Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ


Uzunmüddətli aktivlərin (və ya silinmə qrupunun) satış üçün nəzərdə tutulmuş kimi təsnif edilməsi



Yüklə 201,5 Kb.
səhifə3/15
tarix12.12.2022
ölçüsü201,5 Kb.
#74033
1   2   3   4   5   6   7   8   9   ...   15
Uzunmüddətli aktivlərin (və ya silinmə qrupunun) satış üçün nəzərdə tutulmuş kimi təsnif edilməsi. (10 – 16-cı maddələr)
10-cu maddəyə satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlərin əsas anlayışı daxildir, və həmin anlayışa əsasən onlar balans dəyərinin əvəzi satış əməliyyatı hesabına alınan aktivlərdir.. Adətən, uzunmüddətli aktivin balans dəyərinin əvəzi faktiki olaraq həmin aktivin davamlı istifadəsindən əldə edilir. Bir çox hallarda bu niyyətdən asılıdır – rəhbərliyin uzunmüddətli aktivin istifadəsinə dair (istehsalda istifadə etmək, yoxsa satmaq) niyyətindən.



Məsələn, “Turan” şirkəti araq istehsalı ilə məşğuldur və istehsal prosesində distilə edən çəndən istifadə edir. 01.10.2007 tarixində “Turan” şirkəti yeni distilə edən çən əldə edir. Şirkətə yalnız bir çən lazımdır və köhnə çən üçün alıcı tapılan kimi o, satılacaq. Alıcı tapılana qədər isə “Turan” şirkəti köhnə çəndən yeni çənlə yanaşı istifadə etməyə davam edəcək.

Aydındır ki, yeni çən uzun müddət boyunca istifadə üçün nəzərdə tutulduğuna və dəyərinin əvəzi faydalı istifadə müddəti ərzində əldə ediləcəyinə görə müəssisənin uzunmüddətli aktivi olacaq.


Köhnə çənin balans dəyəri “Turan” şirkətinin balans hesablarında saxlanacaq, amma niyyət, həmin dəyərin əvəzini çənin satışından əldə etmək olacaq. Digər bütün şərtlərin yerinə yetirildiyini nəzərə alaraq, bu aktivin artıq satış üçün nəzərdə tutulmuş aktiv kimi təsnifləşdirilməsi daha məqsədəuyğun olacaq.



“Niyyət” ilə bağlı problem ondan ibarətdir ki, niyyətlər asanlıqla dəyişə bilər. Buna görə müəssisə rəhbərliyinin, aktivin satış üçün nəzərdə tutulmuş aktiv kimi təsnifləşdirilməsindən öncə onları satmaq niyyətində olması kifayət deyil- rəhbərliyin aktivin satılması haqqında qərarını isbat edən dəlillər olmalıdır.




11-ci maddəyə əsasən aktivin həqiqətən də satış üçün nəzərdə tutulduğunu təsdiqlənməsi üçün əvvəlcə müəyyən tələblərə əməl olunmalıdır. Yəni niyyət həm aydın, həm də mümkün qədər dəyişməz olmalıdır. Tələblər bunlardır:



  • Aktivin hal-hazırda satış üçün tam hazır olması və satışa hazır vəziyyətə gətirilməsi üçün heç bir əlavə işə ehtiyacın olmaması.




“Turan” şirkətinin istehsal prosesində konveyer lent sisteminin istifadəsi zəruridir. 01.10.2007 tarixində “Turan” şirkəti 7 il boyunca istifadə etdiyi sistemi yeni bir sistemlə əvəz etdi. “Turan” şirkəti niyyəti onu nə vaxtsa tam təmir etdikdən və köhnəlmiş hissələri təzələdikdən sonra satışa çıxarmaqdır, çünki sistemin indiki vəziyyətində ona alıcı tapılmaq mümkün deyil,

Köhnə sistem satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv deyil. Çünki satışa hazır vəziyyətə gətirilməsi üçün üzərində əlavə iş görülməlidir. Nəticə etibarı ilə, sistem dərhal satıla bilməz.


Digər misal: “Turan” şirkətinin həmçinin senayedə istifadə etdiyi sobası mövcuddur. Şirkət, yeni soba quraşdırılan kimi bu köhnə sobanı satmaq niyyətindədir. Yeni soba üçün sifariş verilib amma soba hələ ki, çatdırılmayıb.


Yenə də, köhnə soba, dərhal sətılmağa hazır olmadığına görə, satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv deyil. Yalnız yeni soba çatdırıldıqdan və quraşdırıldıqdan sonra köhnə soba dərhal satılmağa hazır olacaq. Yalnız bu halda köhnə soba satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv kimi təsnifləşdirilə bilər.




  • Satışın baş vermə ehtimalının yüksək olması. Aktiv üçün alıcının haçansa tapılacağı həqiqətə uyğun deyilsə aktivin “satış üçün nəzərdə tutulmuş” kimi təsnifləşdirilməsi düzgün deyil. Sadəcə olaraq ona görə ki, alıcı tapmaq ehtimalının olmadığı (və ya çox az olduğu) halda aktiv heç vaxt satıla bilməyəcək.




Yüklə 201,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin