Qrup: am-204 Müəllim: Cəfərova Səbinə Tələbə



Yüklə 20,01 Kb.
səhifə2/2
tarix01.01.2022
ölçüsü20,01 Kb.
#50272
1   2
Giriş
Üçqat inteqral(3)
Sparta tərbiyə sistemi:Qədim yunan filosofu Aristotelə görə,Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas yer tuturdu.Putarx yazirdi ki,”yeni doğulan uşaqları ağsaqallar nəzərdən keşiridi.Əgər uşaq möhkəm və ahəngdar quruluşda olardısa onu tərbiyə üçün atasına qaytarar, zəəif və eybəcər uşqları Tayqet yanındakı uçurumdan atardılar.Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar.Lakin sonralar dövlət gənc nəslin tərbiyəsini öz üzərinə götürdü.bu tərbiyə 3 mərhələni əhatə edirdi: a)7 yaşından 14 yaşınadək; b)14 yaşından 20 yaşınadək; c)20 yaşından 30 yaşınadək; Dövlət tərbiyə müəsissəsi olan məktəbə aqellam deyilirdi. Bu məktəblərin rəhbərliyinə hakimiyyətə məlum olan adamlar təyin olunurdu ki, onlarada pedanom deyilirdi. Birinci mərhələdə uşaqlar pedanomun- tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar. Onlar birlikdə yaşayır birlikdə oxuyur yazırdılar. Fiziki hazırlığa isə xüsusi yer verilirdi, belə ki, oğlanların bədəni möhkəmləndirilir, habelə onlara soyuğa aclığa, ağrılara və susuzluğa tab gətirmək aşılanırdı.Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi nəğmə məşğələləri də əlavə edilirdi. Gənclərin əxlaqi siyasi-tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi.12 yaşına çatmışların fiziki tərbiyəsi dahada sərtləşdirlirdi. Tərbiyə prosesində cəza tətbiq olunsada bu rəmzi xarakter daşıyırdı. Məsəlçün günahkarın baş barmağını dişləyirdilər. 14 yaşlı oğlanları eyrənə müəyyən vətəndaşlıq hüququna malik icma üzvunə qəbul edirdilər. Eyrənlər pedanomları köməkçiləri idilər və bir il ərzində spartalıların hərbi dəstələrinə sınaq keçirdilər. Spartada tərbiyə ənənələri daha şox avtoritar xarakter daşıyırdı sərt fiziki və hərbi tərbiyə əsas yer tutur, savad təliminə, təhsilə isə kifayət qədər diqqət yetirilmirdi. Spartada mükəmməl şəxsiyyət dedikdə fiziki cəhətdən möhkəm döyüşçü nəzərdə tutulurdu. Afina tərbiyə sistemi Spartadakından əsaslı sürətdə fərqli idi. Afinada uşaqlar 7 yaşa qədər ailədə təhsil alırdılar. Bundan sonra oğlan uşaqları məktəbə gedir, qızlar isə tərbiyələrini ailədə davam etdirirərək, ev işlərinə alışdırılırdılar. Afinada uşaqlar 7 yaşdan 13-14 yaşa qədər qrammatik və kifara-musiqi məktəblərində təlim alırdılar. Bu iki məktəbdə təlim ya məvazi surətdə, yaxud da əvvəlcə qrammatik, sonra isə kifara məktəbində aparılırdı və pullu olurdu. Aşağı təbəqənin (demosun) uşaqları orada müstəsna halda oxuya bilirdilər. Uşaqları didaskal- müəllim oxudurdu. Qrammatika məktəblərində oxu yazı hesab öyrədilir əlifba təlimi hərf- heca üsulu ilə aparılırdı. Yazı mum şəkilmiş taxta üzərində aparılırdı. Kifara məktəbində uşaqlara musqi, nəğmə, bədii qiraət öyrədilirdi. Elmi bilik elementlərini özündə birləçdirən ədəbi və musiqi təhsili verilirdi. Oğlanlar 13-14 yaşlarında palestra adlanan məktəblərdə oxumağa davam edir, fiziki təmrinlərlə ciddi məşğul olurdular.Onlara 5 bacarıq- qaçmaq, hoppanmaq, güləşmək, ox atmaq, üzmək öyrədilirdi.” İdeal vətəndaşlıq məktəbini”- kifara (musiqi) və palestranı (gimnastika) bitirənlər üçün təhsilin növbəti pilləsi –gimnasi (sonralar gimnaziya) hesab olunurdu. B.e.ə V-IV əsrlərdə Afinada 3 belə gimnasi var idi: akademiya, likey, kinosarq. Bu məktəblər humanitar istiqamətli idi. Şumer-akkad mədəniyyəti qədim Şərq mədəniyyətinin bir nümunəsidir. Şərqin isə mədəniyyət beşiyi olması şübhəsizdir. Elə bu səbəbdəndir ki, R.Vinter haqlı olaraq yazır: “Şübhəsiz ki, Şərq yəni bütün Ön Asiya, uzun müddət orjinal sayılmış, Avropa isə onun üzünü köşürmüş şagirddir.” B.e.ə III minillikdən əvvəl yaranan və b.e 100-cü ilinə qədər bir-birini əvəz edən dövlətlər (Şumer, Akkad, Babil və.s) kifayət qədər sabit və davamlı mədəniyyətə malik idilər. Amerikan alimi Samuel Kramer qədim mənbələrə əsaslanaraq qəti hökm verir ki, tarix Şumerden başlanır. İlk yazı növləri piktoqrafiya və heroqlif qədim şərqlilərə məxsusdur. Qədim şumerlər, hindlilər, elamlar piktoqrafik yazı sistemini yaratmış və bundan təsərrüfat hesabı aparmaq üçün istifadə etmişlər. Məktəblər təhsil verməklə yanaşı, həm də dəfətərxana funksiyasını yerinə yetiridilər.S.Kramerin yazdığını görə, Çumer məktəbi mixi yazının meydana gəlməsi nəticəsində təzahür edir. Şumerdə təhsilin ocağı məktəb idi. Şumer məktəblərində təlimin əsas məqsədi sənət öyrətməkdən ibarət idi. Bu məktəblərdə mirzələr harzılanırdı. Məktəbdə mixi yazı sistemi və əsas riyazi biliklər öyrədilirdi. Şagirdlər şumer-akkad dillərini yaxşı bilməli, ədəbi əsərlərin üzünü köşürməyi bacarmalı idi. Onlara eyni zamanda ilahiyyat, coğrafiya, nəbatət, zoologiya, mineralogiya, qrammatika ilə bağlı savad verilirdi. Məktəb “kitabələr evi” adlanırdı. Məktəbə “kitabələr evinin” atası- müəllim başçılıq edirdi.Şərq xalqlarının ictamai pedaqoji və fəlsəfi fikrinin inkişafında dünya ədəbiyatının ilk şah əsəri sayılan “Bilqamis”dastanı mühüm yer tutur.Dastan b.e.ə III minillikdə qədim Şumer dilində şifahi şəkildə yaranmış, II minillikdə akkad dilind gil lövhələrə köçürülmüşdü. Qədim Misirdə məktəb təhsili ilə bağlı ilk məlumatlar b.e.ə III minilliyə təsadüf edir. Qədim Misirdə məktəb və tərbiyə işi uşağı, yeniyetməni, gənci həyata hazırlamağa, onları yaşlılar aləminə daxil etməyə yönəlmişdi. Min illər boyu Nil vadisində şəxsiyyətin müəyyən psixoloji tipi formalaşmışdı. Öz fikrini müxtəsər söyləyən, taleyin məhrumiyyətlərinə və əzabalarına dözməyi bacaran insan misirlilərin idealı hesab edilirdi. Bu ideal insanların əsas kriteriyalarından biri də onların yaxşı təlim alması və tərbiyəli olması hesab olunurdu. Qədim Misir yazısı b.e.ə IV minilliyin sonunda meydana gəlmişdir. Misir yazı növü piktoqrafik – yəni, şəkli yazı adlanırdı. Heca bildirən işarələr vasitəsilə cümlələr tərtib olunurdu. Bu yazı işarələri hələ qədimdə heroqlif, yəni müqəddəs işarələr adlandırılmışdı. Qədim misirlilər heroqlifləri da, ağac, dəri, heyvan sümükləri üzərində yazırdılar. Sonralar papirus əsas yazı materialına şevrildi. Bu ağacın enli yarpaqları bir-birinə calanırdı və onun uzunluğu 45 metrə çatırdı. Daş, ağac, dəri, üzərində yazı zamanı heç bir dəyişiklik olmasada, papirusların üzərində heroqliflərin çəkli xeyli dəyişirdi. Bu heratik yazı adlanırdı. Heratika vasitəsilə ədəbi və elmi əsərlər tərtib olunurdu. Burada yüksək təhsil verən müəsisələr də var idi buna Həyat məktəbi deyilirdi.Tədris müəsisələrində kanalların çəkilməsi, məbədlərin, pramidaların tikintisi, məhsulun miqdraının müəyyənləşdirilməsi üçün hesablama işləri aparmaq, xüsusilə Nilin daşmasını proqnozlaşdırmaq məqsədi ilə istifadə edilən astronomik hesablamalar üçün zəruri olan biliklər öyrədilirdi. Qədim Misirdə təhsilə yiyələnmək çoxlu zəhmət tələb edirdi. Misirdə ilk məktəb b.e.ə III minillikdə fironların yanında yaranmışdır ki, burada da gələcək mirzələr təhsil alırdı. Sonralar məbədələrdə, b.e.ə II minillikdə isə iri dövlət müəssislərinin nəzdində məktəblər təşkil olundu. Hakim qrupların inhisarında olan məktəblər iki cür idi: 1) Saraylarda kahinlər və yaxud ən yüksək imtiyazlı adamlar üçün olan məktəblər; 2) Xırda məmurlar hazırlayan məktəblər Qədim türklər uşaqlarını 3 inam üzərində tərbiyə edirdilər: təbiət qüvvələrinə inam; at kultu; Göy tanrıya inam. Uşaqlar kiçik yaşlarından ailədə əməyə alışdırılırdı. Uşaqların təlim- tərbiyə alması üçün xüsusi müəsisələr yox idi. Hər kəs öz peşəsini övladına öyrədirdi. Milli peşələrə xüsusi diqqət yetirilirdi. Hətta bunun üçün xüsusi təlimatda hazırlanmışdı. Bu təlimata görə peşə öyrətməkdə vicdansızlığa, əliəyriliyə, yalançılığa yol verənlər xəbərdarlıq, töhmət, müvəqqəti və yaxud ömürlük öz sənəti ilə məşöul olmaöı qadaöan etmək kimi cəzalar verilirdi.Türk dilli xalqların islamiyyətdən öncə Orxon əlifbası və ya Göytürk əlifba və yazısı da olmuşdur.Qədim türk əlifbası türk xalqalarının, təbii ki, həm də Azərbaycan-Türk xalqının əcdadlarının yaratdığı ilk əsl sistemli milli əlifbasıdır. İslamiyyətdə tərbiyə. Müsəlmanlar qədim mədəniyyətə malik xalqlarla yaxınlaşdıqca islam dünya mədəniyyətinin nailiyyətlərinə yaradıcı mövqedən yanaşaraq həyatın bütün sahələrində böyük nailiyyətlər əldə etdi. İslam dinin yaratdığı mədəniyyətdə elmə və elmi axtarışlara böyük əhəmiyyət verilirdi. Orta əsrlərdə islam mədəniyyəti Avropa mədəniyyətini xeyli keşmiçdi. Bu məsələdən bəhs edən tanınmış fəlsəfə tarixçisi Z.Məəmədov yazırdı; “Orta əsrlərdə Qərb ölkələrində - xristian aləmində din ictimai şüurun digər formaları üzərində hakim kəsildiyi, fəlsəfə “ sxolastikanın kənizinə” çevrildiyi bir vaxtda müsəlman Şərqində yüksək səviyyəli elmi fəlsəfi təlimlər vardı” Qərbdə dünyəvi elmlərin qadağan edildiyi, yalnız dini elmlərin öyrənildiyi bir dövrdə Şərq intibahı Qərbə ciddi təsir göstərmişdir. Ungilis Şərqşünası alimi U.M.Uott “Orta əsr Avropasına islamın təsiri” kitabında bu mərhələyə yüksək qiynət verərək yazırdı ki, Şərq alimlərinin tədqiqtları olnmasaydı, Avropada elm və fəlsəfə belə sürətlə inkişaf edə bilməzdi. Məhəmməd Peyğəmbərin (ə.s) və onun ilk varisləri olan dörd xəlifənin- Əbubəkrin (632-634 illər), Ömərin (634-644) Osmanın və Həzrəti Əlinin (ə) (656-661) hakimiyyəti dövründə islamın yayıldığı ərazilərdə elə bir mədəniyyət sistemi yaranmışdı ki, burada hər şey ilahiyyat, siyasət, hüquq məişət, elm, ıxlaq din və incəsənət qarşılıqlı əlaqədə idi. Məscidlər də islamın ilk dövrlərində meydana çıxan təlim-təbiyə mərkəzləri idilər.Məscid həm ibadət yeri, həm bilik alınan yer, həm də müsafirxanə,həm də bir qəraragah idi.Məscidərin nəzdində “məktəb” və ya”kuttab” adı altında ibtidai təhsil mərkəzləri icad edilməsinə səbəb oldu.Məscidlərdə tələbələrin öyrənmələri üçün müəllimin etrafına toplandıqları yer Həlqə adlanırdı.Tədris üsuluna da Həlqeyi-tədris deyilirdi.Həlqədə 20 nəfərə qədər adam olurdu. “Məktəb” ərəbcə “ketb” kökündən əmələ gəlmişdir. Mənası “yazmaq” deməkdir.VIII-IX əsrlərdə Azərbaycanda məktəblər tədricən yayılmağa başladı.Zərdüşt və Alban məktəbləri yerinə İslam təmayüllü məktəblər açılır.Mövcud Əlifbaların yerinə ərəb əlifbası və yazısı daxil olurdu.Məktəblər əsasən ibtidai təhsil veriridiş Yazı və oxu müəllimi ayri idi. İslam təlim və tərbiyəsinin əsas məqsədi kamil bir insan yetişdirməkdir.Elə bir insan ki,təkcə vətənində deyil, dünyanın harasında olur olsun, yüksək insani keyfiyyətlərə malik olsun.İslamda uşağın tərbiyəsi baxımından onun inkişafı iki dövrə yrılır: 1)tədbiri dövr; 2)tətbiqi dövr; Tədbiri dövr uşağın ana bətni dövrünü, doğuşuna qədər olan dövrü əhatə edir.Tətbiqi dövr doöuşdan olümə qədər olan dövrdür.Doğuşdan sonrakı mərhələni beş əsas dövrə- uşaqlıq,yeniyetməlik, cavanlıq,yetkinlik və qocalıq dövrlərinə bölmək olar.Məhəmməd Peyğəmbər (s)insanın kamilləşmə prosesini üç mərhələyə 7-7 yaş dərəcələrinə ayırmış və demışdi:övlad öz həyatının birinci 7 ilində şah, ikinci 7 ilində nökər,müti üçüncü 7 ilində məsləhətçi, məsul şəxs hesab olunur.Hz. Məhəmməd buyurur:”Qoy sənin övladın yeddi il oynasın, sonrakı yeddi ili də ədəb öyrənsin, tərbiyə alsın və sonra özünün müşavirin və yoldaşın hesab et.”
Yüklə 20,01 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə