Lənkəran bölgəsində iqlim dəyişikliyinin əsas xüsusiyyətləri Açar sözlər: orta illik tempratur, iqlim dəyişilmələri,antropgen amillər, XX əsrin ortalarından başlayaraq ətraf mühitə göstərilən antropogen təsirlərin miqdarı artan xətlə inkişaf etmiş və son onilliklər isə təbiət üçün ciddi təhdidə çevrilmişdir. Ətraf mühitə göstərilən təsirlərin yaratdığı neqativ hallardan biri iqlimdə baş verən dəyişikliklərdir. Müxtəlif ixtisaslı şəxslərin həyacan təbili çalmasına baxmayaraq ətraf mühit göstərilən neqativ təsirlərin miqdarı azalmamışdır, əksinə artmaqda davam etmişdir. Ona görə də hal-hazırda bütün dünyada iqlim istiləşməsi prosesi getməkdədir. Artıq dünyanın elə bir bölgəsi qalmayıb ki, iqlimin istiləşməsi nəticəsində baş verən neqativ təsirlərə məruz qalmasın. İqlim dəyişmələri ölkəmizdə də baş verir. Azərbaycan Respublikasının müxtəlif bölgələri, o cümlədən, Lənkəran bölgəsidə iqlim dəyişmələrinin təsirinə məruz qalmışdır. Xəzər dənizinin səviyyəsinda baş verən tərəddüdlər (yəni səviyyənin artması və azalması), çayların daşması, sellərin baş verməsi, mövsümlərə uyğun olmayan temperatur anomaliyaları və s. bunu sübut edir. Məsələn, Xəzərin səviyyəsinin 1978-1995-ci illərdə artması nəticəsində Lənkəran bölgəsinin sahil ərazilərinin bəzi hissələri su altında qalmışdır. Müasir dövrdə Xəzərin səviyyəsinin aşağı düşməsi prosesi gedir ki, bu da sahilyani ərazilərin quraqlaşmasına, orda mövcud olan təbii landşaftların pozulmasına gətirib çıxardır.
Qeyd etdiyimiz kimi, Respublikamızda da iqlim dəyişiklikləri müşahidə olunmaqdadır. Azərbaycan Respublikasının cənub bölgəsində Lənkəran təbii vilayəti üçün xarakterik olan iqlim göstəricilərində (temperatur və yağıntıların miqdarı) bu xüsuilə nəzərə çarpır. Lənkəran təbii vilayətinin temperatur normalarını (2018-2022-ci illər) nəzərdən keçirdikdə görürük ki, 2018-ci ildə orta aylıq temperatur normaları 5.30C-27.70C aralığında dəyişmişdir. Orta illik temperatur isə 15.20C-yə bərabər olmuşdur. 2019-cu ildə orta aylıq temperatur normaları 5.80C-26.00C aralığında dəyişmişdir. Orta illik temperatur isə 15.550 C-yə bərabər olmuşdur. 2020-ci ildə orta aylıq temperatur normaları 4.80C-26.00 C aralığında dəyişmişdir. Orta illik temperatur isə 15.50C olmuşdur. 2021-ci ildə orta aylıq temperatur normaları 5.20C-27.00C aralığında dəyişmişdir. Orta illik temperatur isə 15.750C olmuşdur. 2022-ci ildə (oktyabra qədər) orta aylıq temperatur normaları 5.50C-25.50C aralığında dəyişmişdir. Orta illik temperatur isə 16.60 C olmuşdur.
Cədvəl 1.
Lənkəran təbii vilayətində temperaturun dəyişilməsi dinamikası (2018-2022)