Dil yalnız ünsiyyət/əlaqə vasitəsi deyil, həm də dünyanı, ətraf aləmi dərketmə alətidir. Ötən əsrin 90-cı illərindən dilimizin vəziyyətini həm də reklamlarda görməyə, duymağa başladıq. Həmin dövrün informasiya mənbələrinin kasadlığında reklam kampaniyaları bir növ “ayaq açıb” həyatımıza daxil olmağa başladı.
Müasir insan hər gün müxtəlif hadisələr mühitindədir, həmin mühit reklamlarla əhatə olunub. Aparılan monitorinqlər və müşahidələr də bir daha sübut edir ki, reklamlarımızın dilində ciddi problemlər müşahidə edilir. Dilçilər, adətən, reklamların dilini funksional-üslubi cəhətdən təhlil edirlər.