Plan: Karst və karstlaşan süxurlar



Yüklə 116,71 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü116,71 Kb.
#41741
dərs 9 Yeraltı sualrın təsirindən yaranan relyef formaları



Mövzu: Yeraltı suların fəaliyyətindən yaranan relyef formaları 

Plan: 


1. Karst və karstlaşan süxurlar 

2. Karstın əmələ gəlmə şəraiti 

3. Karst relyefinin səth formaları 

4. Karst mağaraları  

5. Yalançı karst 

Yer səthinə düşən yağıntılar bir hissəsi yerə hoparaq müəyyən dərinlikdə 

sirkulyasiya edir. Suyun hopması ərazinin relyefindən və süxurların 

xüsusiyyətindən asılı olur. Əgər ərazidə qırılmalar və çatlar çoxdursa, suyun 

hopması artır. Su hansı dərinliyə qədər hopacaqsa o ərazinin geoloji və 

geomorfolji xüsusiyyətindən asılı olur. Yer altına sızan sular çatlar boyu hərəkət 

edərək müəyyən iş görür. Lakin bu suların hərəkəti zəif olur. Çünki, hərəkəti 

boyunca maneələrə rast gəlir. Adətən su sukeçirməyən laya qədər şaquli, sonra 

isə üfüqi istiqamətdə hərəkət edir. Sızmış su dərələrin yamaclarında bulaq 

şəklində səthə çıxa bilir. Yeraltı suların fəaliyyəti nəticəsində yer səthində və ya 

müxtəlif dərinlikdə karbonatlı süxurlarda yayılmış relyef forması karst adlanır. Bu 

termin hadisənin ən geniş yayıldığı Sloveniyanın Karst yaylası adından 

götürülmüşdür. Yer səthində yayılmış süxurların az miqdarında karst hadisəsi 

inkişaf edir. Belə süxurlara əsasən əhəngdaşı, gips, təbaşir, dolomit və müxtəlif 

duzlar aiddir. Çünki bu süxurlar suda yaxşı həll olur. Hələ 18-ci əsrdə 

tədqiqatçılar  müəyyən etmişdilər ki, tərkibində karbon qazı olan sular karbonatlı 

süxurları həll edir. Karbonatlı süxurların suda həll olmasında karbon turşusu 

qazından başqa, müxtəlif turşularda iştirak edir. Onlara humin turşusu, sulfat 

turşusu və azot turşusunuda göstərmək olar. Müəyyən edilmişdir ki, karst prosesi 

yağıntıların artması ilə əlaqədar artır, alçaq dağlıqdan yüksək dağlığa doğru da 

daha sürətlənir. Nəticədə uzun geoloji dövrdə yer səthinin relyefi ciddi sürətdə 

dəyişir. Karst yalnız karbonatlı süxurlarda getmir. Bu hadisə müxtəlif duz 

qatlarında və daimi donuşluq sahəsində müşahidə olunur. Donuşluqda karst 

prosesi termokarst adlanır. Yer səthində qeyri-karbonatlı süxurlarda baş verən 

karts hadisəsi yalançı karst və ya sevdrokarst adlanır. Bu hadisə vulkan 

sahələrində lava,tuf, lyos, müxtəlif gillərin yayıldığı ərazilərdə müşahidə edilir.  

Karstın inkişafı və fərqli relyef formalarının yaranması üçün bir neçə şərt lazımdır: 



1. Ərazidə karstlaşan süxurlar mövcud olmalıdır. Və bu süxurların müxtəlif 

xassələri olmalıdır. Xassələrə süxurun çatlılığı, təmizliyi, qalınlığı və s. aiddir. 

Bundan başqa ərazinin geomorfoloji şəraiti, iqlimi, yeraltı suların səviyyəsi, geoloji 

quruluşu, tektonik rejimi və s. göstərmək olar. Alimlər karstı mənşəyinə görə 2 

yerə bölürlər : 

1. Aralıq dənizi mənşəli 

2. Orta Avropa mənşəli 

Həmin tiplər xarici görkəmində görə fərqlənir. Aralıq dənizi tipi açıq yaxud çılpaq 

karstdır. Orta Avropa tipi isə örtülü və ya qapalı karstdır. Məlumdur ki, dağda və 

düzənlikdə karstın yaranması və inkişafı fərqlidir. Ona görə də dağlıq və düzənlik 

sinifləri də fərqləndirilir. Əgər qədim dövrlərdə səthə çıxmış karst sonradan 

çökmüşdürsə və ya dəniz və kontinental çöküntü altında qalmışdırsa, ona 

basdırılmış karst deyilir. Yer səthində belə karst olmur, o ancaq bir neçə yüz metr 

dərinlikdə müəyyən olunur. Basdırılmış karstdan fərqli olaraq, örtülü karst yer 

səthi relyefində görünür. Burada çöküntü örtüyü nazik olduğu üçün karst quyuları 

və qıfları formasında səthə çıxır. Belə formalar Rusiyada, orta Asiya dağlarında və 

Qafqazda geniş yayılmışdır. Aralıq dənizi ölkələrindəki çılpaq karst quru iqlimli 

ərazilər üçün səciyyəvidir. Əhəngdaşı və dolomitli süxurlarda torpaq qatı ya olmur, 

ya da nazik olur. Belə karstlar Krım dağlarında və Qafqazda quru iqlimli əhəngdaşlı 

sahələrdə rast gəlinir. Tropik iqlimdə daha çox qalıq karstı yayılmışdır. Karbonatlı 

sahələrdə yaranan bu relyef qənd parçasını, konusvari təpəni, günbəzvari və ya şiş 

qüllələri xatırladır. Belə karst daha çox Çində, Kubada, cənub-şərqi Asiyada rast 

olunur. 

Yer səthində karst relyefinin yayılmış formalarına karst qıfları, karst nəlbəkiləri, 

karst quyuları, karrlar nüvlər və şırımlar aid edilir. Karr əhəngdaşlı süxurlarda 

dərinliyi bir neçə santimetrdən, bir iki metrə qədər olan kiçik şırımlara deyilir. 

Daha çox Aralıq dənizinin Balkan yarımadasında, Krım və Qafqazda çılpaq karst 

sahələrində rast olunur. Mülayim iqlim qurşağında geniş yayılmış karst formaları 

müxtəlif böyüklükdə olan çökəkliklərdir. Və onlar içərisində ən geniş yayılanı karst 

qıflarıdır. Qıfın ağız hissəsindəki eni dərinliyinə nisbətən iki dəfə çox olur. 

Düzənlikdə qıflar düz qıfa oxşayır. Meyilli yamaclarda isə asimmetrik quruluşlu 

olur. Qıfın dibində suyu dərinliyə keçirdən quyu yerləşir. Ona ponor deyilir. 

Karstda səth formalarından biri də nəlbəkiyə oxşar çökəkliklərdir. Onlar qıfa 

nisbətən dayazdır, sahəsi geniş olsada yandan çətin seçilir. Belə çökəkliklərin dibi 

yumşaq töküntülərlə dolduğundan suyu keçirtmir və yağış yağdıqda çökəkliklər su 



ilə dolur. Bu tip karstlar Aralıq dənizinin çıplaq karstlarında müşahidə edilir. Karst 

quyuları qıf və nəlbəki ilə müqayisədə az yayılmışdır. Və təbii şaxtalar karst 

quyularına nisbətən daha az yayılmışdır. Dünyada ən dərin karst şaxtası Fransa 

alplarında Jan Berna şaxtasıdır. Onun dərinliyi 1490 metrdir. İspaniyanın Pireney 

dağlarında və Abxaziyada da karst şaxtaları vardır. Ümimiyyətlə, dünyada dərinliyi 

1km-dən çox olan 15 karst şaxtası mövcuddur. 

Karst sahələrində yeraltı suların səviyyəsi su keçirməyən lay üzərində müəyyən 

yüksəkliklərdə əmələ gəlir. Bəzən yeraltı su qatı ələqələnir, bəzən əlaqəsiz olur. 

Hidroloji rejiminə görə yeraltı sularda 3 zona fərqlənir. 

Birinci zona suların şaquli sirkulyasında yerləşir. Ayrasiya zonası adlanır. Bu zona 

yer səthi ilə yeraltı suyun aynası arasındadır. Ondan aşağıda dövrü yeraltı sular 

zonası yerləşir. Burada su yalnız yağıntı dövründə və qar əriyəndə müşahidə edilir. 

Üçüncü zona karr doyma zonası adlanır. Bu zonada qrunt sularının səviyyəsi kəskin 

tərəddüd edir. Karst sahəsində yayılmış formalarından biridə müxtəlif dərinlikdə 

hərəkət edən karst sularının fəaliyyətindən yaranmış mağaralardır. Karstlaşan 

süxurlardakı mağaralar müxtəlif formalı və müxtəlif ölçülü olur. Geoloji 

xüsusiyyətindən və karstın inkişafından asılı olaraq mağaralar bəzən bir neçə 

mərtəbəli olur. Mağaralar müxtəlif yollarla yaranır. Okean və dəniz sahillərində 

dalğaların dağıdıcı təsiri ilə yaranan sahil formaları həm karbonatlı, həm də 

karbonatsız süxurlarda rast olunur. Ölçüləri çoxda böyük olmur. Səhralardakı 

mağaralar deflyasiyanın təsiri ilə yaranır. Vulkanik süxurlarda yaranan mağaralar 

kiçik olur. Suyu sızan süxurlarda mexaniki hərəkətdən yaranır. Laçın və Kəlbəcər 

ərazisində rast gəlmək olur. Çox vaxt mağaralar dar və geniş qollara ayrılır. 

Mərtəbəli mağaralar arasında şaquli quyu və şaxtalar yerləşir. Adətən karst 

massivinin kənarında, yamacın ağzında mağaranın girişi yerləşir. Daxildəki çatlar 

dar olduğundan buraya insan girə bilmir. Bəzən mağaranın iki qurtaracağı yer 

səthinə çıxır. Ona keçidli mağaralar deyilir. Azıx mağarası da belə mağaralardandır. 

Mağaraların maraqlı xüsusiyyətlərindən biri də  stalaktik və stalaqmit formalarının 

olmasıdır. Stalaktiklər mağaranın tavanından aşağı sallanan, stalaqmitlər isə 

mağaranın döşəməsindən yuxarı qalxan və bir-birinin tuşunda yerləşən 

formalardır. Tropik qurşaqda onları sızan sular, mülayim qurşaqda isə donmuş 

buzlar yaradır. Dünyada uzunluğuna görə ən böyük mağara sistemi Abşda 

Kentukki ştatındakı, uzunluğu 360 km olan çoxmərtəbəli Flint-mamont 

mağarasıdır. Ukraynada uzunluğu 150 km olan Gips mağarası dünyada ikincidir. 



Yüklə 116,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin