Qrup: M681a4
Müəllim: Sahib Piriyev
Fənn: İnformasiya texnologiyalarının tarixi və metodologiyası
Mövzu: İnformatikanın nəzəri əsasları
Hazırladı: Samir Bədiyev
Informatika öz başlanğıcını
kibernetika
elmindən
götürmüşdür.
«Kibernetika» sözü elmdə ilk dəfə XIX əsrin II yarısında fransız fiziki Andre Mari
Amper tərəfindən işlənmişdir. Amper, idarəetmənin incəliklərini öyrənən xüsüsi
bir elmin yaradılmasının zərurət olduğunu qeyd edirdi. O vaxtlar texniki sistemlər
zəif inkişaf etmişdi, hətta mövcud deyildi. Ona görə də Amper idarəetmə dedikdə
yalnız cəmiyyətin idarə edilməsini nəzərdə tuturdu. Amper bu elmi kibernetika
adlandırmışdı. «Kibernetika» yunan sözüdür və mənası "mahir idarə edən"
deməkdir. Amerika riyaziyyatçısı Norbert Viner 1948-ci ildə ilk dəfə olaraq
kibernetika elminə texniki sistemlərdə və canlı təbiətdə idarəetmə haqqında elm
kimi tərif vermişdi. Onun riyazi məntiq sahəsindəki elmi işləri hesablama
texnikasının və proqramlaşdırmanın elmi əsasını qoymuşdur. Kibernetikaya
verilmiş təriflər cəmiyyətdə mübahisələr doğurmuş və bu səbəbdən bir neçə yerə
bölünmüşdür. Hazırda kibernetika elmi psixologiya və riyazi məntiq arasındakı
əlaqələrin öyrənilməsindən başlayaraq, süni intellekt üsullarının yaradılmasınadək
çoxistiqamətli elmi tədqiqatları özündə birləşdirir. Kibernetika elminin
parçalanması nəticəsində yaranan elmlərdən biri də informatikadır. Informatika –
kompüterlərin və digər texniki vasitələrin köməyilə informasiyanın yaradılması,
toplanması, saxlanması, emalı və ötürülməsi qanunlarını, üsullarını və vasitələrini,
eləcə də 8 bu vasitələrin idarə olunması üsullarını və fəaliyyət prinsiplərini öyrənən
texniki elmdir. Informatika termini mənşəcə latın sözləri olan «informatio» və
«automatique» sözlərinin birləşməsindən yaranmışdır və «informasiyanın
avtomatik emalı» mənasında başa düşülür. Informatika elmi əsasən aşağıda
sadalanan problemlərin həlli ilə məşğul olur: - informasiyanın yaradılması və
toplanması; - informasiyanın qəbul edilməsi və saxlanması; - informasiyanın emal
edilməsi; - informasiya texnologiyalarının tətbiqi və onlardan səmərəli istifadənin
təşkili; - informasiya texnologiyaları sahəsində elmi-texniki nailiyyətlərin
öyrənilməsi və bu texnologiyaların digər sahələrin inkişafında istifadə edilməsi; -
texnoloji proseslərin idarə edilməsi üçün proqram-texniki vasitələrin yaradılması
və tətbiq edilməsi. Informatika həll etdiyi problemlərin xarakterindən və
predmetindən asılı olaraq fundamental elm kimi aşağıdakı sahələrə bölünür: -
ümumi informatika; - tətbiqi riyaziyyat; - informasiya emalının proqram təminatı; -
tətbiqi proqram sistemlərinin yaradılması metodologiyası və vasitələri; - hesablama
sistemlərinin və kompüterlərin texniki təminatı; - kompüter şəbəkələri, Internet; -
məlumat bazaları və onların idarə edilməsi sistemləri; - biliklər bazaları; - süni
intellekt. Son zamanlar informatika elmini informasiya texnologiyaları və ya
kompüter texnologiyası kimi adlandırırlar. Ingilis dilli ölkələrdə «information
science» (informasiya elmi) və 9 «computer science» (kompüter elmi) kimi
terminlər də istifadə olunur. Informasiya prosesləri zamanı müxtəlif texniki
vəsaitlərin, o cümlədən kompüter və rabitə texnikasının tətbiqi ilə istifadə edilən
üsul və vasitələr sistemi informasiya texnologiyaları adlanır. Informasiya prosesləri
dedikdə isə informasiyanın yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı
və yayılması prosesləri başa düşülür. Məlum olduğu kimi, müasir informasiya
texnologiyalarının
əsasını təşkil edən kompüter texnikası cəmiyyətin
informasiyalaşdırılması prosesində insan fəaliyyətinin bütün sahələrinə nüfuz
edərək
onların
yaradıcılıq
imkanlarını
əhəmiyyətli
dərəcədə
artırır.
Informasiyalaşdırma – informasiya ehtiyatlarının formalaşdırıl-ması, təqdim
edilməsi və istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli özünüidarə
orqanlarının, bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya
tələbatlarının və bu sahədəki hüquqlarının təmin edilməsi üçün optimal şəraitin
yaradılması üzrə təşkilati, sosial-iqtisadi və elmitexniki prosesdir. Bu baxımdan
informasiya texnologiyaları, o cümlədən kompüter texnikası cəmiyyətin inkişafının
əsas təkanverici amillərindən biri kimi formalaşmışdır. Ona görə də iş yerlərində,
təhsildə, elmdə və istehsalatda tətbiq edilən kompüter texnologiyasının sirlərinə
yiyələnmək günün başlıca tələbinə çevrilmişdir. 1.2. Informasiya anlayışı Qeyd
olunduğu kimi, informatikanın əsas obyekti informasiyadır. Elm və texnikanın
astronomik sürətlə inkişafı ilə əlaqədar olaraq informasiya axınlarının həcmi
olduqca artmışdır. Ona görə də informasiyanın toplanması, emal edilməsi, 10
saxlanması və tələb olunan yerə ötürülməsi fizioloji varlıq kimi insanın imkanları
xaricindədir. Bu problemlərin öyrənilməsi və həlli ilə informatika elmi məşğul
olur. Informasiyanın avtomatik emalı məqsədilə müasir informasiya
texnologiyalarından, o cümlədən kompüterlərdən istifadə edilir. Informasiya –
təqdimat formasından asılı olmayaraq şəxslər, əşya, fakt, hadisə və proseslər
haqqında məlumatlardır. Başqa sözlə, informasiya - ətraf mühitdə mövcud olan
bütün maddi və mənəvi varlıqlar haqqında məlumatlar toplusudur. Informasiya
termini mənşəcə latın sözü olan «informatio» sözündən yaranmışdır və izah etmə,
şərh etmə və məlumat vermə mənalarını daşıyır. Informasiya informatikada ilkin
anlayış kimi qəbul olunur. Informasiya anlayışı bütün elm sahələrində istifadə
olunduğundan ona fərqli aspektlərdən yanaşılır, müxtəlif cür qiymətləndirilir və
təsnif edilir. Fəlsəfi baxımdan informasiya xəbər və məlumat vasitəsilə real
dünyanın inikası kimi qəbul olunur. Fəlsəfədə informasiya iki formada şərh edilir:
obyektiv və subyektiv. Obyektiv informasiya təbiət və cəmiyyətdə baş verən
hadisələri əks etdirir. Subyektiv informasiya isə insanlar tərəfindən yaradılır və
onların hadisələrə subyektiv baxışını əks etdirir. Mənşəyindən və yaranma
formasından asılı olaraq informasiya aşağıdakı kateqoriyalara bölünür: - elmi-
texniki informasiya; - iqtisadi informasiya; - hüquqi informasiya; - sosial
informasiya; - tarixi informasiya; - genetik informasiya; - təbii informasiya və s.
Istifadə sahəsindən və formasından asılı olaraq informasiyanın aşağıdakı növlərini
göstərmək olar: 11 - sənədləşdirilmiş informasiya (sənəd) – maddi daşıyıcıda qeyd
olunmuş və identikləşdirilməsi mümkün olan rekvizitlərə malik informasiya; -
kütləvi informasiya – əldə olunması, istifadəsi, işlənməsi, başqa şəxslərə verilməsi
və
ya
ötürülməsi
Azərbaycan
Respublikasının
qanunvericiliyi
ilə
məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş sənədləşdirilmiş
informasiya; - konfidensial informasiya - əldə olunması, istifadəsi, işlənməsi,
başqa şəxslərə verilməsi və ya ötürülməsi Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq məhdudlaşdırılan sənədləşdirilmiş informasiya.
Aydındır ki, hər bir informasiyanın mənbəyi və istifadəçisi vardır. Informasiya
mənbədə və ya mənbə tərəfindən yaradılır, mənbədə saxlanılır və ya istifadəçiyə,
yəni bu informasiyaya tələbatı olan subyektə ötürülür. Informasiyanın mənbədən
istifadəçiyə ötürülməsi prosesi rabitə və ya ünsiyyət vasitələri ilə həyata keçirilir.
Informasiyanın ənənəvi ötürmə üsul və vasitələri ilə yanaşı, müasir üsul və
vasitələrdən də geniş istifadə olunur. Məsələn, informasiyanın ötürülməsinin ən
səmərəli müasir vasitələri kimi televiziyanı, radionu və Internet şəbəkəsini
göstərmək olar. Müasir dövrdə informasiyanın saxlanması, emalı və istifadəsi
vasitələri kimi müasir informasiya texnologiyaları, o cümlədən kompüter texnikası
və digər elektron hesablama qurğuları önəmli yer tutur. Bu məqsədlə informasiya
sistemləri, o cümlədən avtomatlaşdırılmış informasiya sistemləri yaradılır və tətbiq
olunur. Informasiya sistemləri – informasiya texnologiyalarının və proseslərinin,
eləcə də sənədlərin təşkilati və texniki qaydada, o cümlədən kompüter
texnikasından istifadə etməklə, nizamlanmış məcmusudur. Qeyd olunduğu kimi,
informatika
elmində
başlıca məsələ hesablama vasitələrinin köməyilə
informasiyanın qəbulu, emalı, 12 saxlanması və ötürülməsidir. Bu baxımdan
informasiya elmində informasiya iki yerə bölünür: analoq və rəqəmli informasiya.
Bu cür bölgünün aparılması informasiyanın təbiətindən irəli gəlir. Belə ki, təbiətdə
və həyatda baş verən, insanın vizual müşahidə (görmə) və qulaqasma orqanları
tərəfindən qəbul edilən, eləcə də klassik telefon, televiziya və radio vasitəsilə
ötürülən məlumatlar analoq informasiyadır. Hesablama texnikasında, o cümlədən
kompüterlərdə, kompüter şəbəkələrində və müasir rabitə vasitələrində məlumatlar
rəqəm informasiyası şəklində saxlanılır, emal olunur və ötürülür. Analoq
informasiya ilə rəqəm informasiyası arasında əlaqəni göstərmək üçün aşağıdakı
nümunəyə baxaq. Musiqi alətlərində ifa olunan və insanların qulaqları tərəfindən
qəbul edilən musiqi analoq informasiyadır. Lakin bu musiqi əsərləri notlara
köçürüldükdən (kodlaşdırıldıqdan) sonra, notlar şəklində yazılmış musiqi rəqəmli
informasiyası xarakteri alır. Beləliklə, analoq informasiya rəqəmli informasiyaya
çevrilmiş olur. Analoji olaraq, mətn, şəkil, audio və video məlumatlar da
kompüterə daxil edilərkən kodlaşdırılır və siqnallara çevrilir. Başqa sözlə, bu
məlumatlar rəqəmli məlumatlara çevrilir. Göründüyü kimi, analoq informasiya
kəsilməz olur, yəni bu informasiyada hadisənin bütün məqamları öz əksini tapır,
lakin rəqəmli informasiya baş vermiş hadisənin reallığını itirməmək şərti ilə onu
ayrı-ayrı kadrlar, yəni siqnallar şəklində saxlayır. Bu baxımdan, rəqəmli
informasiyaya diskret informasiya deyirlər. Analoq informasiyanın rəqəmli
informasiyaya çevrilməsi prosesinə analoq-rəqəm çevrilməsi deyilir. Insanın
hissiyat orqanları yalnız analoq informasiyasını qəbul və emal edə, saxlaya və
ötürə bilir. Qeyd olunduğu kimi, informasiyanın qəbulu, ötürülməsi və emalı
funksiyalarını yerinə yetirən bir çox texniki qurğular və vasitələr (məsələn:
televizor, radio, maqnitafon, telefon) analoq qurğularıdır. Rəqəmli informasiya ilə
işləyən qurğulara misal olaraq kompüter texnikasını, lazer kompakt diskli musiqi
mərkəzlərini, 13 rəqəm tipli rabitə vasitələrini misal göstərmək olar. Belə ki,
qurğular yalnız rəqəmli informasiyanın qəbulu, emalı, saxlanması və ötürülməsi
üçün nəzərdə tutulmuşdur. 1.3. Informasiyanın kodlaşdırılması və saxlanması
Informasiya siqnallar formasında qəbul olunur və ötürülür. Hər növ siqnalın öz
qəbuledicisi olmalıdır. Məsələn, qulaq səs siqnallarını, göz işıq siqnallarını və s.
qəbul edir. Informasiyanın saxlanması üçün isə onun kodlaşdırılması tələb olunur.
Insan düşüncəsinin və fikirlərinin mətnlər şəklində yazılmasını informasiyanın
xüsusi siqnallarla kodlaşdırılması kimi qəbul etmək olar. Informasiyanın yazı
şəklində saxlanması üçün qəbul edilmiş siqnallar hərflərdir. Yazının
kodlaşdırılması sisteminə əlifba deyilir. Əlifbalar müxtəlif olduğundan eyni bir
informasiyanı müxtəlif sistemlərdə (dillərdə) kodlaşdırmaq mümkündür. Bəzən
yazıların kodlaşdırılıması üçün daha mürəkkəb kodlaşdırma sistemlərindən –
heroqliflərdən istifadə edirlər. Rəqəmsal informasiyanın elektron qurğuların, o
cümlədən kompüterlərin köməyi ilə saxlanması, emalı, qəbulu və ötürülməsi üçün
onlar da kodlaşdırılmalıdır. Kompüterdə məlumatlar 0 və 1 rəqəmlərinin ardıcıllığı
şəklində ifadə olunur, yəni rəqəmsal informasiyanın verilməsi (təqdim və təsvir
olunması) üçün istifadə olunan siqnallar 0 və 1 rəqəmləri ilə işarə olunur. Məsələn:
qurğulardan asılı olaraq impulsun, işıq selinin, elektrik cərəyanının və s. olması 1,
olmaması isə 0 rəqəmi ilə verilir. Kompüterdə informasiya ayrı-ayrı simvolların
toplusu şəklində emal olunur. Informasiyanın verilməsi üçün tələb olunan bütün
simvollar müəyyən olunmuş kodlarla – ədədlərlə işarə olunur. Hər hansı söz
kompüterə daxil edilərkən və ya rabitə xətti ilə ötürülərkən o, ayrı-ayrı hərflərinin
(simvollarının) kodlarına, yəni ədədlərə çevrilir və ədədlər şəklində saxlanılır və ya
ötürülür. 14 Kompüter texnikasında, eləcə də digər rəqəmli texnologiyalarda audio,
video, qrafika, şəkil və s. növ məlumatlar da analoji qaydada kodlaşdırılır, emal
olunur və saxlanılır. Bu kodlar da (ədədlər) iki rəqəmin – 0 və 1 rəqəmlərinin
vasitəsilə ifadə olunur. Informasiyanın 0 və 1 rəqəmlərinin vasitəsilə ifadə
olunması sistemi ikilik say sistemi adlanır. Ikilik say sistemi ingiliscə "binary
digit" adlanır. Say sistemləri növbəti fəsildə daha ətraflı öyrəniləcəkdir. 1.4.
Informasiyanın ölçü vahidləri Qeyd olunduğu kimi, müasir informasiya
texnologiyalarının xüsusiyyətlərindən irəli gələrək, informasiyanın həcminin
ölçülməsi üçün bit və bayt baza vahidlərindən istifadə edilir. Digər ölçü vahidləri
baytdan törəmə ölçü vahidləridir. Bit – informasiyanın saxlanması üçün istifadə
olunan ən kiçik ölçü vahidi olub yaddaş qurğularının fiziki texnologiyasından irəli
gəlmiş və informasiyanın saxlanması üçün nəzərdə tutulmuş elementlərlə müəyyən
olunmuşdur. Məlum olduğu kimi, 1 bit – bir ikilik simvola, yəni 0 və ya 1
rəqəmlərinə uyğun gəlir. Informasiyanın emalı zamanı bitlərin istifadəsi əlverişli
olmur. Bu məqsədlə baytlardan istifadə olunur. Bayt - verilənlərin və ya
kompüterin yaddaşının ünvanlana (müraciət oluna) bilən ən kiçik vahididir. 1 bayt
8 bitdən ibarətdir. Ilk baxışdan elə yanlış təsəvvür yarana bilər ki, baytda
saxlanılan informasıyanın miqdarı onun hər hansı bitindəki informasiyanın
həcmindən 8 dəfə çoxdur. Əslində baytda informasiyanın həcmi üçün bitlərin sayı
deyil, eyni zamanda onların sıradakı mövqeyi də əhəmiyyət kəsb edir. Belə ki,
00000001, 00001000, 10000000 baytları bitlərin, yəni 1 və 0 rəqəmlərinin sayının
eyni olmasına baxmayaraq, müxtəlif ölçülü məlumatları (uyğun olaraq 1, 8 və 128
ədədlərini) ifadə edirlər.
Dostları ilə paylaş: |