Tələbə: Sinan Vəlizadə İXTİSAS: Tikinti İqtisad QRUP: 763 a3 Tedris ili: 2023-2024 FƏNN: İKT- baza Kompüter bilikləri SƏRBƏST İŞ MÖVZUSU: 1.Komputerin əsas qurğuları, xarakteristikaları 2. İnformasiya texnologiyaları sahəsində yeniliklər 3. Mövqeli və mövqesiz say sistemləri, 2-lik, 8-lik, 16-lıq say sistemində verilən ədələr üzərində əməliyyatlar 4. Komputerin proqram təminatı MÜƏLLİMƏ: Kəlbiyeva Solmaz
Bakı-2023
Mündəricat
Giriş…………………………………………………………3
Komputerin əsas qurğuları və xarakteristikaları………...…..4
İnformasiya sahəsində yeniliklər……………………..……..9
Mövqeli və mövqesiz say sistemi……………….………….11
Komputerin proqram təminatı……………..………….……13
Nəticə……………..………….……………………………..15
İstifadə olunan ədəbiyyat siyahısı…………………………..16
Plan Komputerin qurğuları
Say sistemləri
Komputerin priqram təminatı
Giriş
Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir. Kompüterlər milyardlarla digər kompüterləri və istifadəçiləri birləşdirən interneti gücləndirir.
Kompüter ilə əlaqədar anlayışlar bunlardır:
Kompüter sistemi – müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunu nəzərdə tutur;
Kompüter verilənləri – faktların, məlumatların və ya anlayışların kompüter sistemində, o cümlədən kompüter sistemində hər hansı funksiyanın həyata keçirilməsini təmin edən proqram vasitəsilə emal üçün yararlı olan istənilən təqdim formasını nəzərdə tutur;
Xidmət provayderi – xidmətlərinin istifadəçilərini kompüter sistemi vasitəsi ilə məlumat mübadiləsi imkanı ilə təmin edən istənilən dövlət və ya özəl qurum və bu cür rabitə xidməti və ya onun istifadəçilərinin adından kompüter verilənlərinin işlənməsi və ya saxlanılmasını həyata keçirən istənilən digər qurum nəzərdə tutur;
Trafik verilənləri – kompüter sistemi vasitəsilə ötürülən və müvafiq rabitə zəncirinin tərkib hissəsi olan kompüter sistemlərində yaradılan informasiya ilə əlaqəli olan və informasiyanın mənbəyi, təyinatı, marşrutu, vaxtı, tarixi, həcmi, davamlılığı və ya əsas xidmətin növünü göstərən kompüter verilənlərini nəzərdə tutur.