Kafedra: Biznesin təşkili və bələdiyyə idarəetməsi
Fakultə: Biznes və Menecement
İxtisas: Menecement
Qrup: 120
Kurs: 3
Fənn: İnsan ressurslarının idarə edilməsi
Mövzu: Əhalinin həyat səviyyəsi
REFERAT Tələbə:Əli Əliyev, Xudiyev Ülvi
Elmi Rəhbər: Ağakişiyeva Nuranə
Bakı - 2021 Plan
Giriş:
Həyat səviyyəsinin mahiyyəti və əsas göstəriciləri
Əhali istehlakı və onun strukturu
Yoxsulluğun səviyyəsinin azaldılması və ləğvi istiqamətləri
Nəticə
Ədəbiyyat
Giriş Cəmiyyətin sosial - iqtisadi inkişafının önəmli və ən əsas elementlərindən biri də həyat səviyyəsi və onun yüksək səviyyəsinin təmin olunmasıdır. Həyat səviyyəsi dedikdə, əhalinin və yaxud da insanların mənəvi, sosial və maddi tələbatlarının ödənilməsi məqsədilə maddi nemətlər, eləcə də xidmətlərlə təmin olunma səviyyəsi başa düşülür. Cəmiyyətin və əhalinin həyat səviyyəsi onun tələbatlarının ödənilməsinə sərf edəcəyi gəlirlərinin səviyyəsi ilə ölçülür.
Həyat səviyyəsinin mahiyyəti və əsas göstəriciləri
Cəmiyyətin sosial - iqtisadi inkişafının ən gərəkli və əsas elementlərindən biri də həyat səviyyəsi və onun yüksək səviyyəsinin təmin olunmasıdır. Həyat səviyyəsi dedikdə, əhalinin və yaxud da insanların mənəvi, sosial və maddi tələbatlarının ödənilməsi məqsədilə maddi nemətlər, eləcə də xidmətlərlə təmin olunma səviyyəsi başa düşülür. Cəmiyyətin və əhalinin həyat səviyyəsi onun tələbatlarının ödənilməsinə sərf edəcəyi gəlirlərinin səviyyəsi ilə ölçülür. Başqa sözlə desək, həyat səviyyəsinin kifayət qədər yüksək olması üçün əhali yüksək gəlirlilik səviyyəsinə malik olmalıdır və əhali özlüyündə isə əldə etmiş olduğu bu gəlirləri digər zəruri tələbatlarının ödənilməsi istiqamətində sərf edir. əhali gəlirləri arasında qeyribərabərliyin olması, heç şübhəsiz ki, insanlar arasındakı həyat səviyyəsinin dəyişilməsi deməkdir ki, bunun da nəticəsində cəmiyyətdə sosial təbəqələşmə, daha dəqiq desək, “varlılar” və “kasıblar” kateqoriyaları yaranmış olur.
Həyat səviyyəsinin mahiyyəti hər şeydən öncə istehlakla xarakterizə olunur. Belə ki, əhali gəlirlərinin düzgün bölüşdürülməsi, istifadəsi, eləcə də həcmi və quruluşu onların istehlakında mühim rol oynayan amilə çevrilir. Burada optimallığın qorunub saxlanılması istehlakın ümumi həcmi ilə yanaşı, onun struktur quruluşunda da son dərəcədə əhəmiyyətli rola malikdir. İstehlakın strukturu və orta səviyyəsi isə bir sıra amillərdən asılı olaraq müəyyən olunur. Sözü gedən həmin amillər qrupuna aşağıdakıları misal göstərmək olar:
Deməli onda istehlakın orta səviyyəsini təmin etmək üçün əhali gəlirlərinin mövcudluğu və düzgün bölüşdürülməsi və istifadəsi son dərəcədə əhəmiyyət kəsb edən anlayışdır. Məhz bu səbəbdən də gəlirlərin formalaşma mexanizminə və onun hərəkətinə nəzarət mexanizmini formalaşdırdığımız qədər də istehlaka önəm verməli və onun formalaşma xüsusiyyətlərini müəyyən etməliyik. əhalinin istehlakının həcminin müəyyən olunması və ödənilməsini təmin etmək üçün əhali gəlirlərinin səviyyəsinin müəyyən olunması xüsusi əhəmiyyət daşıyır.
Belə ki, əhali öz gəlirlərinin səviyyəsinə uyğun olaraq istehlak prosesini formalaşdırır. Başqa sözlə desək, zəruri istehlak səviyyəsinin təmin olunması halları istisna olmaqla, digər məhsulların, işlərin və yaxud da xidmətlərin istehlakı həcmi əhali gəlirlərinin həcminə uyğun olaraq müəyyənləşdirilir. İqtisadi ədəbiyyatlarda həyat səviyyəsi anlayışına müxtəlif səpkilərdə münasibət formalaşdırılmışdır.
Bəzi nəzəriyyəçilərin fikrinə əsasən, həyat səviyyəsi əhalinin gəlirlilik səviyyəsi və istehlak səviyyəsi ilə müəyyən olunur. Bu kateqoriyaya aid olan nəzəriyyəçilər belə hesab edirlər ki, həyat səviyyəsi insanlar qrupunun öz zəruri tələbatlarının təmin olunması üçün əldə etdikləri maddi nemətlərdir. Lakin qeyd etməliyik ki, həyat səviyyəsi yalnız əhalinin gəlirlilik və istehlak səviyyəsi ilə ölçülən anlayış deyildir. Əhalinin həyat səviyyəsini təmin edən əsas faktorlar qrupu mövcuddur. Həmin faktorlar qrupu aşağıdakılardan təşkil olunmuşdur:
məişət və əmək şəraiti;
asudə və iş vaxtının həcmi, eləcə də quruluşu;
əhalinin təhsil səviyyəsi başda olmaqla digər mədəni göstəriciləri;
əhali sağlamlığı və demoqrafik vəziyyəti.
“Həyat səviyyəsi” anlayışını iqtisadi kateqoriya kimi ilk dəfə olaraq Karl Marks müəyyən etmişdir. K. Marks iş qüvvəsinin dəyərindən danışarkən, xüsusi olaraq vurğulayırdı ki, iş qüvvəsinin dəyərini hər bir ölkədə, cəmiyyətdə mövcud olan həyat səviyyəsi müəyyən edir.
K. Marks öz nəzəriyyəsində dəfələrlə vurğulayırdı ki, həyat səviyyəsi yalnız insanların gəlirlilik və zəruri istehlakının ödənilməsi ilə ölçülə bilməz. Eyni zamanda da həyat səviyyəsi yuxarıda qeyd etdiyimiz bəzi faktorları, o cümlədən də əhalinin təhsil səviyyəsi və digər mədəni davranışlarını, əhali sağlamlığı və demoqrafik vəziyyətini, asudə və iş vaxtlarının həcmi və quruluşunu, həmçinin də iş və əmək şəraiti kimi faktorları da əhatə edən bir iqtisadi kateqoriyadır. Belə ki, əhalinin qeyd olunan faktorların hər biri ilə təmin olunma səviyyəsi əhalinin maddi rifah halının yüksək səviyyədə olduğunu müəyyən edir.
Deməli onda K. Marks belə qənaətə gəlirdi ki, həyat səviyyəsi yalnız fiziki tələbatların ödənilməsinin təmin olunma səviyyəsi deyildir, həmçinin də insanlar qrupunun, eləcə də əhalinin maddi rifah halının yüksək səviyyədə olmasıdır. “Həyat səviyyəsi” anlayışı iqtisadi kateqoriya kimi əhalinin gəlirlilik səviyyəsini xarakterizə edirsə, eyni zamanda da bir sosial kateqoriya olaraq əhalinin rifah halının əsas göstəricisi kimi çıxış edir. Əhalinin həyat səviyyəsi yüksək olduqda, həm gəlirlilik səviyyəsi yüksək, həmçinin də maddi rifah halı da yüksək olmuş olur.
Deməli onda həyat səviyyəsi yalnız iqtisadi kateqoriya deyil, eyni zamanda da sosial kateqoriya olaraq mövcuddur. Həyat səviyyəsi insanların tələbatlarının maksimum ödənilmə səviyyəsi kimi xarakterizə olunur. “Həyat səviyyəsi” anlayışı ilə sıx surətdə bağlı olan və onunla qarşılıqlı əlaqədə fəaliyyət göstərən digər bir anlayış isə “həyat tərzi” anlayışlarıdır. Bu iki anlayış bir - biri ilə nə qədər yaxın olsa da əslində bir - biri ilə kəskin fərqlənən anlayışlardır.
Hər şeydən əvvəl həyat tərzi fəaliyyətdir. Həyat səviyyəsi isə insanların tələbatlarının ödənilməsi səviyyəsidir. Həyat tərzi əhalinin əmək prosesində, ailədə və məişətdə, ictimai - siyasi və sosial həyatda fəaliyyətlərinin məcmusudur. Həyat səviyyəsi isə bu fəaliyyətlərdən irəli gələn tələbatların ödənilməsi formasıdır. Həyat səviyyəsi özünün göstəricilər sisteminin vasitəsilə əks olunur. Hal - hazırda həyat səviyyəsini xarakterizə edən vahid ümumiləşdirilmiş bir göstəricilər sistemi yoxdur.
Lakin 1990 - cı ildən etibarən beynəlxalq miqyasda həyat səviyyəsinin müqayisə edilmə qabiliyyətinin formalaşdırılması məqsədilə Birləşmiş Millətlər Təşkilatlarında yeni, lakin xüsusi bir göstəricidən istifadə edirlər. Sözügedən göstərici “insanın inkişaf indeksi” kimi qəbul etdiyimiz “insan potensialının inkişaf indeksidir. ”
“İnsanın İnkişaf İndeksi” əhalinin maddi və sosial rifahını ümumi daxili məhsuldan daha geniş şəkildə özündə əks etdirir. “İnsanın İnkişaf İndeksi” insanın inkişafının üç əsas xarakterik xüsusiyyətinə görə fərqləndirilir. Həmin xarakterik xüsusiyyətlər aşağıdakılardan təşkil olunmuşdur:
orta ömür uzunluğu əsasında müəyyənləşən uzun və sağlam ömür;
böyüklər arasında təhsillilik, eləcə də ibtidai, orta və ali məktəblərdə, habelə orta - ixtisas məktəblərində təhsil alanların ümumi sayı əsasında müəyyən olunan təhsil səviyyəsi;
əhalinin gəlirləri və alıcılıq qabiliyyəti əsasında formalaşan layiqli yaşayış standartları.
“İnsan inkişaf indeksi” kifayət qədər müfəssəl, hərtərəfli ölçü vahidi deyildir. Belə ki, bu indeksə bəzi göstəricilər daxil edilmir. Həmin göstəricilər aşağıda verilmişdir:
gender bərabərliyi;
gəlir bərabərsizliyi;
insan hüquqları və eləcə də siyasi azadlıqların təmin olunması.
2009 - cu ilə kimi “İnsanın inkişaf indeksi” göstəricilərinə əsasən dünya ölkələri 3 əsas kateqoriyaya bölünürdü. Belə ki, “İnsan inkişaf indeksi” göstəricisi reytinqində ilk 64 yeri tutan ölkələrdə həyat səviyyəsi yüksək, 64 - cü sıradan 149 - cu pilləyə qədər olan ölkələrdə orta, 150 - dən aşağı yerləri tutan ölkələrdə isə həyat səviyyəsi aşağı olaraq dəyərləndirilirdi. Lakin 2014 - cü ildən başlayaraq bu kateqoriya dünya ölkələrini dörd əsas qrupa böldü və birinci kateqoriyaya həyat səviyyəsi çox yüksək olan ölkələr qrupu əlavə olundu. Qeyd edək ki, Azərbaycan Respublikası “İnsan inkişafı indeksi” göstəricisində 78 - ci pillədə qərarlaşmaqla həyat səviyyəsinin orta olduğu ölkələr reytinqindədir.