Q t I s a d I İ s L a h a t L a r



Yüklə 4,59 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix22.06.2020
ölçüsü4,59 Mb.
  1   2   3

Baş redaktor :  

Dr.Vüsal Musayev

İqtisad Elmləri Doktoru

London Universiteti

www.vusalmusayev.com

info@iqtisadiislahat.org

A Z Ə R B A Y C A N 

İ

Q T İ S A D İ 

İ S L A H A T L A R

İ C M A L I

M a r t   2 0 1 7



2

MİLLİ İQTİSADİYYAT VƏ 

İQTİSADİYYATIN ƏSAS 

SEKTORLARI ÜZRƏ 

STRATEJİ YOL XƏRİTƏLƏRİ

Milli  iqtisadiyyat  və  iqtisadiyyatın  əsas  sektorları  üzrə 

strateji  yol  xəritələri  Azərbaycanda  davamlı  iqtisadi 

inkişaf  əsasında  iqtisadiyyatın  rəqabətqabiliyyətliliyini, 

inklüzivliyini  və  sosial  rifahın  daha  da  artırılmasını 

təmin  edəcəkdir.  Qlobal  çağırışlara  cavab  verərək 

investisiyaların  cəlbi,  azad  rəqabət  mühiti,  bazarlara  çıxış 

və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya 

iqtisadiyyatında  mövqeyinin  daha  da  gücləndirilməsi  və 

yüksək  gəlirli  ölkələr  qrupuna  daxil  olması  planlaşdırılır.



3

M

illi  iqtisadiyyat  və  iqtisadiyyatın 



əsas  sektorları  üzrə  strateji 

yol  xəritəsinin  başlıca  istiqamətləri» 

Azərbaycan  Respublikası  Prezidenti 

cənab  İlham  Əliyev  tərəfindən 2016-cı  il 

06  dekabr  tarixli  fərmanla  təsdiqlənmiş 

və  müvafiq  olaraq  milli  iqtisadiyyat  və 

iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 

12  strateji  yol  xəritəsinin  icrasının 

monitorinq  və  qiymətləndirilməsi,  habelə 

kommunikasiyası  İqtisadi  İslahatların 

Təhlili  və  Kommunikasiya  Mərkəzinə 

tapşırılmışdır. 

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol 

Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri 

əhatə  etməklə,  2020-ci  ilədək  iqtisadi 

inkişaf strategiyası və tədbirlər planı, 2025-

ci  ilədək  olan  dövr  üçün  uzunmüddətli 

baxış və 2025-ci ildən sonrakı dövr üçün 

hədəf  baxışdan  ibarətdir.  Sənəd  təkcə 

inkişaf  məqsədləri  və  prinsiplərini  deyil, 

həm  də  hər  bir  istiqamət  üzrə  qlobal 

meyilləri,  iqtisadiyyatın  360  dərəcəli 

diaqnostikasını  və  mövcud  vəziyyətin 

GZİT  təhlilini,  görüləcək  tədbirləri,  tələb 

olunan investisiya və nəticə indikatorlarını 

əhatə edir. 

Qısamüddətli dövrdə seçilmiş prioritetlərə 

fokuslanmaqla  orta  və  uzunmüddətli 

dövrlərdə  iqtisadi  inkişafın  bünövrəsi 

qoyulacaqdır. Strateji Yol Xəritəsi iqtisadi 

inkişafa  töhfə  verən  bütün  faktorları,  o 

cümlədən yerli və beynəlxalq özəl sektor 

nümayəndələrinin 

kommunikasiyası 

və  əməkdaşlığı  üçün  imkanları  təmin 

edəcəkdir. Dövlət investisiyaları katalizator 

rolunu  oynayacaq,  iqtisadi  inkişafın 

lokomotivi isə özəl sektor olacaqdır.



Milli  iqtisadiyyat  perspektivinin  əsas 

xüsusiyyətləri

Son 10 ildə Azərbaycan dünyada iqtisadi 

artım  tempinə  görə  ön  sıralarda  qərar 

tutmuşdur.  Uğurla  həyata  keçirilən  neft 

strategiyası əsasında əldə olunmuş gəlirlər 

hesabına  infrastruktur  modernləşdirilmiş, 

qeyri–neft  iqtisadiyyatı  inkişaf  etdirilmiş, 

sosial  rifah  yaxşılaşdırılmış,  dövlətin 

balansında olan aktivlər artmış və ÜDM-

in həcmini aşan səviyyədə strateji valyuta 

ehtiyatları yaradılmışdır. 

2014-cü 


ildən 

başlayaraq 

neft 

qiymətlərnin  kəskin  azalması  və  ticarət 



tərəfdaşı  ölkələrində  iqtisadi  böhran 

nəticəsində 

ölkədə 

iqtisadi 



artım 

sürətinin    yavaşlaması,  institusional  və 

struktur  çağırışlar,  tədiyyə  balansı  və 

qeyri–neft  büdcə  kəsiri,  maliyyə–bank 

sektorunda baş verən proseslər fonunda 

Azərbaycanda  yeni  iqtisadi  inkişaf 

yanaşmasına keçid zərurəti yaranmışdır. 

Milli 


iqtisadiyyatın 

strukturunun 

yenilənməsi  biznes  mühitinin  daha 

da 


yaxşılaşdırılması, 

ortamüddətli 

xərclər  strategiyası  çərçivəsində  yeni 

siyasətin  tətbiq  edilməsi,  maliyyə–bank 

sisteminin sağlamlaşdırılması və monetar 

siyasətin  üzən  məzənnə  rejimi  üzərində 

təkmilləşdirilməsi, habelə xarici bazarlara 

çıxış  imkanlarının  genişləndirilməsi  ilə 

mümkün olacaqdır.

Buna görə də milli iqtisadiyyat perspektivi 

çərçivəsində 

dörd 


strateji 

hədəf 


seçilmişdir. Bu hədəflərin və 11 sektor üzrə 

strateji yol xəritələrinin həyata keçirilməsi 

nəticəsində  real  və  maliyyə  sektorları 

arasında  tarazlığın  təmin  edilməsi  yolu 

ilə  davamlı  iqtisadi  inkişaf  mümkün 

olacaqdır.  İlk  strateji  hədəfə  uyğun 

olaraq  Azərbaycanda  fiskal  dayanıqlılıq 

təmin  ediləcək  və  monetar  siyasət  üzən 

məzənnə rejimi üzərində qurulacaqdır. 

Fiskal 


və 

monetar 


siyasətlərin 

uzlaşdırılması makroiqtisadi sabitliyi təmin 

edəcəkdir. Milli iqtisadiyyat perspektivində 

ikinci  hədəf  paylarının  (səhmlərinin) 

nəzarət zərfi dövlətə məxsus olan hüquqi 

şəxslərin 

fəaliyyətində 

səmərəliliyin 

artırılması  və  özəlləşdirmənin  həyata 

keçirilməsi yolu ilə iqtisadi dinamikliyi təmin 

etməkdən  ibarətdir.  Üçüncü  hədəf  insan 

kapitalının inkişafı ilə bağlıdır ki, bununla 

əmək  bazarının  inkişafı  milli  iqtisadiyyat 

perspektivinə 

uyğunlaşdırılacaqdır. 

Nəhayət, dördüncü hədəf biznes mühitinin 

daha da yaxşılaşdırılmasını nəzərdə tutur. 

Milli iqtisadiyyat perspektivində müəyyən 

edilmiş  11  sektorun  dayanıqlı  inkişafını 

təmin  edəcək  ümumi  məsələlər  əhatə 

olunmuşdur.

Azərbaycan 

iqtisadiyyatı 

orta 


və 

uzunmüddətli  perspektivdə  müxtəlif 



4

dəyişikliklərin  təsirlərinə  məruz  qalan  bir 

mühitdə inkişaf edəcəkdir. Belə təsirlərin 

müşahidə  edilməsi  və  başa  düşülməsi 

onların  səbəb  olduğu  çətinliklərin 

öhdəsindən gəlmək və verdiyi imkanlardan 

faydalanmaq 

nöqteyi–nəzərindən 

vacibdir. Bu zaman proqnozlaşdırılmayan 

proseslərin baş vermə ehtimalı böyük olsa 

da, qlobal meyillərin bir neçəsinin növbəti 

onilliklər  ərzində  qlobal  iqtisadiyyata 

təsirlərinin  ilk  əlamətləri  artıq  indidən 

görünməkdədir.  Bu  təsirlərdən  dördünün 

Azərbaycan üçün vacib olacağı yəqindir: 

qlobal  iqtisadi  güc  mərkəzinin  Asiyada 

yeni  yaranmaqda  olan  bazarlara  doğru 

yerdəyişməsi,  texnoloji  innovasiyaların 

əhəmiyyətli  təsirləri,  dəyişən  geosiyasi 

konfiqurasiya və neft–qaz qiymətləri.

 

İnkişaf etməkdə olan bazarların iqtisadi 

əhəmiyyətinin davamlı artımı

Asiyanın  inkişaf  etməkdə  olan  bazarları 

hazırda dünyada yaradılan iqtisadi dəyərin 

təqribən  beşdə  birinə  sahibdir.  2030-cu 

ildə  bu  pay  üçdə  birədək  yüksələcəkdir. 

Asiyanın  orta  təbəqəsinin  ölçüsündə  də 

müvafiq  artım  gözlənilir.  Proqnozlara 

görə,  dünyanın  orta  təbəqəsi  hazırkı  3 

milyard nəfərdən 2023-cü ildə təqribən 5 

milyard nəfərədək artacaq və bu artımın 

80  faizi  Asiyanın  payına  düşəcəkdir. 

Eyni  inkişaf  prosesləri  həm  də  şirkət 

səviyyəsində  özünü  büruzə  verəcəkdir: 

yeni  yaranmaqda  olan  bazarlar  hazırda 

illik  gəlirləri  1  milyard  ABŞ  dollarından 

çox  olan  dünya  şirkətlərinin  təqribən 

dörddə birini əhatə etdiyi halda, bu payın 

2025-ci  ilə  qədərki  dövrdə  demək  olar 

ki,  yarıyadək  artması  gözlənilir.  Təkcə 

Asiyada  ümumi  gəlirləri  1  milyard  ABŞ 

dollarından  ibarət  təxminən  3  min  yeni 

şirkətin olması gözlənilir. Bununla yanaşı, 

son  zamanlar  mal  və  xidmətlər  üzrə 

qlobal  ticarətin  həcminin  artımı  ÜDM-in 

artımından  iki  dəfə  yüksək  sürətə  malik 

olmuşdur.  Ticarət  həcmlərinin  getdikcə 

artması Avrasiyanın  mərkəzində,  Şimal–

Cənub  və  Şərq–Qərb  dəhlizlərinin 

kəsişməsində  yerləşən  Azərbaycan  kimi 

ölkələrin  bu  artımdan  faydalanmasına 

şərait yaradır.

Yeni texnologiyaların iqtisadi təsirləri

İnternet  və  yaxın  tarixdə  mobil 

internetin 

geniş 


yayılması 

qlobal 


istehlak  mədəniyyətlərində  əhəmiyyətli 

dəyişikliklərə  səbəb  olmuşdur.  Rabitə 

əlaqələri  üçün  yeni  imkanlar  təklif 

etməklə, internet şirkətlərə istehlakçılarla 

onlayn  əlaqə  qurmağa  imkan  vermiş  və 

milli sərhədləri aşan satış kanalları təmin 

etmişdir.

Yeni texnologiyalar həm artıq formalaşmış, 

həm də yeni formalaşan iqtisadi sahələrin 

inkişafına  təsir  edir.  Avtomatlaşdırılmış 

bilik  yaradılması  prosesi,  “İnternet 

nəzarəti”  (dəyər  zəncirləri  boyu  fiziki 

aktivlər 

arasında 

internet 

əsaslı 


avtomatlaşdırılmış  əməkdaşlıq),  uzaq 

məsafəli  idarəetmə  texnologiyaları,  süni 

intellekt  və  robotlaşdırma  mövcud  bazar 

liderlərini  sınağa  çəkərək  yeni  şirkətlərin 

qlobal  flaqmanlar  kimi  mövqelərini 

möhkəmləndirəcəkdir. Azərbaycanda həm 

dövlət, həm də  özəl  sektorda  idarəetmə 

bio,  nano,  informasiya,  kommunikasiya, 

sənaye,  maliyyə  və  başqa  sahələrdə 

qabaqcıl  texnologiyaların  tələblərinə 

uyğunlaşacaqdır.  Yeni  texnologiyaların 

inkişafı ilə yanaşı artan kibertəhlükəsizlik 

risklərinin  idarə  edilməsi  qlobal  çağırış 

olaraq  Azərbaycan  üçün  də  aktualdır. 

Qabaqcıl texnologiyaların idxalı ilə yanaşı, 

həm də onu idarə edən insan kapitalının 

formalaşdırılması,  ümumilikdə  təfəkkür 

tərzinin yeni qlobal çağırışlar və meyillərə 

uyğun inkişafı həyata keçiriləcəkdir. Daha 

qabaqcıl texnologiya və insan kapitalı daha 

yüksək əlavə dəyər yaradır. Azərbaycanın 

elmi  potensialı  qlobal  meyillərə  uyğun 

şəkildə  yeni  texnologiyaların  inkişafına 

töhfə verəcəkdir.



Geosiyasi qeyri–sabitlik

Ötən  illər  ərzində  misli  görünməmiş 

qlobal  siyasi  qeyri–sabitlik  müşahidə 

olunmuşdur.  Bunun  təsirləri  siyasi 

rəhbərlərin 

tez–tez 


dəyişməsi, 

müharibə, 

terrorçuluq 

və 


sürətlə 

artan  qaçqın  axınında  özünü  büruzə 

vermişdir.  Siyasi  qeyri-sabitlik  fonunda 

təhlükəsizlik  problemlərinin  olduğu  və 

ya sanksiyaların tətbiq edildiyi ərazilərdə 

ticarət  həcmləri  kəskin  surətdə  azaldığı 

halda,  böhranlı  vəziyyətlərin  öhdəsindən 


5

gəlindiyi, iqtisadiyyatın açıq olduğu və ya 

sanksiyaların aradan qaldırıldığı ərazilərdə 

bərabər  səviyyəli  artım  müşahidə 

olunmuşdur. 

Geosiyasi 

baxımdan 

yenidən  formalaşan  dünyada  risklər 

və  çağırışlar  düzgün  qiymətləndirilərək 

sabit  inkişaf  təmin  ediləcəkdir.  Xüsusilə, 

iqtisadi təhlükəsizliyin əsas komponentləri 

–  enerji,  ərzaq,  maliyyə  və  nəqliyyat 

təhlükəsizliyinin 

davamlı 


olması 

ölkənin  geosiyasi  kataklizmlərə  qarşı 

dayanıqlılığını daha da gücləndirəcəkdir.

Neftin yeni qiymət hədləri

Ötən illər ərzində neftin qiymətləri düşmüş 

və  qiymətlərdə  volatillik  artmışdır:  neftin 

bir bareli 2008-ci ildə 150 ABŞ dollarına 

yaxınlaşdığı  halda  2016-cı  ildə  30  ABŞ 

dollarından  da  aşağı  düşmüşdür.  Neft 

qiymətlərindəki  bu  cür  qlobal  azalmanın 

Azərbaycan  iqtisadiyyatına  da  təsiri 

böyük olmuşdur. Belə ki, Dövlət Statistika 

Komitəsinin 

məlumatlarına 

əsasən, 


2010–2014-cü illərdə iqtisadi artım sürəti 

yavaşlayaraq  ildə  orta  hesabla  2,7  faiz 

olmuşdur.  2015-ci  ildə  ixracın  həcmi  və 

dövlət  büdcəsinin  gəlirlərinin  azalması 

işsizlik  səviyyəsinin  əvvəlki  ilə  nisbətən 

2  faiz  artmasına səbəb olmuşdur. Aşağı 

neft  qiymətləri  səbəbindən  cari  hesablar 

balansında  yaranmış  gərginlik  manatın 

məzənnəsinə  təzyiqi  artırmış  və  2015-ci 

ildə  milli  valyuta  iki  dəfə  devalvasiyaya 

uğramışdır.

Proqnozlar  onu  göstərir  ki,  neft–qaza 

qlobal  tələbatda  artım  2050-ci  ilədək 

ildə  təqribən 0,7 faiz zəifləyəcək (əvvəlki 

artım  proqnozlarından  30  faiz  az)  və 

ümumi  enerji  sektorunda  üzvi  yanacaq 

növlərinin  payı  azalacaqdır.  Bu  şərtlər 

altında  neft  qiymətlərinin  əvvəlki  yüksək 

səviyyələrinə  qayıdışı  gözlənilmədiyi 

üçün  yaxın  gələcəkdə  neft  gəlirləri 

hesabına  yüksək  dayanıqlı  artımın 

bərpa  olunacağı  proqnozlaşdırılmır. 

Beynəlxalq  Valyuta  Fondu  Azərbaycan 

iqtisadiyyatının 2025-ci ilədək illik 2–3 faiz 

artacağını proqnozlaşdırır. Bu temp ötən 

bir neçə il ərzində müşahidə olunan artım 

səviyyəsinə  uyğundur.  Lakin  belə  aşağı 

artım  səviyyəsi  iqtisadiyyatın  qarşısında 

duran məqsədlərə çatmağa, o cümlədən 

indiki  və  gələcək  nəsillər  üçün  lazım 

olan  sayda  iş  yerləri  yaratmağa  kifayət 

etmir. Buna görə də Azərbaycanda aşağı 

neft  qiymətləri  şəraitində  iqtisadiyyat 

yeni  təməllər  üzərində  qurulmaqla  daha 

yüksək artım tempinə nail olunacaqdır.

Neft–qaz 

sektorunun 

iqtisadiyyatı 

inkişaf  etdirmək  potensialı  zəiflədikcə, 

Qazaxıstan,  Səudiyyə  Ərəbistanı  və 

Rusiya  da  daxil  olmaqla,  dünyanın  təbii 

ehtiyatlarla  zəngin  ölkələri  çətinliklərlə 

üzləşir 

və 


öz 

iqtisadiyyatlarını 

şaxələndirməyə  təşəbbüs  göstərirlər. 

Azərbaycanda 

da 

hazırda 


eyni 

vəziyyət  mövcuddur.  Ölkə  ötən  on  il 

ərzində  yaratdığı  baza  əsasında  qlobal 

iqtisadiyyatdakı  mövqelərini  daha  da 

gücləndirmək üçün güclü siyasi iradə və 

imkanlara malikdir.



Yeni iqtisadi artım yanaşması: strateji 

seçim

Ölkənin  gələcək  iqtisadi  artımının 

hansı  «artım  nöqtələri»  vasitəsilə  təmin 

edilməsi  mühüm  strateji  qərardır.  Aktiv 

şəkildə  kapital  yığımı  modelinin  yeni 

strateji dövrdə əlavə dəyər formalaşdırma 

imkanlarının 

daralması 

nəticəsində 

gələcək artım yanaşması ilə bağlı ölkənin 

qarşısında iki seçim vardır:

a. əməktutumlu artım yanaşması

b. məhsuldarlıq-effektivlik əsaslı 

artım yanaşması

Qlobal  dəyər  zəncirinə  inteqrasiya, 

iqtisadi artımın keyfiyyəti və dayanıqlılığı 

baxımından  münasib  və  məntiqli  zaman 

dövründə 

məhsuldarlıq-effektivlik 

əsaslı  iqtisadi  artım  yanaşmasına 

transformasiya  strateji  seçim  ola  bilər. 

Lakin  yaxın  və  ortamüddətli  dövrdə  hər 

iki  modelin  kombinasiyasından  istifadə 

edilməsi  strateji  seçim  yanaşmasına 

keçid müddətinin daha qısa vaxt ərzində 

reallaşdırılmasına imkan verə bilərdi.

Xüsusilə  də  nəzərə  almaq  lazımdır  ki, 

Azərbaycanda  regionlarda  işçi  qüvvəsi 

Bakı  şəhərinə  nisbətən  əhəmiyyətli 

səviyyədə ucuzdur və bu da regionlarda 

əməktutumlu klaster  inkişafı  üçün böyük 

potensial  formalaşdırır.  Bununla  belə, 



6

strateji  seçim  –  məhsuldarlıq  əsaslı 

artım yanaşmasının qurulmasıdır. Bunun 

üçün  yüksək  keyfiyyətli  institusional 

mühit,  əlçatan  maliyyələşmə  mənbələri, 

biznesin  düzgün  seqmentasiyası  və 

ixtisaslaşması  və  ən  başlıcası,  intensiv 

şəkildə  yüksəkixtisaslı  insan  kapitalının 

hazırlanması tələb olunur.

Biznes 


mühitinin 

yaxşılaşdırılması. 

Biznesin 

dövlət 


tənzimləmə 

mexanizmlərinin effektivliyinin artırılması, 

vergi-gömrük idarəetməsinin keyfiyyətinin 

daha 


da 

yüksəldilməsi, 

bazara 

daxilolma  məhdudiyyətlərinin  minimuma 



endirilməsi, eyni zamanda, azad rəqabət 

mühitinin təmin edilməsi biznes mühitinin 

yaxşılaşdırılmasına  imkan  verəcəkdir. 

Bununla  yanaşı,  dövlət  sektorunun 

kommersiya 

fəaliyyətini 

(sənaye, 

nəqliyyat, rabitə, maliyyə xidmətləri və s.) 

məhdudlaşdırmaqla  özəl  təşəbbüskarlıq 

üçün  imkanları  genişləndirmək  mühüm 

əhəmiyyət kəsb edir.

Yeni  artım  yanaşmasının  maliyyələşmə 

mənbələrinin 

genişləndirilməsi 

islahatların  gündəliyində  duran  mühüm 

məsələlərdəndir.  İlk  növbədə,  dövlət 

və  özəl  maliyyələşmə  mənbələrinin 

imkanlarının  dəqiqləşdirilməsinə,  xarici 

investisiya  qoyuluşlarının  ciddi  şəkildə 

təşviq edilməsinə ehtiyac vardır.

Dövlət 

maliyyələşdirməsi. 



İlk 

növbədə  prioritet  inkişaf  sektorlarının 

müəyyənləşdirilməsi  lazımdır.  Bundan 

sonra,  həmin  sahələrə  Sahibkarlığa 

Kömək  Milli  Fondu  və  digər  maliyyə 

mənbələrinin  vəsaitləri  hesabına  sahəvi 

kreditləşməni reallaşdırmaq mümkündür.

Özəl yığımların investisiyaya yönəldilməsi. 

Biznes mühitinin yaxşılaşdırılması biznes 

və  ev  təsərrüfatlarının  yığımlarının 

investisiya 

şəklində 

iqtisadiyyatın 

inkişafına yönəldilməsinə imkan verə bilər.

Xarici 

maliyyələşmə 



mənbələrinin 

genişləndirilməsi.  Ölkədə  məhkəmə-

hüquq  islahatlarının  sürətləndirilməsi, 

qanunun  aliliyinin  təmin  edilməsi  xarici 

investorların  biznes  təşəbbüslərinin 

genişlənməsinə  təkan  verə  bilər.  Bu 

islahatların  aparılması  ilə  yanaşı, 

xaricdə  intensiv  şəkildə  investisiya 

yarmarkalarının  keçirilməsi,  prioritet 

sektorlara  investisiya  qoyuluşlarında 

müəyyən  imtiyazların  verilməsi  (daxili 

investorlarla  eyni  şərtlərlə)  yeni  artım 

yanaşmasının  xarici  mənbələr  hesabına 

maliyyələşdirilməsini asanlaşdıra bilər.

Yeni  artım  yanaşmasının  effektivliyinin 

təmin  edilməsi  üçün  iqtisadi  siyasətin 

və 

iqtisadi 



siyasət 

quruculuğu 

prosesinin  və  icrası  mexanizmlərinin 

daha 


da 

təkmilləşdirilməsinə 

və 

müasirləşdirilməsinə 



ehtiyac 

vardır. 


Bunun  üçün  aşağıdakı  islahatlar  tələb 

olunur:


Fiskal 

siyasətin 

səmərəliliyinin 

yüksəldilməsi.  Yeni  iqtisadi  yanaşmada 

fiskal siyasətin dominantlığını azaltmaqla 

ötürücülüyün 

yüksəldilməsi 

mühüm 


istiqamətlərdən biridir. Region ölkələri və 

əsas  ticarət  tərəfdaşları  ilə  müqayisədə 

rəqabətqabiliyyətli  qeyri-neft  sektorunun 

şaxələndirilməsi  büdcənin  vergitutma 

bazasının 

da 


genişləndirilməsini 

dəstəkləyə  bilər.  Bu  istiqamətdə  təxirə 

salınmadan optimal və rəqabətqabiliyyətli 

biznes  və  investisiya  imkanlarının 

genişlənməsinə  imkan  verən  çərçivənin 

qurulması  məsələsinə  baxıla  bilər. 

Digər  tərəfdən,  fiskal  idarəetmənin 

texnokratik çərçivəsinin təkmilləşdirilməsi 

baxımından kontr–tsiklik fiskal qaydaların 

tətbiqi,  şəffaflıq  və  hesabatlılığın,  dövlət 

investisiyalarının 

idarə 


edilməsinin 

keyfiyyətinin daha da yüksəldilməsi əsas 

prioritetlərdəndir.

Pul-məzənnə  siyasətinin  səmərəliliyinin 

yüksəldilməsi. Bu istiqamətdə ən mühüm 

çağırış  pul  siyasətinin  iqtisadiyyata 

ötürücülüyünün  yüksəldilməsidir.  Yüksək 

ötürücülüyün təmin edilməsi istiqamətində 

banklararası  pul  bazarının  qurulması, 

pul  siyasətinə  etimadın  yüksəldilməsi 

ilə  dollarlaşmanın  azaldılması,  iqtisadi 

gözləntiləri adekvat idarəetmə çərçivəsinin 

qurulması,  maliyyə  sabitliyi  siyasəti  ilə 

koordinasiyanın  daha  da  gücləndirilməsi 

tələb edilir.

Proqnozlaşdırıla  bilən  iqtisadi  siyasət 

modeli. 

İqtisadi 

siyasətin 

iqtisadi 

agentlər     tərəfindən     proqnozlaşdırıla     


7

bilməsi          adekvat            gözləntilərin      

formalaşmasına  və  bu  əsasda  rasional 

qərarların  qəbul  edilməsinə  imkan  verir. 

Bunun  üçün  iqtisadi  siyasət  orqanlarının 

gözləntilərin 

formalaşdırılması 

mexanizmlərini 

təkmilləşdirmək, 

ictimaiyyətə  ötürülən  informasiya  və 

təhlillərin  təsirini  əvvəlcədən  nəzərə 

almaq,  hökumət  daxilində  ictimaiyyətlə 

əlaqələrə koordinasiya olunmuş qaydada 

və  yüksək  diqqətlə  yanaşılmasını  təmin 

etmək lazımdır. Şəffaflıq və hesabatlılığın 

ən yüksək səviyyədə qurulması, bizneslə 

səmimi  əməkdaşlıq  münasibətlərinin 

möhkəmləndirilməsi  iqtisadi  siyasətin  və 

islahatların effektivliyini yüksəldəcəkdir.

Yüksək 


səviyyəli 

koordinasiyanın 

təmin  edilməsi.  Makroiqtisadi,  struktur 

siyasətinin  formalaşdırılması  və  icrası 

zamanı  qurumlar  arasında  koordinasiya 

institutunun 

möhkəmləndirilməsinə, 

effektivliyin  daha  da  yüksəldilməsinə 

ehtiyac vardır. Bu istiqamətdə Azərbaycan 

Respublikası Prezidentinin 15 iyul 2016-cı 

il tarixli Fərmanı ilə Maliyyə Sabitliyi Şurası 

yaradılmışdır.  Şuranın  fəaliyyətinin  daha 

da  genişləndirilməsi  iqtisadi  siyasətin 

səmərəliliyinin  yüksəldilməsinə  imkan 

verəcəkdir.

Yeni artım yanaşmasına keçid: səmərəli 

kommunikasiya

Mürəkkəb  iqtisadi  şəraitdə  və  iqtisadi 

islahatların reallaşdırılması prosesində ən 

arzuolunmaz vəziyyətlərdən biri də iqtisadi 

agentlərdə  (investor  və  istehlakçılar) 

qeyri-  adekvat  gözləntilərin  olması  və 

bunun  da  təsiri  altında  qeyri-rasional 

iqtisadi qərarların verilməsidir.

Neftin  qiymətlərində  kəskin  ucuzlaşma, 

eyni 


zamanda, 

Azərbaycan 

Respublikasının  əsas  ticarət  tərəfdaşı 

olan  ölkələrdə  ciddi  iqtisadi  və  maliyyə 

böhranlarının  baş  verməsi  ölkədə 

iqtisadi  agentlər  arasında  psixoloji 

gərginliyə  səbəb  olmuşdur.  Psixoloji 

gərginliyin  yüksəlməsinin  səbəblərindən 

biri  və  bəlkə  də  ən  əsası,  makroiqtisadi 

siyasətin 

kommunikasiyasında, 

eləcə 


də 

adekvat 


gözləntilərin 

formalaşdırılması 

mexanizmlərində 

mövcud  olan  çatışmazlıqlardır.  Siyasət 

orqanlarından 

iqtisadi 

agentlərə 

adekvat  informasiya  axınının  olmadığı 

mühitdə  informasiya  boşluğu  yaranır 

və  bu  da  möhtəkirlərin  vəziyyətdən 

öz  maraqları  çərçivəsində  istifadə 

etməsinə,  spekulyasiyaları  artırmaqla 

gəlirlərini  maksimallaşdırmasına  imkan 

verir.  Nəticədə,  həm  biznes,  həm  də  ev 

təsərrüfatları  spekulyasiyalar nəticəsində 

üzləşdikləri 

zərərin 

məsuliyyətini 

möhtəkirlərdən daha çox  iqtisadi  siyasət 

orqanları üzərinə qoyur, həmin qurumlara 

olan  etimad  azalır.  Lakin  diqqətdə 

saxlamaq  lazımdır  ki,  müasir  iqtisadi 

münasibətlərdə  ən  mühüm  dəyərlərdən 

biri  yüksək  etimaddır.  Məhz  yüksək 

etimad  gələcək  uğurlu  iqtisadi  islahatlar 

üçün ən mühüm şərt hesab edilir.



Yüklə 4,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə