2010-cu ilin ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜ
1000
ŞƏHƏR
1000
HƏYAT
ŞƏHƏRLƏRİN SAĞLAM OLMASI
VACİBDİR
ŞƏHƏRLƏRİN SAĞLAMLAŞDIRILMASI UĞRUNDA MÜBARİZƏ
3 milyarddan çox insan şəhərlərdə yaşayır
2007-ci ildə bəşəriyyətin tarixində ilk dəfə olaraq şəhərlərdə yaşayan dünya əhalisinin
sayı ümumi əhalinin 50%-dən çoxunu təşkil etdi və bu rəqəm artmaqda davam edir. 2030-cu
ilədək hər on nəfərdən altısı şəhər sakini olacaq, 2050-ci ilədək isə bu göstərici artaraq hər on
nəfərdən yeddisini təşkil edəcək. Urbanizasiya problem kimi qalmaqda davam edir. Bu,
yaşadığımız dünyanın ayrılmaz bir hissəsinə çevrilən dönməz tendensiyadır. “Urbanizasiya və
sağlamlıq” mövzusu Ümumdünya Sağlamlıq Günü üçün urbanizasiyanın bütünlükdə dünya
əhalisinin, o cümlədən ayrı-ayrılıqda hər birimizin səhhətinə zərərli təsirinin etirafı rəmzi olaraq
seçilmişdir. Urbanizasiya bir çox səhiyyə problemləri ilə, o cümlədən su, ətraf mühit, zorakılıq
və travmalar, qeyri-infeksion xəstəliklər və onların risk faktorları olan tütünçəkmə, düzgün
qidalanmama, fiziki aktivliyin olmaması, spirtli içkilərin sui-istifasdəsi, eləcə də xəstəliklərin
əmələ gəlməsi ilə bağlı təhlükələrlə əlaqələndirilir. Dünyanın daha çox urbanizasiya etməsi ilə
biz mövcud vəziyyətin səhhətimizə həm müsbət, həm də mənfi təsirini də nəzərə almalıyıq. Əlli
il nə etmək barədə düşünmək əvəzinə biz böyüməkdə olan şəhərlərin sağlamlıq şəhərləri olması
üçün bu gün zəruri tədbirlər görə bilərik.
ƏSAS FAKTLAR VƏ TENDENSİYALAR
Həqiqətən növbəti 30 ildə bütünlüklə əhalinin
sayının artımı şəhərlərin ərazisində baş verəcək
Şəhər əhalisinin sürətli artımı 21-ci əsrdə səhiyyənin
qarşısında duran ən vacib məsələlərdən biri olacaq. Yer kürəsi
əhalisinin yarısından çoxu hal-hazırda şəhərlərdə yaşayır. 2030-
cu ilədək hər on nəfərdən altısı şəhər sakini olacaq, 2050-ci
ilədək isə bu nisbət artaraq hər on nəfərdən yeddisini təşkil
edəcək. Bir çox hallarda, xüsusilə də inkişaf edən ölkələrdə
urbanizasiyanın sürəti bu dövlətlərin hökumətləri tərəfindən
zəruri infrastrukturun yaradılması imkanlarını qabaqlayır.
Plandankənar urbanizasiya hazırkı humanitar böhranı
kəskinləşdirə və bütün şəhər sakinlərinin sağlamlıq
təhlükəsizliyinin təminatı sahəsində öz mənfi nəticələrini göstərə
bilər.
Yoxsul şəhər sakinləri bir sıra xəstəliklərdən və
sağlamlıqla bağlı digər problemlərdən çox əziyyət
çəkirlər
Sağlamlığın vəziyyəti barədə məlumatlar bir qayda olaraq
bütün şəhər sakinləri üçün orta göstəricilər almaq məqsədi ilə
cəmləşdirilir və bununla da varlılar və kasıblar arasındakı fərq
silinir. Bu da yoxsul şəhər sakinlərinin sanitar-gigiyenik yaşayış
şəraitini gizlədir. Bir milyarddan çox insan (şəhər əhalisinin üçdə
biri) şəhər xarabalıqlarında yaşayır. Dünya Bankının
qiymətlədirmələrinə əsasən 2035-ci ilədək şəhərlər əsas yoxsulluq məskəninə çevriləcək. Yoxsul
şəhər sakinlərinin sağlamlıqla bağlı problemləri zorakılıq, xroniki xəstəliklər, vərəm və AİDS
kimi bir sıra infeksion xəstəliklərin yaranma riskini əhatə edir.
Şəhər şəraitində sağlamlıq məsələlərinin xeyrinə
olan əsas amillər səhiyyə sektoru çərçivəsindən
kənara çıxır
Urbanizasiyanı xüsusiyyətlərinə görə tamamilə müsbət, və
yaxud tamamilə mənfi məhfum kimi qiymətləndirmək olmaz.
Səhiyyənin statusuna və digər nəticələrə güclü təsir göstərən əsas
amillər, yəni sosial determinantlar şəhərlərdə cəmləşib. Bunlara
fiziki infrastruktur, səhiyyə və sosial xidmətlərin əlçatanlığı, yerli
idarəetmə, gəlirin bölüşdürmə xüsusiyyətləri və təhsil sahəsində
imkanlar aiddir. Bu əsas sosial determinantlar AİDS və vərəm kimi infeksion xəstəliklərin,
xroniki xəstəliklərin (ürək-damar xəsrəlikləri və şəkərli diabet), psixi pozğunluqların, habelə yol-
nəqliyyat hadisələri və zorakılıq zamanı ölüm hallarının yaranmasına səbəb olur.
Şəhərlərdə sağlamlıqla bağlı problemlərin
yaranmasının ilkin səbəblərinin aradan qaldırılması
üçün tədbirlər və qərarlar mövcuddur
Şəhərsalma qurumları fəal hərəkət tələb edən nəqliyyat
vasitələrinə vəsait ayırmaqla, fiziki aktivliyin təmin edilməsi
məqsədilə meydançalar planlaşdırılmaqla, tütündən istifadəyə
nəzarət edən qanunvericilik tətbiq etməklə və təhlükəsiz qida
məhsulları ilə sağlam həyat tərzinin geniş yayılmasına və
təhlükəsizliyin yüksəlməsinə kömək edə bilər. Şəhərlərdə yaşayış
rayonlarının şəraitində, su və kanalizasiya sistemlərində şəraitin yaxşılaşdırılması insan
səhhətinə təsir edən risk faktorlarının azaldılması işində öz töhfəsini verəcəkdir. Bütün şəhər
sakinləri yaşından asılı olmayaraq “hər kəs üçün bərabər imkanlar” yaradan əlçatan və faydalı
olan şəhərsalmadan qazanacaq. Bu tədbirlər böyük vəsait yox, daha çox bərabər imkanları üstün
tutmaqla resursların təkrar bölüşdürülməsi öhdəliklərinin qəbul edilməsini tələb edir ki, bu da
effektivliyin artırılmasına xidmət edəcəkdir.
Cəmiyyətin müxtəlif təbəqələrinin şəhərlərin
sağlamlaşdırılması ideyası ətrafında birləşməsi
Bütün vətəndaşların sağlam yaşamaq hüququ var. Fiziki
şəxslər, vətəndaş cəmiyyəti və hökumətlərin bu hüququn
qorunmasında rolu və məsuliyyəti var. İndiki və gələcək nəsil
şəhər əhalisinin sağlamlıq hüququnun qorunması məqsədilə bələdiyyələrin, vətəndaş
cəmiyyətinin və ayrı-ayrı şəxslərin birləşməsini təşviq etmək lazımdır. Siyasətin işlənib
hazırlanmasında fəal iştirakı etməsi üçün cəmiyyətin müxtəlif təbəqələrini birləşdirməklə
sağlamlığın qorunması sahəsində daha davamlı nəticələr əldə etmək mümkündür.
Urbanizasiyanın artımı bütün dünyada davam edir
Urbanizasiyanın sürəti son onilliklərdə əhalisinin sayı bir
milyondan səkkiz milyonadək artan şəhərin nümunəsində aydın
görünür. London bu həddə 130 ilə çatıb, analoji əhali artımı
Bankonqda 45, Seulda isə 25 ilə baş verib.
Təkcə 1995-ci ildən 2005-ci ilədək inkişaf edən ölkələrdə
şəhər əhalisinin sayı həftə ərzində orta hesabla 1,2 milyon nəfər və yaxud gündə təxminən
165 000 nəfər artıb.
Daha çox artım əhalisinin sayı bir milyondan on milyonadək olan şəhərlərdə müşahidə
edilib ki, bu da təkcə meqapolislərin problemi deyil.
Urbanizasiyanın sürəti şəhərdə yaşayış şəraitinin sağlamlıq üçün əlverişli, faydalı və
təhlükəsiz olması üçün hökumətlərin, xüsusilə də gəlir səviyyəsi aşağı olan ölkələrdə lazımi
infrastruktur yaratmaq imkanlarını qabaqladı.
Bütün şəhərlərdə sağlamlığın qorunması sahəsində
qeyri-bərabərliyin artması
Bütün şəhərlərdə sağlamlığın qorunması sahəsində qeyri-
bərabərliliyin mövcudluğu və onun həddi xüsusi maraq doğurur.
Gəlir səviyyəsi yüksək olan, eləcə də gəlir səviyyəsi orta
və aşağı olan ölkələrin şəhərlərində yaşayan şəhər sakinlərinin
orta ömür davamlılığını təyin edən göstəricilərdə də xeyli fərqlər mövcuddur.
47 ölkədə uşaqların sağlamlığının qorunmasına dair keçirilən tədbirlərin nəticələrindən
alınan faktiki məlumatlar şəhərlər və kənd yerləri arasında sosial-iqtisadi cəhətdən qeyri-
bərabərliliyin daha yüksək olduğunu göstərir.
Şəhərdə yaşayış şəraiti sağlamlıq determinantıdır
Sağlamlığın qorunmasına dair tədbirlərin nəticələri
ekoloji, sosial, fiziki infrastrukturun şərtləri və bir sıra amillərlə
müəyyən olunur ki, bunlara da müsbət təsir göstərmək
mümkündür.
Bu determinantlara aiddir: sudan istifadə və kanalizasiya,
havanın keyfiyyəti, həyat və əmək şəraiti, xidmətlərdən və resurslardan istifadə.
Plandan kənar urbanizasiya, xüsusilə də inkişaf edən ölkələrdə şəhər xarabalıqlarının və
barak tipli qəsəbələrin daim artması ilə müşayiət olunur.
Hər üçüncü şəhər sakini şəhər xarabalıqlarında yaşayır. Bu rəqəm bütün dünyada 1
milyard təşkil edir.
Yer kürəsinin şəhərlərində yaşayan sakinlərin sayı artdıqca, sağlamlığın qorunması
tədbirlərinin nəticələrini müəyyən edən şərtlər və amillər də həllini tələb edən ən mühüm
problemlərə çevrilir.
Şəhərdə yaşamaq şəraitini müəyyənləşdirən faktorların və şərtlərin çoxluğu
urbanizasiyanı daha güclü qüvvəyə çevirir ki, bunun özü də 21-ci əsrdə ictimai sağlamlığın əsas
determinantına çevrilir.
Bu gün bu mühüm problemlərin həllinin mümkün olmaması səhiyyənin xərclərini daha
da artıra və şəhərlərdəki yoxsul əhalinin sağlamlığının qorunması ilə bağlı potensial problemlər
yarada bilər.
Şəhərlərdə ətraf mühitin gigiyenası
İnkişaf edən regionlarda şəhər sakinlərinin təxminən 32%-
nin yaxşılaşdırılmış sanitariya vasitələri yoxdur.
Qiymətləndirməyə görə dünyada baş verən bütün ölüm hallarının
3%-i, o cümlədən diareya xəstəliyindən baş verən bir çox ölüm
halları yaxşılaşdırılmış içməli su mənbələrinin, sanitariya və lazımi gigiyena vasitələrinin
olmamasından baş verir.
Şəhər ərazilərində su kəmərindən gələn içməli su ehtiyatlarının etibarlı olmaması suyun
ev şəraitində saxlanılmasına gətirib çıxarır ki, bu da çirklənmə (diareya xəstəlikləri) və xəstəlik
daşıyıcılarının çoxalması (denge və malyariya) riskini yaradır, lakin suyun təmizlənməsi və ev
şəraitində təhlükəsiz saxlanılması belə riskləri azalda bilər.
İnkişaf edən ölkələrin 25%-dək şəhər əhalisi və daha az inkişaf etmiş ölkələrin 70%-dək
əhalisi mənzillərin qızdırılması və yemək hazırlanması üçün yanacağın bərk növlərindən istifadə
edir ki, bu da otaq daxilində havanı çirkləndirməklə, xüsusilə də uşaqlarda respirator
xəstəliklərin yaranma riskini artırır və atmosferin çirklənməsini daha da kəskinləşdirir. Bütün
dünyada 2 milyonadək illik ölüm halı otaqlarda havanın çirklənməsi ilə bağlıdır. Daha yaxşı
qızdırıcılara və alternativ yanacaq növlərinə (günəş enejisi və s.) keçid səhiyyənin bu ciddi
problemin həllinə və bəzi hallarda istixana qazlarının tullanılmasının azalmasına kömək edə
bilər.
Qeyri-qənaətbəxş şəhər mənzil strukturları, suyun ev şəraitində saxlanılması və
tullantılardan təkrar istifadə praktikası denge və malyariya kimi transmissiv xəstəliklərin
yayılmasına kömək edən amillərdəndir. Mənzil tikintisinin daha yaxşı planlaşdırılması bu
problemlərin həllinə və enerji qənaətinə kömək edə bilər. Toksik maddələrdən və təhlükəli
biopreparatlardan ibarət tibbi-sanitariya tullantılarının təkrar istifadəsi, eləcə də digər istehsalat
və kommersiya tullantılarının təkrar istifadəsi, tullantıların utilizasiyası ilə məşğul olan lazımi
müəssisələri olmayan şəhər rayonlarında sağlamlıq üçün risk yarada bilər.
İnkişaf etmiş ölkələrin şəhərləri iqlimin dəyişməsi nəticəsində sağlamlıq üçün yaranan
təhlükələr qarşısında daha acizdirlər. Böyük şəhərlərin çoxunun sahilyanı sahədə yerləşməsi faktı
onların əhalisini ekstremal hava şəraiti və dəniz səviyyəsinin qalxması halları qarşısında xüsusi
ilə aciz qoyur. Güclü isti dövrləri də “isti günbəz” effekti əmələ gətirərək şəhərlər üçün risk
yaradır, belə ki, sıx şəhər tikililərinin və çox sayda enerji mənbələrinin olması üzündən ətraf
kənd yerləri ilə müqayisədə şəhərdə hərarət 5-11° daha yüksək olur.
Şəhər nəqliyyatı və sağlamlıq
İnkişaf edən ölkələrin bir çox şəhərlərində motorlu
nəqliyyat vasitələrinin son onilliklərdə kəskin artımı şəhər
əhalisinin, xüsusilə də zəif qrupların sağlamlığı üçün bir sıra
problemlər yaradır. Dünyanın Avropa kimi inkişaf etmiş
regionlarında nəqliyyat modelləri siqaretçəkmə və qidalanma
kimi vacib sağlamlıq determinantları ilə birgə qəbul edilir.
Bütün dünyada yol-nəqliyyat qəzaları nəticəsində alınan
xəsarətlər ölüm səbəbləri arasında əhəmiyyətinə görə 9-cu yerdə
durur, yol-nəqliyyat qəzaları nəticəsində yaranan ölüm hallarının
çoxusu isə orta və aşağı gəlirli ölkələrdə baş verir. Yol-nəqliyyat
qəzaları nəticəsində ölənlərin yarısından çoxu piyadalar,
velosiped sürənlər və ikitəkərli motorlu vasitələrdən istifadə
edənlərdir.
Qiymətləndirmələrə görə bütün dünya şəhərlərində
havanın çirklənməsi nəticəsində hər il 1,2 milyona yaxın insan dünyasını dəyişir ki, bu da əsasən
ürək-damar və respirator xəstəliklərin nəticəsində baş verir. Şəhərlərdə havanın çirklənməsinin
əhəmiyyətli faiz dərəcəsi motorlu nəqliyyat vasitələrinin payına düşür, halbuki sənaye
müəssisələri, elektrik enerjisi istehsalı, daha az inkişaf etmiş ölkələrdə isə evlərdə yanacağın
yandırılması bu cür çirklənməyə güclü təsir edir. Dünya miqyasında nəqliyyat vasitələrindən
işlənmiş qazın çıxması da iqlimin dəyişməsində öz mənfi təsirini göstərir.
Bir çox inkişaf edən şəhərlərdə nəqliyyat vasitələrinin həddən çox olması köhnə və
havanı çirkləndirən nəqliyyat vasitələrinin (məsələn, köhnə dizel modellərinin) geniş yayılması,
infrastrukturun zəif olması, piyada/velosipedçi və yol-nəqliyyat vasitələrinin qarışıq axını yol
qəzaları zamanı xəsarət almaqla və havanın çirklənməsi ilə bağlı riskləri artırır.
Yaxşı planlaşdırılmamış şəhər nəqliyyatı piyadaların, velosipedçilərin və digər fiziki
aktivliyi təmin edən formalarda hərəkətə maneələr yaratmaqla oturaq həyat tərzinə şərait yaradır.
Bu həmçinin piylənmənin və onunla bağlı xəstəliklərin inkişafı riskinə də yol açır. Nəqliyyat
vasitələrinin səs-küyü stresslə bağlı xəstəliklərin inkişaf riskini artırır.
Havanın çirklənməsi və təhlükəli küçələr bütün şəhər əhalisinin sağlamlığına təsir
göstərir. Ən yüksək riskə məruz qalan əhali qrupları adətən uşaqlardan, yaşlı insanlardan və
əlillərdən, eləcə də yoxsul insanlardan ibarətdir ki, onlar gündəlik həyatlarında çox vaxt piyada
gəzirlər, velosipeddən və ictimai nəqliyyat vasitələrindən istifadə edirlər..
Kənd ərazilərinin hesabına şəhərlərin genişlənməsi bir çox hallarda piyadaların və
velosipedçilərin nəqliyyat vasitələrinin hərəkətindən uzaq yaşayış və iş yerlərindən yerləşməsi
deməkdir. Bu da öz növbəsində motorlu nəqliyyatdan asılı olan güclü qapalı dairə yaradır və
riskləri çoxaldır. Şəhərlərin bu cür artması qeyri-səmərəli və çətin tənzimlənən elektrik, su və
kanalizasiya infrastrukrunun genişlənməsinə kömək edir.
Qeyri-infeksion xəstəliklərin artan yükü
Bu gün xroniki xəstəliklərin 80%-ə qədər qlobal yükü orta
və aşağı gəlirli ölkələrdə cəmləşib ki, bu da uzunmüddətli tibbi
xidmətlərdən faydalanma, onların qiyməti və keyfiyyətinə öz
təsirini göstərir.
Piylənmə/artıq çəki və digər bununla bağlı hallar da
səhiyyəyə sərf edilən xərclər və məhsuldarlığın itirilməsi baxımından ölkə üçün mühüm iqtisadi
yükdür.
Düzgün qidalanmamaq və fiziki aktivliyin olmaması bir sıra qeyri-infeksion xəstəliklərin,
eləcə də piylənmə, hipertoniya, ürək-damar xəstəliklərinin, osteoporozun, ikinci tip diabetin və
xərçəngin bəzi növlərinin inkişaf riskini artırır.
Şəhər şəraitində qidalanma və fiziki aktivlik
Şəhər mühiti fiziki aktivliyə və sağlam qidalanmaya şərait
yaratmır.
Bir sıra şəhər amilləri olan əhalinin çoxluğu, nəqliyyatın
intensiv hərəkəti, avtomobil nəqliyyatı vasitələrindən intensiv
istifadə, havanın keyfiyyətinin yaxşı olmaması və ümumi istifadə
üçün əyləncə, istirahət yerləri və idman binaları da daxil olmaqla
təhlükəsiz yerlərin olmaması fiziki aktivliklə məşğul olmanı
mürəkkəbləşdirir.
Şəhərlərdə əksər hallarda, yüksək kalorili və tərkibində yağ, şəkər və duz bol olan qida
məhsullarından istifadə yüksəkdir, həmçinin şəhərin gərgin həyat tərzinin tələblərinə cavab verən
tez hazırlanan qidalara yüksək tələbat mövcuddur.
Səhiyyə problemlərinə dair ÜST-nin 2003-cü ildə keçirdiyi sonuncu Dünya tədqiqatında
dünya ölkələrinin azı yarısı şəhərlərdə meyvə və tərəvəzin yetərincə qəbul edilməməsinin 70%
-dən çox təşkil etdiyini qeyd etmişlər.
Şəhərlər ərazisində tütünçəkmə və passiv
tütünçəkmə
Şəhərlərdə, xüsusilə də inkişaf edən ölkələrdə məqsədli
marketinqin və tütün məmulatlarının daha da əlçatan olması
səbəbindən tütünün istehlakı səviyyəsi yüksək ola bilər.
Hətta yayılma göstəricisi şəhərlərdə kənd yerlərinə
nisbətən az olsa belə, şəhərlərdə tütünçəkənlərin ümumi sayı daha çox ola bilər.
2003-cü ilin Ümumdünya sağlamlıq tədqiqatının məlumatlarına əsasən, Afrika istisna
olmaqla, ÜSTnin bütün regionlarında şəhərlərdə tütündən istifadənin yayılmasının orta
göstəriciləri 20% artmışdır.
Passiv tütünçəkmənin təhlükəsiz səviyyəsi mövcud deyildir. Restoranlarda, barlarda və
pablarda tütün çəkənlər və çəkməyənlər üçün nəzərdə tutulmuş zonalar passiv tütünçəkmədən
adekvat müdafiəni təmin etmir.
Şəhərlərdə zorakılıq
Zorakılıq hallarının tezliyi və intensivliyi iri şəhərlərdə və
şəhərlər arasında mövcud olan iqtisadi və sosial bərabərsizliklə
sıx əlaqəlidir və əksər hallarda qətl hadisələrinin sayı, gənclər
tərəfindən törədilən zorakılıq halları, cinsi zorakılıq və uşaqlara
qarşı zorakılıq göstəriciləri ilə xeyli fərqlənərək yaşayış yeri,
təhsil, məşğulluq və səhiyyə xidmətləri xərclərinin qeyri-bərabər
bölüşdürülməsi ilə üst-üstə düşür.
Əksər hallarda gruplaşma üzvləri olan gənc insanlar
tərəfindən törədilən zorakılıq göstəriciləri şəhərlərdə daha
yüksəkdir. Şəhərlərdə qeydə alınmış zorakılıq hallarının
əksəriyyəti qrup şəklində baş verən cinayətlərin payına düşür.
Kənd ərazilərindən şəhərlərə miqrasiya, mövcud sosial durumun pozulması, demoqrafik
dəyişikliklər və gəlirlərin bərabərsizliyi faktorları şəhərlərdə gənclər tərəfindən törədilən
zorakılığın artmasına səbəb olur.
Psixi sağlamlıq
Şəhərlərin sürətli urbanizasiyası əhali sıxlığı, işsizlik,
yoxsulluq, mədəni dislokasiya və izolyasiya, həmçinin yaşayış
şəraitinin pisləşməsi kimi psixi sağlamlığa təhlükə törədən
vəziyyətin yaranmasına gətirib çıxarır.
Urbanizasiya psixi pozuntuların artmasına və müalicədə
mövcud olan boşluqların genişlənməsinə gətirib çıxara bilər. Psixi
sağlamlıq pozuntularının müalicəsi ilə baglı boşluqlar daha çox
inkişaf etməkdə olan ölkələrin şəhər mərkəzlərində özünü biruzə
verir.
İnkişaf etmiş və eləcə də inkişaf edən ölkələrdə keçirilmiş tədqiqatlar göstərir ki, şəhər
(xüsusilə də gəlir səviyyəsi aşağı olan) şəraitində yaşayan uşaqlar kənd yerlərində yaşayan
uşaqlar ilə müqayisədə psixoloji və davranış problemlərinin yüksək inkişaf riskinə məruz qalır,
həmçinin təhsil və əməklə bağlı daha aşağı perspektiv giymətləri əldə edirlər.
Bəzi tədqiqatların nəticələrinə əsasən səs-küyün və çirklənmənin səviyyəsi, yerli ətraf
mühit (yerli məişət şəraiti, ərazinin reputasiyası və kriminal şəraiti nöqteyi nəzərdən), sosial
həmrəylik və ictimai sərmayə kimi ərazi amilləri psixi sağlamlığa təsir göstərir.
Psixi sağlamlığın mühafizəsi xidmətlərinin əlçatanlığını və görülən işlərin nəticələrini
yaxşılaşdırmaq üçün psixi sağlamlığın mühafizəsi tədbirlərini səhiyyənin əsas, xüsusilə də ilkin
tibbi-sanitariya xidmətlərinə daxil etmək vacibdir. Tibbi və sosial xidmətlər şəhər əhalisinin, o
cümlədən çoxsaylı miqrantların psixi sağlamlığın mühafizəsi sahəsindəki xüsusi tələbatlarını
nəzərə almalıdırlar.
Psixoaktiv maddələrin həddən artıq qəbulu
Urbanizasiya spirtli içkilər və narkotiklərlə əlaqəli
problemləri daha da ağırlaşdıra bilər ki, bu da şəhər şəraitində
spirtli içkilərin və qanunsuz narkotiklərin əlçatanlığı ilə bağlıdır.
Urbanizasiya spirtli içkilərin və narkotiklərin təsiri altında
sağlamlığın pozulması səbəbindən qospitalizasiya göstəricilərinin
iki dəfə artması ilə bağlıdır.
Spirtli içkilərin qəbulundan çəkinmə səviyyəsi spirtli içkilərlə bağlı xəstəlik yükünün
mühüm amillərindən biridir hansı ki, əksər hallarda daha yoxsul icmalarda müdafiə rolunu
oynayır, lakin bir qayda olaraq şəhərlərdə spirtli içkilərin qəbulundan çəkinmə göstəriciləri kənd
ərazilərinə nisbətən daha aşağıdır.
İnkişaf edən ölkələrin bir çox şəhərlərində rifahın yaxşılaşması ilə əlaqədar çox vaxt
spirtli içkilər və narkotiklərin qəbulu səviyyəsinin və bununla bağlı əhalinin, əsasən də yoxsul
təbəqənin sağlamlıq problemlərinin artması müşahidə olunur.
Vərəm
Əhalinin yüksək sıxlığı infeksion, xüsusilə də hava-damcı
yolu ilə ötürülən xəstəliklərin, məsələn, vərəmin əsas risk
amillərindən biridir.
Bütün dünya şəhərlərində, xüsusilə də gəlir səviyyəsi
aşağı olan ölkələrdə əhalinin sürətlə artımı şəhər xarabalıqlarının
artmasına gətirib çıxarır ki, burada insanlar pis şəraitdə yaşayır və yoxsulluq, sanitariya,
gigiyena, yaşayış şəraiti, darısqallıqla əlaqəli bir sıra problemlərlə üzləşirlər.
Şəhərlərin əhali sıxlığı olan əraziləri əksər infeksion xəstəliklərin, xüsusilə də vərəmin
ötürülməsinə şərait yaradır.
Vərəmlə xəstələnmə halları şəhərlərdə daha yüksəkdir. Şəhərlərdə vərəmə qarşı mübarizə
aşağıdakı problemlərlə üzləşir: 1) müxtəlif növ tibbi xidmətləri təklif edənlərin çox sayda
olması; 2) vərəm xidməti istifadəçilərinin (xarabalıq sakinləri, miqrantlar, narkomanlar, evsizlər)
çox sayda olması; 3) əhalinin müxtəlif qruplarında eyni məsələlərin həllinə cavabdeh bələdiyyə,
regional, milli idarə orqanlarının çox sayda olması.
Vərəmin keyfiyyətli müalicəsini təmin etmək üçün təkcə mövcud kliniki xidmətlər deyil,
həmçinin pasientlərin dəstəklənməsini gücləndirən digər sosial xidmətlərlə də sıx əlaqələr
zəruridir.
HİV/ AİDS
HİV epidemiyasının yayılması adətən şəhərlərdə daha
yüksəkdir. Ailələrin sorğusu göstərir ki, şəhər ərazilərində
xəstəliyin yayılması reqionlarla müqayisədə 1,7 dəfə çoxdur.
Konsentrasiyalı epidemiyalar zamanı HİV-ə yoluxma üzrə
yüksək risk qrupları xüsusi davranış formalarına görə hansılar ki,
venadaxili narkotik istifadəçiləri, kişilərlə cinsi əlaqədə olan
kişilər, kommersiya seks işçiləri və onların partnyorları potensial yoluxma imkanlarını artraraq
şəhərlərdə klasterlər yaradırlar.
HİV-ə yoluxmanın yüksək riskinə baxmayaraq adətən şəhər əraziləri səhiyyə
xidmətlərinə daha geniş əlçatanlığı ilə fərqlənir. Əhalinin səhiyyə xidmətləri yaxınlığında
yaşaması HİV-in profilaktikası və müalicəsini təmin edən şəhər səhiyyə xidmətlərinin potensial
imkanlarının təkmilləşdirilməsini göstərir.
Urbanizasiya və ana-uşaq sağlamlığı
Şəhərlərin sürətli inkişafı nəticəsində şəhər qadınları üçün
doğuş zamanı ixtisaslaşdırılmış yardıma və təcili tibbi xidmətə
qeyri-bərəbər əlçatanlıq daha aydın təzahür edir.
Xarabalıqlarda yaşayan qadınların əksər hallarda əsas
səhiyyə xidmətlərinə müraciət etməyə imkanları olmur. Bu
qadınlar və onların yenidoğulmuş körpələri hamiləlik və doğuş
zamanı lazımi köməyi almadıqlarına görə çox acınacaqlı
vəziyyətdə qalırlar.
İnkişaf edən ölkələrdə qeysər əməliyyatı hallarının
əksəriyyəti varlı və ən imkanlı şəhər qadınları üzərində aparılır, bu
halda ki, daha kasıb şəhər qadınlarından heç birinin bu həyatı xilas
edən əməliyyata imkanı yoxdur. Eyni hal doğuşa yardım mütəxəssisinin əlçatanlığı baxımından
da müşahidə olunur. Yoxsul qadınların yalnız az qisminin doğuş zamanı həkimə, ixtisaslı tibb
bacısına və ya mamaya müraciət etmək imkanı var.
İctimai səhiyyə sahəsində fövgaladə hallar və şəhər
şəraitində humanitar böhranlar
Təbii fəlakətlər (daşgınlar, ekstremal istilik ya soyuqlar,
sürüşmələr və zəlzələlər), kimyəvi və radioloji təhlükələr,
yanğınlar, yol-nəgliyyat gəzaları, eləcə də respirator, su ilə
yoluxan və transmissiv xəstəliklərlə bağlı fövgaladə halların yaranma riski əsasən şəhər
ərazilərində olan əhalinin sıxlığı və yaşayış şəraiti nəticəsində artır.
Şəhər şəraitində münaqişələrin baş verdiyinə və təhlükəsizliyinin olmamasına görə,
həmçinin kənd şəraitində yaranan böhranlarla bağlı əhalinin şəhərlərə miqrasiyası nəticəsində
mühüm humanitar problemlər yaranır. Miqrasiya edən əksər insanlar şəhər ərazilərindən kənar
sığınacaq axtarmağa calışırlar ki, bu da xarabalıqların artmasına səbəb olur.
Yararsız su və sanitariya, sıx yaşayış şəraiti və tez alovlanan tikililər icmaların, xüsusən
də şəhər yoxsullarının və digər risk qruplarının fövqaladə hallar qarşısında zəif olmalarını artırır.
Şəhərlər xəstəliklərin milli və beynəlxalq səviyyədə sürətli yayılmasını təmin edən
effektiv mexanizmdir, çünki onlar xəstəliklərin yayılması, eləcə də avtobus dayanacaqlarına və
dəmiryolu vağzallarına, beynəlxalq hava və dəniz limanlarına çıxışı olan yoluxmuş şəxslərin
mobilliyini təmin edən unikal mühitdir.
Fəlakətlər nəticəsində tibb müəssisələrinə zərər dəyir və ya onlar dağılır, yerli idarəetmə
orqanları və icmalar isə buna hazır olmur və fövqaladə hallara cavab tədbirlərini həyata
keçirməyə kifayət qədər resursları olmur və nəticədə tibbi və ekstremal yardıma daha çox
ehtiyacı olanlar yardımlardan kənarda qalırlar.
Əsas tibbi, maddi-texniki və digər resursların cəmləşdiyi şəhər əraziləri fövqaladə
halların təsirinə məruz qaldığı zaman ölkənin digər rayonlarına göstərilən yardım məhdud olur.
PROBLEMLƏRİN HƏLLİ
Şəhərdə sağlam həyat şəraitinin yaradılmasına
yönələn tədbirlər
Urbanizasiya belə templərlə davam edərsə, bəşəriyyət
sosial, səhiyyə və ətraf mühitin mühafizəsi sahələrində indiyədək
görünməmiş problemlərlə üzləşəcək. Urbanizasiya problemlərinə
və bu baxımdan ictimai səhiyyəyə dair yeni yanaşmanın işlənib
hazırlanmasına zərurət vardır. Aşağıda göstərilən beş sahə üzrə əsas tədbirlərin aparılması
vacibdir:
•
Sağlam həyat tərzi və təhlükəsizliyə imkan yaradan şəhər planlaşdırılması
Yerli özünüidarəetmə orqanları və vətəndaş cəmiyyəti tərəfindən fəal hərəkət tələb edən
nəqliyyat vasitələrinə vəsait ayıraraq şəhərlərdə fiziki aktivliyi dəstəkləyən meydançaların
salınmasını planlaşdırmaq; təzə qida məhsullarının mövcud və əlçatan olmasını təmin etməklə
sağlam qidalanmanı dəstəkləmək; düzgün təbiəti qoruyan planlaşdırma, eləcə də nizamlama və
nəzarət tədbirləri, o cümlədən spirtli içkilərin satış məntəqələrinin sayına nəzarət etməklə
zorakılıq və cinayətkarlıq hallarının sayını azaltmaq.
•
Şəhərlərdə yaşayış səviyyəsinin yaxşılaşdırılması.
Əhalinin sağlamlığının yaxşılaşdırılmasını və əsas xidmətlərə asan əlçatanlığını təmin
edən park, qoruq, istirahət və əyləncə yerləri üçün ayrılan kommersiya və qeyri-kommersiya
torpaq sahələrini məqsədli istifadə edən şəhərsalma prinsiplərinin tətbiq edilməsi. Mühüm
problemlərdən biri də bütün vətandaşların adekvat yaşayış şəraiti ilə təmin olunmasıdır. Yaşayış
yerinin keyfiyyəti və kommunal xidmətlərə aid su təchizatı və kanalizasiyanın adekvat
əlçatanlığı sağlamlığın mühüm göstəriciləridir.
•
İctimaiyyətin fəal iştirakı ilə şəhərin idarə edilməsi
İctimaiyyətin fəal iştirakı ilə şəhərin idarə edilməsinin yerli mexanizmlərinin işlənib
hazırlanması, yerli icmalar və yerli özünüidarəetmə orqanlarının əməkdaşlığı ilə daha sağlam və
təhlükəsiz şəhərlərin salınmasına şərait yaradılacaq.
•
Hamı üçün bərabər imkanlar yaradan şəhərlər bütün yaş qruplarından olan
insanlar üçün rahatdır
İmkanları məhdud olan insanlar əhalinin azı 10%-ni təşkil edir ki, bu da bərabər
imkanların olmaması nəticəsində onların təhsil alma, məşğulluq və ictimai həyata əlçatanlığını
məhdudlaşdırır. Ümumiyyətlə dünya əhalisinin sürətli qocalma prosesi gedir, yaşlı insanların
sayı artır ki, bunların da əksəriyyəti çətinliklə yeriyir, pis eşidir və görür. Rahat ictimai nəqliyyat,
səkilərdən enmək üçün xüsusi yerlər, təhlükəsiz sərnişin keçidləri (məsələn, nahamar yer örtüyü,
xüsusi siqnallar ilə tənzimlənən yol kəsişmələri) təhlükəsizliyi artıra və imkanları məhdud olan
və yaşlı insanların şəhər şəraitində yaşamaq səviyyəsini yüksəldə bilər.
•
Fövqəladə hallar və fəlakətlər zamanı şəhər rayonlarının
həyatdayanıqlığının təmin olunması
İcmaların müxtəlif növ təhlükələrdən qorunmaq qabiliyyətinin yaxşılaşdırılması və
fövqəladə hallara qarşı icmalar tərəfindən idarə olunan cavab tədbirlərinin hazırlanması və
planlaşdırılmasına səhiyyə sektorunun cəlb edilməsi risklərin azaldılması və fövqəladə hallara
qarşı daha səmərəli cavab tədbirlərinin təmin edilməsinə səbəb olur. Yaşayış yerlərinin və
infrastrukturun təbii və texnoloji fəlakətlər riski olan ərazilərdən kənarda yerləşdirilməsi, daha
təhlükəsiz və fövqəladə hallara hazır olan tibb müəssisələri daha təhlükəsiz icmaların təmin
edilməsinə zəmin yaradır. Fövqəladə hallar, təbii fəlakətlər və digər böhranlar zamanı əlillik və
ölüm hallarının azaldılması məqsədilə fövqəladə hallar zamanı təhlükəsiz və etibarlı tibbi
xidmətləri, su və qida məhsullarını, humanitar yaşayış ərazilərində müdafiə və sığınacağı təmin
edə bilən bütün riskləri idarə edən səhiyyə sistemləri yaradılmalıdır.
Dostları ilə paylaş: |