Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ



Yüklə 201,5 Kb.
səhifə1/15
tarix12.12.2022
ölçüsü201,5 Kb.
#74033
  1   2   3   4   5   6   7   8   9   ...   15

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir.

SATIŞ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ UZUNMÜDDƏTLİ AKTİVLƏRİN UÇOTU VƏ DAYANDIRILMIŞ ƏMƏLİYYATLAR ÜZRƏ”


KOMMERSIYA TƏŞKILATLARI ÜÇÜN 23 №li
MILLI MÜHASIBAT UÇOTU STANDARTININ TƏTBIQI ÜZRƏ
ŞƏRHLƏR VƏ TÖVSIYƏLƏR
Səhifə

BÖLMƏ A Şərhlər 3 – 20
BÖLMƏ B Tövsiyələr


1. Dayandırılmış Əməliyyatların Açıqlanması 21 – 22

BÖLMƏ А


ŞƏRHLƏR


Giriş və məqsəd
Ümumi müddəalar (1- 2-ci maddələr)

Bu Standart “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış və “Satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar” adlı 5 №-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartına əsaslanmışdır.


Azərbaycanda tətbiq edilməsinin asanlaşdırılması və digər Milli Mühasibat Uçotu Standartları ilə uyğunluğun təmin edilməsi məqsəsdilə standarta bəzi əlavə və ya dəyişikliklər edilmişdir. Bu haqda sonrakı bəndlərdə ətraflı məlumat verilmişdir.

Bundan əlavə, Milli Mühasibat Uçotu Standartının “Ümumi müddəalar” bölməsində ifadə edilir ki, Standartın məqsədi satış üçün nəzərdə tutulmuş aktivlərin necə qiymətləndirilməli və açıqlanmalı olduğunu və bağlanmış (və ya digər formada dayandırılmış) müəssisənin əməliyyatlarının nəticələrinin necə açıqlanmalı olduğunu göstərməkdir.




Standartın tətbiq sahəsi (3-8-ci maddələr)

Bu standartlara əksər kommersiya təşkilatları riayət etməlidir. Bu, aşağıdakılar istisna olmaqla, bütün digər kommersiya təşkilatlarına tətbiq ediləcək:


a) İçtimai Əhəmiyyətli Qurumlar;

  1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqini seçmiş Qeyri- ictimai Əhəmiyyətli Qurumlar;

c) Milli Mühasibat Uçotu Standartlarının tətbiqini seçməmiş Kiçik sahibkarlıq subyektləri.





Yüklə 201,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin