SEÇMƏ
STATİSTİKA
MÜŞAHİDƏLƏRİNİN
APARILMASININ
METODOLOJİ
ƏSASLARI
Elçin Hacı
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
Sosial statistika şöbəsinin müdiri
AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti 81
e-poçt: elchinh@azstat.org
Açar sözlər: statistik müşahidə, seçmə, baş məcmu,
seçmə məcmu, seçmə vahidi, xəta,
keyfiyyət, reprezentativlik, qiymətləndirmə, məlumatların
redaktəsi, metaməlumat, respondent,
dispersiya.
Ключевые слова: статистическое обследование, выборка,
генеральная совокупность,
выборочная совокупность, единица выборки, ошибка, качество, репрезентативность,
оценка,
редактирование данных, метаданные, респондент, дисперсия.
Keywords: statistical survey, sample, general population,
sampling frame, sample unit, error,
quality, representativeness, assessment,
data editing, metadata, respondent, dispersion.
Statistik müşahidələr statistik məlumatların istehsalı olmaqla məlumatların toplanması,
işlənməsi, təhlili və yayılması proseslərinin aşağıdakı əsas mərhələlərini əhatə edir [1]:
- tədqiqatın planlaşdırılması (obyektlərin stratifikasiyası, seçmə alətlərinin hazırlanması,
müşahidə sahəsinin qiymətləndirilməsi, nümunələrin sayının tapılması və s.);
- sorğu anketinin hazırlanması;
- seçmə planının hazırlanması;
- ilkin seçmə vahidinin (yaşayış məntəqələrinin)
seçilməsi;
- sorğu vadinin seçilməsi;
- tədqiqatın xərclərinin qiymətləndirilməsi;
- sorğunun aparılması;
- məlumatların və sorğu anketinin təhlili;
- məlumatların
daxil edilməsi;
- məlumatların daxil edilməsinə nəzarətin təşkili;
- məlumatların redaktəsi və imputasiyası;
- məlumatların idarə edilməsi;
- məlumatların proqram paketində işlənilməsi üçün hazırlanması;
- məlumatların statistik xarakteristikalarının təyin edilməsi;
- müşahidə zamanı buraxılmış xətaların qiymətləndirilməsi;
- müşahidə məlumatlarının
statistik təhlili;
- müşahidə məlumatları üzrə yekun göstəricilərin hazırlanması;
- tədqiqatın keyfiyyətinin qiymətləndirilməsi.