Qrup: 409. 18 Müəllim: Quliyev Fuad



Yüklə 1,41 Mb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#39991
  1   2
BİE Qasımbəyova Nərgiz 409.18

  • Tələbə: Qasımbəyova Nərgiz
  • Fakultə: İqtisadiyyat və Menecment
  • Qrup: 409.18
  • Müəllim: Quliyev Fuad
  • Fənn: Biznesin İdarə Edilməsi
  • Mövzu: Müştərək biznes fəaliyyətinin səmərəliliyi

Plan:

Müştərək biznesin müasir vəziyyəti və perspektivləri

Müştərək sahibkarlığa invesyisiya qoyuluşunun iqtisadi səmərəliliyi

Bazar münasibətləri şəraitində müştərək sahibkarlıq

İqtisadi inteqrasiya kapitalların birləşdirilməsi, istehsal-texniki əlaqələrin gücləndirilməsi, resurslardan birgə istifadə, əldə olunan idarəetmə təcrübəsinin bölüşdürülməsi və s. kimi məsələləri özündə cəmləşdirən iqtisadi prosesdir. İqtisadi inteqrasiya həm ayrı-ayrı dövlətlər, həm də bu dövlətlərin müəssisə və firmaları səviyyəsində təzahür edir. İqtisadi inteqrasiya nəticəsində formalaşan istehsalın beynəlxalq kooperasiyasının geniş yayılmış formalarından biri də müştərək müəssisələrdir. Milli iqtisadiyyatın formalaşması və inkişafı, beynəlxalq iqtisadi əməkdaşlığın, onun mühüm forması olan müştərək sahibkarlığın genişləndirilməsini obyektiv zərurətə çevirməkdədir. Beynəlxalq təsərrüfat əlaqələrinin formalaşmasında, milli iqtisadiyyatların dünya iqtisadiyyatına sıx inteqrasiya olunmasında müstəsna rol oynayan müştərək sahibkarlıq fəaliyyəti özbaşına və idarə olunmaz proses kimi baş vermir və o əslində dövlətin iqtisadi siyasətinin önəmli istiqaməti , bir qolu kimi çıxış edir.

Bazar münasibətləri şəraitində müştərək sahibkarlıq

Qərb ədəbiyyatlarında müştərək müəssisə beynəlxalq əməkdaşlığın çoxcəhətli formalarına daxil olmaqla istehsal fəaliyyətinin təşkilinin xüsusi hüquqi forması kimi səciyyələndirilir və onların aşağıdakı səciyyəvi xüsusiyyətləri göstərilir:

Müştərək müəssisə iki və daha çox tərəflərin aktivlərinin qismən bölüşdürülməsi, yaxud tərəfdaşlardan hər birinin öz kapital payını qoyması yolu ilə yaradılır və bu zaman tərəflər arasındakı kapital qoyuluşu adətən uzunmüddətli olur

Müştərək müəssisə istehsal, ticarət, maliyyə, elmi-tədqiqat fəaliyyəti ilə məşğul ola bilər

Müştərək müəssisələrin idarə edilməsi zamanı tərəfdaşlar arasında idarəetmə ilə bağlı məsuliyyət və risklər bölüşdürülür və bu zaman mənfəət və sahibkarlıq riski tərəfdaşlar arasında onlardan hər birinin kapital qoyuluşunda payına müvafiq olaraq bölüşdürülür

Müştərək sahibkarlıq iştirakçıların fəaliyyətinin yalnız bir hissəsini əhatə edir

Müştərək sahibkarlıq dedikdə tərəfdaşların əsas və dövriyyə kapitalının birləşdirilməsi, məhsul istehsalı, xidmət göstərilməsi nəticəsidə əldə olunan gəlirlərin bölüşdürülməsi, müəssisənin idarə olunması və onun fəaliyyəti ilə baglı risklərin bölüşdürülməsi əsasında yaradılan sahibkarlıq forması başa düşülür.

Bir sıra iqtisadçılar müştərək müəssisə anlayışına müxtəlif mövqelərdən yanaşırlar. Araşdırmalar göstərir ki, «müştərək müəssisə» məfhumu hələ XVI və XVII əsrlərdə İngiltərədə ticarətlə məşğul olan «Mercant Vencers», «Centelmen Advencers» birliklərinə şamil edilmişdir.

Qərb ədəbiyatlarında adətən müştərək müəssisə anlamında iki termin işlədilir: “joint venture” və “mixed company”.

“Joint venture” Azərbaycan dilində “müştərək müəssisə” mənasını verir və birgə fəaliyyətin müxtəlif formalarını, o cümlədən firmalararası müqavilə əlaqələrini də özündə əks etdirir.

“Mixed company” isə Azərbaycan dilində “birgə müəssisə” mənasını verir və məzmununa görə “müştərək müəssisə” ilə eynidir. Eyni zamanda, araşdırmalardan aydın olur ki, “joint venture” və “mixed company” anlayışları mülkiyyət formasına görə müəyyən fərqə malikdir.

Müştərək müəssisələr, onların xaraktrik xüsusiyyətləri bir sıra nüfuzlu təşkilatlarv tərəfindən də araşdırılmış onların mahiyyətinə dair müxtəlif yanaşmalar irəli sürülmüşdür. Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyası

tərəfindən müştərək müəssisələr aşağıdakı kimi təsnifləşdirilmişdir:

-sahibkarlıq fəliyyəti göstərmək üçün tərəflər arasında ikitərəfli sazişin

bağlanılması,

- qarşıya qoyduqları məqsədlərinə çatmaq üçün tərəflərin öz pul vəsaitlərindən, idarəetmə təcrübəsindən birgə istifadəsinin təmin olunması,

- məqsədlərə nail olmaq üçün müstəqil idarəetmə orqanının yaradılması,

- istər qazancın istərsədə itkilərin tərəflərin qoyduqları paya uyğun faiz

nisbətində bölüşdürülməsinin təmin olunması və s.

Müştərək sahibkarlığın inkişafı ölkəyə böyük həcmdə investisiya cəlb eyməyə, xarici tərəfkeşin bazarından faydalanmağa, iqtisadiyyatda diversifikasiya probleminin

həllinə kömək edir.

Müştərək müəssisənin sosial-iqtisadi mahiyyəti tərəfdaşların texnoloji və emosional əməkdaşlığı ilə müəyyən olunur. Əməkdaşlığın texnoloji tərəfi tərəfdaşların birgə sərmayə qoyuluşlarında öz əksini tapır. Xarici investor müştərək müəssisənin yaradılması üçün adətən yeni texnika və texnologiya, ixtisaslı kadrlar, uzunmüddətli kreditlər cəlb edir, milli investor isə torpaq sahəsi verir, işçi qüvvəsi, tikinti materialları və xammalı cəlb edir.

Əməkdaşlığın emosional tərəfi isə müəssisənin səmərəli fəaliyyəti üçün

tərəfdaşların səylərini birləşdirməsində öz əksini tapır.

Müştərək müəssisəni yaradan tərəflərin məqsədləri üç əsas kateqoriyaya bölünür

zəruri istehsal resursların əldə olunması;

bazar motivləri

riskin bölüşdürülməsi


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin