AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ
Fakültə: Biznes və menecment
İxtisas: İnformasiya texnologiyaları
Kafedra: Ali riyaziyyat
Fənn: Proqramlaşdırma
Mövzu: Dəyişənlər
Referat
Kurs: 1
Qrup: 1022A
Elmi rəhbər: Nəbiyeva Cəmalə
Tələbə: Qasımova Aişə
Giriş
Dəyişən (variable) – proqramlaşdırmada: proqramın yerinə yetirilməsi zamanı dəyişən, müəyyən tip verilənləri özündə saxlayan adlı yaddaş sahəsi. Məsələn, “check” adlanan dəyişən 12 ədədini özündə saxlaya bilər, ancaq proqram istənilən anda həmin qiyməti dəyişə bilər. Proqramlaşdırma dillərinin əksəriyyəti dəyişən konsepsiyasını dəstəkləyir. Proqramda dəyişəndən istifadə etmək üçün onu aşkar, yaxud qeyri-aşkar elan etmək – identifikator mənimsətmək və tipini göstərmək lazımdır. Dəyişənin tipi onun hansı mümkün qiymətləri ala biləcəyini və onun üzərində hansı əməliyyaların aparıla biləcəyini müəyyən edir. Fəaliyyət sahələrinə görə dəyişənləri iki növə ayırırlar: lokal dəyişənlər və qlobal dəyişənlər.
Dəyişənləri təsəvvürünüzdə qutu kimi formalaşdırın. Bir sözlə, evinizdə əşyalarınızı hansısa biryerdə saxlamaq üçün onları qutulara yerləşdirirsinizsə proqramdada hansısa məlumatı saxlamağınız üçün həmən qutulara Dəyişənlər deyilir. Məsələn, veb-saytlar yaradarkən istifadəçinin adı, soyadı və s. Məlumatları müvəqqəti bir yerdə saxlamaq üçün dəyişənlərdən istifadə olunur. Həmən o müvəqqəti yerdə saxlanılan məlumatlar Dəyişənlərdə saxlanılır.
Plan
Dəyişənlərin elanı qaydaları.
İnkrement və Dekrement.
Dəyişənlərin müqayisəsi və qiymətlərinin dəyişdirilməsi
Burda biz C dilində yazılmış proqramın ən vacib elementlərindən biri – dəyişənlərlə tanış olacağıq. Hər bir proqram yerinə yetirilərkən müxtəlif məlumatları yadda saxlamalı (yaddaşa yerləşdirməli) olur. Tutaq ki, iki ədədin cəmini hesablayan proqram yazmaq istəyirik. Bu zaman biz yaddaşda 3 məlumat üçün yer ayırmalıyıq. İki toplanan və cəm.
Proqramda dəyişən elan etmək üçün aşağıdakı sintaksisdən istifadə olunur:
Tip ad;
Burada tip dəyişənin tipi, ad isə dəyişənə verdiyimiz addır.
Misal üçün, aşağıdakı kimi:
İnt dey1;
Yuxarıdakı kod hissəsində biz int tipindən olan dey1 adlı dəyişən elan etdik. Fiziki yaddaşda (RAM) 4 bayt yer ayırılır və həmin yerə dey1 adı ilə müraciət olunur. Artıq bundan sonra, proqramda dey1 üzərində apardığımız bütün əməliyyatlar birbaşa dey1- ə aid yaddaş sahəsi üzərində aparılacaq (şəkil 1).
İ nt dey1;
Yadda saxladığı məlumatın növünə və həcminə görə dəyişənlər tiplərə ayrılır. Misal üçün, tam ədədlər tipi – int, kəsr ədədlər tipi – float, simvol tipi – char, sətir tipi – char [], char * və s.
Bu tiplərə standart tiplər deyilir. Bundan əlavə, C dilində ünvan dəyişənləri tip, struktur tiplər və siyahılardan da çox geniş istifadə olunur.
Əgər biz proqramda tam tipdən(int) olan və adı x olan dəyişən elan etmək istəyiriksə, bu zaman int x; sətrini proqrama yerləşdiririk.
Dəyişənlərə istədiyimiz kimi ad verə bilərik, yalnız və yalnız hərflərdən (ingilis əlifbasının), _ simvolundan və rəqəmlərdən istifadə etməklə. Dəyişənin adı mütləq hərflə başlamalıdır və operator, tip və s. Adlardan da dəyişən adı kimi istifadə etmək olmaz. Operatorlarla gələn mövzularda tanış olacağıq.
Beləliklə, cəm proqramında hər iki toplananı və onların cəmini yerləşdirmək üçün biz tam tipli 3 dəyişən təyin etməliyik. Gəlin, bu dəyişənləri uyğun olaraq, top1, top2 və cem kimi adlandıraq. Bu dəyişənləri təyin etmək üçün proqram kodu aşağıdakı kimi olacaq.
İnt top1;
İnt top2;
İnt cem;
Qeyd edək ki, eyni tipdən olan dəyişənləri vergüllə ayırmaqla, bir sətirdə də elan edə bilərik. Aşağıdakı kimi:
İnt top1,top2,cem;
Burada ; simvoluna diqqət yetirməyinizi istəyirəm. Bu işarə kompilyatora hər hansısa bir əməliyyatın (indiki halda dəyişənlərin elanının) bitməsini göstərir.
Gəlin, proqramımızı tərtib edək. Hələlik 3 dəyişən elan etmişik (dəyişən elan etmək və ya təyin etmək eyni məna bildirir). Proqramımız belə olacaq.
#include
İnt main(){
İnt top1, top2, cem;
}
// prg_2_1.cpp
#include “stdafx.h”
#include
İnt _tmain(int argc, _TCHAR* argv[])
{
İnt top1, top2, cem;
Top1 = 4;
Top2 = 6;
Cem = top1 + top2;
Std::cout<<” 4 ilə 6-nın cəmi =”<İnt x;
Std::cin>>x;
Return 0;
}
Nümunə
Proqramı yadda saxlayaq, kompilyasiya edək və yerinə yetirək.
Proqramın izahı:
P roqram icra olunmağa int _tmain(int argc, _TCHAR* argv[]) sətrindən başlayır. Daha sonra, proqramda int top1, top2, cem; sətri gəlir. Burada biz int tipli top1, top2 və cemdəyişənlərini elan edirik. Yaddaşın vəziyyəti bu zaman aşağıdakı kimi olar (şəkil 2):
Növbəti sətir aşağıdakı kimidir:
Top1 = 4;
Burada biz mənimsətmə operatorundan (‘=’) istifadə edirik. Mənimsətmə operatoru – ‘=’ riyaziyyatdan yaxşı bildiyimiz bərabərlik simvolu ilə işarə olunur, amma proqramlaşdırmada, daha doğrusu, C++ dilində o, ayrı funksiya daşıyır. Mənimsətmə operatoru ilə biz operatorun sol tərəfində göstərilən yaddaş sahəsinə sağ tərəfdə verilən məlumatı yerləşdiririk.
Yuxarıdakı kod sətrində mənimsətmə operatorundan solda top1 dəyişəni, sağda isə 4 qiyməti durur. Beləliklə, bu kod icra olunduqda yaddaşın top1- ə aid hissəsinə 4 qiyməti yazılır. Diqqət yetirilməli mühüm məqamlardan biri də odur ki, bu zaman top1-də əvvəl nə məlumat vardısa, o silinir. Uyğun olaraq, top2 = 6; proqram sətri də yaddaşın top2- yə aid olan hissəsinə 6 qiymətini yazır.
Bu zaman yaddaşın vəziyyəti aşağıdakı kimi olar:
Proqramın növbəti sətrinə keçək:
Cem = top1 + top2;
B urada biz yenə də = mənimsətmə operatorundan istifadə edirik. Bu zaman əvvəl operatorun sağ tərəfində dayanan riyazi ifadənin qiyməti hesablanır top1 + top2. CPU top1 və top2-nin yaddaş sahəsinə yazılmış qiymətləri (4,6) oxuyur və onların cəmini hesablayır (10) və yekun nəticəni cem dəyişəninə aid yaddaş sahəsinə yazır:
Proqramın növbəti sətri belədir:
Std::cout<<” 4 ile 6-nin cemi =”<Bu proqram kodu icra olunduqda, ekranda 4 ile 6-nin cemi = 10 ifadəsi çap olunur. Burada std::cout çap funksiyasından istifadə olunur. Funksiyalar barədə daha ətraflı §5-də danışacağıq. Std::cout funksiyasının geniş izahı Əlavə A-da verilib.
Proqram nümunələri:
3 ədədin cəmin hesablayan proqram tərtib edin.
Həlli:
Bu proqramda bizə 3 ədədi və onların cəmini yadda saxlamaq üçün int tipli 4 dəyişən lazım olacaq. Bu dəyişənlərin elanı aşağıdakı kimi olacaq:
İnt x,y,z,h;
Daha sonra x,y,z-ə müxtəlif qiymətlər mənimsədək: x=8; y=45; z=3;
İndi isə, bu 3 dəyişənin cəmini h dəyişəninə mənimsədək. H = x + y + z;
Nəticəni çapa verək: std::cout<Proqram aşağıdakı kimi olar:
// prg_2_2.cpp
#include “stdafx.h”
#include
İnt main()
{
İnt x,y,z,h;
X=8;
Y=45;
Z=3;
H = x + y + z;
Std::cout<İnt x;
Std::cin>>x;
Return 0;
}
Nümunə
Dostları ilə paylaş: |