşıyır. Bu fəsildə mən ilkin 

dövlət cəmiyyətlərinin antropoloji-arxeoloji tədqiqində ən əhəmiyyətli nəzəri inkişaflardan və 

tədqiqat vurğularından bəziləri hesab etdiyim şeyi nəzərdən keçirirəm. “Köhnə dünya” termininin 

əhatə etdiyi nəhəng coğrafi əhatəni nəzərə alaraq, mən diqqəti Yaxın Şərq, Cənubi Asiya və Misirə 

yönəltməyi seçdim, eyni zamanda, Saharadan cənub-qərbi Afrika, Çin və Dəmir dövrü Avropasından 

mühüm nümunə araşdırmalarını qeyd etdim.Dövlətin ənənəvi iki başlıca funksiyası vardır: daxili və 

xarici funksiyalar. Dövlətin daxili funksiyasına bunlar aiddir: 1. Mövcud siyasi quruluşu, cəmiyyətin 

sosial-siyasi strukturunu qoruyub saxlamaq. 2. Təsərrüfat-təşkilatçılıq və ictimai iqtisadi vəzifələr 

(iqtisadiyyatın tənzimlənməsi, iqtisadi sabitliyə nail olmaq) 3. Sosial vəzifələr, yəni sosial proqramın 

yerinə yetirilməsi. 4. Mədəni-tərbiyə vəzifələr. Bura təhsilin, mədəniyyətin, elmin inkişaf etdirilməsi, 

bir sözlə, cəmiyyətin mənəvi həyatının daimi təkmilləşdirilməsi daxildir. Xarici funksiyaya ölkənin 

müdafiəsi, beynəlxalq aləmdə onun mənafeyinin qorunması və suverenliyinin təmin olunması aiddir. 

Dövlətin yaranması ilə onun vergi sistemi formalaşır. Vətəndaşlardan müxtəlif formalarda vergilər 

yığılması demək olar ki, ümumən bütün dövlətlərdə qəbul edilmişdir. Engelsin dediyi kimi, kütləvi 

hakimiyyəti saxlamaq üçün vergilər lazımdır. Qəbilə cəmiyyətində vergilər qətiyyən yox idi. Lakin 

mədəniyyət inkişaf etdikcə, vergilər də kifayət etmir, dövlət gələcək üçün vergilər verir, borc alır. 

Deməli, konkret olaraq dövlətin 3 əlaməti vardır: 1. Ərazi və sərhədlərin olması. 2. Kütləvi 

hakimiyyət. 3. Vergi sistemi. Dövlətin birinci ünsürü olan ərazi dövlətin fiziki, maddi-təbii əsasıdır, 

onun məkan mahiyyətidir. Dövlətin ikinci ünsürü mövcud dövlətin ərazisində yaşayan və onun 

hakimiyyətinə tabe olan əhalidir. Xalqsız, milli əsasdan məhrum dövlət ola bilməz. Dövlətin üçüncü 

ünsürü müəyyən ərazidə müvafiq orqanlar tərəfindən həyata keçirilən dövlət hakimiyyətidir.  

32.Siyasi coğrafiyanın"yaranması və inkişafı  

Coğrafiya elmində insanın siyasi fəaliyyətini- siyasi coğrafiya öyrənir. İnsanın siyasi fəaliyyəti 

dövlətlərin yaranması ilə bağlı olur. Dövlətlərin yaranmasında çoxlu nəzəriyyələr mövcuddurDövlət 

ailənin əsasında yaranıb. - Dövlət zorakılıq nəticəsində yaranıb. Bir tayfa o biri tayfanı məğlub edib və 

hakimiyyət tətbiq edib. - Mülkiyyətin yaranması nəticəsində onu qorumaq üçün Dövlət yaranıb. - 

Siniflərin yaranması nəticəsində bir sosial sinif o birisini tabelikdə saxlamaq üçün müxtəlif qurumlar 

yaranır və dövlətin əsası qoyulur. - Əmək bölgüsü nəticəsində müxtəlif peşələr yaranır və bunları 

əlaqələndirmək üçün dövlətin əsasları qoyulur. -İrriqasiya nəzəriyyəsi. Bu nəzəriyyəyə əsasən 

dövlətlər böyük çayların ətrafında yaranıb. Kanalların tikilməsi böyük əmək tələb edirdi və 

mərkəzləşdirilmə olmalı idi. Nəticə olaraq Nil, Dəclə və Fərat, Xuanxe çaylarının sahillərində ilk 

dövlətlər yaranır. -Demoqrafik nəzəriyyə. Bütün sosial institutların, o cümlədən dövlətin yaranması 

əhalinin artması ilə bağlıdır. Artan əhalini idarə etmək üçün dövlət yaranıb.Fakt kimi bizim qarşımızda 

qoyulur ki, dünya arenasına dövlətlər gəlir. Bu dövlətlərin inkişafı bir-biri ilə əlaqəsi, özlərinə məkan 

formalaşdırması və nəticə olaraq münaqişələrin və müharibələrin yaranması, alyansların 



formalaşması və belə tipli prosesləri. Hər bir ölkənin geosiyasi kodları var. Hər bir dövlət xarici 

siyasətini formalaşdıran zaman digər dövlətlər haqqında irəli sürdüyü strateji baxımlar toplusudur. 

Geosiyasi kodlar dünyaya xüsusi baxışdır. Kodlar dünya geostrateji nizamlarının tikinti bloklarıdır. 

Geosiyasi kodlar 3 səviyyədə, ya da 3 miqyasda araşdırılır. -Yerli miqyaslı kod. Bu miqyasda qonşu 

ölkələrin qiymətləndirilməsi gedir. Azərbaycanın quru ilə 5 , dəniz vasitəsilə daha 2 ölkə ilə 

həmsərhəddir. Ölkənin biri, yəni Rusiya Federasiyası dünya geosiyasi oyunçularındandır, Türkiyə 

çalışır ki, Dünya Geosiyasi oyunçu olsun. İran regional oyunçudur. Ancaq Rusiyanın nüvə silahı var. 

Türkiyə və İran çalışırlar nüvə silahı əldə etsinlər. Rusiya, İran və Ermənistan geostrateji cəhətdən 

bizə antaqonist ölkələrdir, Ermənistan açıq düşmən ölkədir. Rusiya və İranın maraqları üst-üstə 

düşür, ona görə Ermənistana kömək edirlər. Hər ikisi “ Böyük Türk Dünyasının” yaranmasından 

qorxurlar. Əks tərəfdən də qlobal miqyasda həm İran, həm Rusiya qərb sivilizasiyasının əleyhinə olan 

dövlətlərdir, xüsusən də ABŞ-ın əleyhinə.Ona görə Qafqazda daim siyasi mübarizə gedir. Region 

miqyaslı kodlar. Hansısa bir ölkə, təsirini birinci dərəcəli qonşulardan kənara çıxartmaq istəyirsə, bu 

kodlardan istifadə etməlidir. - Dünya miqyaslı kodlar. Qlobal siyasət aparan ölkələrə aid miqyasdır. 

Qlobal siyasəti həyata keçirən ən möhtəşəm ölkə ABŞ-dır. ABŞ-ın 2-ci Dünya Müharibəsindən sonra 

aşağıdakı kodu formalaşdı və bu kod ölkənin təhlükəsizliyi cəhətdən irəli sürülmüşdür. Bu 

təhlükəsizlik kodunu Cordi Frost Kenna təklif edir(diplomat, politoloq, tarixçi). İdeyaya əsasən ABŞ-

dan əlavə Dünyada 4 güc mərkəzi var- B.Britaniya, Almaniya, SSRİ, Yaponiya. Ancaq biri yəni, SSRİ 

ABŞ-ın düşməni sayıldı. Ona görə dünyada güclər balansı yaratmaq lazımdı, bunun üçündə Almaniya 

və Yaponiyaya inkişafda kömək etmək lazımdır. Baxmayaraq ki, 2-ci Dünya Müharibəsində Almaniya 

və Yaponiya ABŞ-ın düşməni olmuşdular, sonradan məhz onun iqtisadı və siyasi köməyi nəticəsində 

qısa bir müddətdə həm Almaniya, həm Yaponiya iqtisadi cəhətdən dünya liderlərinə çevrildilər. 

Geosiyasətlə çox sıx geoməkan anlayışı bağlıdır. Geoməkan və ona nəzarət. Geoməkanın 

formalaşmasında gəmiçiliyin rolu çox böyük olmuşdur.Siyasətçilər başa düşürlər ki, məhdud 

ehtiyatlara görə, vacib nəqliyyat kommunikasiyalarına görə həmişə müharibə olacaq. Dövlətin 

daxilində münaqişə və yaxud hansısa bir problem olanda onu müxtəlif hakimiyyət qurumları ilə həll 

etmək olar. Ölkələrarası problemləri həll etmək üçün ya diplomatiya lazımdır ya da güc, yəni 

müharibə tələb olunur. Müharibləridə qabaqlamaq üçün geosiyasətdən anlayışın olmalıdır. 

33.Qafqazın siyasi coğrafiyası və baş verən geosiyasi proseslər  

İqtisadi-coğrafi mövqeyi. Dünyanın iqtisadi xəritədə tutuduğu mövqeyə deyilir . Daha geniş mənada 

bu regiondan kənarda yerləşən , onun inkişafına təsirə görə olan mövqedir . Burada Qara dəniz 

vasitəsilə dünya okeanına çıxmaq Avropaya yaxın yerləşmək , Xəzər dənizi vasitəsilə şimala və qərbə 

çıxışları vardır. Qafqazın iqtisadi-coğrafi mövqeyinə görə Şimali Qafqazla Cənubi Qafqaz arasında 

fərqlər vardır . RF ucqar cənubunda yerləşir. Qara, Azov və Xəzər dənizi ilə əhatələnməsi ona həm 

dünya yollarına çıxmağa , Volqa –Don kanalı vasitəsilə RF, Avropa əlaqəsi təmin olunur . Xəzər dənizi 

vasitəsilə İran və Yaxın Şərqə çıxışını təmin edir. Onun sərhədləri Mahaçqala , Qara dənizdə 

Norosiyyat Tuapse limanları vardır. Cənubi Qafqazdan Rusiya və Şərqi Avropaya çıxan yolları üzərində 

yerləşir. Cənubda Gürcüstan və Azərbaycanla sərhədlənir . Siyasi-coğrafi mövqeyi və Gürcüstanla viza 

rejimi saxlanılır , Azırbaycanla sərhədləri tam müəyyənləşib , sərbəst gediş gəliş təmin olunur. Şimalı 

Qafqaz milli etnik ziddiyyətlər , terrorizm davam edir . Artıq uzun illərdən bəri bu ziddiyyət davam 

edir . Qafqaz həmdə müxtəlifdinlər , mədəniyyətlərin qovuşduğu regiondur . Əsas dinlər xristianlıq və 

islam dinidir . C.Qafqaz fiziki coğrafi mövqeyi onun Qafqaz dağlarından cənubda əsasən subtropik 

enlikdə yerləşməsidir.. Cənubi Qafqaz qlobal geosiyasət üçün aktual məkan olaraq qalır. Hətta böyük 

dövlətlərin burada fəallığını daha da artırması fonunda meydana yeni çalarların çıxdığını müşahidə 

edirik. Maraqlı məqamdır ki, Cənubi Qafqazda ABŞ, Rusiya və Avropa İttifaqı həm ayrıca fəallaşıblar, 

həm də aktivliklərini rəqiblərin atdığı addımlara uyğunlaşdırırlar. Bu o deməkdir ki, onların hər biri 

ancaq öz maraqlarını gözləyir, həm də başqa güclərin maraqlarını zəiflətməyə çalışırlar. Nəticədə, 



mürəkkəb və riskli bir mənzərə alınır. Regionun geosiyasi dinamikası işığında digər maraqlı cəhət İran 

və Türkiyənin fəallığının bir qədər azalması ilə bağlıdır. Daha konkret desək, Ermənistanın baş 

nazirinin Tehrana səfəri zamanı bir sıra sensasion sayıla biləcək bəyanatlar verilsə də, ekspertlər 

onun arxasında konkret fəaliyyətin dayanmadığını vurğulayırlar. Məsələn, Azərbaycan haqqında 

beynəlxalq hüquq normalarına uyğun olmayan və aqressiv xarakter daşıyan bəyanatlar verildi. Belə 

nəticə çıxırdı ki, Cənubi Qafqazın siyasi xəritəsində dəyişikliklər etmək lazımdır. Hər halda, müəyyən 

dairələr bir sıra tarixi məqamları unutmadıqlarını dünyaya çatdırdılar. Eyni zamanda, erməni 

separatçılığının ifrat forması özünü göstərdi. N.Paşinyan İranda olarkən Tehranın mərkəzində 

yerləşən “Ararat” klubunda erməni icması ilə görüşdə çəkdirdiyi selfidə əksini tapan plakatda 

“Qarabağ Ermənistandır və son” yazılmışdı. Ancaq erməni separatçıları ciddi bir siyasi səhvə yol 

verdiklərini unutmuşdular. Məsələ ondan ibarətdir ki, N.Paşinyan hər yerdə pafosla deyir ki, “Artsax” 

ayrıca “respublika”dır və onun Ermənistana dəxli yoxdur, bu səbəbdən danışıqlarda oranı təmsil edə 

bilməz. Fonunda selfi çəkdirdiyi şüar erməni baş nazirin başına tökülən qaynar suyu xatırladır. Yəni 

onun nə qədər saxta və qaragüruhçu olduğunu bir daha təsdiqləyir. Təbii ki, həmin səbəbdən 

N.Paşinyanın İrana səfəri və orada səslənən bir sıra əsassız fikirlər Cənubi Qafqazın real geosiyasi 

dinamikasına təsir edə bilməz. Bu baxımdan İranın da burada fəallaşdığı haqqında qəti fikir söyləmək 

çətindir. 

34.Dünyada torpaq və meşə  ehtiyatları və istifadə problemləri  

TƏBİİ EHTİYATLAR Yer örtüyünün ümumi sahəsi 510 mln. km2 olduğuhalda, onun quru hissəsi 149 

mln. km2 təşkil edir. Bu sahənin 63%-i və yaxud 95 mln. km2-i təsərrüfat əhəmiyyəti daşıyır. 

Qurunun qalan hissəsi yüksək dağlıqlardan,səhralardan, bataqlıqlardan, buzlaq 

sahələrindən,yollardan, şəhər tikintilərindən ibarətdir. Yer qabığının üst qatı (əsasən 2-3 m 

qalınlığında,bəzən bir az çox) və bitki örtüyü olan, təbii məhsuldarlığı ilə fərqlənən hissəsi torpaq 

adlanır. Planetimizin torpaq fondunun yalnız 1/3-i və yaxud 4,8 mlrd.hektar sahəsi kənd 

təsərrüfatında istifadə olunur. Kənd təsərrüfatı əhəmiyyətli torpaqlar əsasən əkin, çoxillik əkinlər, 

meyvə bağçalarından, dincə qoyulmuş torpaqlar və biçənək, çəmənlik, örüş və otlaqlardan ibarətdir. 

Kənd təsərrüfatında istifadə olunan torpaqların 28%-i əkin sahələrinə və qalan 72% -i otlaq və 

çəmənliklərə aiddir. Dünyanın torpaq fondu materik və qitələr üzrə də qeyri-bərabər paylanıb. 

Torpaq fondunun ən çox sahəsi Asiyanın payına düşür (33%), Afrikada bu göstərici 23%, Avropada isə 

cəmi 8% təşkil edirHazırda dünya üzrə kənd təsərrüfatında istifadə olunan torpaqların ümumi sahəsi 

4,8 mlrd.hektar, cümlədən şumlanan torpaqlar 1,3 mlrd. hektar, otlaq və çəmənliklər isə 3,3 mlrd. 

hektardır. Ən böyük şumlanan torpaq sahələri ABŞ-da (185 mln. ha), Hindistanda (160mln. ha), 

Rusiyada (134 mln. ha), Çində (95 mln. ha) Kanadada (46 mln.ha), Qazaxıstanda (36 mln. ha) və 

Ukraynadadır (34 mln. ha). Əgər becərilən torpaqların daha çox sahəsi Şimali Amerika, Cənubi, Şərqi 

və Cənub-Şərqi Asiyada cəmləşibsə, otlaqlar əsasən Cənubi Amerika və Avstraliyada 

yayılmışdırTorpaq fondunun ümumi sahəsi daim dəyişir. Belə vəziyyəti bir tərəfdən insanın yararlı 

torpaq sahələrinin genişləndirmə cəhdləri (müxtəlif meliorativ tədbirlərin tətbiqi), digər tərəfdən isə 

torpaqların məhsuldarlığının aşağı düşməsi ilə (şoranlaşma, səhralaşma, bataqlaşma və s.) izah 

etmək olar. Dünya əhalisinin artımı şumlanan torpaq sahələrinin adambaşına düşən göstəricisinin 

azalmasında öz əksini tapmışdır. Son 25 il ərzində bu göstərici 0,3 hektardan 0,25 hektaradək aşağı 

düşmüşdür. Torpaq ehtiyatlarının qeyri-bərabər yayılması əkin torpaqları sahələrinin ölkələr arasında 

paylanmasında böyük fərqlər yaratmışdır. Adambaşına düşən əkin sahələrinə görə ən yüksək 

göstərici Avstraliya (3,0 ha),Kanada (1,8 ha), ABŞ (0,6 ha), Rusiya (0,9 ha) və Misir(0,5 ha) ölkələrinə 

aid olduğu halda, Hindistanda (0,2ha), Çində (0,09 ha), Yaponiyada (0,03 ha) əksinə olaraq torpaq 

qıtlığı mühüm iqtisadi problemlərdən birinə çevrilmişdir. Son illər iri müəssisələrin inşası, şəhərlərin 

salınması,kəşf edilmiş yataqların mənimsənilməsi, yem nəqliyyat şəbəkəsinin yaradılması, bilavasitə 

kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin azalmasında özünü büruzə vermişdir. Eyni zamanda 



antropogen səhralaşma,bataqlıqlaşma, torpaqların şoranlaşması və eroziyası əkinçilik üçün dəyərli 

torpaqları yararsız vəziyyətə salmışdır. Torpağın eroziyası və pozulması nəticəsində dünyada hər il 6-

7 mln.hektar torpaq özünün kənd təsərrüfarı əhəmiyyətini itirir. Eyni zamanda torpaqların 

şoranlaşması və bataqlıqlaşması əlavə olaraq hər il daha 1,5 mln.hektar sahənin kənd təsərrüfatı 

dövranından çıxmasına səbəb olur. Bununla yanaşı əkinçilik üçün potensial yararlı sayılan, lakin hələ 

ki, istifadəsiz qalan torpaqların sahəsi kifayət qədərdir. BMT-nin kənd təsərrüfatı və ərzaq bölməsinin 

məlumatına görə, dünyada belə ərazilərin sahəsi 3,2 mlrd. hektardır. Qurunun təxminən 36%-i 

məhsuldar olmayan torpaqlara aid olunur. 

35.İnsanın sosial fəaliyyəti  və sosial stratifikasiya  

Cəmiyyəti, onda gedən mürəkkəb prosesləri, adamlar arasındakı münasibətləri düzgün anlamaq üçün 

mühüm, hətta mən deyərdim fundamental vəzifələrdən biri kimi onun sosial strukturu və etnik 

birliklər məsələsini təhlil etmək lazımdır. Hazırda praktiki olaraq hər bir dövlət qurumu mürəkkəb 

sosial struktura malikdir. Və orada adamların müxtəlif etnik (milli) birlikləri mövcuddur. Müasir 

fəlsəfədə cəmiyyətin sosial strukturunun mahiyyəti və təbiətinə dair baxışlar bir sıra konsepsiyalarda 

cəmləşmişdir. Bunlardan üçü üzərində bir az ətraflı dayanaq. Birinci konsepsiya siniflərin 

mövcudluğunu inkar edir və onların əvəzində qrup halında sosialqurumları qoyur və iddia edir ki, 

həmin qrupların köməyi ilə insan münasibətləri hərtərəfli nəzərdən keçirilə bilər. Bu konsepsiyanı 

Amerika sosioloqları T.Parsons (1902– 1979), P.Lazarsfeld (1901– 1976) və digər mütəfəkkirlər fəal 

surətdə təbliğ etmişlər. İkinci qrupa cəmiyyətdə siniflərin və sosial qrupların mövcudluğunu qəbul 

edən marksistləri göstərmək olar. Üçüncü konsepsiyanın nümayəndəsi kimi artıq dönə– dönə adını 

çəkdiyimiz M.Veberi qeyd edə bilərik. Sosial həyatın müxtəlif məsləkli sosioloqlarını məşğul edən 

başlıca problemlərindən biri müasir cəmiyyətin «stratifikasiyasıdır» (strata– geologiyadan 

götürülmüş termindir), onun ictimai təbəqələrinin və ya qruplarının müəyyən edilməsidir. Sosial 

qruplar nəzəriyyəsi amerikan sosiologiyasının patriarxı olan Eduard Ross ilə başlanır. O, həmin 

anlayışı əsrimizin əvvəllərində işə salmışdır. Rossun fikrincə, cəmiyyət sosial qrupların məcmusundan 

ibarətdir. Fərdin ictimai həyatı– onun qrupdakı həyatda və qruparası münasibətlərdə iştirakıdır. Lakin 

belə düşünmək yanlış olardı ki, guya həmin sosioloqlar sinifli cəmiyyətin əsas ictimai qruplarından– 

ictimai siniflərdən bəhs edir. Qruplar əraziyə, peşələrə, məşğələlərin bənzərliyinə və s. görə 

götürülür. Belə bir təsnifatda, məsələn, polad əridənlər sırasında həm polad kralları, həm də fəhlələr 

daxil edilir. Hələ 50– 60– cı illərdə Amerikada cəmiyyətin ictimai qruplarının belə bir təsnifatı 

verilmişdi: «İcma qrupları; ailə qrupları; tərbiyə qrupları; irq qrupları, mülki qruplar və siyasi 

təşkilatlarda birləşən qruplar» və s«Qruplardaxili» və «qruplararası» münasibətlər sosioloqlar 

tərəfindən araşdırılarkən «sosial nəzarət» öz üzvlərinin münasibətlərini tənzim etmək üçün qrupun 

müəyyən etdiyi «tənzimedici normalardır». Bu cür «nəzarət»anlayışına adətləri, dəbləri, ictimai fikrin 

təsirini daxil edirlər. Eyni zamanda zorakılıq kimi tətbiq edilən vasitələri də qeyd edirlər. Bəzi 

nəzəriyyəçilər göstərirlər ki, kapitalizm cəmiyyətində müxtəlif ictimai təbəqələrin tədriclə birləşib 

«vahid orta sinif» təşkil etməsi prosesi gedir. Həmin «vahid orta sinfin» bütün sinifləri əhatə etməsi 

baş verir. Qərb sosioloqları göstərir ki, kapitalizm cəmiyyətində adamların bir sinifdən başqa siniflərə 

keçməsi üçün hədsiz imkan yaranmışdır, «açıq siniflər», «açıq cəmiyyət» deyilənlər meydana 

gəlmişdir. «Sosial çeviklik» kimi kateqoriyadan istifadə edən ideoloqlar deyirlər ki, kapitalizm 

cəmiyyətində siniflər «açıq» olmuşdur, keçmişdə isə onlar «qapalı» idi, «bağlı» idi. Bir çox silk 

maneələri olan feodalizmə nisbətən kapitalizm, əlbəttə, böyük çeviklik verir. Qərb sosiologiyasında 

«Elita» nəzəriyyəsi də müəyyən dərəcədə yayılmışdı. Bu nəzəriyyəyə görə, insanlar fitrətən qeyri– 

bərabərdir və guya insanların qeyri– bərabər istedadının bu psixoloji əsası üzərində cəmiyyətin yuxarı 

təbəqəsi, «elita» adlanan təbəqə yaranır, «seçmələr» təbəqəsi meydana gəlir. Psixik münasibətlər 

bütün ictimai münasibətlərin əsasının əsası elan edildiyinə görə sosioloqun belə bir iddiası üçün 

imkan yaranmış olur ki, öz istedadı ilə bir qədər fərqlənən ayrı– ayrı fərdləri psixik münasibətlər 



dairəsinin özü «yuxarıya» qaldırır. «Elita» nəzəriyyəsinin tarixi kökləri «qəhrəman və camaat» 

nəzəriyyəsinə gedib çıxır. Həmin nəzəriyyəni Paris Kommunası dağıdıldıqdan sonra hələ Karleyl kimi 

subyektiv sosioloqlar, sonra isə fransız sosioloqu Qabriel Tard və b. təbliğ edirdilər. Bəzi sosioloqların 

fikrincə, müasir kapitalizmin «elitası»– direktorlar, müdirlər, mühəndislər və texniklər təbəqəsidir. 

Texnokratiya adlanan nəzəriyyənin tərəfdarları deyirlər ki, hakimiyyət həmişə həmin elitanın əlində 

olmuşdur. Ümumiyyətlə, obyektiv yanaşma baxımından bu nəzəriyyənin həm qüsurları, həm də 

müsbət cəhətləri vardır. Bunu isə qətiyyən nəzərdən qaçırmaq olmaz. 

36.Əhalinin cins-yaş quruluşu və gender problemləri  

Dünya əhalisi yaş strukturuna görə 3 qrupa bölünür. Birincisi, 0–14 yaş qrupu. Bu yaş qrupu dünya 

əhalisinin 34%-ni təşkil edir. İkinci yaş qrupu isə 15–65 yaş qrupudur. Bu yaş qrupu cəmiyyətdə 

maddi nemətlərin əsas istehsalçısıdır. Bu yaş qrupuna dünya əhalisinin 58% cəmlənib. Üçüncü yaş 

qrupuna isə 65 yaşdan yuxarılar aiddir. 65 yaşdan yuxarılar isə dünya əhalisinin 8% tutur. Əhalinin 

cins tərkibində isə yeni doğulan uşaqlar arasında oğlanların sayı çoxdur. Yeni doğulan hər 100 qıza 

104–107 oğlan düşür. 15 yaşına qədər oğlanların və qızların yaşı bərabərləşir. Sonrakı dövrlərdə yaş 

strukturunda qadınların payı artır. Bunun müxtəlif səbəbləri var. Bu ilk növbədə qadınların orta 

ömrünün kişilərin orta ömrünə nisbətən çox olması ilə əlaqədardır. Dünya ölkələrində qadınlar 

kişilərdən çoxdur. Yəni qadınlar dünya əhalisinin 51% kişilər isə 49% təşkil edir. Ancaq bəzi Asiya və 

Afrika ölkələrində bu nisbət dəyişir. Buna səbəb erkən nikah, çoxuşaqlılıq, cəmiyyətdə və ailədə 

qadının hüquqlarının tapdalanması və qadınlara qarşı zorakılıqdır. Gender problemi və gender 

bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk 

növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin 

pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, 

insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial 

ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. Gender anlayışı İnsan cəmiyyətini qadın və kişilər təşkil 

edir.Cinslər arasında biloji və fizioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu o demək deyil ki, kişi 

və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bu sahədə əldə edilmiş 

nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik sürətdə dəyişməsindən xəbər verir. Son 

əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həmdə istehsalatda oynadığı rolu dəyişdirib. 

XX əsrin sonunda “Gender” anlayışı formalaşmışdır ki, bunu da “Sosial Cins” kimi xarakterizə etmək 

olar. Gender anlayışının əsasında qadın hərərkatı durur. Gender termininin bir çox tərifi məlumdur. 

Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə 

tutulur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir. 

37.Etnik ərazi münaqişələri, səbəbləri və nəticələri 

Etnik münaqişələrin yaranması səbəbləri müxtəlif, tarixi isə uzundur desək, yanılmarıq. Lakin XX əsrin 

II yarısından başlayaraq etnik münaqişələrin edildiyindən, dünyanın bir sıra bölgələrində yaranan 

münaqişə ocaqlarının söndürülməsi istiqamətində müəyyən təşkilatlar yaranmışdır. Bir sıra ölkələrdə 

on illərdir ki, müəyyən orqanlar bu sahədə işlər görürlər. Bəzi ölkələrdə hələ keçən əsrin 2-ci 

yarısın­dan bir sıra təşkilatlar etnik münaqişələrin öyrənilməsi və təhlili ilə məşğul olmağa 

başlamışdılar. Keçmiş SSRİ məkanında 90-cı illərdən başlayaraq etnik münaqişələrə, həm dövlət 

səviyyəsində (siyasi baxımdan), həm elmi tədqiqat institutlarında (elmi baxımdan), həm də ayrı-ayrı 

görkəmli, tanınmış şəxsiyyətlərin simasında xüsusi şəxsi münasibətlər baxımından öyrənilməyə meyl 

güclənmişdi. Müəyyən təcrübə toplandıqdan sonra münaqişəni öyrənən analitik mərkəzlər, tədqiqat 

qrupları formalaşmışdı. Lakin Kommunist Partiyasının təkhakimiyyətliliyi dövründə, müxalifətin səsini 

çıxarması olduqca çətin idi. Lakin tək-tək millətçi təşkilatların üzvləri müxləlif xarici 

radiostansiyalarında öz sözlərini deməyə cəsarət tapırdılar. Tədricən keçmiş milli münasibətləri, 

beynəlmiləlçiliyi öyrənən 121 alim birdən-birə münaqişə problemləri üzrə mütəxəssislərə çevrildilər. 




Bu problem ətrafında polemikada kimlər çıxış etmirdilər? İdeologiya üzrə katiblərdən tutmuş tarix 

müəllimlərinə, komsomol işçisindən tutmuş, dövlət orqanlarında çalışan yüksək rütbəli məmurlar, 

hamısı birdən-birə dönüb vətənpərvər və millətçi oldular. Nəticədə gələcəkdə qurulacaq milli 

hökümətlərin etnik-siyasi qurumların rəhbər tərkibi formalaşmağa başladı. Ucdantutma bütün xalq 

milli mənafeyin müdafiəçisinə çevrildi. Bu zaman bütün qüvvələrin ziddiyyətlərin həllindən çox, onun 

kəskinləşməsində maraqlı idilər. Etnik münaqişələr sayəsində bir sıra təşkilatlar, xüsusilə SSRİ-nin 

dağılmasında mühüm rol oynayan təşkilatlar yarandı. Lakin elə bu dövrdən başlayaraq müəyyən 

təşkilatlar səviyyəsində müxtəlif miqyaslı və müxtəlif dərəcəli intensivdə münaqişələrin 

nizamlanmasının strategiyasının işlənib hazırlanmasına meyl də formalaşmışdı. Adətən, 

makrosəviyyədə etnik münaqişələrin həlli strategiyasının üç əsas növü xüsusi seçilirdi: 1) hüquqi 

mexanizmlərin tətbiqi; 2) danışıqlar; 3) informasiya yolu; Təəssüf hissi ilə qeyd edə bilərik ki, 

irimiqyaslı, dərin kök salmış münaqişələrin kəskinləşməsi mərhələsində yuxarıda qeyd etdiyimiz 

strategiya növlərinin heç biri nəticə vermir. Adətən, bu cür münaqişələrə münasibətdə sosial-siyasi 

və yaxud hərbi metodlara məhkəmə-cəza xarakterli üsulların tətbiqinə geniş yer verilir.Ümumiyyətlə, 

qeyd etdiyimiz birinci strategiyaya gəldikdə bunun reallaşdırılması çətin nail olunan bir işdir; burada 

çoxetnoslu dövlətlərdə bütün qanunvericiliyin dəyişilməsi tələb olunur. Hər bir cəmiyyətdə qruplar, 

daha doğrusu, etnoslar arasında imtiyazlar düzgün bölüşdürülmürsə (məsələn, İsraildə yəhudilər və 

ərəblər arasında, Latviyada latışlar və ruslar arasında), o zaman sosial strukturda harmoniya 

yaratmaqdan ötəri etnoslar arasındakı münasibətlərdə mütləq dəyişikliklər yaratmaq lazımdır. 

Danışıqlar aparılması məsələsi də zəruridir. Lakin burada psixoloji məqamlar üstünlük təşkil edir. 

Lakin bu zaman avtoritetlər, tanınmış alim və ictimai-siyasi xadimlərin iştirakı vacibdir. Lakin bunun 

özü də çox vaxt uğurlu nəticə ilə başa çatmır. 

38.Qaçqın və məcburi köçkünlər problem 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 20 İyun Ümumdünya Qaçqınlar Günü münasibətilə 

yaydığı hesabatında bildirilir ki, hazırda dünyada öz yaşayış yerlərindən didərgin düşən insanların sayı 

rekord həddə çatıb. Belə ki, son 20 ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı iki dəfə artaraq 

70,8 milyon nəfərə yüksəlib. Hesabatda qeyd edilir ki, cəmi bir il ərzində dünya üzrə qaçqınların sayı 

2,3 milyon nəfər artıb. Bu gün respublikamız da sözügedən problemlə üz-üzə qalıb. İyirminci əsrin 

sonlarında Ermənistanın torpaqlarımızın 20 faizdən çox hissəsini işğal etməsi Azərbaycanı dünyanın 

ən çox qaçqın və məcburi köçkünü olan ölkələrindən birinə çevirib. Xalqımız bir əsrdə dörd dəfə 

ermənilər tərəfindən soyqırımına məruz qalıb. Sonuncu dəfə isə 1988-ci ildə 250 min etnik 

azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, respublikamıza pənah gətirib. Eyni 

zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınan 50 min nəfərədək Ahıska türkü də 

respublikamızda sığınacaq tapıb. 

39.Miqrasiya siyasəti və "əmək "miqrasiyası  

Miqrasiyanın 2növü var, daxili və xarici Miqrasiya, səbəblərindən asılı olmayaraq, hər hansı bir insan 

hərəkətini əhatə edən, bir beynəlxalq sərhəddə və ya bir ölkə daxilində baş verən bir prosesdir. 

"Miqrant"a hər hansı bir tərif vermək daha çətindir. Avropa Miqrasiya Komitəsinin sözlərinə görə, 

"miqrantlar" termini kontekstdən asılı olaraq mühacirləri, qayıdan miqrantları , immiqrantları, 

qaçqınları, məcburi köçkünləri, immiqrantların və / və ya immiqrasiyaya məruz qalan etnik azlıqların 

əhalisinin üzvlərini müəyyənləşdirmək üçün istifadə olunur. Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) 

fərdin şəxsi narahatlıq səbəbindən və xarici məcburi qüvvənin təsiri olmadan sərbəst şəkildə məcburi 

köçmək barədə qəbul etdiyi bütün hallar üçün "miqrant" terminindən istifadə edir. Yuxarıda 

göstərilən iki anlayış könüllü və məcburi köçkünlər arasında ənənəvi fərqləri əks etdirir. Könüllü 

miqrasiya vəziyyətində insanlar öz seçimlərini, əsasən, daha yaxşı karyera imkanları kimi "təkan 

amilləri" ilə əlaqədar edirlər, buna baxmayaraq, onların seçim variantları bəzən çox məhduddur. 




Zorakı miqrasiya əsasən zülm, müharibə və ya aclıq kimi insanların əsas hüquqlarının pozulması 

hallarından qaçması kimi "sürüklənmə amilləri"nin nəticəsidir. Ancaq hər zaman təkan və 

sürüklənmə amilləri mövcuddur. Bir çox miqrantlar həm iqtisadi səbəblərdən, həm də insan 

hüquqlarının pozulmasından qaçmaq üçün ölkələrini tərk edirlər. Hətta iqtisadi məcburi köçkünlər 

iqtisadi hüquqlarının pozulduğu hallardan qaçarkən məcburi miqrantlar hesab edilə bilər. 

Miqrasiyanın növləri Miqrasiya formaları müxtəlif faktorlar, məsələn, motivlər, aidiyyəti olanların 

hüquqi vəziyyəti və ya müddəti ilə fərqlənə bilər. Bəzi ümumi istifadə olunan miqrant kateqoriyaları: 

• Müvəqqəti əmək miqrantları (həmçinin qonaq işçilər kimi tanınır) • Yüksək ixtisaslı və biznes 

mühacirləri: transmilli korporasiyaların və beynəlxalq təşkilatların daxili əmək bazarlarında hərəkət 

edən peşəkarlar • Qeyri-qanuni (və ya sənədsiz, icazəsiz) miqrantlar: zəruri sənədlər və icazələr 

olmadan ölkəyə daxil olanlar • Zorakı miqrantlar: qaçqınlar, sığınacaq axtaran şəxslər və ya silahlı 

münaqişələr və ya ekoloji fəlakətlər kimi xarici amillərə görə köç etmək məcburiyyətində olan 

insanlar • Ailə üzvləri: artıq köçmüş olan yaxın qohumlarına qoşulurlar • Geri qayıdan miqrantlar: 

başqa ölkədə bir müddətdən sonra mənşə ölkələrinə qayıdan insanlar. 

40.İnsanın məkanda iqtisadi fəaliyyəti  

"İqtisadiyyat" termini ilk dəfə "Oykonomiya" adı altında qədim yunan alimi Ksenofont (b.e.ə. 430–

355-ci illər) tərəfindən işlənmiş, sonralar Aristotel tərəfindən geniş yayılmışdır. "İqtisadiyyat" 

anlayışında səviyyə bölgüsü mövcuddur. Bu bölgüyə aiddir: makroiqtisadiyyat, mikroiqtisadiyyat, 

mezoiqtisadiyyat və meqoiqtisadiyyat. Makroiqtisadiyyat ölkənin iqtisadiyyatının bütövlükdə 

götürülməsi deməkdir. İqtisadiyyatın mürəkkəb, ierarxik şəkildə təşkil olunmuş sistemi kimi çıxış 

etməsidir. Mikroiqtisadiyyat iqtisad elminin bölməsi kimi qəbul edilə bilər, kiçik miqyaslı iqtisadi 

proseslərin, subyektlərin, hadisələrinin (yəni müəssisə, firma, şirkət, xidmət bölmələri, sahibkarlıq 

qurumları, fermer təsərrüfatı və s.) öyrənilməsi ilə məşğuldur. Mezoiqtisadiyyat makroiqtisadiyyatda 

bir-biri ilə üzvü surətdə bağlı olan sahələr kompleksini, birliyini bildirən anlayışdır. Məsələn, aqrar — 

sənaye kompleksi, hərbi sənaye kompleksi, infrastruktur və s. Meqoiqtisadiyyat isə əsası beynəlxalq 

əmək bölgüsü olan dünya iqtisadiyyatını bildirən anlayışdır. Müasir dövrdə iqtisad elminin tədqiqi və 

təhlili onun bilavasitə fundamental əsasını təşkil edən " İqtisadi nəzəriy yənin əsas prinsiplərinin " 

tam sistem " şəklində öyrənilməsin dən asılıdır . Qeyd edək ki , iqtisadi fəaliyyətdən , davranışdan 

yaranan nəzəriyyə , qanunlar , qanunauyğunluqlar , modellər və prin siplər yaranması , fəaliyyət 

göstərməsi mexanizminə yol açma sına baxmayaraq , bu kateqoriyaların ( anlayışların ) , qarşılıqlı 

əlaqələri və bağlılığı sistem halında fəaliyyət göstərir . İqtisadi prinsiplər mənaca iqtisadi fəaliyyətin 

və dav ranışın ( münasibətlərin ) ümumiləşdirilmiş nəticəsi olub real həyatda iqtisadi hadisə və 

proseslərin təhlilinin faydalı , səmə rəli vasitəsi hesab olunur . Odur ki , iqtisadi prinsiplər anlayışı 

bütöv xüsusi spesifik münasibətlər sistemidir . Cəmiyyət mürəkkəb orqanizm kimi inkişaf etdikcə in 

sanların iqtisadi fəaliyyətlərində münasibətləri də daima dəyi şir . Bazar iqtisadi fəaliyyətin təşkilini 

çox səmərəli koordi nasiya edir . Lakin bu qaydadan bəzi mühüm kənarlaşmalar mövcuddur . İqtisadi 

fəaliyyət və davranış anlayışları iqtisadi nəzəriy yənin əsas prinsiplərinin şərhində iqtisadi hadisə və 

proseslərin , hərəkət və davranışların reallaşdırılması üçün vacib və zəruri olan əmtəə və xidmətlərin 

yaradılmasnda ictimai - iqtisadi münasibət , yəni iqtisadi fəaliyyəti əks etdirir . Bu fəaliyyətin , 

hərəkətin ilk pilləsi , özünün də əsas mərhələsi istehsaldır . İstehsal anlayışı iki cəhətdən diqqəti cəlb 

edir : - birincisi , ümumiyyətlə istehsal mənası baxımından ; - ikincisi , ayrı - ayrı konkret dövrləri 

əhatə edən istehsal növləri , pillələri və formaları baxımından . İqtisadi anlayış müəyyən iqtisadi 

hadisə və prosesləri ümumiləşdirərək , müəyyən terminlərlə ifadə edərək iqtisadi anlayış və yaxud da 

qanun kimi iqtisadi fəaliyyətin ayrı - ayrı sahələrinin ( pillələrin , mərhələlərin ) müxtəlif hərəkət 

forma larının ümumiləşdirilmiş nəzəri ifadəsidir , təzahürüdür . Cə miyyətin obyektiv iqtisadi hadisə 

və proseslərinin , prinsipləri nin , faliyyət formalarının dolğun və hərtərəfli dərk edilməsi müvafiq 

iqtisadi prinsiplər əsasında mövcud iqtisadi qanunlar və qanunauyğunluqlar vasitəsilə mümkün olur . 



İqtisad elmi XVIII əsrdən başlayaraq bu günümüzə qədər böyük bir inkişaf yolu keçmişdir. Müasir 

iqtisadi nəzəriyyələr sistemini əhatəli öyrənmək üçün bu elmin yaranması və inkişafı tarixinə bələd 

olmaq gərəkdir. İqtisadi fikir tarixi iqtisadiyyatın tarixi qədər qədimdir. Başqa sözlə, iqtisadiyyat 

iqtisadi fikrin və nəzəriyyələrin öyrəndiyi obyektdir. Əsil iqtisadi fikir və biliklər isə icma quruluşunun 

dağıldığı, ictimai əmək bölgüsünün, dövlətin və siniflərin yarandığı dövrdə meydana çıxmağa 

başlamışdır. Ümumiyyətlə, elm, biliklər cəmiyyətin daha yetkin mərhələsində, xüsusilə klassik 

quldarlıq dövründə yaranmışdır. İqtisadi fikir və biliklərin meydana çıxması üçün daha yetkin 

iqtisadiyyatın olması zəruri idi. Belə bir iqtisadi, mədəni şərait qədim Misirdə, Babilistanda, Çində, 

Hindistanda, İranda mövcud olmuşdur. Hələ eramızdan 4–5 min il əvvəl qədim böyük dövlətlər və 

mədəniyyətlər Şərq ölkələrində — qədim şumerlərdə (indiki İraq ərazisində), Misirdə, Türküstanda 

və s. ölkələrdə meydana gəlmiş və nisbətən yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu ölkələrdə 

istehsalın ən qədim və əsas sahələri olan əkinçilik, heyvandarlıq,suvarma sistemi, sənətkarlıq, ticarət, 

şəhər mədəniyyəti daha yüksək səviyyəyə qalxmışdır. Fridrix Engels göstərir ki, Asiyanın ən qabaqcıl 

tayfalarında: arilərdə, semitlərdə, turanlılarda başlıca əmək sahəsi olan əkinçilik, heyvandarlıq, 

suvarma sistemi xeyli inkişaf etmiş, ilk ictimai əmək bölgüsü də bu ölkələrdə baş vermişdir. O, 

"Kapital"ın III cildinə əlavədə yazır: "Əmtəə mübadiləsi hələ heç bir yazılı tarixin mövcud olmadığı 

zamanlarda Misirdə bizim tarixdən azı üç və ya beş min il qabaq, Babilistanda isə dörd altı min il 

qabaq başlanır". Tarixi mənbələr göstərir ki, Qədim Şərqdə əmək bölgüsünün və bunun əsasında 

əmtəə mübadiləsinin erkən inkişafı pulun da bu ölkələrdə yaranmasına səbəb olmuşdur. Belə ki, Şərq 

ölkələrinin əksəriyyətində qaramal, qoyun və bu kimi məhsullar mübadilədə vasitəçi rolunda çıxış 

etmişlər. Klassik quldarlıq sisteminə əsaslanan qədim yunanlar təbiəti, cəmiyyəti və insanı öyrənən 

elmlərin əsasını qoymuşlar. Qədim yunan mütəfəkkirləri elmin başqa sahələrində olduğu kimi, 

iqtisadiyyatın öyrənilməsi və araşdırılması sahəsində də yüksək qabiliyyət nümayiş etdirə bilmişlər. 

Ksenofontun (e.ə.430–355), Platonun (e.ə.427–347), Aristotelin (e.ə. 348–322) əsərlərində quldarlıq 

quruluşunun iqtisadi münasibətləri nəzəri baxımdan araşdırılmış və əməli tövsiyələr verilmişdir. 

41.Sənaye inqilablarının istehsalın inkişafına təsiri  

Sənaye İnqilabı — Avropada 18-ci və 19-cu əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə 

işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə 

edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi 

Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır.21-ci yüz illikdə ilk 

öncə İngiltərdə başlayan Sənayə İnqilabı dəmir və kömürün əsas enerji mənbəyi və xammalı olduğu 

bir mexanizim dövrüdür. Kömür, buxar və maşın birgəliyinin ortaya qoyduğu önəmli iqtisadi,siyasi və 

sosial dəyişikliklərə gətirib çıxardı.Sənaye inqilabı Avropada burjua sinfinin çevrilməsinə və yeni işçi 

sinifinin yaranmasına gətirib çıxardı. Köhnə burjua sinifinə indi zavod sahibləridə daxil olmuşdur. 

Burjua sinifi artıq hər ölkədə ən varlı təbəqəni yaratmışdı. Ancaq ölkələrin əksəriyyətində orta sinif 

bir çox siyasi və sosial hüquqlara malik deyildi. Bu hüquqları əldə etmək üçün 19-cu yüz illiyin 

sonlarını gözləmək gərəkli idiAvropada sənaye inqilabından əvvəldə bir işçi sinifi mövcud idi. Bu sinif 

həmişə çox şüursuz olmuşdur. Sənaye inqilabı sonunda bu ışçı sinifi artıq şüurlanmağa başladı. Bu 

demək olar ki, bütün cəmiyyətlərdə ən sıxlıqlı sinif idi. İşçi sinifi, əsasən siyasi və iqtisadi haklardan 

məhrum idi. Ödənişləri aşağı, həyat və iş rejmləri çox pisidi. İş vaxtları uzun, zavodlar havasız və hər 

cür sağlamlıq şərtylərindən uzaq idi.Siyasi baxımdan səs vermək hüquqları yox idi. Özəlləşdirmə və 

etiraz qadağan idi. Ancağ işçilər bu vəziyyətin fərqində idilər.Texnoloji inkişaflar-Buxar maşını. Sənaye 

inqilabının ən önəmli kəşflərindən biri buxar maşını olmuşdur. 1763-cü ildə James Watt, 

Şotlandiyada buxarla işləyən maşını kəşf etdi.-1807-ci ildə Amerikalı Robert Fulton buxar maşınını 

gəmilərə tətbiq etdi. 1840-cı ildə ilk dəfə müntəzəm okean gəmisi buxar xidmətinə başlamışdır.-

1812-ci ildə buxar maşını ilk dəfə lokomotivlərdə istifadə edilib.-1844-cü ildə Samuel Morse Amerika 

Birləşmiş Ştatlarında ilk kommersiya teleqraf xidmətinə başladı.-1876-cı ildə Alexander Graham Bell 



telefonu kəşf etdi.-Kənd təsərrüfatında inkşaflar oldu . Almaniya bu sahədə inkişaflara başçılıq 

etmişdir. Almanlar çuğundurdan şəkər almaq üçün bir üsul tapdılar. Digər bir alman kimyageri süni 

gübrə əldə etdi. 1834-cü ildə bir amerikalı mühəndis bir biçerdeni ixtira etdi. 1870-ci ildən sonra 

konservləşdirilmiş yemək istehsalı sürətlə artmışdır.-1830 və 1860-cı illər arasında İngiltərədə daha 

təsirli mədən üsullarının inkişafı ilə paralel olaraq, kömür istehsalı sürətlə artmışdır. Çünki bu sayədə 

polad və dəmir təlabatı asan bir şəkildə qarşılanırdı.-Bu istehsal sayəsində 1800-1830-cu illər 

arasında körpü, kanal, dəmiryolu kimi inşaatlar sürətlə artdı. 1850-ci illərə qədər, ümumilikdə 

İngiltərə tərəfindən inhisarlanan sənaye inqilabı Avropa və ABŞ-da yayılmışdır. Günümüzdə isə, 

inkşafda olanölkələrə qarşı meyillilik var. 

42.İndustrial və postindustrial cəmiyyətlərin formalaşması  

İndustrial cəmiyyət - XIX əsrin 40-cı illərində yaranan sosial-iqtisadi nəzəriyyə. Lideri amerikan 

iqtisadçısı və sosioloqu P.Draker hesab olunur. Nəzəriyyə görə industrial cəmiyyətin yaranışını XX 

əsrdə korparasiyanın yüksəlişi ilə bağlıdır. XIX əsr kapitalist cəmiyyəti isə industrialdan qabaq 

adlandırılır.Postindustrial cəmiyyətin sənaye cəmiyyətindən əsas fərqləndirici cəhətləri çox yüksək 

əmək məhsuldarlığı, yüksək həyat keyfiyyəti, yüksək texnologiyalara sahib olan və innovasiya 

iqtisadiyyatının üstünlük təşkil edən sektoru və riskli işdir. Yüksək keyfiyyətli insan kapitalının yüksək 

dəyəri və məhsuldarlığı yeniliklər və yeniliklər arasında rəqabət artıqlığı yaradırPostindustrial 

cəmiyyətin mahiyyəti əhalinin həyat keyfiyyətinin artması və bilik sənayesi daxil olmaqla yenilikçi bir 

iqtisadiyyatın inkişafından ibarətdir.Postindustrial nəzəriyyənin inkişaf etdiriciləri aşağıdakı səbəblərə 

işarə edirlər:Texnologiyaların təkmilləşdirilməsi, istehsalın mexanizasiyası və avtomatlaşdırılması 

bilavasitə maddi istehsalda çalışan insanların nisbətini azaltmağa imkan verir.Müasir iqtisadiyyat elə 

bir keyfiyyətə çatmışdır ki, əksər işçilər nisbətən yüksək təhsil səviyyəsinə malik olmalıdırlar.Əhalinin 

əhəmiyyətli bir hissəsinin rifahı o qədər yaxşılaşmışdır ki, intellektual artım və yaradıcılıq 

qabiliyyətlərinin yaxşılaşdırılması cəmiyyətin dəyər miqyasında mühüm yer tutmuşdur.Əsas maddi 

ehtiyacları ödənilən, intellektual işlə məşğul olan insanlar xidmətlərə artan tələb edirlər.Mütəxəssis 

işçi qüvvəsinin payının artması əsas "istehsal vasitələri" nin işçilərin ixtisasına çevrilməsinə gətirib 

çıxarır. Bu, cəmiyyətin quruluşunu dəyişdirir və maddi "istehsal vasitələrinə" sahib olmaq əvvəlki 

əhəmiyyətini itirir. 

43.Dünyanın iqtisadi  inkişafının regional fərqləri  

Dünya ölkələri əhalinin sayı, sahəsi, coğrafi mövqe, iqtisadi inkişaf səviyyəsi və s. meyarlara görə 

qruplaşdırılırlar. İqtisadi inkişaf — iqtisadiyyat və istehsal qüvvələri, təhsil, elm və mədəniyyətin, 

insanların həyat səviyyəsinin müntəzəm olaraq keyfiyyət və struktur baxımından müsbət istiqamətdə 

dəyişməsi ilə xarakterizə olunan iqtisadi prosesdir. İqtisadiyyatın inkişafının əsas hərəkətverici 

qüvvəsi insan kapitalı və onun yaratdığı yeniliklərdir. İnsan kapitalı deyərkən, insanların təhsil, 

səhiyyə, elm, əmək şəraiti və həyat səviyyəsinin yüksəldilməsinə çəkilən xərclər nəzərdə tutulur. 

Sosial-iqtisadi inkişaf səviyyəsinə görə dünya ölkələri müxtəlif qruplara bölünür:1.hər nəfərə düşən 

ərzaq və sənaye məhsulları 2.milli gəlir 3.təhsil səviyyəsi 4. xidmət, səhiyyə və s. Bu qruplaşmalarda 

əsas göstərici dövlətdə hər nəfərə görə istehsal olunan ümumi daxili məhsul hesab edilir. BMT 

ekspertləri tərəfindən müasir iqtisadi, siyasi və sosial xəritə dünya dövlətləri üzrə üç qrupa bölünür: 

a) iqtisadi cəhətdən dayanıqlı inkişafa malik olan ölkələr (İEÖ); b) inkişaf etməkdə olan ölkələr (İEOÖ) 

c) keçid iqtisadiyyatına malik ölkələr. Avropa İttifaqına aid olan 27 ölkə, Qərbi Avropada daha üç ölkə 

- İsveçrə, Norveç, İslandiya, həmçinin ABŞ, Kanada, Yaponiya, Çin, Avstraliya, Yeni Zelandiya və s. 

iqtisadi cəhətdən dayanıqlı inkişafa malik olan ölkələr siyahısına daxildir. İEÖ-in sırasına BMT-nin 

qeydiyyatında (1997-ci ildən) Cənubi Koreya, Sinqapur, Honq Konq, İsrail və Cənubi Afrika 

Respublikası da əlavə edilmişdir. Müasir dünyanın qeyri-formal strukturu“Yeddilik” adlanan inkişaf 

etmiş ölkələr (İEÖ) qrupudur. ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Kanada 




bura daxildir. Müasir şəraitdə bir çox dünya dövlətlərinin iqtisadi inkişafı, əsasən üç proses əsasında 

təməl tapmışdır. Bunlar: elmtutumlu, resurstutumlu və kapital tutumlu sənaye kompleksləri üzərində 

qurulmuşdur. Müasir dövrdə istehsalın səmərəliliyinin yüksəldilməsi və buna müvafiq olaraq 

cəmiyyətin iqtisadi sosial həyat səviyyəsinin artrılması hər bir ölkənin iqtisadi inkişafının təminatıdır. 

Bu məsələlərin yüksək səviyyədə həyata keçməsi istehsalın optimal inkişafından və düzgün 

yerləşdirilməsindən asılıdır. İnsanların təbii resurslara olan münasibətini ifadə edən istehsal 

prosesləri iqtisadiyyatın mühüm tərəfi olub cəmiyyətin əsil sərvətini əks etdirir. Bir çox ölkələrdə 

iqtisadiyyatı inkişaf etdirmək və onu böhranlardan qurtarmaq üçün yeni ideyalar və konsepsiyalar 

meydana gəlmişdir. İstehsalın səmərəli yerləşdirilməsi ideyası da həmin konsepsiyalardan biridir. 

Əsas diqqət təbii elementlərin, cəmiyyətin və təsərrüfat sahələrinin qarşılıqlı əlaqəsinə, 

inteqrasiyasına, bütün bu proseslərin geniş miqyasda təzahür xüsusiyyətlərinin öyrənilməsinə 

yönəldilir. Hal-hazırda İEÖ-in iqtisadiyyatının inkişafında sərbəst (liberal) model əsas yer tutur və 

bazar iqtisadiyyatı şəraitində investisiya və işçi qüvvəsindən istifadə edilərək bu münasibətlər bir-

birilə uyğunlaşdırılır. Milli və yerli orqanlar qanunvericilik və inzibati fəaliyətlə azad iqtisadiyyatı 

tənzimləyir Bütün təsərrüfat sahələrinin strukturu, xarici-iqtisadi əlaqələrin səviyyəsi və xarakteri, 

iqtisadi inkişafın tempi, iqtisadi potensialın həcmi, adambaşına düşən ÜDM-in miqdarı kimi 

göstəricilər dünya iqtisadiyyatında əsas şərtlərdir. Qlobal iqtisadi inkişafın əsas strateji 

istiqamətlərindən biri də müasir dövrdə transmilliləşmə ideyasıdır. TMK-lar bu ideyanın aparıcı 

qüvvəsidir. Transmilli koorporasiyalar (TMK) ümumdünya təsərrüfatının əsas quruluş elementlərinə 

çevrilmişdir. 

44.Enerji daşıyıcılar və cəmiyyətin inkişafı  

Müasir dövrdə enerji ehtiyatlarının azalması, qiymətlərin dəyişkən olması, dünya ölkələrinin siyasi, 

iqtisadi və enerji mənbələri uğrunda maraqlarının toqquşması hər bir ölkənin enerji təhlükəsizliyini 

təmin etmək üçün güclü bir strategiya müəyyənləşdirməsini zəruri edir.Ölkənin enerji 

təhlükəsizliyinin təmin edilməsində əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə etibarlı təminatı, 

yancağın və enerji növlərinin şaxələndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadə ilə yanaşı 

enerji resurslarından səmərəli və effektiv istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır. Enerji 

resurslarından səmərəli istifadə edilməsi dayanıqlı enerji siyasətinin əsas istiqamətlərindən biri kimi 

müəyyənləşdirilib. Enerji səmərəliliyi güclü və dayanıqlı bir iqtisadiyyata malik olmaq istəyən ölkələr 

üçün mühüm əhəmiyyətə malikdir.Enerji səmərəliliyi istehlak edilən enerji miqdarının istehsaldakı 

kəmiyyət və keyfiyyət aşağı salınmadan, iqtisadi inkişafın və rifah səviyyəsinin yüksəldilməsinə 

maneə yaratmadan azaldılmasıdır.Geniş mənada enerji səmərəliliyi və enerjiyə qənaət enerji 

resurslarının (elektrik və istilik enerjisi, təbii qaz, benzin, dizel və s.) itkilərini azaltmaq, tullantıların və 

enerjinin geri qazanılmasını və dəyərləndirilməsini təmin etmək, müasir texnologiyaların və elmi 

texniki nailiyyətlərin tətbiqi ilə istehsala toxunulmadan enerji tələbini azaltmaq, alternativ və bərpa 

olunan enerji mənbələrindən istifadəni artırmaq kimi tədbirləri əhatə edir. Enerji səmərəliliyi yalnız 

resurslara qənaət edilməsinə hədəflənməyib, dayanıqlı iqtisadi inkişafa, yaşıl iqtisadiyyata keçidə və 

ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinə, rəqabətə davamlı və ucuz sənaye və kənd 

təsərrüfatı məhsullarının istehsalına, istehlakçıların enerji daşıyıcıları ilə təminatının yüksəldilməsinə, 

kommunal xidmətlərdə israfçılığın və artıq xərclərin azaldılmasına şərait yaratmaqdadır. Enerji 

səmərəliliyi təmin edilmədiyi təqdirdə ölkənin enerji resurslarına sərf etdiyi izafi vəsait iqtisadi inkişaf 

və sosial rifah qarşısında başlıca problem kimi qalacaqdır.Enerji səmərəliliyinin təmin edilməsi 

ölkəmizin enerji təhlükəsizliyi siyasətinin əsas tərkib hissələrindən biridir. Ölkəmizin enerji 

təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi, ümumi daxili məhsulun enerji tutumunun 

azaldılması, ölkə iqtisadiyyatının rəqabətədavamlılığının gücləndirilməsi, ətraf mühitin qorunması, 

kommunal xidmətlərdə israfçılığın və artıq xərclərin azaldılması üçün enerji resurslarından səmərəli 

və effektiv istifadə edilməlidir.Enerji resurslarından səmərəli istifadə edilməsi və son tələbatçıların 



enerji effektivliyinin təmin edilməsi eyni zamanda ölkə iqtisadiyyatının dayanıqlı inkişafına nail 

olunmasına, ixrac potensialının artmasına, istehlakçıların enerji resursları ilə təminatının 

yüksəldilməsinə, ətraf mühitin və enerji ehtiyatlarının qorunmasına şərait yaradır. 

45.Energetika və iqlimin dəyişməsi problemi   

Energetika — insanın təsərrüfat-iqtisadi fəaliyyətinin bir sahəsi, bütün növ enerji ehtiyatlarının 

istifadəsi, paylanması və dəyişilməsi üçün istifadə edilən böyük təbii və süni yarımsistemlərin 

toplusu. Onun məqsədi ilkin enerjini ikinci enerjiyə-elektrik enerjisinə çevirməkdir.İqlim dəyişikliyi — 

həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal 

istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri 

əhatə edir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından 

bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərmiş və qlobal 

miqyasda dəyişikliklərə səbəb olmuşdur. İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu 

karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Bu emissiyaların əsas 

mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, bunda 

kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. Milli və ya beynəlxalq 

arenada tanınan heç bir qurum iqlim dəyişikliyindəki insan faktoruna qarşı çıxmır. İqlim dəyişikliyinə 

verilən reaksiyalar – günəşi əks etdirən qar və buz örtüyünün yox olması, artmış su buxarı (istixana 

qazının özü) və quru və okeandakı karbon uducularda baş verən dəyişikliklər – temperatur artımını 

sürətləndirir və ya yavaşıdır. 

46.Təsərrüfatın ətraf mühitə təsiri və ekoloji problemlər 

Aqro-sənaye kompleksinin ekologiyası ondan ibarətdir ki, sənayenin özü təbii proseslərə və 

insanların öz həyatına təsir etdiyi kimi, insanların da fəaliyyəti ətraf mühitə təsir göstərir. Kənd 

təsərrüfatının məhsuldarlığı torpağın məhsuldarlığından asılı olduğu üçün hər cür əkinçilik 

texnologiyasından istifadə edərək istənilən üsulla becərilir. Çox vaxt bu, torpağın deqradasiyasına 

səbəb olur: torpaq eroziyası; səhralaşma; şoranlaşma; zəhərlənmə; infrastrukturun inkişafı 

səbəbindən torpaq itkisi. Torpaq ehtiyatlarından səmərəsiz istifadəyə əlavə olaraq kənd təsərrüfatı 

ətraf mühitin pestisidlər, herbisidlər və digər aqrokimyəvi maddələrlə: su anbarları və yeraltı suları, 

torpaq, atmosfer ilə çirklənməsini təmin edir. Meşələrə çox ziyan dəyir, çünki yerlərində məhsul 

yetişdirmək üçün ağaclar kəsilir. Bütün bunlar meşələrin kəsilməsinin ekoloji probleminə gətirib 

çıxarır. Aqrar sənayedə müxtəlif meliorasiya sistemləri və quru drenajdan istifadə olunduğu üçün 

yaxınlıqdakı bütün su obyektlərinin rejimi pozulur. Bir çox canlı orqanizmin adət etdiyi yaşayış yerləri 

də məhv edilir və ekosistem bütövlükdə dəyişir. Beləliklə, kənd təsərrüfatı ətraf mühitə əhəmiyyətli 

dəyişikliklər gətirir. Bu, bitki örtüyünün növ müxtəlifliyindən təbiətdəki su dövranına qədər olan 

ekosistemlərin bütün komponentlərinə aiddir, buna görə də bütün mənbələrdən rasional istifadə 

etmək və ətraf mühitin qorunması üçün tədbirlər görmək lazımdır. 

47.Dünyanın ekoloji problemləri  

Ekoloji problemlər - müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının 

dəyişməsi nəticəsində yaranan problemlərdir. Buraya aşağıdakılar daxildir: 1)İqlim dəyişiklikləri 

2)Biomüxtəlifliyin məhvi 3)Torpaq, su və hava çirkliliyinin artması 4)Torpaq eroziyası Bəşər (texnika) 

inkişaf etdikcə oksigen ehtiyatı azalmağa və karbon qazı çoxalmağa doğru getmişdir. Bu proses 20-ci 

əsrdə çox-çox sürətlənmişdir. Milyonlarla avtomobillərdən çıxan tüstülər, qazanxanalar, zavodların 

tüstüsü, kondisionerlər və s. Texnika dünyamızı addım-addım məhvə doğru aparır. Düzdür, oksigen 

ehtiyatını, okeanlarda buxarlanan su tarazlasa da, yaşıllıqlarda fotosintez prosesi getsə də, bu tarazlıq 

keçən əsrlərdə qalmışdır.Ekoloji halın dözülməz hala gəlməsi ozon qatının məhvi və oksigen qazının 




çox-çox azalması zəncirvari olaraq digər fəsadlar törədəcək. Günəşin zərərli şüaları, hava çatışmazlığı, 

kəskin iqlim dəyişkənliyi, təbii fəlakətlərin artması və bunlardan doğan mənfurluqlar. İnsan ömrünün 

qısalması, səhhətlərin pozulması, doğuşların qeyri-normallığı , yaşama və işləmənin çətinləşməsi. 

Yaxın 150-200-ilə gözlənilən bu hadisələr, həmçinin qiyamət əlamətlərini də xatırladır. İnsanların sayı 

artmaqla texnika və texniki tələbatlar artmağa doğru gedir. İri şəhərlərdə sənaye və məişət 

tullantılarının uzun illər yığılıb istifadəsiz qalması öz növbəsində gərgin ekoloji vəziyyətin 

yaranmasına səbəb olmuşdur. İri yaşayış məntəqələrində, xüsusən sənaye mərkəzlərində məişət 

tullantılarının daşınması və yerləşdirilməsi də xüsusi narahatlıq doğurur. Bakı, Sumqayıt, Gəncə kimi 

şəhərlərin kənarlarında saysız miqdarda qanunsuz tullantı poliqonları yaranmışdır ki, bu da ətraf 

mühiti çirkləndirməklə bərabər, həm də insanların sağlamlığı üçün təhlükə yarada bilən xəstəlik 

mənbələrinə çevrilmişlər. 

48.Covid-19 Pandemiyası və dünya iqtisadiyyatına təsiri  

Ümumilikdə indiyədək baş verən dəyşikliklərə nəzər salmış olsaq ölkələr içərisində hələ ki, Çinin bu 

pandemiyadan nisbətən zərərsiz çıxdığını görə bilərik. Çin iqtisadiyyatında texniki cəhətdən demək 

olar ki, resessiya olmayıb. Yalnız 2020-ci ilin birinci rübündə mənfi iqtisadi artım müşahidə olunub. 

Eyni zamanda digər ölkələr ilə müqayisədə Cənubi Koreya, Tayvan kimi ölkələrin daha yaxşı durumda 

olduğunu söyləmək olar. Belə ki, bu ölkələr virusla mübarizə ilə bir çox təcrübələr etməklə və onları 

izləməklə bir çox şeyləri nəzarətdə saxlamağa nail olmuşlar. Bu baxımdan virusla mübarizə ilə daha 

az resurs sərf edən ABŞ, Braziliya, Hindistan kimi ölkələrdə isə ölüm halları daha çox olub. 1 milyon 

əhali üçün olan  ölüm sayına baxdıqda ABŞ 10 ölkə sırasına düşməsinə rəqmən,bu göstərici İspaniya, 

Belçika kimi ölkələrdən aşağıdır. 

İqtisadi nöqteyi nəzərindən baxsaq Avropa iqtisadiyyatı daha çox təsirə malik qalıb, belə ki, Avropada 

baş vermiş resessiya ABŞ-da, Kanada da və ya Yaponiyada olan vəziyyətdən daha pisdir. Xüsusi ilə 

son ayda havaların soyumas; bütün dünya üzrə bu virusa yoluxma saylarının artdığını göstərir. Bu 

baxımdan qeyd edilən regionlar içərisində Avropa daha pis durumdadır. Xüsusi ilə Fransa, İtaliya, 

İspaniya , Birləşmiş Krallıq yoluxmaların sayına görə öndə gedən ölkələr sırasındadır. 

Pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Belə ki, 2020-ci ilin ilk aylarını müsbət 

iqtisadi artımla başlayan ölkə iqtisadiyyatı sonrakı dönəmlərdə pandemiyanın təsiri nəticəsində 

geriləyib. Bu ilin sonuna iqtisadi artımın mənfi 3,5 və  mənfi 4,5% aralığında olacağı proqnozlaşdırılır. 

Qeyd edək ki, bu göstərici hazırki şərtlər daxilində digər inkişaf etmiş və qonşu ölkələr ilə müqayisədə 

bir o qədər də pis nəticə hesab  olunmur.  

49.Təbii şəraitin təsərrüfata təsirinin regional xüsusiyyətləri  

Təsərrüfatın yerləşməsinə təbii şərait (relyef, iqlim və s.), iqtisadi (xammal və enerji mənbələrinə, 

tələbata, nəqliyyat yollarına yaxınlıq və s.) və sosial (əhali məskunlaşması, əhalinin sıxlığı, əmək 

ehtiyatları və s.) amillər təsir edir.  

Təsərrüfatın yerləşməsinə müxtəlif amillər təsir edir. Onlardan biri təbii şəraitdir. İnsanlar tarixən 

əlverişli iqlimə malik, düzənlik relyefdə, bioloji resurslarla zəngin olan ərazilərdə, çay, göl və dəniz 

sahillərində məskunlaşmağa üstünlük vermişlər. Təbii şəraitin ən mühüm amili relyefdir. Xəritələrdə 

yolların təsviri və yaşayış məntəqələrinin yerləşməsi ərazinin relyefi haqqında məlumat əldə etməyə 

imkan verir. Yüksək dağlıq ərazilərdə əhalinin zəif məskunlaşması müşahidə olunur.  

Təbii ehtiyatlar sənayenin yerləşməsinə təsir göstərən amillərdəndir. Metallurgiya, neft hasilatı, neft-

kimya, mineral sudoldurma və s. müəssisələr, əsasən, təbii ehtiyatlara yaxın ərazilərdə yerləşdirilir. 




Maşınqayırma sənayesi isə əmək ehtiyatlarının, xüsusən ixtisaslı kadrların olduğu iri şəhərlərdə 

yerləşdirilir. Bu şəhərlərin böyüməsi aqlomerasiya və meqalopolislər yaradır.  

Ərazinin iqlim xüsusiyyətləri, ilk növbədə, kənd təsərrüfatına təsir göstərir. Kənd təsərrüfatının 

müxtəlifliyi tematik xəritələrdə areal üsulu ilə verilir. Pambıq, taxıl, üzüm, tərəvəz əkin sahələri, sitrus 

meyvə bağları və s. müxtəlif rənglərlə təsvir olunur. Kənd təsərrüfatı və sənaye xəritələrinin 

müqayisəsi digər bir qanunauyğunluğu üzə çıxarır. İlkin emal müəssisələri (pambıqtəmizləmə, 

meyvə-konserv sənayesi, şəkər istehsalı və s.) xammal mənbələrinə yaxın ərazilərdə yerləşdirilir. 

Aqrar-sənaye komplekslərinin (ASK) olduğu mərkəzlər kənd təsərrüfatı rayonlarında yerləşir.  

Təsərrüfatın digər sahələrinin yerləşməsindəki qanunauyğunluqları müxtəlif tematik xəritələrə 

əsasən müəyyən etmək mümkündür; məsələn, sənaye xəritələrində ağac emalı və sellüloz-kağız 

istehsalı mərkəzləri də, adətən, meşə massivlərinin mövcudluğu barədə məlumat verir.  

Su hövzələrinin (çay, göl, dəniz və s.) sahillərində olan məntəqələr, adətən, liman rolunu oynayır. 

Balıq-konserv müəssisələri çox zaman sahildəki məntəqələrdə yerləşir. Elektrik enerjisinin istehsal 

olunduğu SES-lər dağ çayları üzərində olduğuna görə onlara yaxın enerji mərkəzləri formalaşır. Ucuz 

enerji mərkəzlərinə yaxın ərazilərdə isə enerji tutumlu istehsal sahələri (məsələn: alüminium 

istehsalı) yerləşdirilir.  

50.Təbii sərvətlərin təsnifləşdirilməsi və istifadə istiqamətləri  

Təbii  sərvətlər  bəşəriyyətin  yaşaması  üçün zəruri olan  təbiət  elementləridir. İnsanların  yaşaması  

üçün  lazım  olan resuslardır.   Təbii sərvətlər  tükənən və tükənməyən  olur. Tükənməyən sərvətlər: 

günəş, külək, iqlim və  s. .Tükənən sərvətlər:  bütün  faydalı  qazıntılar. Azərbaycan  öz təbii  

sərvətləri  ilə  bütün  dünyada  tanınır.  Təbii  sərvətlər  2  cür olur: 1.  Yeraltı  sərvətlər 2.  Yerüstü  

sərvətlər Yeraltı   sərvətlər:  neft, qaz,  daş  kömür,      torf,  dəmir  filizi,mineral  sular və s Yerüstü  

sərvətlər: meşələr,  bağlar,  taxıl  zəmiləri, dağlar,çaylar, dənizlər,  göllər,  ağaclar və  s. Resursların 

böyük miqdarda və ya tam istifadə edilməməsi düzgün hesab olunur. Bu, onların sürətlə 

tükənməsinə gətirib çıxarır. Təbii ehtiyatlardan səmərəsiz istifadə təbiətə elə bir təsirdir ki, orada 

təkrar istifadə olunmayan çoxlu tullantılar var. Nəticədə ətraf mühit güclü şəkildə çirklənir. Kifayət 

qədər çox istinad etmək olar irrasional ətraf mühitin idarə edilməsi nümunələri... Bir qayda olaraq, 

resurslardan sui-istifadə ekstensiv iqtisadiyyat üçün xarakterikdir. Təbii ehtiyatlardan qeyri-sabit 

istifadə nümunələridir: Slaş və yandırmaq kənd təsərrüfatı, həddindən artıq otlaq istifadəsi. Bu 

idarəetmə üsulu əsasən inkişaf etməmiş Afrika ölkələrində istifadə olunur. Ekvator meşələrinin 

qırılması. Tullantıların göllərə və çaylara nəzarətsiz atılması. Bu cür təbii ehtiyatlardan səmərəsiz 

istifadədir Qərbi Avropa dövlətləri və Rusiya üçün böyük problemdir. hava və su obyektləri. 

Heyvanların və bitkilərin nəzarətsiz məhv edilməsi. 

51.Dünyanın su ehtiyatları və istifadə problemləri 

Müasir dövrdə əsas istifadə edilən su mənbələri çaylardır. Çay axınının həcminə görə Braziliya, 

Rusiya, Kanada və ABŞ dünyada aparıcı yerləri tuturlar. Çay axınının həcminə görə dünyada 1-ci yeri 

Braziliya, 2-ciyeri isə Rusiya tutur. Eyni zamanda, dünya əhalisinin 1/3-i şirin su ehtiyatları məhdud 

olan ölkələrdə yaşayır. Planetimizdə çay axını da qeyri-bərabər paylanmışdır. Avropada, ABŞ-da, 

Çinin şimal-şərq hissəsində və Cənubi Amerikada hələ ki, su qıtlığı müşahidə olunmur. Bunun əksinə 

olaraq Yaponiya, Cənubi Koreya, Tailand, Yaxın Şərq və Afrikada su təchizatı sahəsində gərginlik 

müşahidə olunur. Ümumiyyətlə, dünya əhalisinin təxminən 17%-i, yəni 1,1 mln. nəfər su qıtlığından 

əziyyət çəkir. İnsanların şirin suya tələbatı ildən-ilə artmaqdadır. XIX əsrin II yarısında planetimizdə 

cəmi 400 mln. Kub km şirin su istehlak olunduğu halda, hazırda şirin suya tələbat 8 dəfədən çox 

artmış, təxminən 3,5 mlrd.kub km olmuşdur. Dünya təsərrüfatının suya olan tələbatının bütövlükdə 




təmin edilməsinə baxmayaraq, son illər sudan istifadə xeyli artmışdır. Planetimizdə şəhər əhalisinin 

artımı kənd yerlərində əməyin məhsuldarlığının qalxmasına təsir etməklə yanaşı, daha böyük 

həcmdə suyun istifadəsinə gətirib çıxarmışdır.  

52.Ərzaq təhlükəsizliyi və aclıq problemləri   

Ərzağın istehsalı və istehlakı prosesinə cəlb olunmuş istənilən proses ərzaq sisteminin bir hissəsi 

hesab olunur. Bura bitkinin əkilməsi, yığılması, emalı, qablaşdırılması, nəqli, marketinqi, alınması, 

saxlanması və istehlakı daxildir. Məşğuliyyət, maliyyə, elektrik enerjisi və qidalanma da bu sistemin 

hissələridir. Dünya əhalisinin sayının 2050 - ci ildə 9,0 milyarda çatması gözlənilir. Hər kəs üçün 

kifayət qədər qidanın olmasına əmin olmaq üçün ərzaq sistemlərinin vəziyyəti barədə düşünülməsinə 

ehtiyac vardır. Belə ki, ərzaq sistemlərinin ətraf mühitə təsirinin azaldılması zərurəti yaranmışdır, 

çünki bu gün ərzaq məhsullarının istehsalı nəticəsində atmosferə çoxlu miqdarda istixana qazları 

buraxılır, su ehtiyatları sahəsində gərginlik yaradılır. Ərzaq alışı seçimlərinin dünyanın başqa 

bölgələrində yoxsul fermerlərə necə təsir etdiyi daha dərindən dərk edilməlidir. Zəncirboyu - ərzağın 

nəqli, saxlanması, super - marketlərdə və evdə ərzaq itkisinin qarşısının alınması yolları 

öyrənilməlidir. BMT hesablamalarına görə bu gün dünyada milyonlarla insan aclıqdan əziyyət çəkir. 

Kifayət qədər qidalanmama cəmiyyətə çox baha başa gəlir və müxtəlif formalarda təzahür edir. 

Dünyada beş yaşından aşağı hər dörd uşaqdan biri aclıqdan əziyyət çəkir. Bu o deməkdir ki, kifayət 

qədər qidalanmayan 165 milyon uşaq həyat boyu tam fiziki və əqli inkişafdan geri qalacaqdır. 

Təxminən 2 milyard əhali sağlam həyat üçün zəruri olan vitamin və mineral maddələrin çatışmazlığı 

ilə üzləşmişdir. 

53.Dünya okeanının istifadə problemləri  

Yerin suları əsasən Dünya okeanında cəmlənmişdir. Şimal və Cənub qütb sahələrində üzən buzlarda 

24mln km3 su kütləsi cəmlənmişdir. Şirin su kütləsinin qalan hissəsi isə yeraltı suların, göllərin, 

çayların payına düşür. Dünya okeanının səviyyəsi 60 metr qalxa bilər. Dünya təsərrüfatında ildə 

təxminən 4-4.5 min km3, yəni bərpa olunan su ehtiyatlarının təqribən 10%-i sərf edilir. Təsərrüfat 

baxımından insan üçün daha əhəmiyyətli olan çayların su ehtiyatları 104.6 min km3 təşkil edir ki, 

buda dünyada olan ümumi su kütləsinin 0.003%-i həcmindədir. Şirin su ehtiyatları insan üçün həddən 

çox vacib və onun yaşamasını şərtləndirməklə təsərrüfatın bir çox sahəsində istifadə edilir. 

Hidroenergetika suvarma, balıq təsərrüfatı, su nəqliyyatı, emaledici sənaye kimi bir çox sahələrdə və 

digərlərində su ehtiyatlarının bolluğu və keyfiyyəti bilavasitə onların inkişafında həlledici rol oynayır. 

Dünyada ən çox həcmdə şirin rus ehtiyatı Rusiyanın payına düşür. Dünyanın şirin su ehtiyatlarının 

23%-i Baykal gölündə cəmlənmişdir. Lakin bu ehtiyatlar səmərəli istifadə edilmir. Beləki, Rusiya 

əhalisinin yalnız 12%-i təmiz su ilə təmin olunmuşdur. Müasir dövrdə əsas istifadə edilən su 

mənbələri çaylardır. Avropada, ABŞ-da, Çinin şimal-şərqində və Cənubi Amerikada hələki su qıtlığı 

müşahidə olunmur. Ümumiyyətlə dünya əhalisinin təxminən 17%-i, yəni 1.1 mln. nəfər su qıtlığından 

əziyyət çəkir. Dünya təsərrüfatının suya olan tələbatının bütövlükdə təmin edilməsinə baxmayaraq, 

son illər sudan istifadə xeyli artmışdır. Mütəxəssislərin fikrincə 2025 - ci ildə planetimizdə şirin suya 

təlabat 8mlrd. m3-ə çatacaqdır. Planetimizdə şəhər əhalisinin artımı kənd yerlərində əməyin 

məhsuldarlığının qalxmasına təsir etməklə yanaşı, daha böyük həcmdə suyun istifadəsinə gətirib 

çıxarmışdır. 

54.Dünyanın qlobal problemləri  

XX əsrin son onilliklərində cəmiyyət qarşısında çoxsaylı ciddi və mürəkkəb problemlər yaranmışdır. 

Onlara qlobal problemlər deyilir. Qlobal problemlər bütün dünya ölkələrini , onun bütün regionlarda 

yaşıyan əhalini əhatə edən , onun hazırkı vəziyyəti və gələcəyinə təhlükəyaradan, həlli üçün bütün 




imkanların birləşdirilməsi , dövlətlərin və xalqların birgə fəaliyyət göstərməsi tələb olan 

problemlərdir.Bəzən bu problemlərin miqdarı 20-dən yuxarı qaldırılır. Lakin əsas və özünü daha 

kəskin göstərən qlobal problemlər ona yaxındır və aşağıdaki istiqamətlərdə qruplaşdırılır. 1)siyasi və 

sosial-iqtısadi xarakterli həlli vacib olan problemlər; 2)təbii-iqtisadi problemləri; 3)sosialxarakterli 

problemlər Əksər qlobal problemlərbir-biri ilə əlaqədardı. Ona görə problemlərin eyni vaxtda bütün 

ölkələr və regionlarda həll edilməsi zəruridir. Bura ilk növbədə sülh və tərksilah, nüvə müharibəsi 

təhlükəsinin aradan qaldırılması aiddir. Bura ilk növbədə sülh və tərksilah, nüvə müharibəsi 

təhlükəsinin aradan qaldırılması aiddi.Bu problemlər XX əsrin ikinci yarısında nüvə silahının 

yaradılması və onların ballistik (qitələrarası) raketlərlə daşınmasının mümkün olması nəticəsində 

yaranmışdır. İki dünya müharibəsinin baş verməsinə baxmayaraq XX əsrin ikinci yarısında hegomon 

arasında ziddiyətlər dahada dərinləşmiş, siyasi münasibətlər gərginləşmişdir. Bu dövurdə SSRİ və ABŞ 

arasında “soyuq müharibə” şəraiti nüvə silahlarından istifadı etməklə “ ulduz müharibələri” nin 

başverməsi təhlükəsini dahada artırırdı. SSRİ –nin dağılmasına “soyuq müharibə” nin başa catmasına 

baxmayaraq dünyanın ayrı-ayrı regyonlarında müharibələr başverir, milli-etnik və ərazi münaqişəsi 

ocaqları hələdə qalmaqdadır. XX əsrin 90-ci illərində “soyuq müharibə” başa catdiqdan, SSRİ 

(sonradan Rusiya) və ABŞ arasında iki tərəflə əlaqələr, sonra əməkdaşlıq və dosluq münasibətləri 

yarandıqdan sonra dünyanı əhətə edən istilik – nüvə münaqişəsi tarixdə qalmışdı. Bununla yanaşı, 

hələlik dünyada beynəlxalq təhlükəsizliyin tam bərpa edildiyini demək olmaz. Dünyada silahli 

qüvvələrin ümumi sayı 20 milyon nəfərdən çoxdur.Silah alveri böyük həcimdə davam edir,nüvə silahı 

olan ölkələrin sayı getdikcə artır.Dünyada hərbi xərclərin illik məbləgi 1,2 trln. dollardan artıqdır 

(2006), ayrı-ayrı regionlarda hələdə insanların ölümünə, doğma yurd-yuvalarından qovulmasına, 

didərgin düşməsinə səbəb olan qaynar nöqtələr-silahlı münaqişə ocaqları vardır. Hazırda milli-etnik, 

dini, hərbi-siyasi münaqişələr nəticəsində dünyada 75 milyon nəfərdən çox insan öz doğma 

torpağından qaçqın düşmüşdür. İkinci, beynəlxalq terrorizim son vaxtlar dünyada mövcud olan və 

ciddi narahatlıq doğuran problemlərdən biridir. Tarix göstərir ki, beynəlxalq terrorizmin yayılmasına 

səbəblərdən biridə ölkələr arasında inkişafın qeyri-bərabər getməsi, əhalinin həyat səviyyəsində olan 

kəskin fərqlər, dini ekstremizm, terror təşkilatları ilə ölkələr arasında olan münaqişələrdir. Bu qrupa 

daxil olan üçüncü problem inkişaf etməkdə olan ölkələrin geriliyinin aradan qaldırılması və ya qismən 

inkişafa nail olmaqdır. Hazırda da bu ölkələrdə olan əhalinin xeyli hissəsi yoxsulluq həddindən aşağı 

səviyyədə yaşayırlar. Kəmiyyət etibarı ilə Cənubi Asiyada, Afrikada Böyük Səhradan cənubda, Şərqi 

Asiyada və Sakit okean regionunda kasıbların sayı daha çoxdur. Nisbi göstəriçilərə görə Tropik Afrika 

kasıbların sayına görə birinci yer tutur. Burundi, Zambiya, Syerra-Leone, Nigeriya, Uqanda, Çad, Niger 

və.s ölkələrdə ümumi əhalinin 60-70%-i kasıbdır. 

55.Mineral ehtiyatların istifadə problemləri  

Təbiətdə enerji ehtiyatları kifayət qədər çoxdur. Yeraltı mineral xammal ehtiyatlarından neft, qaz, 

daş kömür və yanan şistlər yanacaq kimi istifadə olunur. Dünyada kömürün geoloji ehtiyatlarının 

həcmi 15 trilyon ton təşkil edirki, onunda 55%-i daş kömürün, qalan faizi, qonur kömürün payına 

düşür. Kömür eytiyatlarının 52%-i Asiyanın payına düşür. Kömür eytiyatlarının böyük hissəsi ABŞ, 

Hindistan, Çin, Rusiya, Avstraliya, Qazaxıstanda cəmlənmişdir. Neft və qaz yataqlarının kəşf edilməsi 

nəticəsində onların müəyyən olunmuş ehtiyatları ildən ilə artır. Geoloji qiymətlərinə görə,bu 

ehtiyatların ümumi həcmi 500 milyard tondur. Müəyyən olunmuş neft ehtiyatlarının çox hissəsi 

Asiyadadır. (75%). O, cümlədən İran körfəzinin payına düşür. (66%).Afrikada dünyanın kəşf edilmiş 

neft ehtiyatlarının 13%-i, təbii qaz ehtiyatlarının isə 30%-i cəmlənmişdir. Neft dünyanın bərpa 

olunmayan təbii sərvətlərinə aiddir. Neft istehlakının daim artması onun müəyyən olunmuş 

ehtiyatlarının yaxın 70-80il ərzində tükənməsinə gətirib çıxarar. Dünyada təbii qaz ehtiyatları son 12 

il ərzində 51.5 trilyon m3 artaraq 200.7 trilyon m3 həcmində qiymətləndirilir. Onun 40%-i yaxın 

Şərqin və 27%-i Rusiyanın payına düşür. Təbii qazın hasilatında dünyada birinci yeri Rusiya tutur. 



Dəmir filizi qara metalların istehsalatında əsas xammaldır. Dünyada dəmir filizinin geoloji ehtiyatları 

təxminən 600 mlrd ton həcmində qiymətləndirilir ki, onunda 200 mlrd tonu kəşf edilmiş 

ehtiyatlardır. İri dəmir filiz ehtiyatları Braziliya, Avstraliya, Çin, Ukrayna, ABŞ, Rusiya, Hindistan və 

başqa ölkələrdə aşkar edilmişdir. Dəmir filizi çuqun və poladın alınması üçün əsas xammal 

olduğundan hasil edilən filizin tərkibində dəmirin xüsusi çəkisinin müəyyənləşdirilməsi İstehsalın 

təşkilində ən vacib məsələlərdən biridir. Dəmirin xüsusi çəkisi daha az olduqda, təbii ki, belə 

yataqların istismara verilməsi iqtisadi baxımdan səmərəsiz sayılır. Aşkarlanmış dəmir filizi 

ehtiyatlarının həcminə görə dünyada birinci yeri Rusiya tutur(35%-dən çoxu). Sonrakı yerləri 

Ukrayna, Braziliya, Avstraliya, ABŞ tutur. Ən zəngin və məhsuldar filiz yataqları Liberiya, Hindistan, 

Avstraliya və CAR - da yerləşmişdir. 

56.Qloballaşma prosesinin müsbət və mənfi cəhətləri  

Qloballaşma indiyə qədər insana təsir edən ən böyük proseslərdən biridir. İqtisadiyyat, mədəniyyət, 

siyasət də daxil olmaqla, insan fəaliyyətinin bütün sahələrinə təsir göstərir. MƏNFİ cəhətləri; 

Qloballaşmanın güclənməsi dünya miqyasında qlobal cinayətlərin, qlobal mənəvi aşınmaların 

getməsi üçün də şərait yaradır. Narkomaniya, beynəlxalq miqyasda mütəşəkkil cinayətkarlığın həyata 

keçirilməsi, böyük mafiyaların, beynəlxalq terrorun hərəkətə gəlməsi buna misal ola bilər. Bütün 

bunların hamısı qloballaşma məsələsinin birmənalı hadisə olmadığını göstərir. Mədəniyyətin 

qloballaşması dünya mədəni dəyərlərinin sintezini və yeni formada təşəkkülünü ehtiva edir. Müasir 

dünyamızda xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi, onların ünsiyyəti və qarşılıqlı 

şəkildə bir-birini dərk etməsi həmin xalqların yaxınlaşmasını şərtləndirir. Lakin belə yaxınlaşma heç 

də təsirsiz ötmür. Bu, azsaylı xalqların özünəməxsusluğunun böyük xalqların mədəniyyətinin təsiri 

altında unudulmasına, mədəni eyniliyin yer almasına şərait yaradır. Dünya əlaqələrinin qloballaşması 

bizim iradəmizdən asılı olmayaraq inkişaf edən bir prosesdir. Buna qarşı etiraz etmək demək olar ki, 

mümkünsüzdür. Lakin vahid iqtisadi mədəniyyətin formalaşması prosesi öz-özlüyündə bir çox 

xalqlarda mədəni özünəməxsusluğun qismən və ya tam itirilməsinə real təhlükələr yaradır. MÜSBƏT 

cəhətləri;qloballaşma prosesinin sərbəst ticarəti xarakterikdir artan iqtisadi rifah və iş imkanlarına 

təsir göstərmişdir coğrafi baxımdan Beləliklə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə yaşayan 

insanlar üçün daha yüksək istehsal, ucuz qiymətlər, daha çox iş və daha yaxşı həyat səviyyəsi var. 

Ölkələr arasındakı ünsiyyət və bağlanan müqavilələrin gəlir bərabərsizliyini azaltdığı da söylənmişdir. 

Daha çox siyasi sahələrdə demokratiya və qanun qarşısında bərabərliyin mövcudluğu artdı Bundan 

əlavə, qadın hüquqları artaraq ümumdünya seçki hüququnu dönüş nöqtəsi olaraq qoydu. Digər 

tərəfdən və sağlamlıq və sosial səviyyədə, ömür uzunluğu çox artdı, tibbi və texnoloji sahələrdə 

ölkələr arasındakı bu əlaqələr sayəsində. Bundan əlavə, inkişaf etməkdə olan ölkələr və inkişaf etmiş 

ölkələrin ömrü arasında getdikcə daha az fərq var.Mədəni səviyyədə məlumat mübadiləsi 

baxımından bir qazanc var. Paylaşılan bilik hər kəsi zənginləşdirir, eyni zamanda fərqli mədəniyyətlər 

arasındakı birgəyaşayışı asanlaşdırır. 

57.Davamlı inkişafın məqsədləri və çağırışları  

Davamlı inkişaf məqsədləri - Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 

17 məqsəd. BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri 

tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan 

Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) 1 yanvar 2016-cı il tarixində rəsmi şəkildə qüvvəyə minib. Hər 

kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni Məqsədlər fonunda, qarşıdakı on beş il ərzində 

ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son 

qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə 

bütün səylərini səfərbər edəcəklər. “Qlobal Məqsədlər” kimi də tanınan DİM-lər Minilliyin İnkişaf 

Məqsədlərinin (MİM-lər) əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün 




formalarının aradan qaldırılmasını hədəfləyir. Yeni DİM-lərin özünəməxsusluğu onların bütün 

ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, 

tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur. DİM-lər təsdiq edir ki, 

yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli 

şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla 

geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin 

mühafizəsini ön plana çəkir.BMT-nin təşəbbüsü ilə meydana çıxan Davamlı inkişaf konsepsiyası ayrı-

ayrı ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sosial-fəlsəfi konsepsiyadır. 

Qloballaşma dövründə zəngin təbii sərvətlərə və intelektual potensiala malik olan Azərbaycan və bu 

kimi ölkələrdə Davamlı inkişafın fəlsəfəsinin araşdırılması mühüm aktuallıq kəsb edir.XX əsrin 90-cı 

illərinin ortalarında uzaqgörən siyasətçi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin 

Davamlı inkişaf yoluna keçməsi üçün bir çox zəruri tədbirlər həyata keçirilmişdir. 

58.İnsanın fəaliyyətinin ətraf mühitə təsiri və transformasiyası  

Ətraf mühit — insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və 

canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin 

ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. İnsanların həmişə asılı olduqlari mühit təbiidir. Süni 

mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır. Müasir elmin 

koməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni 

mühitin obyekləridir. Həyat dövrəsində insan və ətraf mühit daim hərəkətdə olan "insan-ətraf mühit" 

sistemi təşkil edir. Belə bir sistem daxilində olan insan hər zaman minimum is məsələni həll etməli 

olur: • özünün qidaya, suya və havaya olan tələbatını təmin edir; • məskunlaşma mühiti və insanlar 

tərəfindən özünə qarşı neqativ təsirlərdən qorunma sistemi yaradır və istifadə edir. Ətraf mühitə xas 

olan neqativ təsirlər dünya durduqca mövcuddur. Biosferdə təbii neqativ təsirlərin mənbəyi iqlimin 

dəyişməsi, tufanlar, zəlzələlər və s.-dir. Həyat uğrunda mübarizə insanı bu təsirlərdən qorunma 

vasitələrini axtarıb-tapmağa və təkmilləşdirməyə daim vadar edirdi. Əsrlər ötdükcə yaşayış məskəni 

kimi evlərin yaradılması, oddan və digər müdafiə vasitələrdən geniş istifadə olunması, qida 

hazırlanmasında üsul və vasitələrin təkmilləşdirilməsi insanı təbii neqativ təsirlərdən qorumaqla 

yanaşı ətraf mühitə də təsir edirdi.Ətraf mühit insanın həyatına, şəraitinə, səhhətinə təsir edən 

amillərin toplusudur. Son illər yer üzündə əhalinin sürətli artımı, elmi-texniki tərəqqi, kimya, 

biologiya elmləri sahəsində əldə edilən yeniliklər, müasir texnologiyaların yaradılması bəşəriyyətə 

təkcə fayda gətirmir desək, yanılmarıq. XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, 

sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz fəsadlarını 

büruzə verməyə başladı. Bir-birinin ardınca baş verən təbii fəlakətlər - daşqınlar, zəlzələlər, torpaq 

sürüşmələri dünyanın bütün ölkələrində ciddi narahatlıqlar yaradır. Artıq insanlar təbiətə olan 

münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları 

təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib 

çıxaracağını anlayırlar. 

59.Qlobal  İqlim dəyişmələri  və həlli yolları 

Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və 

onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava 

şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər 

yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən 

elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası 

Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta 

temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. 

Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və 




xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların 

həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, 

daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq 

qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün 

bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir. Kioto Protokolu çərçivəsində 

Azərbaycan İEYQ emissiyalarının azalması ilə bağlı kəmiyyət öhdəlikləri götürməməsinə baxmayaraq 

son illərdə ölkədə bir sıra əhəmiyyətli tədbirlər yerinə yetirilmişdir ki, bunlara  az karbonlu, enerji 

səmərəliliyikli, bərpa olunan enerji və tullantıların effektiv idarə edilməsi texnologiyalarının tədbiq 

olunması, həmçinin meşə sahələrinin genişləndirilməsi və meşə sahələrin mühafizəsi üzrə atılan 

addımlar daxildir.Elmi tədqiqatlar göstərir ki, iqlim və temperatur dəyişikliyi insanlara, qlobal 

iqtisadiyyata və dünyanın təbii sistemlərinə mənfi təsir göstərə bilər. 

60.Qloballaşma və sivilizasiyaların toqquşması  

Qloballaşma — (fr. qlobal – ümumi, lat. qlobus – kürə) — Fərqli hüdudlar daxilində fəaliyyət göstərən 

hüquqi və fiziki şəxlər arasında hər cürə kommunikasiya və inteqrasiyanın ümumdünya səviyyəsində 

aparılmasını təklif edən yanaşma. Məlum olduğu kimi, "sivilizasiyaların toqquşması" nəzəriyyəsi ABŞ-

ın Harvard Universitetinin alimi Samuel Hantinqton tərəfindən işlənmiş və ilk dəfə 1993-cü ilin 

yayında onun "The Clash of Civilizations?" (Sivilizasiyaların toqquşması?) adlı məqaləsində 

Amerikanın nüfuzlu jurnalı olan "Foreign Affairs"-də dərc edilmişdir. Sonralar həmin məqalə kitab 

şəklində ("The Clash of Civilizations and the Remaking of World Order" (New York: Simon & Schuster, 

1996) çıxmışdır. Hantinqtonun fikirlərinə görə, müasir dünyanın simasını Qərb, konfutsiançılıq, 

yapon, islam, induizm, slavyan-pravoslav, Latın Amerikası sivilizasiyaları və bir də, ola bilsin ki, Afrika 

sivilizasiyası şərtləndirir. Yaşadığımız XXI əsrdə sivilizasiyaların toqquşması dünya siyasətinin aparıcı 

amili olacaqdır. Bu nəzəriyyə dərhal həm ictimaiyyət, həm də nəzəriyyəçi və praktik siyasətçilərin 

marağına səbəb olmuşdur. Nəzəriyyə müxtəlif cür qiymətləndirilir. Bəziləri Hantinqtonun 

konsepsiyasını reallığa uyğun nəzəriyyə kimi qiymətləndirirsə, digərləri onun yararsız olduğunu 

vurğulayır. S.Hantinqtonun tezislərinə əsasən, bəşəriyyətin gələcəyi bir-birindən tarixi keçmişi, 

mədəni ənənələri, xüsusən də konfessional mənsubluğu ilə fərqlənən "sivilizasiyaların 

toqquşması"ndan ibarət olacaqdır. Amerika aliminin fikirlərinə görə, demokratik Qərblə kommunist 

Şərqin siyasi qarşıdurması ilə səciyyələnən "soyuq müharibə"dən sonrakı dövrdə münaqişələrin və 

qarşıdurmaların əsas mənbəyini ideologiya və siyasi baxışlar deyil, din və mədəniyyətdəki fərqlər 

təşkil edəcəkdir. Özü də "gələcəkdə ən qanlı münaqişələr sivilizasiyaları bir-birindən ayıran sərhədlər 

boyunca baş verəcəkdir". Milli dövlətlər gələcəkdə də beynəlxalq münasibətlərin ən mühüm aktorları 

olaraq qalsalar da, münaqişələr, əsasən, müxtəlif sivilizasiyaları, dinləri təmsil edən dövlətlər, 

millətlər və cəmiyyətlər arasında baş verəcəkdir. Orta müddətli perspektivdə əsas mübarizə Qərb və 

İslam və ya konfutsiançılıq sivilizasiyalarına mənsub olan ölkələr arasında gedəcəkdir. Lakin Qərb və 

İslam sivilizasiyalarının toqquşma ehtimalı daha yüksəkdir. Hantinqtonun fikirlərinə görə, hansısa bir 

"düşmən"in olması "incə-mincə və passiv" Qərb cəmiyyətinin konsolidasiyası üçün çox əhəmiyyətli 

amildir. Özünün son əsərlərindən biri olan "Biz kimik?" (Who Are We?: The Challenges to America's 

National Identity. Simon & Schuster, 2004) əsərində o, qeyd edir ki, "düşmən" obrazı olmasa, Qərb 

cəmiyyətindəki birliyə son qoyula bilər. Birliyi və milli identikliyi itirməmək üçün neoatlantist 

Hantinqton ABŞ və onun müttəfiqlərinə totalitar "islam fundamentalizmi" ilə müharibələri ölkənin 

hüdudlarından kənarda aparmağı məsləhət görür. Bununla belə, Hantinqtonun tənqidçiləri hesab 

edirlər ki, konfessional və etnik fərqlərə baxmayaraq, müasir qloballaşma proseslərinin 

intensivləşdiyi, müxtəlif milli-mədəni dəyərlərin bir-birinə nüfuz etdiyi və qarşılıqlı təsirlər göstərdiyi 

şəraitdə bəşəriyyət ümumplanetar birliyə nail olmalıdır. Düzdür, bu məqsədə çatmaq üçün 

bəşəriyyət uzun və mürəkkəb bir yol keçməlidir. 




 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin