Mövzu: Yeraltı suların fəaliyyətindən yaranan relyef formaları
Plan:
1. Karst və karstlaşan süxurlar
2. Karstın əmələ gəlmə şəraiti
3. Karst relyefinin səth formaları
4. Karst mağaraları
5. Yalançı karst
Yer səthinə düşən yağıntılar bir hissəsi yerə hoparaq müəyyən dərinlikdə
sirkulyasiya edir. Suyun hopması ərazinin relyefindən və süxurların
xüsusiyyətindən asılı olur. Əgər ərazidə qırılmalar və çatlar çoxdursa, suyun
hopması artır. Su hansı dərinliyə qədər hopacaqsa o ərazinin geoloji və
geomorfolji xüsusiyyətindən asılı olur. Yer altına sızan sular çatlar boyu hərəkət
edərək müəyyən iş görür. Lakin bu suların hərəkəti zəif olur. Çünki, hərəkəti
boyunca maneələrə rast gəlir. Adətən su sukeçirməyən laya qədər şaquli, sonra
isə üfüqi istiqamətdə hərəkət edir. Sızmış su dərələrin yamaclarında bulaq
şəklində səthə çıxa bilir. Yeraltı suların fəaliyyəti nəticəsində yer səthində və ya
müxtəlif dərinlikdə karbonatlı süxurlarda yayılmış relyef forması karst adlanır. Bu
termin hadisənin ən geniş yayıldığı Sloveniyanın Karst yaylası adından
götürülmüşdür. Yer səthində yayılmış süxurların az miqdarında karst hadisəsi
inkişaf edir. Belə süxurlara əsasən əhəngdaşı, gips, təbaşir, dolomit və müxtəlif
duzlar aiddir. Çünki bu süxurlar suda yaxşı həll olur. Hələ 18-ci əsrdə
tədqiqatçılar müəyyən etmişdilər ki, tərkibində karbon qazı olan sular karbonatlı
süxurları həll edir. Karbonatlı süxurların suda həll olmasında karbon turşusu
qazından başqa, müxtəlif turşularda iştirak edir. Onlara humin turşusu, sulfat
turşusu və azot turşusunuda göstərmək olar. Müəyyən edilmişdir ki, karst prosesi
yağıntıların artması ilə əlaqədar artır, alçaq dağlıqdan yüksək dağlığa doğru da
daha sürətlənir. Nəticədə uzun geoloji dövrdə yer səthinin relyefi ciddi sürətdə
dəyişir. Karst yalnız karbonatlı süxurlarda getmir. Bu hadisə müxtəlif duz
qatlarında və daimi donuşluq sahəsində müşahidə olunur. Donuşluqda karst
prosesi termokarst adlanır. Yer səthində qeyri-karbonatlı süxurlarda baş verən
karts hadisəsi yalançı karst və ya sevdrokarst adlanır. Bu hadisə vulkan
sahələrində lava,tuf, lyos, müxtəlif gillərin yayıldığı ərazilərdə müşahidə edilir.
Karstın inkişafı və fərqli relyef formalarının yaranması üçün bir neçə şərt lazımdır:
1. Ərazidə karstlaşan süxurlar mövcud olmalıdır. Və bu süxurların müxtəlif
xassələri olmalıdır. Xassələrə süxurun çatlılığı, təmizliyi, qalınlığı və s. aiddir.
Bundan başqa ərazinin geomorfoloji şəraiti, iqlimi, yeraltı suların səviyyəsi, geoloji
quruluşu, tektonik rejimi və s. göstərmək olar. Alimlər karstı mənşəyinə görə 2
yerə bölürlər :
1. Aralıq dənizi mənşəli
2. Orta Avropa mənşəli
Həmin tiplər xarici görkəmində görə fərqlənir. Aralıq dənizi tipi açıq yaxud çılpaq
karstdır. Orta Avropa tipi isə örtülü və ya qapalı karstdır. Məlumdur ki, dağda və
düzənlikdə karstın yaranması və inkişafı fərqlidir. Ona görə də dağlıq və düzənlik
sinifləri də fərqləndirilir. Əgər qədim dövrlərdə səthə çıxmış karst sonradan
çökmüşdürsə və ya dəniz və kontinental çöküntü altında qalmışdırsa, ona
basdırılmış karst deyilir. Yer səthində belə karst olmur, o ancaq bir neçə yüz metr
dərinlikdə müəyyən olunur. Basdırılmış karstdan fərqli olaraq, örtülü karst yer
səthi relyefində görünür. Burada çöküntü örtüyü nazik olduğu üçün karst quyuları
və qıfları formasında səthə çıxır. Belə formalar Rusiyada, orta Asiya dağlarında və
Qafqazda geniş yayılmışdır. Aralıq dənizi ölkələrindəki çılpaq karst quru iqlimli
ərazilər üçün səciyyəvidir. Əhəngdaşı və dolomitli süxurlarda torpaq qatı ya olmur,
ya da nazik olur. Belə karstlar Krım dağlarında və Qafqazda quru iqlimli əhəngdaşlı
sahələrdə rast gəlinir. Tropik iqlimdə daha çox qalıq karstı yayılmışdır. Karbonatlı
sahələrdə yaranan bu relyef qənd parçasını, konusvari təpəni, günbəzvari və ya şiş
qüllələri xatırladır. Belə karst daha çox Çində, Kubada, cənub-şərqi Asiyada rast
olunur.
Yer səthində karst relyefinin yayılmış formalarına karst qıfları, karst nəlbəkiləri,
karst quyuları, karrlar nüvlər və şırımlar aid edilir. Karr əhəngdaşlı süxurlarda
dərinliyi bir neçə santimetrdən, bir iki metrə qədər olan kiçik şırımlara deyilir.
Daha çox Aralıq dənizinin Balkan yarımadasında, Krım və Qafqazda çılpaq karst
sahələrində rast olunur. Mülayim iqlim qurşağında geniş yayılmış karst formaları
müxtəlif böyüklükdə olan çökəkliklərdir. Və onlar içərisində ən geniş yayılanı karst
qıflarıdır. Qıfın ağız hissəsindəki eni dərinliyinə nisbətən iki dəfə çox olur.
Düzənlikdə qıflar düz qıfa oxşayır. Meyilli yamaclarda isə asimmetrik quruluşlu
olur. Qıfın dibində suyu dərinliyə keçirdən quyu yerləşir. Ona ponor deyilir.
Karstda səth formalarından biri də nəlbəkiyə oxşar çökəkliklərdir. Onlar qıfa
nisbətən dayazdır, sahəsi geniş olsada yandan çətin seçilir. Belə çökəkliklərin dibi
yumşaq töküntülərlə dolduğundan suyu keçirtmir və yağış yağdıqda çökəkliklər su
ilə dolur. Bu tip karstlar Aralıq dənizinin çıplaq karstlarında müşahidə edilir. Karst
quyuları qıf və nəlbəki ilə müqayisədə az yayılmışdır. Və təbii şaxtalar karst
quyularına nisbətən daha az yayılmışdır. Dünyada ən dərin karst şaxtası Fransa
alplarında Jan Berna şaxtasıdır. Onun dərinliyi 1490 metrdir. İspaniyanın Pireney
dağlarında və Abxaziyada da karst şaxtaları vardır. Ümimiyyətlə, dünyada dərinliyi
1km-dən çox olan 15 karst şaxtası mövcuddur.
Karst sahələrində yeraltı suların səviyyəsi su keçirməyən lay üzərində müəyyən
yüksəkliklərdə əmələ gəlir. Bəzən yeraltı su qatı ələqələnir, bəzən əlaqəsiz olur.
Hidroloji rejiminə görə yeraltı sularda 3 zona fərqlənir.
Birinci zona suların şaquli sirkulyasında yerləşir. Ayrasiya zonası adlanır. Bu zona
yer səthi ilə yeraltı suyun aynası arasındadır. Ondan aşağıda dövrü yeraltı sular
zonası yerləşir. Burada su yalnız yağıntı dövründə və qar əriyəndə müşahidə edilir.
Üçüncü zona karr doyma zonası adlanır. Bu zonada qrunt sularının səviyyəsi kəskin
tərəddüd edir. Karst sahəsində yayılmış formalarından biridə müxtəlif dərinlikdə
hərəkət edən karst sularının fəaliyyətindən yaranmış mağaralardır. Karstlaşan
süxurlardakı mağaralar müxtəlif formalı və müxtəlif ölçülü olur. Geoloji
xüsusiyyətindən və karstın inkişafından asılı olaraq mağaralar bəzən bir neçə
mərtəbəli olur. Mağaralar müxtəlif yollarla yaranır. Okean və dəniz sahillərində
dalğaların dağıdıcı təsiri ilə yaranan sahil formaları həm karbonatlı, həm də
karbonatsız süxurlarda rast olunur. Ölçüləri çoxda böyük olmur. Səhralardakı
mağaralar deflyasiyanın təsiri ilə yaranır. Vulkanik süxurlarda yaranan mağaralar
kiçik olur. Suyu sızan süxurlarda mexaniki hərəkətdən yaranır. Laçın və Kəlbəcər
ərazisində rast gəlmək olur. Çox vaxt mağaralar dar və geniş qollara ayrılır.
Mərtəbəli mağaralar arasında şaquli quyu və şaxtalar yerləşir. Adətən karst
massivinin kənarında, yamacın ağzında mağaranın girişi yerləşir. Daxildəki çatlar
dar olduğundan buraya insan girə bilmir. Bəzən mağaranın iki qurtaracağı yer
səthinə çıxır. Ona keçidli mağaralar deyilir. Azıx mağarası da belə mağaralardandır.
Mağaraların maraqlı xüsusiyyətlərindən biri də stalaktik və stalaqmit formalarının
olmasıdır. Stalaktiklər mağaranın tavanından aşağı sallanan, stalaqmitlər isə
mağaranın döşəməsindən yuxarı qalxan və bir-birinin tuşunda yerləşən
formalardır. Tropik qurşaqda onları sızan sular, mülayim qurşaqda isə donmuş
buzlar yaradır. Dünyada uzunluğuna görə ən böyük mağara sistemi Abşda
Kentukki ştatındakı, uzunluğu 360 km olan çoxmərtəbəli Flint-mamont
mağarasıdır. Ukraynada uzunluğu 150 km olan Gips mağarası dünyada ikincidir.
Dostları ilə paylaş: |