Partnership for Disahility and Development (GPDD)
www.gpdd-online. org
Su kəmərlərinin çəkilməsi ilə əlaqəli olan ümumi məlumatların və risklər
barədə biliklərin yayılması ilə məşğul olan təşkilat. Yuxarıda qeyd olunan sənətlə
əlaqəli olan risklər eyniliklə elektrik işçilərinə və tikintidə məşğul olan ixtisaslı
kadrlara şamil oluna bilər. Təşkilatın təsnifatına görə buxar avadanlığı üzrə
çilingərlər, su kəməri çilingərləri və su kəməri çəkən ustaların qarşısında aşağıdakı
kimi risklər peyda ola bilər: a) daşıma, ağırlıq qaldırma və əyilmə hərəkətləri
nəticəsində boyun, kürək və bədənin digər hissələrində əmələ gələn zədələr; b)
yeknəsəq hərəkətlər nəticəsində yaranan zədələr; c) qığılcım və ya uçan
obyektlərdən əmələ gələn göz zədələri; d) kəsmə, qazma, qaynaq və kipləşdirmə
əməliyyatları nəticəsində yaranan kəsik yaraları və ya yanıqlar; e) yüksək səs-küy
nəticəsində eşitmə qabiliyyətinin zəifləməsi və ya itirilməsi; f) təhlükəli kimyəvi
maddələrin istifadəsi nəticəsində əmələ gələn kəskin zəhərlənmələr və ya qaz və
buxar təsirindən yaranan respirator zədələr. Təşkilatın saytında yuxarıda qeyd
olunan vəziyyətlərin yaranması halında, davranış təlimatları qeyd edilib (tibbi
yardıma görə müraciət, sığorta şirkəti ilə əlaqənin saxlanılması, vəkillərə müraciət,
məhkəmə iddiasının təqdim olunması, təzminatın tələb olunması və s.)
"Fəaliyyətlərdə Əlillik haqqında Məlumatlılıq" (FƏM)
Disability Awareness in Action (DAA)
www. daa. org. uk
Əlilliyi olan insanların ətraflı məlumatlara ehtiyaclarının qarşılanması
məqsədilə 1992-ci ildə əlillik təşkilatları tərəfindən təsis olunan əməkdaşlıq
layihəsi. Layihənin missiyası bütün səviyyələrdə (yerli, milli, regional, beynəlxalq)
haqlarının təmin olunması uğrunda əlilliyi olan insanların fəaliyyətlərinin məlumat
və əsaslandırmalarla dəstəklənməsidir. Layihənin əldə etdiyi məlumatı, faktları və
əsasları əlilliyi olan insanlar və onların təşkilatları özünədəstək hərəkatlarının
yaradılması, sosial dəyişikliklər naminə kampaniyaların təşkil olunması və əlilliyi
olan insanların azadlıq və ləyaqət hüquqlarının ayrılmaz olmasının dərk olunması
proseslərində geniş istifadə edirlər. Layihənin əsas fəaliyyətləri aşağıdakılardır:
resurs-məlumat vəsaitlərinin hazırlanması; 1993-cü ildən etibarən Beynəlxalq
Əlilliyi olan şəxslər günü haqqında məlumatın yayılması və dəstəklənməsi; əlilliyi
olan şəxslərin hüquqlarının pozulması faktları ehtiva edən məlumat bazasının yara-
dılması; bio-etika və əlillik də daxil olmaqla, xüsusi məsələlərlə bağlı qanun
pozuntuları və zorakılıq halları ilə bağlı hesabatların və açıqlamaların tərtib
olunması; haqların təmin olunması ilə bağlı ən müsbət təcrübələrin
təsnifatlandırılması və toplanılması; bərabərlik və insan haqları məsələləri ilə bağlı
məsləhətləşmə və təlim xidmətlərinin göstərilməsi.
Görmə Qabiliyyəti Məhdud Ġnsanların Təhsili üzrə Beynəixalq ġura
(GQMĠTBġ)
International Council for Education Of People with Visual
Impairment (ICEVI)
www.icevi.org
Tam potensiallarından bəhrələnmək üçün görmə qabiliyyəti məhdud uşaqlara
və gənclərə münasib təhsilin verilməsi uğrunda mübarizə aparan və fərdlərdən və
təşkilatlardan ibarət olan qlobal asosiasiya. GQMİTBŞ BMT-nin İqtisadi və Sosial
Şurasında məşvərətçi statusa malikdir, UNİCEF nəzdində Əlilliyi olan Uşaqların
QHT Komitəsinin təsisçisidir, həmçinin UNESCO, Dünya Bankı və Dünya
Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. GQMİTBŞ-nın hədəfləri aşağıdakı
kimidir: 1) 2030-cu ilə qədər görmə qabiliyyəti məhdud olan bütün uşaqların
təhsilə çıxışının və təhsildə tam iştirakının təmin olunması; 2) kurrikulumun işlənib
hazırlanması, təlimlərin təşkil olunması, habelə görmə qabiliyyəti məhdud olan
uşaqlara, onların valideynlərinə, müəllimlərinə və digər icma üzvlərinə avadanlığın
və materialların verilməsi ilə bağlı yerlərdə bilik və bacarıqların artırılmasına
dəstək; 3) daha çox görmə qabiliyyəti məhdud uşaqların keyfıyyətli və əsaslı
təhsilə çıxışını təmin etmək məqsədilə digər təşkilatlar və şəbəkələrlə əməkdaşlıq
və s.
"Hər Kəs üçün Dizayn" Fondu
Design for All Foundation
www.desisnforall.ors
2001-ci ildə təsis olunan beynəlxalq qeyri-kommersiya təşkilatı. Təşkilatın
əsas məqsədləri: 1) şirkətlərdə, özəl müəssisələrdə və tədris müəssisələrində,
habelə dizaynerlər arasında "hər kəs üçün dizayn" konsepsiyası üzrə tədqiqatın
aparılması, biliklərin inkişaf etdirilməsi, təşviqi, tətbiqi və yayılması, bərabərlik və
birliyin hökm sürdüyü cəmiyyətin formalaşması üçün bu fəaliyyətlərə
vətəndaşların və istehlakçıların cəlb olunması; 2) bütün səviyyələrdə əməkdaşlığın
və yerli və beynəlxalq təcrübə mübadiləsinin təşviq olunması; 3) mütərəqqi
təcrübələr haqqında məlumatın yayılması; 4) ləyaqət, həyat keyfiyyəti və
dayanıqlılıq kimi məsələlərin bütün aspektlərində vətəndaş iştirakçılığın
dəstəklənməsi; 5) tolerantlıq, həyat keyfiyyəti, bərabər imkanlar, həmrəylik,
məşğulluq, ləyaqət, adaptasiya qabiliyyəti, dayanıqlıq mövzuları ilə bağlı innovativ
layihələrin işlənib hazırlanması. Biliklərin mübadiləsi və yayılması üçün Fond
aşağıdakı şəbəkələri yaradıb: "User-Centered Business" ("İstifadəçi-Əsaslı
Biznes"), "Network Cities and Destinations for All" ("Hər Kəs Üçün Şəbəkələşmiş
Şəhərlər və Məkanlar"), "Museum for All" ("Hər Kəs Üçün Muzey"), "Society for
All" ("Hər Kəs Üçün Cəmiyyət").
Kar-Kor Insanların Dünya Federasiyası (KKĠDF)
The World Federation ofthe Deafhlind (WFDB)
www.wfdb.eu
Eyni zamanda görmə və eşitmə məhdudiyyətli insanları birləşdirən təşkilat
özünü "kor-kar insanların dünyada legitim səsi" adlandırır. Təşkilatın qeyd
etdiyinə görə, yalnız son 15-20 il ərzində eşitmə və görmə məhdudiyyəti olan
insanları ayrıca əlillik kateqoriyası kimi qəbul etməyə başlayıblar və cəmiyyət
eşitmə və görmə məhdudiyyəti zəminində yaranan xüsusi problemləri dərk etməyə
başlayıb. KKİDF-nın əsas məqsədi dünyada eyni zamanda görmə və eşitmə
qabiliyyəti məhdud olan insanların həyat keyfıyyətinin yaxşılaşdırılmasıdır. Bu
səpgidə təşkilatın başlıca vəzifələrindən biri də eşitmə və görmə qabiliyyəti
məhdud olan insanların təcrid olunmasına son qoyulması üçün bu cür insanların
aşkarlanmasıdır. Təşkilat həmçinin eşitmə və görmə məhdudiyyəti haqqında,
habelə müstəqil həyatın təmin edilməsi məqsədilə eşitmə və görmə qabiliyyəti
məhdud olan insanlar üçün tələb olunan xidmət növləri haqqında məlumatın
yayılması ilə məşğuldur. Bundan başqa, KKİDF dünya miqyasında eşitmə və
görmə məhdudiyyətinin məxsusi əlillik növü olması üçün mübarizə aparır.
Korluğun QarĢısının Alınması üzrə Beynəlxalq Agentlik (KQABA)
The İnternational Agency for the Prevention of Blindness
(İAPB)
www.iapb.ore
Vəkillik, biliklərin yayılması və tərəfdaşlıq vasitəsi ilə göz sağlamlığıın
dəstəkləyən Alyans. KQABA-nın əsas missiyası dayanıqlı milli göz sağlamlığı
proqramlarının planlaşdırılması, işlənib hazırlanması və icrası üzrə prosesin
dəstəklənməsi üçün qeyri-hökümət təşkilatlarını bir araya gətirməklə qarşısı alma
bilən eşitmə və görmə qabiliyyətinin itirilməsinin əsas səbəblərinin aradan
qaldırılmasıdır. KQABA Dünya Səhiyyə Təşkilatı ilə birlikdə "VİSİON 2020"
təşəbbüsünü dəstəkləyir. Bundan başqa, KQABA "Vision AIliance"-da iştirak edir
və digər təşəbbüsləri, o cümlədən "Görmək - İnanmaqdır" ("Seeing is Believing"),
"Dünya Görmə Günü" ("World Sight Day"), "Standart Siyahı" ("Standart List")
həyata keçirir.
"Müstəqil Həyat Ġnstitutu" (MHĠ)
Independent Living Instıtute (ILI)
www. independentlivine. ore
İsveçin Stokholm şəhərində yerləşən və əlilliyi olan şəxslərin öz
müqəddəratını təyin etmələrini dəstəkləyən tədqiqat mərkəzi. Mərkəz əlilliyi olan
insanların öz müqəddəratının təyin olunmasına, özünə hörmətin bəslənməsinə və
ləyaqətinin qorunmasına yönəlmiş istehlak əsaslı siyasətin işlənib hazırlanmasına
cavabdeh qurumdur. Mərkəzin müxtəlif nozologiyalar üzrə əlilliyi olan şəxslər
üçün virtual kitabxanası var, həmçinin Mərkəz qeyd olunan əhali kateqoriyası üçün
interaktiv xidmətlər göstərir. Mərkəz şəxsi yardım, ortopedik və reabilitasiya
vasitələrinin təminatı və əlilliyi olan şəxslər üçün müvafiq taksi xidmətlərinin
göstərilməsi üçün birbaşa ödəniş sisteminin işlənib hazırlanması və tətbiq olunması
üzrə ekspert xidmətləri göstərir. Mərkəz həmçinin İsveçdə əlilliyi olan şəxslərə
qarşı ayrıseçkilik hallarının qeydiyyata alınması üçün xüsusi onlayn rejimində
fəaliyyət göstərən xidmət təklif edir, həmçinin ölkədə şəxsi yardım xidmətlərini
göstərən təşkilatların məlumat bazasını yaradıb.
"Pasxa Möhürləri"
"Easter Seals"
http://easterseals. ca/english/, http://www. easterseals. com
Hazırda bir neçə ölkədə, əsasən də ABŞ, Kanada, Avstraliya və Puerto-
Rikoda fəaliyyət göstərən və autizmlə yaşayan insanları, habelə digər əlilliyi olan
şəxsləri öz icmalarında yaşamaq, öyrənmək, işləmək və oynamaq imkanları ilə
təmin etmək məqsədi ilə onlara müstəsna xidmət, təhsil, autriç və vəkillik
imkanlarını verən təşkilatdır. "Pasxa Möhürləri" təşkilatı əlilliyi olan şəxslərin
həyat keyfiyyətinin yüksəldilməsi, heysiyyət və mənliyin gücləndirilməsina çalışır.
Təşkilat fəal yaşayış (active living), ailə və icma dəstəyi və əlilliyi olan şəxslərin
tibbi reabilitasiyasının texniki vəsaitləri proqramlarını icra edir.
Psixiatrik Müalicə Alanların və Psixiatrik Müalicə Qurbanlarının Dünya
ġəbəkəsi (PMAPMQDġ)
World Network of Users and Survivors of Psvchiatrv
(WNUSP)
www.wnusp.net
1991-ci ildə Meksikada keçirilən Dünya Əqli Sağlamlıq Konfransında
Psixiatriya Müalicəsi Alanların Dünya Federasiyası adı ilə fəaliyyətə başlayan
təşkilat 1997-ci ildən etibarən indiki adı ilə tanınmağa başlandı. Təşkilat yuxarıda
qeyd olunan əhali kateqoriyalarını təmsil etməklə yanaşı, onların maraqlarının
vəkilliyi, beynəlxalq səhnədə mətləblərinin və ismarıclarının çatdırılması, müs-
təqil dövlətlərdə onların hərəkətlərinin dəstəklənməsi və şəbəkələşməsi ilə
məşğuldur. Hazırda təşkilat 2004-cü ilin avqust ayında qəbul olunmuş Fəaliyyət
Planına uyğun işləyir. Təşkilatın əsas fəaliyyətləri sırasında BMT-də və digər
beynəlxalq təşkilatlarda psixiatriya müalicəsi alanların və psixiatriya qurbanlarının
hüquqi cəhətdən tanınması və onların hüquqlarının təmin olunması üçün lobbiçilik,
müxtəlif nozologiyalar üzrə fəaliyyət göstərən əlillik təşkilatları ilə əməkdaşlığın
gücləndirilməsi və potensial müttəfıqlərin aşkarlanması, psixiatriya müalicəsi
alanların və psixiatriya qurbanları təşkilatlarının gücləndirilməsi üçün bilik və
bacarıqlarının artırılması üzrə seminarların təşkil olunması, mütəmadi olaraq
təşkilat bülleteninin nəşr olunması, müvafıq məsələləri müzakirə etmək məqsədilə
aylıq internet konfransların təşkil olunması, tibbi modelə alternativlər olanlar haq-
qında məlumatlılıq səviyyəsinin artırılması, psixiatriya müalicəsi alanların
psixiatriya qurbanlarının şəxsi tarixçələrini toplayıb təşkilatın vebsaytı vasitəsilə
yayılmasını və s. qeyd etmək olar.
Təhsil üçün ġəraitin Yaradılması ġəbəkəsi (TġYġ)
Enabling Education Network (EENET)
www.eenet.org
Hər kəs üçün əlçatan inklyuziv təhsil haqqında məlumatın paylaşım
şəbəkəsidir. Şəbəkədə müəllimlər, valideynlər, tələbələr, qeyri-hökumət təşkilat
ları, siyasətlərin işlənib hazırlanmasına cavabdeh şəxslər və digərləri iştirak edir.
Şəbəkə öz fəaliyyətlərində inklyuzivlik və iştirakçılıq prinsiplərini tətbiq etməklə
inklyuziya konsepsiyasının yayılmasına dəstək göstərir, habelə beynəlxalq təş-
kilatlara, QHT-lərə, BMT təsisatlarına və hökumətlərə məsləhət xidmətlərini
göstərir. Şəbəkə "Enabling Education Review" ("Təhsil üçün Şəraitin İcmalı") illik
bülleteni nəşr edir, inklyuziv təhsil ilə bağlı materialları hazırlayır və yayır, dünya
ölkələrində təhsil sahəsində fəaiiyyət göstərən qurumların sorğularını
cavablandırır, tədqiqat və tədris prosesində iştirakçılıq, fəaiiyyət -əsaslı tədqiqat və
surət-əsaslı yanaşmaların istifadəsini dəstəkləyir və s.
Əlilliyi olan Ģəxslərlə bağlı milli və beynəlxalq qanunvericilik
1. Azərbaycan Respublikasının Konstitusiyası (12 noyabr 1995-ci il);
2. Əqli cəhətdən geri qalmış şəxslərin hüquqları haqqında Bəyannamə (BMT,
1971-ci il);
3. Əlillərin hüquqları haqqında Bəyannamə (BMT, 1975-ci il);
4. Əlillərlə bağlı Dünya Fəaliyyət Proqramı (BMT, 1982-ci il);
5. Əlillərin peşə reabilitasiyası və məşğulluğu haqqında Konvensiya (BƏT,
1983-cü il);
6. Psixi xəstələrin müdafıəsi və psixatriya yardımının təkmilləşdirilməsi üzrə
Prinsiplər (BMT, 1991-ci il);
7. Əlillər üçün imkanların bərabərləşdirilməsinə dair Standart Qaydalar
(BMT, 1993-cü il);
8. "Əlillərin hüquqları haqqında" Konvensiya (BMT, 2006-cı il);
9. "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində
Azərbaycan Respublikasının Qanunu (2 oktyabr 2008-ci il);
10. Əlil insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi:
2006-2015-ci illər ərzində əlil şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə
Avropa Şurasının Tədbirlər Planı;
11. Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudlüğunun qarşısının
alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial
müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu (25 avqust 1992-ci il);
12. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu (19 may
1998-ci il);
13. Sağlamlıq imkanları məhdud uşaqların təhsili (xüsusi təhsil) haqqında
Azərbaycan Respublikasının Qanunu (5 iyun 2001-ci il);
14. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər
çəkmiş vətəndaşların statusu və sosial müdafıəsi haqqında Azərbaycan
Respublikasının Qanunu (6 dekabr 1993-cü il);
15. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu (2006-cı
il);
16. Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu (2 iyul 2001-ci
il);
17. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu (7
fevral 2006-cı il);
18. Sosial sığorta haqqında Azərbaycan Respublikasınm Qanunu ( 1997-ci il);
19. Valideynlərini itirmiş və hər iki valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu (22 iyun
1999-cu il);
20. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu (28 iyun 1994-
cü il);
21. Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının
Qanunu (21 oktyabr 2005-cü il);
22. Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu ( 30 dekabr
2011-ci il);
23. Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu (22
dekabr 2006-cı il);
24. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının
Qanunu (1997-cil);
25. Hemofıliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə
dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanunu (3 may 2005-ci il);
26. İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə
haqqında Azərbaycan Respublikasının Qanunu (11 may 2010-cu il);
27. Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının
Qanunu (29 iyun 2001-ci il);
28. Onkoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu (23 may
2006-cı il);
29. Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu (12
iyun 2001-ci il);
30. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında
Azərbaycan Respublikasının Qanunu (3 may 2005-ci il);
31. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında
Azərbaycan Respublikasının Qanunu (23 dekabr 2003-cü il);
32. Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu (28 oktyabr
1999-cu il);
33. Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında Azərbaycan
Respublikasının Qanunu (14 aprel 2000-ci il);
34. Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə - Respublika
Nazirlər Kabinetinin 93 nömrəli qərarı (19 avqust 1997-ci il);
35. Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə - Respublika
Nazirlər Kabinetinin 99 nömrəli qərarı (29 avqust 1997-ci il);
36. İkinci dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları,
əlillərin, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım
göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya
məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə
təmin edilməsi Qaydaları - Respublika Nazirlər Kabinetinin 103 nömrəli qərarı (08
iyul 2002-ci il);
37. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması
meyarları -Respublika Nazirlər Kabinetinin 67 nömrəli qərarı (21 aprel 2009-cu il);
38. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş
işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan
digər şəxslərə ödənclərin verilməsi qaydaİarının, şərtlərinin və məbləğinin təsdiq
edilməsi haqqında Respublika Nazirlər Kabinetinin 3 nömrəli qərarı (9 yanvar
2003-cü il).
Dostları ilə paylaş: |