Sahələrarası standartlaşdırma sistemləri. Plan



Yüklə 24,32 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü24,32 Kb.
#35069
  1   2   3   4   5
Sahələrarası standartlaşdırma sistemləri


Sahələrarası standartlaşdırma sistemləri.

Plan :




  1. Məhsul keyfiyyətini təmin edən standartlar.


  2. İdarəetmə və informasiya üzrə standartlar sistemi.


  3. Sosial sahənin standartlar sistemi.

Sahələrarası standartlaşdırma sistemlərinə bir çox milli və dövlətlərarası standartlar daxildir. Gələcək perspektivdə ümümtexniki sistemlər rolunu həyata keçirən sahələrarası standartlaşdırma sistemləri texniki nizamlamanın ümumtexniki sistemlərinə transformasiya olunaraq tərkibinə milli standartları və hətta texniki reqlamentləri daxil etməlidirlər.

Sahələrarası standartları şərti olaraq aşağıdakı üç istiqamətə bölmək olar:



  1. məhsul, işlər və xidmətlərin keyfiyyətini təmin edən standartlar;

  2. idarəetmə və informasiya standartları;

  3. sosial sahə standartları.

Yuxarıda ğöstərilən hər bir istiqamətdə təqdim olunan standartlar kompleksinin xarakteristikalarına nəzər yetirək.

Birinci istiqamətin standartlarını aşağıdakı qruplarda təsvir etmək olar:

  • istehsalın texniki hazırlanması standartları


  • istismar mərhələsində keyfiyyətini təmin edən standartlar;


  • keyfiyyət sistemləri üzrə standartlar;


  • məhsulun ayrı –ayrı xassələrinə tələblər təyin edən standartlar.


1. Maşınqayırma və cihazqayırma məmulatlarının istehsalının texniki hazırlığının əsasını konstruktor və texnoloji hazırlanma təıkil edir. Elmi- tədqiqat işləri ilə birgə konstruktor və texnoloji hazırlıq məmulatın yaradılması mərhələsi olaraq məhsulun keyfiyyətini formalaşdıran mərhələdir. Bu mərhələdə sifariıçi layihələndiricinin istehsal və istehlaka olan maraqlarının rasional uzlaşmasını təmin edir. Bu məsələnin ən vacibi yüksək texniki səviyyyə malik olan məmulatın yaradıl-

ması, eyni zamanda yeni texnikanın mənimsənilməsi və işlənməsi əmək həcminin azaldıllması və istehsalın çevikliyinin yüksəlməsidir. Hal- hazırda bizim respublikada qüvvədə olan sahələrarası standartlaşdırma sistemi işlənmişdir.

2. İstismar mərhələsində keyfiyyəti təmin edən standart sisteminə istismar sənədlərinin (İS) standartları daxildir (istismar üzrə rəhbərliklər, pasportlar, etiketlər) . Siravi alıcılar üçün onlar əmtəəni müşayət edən sənədlərdir. Bu istiqamətin əsası: QOST 2.6 01 standartı sayılır. Standartda mürəkkəb texniki məmulatların istismar sənədlərinin strukturuna və tərkibinə tələblər təyin olunur. O cümlədən, standart istismar sənədinin ,, təhlükəsizlik texnikası üzrə göstərici-lər,, bölməsini ayrıca göstərmək və bölmədə ayrı- ayrı istismar qaydalarının ,,qadağandır,, yadda saxlayan,, növ xəbərdaredici göstəricilər hesabına yerinə yetirilməsini istehlakçıların nəzərinə çatdırmağı istehalçılardan tələb edir.

İstehlakçının effektiv olaraq əmtəənin keyfiyyətinin idarə olunmasına qoşulması istismar şəraitinin savadlı yazılmasından aslıdır.

Məlumdur ki, istismar şəraitində məişət texnikasının 20%-nin vaxtından əvvəl dayanması istismar qaydalarının pozylması ilə ələqədardır. Göstərilən standart istehsalat təyinatlı məhsullara və həmçinin xalq tələbatı əmtələrə şamil olunur.

3. Keyfiyyət sisteminə tələblər ilk dəfə 1987-ci ildə standartlaşdırma üzrə beynəlxalq təşkilatın İSO 9000 seriyalı dörd standartında (İSO 9000- İSO 9004) müəyyən olunmuşdur. 1994-cü ildə dəyişiliklər edildikdən sonra standartların ikinci versiyası təsdiq olundu: İSO 9000:2000 ,,Keyfiyyyət menecmenti sistem-ləri,, əsas müddəalar və lüğət,, , İSO 9001:2000 ,,Keyfiyyət menecmenti sistemləri. Tələblər,, , İSO 9004:2000 ,,Keyfiyyət menecmenti sistemləri. Fəaliyyətin yaxşılaşdırılması üzrə tövsiyələr,, .

Təsdiq olynmağa İSO 19011 ,, Keyfiyyət menecmenti sistemlərinin və ətraf mühitin mühafizəsinin yoxlanması üzrə rəhbəredici göstəricilər,, hazırlanmışdır. Əsasını təşkil edən İSO 9001 və İSO 9004 standatları 3-cü versiyada özləri arasında tam harmasiya olunmuşdur. İSO 9004 standatının hər bölməsində İSO 9001 standatının müvafiq bölməsinin mətni göstərilmişdir. Belə uyğunlaşmaya baxmaya-raq standatların təminatları müxtəlifdir: İSO 9004 keyfiyyət menecmenti sistemlərinə tələbləri təyin edərək sertifikasiya məqsədləri üçün istifadə olunur; İSO 9004 Keyfiyyət menecmenti sistemidə təşkilatın bütövlükdə fəaliyyətini yaxşılaşdırmaq məqsədilə metodiki kömək göstərir.

İSO 9001 və İSO 9004 standatlarının digər standatlar sistemləri ilə uyğunlaşması planlaşdırılıb, o cümlədən İSO 14001 və İSO 14004 (ətraf mühitin idarə olunmasını reqlamentləşdirən standatlar).

İSO 9001 beynəlxalq standartın tələbləri buraxılan məhsulun və ya göstərilən xidmətin növündən, ölçülərindən aslı olmayaraq bütün təşkilat üçün ümumi sayılır. Əgər İSO 9001 standartının hansısa tələbləri təşkilatın və buraxılan məhsulun xüsusiyyətindən istifadə oluna bilməzsə, onları ixtisara salmaq olar. Nəzərə alınmalıdır ki, əgər ,,Məhsulun həyat tsikli prosesləri,, bölməsində göstərilən tələblər təşkilatın, istehlakçıların tələblərinə və müvafiq reqlamentlərə uyğun olan məhsulu istehsal etmək imkanlarına təsir etmirsə, bu bölməni ixtisar etmək olar.

İnformasiya və idarəetmə bir- biri ilə sıx bağlıdır və ona görə də vaxtında əldə olunan dolğun iinformasiya, idarəetmədə qərarın qəbul olunmasının vacib şərtidir. Bu istiqamətin standartlarının vacib vəzifəsi idarəetmə proseslərində və informasiya texnologiyalarında istifadə olunan sənədlərin uifikasiyasıdır.


Yüklə 24,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin