Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti
Müəllim : Piriyev Sahib Tələbə : Abdullazadə Arzu Kafedra : Kibertəhlükəsizlik Fakültə : İnformasiya və Telekommunikasiya Texnologiyaları Fənn : Riyazi analiz Qrup : 642a2 Kurs : I
Birdəyişənli funksiya anlayışı və onun bəzi xassələri .Funksiyanın
Funksiyaanlayışı Əgər hər hansı f qaydası və ya qanunu vasitəsilə x dəyişən kəmiyyətinin X dəyişmə oblastındakı hər bir qiymətinə y dəyişən kəmiyyətinin Y dəyişən oblastında olan müəyyən bir qiyməti uyğun olarsa, belə uyğunluğa funksiya deyilir və y=f(x) ilə işarə edilir . Bu halda dəyişəni arqument və ya sərbəst dəyişən, y dəyişəni funksiya və ya asılı dəyişən,
x və y kəmiyyətlərinin arasındakı asılılıq funksional asılılıq adlanır . X çoxluğuna funksiyanın təyin oblastı, Y çoxluğuna isə funksiyanın qiymətlər oblastı deyilir . Funksiyanın aşağıdakı işarələri də istifadə edilir : y=f(x) , y=(F) , y=Ф(x) , y=ф(x) , y=y(x) və s . Verilmiş y=f(x) funksiyasının x=a nöqtəsində aldığı qiyməti f (a) kimi işarə edirlər .Tutaq ki,y=f(x) funksiyası [a,b] parçasında təyin edilib. Absisləri arqumentin qiymətləri, ordinatları isə funksiyanın qiymətləri olanM(x,y)
nöqtələrinin həndəsi yerinə y=f(x) funksiyasının qrafiki deyilir. Əgər x dəyişəninin hər bir qiymətinə ydəyişəninin ancaq bir qiyməti uyğun olarsa, onda y funksiyası x -in birqiymətli funksiyası adlanır. Əgər x dəyişəninin heç olmasa bəzi qiymətlərinə ydəyişəninin bir neçə qiyməti uyğun olarsa, onda belə funksiyaya çoxqiymətli funksiya deyilir .