R. M. Belbin tərəfindən təklif edilmişdir. Öz işini səmərəli qurmaq istəyən hər bir layihə komandasında, onun say tərkibindən asılı olmayan aşağıdakı 8 rollar yerinə yetirilməlidir


Kommunikasiyalar sisteminin planlaşdırılması



Yüklə 53 Kb.
səhifə2/2
tarix11.05.2022
ölçüsü53 Kb.
#57562
1   2
Kommunikasiyalar sisteminin planlaşdırılması. Kommikasiyaların təlabatlarını öyrənmək və sistem strukturunun təsviri üçün adətən aşağıdakı məlumat tələb olunur:

- layihənin təşkilinin məntiqi strukturu və məsuliyyət matrisi, layihə iştirakçılarının informasiya təlabatı, layihə iştirakçılarının fiziki struktur bölgüsü, layihənin xarici informasiya təlabatı.

Layihə iştirakçılarının arasında informasiya bölgüsü texnologiya və ya metodları layihənin parametrlərindən və nəzarət sistemi tələblərindən asılı olaraq xeyli fərqlənə bilər. Qarşılıqlı təsir texnologiyalarının seçilməsi layihə müvəffəqiyyətinin aktual göstəriciləri və ya ətraflı təsviri, texnologiyanın sadəliyi və heyətin ixtisaslı olması dərəcəsindən asılıdır.

Kommunikasiyanın idarə edilməsi planına aşağıdakılar daxildir:

❃ informasiya mənbəyi və onun alınması metodları təyin edilən informasiyanın toplanılması planı;

❃ informasiya istehlakçılarına informasiyanın çatdırılması metodları və təyin edilən informasiya bölgüsü planı;

❃ formatı, məzmunu, ətraflılıq səviyyəsi və işlənən təriflərin daxil olunması ilə hər bir alınacaq və ya veriləcək sənədin ətraflı təsviri;

❃ cədvəl və əlaqəli təsir tezliyi;

❃ kommunikasiyalar planına dəyişikliklərin daxil edilməsi metodu.

Layihənin təlabatlarından asılı olaraq kommunikasiyalar planı bir qədər az və ya bir qədər çox ümumi şəkildə formalaşdırıla, dəqiqləşdirilə və ya təsvir edilə bilər. Kommunikasiya planı layihə planının tərkib hissəsidir.

İnformasiyanın toplanılması və bölgüsü layihə çərçivəsində müxtəlif növ kommunikasiyaların həyata keçirilməsi tələbatı yaranır:


  1. Daxili (layihə komandasının daxilində) və xarici (şirkət rəhbərliyi, sifarişçi, xarici təşkilatlarla və s.);

  2. Formal (hesabatlar, sorğular, müşavirələr) və qeyri-formal (xəbərdarlıq, müzakirələr);

  3. Yazılı və şifahi;

  4. Şaquli və üfiqi.

Avtomatlaşdşrılmış metodlar əlaqəli təsirin səmərəliliyini artırmaq üçün kompüter texnologiyalarının və müasir rabitə vasitələrinin istifadəsini nəzərdə tutur.

Tərəqqinin qiymətləndirilməsi və təsviri əldə edilmiş nəticələr barəsində göstəricilərin toplanılması və işlənilməsi prosesləri və hesabatlarda işlərin vəziyyətinin informasiyasının əks etdirilməsi, işlərin əlaqələndirilməsi, operativ planlaşdırılma və i/e üçün zəmin yaradır. Bir çox planlaşdırma metodları və təqvim iş qrafikinin idarə edilməsi kompüterdən istifadəni nəzərdə tutur. Hal hazırda bazarda böyük sayda proqram paketləri, avtomatlaşdırıcı planlaşdırma funksiyası və işlərin yerinə yetirilməsinin təqvim qrafikinin nəzarəti təqdim edilmişdir.

Bu paketlərin əsasını şəbəkəli planlaşdirma və kritik yol təhlili metodları təşkil edir. Bundan əlavə, layihə xərclərinin planlaşdırılması və nəzarəti üçün xüsusi paketlər müvcuddur.

İşlərin gedişinin sənədləşdirilməsi. İşlərin gedişində nəticələrin sənədləşdirilməsinə aşağıdakılar daxildir:

◈ son göstəricilərin toplanılması və verifikasiyası;



◈ layihənin nəticələrinə nail olma dərəcəsi, görülən işlərin səmərəliliyinin təhlili və nəticələri;

◈ lazım gəldikdə nəticələrin istifadəsi məqsədi ilə arxivləşdirilməsi.
Yüklə 53 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə