Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ



Yüklə 201,5 Kb.
səhifə6/15
tarix12.12.2022
ölçüsü201,5 Kb.
#74033
1   2   3   4   5   6   7   8   9   ...   15
15-ci maddədən görünür ki, aktivin, satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv kimi təsnifləşdirilməsindən əvvəl ödənilməli olan bəzi şərtlər (aktivin bazara çıxarılması, alıcının tapılması üçün qurulmuş planlar və görülən işlər) ilin bitməsinə, yəni 31 dekabra qədər adətən yerinə yetirilmir.

Bu halda 9№-li Milli Mühasibat Uçotu Standartının tələbləri tətbiq olunacaq. Bu o deməkdir ki, mühasibat balansının hazırlanmasından sonra alınan əlavə məlumat hesabat tarixindən sonrakı hadidisələr kimi nəzərə alınacaq. Altivlər yenidən təsnifləşdirilə bilməz, lakin hesabatlara əlavə edilmiş qeydlərdə, maliyyə hesabatının təsdiqlənməsindən əvvəl şərtlərin ödənildiyini göstərən açıqlamalar olmalıdır.



Məsələn, 01.12.2007 tarixində “Turan” şirkətinin İdarə Heyəti, şirkətə məxsus artıq dəzgahı satmağa qərar verirlər. Bu cür aktivin hazırkı bazar qiyməti 20, 000 manatdır. İdarə Heyəti, aktivi 19, 000 manata təklif edəcəyinə qərar verdi.

01.01.2008 tarixində aktivin bazara çıxarılmasında və alıcı tapılmasında ilk addımlar atıldı. Yerli qəzetdə satış elanının verilməsi ilə atılan ilk addım nəticə verdi. Tezliklə alıcı tapıldı və 2008-ci ilin 31 yanvarında satış baş verdi. Maliyyə hesabatları isə İdarə Heyəti tərəfindən 15.02.2008 tarixində təstiqlənmişdi.


31.12.2007 tarixinə olan mühasibat balansı, dəzgahı satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv kimi təsnifləşdirməməlidir, çünki həmin tarixdə bütün şərtlər hələ ödənilməmişdi (aktiv bazara çıxarılmamışdı və alıcı tapılması yönündə addımlar atılmamışdı). Buna baxmayaraq, hesabatların təstiqlənməsindən əvvəl şərtlərin ödənildiyinə görə hesabatlara aşağıdakına bənzər qeyd əlavə olunmalıdır:


31.12.2007 tarixində “Turan” şirkətinin İdarə Heyəti satışa çıxarılması məqsədəuyğun olan uzunmüddətli aktiv aşkar etmişdir. Həmin tarixə qədər aktivin bazara çıxarılmasında addımlar atılmamışdır amma hesabat ilinin bitməsindən bir qədər sonra bu cür addımlar atılmış və aktiv üçün tezliklə alıcı tapılmışdır. Bu şərtlər 31.12.2007 tarixində mövcud olsa idi, balansda 19, 000 manat dəyərində satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv yer almış olardı.”






Yüklə 201,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin