Mövzu 11. Əmək fəaliyyətinin stimullaşdırılması



Yüklə 27,96 Kb.
səhifə1/4
tarix24.11.2022
ölçüsü27,96 Kb.
#70196
  1   2   3   4
irie mövzu 11


Mövzu 11. Əmək fəaliyyətinin stimullaşdırılması.

  1. Əmək fəaliyyətinin stimullaşdırılmasının mahiyyəti və funksiyaları.

  2. Əmək fəaliyyətinin stimullarının növləri və stimullaşdırmanın təşkilinə olan tələblər.

  3. Əmək haqqı - maddi motivlərin əsası kimi.

  4. Əməyin ödənilməsinin sosial məsələləri.

  1. Əmək fəaliyyətinin stimullaşdırılmasının mahiyyəti və funksiyaları.

Əmək fəaliyyətinin stimullaşdırılması anlayışını geniş və dar mənada başa düşmək
olar. Sözün genuş mənasında əmək sferasında işçilərin davranışına nəticə etibarı ilə təsir
edən bütün daxili və xarici amilləri stimullaşdırılmasmm toplusu hesab etmək olar.
Lakin bununla yanaşı başqa amillərdən fərqli olaraq stimul birbaşa deyil, vasitəçilik
qaydasında işçilərin fəaliyyətionə təsir göstərir. Stimullaşdırmanın prosesi öz
sfertasında tələbat, mənafe, motivləşdirmə və sair məsələləri daxil edir. Bununla belə
stimullaşdırılma yuxarıda göstərilənləri və digər xarici şəraitin və işçinin daxili
strukturunun (bir şəxsiyyət kimi) ona təsir edən amillərin təsiri zəruriyyətindən
meydana çıxır. Stimullaşdırmadan ona görə də əmək fəaliyyətinin idarə olunması üçün
mühüm bir vasitə kimi istifadə olunur. Çünki əmək situasiyasının vəziyyəti, onun çox
cəhətliliyi işçinin fəaliyyətini bu və ya digər qaydada və istiqamətdə stimullaşdırmağı
tələb edir. Çünki əməyin ödənilməsinin müxtəlif sistemlərindən tutmuş əməyin
məzmununa qədər ayrı-ayrı stimullaşdırıcı amillər işçilərin əmək fəaliyyətinin
artırılmasına eyni dərəcədə təsir göstərmirlər; yalnız işçiyə, şəxsiyyətə daha əhəmiyyətli
olan amil, onun üçün sövqedici bir vasitəçiyə çevrilir və beləliklə də bu işçidə müəyyən
maraq doğurur, həm də bilavasitə fəaliyyət motivlərini formalaşdırır. Burada obyektiv
və subyektiv amillər işçinin timsalında özünün dialektik vəhdətini təmin etmiş olur.
Lakin bu vəhdətlik bəzilərinin fikirləşdiyi kimi eklektik qaydada deyil, üzvi vəhdətlik
halında təşəkkül tapır. Üzvi vəhdətlik indiki halda o deməkdir ki, əmək fəaliyyəti ilə
bağlı olan bu proseslər, ünsürlər qarşılıqlı olaraq bir-birinə nüfuz edir, hətta biz deyərdik
ki, bir-birinin mahiyyətinə daxil olur. Burada ən çətin məsələ həmin keçid prosesinin,
126
mərhələsinin hüdudunu müəyyən etməkdir. Bu proses stimul üçün ideal zamanda bir sosial xassə kimi çıxış edir.
Stimullaşdırmanın zərurəti insan fəaliyyətinin öz məzmununda, obyektiv reallığın mövcudluğunda və istehsal proseslərinin səmərəli təşkilində insan amilinin rolunun artırılması zərurətdən irəli gəlir. Stimul mənafelərin dərk edilməsinin mürəkkəb amilləri ilə bağlıdır. Ona görə də mənafelərin dərk edilməsi məsələləri kortəbii idarə olunan və olunmayan istiqamətdə təzaher edə bilər, ona görə də hər hansı bir işçi stimullaşdırıcı vasitələri düzgün seçməyə də bilər, həm də burada qeyri-düzgünlük yalnız ictimai mənafelərlə zidiyyət təşkil etməsi mənasında deyil, özlərinin mənafeləri baxımından da ola bilər, çünki əmək fəaliyyətində konkret mənafe və stimulların subyektiv-psixaloji fenomeni də meydana çıxa bilər. Demək, heç də stimullaşdırmanın psixaloji aspektinin rolunu inkar etmək olmaz. Sosial idarəetmə birinci növbədə insanların idarə olunması olduğuna görə stimullaşdırılma sosial proseslərin tənzimlənməsinin idarə olunmasının universal prinsipi və atributudur. Digər tərəfdən isə stimul və motivdən fərqli olaraq stimullaşdırma idarəetmə subyektinin fəaliyyət növlərindən biridir, həm də idarəetmə vasitəsidir.
Stimullaşdırma onun bilavasitə bağlı olduğu əməyin kəmiyyət və keyfiyyət tərəfi, onların qarşılıqlı halda ölçülməsi və qiymətləndirilməsi sosioloji tədqiqatların ən mühüm obyektidir. Burada maddi tələbat, maddi maraq, ailələrin ümumi gəlirində əmək haqqının xüsusi çəkisi, real əmək haqqının dinamikası mühüm əhəmiyyətə malikdir. Yuxarıda göstərilən kateqoriyaların qarşılıqlı əlaqəsi və qarşılıqlı təsirini belə təsəvvür etmək olar.
Bu əlaqənin öyrənilməsində, sosioloji tədqiqində əmək haqqını, gəlirlərin fəhlə peşələri, sosial qruplar və təbəqələr üzrə qiymətləndirilməsinin böyük əhəmiyyəti vardır. Bu əməyə maddi marağın formalaşması amillərin təhlili baxımından da mühüm əhəmiyyət kəsb edir.
Stimullaşdırma vasitələrinin optimal variantlarının seçilməsində həm kollektiv rəhbəri, həm də işçilər də maraqlı olmalıdır.
Kollektiv rəhbəri üçün stimullaşdırma vasitələri mühüm bir iqtisadi metod kimi
istifadə olunur, ayrı-ayrı işçilər üçün isə stimul onların müəyyən tələbatlarının
127
reallaşmasına xidmət edir. Ona görə stimullaşdırmanm təşkili məsələlərinə ciddi fikir vermək tələb olunur. Elə etmək lazımdır ki, bu işçilərin əməyinin son uğurlu nəticələri üçün işçilərin marağının güclənməsinə xidmət edə bilsin. Bu baxımdan stimullaşdırma işçinin əmək fəaliyyəti və davranışının tənzimlənməsi sistemində mühüm yer tutmalıdır. Stimullaşdırma çoxcəhətli bir prosesdir və ona görə də əmək istehsal fəaliyyətinin bütün istiqamətləri ilə bu və ya digər formada (birbaşa və dolayısı) əlaqədar olur. Bu baxımdan stimullaşdırma həm də müəyyən funksiyaları icra edir, onun təbiətində, məzmununda müəyyən funksiyalar vardır:

  1. İqtisadi funksiya;

  2. Sosial funksiya;

  3. Sosial - psixaloji funksiya;

Qeyd etmək lazımdır ki, bu funksiyalar istər özlərinin bir-birinə münasibətləri baxımından, istərsə də işçilərə, əmək kollektivlərinə təsiri cəhətdən müstəqil əhəmiyyətə malikdirlər. Bununla belə bu funksiyalar real həyatda bir-birilə üzvi şəkildə bağlıdırlar. İqtisadi funksiya istehsalın səmərəsinin artmasına, əmək məhsuldarlığının yüksəldilməsinə xidmət müəssisə daxili təsərrüfatçılığın iqtisadi mexanizmi ilə bilavasitə əlaqədardır.
Sosial funksiya işçinin kollektivdəki sosial iqtisadi vəziyyəti, onun əmək bölgüsü sistemində tutduğu mövqe və bundan asılı olaraq onların fəaliyyətinə kompleks sosial tədbirlər və vasitələr qaydasında təsir göstərmək, tələbatlarını ödəmək, qabiliyyətlərini inkişaf etdirməklə bağlıdır. Sosioloji- psixaloji funksiya stimullaşdırma sisteminin işçilərin daxili aləminin formalaşdırılması (tələbat, dəyərlər, meyllər, motivlər), onun sayəsində işçidə əməyə münasibəti bu və ya digər münasibətlər tipinin formalaşdırılmasıdır. Sosial - psixaloji funksiya mənəvi, tərbiyəvi funksiya ilə üzvi şəkildə bağlıdır.
İndi əmək haqqının işçi qüvvəsinin fərdi təkrar istehsalı baxımından az əhəmiyyət
kəsb etdiyi bir şəraitdə, onun əmək fəaliyyəti üçün əhəmiyyəti xeyli aşağı enmişdir.
Eyni zamanda bununla əlaqədar olaraq peşə fəaliyyətinə olan maraq da azalmışdır ki,
bir sözlə, sosial və əmək passivliyi baş vermişdir. Sosioloji müşahidələr göstərir ki,
əməyə olan maraq və ondan əldə edilən gəlir və qeyri-əmək gəlirləri arasında böyük
128
ziddiyyətlər meydana çıxarılmışdır. Bu onu göstərir ki, bazar münasibətləri şəraitində insan fəaliyyəti üçün mənəvi hesab edilən motivlər və stimullar bir çox hallarda yerlərini dəyişmişdir.


  1. Yüklə 27,96 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin