1
Salam olsun
İbrahimə!
İkinci cild
2
İtkin Şəhid İbrahim Hadinin
həyatından xatirələr
“Xarizmatik şəhidlər seçib həyatlarını yazın. Bu
yaxınlarda Şəhid İbrahim Hadi haqda bir kitab oxumuşam.
Kitabı oxuyub bitirsəm də, hələ kənara qoymamışam”.
Ayətullah Xamenei
3
Tehranlı gənc
Ustad Pənahianın Gənclər günündə Kumeyl
kanalı şəhidlərinin xatirəsinə həsr olunmuş
toplantıda çıxışı
Şəhid İbrahim Hadi müqəddəs müdafiə dövründə
təqdim etdiyimiz 250 min şəhidin arasında seçilən bir
şəxsiyyətdir.
Hamıya, xüsusən gənclərə tövsiyə edirəm ki, onun
barəsində yazılmış kitabı mütləq oxusunlar. Əmin olsunlar
ki, kitabı oxuyandan sonra həyata baxışları dəyişəcək,
hətta həyatlarını iki yerə böləcəklər: kitabı oxumazdan
öncəki həyatları və oxuyandan sonrakı həyatları.
Mən mübaliğə eləmirəm. Əminəm ki, bu kitabı oxuyan
və bu şəxsiyyətlə tanış olan hər kəs sözümü təsdiqləyər.
Həzrət Ayətullah Behcət buyururdu: "Yaxşı insanların
həyatını öyrənmək əxlaq dərsi kimidir". Siz bu kitabı
oxuyandan sonra onun mənəvi təsirlərini hiss edəcəksiniz.
Bizim şəhidlərimizin Allah yanında məqamları ucadır,
bizim xəbərimiz yoxdur. Müqəddəs müdafiə dövründə
bəlkə Şəhid İbrahim Hadidən də üstün çoxlu şəhidlərimiz
olub, amma tanımırıq. Lakin Allah-Taala bizim İbrahim
Hadini tanımağımızı istəmişdir.
Allah istəyibmiş ki, o, Tehranın mərkəzində bir
məhəllədə yaşasın, şəhərimizin digərlərindən fərqlənən
gənclərindən biri olsun.
4
Şəhid Hadi nə din alimi idi, nə müqəddəs müdafiənin
hərbi komandirlərindən sayılırdı. O, xalqdan biri idi. Onun
atası adi bir adam idi və ərzaq dükanı vardı.
İbrahim Hadinin özünəməxsus xüsusiyyətlərindən biri
sözün əsl mənasında idmançı olması idi. Bu kitabda onun
zorxana idmanındakı yüksək əxlaqı qeyd olunub. Sonra isə
o, cəbhəyə yollanıb.
Müqəddəs müdafiə dövrünün mənəviyyat dolu anları
arasında Kumeyl qəhrəmanlığı həqiqətən diqqət çəkir.
Eyni zamanda Kumeyl kanalı Şəhid İbrahim Hadi ilə fəxr
edir. Bu şəhid Kumeyl kanalı üçün əbədi bir qürurdur.
Tehran əhalisi öz yaxşılarından birini nümunə göstərmək
istəsə, yaxşı olar ki, bu şəhidi misal çəkib desin: "Şəhid
İbrahim Hadi kimi tehranlı".
Qiyamət günü Tehranın yaxşı insanlarının çoxu bəlkə
də Şəhid İbrahim Hadinin arxasınca cənnətə girəcək. Siz
bilirsiniz ki, ağa Dolabi mübaliğə adamı deyildi. O, iyirmi
yaşlı İbrahim Hadini görəndə insanların dağılışmasını
gözləmiş, sonra ona buyurmuşdu: "Ağa İbrahim, bizə bir
qədər nəsihət ver". Ağa İbrahim xəcalət çəkib başını aşağı
salmış, "Hacı ağa, bu nə sözdür?!" demişdi. Lakin mənim
fikrimcə, ağa Dolabi bu sözü həqiqi mənada işlətmişdi.
Sizcə, səksəninci illərdə Tehranın nümunəvi gənci
İbrahim Hadi deyilsə, bəs kimdir?! İnqilab nəslindən
nümunə istəyənlər Şəhid İbrahim Hadiyə baxsınlar.
Əlbəttə, bu, bizim bildiklərimizə görədir. Səmada bizə
yaxın ulduzlar daha işıqlı görünür. Daha böyük ulduzlar
da var, ancaq uzaqda olduqlarına görə biz yaxşı görə
bilmirik.
Hər halda, yaxındakı ulduzlar bizə yol göstərirlər; qütb
ulduzu kimi. Biz yolumuzu qütb ulduzuna əsasən təyin
edirik.
5
Şəhid İbrahim Hadiyə əhəmiyyətsiz yanaşmayın. Mən
təəccüb edirəm ki, nə üçün ölkənin bütün zorxana
meydançalarında
Şəhid
İbrahim
Hadinin
büstü
qoyulmayıb?! Mən zorxana idmanı ilə məşğul olmuş
bütün şəhidlərimizin pak məzarı önündə baş əyirəm,
amma Şəhid İbrahim Hadi bir fenomendir. Nə üçün onun
büstünü qoymalıyıq? Çünki onun hətta adı da təsirlidir. O,
həyatı zamanı çox mənəviyyatlı bir şəxsiyyət olub, şəhadət
isə onu daha ucaldıb.
Atasının ona xüsusi məhəbbəti varmış. O deyərmiş:
"Bu uşağın başqa bir mənəvi aurası var. Bu övladım
gələcəkdə mənim adımı da ucaldacaq".
Mən o əziz ataya demək istəyirəm ki, Şəhid İbrahim
Hadi hələ indi tanınmağa başlayıb.
O, qeyrətli bir idmançı idi. Elə idmançı görkəmi, elə
qeyrəti və alicənablığı olan bir şəxs təbii ki, digər
gənclərin diqqətini çəkər.
Bir dəfə həmin idmançı görkəmi ilə və əlində idman
çantası zorxanaya gedəndə dostları deyirlər: "İki qız sənin
arxanca gedir və barəndə danışırdı. Maşallah! Onların da
ürəklərinə girmisən".
Deyirlər ki, ertəsi gündən daha idman çantası götürmür,
paltarlarını bir sellofan kisəyə qoyurdu. Enli və köhnə bir
şalvar geyinir, enli köynəyini də üstünə salırdı. Məhəllə
gənclərinin heyfi gəlmiş və ona demişdilər: "Hamı arzu
edir ki, sənin kimi idmançı bədəni olsun və bədənini
göstərən paltar geyinsin". O isə demişdi: "Mən digər
gənclərin yoldan çıxmasına səbəb olmaq istəmirəm".
Ondan çoxlu əhvalatlar danışırlar. O elə gəncləri
dəyişdirib ki, tamam başqa bir adama çevriliblər;
avaralıqdan dönüb cəbhəyə gediblər. O hətta qarşı cəbhədə
olan və səngərlərindən atəş açan iraqlıları da cəlb edib öz
6
tərəfinə keçirməyi bacarıb. Döyüşün böhranlı bir yerində
azan vermək qərarına gəlir. Hamı deyir ki, nə üçün azan
verirsən? O isə bunun səbəbini heç kimə açıqlamır və
ucadan azan verməyə başlayır. Azan verəndə ona doğru
atəş açırlar, güllələrin biri boğazına dəyir. Hamı deyir ki,
nə üçün bunu etdin? Sonra onu səngərə aparıb ilkin tibbi
yardım göstərirlər.
Bir azdan iraqlıların ağ bayraqla onlara tərəf
gəldiklərini görürlər. Əvvəlcə bunun hiylə olduğunu
düşünüb silahlarını hazırlayırlar, amma sonradan onların
öz komandirləri ilə birgə təslim olduqlarını anlayırlar.
Nə üçün təslim olduqlarını soruşanda azançının harada
olduğunu soruşurlar. Deyirlər ki, biz onun azanına görə
təslim olduq...
Bu, zorxana idmanı ilə məşğul olan bir gəncin nəfəsinin
təsiridir.
İbrahim orta məktəbdə oxuyarkən güləş üzrə çempion
olmuşdu. O heç vaxt rəqibinin zəif yerinə yaxınlaşmazmış.
Halbuki güləşdə adət belədir, rəqibin zəif yerindən yapışıb
yıxarlar. Bu onu göstərir ki, İbrahim Hadi çempionluğun
və pəhləvanlığın fövqündə duran bir insan olmuşdur. O
həm də çox zarafatcıl və misilsiz həddə cəsarətli
olmuşdur.
Bizim mədəniyyət sahəmiz əksərən laik şəxslərin
ixtiyarında olmuşdur. Çünki indiyə İbrahim Hadini bütün
dünya tanıyardı. Bu 35 ildə ümumilikdə mədəni-incəsənət
məhsullarının istehsalında bacarıqsız olmuşuq. Əks-
təqdirdə, İbrahim Hadini bizim bütün ibtidai məktəb
uşaqlarımız da tanımalı idilər.
Şəhid İbrahim Hadi haqda serial çəkilsə, əminəm ki,
xalqımız ramazan axşamlarında ona həvəslə tamaşa edər.
7
Şəhid İbrahim Hadi bir neçə dəfə böyründən,
boğazından və üzündən yaralanır. Bu əziz şəhidin o qədər
maraqlı əhvalatları olub ki, qərbin döyüş filmlərindəki
əfsanələr ona çatmazlar. Biz qərbdə və şərqdə çəkilmiş
çoxlu döyüş və partizan filmlərinə baxmışıq. Onların çoxu
əfsanədir. Bu kitabı oxusanız, daha o əfsanələr sizə
maraqlı gəlməyəcək.
Hörmətli prodüsserlərə deyirəm: Şəhid İbrahim Hadi
haqda film çəkin. Əsl sənətkar olacaqsınız. O sizi sənətkar
edəcək. Onun əhvalatları sizə sənət texnikasını öyrədəcək.
Lakin onun özü kimi işə başlayın. O, çox ixlaslı idi.
İxlas İbrahim Hadinin çox dəyərli xüsusiyyətlərindən
biri idi. Ömrü boyu əsas qayğısı ixlas olub. O, işlərini
Allahdan ötrü görməyə çox çalışır və tez-tez belə deyirdi:
"İxlasla görülməyən işdən bir şey çıxmaz".
Həzrət İmam Xomeyni siyasi bir rəhbər kimi bu
torpaqda belə güllər bitirdi, bu cəmiyyətin içindən belə
gövhərlər kəşf edib yetişdirdi.
Bəzi
siyasətçilər
İmam
Xomeyni
kimidirlər;
cəmiyyətdən yaxşıları tapıb çıxarır, tarixə örnək edirlər.
Bəzi siyasətçilər də iş başına keçən kimi xərçəng və
ilanları tapıb çıxarır, oğru və quldurlara güvənib
hakimiyyətlərini qorumağa çalışırlar.
Biz öz müasir tariximizdə İmam Xomeyninin və
Ayətullah Xameneinin cəmiyyətdən hadiləri necə tapıb
çıxardıqlarını görmüşük. Son zamanlarda Böyük
Rəhbərimiz təkcə öz cəmiyyətimizdən deyil, regionun
digər yerlərindən də belə gövhərləri çıxarır. Vilayət nuru
belədir. Bəzi siyasətçilər isə fəaliyyətə başlayan, nüfuz
qazanan kimi öz adamlarını axtarırlar.
Əyləncə axtaran gənclərə də təklif edirəm ki, bu kitabı
oxusunlar və kitabla da əylənməyin, istirahət etməyin
8
mümkünlüyünü görsünlər. Mən əminəm ki, bizim
dinimizdə olmayan və məzhəbimizi tanımayan şəxslər də
İbrahim Hadi ilə tanış olsalar, yolumuza hörmət edib
deyəcəklər: "Xoş halınıza!"
9
Dostları ilə paylaş: |