Rodjers r-islah sistemində yeni cəza növlərinin araşdırılması. Dünyada kriminaloji araşdırmalar-M,1995



Yüklə 34,5 Kb.
tarix02.01.2022
ölçüsü34,5 Kb.
#39109
578-593 Goycek


578

Rodjers R-islah sistemində yeni cəza növlərinin araşdırılması . Dünyada kriminaloji araşdırmalar-M,1995.

Sizıy A.F –Məhkumların qanunauyğun davranışlarının stimullaşdırılması konsepsiyası,cinayət-tətbiqi qanunvericiliyində təşviq normaları –Ryazan,1993

Rusiya penitensiar müəssisələrində məhkumların hüquqlarının qorunması və administrasiyasının konsultativ köməyi;T.dokl.Rus-but.konf-M,2000

Soljenitsin A.J-Arxipelaq.QULAQ-M,1993

Solodniyakov V.V-Risk qrupları və sosial ubilitasiya proqramları (Minnesot –ştatı nümunəsində) ll –insan ;cinayət və cəza:Vestn.Ryazan.Rusiya Ədliyyə Nazir hüquq və iqtisad.1998

Sundurov F.R.Azadlıqdan məhrum olma və onun effektliyinin sosial-psixoloji göndərmələri-Kazan,1980

Ter-Akopov A.L.İnsanın psixoloji aktivliyi və psixoloji təhlükəsizliyinin hüquqi aspektləri .1993,No:4

Rusiya Federasiyasının cinayet-tetbiqi kodeksi-M,1997

Foks V,-Kriminologiyaya giriş-M, 1980

Çorney V.N – Azadlıqdan məhrum edilən yerlərdə məhkumların təhlükəsizliyi-Müəl ref.diss...Hüquq elm.namiz-Ryazan,1996

Şalamov V. Sahilin o biri tərəfində-M,1994

Hüquqi psixologiya ensiklopediyası (Red A.M Stolyarenko-M,2003

Başlıq 23.Məhkumların ictimai faydalı əməyi və onun sosial psixoloji xarakteristikası

23-1.Penitensiar müəssisə təcrübəsində məhkumların əməyinin istifadəsi

Məhkumların əməyindən istifadə ideyası müxtəlif modelli penitensiar sistemdə öz əksini tapdı (dini industrial,reformator,tibbi,ədalət modeli,islah-əmək,sosial-reo-bilitasiya və reikteqrasiya).Bu fikir ona əsaslanırdı ki, cinayətkarlarda əmək,çalışmaq adəti yox idi və onlar düzgün olmayan yollarla (cinayət) uğur əldə etməyə can atırdılar.

579

Bu vəziyyət elmi məlumatlara əsasən həm keçmişdə(Ç.Lombrozo),həm də müasir zamanda yerli və xarici araşdırmaçılar tərəfindən təsdiq olunub.Məhkumların əmək istifadəsi azadlıqdan məhrum olunan yerlərdə nəinki iqtisadi məqsədlər daşıyırdı, həm də məhkumların vaxtlarını boş deyil,səmərəli istifadəsinə imkan verirdi.Ancaq bu əmək çox vaxt mənasız xarakter daşıyırdı və əlavə cəza kimi qəbul edilirdi.Təcrübələrə görə tədric yerlərində zamanla reqlamentləşmiş katorqa mənfi vasitəsilə islah anlayışı mövcud idi.



F.M,Dostoyevski yazırdı:”Əgər insan əzmək,məhv etmək,onu ən dəhşətli cəza ilə cezalandırmaq istəsəydilər onda işə tamamilə faydasız və mənasız xarakter verərdilər”.(Dostoyevki F.M.”Ölü evindən yazılar”-M,1965s. 246)

Əmək fəaliyyəti psixologiyası sahəsində aparıcı xarici mütəxəsislərdən biri olan V.Xakker qeyd edir ki,əməyi qiymətləndirən zaman yalnız şəxiyyət formalaşdırıcı faktoru götürmək çox qorxulu metodoloji tendensiyadır.Müəllif qeyd edir ki, əmək fəaliyyətinin müxtəlif struktur komponentlərinin ,şəxsin inkişafına necə təsir etməsi haqqında həddindən artıq atıq az araşdırmalar var.

Azadlıqdan məhrum edilən yerlərdə ,əməyin psixoloji aspektlərinin tərbiyələndirici vasitə kimi araşdırarkən məlum oldu ki,onun real təsiri müxtəlifdir.Hüquq normalarına görə vacib,amma icraçının maraq etmədiyi şəxs tərəfindən motivə olunmamış əməyi,müəyyən psixofizioloji və psixoloji xarakteristikaların tədrisi və məşqlər yolu ilə formalaşdırırlar.Ancaq tərbiyə planına o,çox vaxt mənfi təsir edir,şəxsiyyəti mənən narahat edir.Xarici sosial tərəfdən əmək insan tərəfindən mənasız bir şey kimi ,amma daxili tərəfdən götürüldükdə o bunu vaxtı öldürmək ,daxili qayda-qanuna əsasən qadağan olunmuş bir əşya düzəltmək ,cinayətkar fikirlərini həyata keçirtmək kimi baxır.Əməyə psixoloji hazırlıq kimi professional təhsil edilidi ki,orda da sənət öyrədilir və ənənəvi yollarla əməyin təşkili öyrədilirdi.Məsələn,işləri arasında (1904-cü ildə tərbiyəvi-islah müəsissələrində “Vəziyyət” qəbul olunub)dülgər ,çilingər ,ayaqqabı təmirçisi ,dərsi , kənd təsərrüfatı üzrə isə-arıçılq,bağçılıq,bostançılıq ,gülçülük öyrədilirdi.

580


İ.Pestallosti və A.Y.Qerdin fəaliyyətində əməyin istifadəsindən az yaşlı cinayətkarların islahı üçün istifadə olunmasının parlaq nümnələrini tapmaq olar.

Böyük isveç pedaqoqu İ.Pestallosti 1775-ci ildə Arqauda atılmış,tərk edilmiş,cinayətlər törətmiş uşaqlar üçün kənd sığınacaq evində tərbiyələndirici məqsədlərlə əməyin öyrənilməsi və istifadəsinin ideyasını reallaşdırdı.Tərbiyə olunan uşaqlar tarlada çalışırdılar,sənət öyrənirdilər,təsərrüfat işləri ilə məşğul olurdular.

Rusiyada A,Y,Qerdin rəhbərlik etdiyi koloniyalarda ciddi qayda- qanuna riyaət olunurdu,orda fiziki,əqli əmək və tam istirahət bir-biri ilə uyğunlaşırdı.Uşaqlar 4 saat işləyir,5 saat oxuyurdular.A.Y.Qerd belə hesab edirdi ki,məktəbdə dərs məşğələləri və sənət öyrənmək tərbiyənin vacib şərtləridir.

Əmək cinayətkarın tərbiyə olunması vasitəsi kimi,sovet dövlətinin ilk on illiyində aktiv tətbiq olunurdu.Professional təhsil məhkumların əmək tərbiyəsinə daxil edilirdi və ona islah-əmək təsiri ilə baxılırdı.(RSFSR islah - əmək kodeksi 1924-ci il).Azadlıqdan məhrum olunan yerlərdə əməyin təşkili işində düşərgələr daxilində müxtəlif emalatxanalar yaradılmasına xüsusi diqqət yetirilirdi,həmçinin müqavilə əsasında məhkumların fabrik ,zavod,savxoz və başqa müəsissələrdə əməklərindən istifadə olunurdu.20-ci illərin sonlarında məcburi işlər düşərgəsində məhkumların əməklərinin təşkili və istifadəsində 4 forma yarandı;



  1. Xaricdə olan işlər(düşərgə xaricində);

  2. Düşərgə daxilində emalatxanalarda

  3. Düşərgədən kənarda kirayəlik fabrik,zavod və b.müəsissələrdə

  4. Düşərgələr üçün ayrılmış bostan,savxozlar hansılarda ki,məhkumlar arteli orda sözləşmə əsasında işləyirdilər

Düşərgələrdə 74 ayaqqabı təmiri,52 çilingər,29 dəmirçi,9 at yəhəri hazırlayan,67 dərzi,63 dülgər , 3 saatsaz,15 taxta çəllək emalatxanaları ,avtomatxanalar,həmçinin paltaryuma,səbət fabriki və s.funksiya göstərirdilər.Kütləvi peşələr üçün mütəxəsisslər hazırlığı gedirdi,ilk növbədə tikinti sahəsi üçün ;daş işi, boyaqçı, dülgər və b.Hazırlıq həm fərdi,həm də briqada formasında aparılırdı.Təhsil professional texniki peşə məktəblərində,ustaların siniflərində aparılırdı.

30-50-ci illərdə kütləvi represiya dövründə məhkumların əməyi ölkənin ,kanalların ,dəmir yollarının tikintisində,mədən sənayəsində kütləvi katorqa işi kimi istifadə olunurdu.

581

Əməyin tərbiyələndirici vasitə kimi ifadəsi 60-80-ci illərdən başlandı.



Sovet dövlətinin cəza tətbiqi və məhkumlarla münasibəti sferasında siyasət,ölkənin təsərrüfat tələbatına əsaslanaraq islah-əmək kimi formalaşır və reallaşır.Prinsipial vəziyyət belə idi:Əgər məhkum sağlamdırsa,o çalışmalıdır ki, cəmiyyət üçün lazım olan istehsalat əməyi ilə məşğul olmalıdır.(M.Q,Detkov,1992).70-80 ci illərdə şərti mühakimə və şərti azadlıq institu yarandı,vəzifəsi əməyə cəlb etmək idi.BU kateqoriya keçmiş Sovet Birliyi ərazilərində tikinti-montaj işlərinin 15-18%-ni yerinə yetirirdi.SSRİ-nin Daxili İşlər Nazirliyi ölkənin böyük sənayə nazirlikləri və orqanları içərisində bütün göstəricilərinə görə 5-7-ci yerləri tuturdu.(A.İ,Zubkov, Y.İ,Kalinin , O.D.Sisoev,1998)

90-cı illərin əvvəllərində cinayət-tətbiqi sisteminə Rusiya dövlətinin iqtisadiyyatının dövlət sektorlarrını təmsil edən 750 senaye,meşə materialları hazırlığı və kənd təsərrüfatı təşkilatları daxil idi.Onların balansında 110 ədəddən artıq müxtəlif texniki avadanlıq ,5 min ədədə yaxın meşə materialları hazırlığı və daşıyıcısı texnikası var idi.

Təsərrüfatın illik gəliri 5 milyard rubl, buraxılan məhsulların komenklaturası 100 min adda idi.Əldə olunan təsərrüfat böyüklüyünü 750-800 min insanın əməklə məşğul olmasına icazə verirdi,təsərrüfatın gəlirinin 8-9 milyard rubla çıxması cinayət-tətbiqi sisteminin əşya, tikinti materialları,kommunal-məişət məhsulları ilə təminatını təşkil edirdi.

İnsanların bağlı birlik şəraitindəki əmək problemləri həmişə yüksək marağa səbəb olub.Əgər elm işçiləri əməyin təbiəti,onun məzmun və formaları inkişafının,tendensiya və qaunauyğunluqları haqda elmi izahlar verməlidirsə,elmi araşdırmalara əsaslanan əməyin təşkilində olan ağalıq isə təcrübəli işçilərin payına düşür .Çox alim və təcrübəçilər bu fikirdə həmfikirdirlər;insanların bağlı birlik əməyi onların fiziki və psixi sağlamlığını təmin edir,kollektiv prinsiplərində onların mühitində normal münasibətlər əsası yaradır,insan şəxsiyyətinə hörmət və nəhayət,şəxsiyyətin resosiallaşmasını təmin edir.

Cinayət tətbiqi kodeksinin 103-cü maddəsində ictimai faydalı əmək islahının əsas vasitəsi hesab olunub :Hər bir azadlıqdan məhrum olan məhkum islah müəsissəsi administrasiyasının təyin etdiyi yer və işlərdə çalışmalıdır.

582


İslah müəsissəsi administrasiyası məhkumların cinsiyyəti,yaş həddi, əmək qabiliyyəti,sağlamlığı və mümkün olduğu qədər ixtisası üzrə ictimai faydalı əməyə cəlb etməlidir.Məhkumların fərdi əmək fəaliyyəti ilə məşğul olmaq hüquqları var.Rusiya Federasiyasının əmək haqda qanunvericiliyi və Rusiya Federasiyasının əlilləri sosial-müdafiə qanunvericiliyinə əsasən Məhkum kişilər-60-yaşından yuxarı,55-yaşından məhkum qadınlar, 1-ci cə 2-ci qrup əlillər əməyə öz istəkləri ilə cəlb oluna bilərdilər.Rusiya Federasiyaının əmək haqqında qaunvericiliyinə uyğun olaraq yetkinlik yaşına çatmayan məhbuslar əməyə cəlb olunurlar.

Penitensiar sistemin inkişaf tarixi cinayətkarın şəxsiyyətinin formalaşmasında əməyin iqtisadi yönünə deyil, cinayətlarlar arasında normal ünsiyyət, münasibətləri formalaşdıra tərbiyəvi faktorlara fikir verirdi.O,yazırdı:”Əməksiz və qanunsuz,normal xüsusyyəti ilə insan yaşaya bilməz,heyvana çevrilər.....dustaqlar işsiz qalsaydılar,şüşə qabdakı hörümçəklər kimi ,bir-birini yeyerdilər.(Dostoyevski F.M,”Ukaz”əsəri s.15).Məhşur alman kriminalisti Q.Şnayder (1994) qeyd edirdi ki, məhkumların əməyinə bir cəza kimi və ya onların saxlanılması üçün xərclərin azaldılması kimi yox,onların resiosiallaşma faktoru kimi baxmaq lazımdır.

Bezi pentensiarlar yenə edə əməkdə cəza vasitəsi görürlər.V.O.Klyuçevski əməyə tamamlayıcı cəza vasitəsi kimi yazırdı;”Əmək- mənəvi borcdur və mənəviyyatın qaydaya düşməsinin əsasıdır. Ancaq əmək əməyə “düşməndir”.Məlumdur ki,istənilməyən müstəmləkə əmək istər xalq təsərrüfatına istər xalq məişətinə azad, öz istəyi ilə sərf olunan əməyin verdiyi qədər xeyir vermir.O,enerjini öldürür,təşkilatı qabiliyyəti zəiflədir,mənəviyyatı azaldır,fizikimüvazinəti korlayır”(Klyurevskiy V.O-Rus tarixi kursu-M.1987 T.1.s.44).Əməkdə cəza vasitəsi görməyənlər A.İ.Zubovka,Y.Q.Kpaxmalnik,A.y,Kemenson,N,Astruçkov,İ.V.Şmarov .Y.M.Tkaçevsky və b.Məhkumlarla münasibətlərin Minimal standart qaydalarında qeyd edilir ki,əmək əzab əziyyət verməməlidir.Bi tərəfdən əmək-insanın əzələ gücü və psixi imkan və bacarılıqlarının maddı rifahı gətirən istehsalatda istifadə prosesi,digər tərəfdən isə insanın özünüreallaşdırma ,özünü təsdiq,cəmiyyət tərəfindən qəbul olunması tələbatının ifadəsidir.

583


Yaponiyada azadlıqdan məhrum olan mıhkumların islahında fiziki əmək mühüm yer tutur,həbsxanaların yaradılmasına sərf olunan xərclərin bir hissəsini ödəyir,məhkumlara isə azad olunduqda pul mükafatı verilir. İsveçrede əmək fəaliyyəti –məhkumların reabilitasiya proqramının əsas hissələrinədən biridir.İslah müəsissələri idarəetməsi müxtəlif işlərin görülməsi üçün sifarişlər qəbul edir.Məsələn,mərkəzi idarəetmədə 600 mühəndis və texniki ixtisaslı şəxslər işləyir,onlar məhkumlar arasında böyük hörmət sahibidirlər.Siriyanın həbsxanalarında emalatxanalar var ki, orda biserli sumkalar, pul qabları,muncuqlar,geyim və ev üçün ayaqqabılar hazırlanır,avtomabil təmir olunur.İş günü 8 saatdan ibarətdir həm briqada, həm də fərdi əmək təşkili mövcuddur.Çində məhkumlar gündə 10-12 saat işləyirlər .Gələn gəlir dərs preosesi ehtiyaclarına ,koloniyanın inkişafına ,ekskursiya xərclərinə,məhkumların ehtiyaclarına xərclənir.Məhkumlar maaş almır,amma pulsuz geyim,qida,tibbi xidmətlə təmin olunurlar.Qadın koloniyalarında elektrik toxuyucuları,yataq kisələri elektrik qızdırıcı ilə hazırlayırlar,koftalar toxuyurlar.Bütün məhsullar eksporta gedir.ABŞ cinayət kodeksinin .amerikan hüquaları institu tərəfindən işlənmiş nümunəvi proektində əməuin təşkili şərtləri və məhkumların əməyindən istifadə şərtlərini reqlamentləşdirmək bir sıra normalar var.Orda səh.303\7deyilir ki,əməyə müsbət vərdişləri və məsuliyyət hissini artırmaq üçün ,müəsissəinin saxlanılması üçün lazım olan xərclərin azaldılması üçün,məhkumlar mümkün olduğu qədər təsərrüfat və fərdi fəaliyyətə cəlb olunurlar.Ancaq bəzi ölkələrdə məhkum əməyi qanun tərəfindən tənzimlənmir.Məsələn,Fransada cəza çəkənlərin 40%, Almaniyada 50% işləmir.Əmək məşğuliyyəti ancaq hücrəni səliqəyə salmaqdan ibarətdir.

60-cı illərin əvvəlindən 80-ci illərin ortasına qədər ABŞ,Almaniya,İngiltərə,Fransa həbsxana xidmətləri tərəfindən rentabelli sonralar onların çoxu bağlandı,çünki iş üçün uyğun sifariş tapmaq çətin oldu,həm də yeni balanslandırılmış rejim yaradılması siyasəti nəticəsində,əmək yalnız fəaliyyətin müsbət növü kimi oldu.Əslində bütün fəaliyyət növləri ona görə nəzərdə tutulub ki, məhkumlar mümkün olduğu qədər öz hücrələrindən kənarda olsunlar.

584

Məsələn,Fransa pentensiar sistemi heç də yumşaq saxlama rejmi ilə fərqlənmir,amma buna baxmayaraq 1983-cü ildən vacib əmək ləğv olunub.Məhkumları işləməyə məcbur etmirlər,amma çoxu bunu könüllü edir,çünki həbsxana maqazini onların işləməsi üçün böyük stimul verir.Ona görə də penitensiar sistem reformasiyanı islah müəsissələrinin senaye-ishetsalat bazasının dağılması ilə bağlayanların nöqteyi-nəzərinə əsaslanmaq olmaz.Ona görə də islah müəsissələrində əməyin təşkili problemi getdikcə xüsusi ciddiyyət alır və qərarların axtarılmasını tələb edir.



Sovet dövründə əmək tərbiyəsi siyasəti şəxsi və kooperasiya istehsalatına orientasiya edərək ,iş yerlərini genişləndirmək istiqmaətində inkişaf edirdi və islah əmək sistemində qalırdı,hətta o vaxtlar intensiv inkişaf yoluna və bazar iqtisadiyyatına keçidə hazırlaşırdı.İslah müəsissələri təşkilatları mövcud olan kooperativ bağlardan ayrılmağa məcbur oldu,çünki, onlar inkişaf etdirmək səmərəli olmadı.Birincisi,İslah təkilatının texniki təchizatı başqa təşkilatlarından aşağı səviyyədə idi.İkincisi-məhkum,azad adamdan pi işləyir ,istehsalat səviyyəsi aşağı olur və nəticədə bu boşluq get-gedə böyüyür.Bütün bunlar məhkumların əmək fəaliyyəti problemləri kəskinləşdirdi.A.İ.Zubkevun fikrincə(1998).islah təşkilatlarında əməklə məşğul olmayanların sayının artırılması tendensiyanı qorumur,bu da maddi çətinliklərə gətirib çıxarır:Cinayətkar tərəfindən verilən zərər ödənmir,alimentlər verilmir,ailələrə kömək olunmur.

Məhkumları əməyə və professional tədrisə cəlb etmək üçün komkret proqramların hazırlanması vacibdir.Dj.Mitford(1968) məhkumların əməkləri müqabilində az əmək haqqı aldıqlarına deyərək,qeyd edirdi ki, bu hal hebsxana sənaye korporasiyaları və özəl firmaların məhkumları ekspeuatasiya etməsidir.Məhkum məhsul istehsal edəənlərin rəqabət mübarizəsində istifadə oluna bilməz.Sovet Birliyi öz dövründə dünyanın bir çox ölkələrinə Şməhkum əməyi ilə hazırlanan malların göndərilməsi təşkil edirdi.Bu xarici təcrübədə də məhkum əməyi kommersiya məqsədləri üçün istifadə olunmuşdur.Onun təşkilinə olan cəhdlər də öz inkişafını almadı.

585

Məhkumlarının əmək məşğuliyyətinin genişləndirilməsi işində cinayət-cəza sistemi sənayəsinin bazar münasibətləri sisteminə keçid konsepsiyası vacib sənəd oldu.



İstehsalatın idarəsi üçün UJN-də marketinq xidməti yaradıldı və onun fəaliyyətin ora yönəldilməsi ki, islah təşkilatlarının məsissələrində hazırlanan məhsullar,keyfiyyətinə texniki-iqtisadi və estetik xarakterinə,qiymət seviyyəsinə və başqa orientlərinə görə bazar tələblərinə və istifadəçi istəyinə uyğun olsun. Cinayət-icra sistemində geniş ticarət şəbəkəsi yaradıldı.Xüsusi maqazinlər və ticarət evləri sistemin müəsissələri daima müxtəlif regional xüsusi ixtisalaşmış yarmarkalarda iştirak etməyə başladılar.

Məlumat- kommersiya şəbəkəsi adlı xüsusi proqram işləndi və yaradıldı ki, onun köməyi ilə, hazır məhsul,onun qiyməti barteri və başqa kommersiya məlumatlarını operativ şəkildə almaq və vermək olurdu.Belə bir məsələ qoyuldu ki, cinayət – icra sistemi müəsissələri bazarın konkret bir sahəsində bir pozisiya tutsun. Ancaq bu məsələnin reallaşmasında böyük çətinliklər yarandı.İslah sistemi müəssisələrinin bazar münasibətlərinə bərabərhüquqlu partnyor kimi girməyi çətin ki, mümkün olsun,amma yeni münasibətlər tələbi ilə məhkumların əmək təşkilatı sadəcə vacibdir.

Məhkumların əməklərinin istifadəsinin genişləndirilməsi fikri aşağıdakılardır(A.F,Siziy,1995)


  1. Kontakt sistemini,fərdi fəaliyyəti geniş istifadə etmək

  2. Müəsissələr tərəfindən ,gəlirin bir hissəsi məhkumların qidalanmasına verilirsin.

  3. Tərəvəzlər yetişdirmək üçün torpaq sahələrini möhkəmləndirmək

  4. Təsarrüfat və maaliyə fəaliyyəti sferasında məhkumların əməklə təmirini proqramı nəzərə alır.(A.İ.Zubovka və b.1998)

  • Sənaye təsərrüfatının hər bölməsinə görə məsələlərinin işlənməsi inkişafı və əlavə iş yerlərinin yaradılması:

  • Cinayət-icra sisteminin ehtiyac duyduğu və əhali tərəfindən tələb olunan məhsulların istehsalına orientə olmaq:

  • Müxtəlif formalı əmlakı olan müəsissələrlə birgə istehsalatın yaradılması.

586

  • Yerli administrasiya ilə birlikdə məhkumların əmək məşğulliyyəti reqional proqramının işlənməsi və onların ictimai işlərdə iştirakı

  • Marketinq xidməti vasitəsi ilə hazır məhsulun realizasiyası,birja və başqa kommersiya təşkilatları vasitəsilə yarmarkaların keçirilməsi

  • Hər respublikada ,vilayətdə kənd təsərrüfatı müəsissələrinin yaradılması.

Nəhayət,məhkumların əmək istehsalatlarının qaydaya salınması və onlarda müsbət motivasiyanın formalaşması üçün İslah təşkilatlarının dövlət büdcəsinə keçməsi, gəlirləri isə penitensiar təşkilatların sosial və təsərrüfat məsələlərinin həllinə, həmçinin başqa ölkələrdə olduğu kimi azad olan zaman məhkuma kömək vasitəsi ilə keçirilməsi,Əmək istehsalının artması nəticəsində məhkumları yaxşı əmək haqqı ilə təmin etmək ,bununla da onların ailə və valideynlərinə maddi kömək etmələrinə və öz şəxsi xərclərini kompensasiya etmələrinə imkan yaratmaq lazımdır.(A.İ,Zubkov,Y.İ.Kalinin V.Q.Siseov ,1998)

Müəsissələrlə müqavilə yolu ilə məhkumların tamamilə əmək məşğulluğu yolunda maneələr təcrid və təhlükəsizlik işçiləridir ki,çox baha başa gəlir,həmçinin hər cür hüquq məhdudiyyətləridir.Bu,işçi qüvvəsi istehlakçılarını əsasən də kiçik müəsissələri qorxudur.İslah təşkilatlarında nəzərdə tutulan yüngülləşdirilmiş şərtlərdə cəza verilməsi,hansı ki, məhkumlar təşkilatdan kənarda gözətçi və müaşiyət olmadan çalışırlar,yaranmış vəziyyətdən çıxmağa kömək edər.Kommunal təsərrüfat və əhalinin məişət xidmətləri sferasında da məhkumlardan yerli müəsissə obyektlərində istifadə etmək olar ki,bu da islah təşkilatı yerləşən ərazidə məhkumların əmək istifadəsi problemini həll edər,penitensiar təşkilatdan azadlığa çıxarmağı hazırlaşan məhkumların sosial adaptasiyasına kömək edərdi.Məhkumların əməyi bir məqsəd deyil,o,onları azadlığa çıxdıqdan sonrakı həyata hazırlayır.Məhkum əməyinin tərbiyəsi rolu bu vəziyyətlərlə şərtlənir

1.Məhkumların əməyinin,azadlıqda olan insanların əməyi ilə bağlılığı onların resiosiallaşmasına müəyyən maddı katkı edir,ailələrinə,doğmalarına kömək edir,maddi tələbatlarını ödəyirlər.Əməklə onlar öz günahlarını yuyurlar.Əmək,ölkədə baş verən sosial və iqtisadi prosesslərlə onları bağlayır.

587


Bu zaman məhkum şəxsiyyəti psixologiyası yenidən qurulur,əmək fəaliyyətinin sosial əhəmiyyətli motivləri inkişaf edir.Əməkdə məhkum özünü şəxsiyyət ,cəmiyyətin bir üzvü kimi hiss edir.

2.Qrup xarakteri daşıyan əmək prosesində ,məhkum,yaxın sosial əhatə ilə münasibətlər sisteminə daxil olur və ondan əməkdaşlıq,qarşılıqlı yardım,inisiativ,sağlam rəqabət tələb edir.Bu məhkumda eqoistik adər və cizgi sferasının daralmasına kömək edir,onda qrup və əmək fəaliyyətində davranış vərdişləri formalaşdırır ki,bu da azadlıq şərtlərində çox vacibdir.

3.Məhkumun əməkdə iştirakı ,onun xarakterinin formalaşmasını,mənəvi təlabat və maraqlarını inkişaf etdirir.Əmək adamlarına və başqa adamların əmək nəticəsinə hörmət formalaşır,qazanılmış pullara ciddi münasibət yaranır.

4.Əmək istehsalı məhkumların fiziki inkişafına kömək edir və sağlamlıqlarını dəstəkləyir.Əmək məhkumun enerjisini ictimai faydalı məqsədlərə yönəldir.

5.Əmək məhkumların əqli qabiliyyətini inkişaf etdirir,düşüncə prosesini aktivləşdirir,yaradıcılıq stimulu verir.Əlbəttə ki,düşüncəsiz,rutin,könülsüz əmək buna kömək etmir

6.Mənalı əmək məhkumda oxumaq, öz ustalığını mükəmməlləşdirmək ,boş vaxtını rasional istifadə etməyə ruhlandırır.Əmək,məhkumun zaman anlayışında əhəmiyyətli dərəcədə dəyişikliklər edir və buna görə o,müddətini asan keçirir.

7.Əmək pentenisiar təşkilat əməkdaşlarının məhkumun hərtərəfli öyrənilməsinə yaxşı şərait yaradır.

23.2. İslah təşkilatlarında məhkumların əməyinin psixoloji komponentləri

İslah təşkilatlarındakı məhkumların əməklərini analiz etmədən öncə,əmək fəaliyyətinin əsas xarakteristikasını aydınlaşdırmaq lazımıdır,onları anlamadan psixoloji faktların mahiyyəti və əhəmiyyətini düzgün təyin etmək olmaz.

Axırıncı onunla əlaqədardir ki, əməkdə psixoloji hadisələr tədric vəziyyətində yaranmırlar.Onlar üzvi olaraq əmək prosesinin psixoloji,sosial-ekonomik və fizioloji tərəfləti ilə bağlıdır.Əmək vərdişləri və xüsusi biliklərə yiyələnmiş,həmçinin,əmək alətləri və digər istehsal vasitələri istifadə edən insanlar,cəmiyyətin istehlak gücünü yaradır.

588

Onlar insanın təbiətə spesifik yanaşmasını xarakterizə edirlər,hansının ki,məzmununu əmək fəaliyyəti təşkil edir.



İnsan və təbiət münasibətləri arasında psixoloji yön də var.Karl Marks yazırdı:”Əmək, ilk öncə insan və təbiət arasında baş verən bir prosesdir.insan öz fəaliyyəti ilə dolayı yolla özü və təbiət maddələrinə təbiət gücü kimi qarşı qoyur.Təbiət maddələrini məlum formada,öz şəxsi həyatına yararlı formada mənimsəmək üçün ,o,bədəninə aid olan təbii güclərini hərəkətə gətirir;əllər,ayaqlar baş və barmaqlar.Bu hərəkətlər vasitəsi ilə xarici təbiətə təsir edərək cə onu dəyişdirərək,o,eyni zamanda öz şəxsi təbiətini də dəyişir.O,orda mürgülləyən gücləri inkişaf etdirir və bu güclərin oyununu öz şəxsi hakimiyyətinə tabe edir...İnsan təkcə təbiət tərəfindən verilən formanı dəyişmir,təbiətin verdiyi formada o öz süurlu məqsədini həyata keçirdir,belə ki,qanun kimi onun hərəkətlətinin üsul və xarakterini təyin edir ki,onlarə öz iradəsinə tabe etməlidir.Və bu itaət tək aktlı deyil.Əməyi yerinə yetirdiyi orqanların gərginliyindən başqa,əməyin davam etdiyi bütün müddətdə diqqətdə ifadə olunmuş,məqsədəuyğun iradə lazımdır.”(Marks,Engels F.Əsər T,23.s,188-189)

Şüurla ,dərk edərək qoyulmuş məqsədlər,insan tərəfindən şüurla təşkil olunmuş hərəkətlətin vasitə və üsulları ilə əldə edilir;Hər kəs nə edəcəyini və hansı vasitələrin köməyi ilə edəcəyini bilir.Əmək üzvü olaraq şəxsiyyətin bütün psixi prosesləri ,Vəziyyətləri və xüsusiyyətləri ilə bağlıdır.Onlar bir tərəfdən insanın əmək fəaliyyətində formalaşır və reallaşır,digər tərəfdən isə həmin əmək fəaliyyətinin vacib komponentləridirlər.Ona görə məhkumların əməklərinin psixoloji komponentlərini analiz edərkən ,mütləq əməkdə psixi proseslərin rolunun,vəziyyətinin və şəxsiyyət xüsusiyyətlərinin xarakteristikasından başlamaq lazımdır. Ona görə psixi proseslər-hiss etmə,qəbul etmə,diqqət,yaddaş,təsəvvür,iradəli və emosional proseslər əmək fəaliyyətinin necə keçəcəyinə birbaşa təsir edir.İş zamanı insan öz şüurunda onu əhatə edən bir sıra xarici və daxili işini görmə qabiliyyəti ilə qəbul edir,onun səsini dəyişməsindən onun xarab olduğunu təyin edir,əli ilə detal və ya kəsicinin deffektlərini müəyyən edir və s.

589

Bir sözlə hiss orqanları daima onu işin gedişatı barədə məlumatlandırır.Hiss orqanlarının inkişaf səviyyəsi nə qədər böyükdürsə,bir o qədər də əmək istehsalataının artırılmasına imkan verir.Ona görə bir sıra peşələr insandan görmə,eşitmə,taktiki,knetik hisslərin müəyyən səviyyəyə qədər inkişafını tələb edir.



İslah təşkilatlarında demək olar ki, bütün əmək növləri üçün müşahidəçilik vacibdir. Müşahidəçi adam işində müəyyən incəlikləri hiss edə bilər və ona uyğun tədbirlər heyata keçirdər.Vaxtında olmayan və ya adekvat olmayan tədbirlər ya pis müşahidəçilik ya da görmə çatızmazlığı ilə izah oluna bilər.Əmək məhkumdan böyük gərginlik,diqqəti tələb edir.

Bəzi istehsal əməliyyatları diqqət konsentrasiyası olmadan mümkün deyil,məsələn, çertiyojların oxunması,alətlərin yoxlanılması və s.İş zamanı məhkumdan diqqətini bir neçə obyekt və ya fəaliyyət növünə bölməsi tələb olunur.Bundan başqa diqqətini tez bir obyektdən başqasına yönləndirməyi bacarmalıdır.İş üçün faydalı olan diqqət yönəltməni dalğınlıqla qarışdırmaq olmaz.Bu zaman diqqət tez bir predmentdən başqasına keçir,ona görə yox ki,əməyin müəyyən mərhələsində uzun müddət diqqətini bir yerə cəmləmə bacarığı yoxdur.İş üçün diqqət keyfiyyəti –onun davamlığı həddindən artıq vacibdir.Əmək əməliyyatını bütün iş prosesində diqqəti saxlamadan yerinə yetirmək çox çətindir.

Əmək məhkum-işçidən təkcə tez və dəqiq hərəkətlər ,əmək məhsuluna orientə olmağı deyil, həm də daimi düşüncə fəaliyyəti istəyir.Hər hansı ixtisas işçisi ilk öncə əmək tapşırığını başa düşməlidir.İş tapşırığını başa düşmək –bu texnologiya,təşkilat,avadanlıq və s.aid olan anlayışları başa düşmək deməkdir.Məhkum-işçinin düşüncə tərzi,özünün və yoldaşlarının işini qiymətləndirmək zamanı onun fikirlərində ifadə olunur.

Əməkdə düşüncənin mühüm əməliyyatı-planlaşma və özünə nəzarətdir.

590

İstehsal əməyi üçün ilk öncə fərdi –planlaşdırma yəni qarşıya qoyulan məsələ tapşırıqlarını yerinə yetirmək üçün insanın iş hesablaması böyük əhəmiyyət kəsb edir.



Planlaşdırma zamanı gərgin düşüncəli iş baş verir:müqayisə etmə,analiz,sintez,nəticələrin formalaşması.Düşüncə təkcə planlaşdırma üçün deyil,həm də özünənəzarət üçün lazımdır.Çünki, məhkum-işçi öz əmək hərəkətlərini,alman nəticələri müşahisə edir,analiz edir,müqayisə edir,deməli,öz işini tenzimləyir.

Belələiklə,düşüncə psixi proses kimi əmək fəaliyyətinin ən əhəmiyyətli dəqiqələrinə nüfuz edir.İş fəaliyyəti zamanı insan hiss edir,qəbul edir,yadda saxlayır,düşünür və bundan başqa hiss və ya emosiyaları vasitəsilə öz gördüyü işə münasibət ifadə edir.İnsanın həyacanı əmək fəaliyyətinin tempinə ,keyfiyyət və miqdar göstəricilərinə əhəmiyyətli dərəcədə təsir edir.Əmək zamanı insana kömək edən,müsbət hisslərə aiddir:əməkdən məmnunluq və seviinc ,entuziazm,özünə inamlıq,yumor hissi.Bunlar xarici səbəblər və işçinin öz şəxsiyyəti ilə bağlı müxtəlif davamlılıqda ola bilərlər.Mənfi hisslərə aiddir:dalğınlıq,özünə inamın olmaması ,gördüyü işdən məmnun olmaması.İstehsal əməyinin bəzi növləri təhlükələr ilə bağlıdır,buna görə də kontrol oluna bilməyən qorxu hissi yarana bilər.

Əmək fəaliyyəti,süurlu və məqsədyönlü fəaliyyət kimi, öz psixoloji strukturuna görə iradəli sayılır.

İradə yaxşı əhval-ruhiyyə saxlamaq üçün ,işdə qarşısına çıxan çətinliklərlə mübarizə üçün lazımıdır.

Əməkdə şəxsiyyətində və individual-psixoloji xüsusiyyətində psixoloji proseslər yaranır;templament,xarakter,istiqametlənmə,qabiliyyətlər.

Əməkdə şəxiyyətin istiqamətləndirilməsi,məhkumun əməyə münasibətində,əməkdə şəxsi və sosial əhəmiyyət görməsində,əmək adamlarına hörmət etməsində üzə çıxır.Məhkum işçinin istiqamətləndirilməsi bir tərəfdən bütün əmək prosesinə öz izini qoyur,digər tərəfdən formalaşır və dəyişir,onu tələbat halına çevirərək.Məhkum-işçidə maraq və yaradıcılığın yaradılmasında qabiliyyətlərin mühüm yeri var.

591

Azadlıqdan mıhrum olunan yerlərdə ,məhkumlar həmişə bədii-incəsənət məhsulları hazırlayıb,çünki, məhkumlar arasında müxtəlif qabiliyyətləri olan az deyil.Onların inkişafına həm fərdi, həm də kollektiv əmək fəaliyyəti təsir edir.Çox vaxt məhkumlar bu qabiliyyətlərdən qadağan olunmuş müxtəlif əşyaların hazırlanmasında istifadə edirlər(pistolet-çaxmaq, deşici-kəsici alətlər,müxtəlif həbsxana süvunerləri satılır ya da nəsə ilə dəyişdirilir.Bu və ya digər qabiliyyətli məhkumların psixoloqlar tərəfindən aparaılan dioqnostikası,onların əmək fəaliyyətinə-fərdi və ya qrup –uyğun təşkilatın tapılması bazar iqtisadiyyatı şəraitində mühüm yür tutur.Bu halda istehsal əməyi öz əməyindən məmnunluq hissi,vicdanlı,məsuliyyətli,yaradıcı olma hissləri formalaşdırır.Belə məhkumlara koneroysuz hərəkət, yəni təşkilatdan kənarda dövlət və ya özəl müəsissələrdə işləmək imkanı vermək onlar üçün vacib stimul verir.



Məhkumların əməyə münasibət xarakterini araşdırırarkən”sizin istehsalatda ən çox nədən xoşunuz gəlmir?” sualina çox məhkum belə cavab verir:köhnə avadanlıqlar,pis çirk,pis dissiplin,pis təşkilatçılıq və s.Şübhəsizdir ki, əməyin xarakterini obyektiv faktordur.Əgər əmək şəxsdə yaradıcı inkişafına imkan veirirsə, insanda mükəmməllaşməyə həvəs yaradırsa,deməli,o, adi əməkdən daha çox tərbiyəvi xarakter daşıyır.İslah olma və rasiollaşma planında professional bilik, vərdiş bacarıq,əməyə hazırlığın formalaşması durur.Əgər məhkum-işçidə fəaliyyət vərdişləri yoxdursa,onda fəaliyyət ağır ,səhvlərlə,çətinliklə gedəcək.

Məhkumun əmək vərdişləri təkrarı zamanı və ya bu və ya digər fəaliyyətdə çalışmalar zamanı formalaşır.Ancaq təkrar öz –özlüyündə vərdiş formalaşdıra bilməz.Vərişin formalaşmasının effektiv prosesi müəyyən tələblərə cavab verir:



  1. Məhkumda öz fəaliyyətinin keyfiyyətini artırmaq, daha yaxşı işləmək istəyi kimi şüurlu istiqamətləndirmə olmalıdır;

  2. Vərdişi formalaşdıran zaman da biləcək səhvlərin səbəblərini və onların olmaması üçün nə etmək lazım olduğunu göstərmək lazımdır.

592

3.Vədişi formalaşdıran çalışamalar zamanı,tədricən asan hərəkətlərdən daha çətinə keçməni həyata keçirmək lazımdır.

Formalaşmış vərdişlər yeni vərdişlərin yaranmasına asanlaşdıra və ya çətinləşdirə bilər.Dəstə rəisi məhkumun bir əmək fəaliyyəti növündən digərinə keçirən zaman problemlərlə qarşılaşarsa, bu vərdişləri nəzərə almaq lazımdır.Məsələn,məhkum tornaçı bir ailəətlə işləyibsədigərini də asanlıqla mənimsəyə bilər.Burda vərdişin müsbət keçidi baş verir.Dəmirçidə alətin sapını bərk sıxmaq vərdişi olur.Bu hal avtomobil idarə edərkən sükanı bərk sıxmaqla vərdişin mənfi keçidini göstərir.

Adət vərdişlə oxşardır.A dət insanın həyat və tərbiyə prosesində bu və ya digər hərkətləri edən zaman yaranır.Vərdişdən fəqli olaraq adət xüsusi məşqlər olmadan da yarana bilər.

Əməkdaşların məhkumlarla işi zamanı onlarda psixoloji mobilizasiyanın formalaşması vacibdir.Bunun xüsusiyyəti ondadır ki, onların daha uğurlu fəaliyyətini təmin etmək üçün ,müəyyən psixi vəziyyətlər yaradılsın.Psixoloji mobilizasiya məhkumların əmək hazırlığı mövcudluğunu özünə daxil edir. Psixi hazırlıq səviyyələri,iş həvəsi və daimi daxili hazırlığı göstərir.Psixoloji mobilizasiyaya və hazırlığa qatkı verir;


  1. Qısa instruktaj, bu və ya digər briqadanın əməkdə daha yaxşı göstəricilər əldə etdikləri məlumatı ilə birləşməsidir;

  2. Hansısa vacib istehsalla əlaqəli məsələlərin həlli öncəsi məhkumların yaxşı təşkil olunmuş və aktiv keçirilmiş iclası;

v)Qarşıda olan əmək tapşırıqları və s.ilə bağlı büllutenlərin buraxılması.

Məhkumların əmək keyfiyyətlərinin artırılmasında,əməkdaşların əmək fəaliyyətinin iqtisadi,mənəvi və hüquqi əsaslarının araşdırılması üçün tərbiyəvi işlər aparmalarıdır.Beləliklə,əməyin psixoloji komponentləri bütün şəxsiyyət təzahürlərinin birliyidir.Məhkumların əməyinin təşkili əməklə məşğul olan insanın psixi təzahür, proses,vəziyyət və xüsusiyyətlərinin öyrənilməsi özünəməxsus şəkildə aşkar etmədən uğurlu ola bilməz.



593

23.3Məhkumların əmək təşkilinin fərdi və kollektiv formalarının motivasiyası



Məhkumların əməyə cəlb olunmalarının forma və moetodlarının mükəmməllaşməsi üçün:

  • Bütün əmək qabiliyyəti olan məhkumlar üçün lazım olan qədər iş yerlərinin yaradılması;

  • Stabil olaraq istehsalatın məhsul hazırlanması üçün ,bir işçi gününü dolduracaq miqdarda sifarişlə təmin etmək,

  • Məhkumlarda əməyə vicdanlı yanaşma və hüquq normalarına uyğun davranışların olmasına yönəlmiş ,əmək fəliyyətinin stimullaşdırılması sisteminin yaradılması;

  • Məhkumlar tərəfindən onların qabiliyyət və bacarıqlarına uyğun davranışların olmasına yönəlmiş ,əmək fəaliyyətinin stimullaşdırırlması sisteminin yaradılması;

  • Məhkumlar tərəfindən onların qabiliyyət və bacarıqlarına uyğun olan vərdişlərin qazanılması ,azad olduqdan sonra ona şərəfli əməklə məşğul olmağa icazə versin.

Bu məqsədlə istehalatın modernizələşmiş və struktur reorientə olunmuş istehsalata çevrilməs lazımdır ki,o, məhkumların əmək məşğuliyyətinə dəstək olan Federal məqsədli proqramına rəqabət xarakterli və uyğun olan ,eyni zamanda dövlət və cinayət –icra sistemi və daxili işlər orqanlarını üçün və əhalinin aztəminatlı təbəqəsinin ehtiyaclarını ödəmək üçün məhsul istehsal etmək olsun.

Müasir şərtlərdə məhkumların əməyin təsiri üçün ,ənənəvi olmayan formaların axtarışı gedir.Belə yeni formalara “ABŞ və Rusiya məhkumlarının yaradıcılığı” təşkillatının işini aid etmək olar, məhkumların fərdi fəaliyyəti,açıq seksiayları,məhkumların mağazalarda məhsul satması.Əməyə onun təyinatını qaytarmaq –mövcud olmanın və özünü reallaşdırmanın əsas mənbəyi olaraq, məhkumların əmək fəaliyyətinə şəxsi maraqlarının artmasına və əmək təhfilinin artırılmasını nəzərdə tutur.Ancaq bu, çox çətindir,çünki onların əməyi qyed etdiyimiz kimi bir sıra spesifik xüsusiyyətləri var.Məhkkumların əmək fəaliyyətinə və əmək məhsulları təhlilinin artırılmasına maraq göstərmələrinin əsas səbəbi ,nə qədər olur-olsun effektli sosial- iqtisadi motivasiyalarının olamamasıdır.
Yüklə 34,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin