TƏQDİMAT
Mövzu: Mədəni nitqdə istifadə olunmayan söz qrupları
Qrup: 650.21
Fənn:Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: Qasımova Sədaqət
Tələbə:
Mədəni nitq yaxud nitq mədəniyyəti- bunlar bir vəhdət təşkil edir. Gözəl, mədəni nitq ünsiyyət körpüsüdür. Bu nitqə sahib olmaq üçün isə bu körpünün təməli möhkəm olmalıdır. Körpü dedikdə dilimizin bütün normalarını, danışığımızın, nitqimizin intonasiyasını, tempini, tembirini və s. nəzərdə tuturuq. Bundan başqa bura vurğunu, fasiləni, melodiyanı əlavə edə bilərik.
Nitqin əsas keyfiyyətləri haqqında yığcam bir şəkildə aşağıdakıları qeyd edə bilərik:
1)Nitqin aydınlığı: Nitqin aydınlığı üçün başlıca amil danışanın eləcə də oxuyanın, yazanın nitq obyekti haqqında mükəmməl məlumata malik olmasıdır. Natiq haqqında danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək üçün müvafiq dil vasitələri də tapa bilər. Bəhs olunan mövzular, hadisələr, əhvalatlar və s. barədə dərin, həm də ətraflı biliyə malik olan natiqlər daha maraqla dinlənilir, onların şərhində heç bir dolaşıqlıq, zidd fikirlər müşahidə olunmur. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq danışır və yazır, işlədilən hər bir sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun nə dərəcədə yararlı olduğunu aydın təsəvvür edirlər. Bu amillərdən biri də diksiyadır.
2) Nitqin yığcamlığı.Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur.
3) Nitqin təmizliyi: Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir. Bu o deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və s.) nitqdə işlədilməməlidir. Nitqin təmizliyi digər mədəni keyfiyyətlər kimi, danışanın təhsili, mədəniyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır.
Dostları ilə paylaş: |