AZƏRBAYCAN RESPUBLĠKASI ƏMƏK
VƏ ƏHALĠNĠN SOSĠAL MÜDAFĠƏSĠ
NAZĠRLĠYĠ
ƏMƏK VƏ SOSĠAL PROBLEMLƏR ÜZRƏ ELMĠ-
TƏDQĠQAT VƏ TƏDRĠS MƏRKƏZĠ
ƏLĠLLĠK MƏSƏLƏLƏRĠ ÜZRƏ TERMĠNLƏRĠN
ĠZAHLI LÜĞƏTĠ
BAKI – 2016
ƏLĠLLĠK MƏSƏLƏLƏRĠ ÜZRƏ TERMĠNLƏRĠN
ĠZAHLI LÜĞƏTĠ
Lüğət V.A.Həsənovun rəhbərliyi və ümumi redaktəsi ilə işçi qrup tərəfındən hazırlanmışdır.
Rəyçi: i.e.d., prof. R.K.İsgəndərov
Elmi redaktorlar:
t.f.d.,dos. N.Q.Quliyeva
i.f.d.,dos. S.R.Bayramova
Texnikl redaktor: H.S.Hümbətov
Bu lüğətdə əlillik məsələlərinə dair yerli qanunvericilikdə göstərilən, habelə beynəlxalq
təcrübədə qəbul olunmuş terminlərin izahı, istifadəsi məsləhət görülməyən söz və ifadələr,
reabilitasiya vasitələri və protez-ortopedik məmulatların siyahısı,, əlilliyi olan şəxslərlə bağlı
milli vəbeynəlxalqvə bu sahədə mövcud olan beynəlxalq təsisatlar əks olunmuşdur.Lüğət geniş
oxucu auditoriyası, xüsusəndə müvafiq icra hakimiyyəti orqanları, dövlət və özəl təşkilatlar,
müstəqil ekspertlər, əlilliyi olan şəxslər, bu istiqamətdə fəaliyyət göstərən Qeyri-Hökümət
Təşkilatları üçün yardımşı vasitə kimi nəzərdə tutulmuşdur.
Lüğətin hazırlanması zamanı Fransadan olan ekspertlər Kristian Mutiye (Christian
Moutier) və Bernard Laborelin (Bernard Laborel) rəy və təklifləri nəzərə alınmışdır.
Lüğət Əmək və Sosial Problemlər üzrə Elmi- Tədqiqat və Tədris Mərkəzi Elmi Şurasının
qərarı ilə nəşr olunur (11 noyabr 2016-cı il tarixli 14 saylı protokol)
4702060104-98
8032-2016
© "AVROPA " nəşriyyatı, 2016
MÜNDƏRĠCAT
Ön söz................................................................................................ ......4
1. Əsas hissə (izahlı terminlər siyahısı).................................................. 10
2. İstifadəsi məsləhət görülməyən söz və ifadələr........................... 85
3. Reabilitasiya vasitələri va protez-ortopedik məmulatların siyahısı....89
4. Təsisatlar................................................. ...........................................112
5. Əlilliyi olan şəxslərlə bağlı milli va beynalxalq qanunvericilik.........139
6. Ədabiyyat siyahısı............................................................................. 144
Ön söz
Tarixən əlilliyi və məhdudiyyəti olan şəxslərə qarşı cəmiyyət və dövlət
tərəfindən münasibət fərqli idi. Əhalinin digər həssas qrupları kimi, əlilliyi olan
şəxslər də özlərinə qarşı münasibətin müxtəlif dövrlər üzrə dəyişməsinin
şahidi olmuşdurlar. Qədimdə onlara qarşı münasibət və onlarla rəftar aqressiya və
dözümsüzlüyə arxalanırdı. Bioloji patologiyalarla, xəstəliklərlə və zədələrlə
doğulan uşaqlar cəmiyyət tərəfındən birmənalı olaraq "qüsurlu" kimi qəbul
olunurdu və bu cür körpələrin dünyaya gəlməsi tanrının insanlara törətdiyi
əməllərə və günahlara görə göndərdiyi cəza və ya sınaqla əlaqələndirilirdi.
Belə yanaşma və rəftar hüquqi sistemdə də institusional şəkildə əks olunmuşdur.
Misal üçün, Likurq və Spartanın qanunlarına əsasən, əlilliklə doğulan uşaqlar
təcrid və ya, ümumiyyətlə, fiziki məhv olunmalı idi. Antik dünyada əlilliyi olan
şəxslər vətəndaş kimi deyil, hüquqi stastusuna görə kölələrə bərabər tutulurdu.
Qanunvericilik hətta ali təbəqənin nümayəndələrini də əlilliyinə görə seçərək,
onları "tam dəyərli" (tanınan) və "dəyərsiz" (tanınmayan) qruplara ayırırdı. Bunun
nəticəsində onlar fərqli münasibətlə qarşılaşırdılar. Belə vəziyyət əlilliyi
olan şəxslərin ekslyuziyasının təməlinin qoyulmasına gətirib çıxartmışdır. Daha
sonrakı dövrlərdə, Xristianlığın və İslamın bərqərar olunması ilə bu insanlara qarşı
münasibət aqressiya və dözümsüzlükdən şəfqətə doğru dəyişildi. Qərbi Avropada
ilk hospislər və sığınacaqlar yaradılmışdır. Əlilliyi olan şəxslər artıq fıziki məhv
olunmur, əksinə onlara qida və tibbi müayinə və müalicə xidmətləri təklif
olunurdu. Əlilliyi olan şəxslər üçün fəaliyyət göstərən ixtisaslaşmış himayədar
təsisatlar adətən dini qurumların nəzdində, daha sonra isə rəsmi hakimiyyət
orqanlarıın nəzdində çalışırdı. Lakin göstərilən xidmətlərə rəğmən, bu
kateqoriyaya aid olan insanlar ictimai proseslərdə iştirak etmir, qərar qəbul etmək
hüququna malik deyildilər, hətta cəmiyyətdə onlarla bağlı çoxsaylı xürafat və
mövhumat mövcud idi. Beləliklə, onlar cəmiyyətdən təcrid olunmuşdur.
Reabilitasiya xidmətlərinin təkmil olmaması səbəbindən, habelə təhsil və peşə
istiqamətləndirməsi üzrə xidmətlərin göstərilməməsi səbəbindən bu insanlar əmək
fəaliyyəti ilə məşğul olmaq və müstəqil həyat tərzi sürmək imkanından məhrum
idi. Belə münasibət və rəftar əlilliyi olan şəxslərin seqreqasiyasına təsir göstərir.
İntibah dövründən etibarən, humanizm və insanın hər şeydən üstün tutulması kimi
ideyaların yayılması mühitində əlilliyi olan şəxslərə qarşı münasibət müsbətə
doğru dəyişməyə başlamışdı. İlk növbədə sensor pozulmaları olan insanların təhsil
sisteminə çıxışını təmin etmək məqsədilə Parisdə 1770-ci ildə eşitmə və nitq
məhdudiyyəti olan, 1784-cü ildə görmə qabiliyyəti məhdud olan insanlar üçün
xüsusi məktəblər açıldı. Sankt-Peterqburda 1806-cı ildə eşitmə məhdudiyyəti olan
insanlar, 1807-ci ildə görmə qabiliyyəti məhdud olan uşaqlar üçün məktəblər
açılmağa başlandı və artıq XX əsrin əvvəlindən Avropa ölkələri əlilliyi olan
uşaqların bir qisminin təhsillə əhatə olunması sistemindən tam şəkildə əhatə
olunması sisteminə keçməyə müvəffəq olmuşdular. Həmçinin, XX əsrdə sağlamlıq
imkanları məhdud insanlar üçün iş yerləri də yaranmağa başlamış və belə iş yerləri
onlar üçün nəzərdə tutulmuş xüsusi müəssisələrdə yaradılmışdır. Nəticədə əlilliyin
"institutlaşması" baş vermiş və onların paralel inkişafı üçün şərait yaradılmışdır.
Bu mərhələ əlilliyi olan şəxslərin inteqrasiya mərhələsi kimi adlandırılır.
13 dekabr 2006-cı il tarixində BMT tərəfindən "Əlilliyi olan Şəxslərin
Hüquqları haqqında Konvensiya"nın qəbul olunması ilə əlilliyi olan şəxslərin
həyatında yeni dönəm formalaşmağa başladı. Konvensiyanın əsas məqsədlərindən
biri də əlilliyi olan şəxslərin ləyaqətinə hörmət edilməsini həvəsləndirməkdən
ibarətdir. Qeyd etmək lazımdır ki, bu Konvensiya dünyada əlillik anlayışını köklü
şəkildə dəyişərək,əlilliyin tibbi modelindən sosial modelinə keçidlə bağlı təklifləri
özündə ehtiva etmişdir. Ənənəvi qəbul edilmiş tibbi model əlilliyin məhz şəxsin
daxilində yaranan "qüsurlar", "zədələr" və xəstəliklər sayəsində disfunksiyaların
aşkarlanması və həmin şəxslərin "əlillər" qrupuna daxil olmasını iddia edirdi. Belə
şəxslər "qüsurlu" və tibbi korrektəyə möhtac olan insanlar kimi qələmə verilirdi.
Sosiai modeldə isə, əlillik ətraf mühitin çoxsaylı amillərinin təsiri nəticəsində
əlilliyi olan şəxslərin məhdudiyyətlərlə və maneələrlə rastlaşdığı vəziyyət kimi
qəbul edilir. Sosial modeldə əlilliyi olan şəxslərin "düzəlməsinə", "korreksiyasına"
ehtiyac duyulmur, əksinə, ətraf mühitin həmin şəxslərin məxsusi ehtiyaclarına
uyğunlaşdırılmasını nəzərdə tutur. Sosial modeldə əlilliyi olan şəxslərə qarşı
mərhəmət və şəfqət istənilmir, cəmiyyət üzvlərinin özlərini onların yerinə qoyması,
onları başa düşməsi və bütün vətəndaşlar kimi onların da tam bərabərhüquqlu şəxs
olması nəzərdə tutulur. Bu modelin təməlini müyəssərlik və müstəqil həyat
prinsiplərinin tətbiqi təşkil edir. Bu prinsiplərə əsasən, ətraf mühit obyektləri,
xidmətləri və ehtiyatları əlilliyi olan şəxslər üçün əlçatan olmalıdır, gündəlik
həyatda isə onlar imkan daxilində özlərini idarə edib, müstəqil şəkildə qərarları
qəbul etməli və heç kəsdən asılı olmamalıdır. Konvensiyanın müddəalarına əsasən,
əlilliyi olan şəxslərə qarşı bütün ayrıseçkilik formaları ləğv olunmalı, onların
hüquq və azadlıqları təmin olunmalı, ləyaqətləri və dəyərləri qorunmalıdır.
Bu Konvensiyanın tam tətbiqi nəticəsində bəşəriyyət artıq keyfiyyətcə yeni
mərhələyə, əlilliyi olan şəxslərin inklyuziyasına qədəm qoyacaq. Əvvəllər daha
geniş yayılmış inteqrasiya konsepsiyasından fərqli olaraq, inklyuziya paralel
inkişafı deyil, məhz müştərək, hər bir sahəni əhatə etməklə, birgə inkişafı ehtiva
edir və əlilliyi olan şəxslərin öz müqəddəratını təyin edib qərar qəbul etmə
prosesində tam iştirakı nəzərdə tutur.
2 oktyabr 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən
yuxarıda qeyd olunan Konvensiyaya qoşulmaq barəsində qanun imzalanıb və bu
Konvensiyanın icrası ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsi üzrə vəzifələr
müəyyənləşdirilib. Təqdim olunan Terminlərin İzahlı Lüğəti həmin Konvensiyada
nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq hazırlanmışdır. Onların sırasında
Konvesiyanın 3-cü maddəsinin b) bəndində - ayrı-seçkiliyə yol verilməməsi, d)
bəndində -əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət olunması və onların
insan müxtəlifliyin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul olunması,
4-cü maddəsinin l.b) bəndində -əlilliyi olan şəxslərə münasibətdə ayrıseçkilik
yaradan mövcud qanunların, qərarların, adət və əsasların dəyişdirilməsi və ya
ləğv olunması üçün bütün lazımi tədbirlərin, o cümlədən qanunvericilik
tədbirlərinin görülməsi, 8-ci maddəsinin l.a) bəndində -əlillik məsələlərində, ailə
səviyyəsi də daxil olmaqla, bütün cəmiyyətin maariflənməsini yüksəltmək və
əlilliyi olan şəxslərin hüquqlarına və ləyaqətinə hörmət olunmasını
möhkəmləndirmək və 2.ii) bəndində - əlilliyi olan şəxslər haqqında müsbət
təsəvvürlərin həvəsləndirilməsi və onların cəmiyyət tərəfindən daha dərindən
başa düşülməsi kimi göstərilən öhdəlikləri qeyd etmək olar. Bu öhdəliklərə əsasən
və tibbi modeldən sosial modelə keçidlə əlaqədar olaraq əlilliyi olan şəxslərlə bağlı
"Tipik", "atipik" və "norma"nın əksini təşkil edən "anormallıq" terminləri
istifadə edilməməlidir. Ümumiyyətlə, sosial modeldə əlilliyi olan şəxslərə
qarşı alçaldıcı və təhqiramiz sözlər və ifadələr işlənilməməlidir. Bunun bir neçə
səbəbi vardır. İlk növbədə belə ifadələr əlilliyi olan şəxslərə qarşı müəyyən,
əsasən mənfı münasibətin yaranmasına səbəb olur. Bu da, öz növbəsində, əlilliyi
olan şəxslərlə bağlı stiqmaların və stereotiplərin yaranmasına təkan verir.
Stiqmalar və stereotiplər yekunda əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin
formalaşmasına gətirib çıxardır. Bu səbəbdən həm cəmiyyət, həm əlilliyi olan
şəxslər öz potensial qabiliyyətləri, bacarıqları və vərdişləri barəsində mənfi fikirdə
olurlar və bir çox hallarda, inklyuziya ilə bağlı çətinliklərlə rastlaşırlar. Belə ki,
işəgötürənlər əlilliyi olan şəxslərin əmək məhsuldartığının aşağı səviyyədə
olmasını və icra edəcəyi əmək funksiyalarının məhdudluğunu əsas səbəb kimi
götürərək onların işlə təmin olunmasından boyun qaçırırlar.
Digər bir məsələ isə, hər bir əhali qrupunun özü ilə əlaqədar olan söz və
ifadələri özlərinin qəbul etməsidir. Nəzərə alaraq ki, Azərbaycan Respublikasında
əliliiyi olan şəxslərin tam əksəriyyəti "əlil", "ağıldankəm", "axsaq", "autik",
"Daun", "debil", "epileptik", "dovşandodaq", "kar", "kor", "lal" və bunun kimi
sözlərin istifadəsini bəyənmir və özlərinə qarşı həmin söz və ifadələri təhqiramiz
sayır. Bununla əlaqədar olaraq təqdim olunan Terminlərin İzahlı Lüğətinin
tərtibatçıları bu amili nəzərə alaraq "Əlilliklə bağlı İstifadəsi Məsləhət Görülməyən
Terminlərin Siyahısını işləyib hazırlayıblar. Hal-hazırda bu cür söz və ifadələr həm
danışıqda, həm də elmi ədəbiyyatda geniş istifadə olunur. Odur ki, həmin söz və
ifadələrin neytral, mənfı təsəvvürlər yaratmayan söz və ifadələr ilə əvəz olunması
təklif olunur.
Bundan başqa, bu lüğətdə dünyada və Azərbaycanda əlilliyi olan şəxslər üçün
nəzərdə tutulmuş reabilitasiya vasitələri və protez-ortopedik məmulatların siyahısı
ayrıca fəsildə göstərilmişdir. Lüğətin digər fəslində isə əlillik məsələiəri üzrə
dünyada fəaliyyət göstərən təşkilatların siyahısı təqdim olunmuşdur. Təşkilatlar
haqqında ətraflı məlumat əldə etmək. habelə onlarla potensial əməkdaşlıq
əlaqələrin qurulmasını asanlaşdırmaq məqsədllə, həmin təşkilatların İngilis dilində
rəsmi adlan və veb-səhifələri qeyd olunmuşdur.
Əlilliyi olan şəxslərlə bağlı qəbul olunmuş Konvensiyalar, beynəlxalq
sənədlər və milli qanunvericilik sənədlərinin siyahısı lügətin müvafiq fəslində qeyd
olunmuşdur.
Sonda Lüğətin tərtib olunması zamanı istinad olunan yerli və beynəlxalq
qanunvericilik, istifadə olunmuş ədəbiyyat siyahısı verilmişdir.
Lüğət geniş oxucu auditoriyası, xüsusən də müvafıq icra hakimiyəti orqanları,
dövlət və özəl təşkilatlar, müstəqil ekspertlər, əlilliyi olan şəxslər, bu istiqamətdə
fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları üçün yardımçı vasitə kimi nəzərdə
tutulmuşdur.
VÜQAR HƏSƏNOV
Əmək və Sosial Problemlər üzrə
Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru
A
Abduksiya (Abduction) - qolun və ya ayağın tam və ya bir hissəsinin bədənin
şaquli vəziyyətindən kənara doğru hərəkəti.
Abilitasiya (Abilitation) - əlilliyi olan şəxsin mövcud potensialını maksimum
inkişaf etdirməklə onun sərbəst yaşamaq imkanlarının artırılması.
Adaptasiya texnologiyaları (Adaptive technology) - əlilliyi olan şəxslər üçün
internet də daxil olmaqla, istifadəsi tam və ya qismən mümkün olmayan
informasiya-kommunikasiya texnologiyalarına çıxışı təmin edən proqram təminatı
və avadanlıq.
Adaptiv bədən tərbiyəsi (Adaptive physical training) - əlilliyi olan şəxslərdə və
məhdud funksional qabiliyyətli insanlarda müstəqil həyata, idmanda uğurlara,
həyat keyfiyyətnin artırılmasına nail olmaq məqsədilə həyat və peşə əhəmiyyətli
zəruri vərdişlərin, bacarıqların, fıziki və iradə imkanlarının əldə olunması ilə
əlaqəli bədən tərbiyəsinin metodları və vasitələri, habelə məhdud imkanlı insanlar
üçün bədən tərbiyəsi metodlaının, vasitələrin və prinsiplərin istifadə olunmasını
öyrənən elmi istiqamət. Adaptiv bədən tərbiyəsi adaptiv fıziki tərbiyə (təhsil),
adaptiv hərəkət reabilitasiyası, adaptiv fıziki rekreasiya və idman kimi sahələri
ehtiva edir.
Aqrafiya (Agraphia) - yazı prosesinin ağır dərəcədə pozuntusu.
Aleksiya (Alexia) - yazılmış sözlərin və ya hərflərin tanıma qabiliyyətinin
məhdudlaşması səbəbindən mətni oxumaq bacarığının itirilməsi.
Alternativ klaviatura (Alternative keyboard) - adi klaviaturadan klavişaların
həcmi və yerləşməsi ilə fərqlənən və əlilliyi olan insanların istifadəsi üçün nəzərdə
tutulan klaviatura.
Amputasiya (Ampııtation, ablation,abscision) - ətrafların, yaxud hər hansı bir
digər orqanın periferik hissəsinin kəsilməsindən ibarət cərrahi əməliyyat.
Apraksiya (Apraxia) - Böyük beyin yarımkürələri və ya döyənək cismin aparıcı
yollarının zədələnməsindən irəli çıxan məqsədyönlü hərəki fəaliyyət pozğunluğu.
Artroz (Arthrosis) - qığırdaq toxumaının müxtəlif səbəblər üzündən zədələnməsi,
səthin kələ-kötür və çat-çat olmasıdır. Normada oynaqdakı sümüklər arasında
"yumşaq" sürüşmə olduğu halda, artroz zamanı anormal sürtünmə baş verir -
sümüklərin hərəkəti zamanı oynaq səthləri bir-birinə "ilişir".
AĢkar oluna bilən xəbərdarlıq niĢanları(Detectable warnings) - hərəkət
istiqaməti üzrə görmə qabiliyyəti məhdud olan şəxslər üçün təhlükə təşkil edə
biləcək maneələr haqqında məlumat verən, kəsik qübbə şəklində işlənilmiş və yerə
bərkidilmiş qurğular.
Ataksiya
(atonik-astatik
forma)
(Atonic-astatic
ataxia)
-
hərəkətlərin
əlaqələndirilməsi təzahürünün pozulması, tez-tez yıxılma ilə müşayiət olunan
müvazinətin pozulması.
Autizm (Autism) - uşaqlarda üç yaşından əvvəl başlayan və məhdud davranışlara
gətirib çıxaran, beyinin inkişafına maneə törədən xəstəlik. Autizmin nədən
yaranmasına fıkir bildirən mütəxəsislər bunu həm irsi, həm hamiləlik zamanı baş
verən narahatlıqlar, həm də uşaqlıqda edilən peyvəndlərlə əlaqələndirirlər.
Avropa Sosial Xartiyası (European Social Chart) - iqtisadi və sosial tərəqqinin
dəstəklənməsi, o cümlədən şəhər və kənd əhalisinin həyat səviyyəsinin və rifah
halının yaxşılaşdırılması məqsədilə 1961-ci ildə Turində müxtəlif dövlətlər
tərəfındən imzalanmış beynəlxalq sənəd. Avropa Sosial Xartiyası nəinki milli
standartlar qarşısında minimum tələblər müəyyənləşdirir, o, həmçinin,həmin
Xartiyanı imzalamış ölkələr qarşısında qarşılıqlı öhdəliklər qoyur. Xartiya 1965-ci
ildə qüvvəyə minib, 1988-ci ildə isə həmin Xartiyaya Əlavə Protokol qəbul olunub.
Ayrı-seçkilik (Diskriminasiya) (Discrimi-nation) — insanların sosial qruplara
mənsubiyyətinə görə müəyyən hüquqlardan məhrum olunması, onlara qarşı
zorakılıq, ədalətsizlik, qərəz və bu kimi digər mənfi münasibətin göstərilməsi.
B
Bandaj (Korset) (bandage) - ortezin bir növü olub, gövdənin zədələnməsi və
deformasiyası zamanı, qarın böşluğu və qarın divarının xəstəliklərində müdafiə
məqsədi ilə istifadə olunan ortopedik məmulat.
Baxıcı (Caregiver) - qayğıya möhtac şəxsə evində yardım göstərən, onun hər cür
gündəlik qayğılarını öz üzərinə götürən, adətən sertifıkatı olmayan, əsasən ailə
üzvləri və ya yaxınlarından olan şəxs.
Beynəlxalq əlillər günü (International Day of Disabled) - Hər il dekabr ayının 3-
də keçirilən Beynəlxalq əlillər günü, əlilliyi olan insanların ehtiyaclarını başa
düşmək və onların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək, bu insanların
cəmiyyətin siyasi, sosial və mədəni həyatına cəlb edilməsinin yaxşılaşdınlması
məqsədilə 1992-ci ildə BMT-nin Baş Assambleyasının 47/3№-li qətnaməsi ilə
bəyan edilmişdir.
Bədən funksiyası (Body function) - bədən sisteminin fızioloji və psixoloji
vəzifələri.
Dostları ilə paylaş: |