AZƏrbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix28.04.2017
ölçüsü0,58 Mb.
#16079
1   2   3   4   5   6   7

Toxunula bilən iĢarələr (Tactile signage) -görmə qabiliyyəti məhdud olan şəxslər 

tərəfindən məlumatın qavranılması üçün Brayl şrifti ilə tərtib olunmuş yol işarələri 

və  məlumat  cədvəlləri,  böyüdülmüş  hərfiər  və  üçölçülü  mətnlə  təchiz  olunmuş 

lövhələrin məcmusu. 



Xəsarət (Zədə) (Trauma, injury) - hər hansı xarici təsir (yaralanma, əzilmə, yanma 

və s.) nəticəsində bədən toxumalarının və ya üzvlərinin zədələnməsi. 

 


 

Universal  dizayn  (Universal  design)  -  binaların,  qurğuların  və  əşyaların  əhalinin 

bütün  kateqoriyaları  tərəfındən  istifadəsi  üçün  xüsusi  adaptasiya  tədbirlərinin 

tətbiq  edilməsini  nəzərdə  tutan  dizayn  yanaşmasıdır.  Universal  dizayn  prinsipləri 

kimi aşağıdakılar başa düşülür: 1) istifadədə bərabərlik; 2) istifadədə çeviklik; 3) 

sadə və  intuitiv olaraq  anlaşılan dizayn; 4)  asanlıqla  qavranılan  məlumat;  5) səhv 

edilmə ehtimalı; 6) aşağı səviyyədə fıziki səylərin göstərilməsi; 7) çıxış və istifadə 

üçün  həcm  və  məkan.  Universal  dizaynın  əsas  məqsədi  hamı  üçün  maneəsiz 

(əlçatan) mühitin yaradılmasıdır. Universal dizayn həmçinin inklyuziv dizayn kimi 

də tanınır. 



UĢaq  serebral  Ġflici  (İnfantile  cerebral  paralysis,  infantile  cerebral  palsy)  -  baş 

beyinin  doğuşdan  əvvəlki,  doğuş  zamanı  və  ya  doğuşdan  sonrakı  dövrlərdə 

müxtəlif  səbəblərdən  zədələnməsi  nəticəsində  əmələ  gələn,  adətən  erkən  uşaqlıq 

dövründə  aşkarlanan  və  hərəki  pozğunluqlarla:  iflic,  əzələ  zəifliyi,  koordinasiya 

pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan patoloji vəziyyət.   

 

  



Ü 

 

Ümumi xəstəlik (Systemic disease, general ilness, common disease) - birbaşa peşə 

xəstəliyi və ya əmək zədəsi ilə əlaqəli olmayan, lakin fıziki və ya psixi pozuntular 

nəticəsində  insan  orqanizmində  yaranan  hər  hansı  patoloji  vəziyyət.  Əgər  əlillik 

işlə  bağlı  olmayan  zədə  (məişət  zədəsi)  nəticəsində  yaranıbsa,  o  zaman  əlillik 

səbəbi ümumi xəstəlik kimi nəzərə alınır. 



Ümunıi  təyinatlı  təhsil  müəssisəsi  (General  education  institution)  -  təhsil 

sahəsində  xidmətlərin  göstərilməsi,  ümumi  bilik  və  vərdişlərin  yeni  nəsillərə 

aşılanması istiqamətində fəaliyyət göstərən təhsil qurumu. 

 



 

Yardımçı  avadanlıqlar  (Assistance  devices)  -fıziki  məhdudiyyətli  şəxslərin 

istifadə  etməsi  üçün  nəzərdə  tutulmuş  vasitələr.  Fiziki  məhdudiyyətli  şəxslərin 

funksionallığının,  özünə  qulluğunun  təmin  edilməsi  məqsədilə  hazırlanan 

avadanlıqlardır. 



Yardımçı  heyvanlar  (Assistance  animals)  -məhdudiyyətləri  olan  şəxslərin 

müstəqil həyat tərzini bu və ya digər dərəcədə təmin edən və təlim-əsaslı yardım 

xidmətləri göstərən heyvanlar (itlər və s.). 

Yardımçı  məktəb  (Special  needs  school)  -sağlamlıq  imkanları  məhdud  olan 

uşaqlar,  o  cümlədən  əqli  məhdudiyyətli  uşaqlar  üçün  təhsil  sahəsində  xidmət 

göstərən qurum. 

YazılıĢın  motorika  təqdimatı  (Finger  spelling)  -  müəyyən  söz  və  ya  anlayışın 

eşitmə və nitq məhdudiyyəti olan insanların surdodili ilə ifadə oluna bilməyəcəyi 

halda həmin söz və ya anlayışın surdodil əlifbası ilə nümayişi. 

 


Yeni  minillikdə  Əlillərin  Hüquqları  haqqında  Pekin  Bəyannaməsi  (Beijing 

Declara-tion on Disabled Persons in New Millenium) - 12 mart 2000-ci il tarixində 

Pekində keçirilən əlillik problemləri üzrə qeyri-hökümət təşkilatlarının Beynəlxalq 

Sammitində  qəbul  olunmuş  sənəd.  Bəyannamədə  əlilliyi  olan  şəxslərin  həyat 

səviyyəsinin müsbət meyllər nəticəsində artımı qəbul edilir, lakin həmin şəxslərin, 

xüsusilə  də  qadınların  ayrı-seçkiliyə  məruz  qalması,  marginallaşması  qeyd  edilir. 

Bəyannamənin mətninə əsasən əlilliyi olan şəxslərin cəmiyyətin inkişaf prosesində 

eksklyuziyası insan haqlarının pozulmasını təşkil edir. 

Yüksək  riskli  əhali  qrııpları  (High  risk  groups,  high  risk  population)  -  İİV-ə 

yoluxmaya  münasibətdə  riskli  davranış  tətbiq  edən və  ictimai  sağlamlığa təhlükə 

yaradan insanların məcmusu (inyeksion narkotik istifadəçiləri, nizamsız cinsi əlaqə 

tətbiq edən şəxslər, cinsi azlıqlar və s.). 

 



 

Zehni/mental əlillik (Mental disability) -həyatın erkən dövrlərində başlayan, zəka 

və  ünsiyyət,  özünə  qayğı,  sosial  qarşılıqlı  təsir  sahələrinə  uyğunlaşma  ilə  bağlı 

davranışlarda  pozulmalara  səbəb  olan  vəziyyət.  Zehni  əlillik  əsasən  zehni  varlığı 

(ağıl, şüur, məntiq, idrak, təfəkkür və s.) yetərincə inkişaf etməmiş olduğuna görə, 

ağıllı düşünə bilməyən və orta səviyyədən çox aşağı intellektual funksiyaya sahib 

olan və bəlkə də buna görə də fərqli və tipik olmayan davranışlar nümayiş etdirən 

zəka  səviyyəsinə  görə  fərqli  dərəcələrdə  yardıma  ehtiyacı  olan  şəxslərdə  qeydə 

alınır. 


 

 

                ĠSTĠFADƏSĠ MƏSLƏHƏT GÖRÜLMƏYƏN  



                          SÖZ VƏ ĠFADƏLƏR 

 

 

 

 

Ġstifadəsi məsləhət görülmə 

yən söz və ifadələr 

Ġstifadəsi məsləhət görülən söz 

və ifadələr 

Ağıldankəm, dəli, debil 

Əqli inkişaf məhdudiyyəti olan 

şəxs 


Axsaq 

Hərəkət      məhdudiyyəti olan 

şəxs 

Allergik 



Allergiyası olan şəxs 

Amputant 

Ətrafı           amputasiya olunmuş 

şəxs 


Anorektik 

Anoreksiyası olan şəxs 

Anormal 

Atipik 


Aqorafob 

Aqorafobiyası olan şəxs 

Asperger 

Asperger sindromu olan şəxs 



Autik 

Autizm   sindromu   olan şəxs 

Cırtdan 

Qısaboylu     insan/Qeyri-standart 

vertikal məhdu-diyyətləri olan 

şəxs 


Çəpgöz 

Strabizmi olan şəxs 

Çomaq 

Əsa 


Daun 

Daun sindromu olan şəxs 

Doğuşdan əlil 

Anadangəlmə əlilliyi olan şəxs 

 

 

Donqar, qozbel 



Kifozu olan şəxs 

Dovşandodaq 

Xeylosxizisi olan şəxs 

"DTSP"-li uşaq/insan 

Serebral ifiici olan uşaq /şəxs 

Epileptik 

Epilepsiyası olan şəxs 

Əqli çatışmazlıq, əqli 

inkişafdan geri qalmış 

Əqli inkişaf məhdudiyyəti olan şəxs 

Əlil 

Əlilliyi olan şəxs 



Əlil arabası 

Təkərli oturacaq 

Əlil arabasına 

məhkum olunmuş 

Təkərli   oturacaq   istifadəçisi 

Əlsiz-ayaqsız 

Yuxarı və aşağı ətrafları olmayan şəxs 

Əziyyət çəkən 

Məhdudiyyəti olan şəxs 

Gombul 


Artıq çəkiyə malik olan şəxs 

Hemofilik 

Hemofıliyası olan şəxs 

Xəstə 


Xəstəliyi olan şəxs 

Xodunok 


Tzimmer çərçivəsi 

İmbesil 


Əqli inkişaf məhdudiyyəti olan şəxs 

Kar 


Eşitmə  qabiliyyəti  məhdud olan şəxs 

Karlik 


Qısaboylu     insan/Qeyri-standart 

vertikal məhdudiyyətləri olan şəxs 

Kastil 

Qoltuqaltı 



 

 

Kor 



Görmə  qabiliyyəti  məhdud olan şəxs 

Kretin 


Məhdud   fıziki   və   əqli inkişaf 

xüsusiyyətləri olan şəxs 

Qoca 

Yaşlı, ahıl 



Qüsur 

Sağlamlıq məhdudiyyəti 

Qüsurlu 

Sağlamlıq    məhdudiyyəti olan şəxs 

Lal 

Nitq qabiliyyəti məhdud olan şəxs 



Lilliput 

Gipofiza   nanizmi   olan şəxs 

Lunatik 

Lunatizmi olan şəxs 



Monqoloid 

Daun sindromu olan şəxs 

Müaücə qurbanı 

Qeyri-düzgün müalicənin fəsadları olan 

şəxs 

Paranoik 



Paranoyası olan şəxs 

Pəltək 


Dislaliyası olan şəxs 

Poliomielit qurbanı 

Poliomielit fəsadları olan şəxs 

Psix,   psixi   xəstə, 

psixotik, ruhi xəstə 

Psixi   sağlamhq  məhdu-diyyəti olan 

şəxs 

Sısqa/çox arıq 



Çəki   çatışmazlığı   olan şəxs 

Spazmatik 

Spazmaları olan şəxs 

Sklerotik 

Sklerozu olan şəxs 

Şikəst 


Əlilliyi   olan   şəxs/Sağlamlıq imkanları 

 

məhdud şəxs 



Şikəst uşaq 

Sağlamlıq imkanları məhdud olan uşaq 

Şizofrenik, şizoid 

Şizofreniyası olan şəxs 

Talassemik 

Talassemiyası olan şəxs 

Tutma 

Qıcolma 


Uşaqlıqdan əlil 

Uşaqlıqdan       sağlamlıq imkanları   

məhdud   olan şəxs 

Uzundıraz 

Artıq boya malik oian şəxs 

 

 



REABĠLĠTASĠYA VASĠTƏLƏRĠ VƏ PROTEZ- 

ORTOPEDĠK MƏMULATLARIN 

SĠYAHISI 

 

3-10  yaĢda  olan  pasiyentlər  üçün  dinamik  vertikalizator  -  dinamik 

vertikalizator  aşağı  ətrafların  parezi  (natamam  iflic)  və  tetraparezi  olan 

pasiyentlərin intensiv reabilitasiyasında istifadə üçün nəzərdə tutulub. Bu vasitənin 

sayəsində  pasiyent  duruş  vəziyyətini  alıb  gəzə  bilir.  Çanağın  asma  sarğıları  və 

aşağı ətrafiarın separatoru sayəsində vertikalizator aşağı ətrafların spastik parezləri 

və omba və diz oynaqlarının qıcolmaları hallarında geniş istifadə olunur. 

                    

 

Bu qurğunu aşağıdakı xəstəliklər zamanı istifadə etmək olar: 



- paraparez; 

-  onurğa  sütununun  bel,  döş  boyun  nahiyələrinin  zədəiərindən  sonrakı 

vəziyyət; 

- baş beynin demielinizasiyası; 

- uşaq serebral iflici; 

- meninqomietsele; 

- polinevropatiya; 

- ankiloz spondiliti



Ağrıya  qarĢı  dizlik  -  zədələnmələrdən,  xəsarətlərdən  və  bərpaedici 

cərrahiyyə  əməliyyatlarından  sonra  diz  oynağında  hərəkət  həcminin  tədricən 

artırılması ilə mərhələli bərpa vasitəsi

                             



 

Menisklərin  zədələnməsindən  sonra  diz  oynağının  fiksasiyası,  diz  oynağının  yan 

bağların  zədələnmələri  və  yırtılmaları  zamanı  ətrafların  fiksasiyası,  oynağın 

xroniki  qeyri-sabitliyi,bağların  funksiyasının  çatışmazlığı  zamanı,  idman 

zədələrindən sonra reabilitasiya zamanı istifadə olunur. 

 

AIDAPT - yaşlılar və əlilliyi olan şəxslər üçün təkərli gəzinti oturacağı. 

                          

 

Ayaqların dartılması üçün trenajor - şpaqat vəziyyətində ayaq əzələlərinin 

dartılması  üçün  nəzərdə  tutulan  trenajor.  Bu  trenajor  xüsusi  vint  və  "sükan"la 

təchiz  olunub.  Sükanın  fırlanması  trenajorun  hissələrinin  müxtəüf  bucaq  altında 

birləşməsini  təmin  edir.  Bu  trenajor  sayəsində  pasiyent  əks-şpaqatda  otura  bilər. 

Trenajordan  çanaq-bud  oynağının  və  omba  əzələlərin  işlənməsi  zamanı  istifadə 

olunur. 

                                 

 

Barmaqların  iĢləməsi  üçün  trenajorlar  -  hər  bir  barmağın  işləməsi  üçün 

rezin  dartıcılarla  təchiz  olunmuş  trenajor.  Hərəkət  edən  baraban  sayəsində  yükü 

tənzimləmək olar. 


                       

 

Bandaj  (silikon)  pəncənin  böyük  barmağını  düzəltmək  üçün  -  bu  xüsusi 

qurğu  Hallux  valgus  (ayağın  ilk  barmağın  deformasiyası)  üçün  tətbiq  olunur.  Bu 

xəstəliyin güclü inkişafı oynaqların tam deformasiyasına gətirib çıxarır. 

                          

 

Dirəklər  -  reabilitasiya  üçün  trenajorlar.  Yerimə  üçün  nəzərdə  tutulan 

ikisəviyyəii dirəklərdir. Üst səviyyələrin araında məsafəni azaldıb-çoxaltmaq olar. 

 

                    



 

Dirsəküstü  mioelektron  protez  -  fəal  mürəkkəb  biomexaniki  protez. 

Protezin  mikro-sürgüləri  ətraf  əzələlərin  bioelektrik  potensialına  reaksiya  verərək 

hərəkət yaradır. 

                   

 

Dördayaqlı        dayaq-hərəkət        vasitəsi  -sağlamlıq  imkanları  məhdud 

insanların itirilmiş funksiyalarının bərpasına kömək edən yardımçı vasitə. 

                              

 

EĢitmə aparatı - eşitmə funksiyasını bu və ya digər dərəcədə itirmiş şəxslərin 

bu funksiyaların nisbətən bərpa etmək üçün istifadə olunan cihazdır. 

 

                              



 

Əlin iĢlənməsi üçün kompleks 4 trenajordan ibarət olan kompleks vasitə 

-  sükan  çiyin  və  bazu  önü  nahiyələrinin  işlənməsi  və  eyni  zamanda  yükün 

tənzimlənməsi üçün tutulub. 


1.  Əl  oynaqlarının  işiənməsi  üçün  nəzərdə  tutulan  trenajor.  Yükün 

tənzimlənməsi nəzərdə tutulıır. 

2.  Əl  və  bilək  oynaqların  işlənməsi  üçün  trenajor.  Yükün  tənzimlənməsi 

nəzərdə tutulub. 

3.  Yüklər  qamçılar  (hər  yük  30  kq  bərabərdir)  və  onlarla  birləşdirilən 

qulplardan ibarətdir. 

                

 

Əsa  -  əlliyi  olan  şəxslərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların 

hərəkətlərini asanlaşdıran yardımçı vasitə. 

 

                              



 

Görmə  qabiliyyəti  məhdud  olan  insanlar  üçün  əsa  ("ağ  əsa")  -  görmə 

qabiliyyəti  məhdud  olan  insanlar  tərəfındən  hərəkət  etmək  və  məkanı 

müəyyənləşdirmək üçün istifadə edilən alət. 

                         

 

Quruluşundan və təyinatından asılı olaraq, "ağ əsa"lar bir neçə növə bölünür - 



uzun  əsa  (Huver  əsası),  bələdçi  əsa,  eyniləşdirmə  əsası,  dəstək  əsası,  uşaq  əsası, 

"yaşıl əsa". Bu cür əsaların xüsusi növünə ultrasəs əsası aiddir. Görmə qabiliyyəti 

məhdud  olan  şəxslər  tərəfindən  istifadə  edilən  əsalar  əsasən  alüminium, 

qrafitoplast və ya şüşə lifli plastmasdan hazırlanır. 

                                  

 

 



 

                            

 


Korset  -  gövdənin  zədələnməsi  və  deformasiya  zamanı  istifadə  edilən 

ortopedik məmulat. 

         

 

Korset  -  qamət  korrektoru  onurğa  sütununun  bel  və  döş  qəfəsi  nahiyəsində 

hərəkət  həcmini  məhdudlaşdırmağa  yardım  edir,  düzgün  qamətin  formalaşmasını 

təmin edir, kürəyin yuxarı nahiyəsində ağrıları azaldır. Qozbelliyin qarşısını alır və 

çiyin kəmərinin düzgün fizioloji vəziyyətini bərpa edir. 

 

                     



 

Qoltuq altı - ayağı qırılan və ya oxşar zədə alan şəxsin istifadəsi üçün ağac və 

ya metal maddədən hazırlanan gəzinti üçün yardım vasitəsidir. 

                     

 

Qol bandajı - qola dəstək vermək və çiynə düşən yüklənməni azaltmaq üçün 

istifadə olunan vasitə. Fiksasiya üçün bandaj cırt-bantla təchiz olunur. 

Bandaj  çiyin  oynağının  travmalarından,  əzilmələrindən,  burxulmalarından 

sonra  bərpa  zamanı  çiyin  oynağının  orta  fıksasiyası,  qızdırılması  və  bərabər 

kompressasiyası  üçün,  artritlərin,  artrozların,  pleksitlərin,  çiyin-bazu-kürək 

periartritlərinin və çiyin oynağının digər xəstəlikləri üçün nəzərdə tutulur. 

                      

 


                           

 

 



 

Liqament və patella dəstəkli dizlik – diz oynağının yumşaq fıksasiyasını və 

kompressiyasını təmin etmək üçün bağların zədələnmələri və dartılmaları zamanı 

istifadə  edilir.  Həmçinin  idmanla  məşğul  olarkən  burxulmaların  və  ya 

zədələnmələrin profılaktikası üçün istifadə edilir. 

 

                        



 

 

Lumbosakral  Korset  -  6  sərt  tiri  olan  müalicəvi-profılaktik  korset  (32  sm). 

Osteoxondrozun,  radikulitin,  revmatizmin,  lümbaqonun,  işialgiyanın,  protruziya 

zamanı,  fəqərələr  arası  disklərin  (ThlO  -dan  L5  qədərsəviyyədə)  böyük  (10  mm-

dənartıq)  və  çoxsaylı  yırtıqlarının,  onurğa  sütununun  bel-omba  nahiyəsinin 

zədələnmələrinin, xroniki ağrılarının müalicəsi və profilaktikası üçün tətbiq edilir. 

             

 

Onurğa sütununun bel nahiyəsinin zədələnməsindən sonra reabilitasiyanın orta və 



gecikdirilmiş müddətində ortopedik rejimi təmin edir. Onurğa sütununun bel-omba 

nahiyəsinin əməliyyatından sonra bərpası zamanı istifadə edilə bilər. 



MI  25  HKAFO  Ortez  HKAFO  -  bel-bud-baldır-ayaq  nahiyələrini  əhatə 

edən yeriməyə yardımçı ortez olub, pasiyentə fərdi olaraq hazırlanır. Bud-çanaq və 

diz  oynağına  yerləşdirilmiş  kilidli  oynaq  mexanizmi  sayəsində  pasiyenti  həm 

vertikal vəziyyətdə saxlamaq, həm də oturaq vəziyyətini təmin etmək olar. 

 

 


                                    

 

MI 42 Dizlik - pasiyent üçün fərdi olaraq sabit və hərəkətli olmaqla iki növdə 

hazırlanır.  Hərəkətli  dizliklərin  hazırlanmasında  təyinata  görə  dərəcəli  və  kilidli 

oynaqlardan  istifadə  olunur.  Dərəcəli  oynaq  vasitəsilə  diz  oynağının  fleksion  və 

ekstansion  hərəkətlərini  müəyyən  dərəcədə  məhdudlaşdırmaq,180  dərəcədə  sabit 

yaxud sərbəst hərəkətli olaraq tənzimləmək olar. 

                      

 

MI 51De-rotasiyon ortez - ayaq-baldır nahiyəsini əhatə edən sabitləyici ortez 

olub, alt hissəsinə bərkidilmiş T şəkilli dəstək rotasiyanın qarşısını almaqla ayağın 

yataqda tam sabit vəziyyətini təmin edir. 

                     

 

MI 52 Bud çanaq ortezi - bud-çanaq ortezi bud-çanaq nahiyəsinin fıksəedici 

ortezi  olub  xəstəyə  fərdi  olaraq  sabit  və  dərəcəli  oynaqlı  olmaqla  iki  növdə 

hazırlanır. Ölçünü tənzimləmək üçün bel və bud nahiyəsində cırt bantlarla təchiz 

olunmuşdur. 

                         

 

MI  58  Denis  Braun  cihazı  -  Denis  Braun  Cihazı-  Pes  Equino  Varus 

deformasiyasında  istifadə  olunan  korreksiyaedici  ortez.  Tək  tərəfii  defor-

masiyalarda PEV-li tərəf 75 dərəcədə xaricə rotasiyada, normal tərəf isə 45 dərəcə 

xaricə rotasi

yada və hər iki ayaq 

15 


dərəcə dorsifleksionda tənzimlənir. 

                                        

 

MĠ 65 Providanskorset - Providans korset-korreksiyaedici ortez olub onurğa 

sütununun S formasında əyriliklərində( Skolioz) isitifadə olunur. 

 

                



 

 

M  103  Çənəlikli  Cervical  Ortez  -  müalicəvi  və  ortopedik  texniki  məmulat 

olub,  insanın  dayaq-hərəkət  aparatının  pozulmuş  və  ya  itirilmiş  funksiyasının 

bərpasına  və  hərəkətinə  xidmət  edir.  Onurğa  sütununun  boyun  nahiyəsini 

tənzimləyən  sərt  fiksasiyalı  sarğı  boyun  fəqərələrinin  sabit  sınıqları,  boyun 

fəqərələrinə  cərrahi  müdaxilədən və  boyun  fəqərələrinin  zədələnmələrindən  sonra 

vaxtından əvvəl reabililasiyası; boyuın fəqərəsinin sınığı ehtimalı olduqda nəqliy- 

 

                  



 

yat  vasitəsilə  evakuasiya;  boyun  radikulopatiyası;  nevroloji  əlamətlərlə  kəs-

kinləşən,  boynun  fəqərə  bölməsinin  orta  və  ağır  dərəcəli  qeyri-sabitliyi; 

osteoxondropatiya,  boyun  bölmələrinin  anormallığı,  fəqərə  cisimlərinin  struk-

turunun  müxtəlif  dərəcəli  dəyişikliyi;  daimi  nəzarət  tələb  etməyən  boyun 

strukturlarının  əməliyyatndan  sonra;  kəllə-spinal  və  kəllə-beyin  zədələn-

mələrindən  sonra  bərpa,  manual  terapiyadan  sonra  onurğa  sütununun  boyun 

nahiyyəsinin düzgün vəziyyətdə saxlanılması zamanı istifadə olunur. 



M  300  Clavicula  Bandajı  GücləndirilmiĢ  fiksasiyalı  körpücük  sümüyü 

reklinator - qamət korrektoru, düzgün qamətin formalaşmasını təmin edir, kürəyin 

yuxarı  nahiyəsində  ağrıları  azaldır.  Qozbelliyin  qarşısını  alır.  Korrektorun  üç 

bucaqlı  forması  çiyinlərə  düşən  yüklənməni  paylaşdınr.  Fiksasiya  olunmaq  üçün 

cırt-bantla təchiz olunur. 

 

 


                                            

 

 



M  318  Neopreıı  dirsəkiik  -  bandaj  dirsək  oynağının  zədələnməsi  zamanı, 

artritlər və artrozlar, həmçinin gips sarğısından sonra reabilitasiya dövründə tətbiq 

edilir. 

                          

 

M  403  Diz  sabitləyicisi  -  diz  tutoru  budun  aşağı  üçdə  iki  hissəsinin  və 

baldırın  yuxarı  üçdə  bir  hissəsinin  tutulması  ilə  oynağın  sərt  fiksasiyasını  təmin 

edir ki, bu da dizdə hərəkətlərin məhdudlaşdırılmasını təmin edir. Artrit əlamətləri, 

o  cümlədən  revmatoid  və  podaqralı  artrit  əlamətləri  ilə  artroz  zamanı,  baldırın 

yüngül  valqus  və  yavarus  kənarlaşması  zamanı  aşağı  ətrafların  patoloji 

quruluşunun profilaktikasında istifadə edilir. 

 

                 



 

 

Nəqliyyatın  immobilizasiyası  zamanı,  gipsə  allergiya  mövcudluğu  zamanı, 



dizoynağının  kapsul-bağ  aparatının  müxtəlif  dərəcəli  ağırlıqlı  zədələnmələri 

zamanı,  qamış  sümüyünün  kondilius  arası  hündürlüyünün  yerdəyişməsi  olmadan 

sınıqlar  zamanı,  qamış  sümüyünün  kondilius  arası  hündürlüyünün  və  bud 

sümüyünün  sınıqları  zamanı  gips  immobilizasiyasından  sonra  erkən  reabilitasiya 

dövrü, dizoynağının paralitik qeyri-sabitliyi zamanı şin rolunda istifadə edilir. 

M  419  Maleoi  dəstəkli  ayaq  biləkliyi  -  aşıq  oynağının  kompressiyasını  və 

yumşaq  fıksasiyasını  təmin  etmək  üçün  oynağın  zədələri,  artrozlar,  artritlər, 

bağlarnı  zədələnmələri  zamanı,  o  cümlədən  gips  sarğısından  sonra  reabilitasiya 

dövründə istifadə edilir. 

Həmçinin  idmanla  məşğul  olarkən  burxulmaların  və  ya  zədələnmələrin 

profılaktikası üçün istifadə edilir. 

 

 


                                 

 

 



M  602  Ortopedik  yastıq  -  yastığın  xüsusi  erqonomik  forması  mükəmməl 

dəstəyi təmin edərək, boyun və başın zərif cizgilərinə çox əla uyğunlaşır, boyun və 

çiyin əzələlərini rahatlaşdırır. 

                       

 

 

Xüsusiyyətləri: 



•  yastığınm  xüsusi  erqonomik  forması  mükəmməl  dəstəyi  təmin  edərək, 

boyun  və  başın  zərif  cizgilərinə  çox  əla  uyğunlaşır,  boyun  və  çiyin  əzələlərini 

rahatlaşdırır; 

•  dalğa  formasında  olan  dizayn  boyun  nahiyəsini  düzəldir  və  optimal  qan 

dövranını təmin edir; 

•  forma  təkcə rahat dincəlmək  istəyənlər  üçün deyil,  həmçinin  yuxu zamanı 

terapevtik vəziyyətə ehtiyac duyanlar üçün məsləhət görülür. 

Ortopetik ayaqqabı  - pəncənin zədələnməsi, deformasiyası və aşağı ətrafın 

qısalığı,  ümumiyyətlə  ayaqların  sümük-əzələ  sisteminin  pozulmaları  zamanı 

müalicəvi,  profılaktik  və  reabilitasiya  məqsədi  ilə  istifadə  olunan  xüsusi 

hazırlanmış ayaqqabı. 

                 

 

 



 

Patella  qapalı  dizlik  -  diz  oynaqlarının  zədələnməsi,  bağların  zədələnməsi, 

artrit  və  ya  artrozlar  zamanı,  həmçinin  gips  sarğısından  sonra  reabilitasiya 

dövründə istifadə edilən bandaj. 

 

                                 



 

                 



 

Bandaj  həmçinin  idmanla  məşğul  olan  zaman  alınan  zədələnmələrin 

profılaktikası üçün də istifadə edilir. 

Protez  üçün  ayaqqabı  -  aşağı  ətrafların  protezləri  üzərində  hərəkət  etmək 

üçün xüsusi olaraq dizayn olunmuş ayaqqabı. 

                          

 

 



Reklinator - qaməti korreksiva edən vasitədir. 

 

                          



 

 

 



Su  trenajoru  -  hidravlik  ötürücü-əsaslı  izo-kinestik  hovuz  akvatrenajoru. 

Press və kürək əzələlərinin çalışması üçün istifadə olunur. İki tərəfə fırlanan xüsusi 

hidravlik silindr ilə təchiz olunub. 

Saat  əqrəbi  istiqamətində  və  onun  əksinə  silindrin  fırlanması  zamanı  yük 

yaranır. 

                        

 

 

 



Süd vəzi protezi - amputasiya olunmuş süd vəzilərinin estetik görüntüsünün 

bərpası üçün istifadə olunan məmulat. 

 

                            



 

 

Terapevtik  masa-kürsü  -  terapevtlər,  kinezoterapiya,  manual  terapiya 

mütəxəssisləri  və  masajistlərin  istifadəsi  üçün  nəzərdə  tutulan  vasitədir.  Hərəkət 

edən hissələr hesabına pasientin bədəninə istənilən vəziyyəti vermək olar və zəruri 

nahiyələrdə dartılma yaratmaq olar. 


                                     

 

 



 

Təkərli  oturacaq  -  fiziki  məhdudiyyətli  və  ya  əlilliyi  səbəbindən  yeriyə 

bilməyən şəxslərin istifadə etdikləri oturacaq. 

 

 

 



 

Torako  Lumbo  Sokralortez  -  döş-bel-omba  nahiyələrini əhatə  edən onurğa 

ortezi olub pasientə fərdi olaraq hazırlanır. Ön hissədə sinə nahiyəsinə basqı verən 

hiperekstension 

elementlə 

təchiz 

olunmuşdur.  Onurğa  sütununun  tam 



stabilizasiyası üçün istifadə olunur. 

 

 



                   

 

 



 

Tutor - əl və bilək üçün (uşaq), sağ dirsəkdən yuxarı qol protezi. 

 

 



 

                      

 

 

 



Total diz protezi - əyri olan ayaqları düzəltmək, ağrısız yerimək və nərdivan 

çıxmaq, gecələri rahat yatmaq və günlük normal həyata dönmək üçün vasitə. 



                           

 

 



 

Xəstə  daĢıma  lifti  -  güc  tətbiq  etmədən  320  kiloqarama  qədər  olan  xəstəni 

yatağından götürüb stula və təkərli arabasına, hamama və digər yerə apara bilir. 

 

 

                



 

 

 



 

             Əlillik  məsələləri üzrə fəaliyyət göstərən 

                     beynəlxalq TƏSĠSATLAR 

 

 

Auıtizm Sindromlu Ġnsanların Özünüvəkillik ġəbəkəsi (ASAN) 

Autism Self Advocacy Network (ASAN) 

 http://autisticadvocacy. Org 

2006-cı  ildə  təsis  olunan  və  autizm  sindromlu  insanların  idarə  etdiyi 

təşkilatdır.  Təşkilatın  əsas  fəaliyyətləri  vəkilliyin  dəstəklənməsi  vasitəsilə 

cəmiyyətdə  inklyuziyanın  təmin  olunması,  məktəb  sistemində  və  iş  yerlərində 

hamı  üçün  bərabər  imkanların  yaradılması,  autizmdən  əziyyət  çəkən  insanların 

bütün  xidmətlərə  çıxışının  təmin  olunması,  insanlar  arasında  müxtəlifliyin  qəbul 

edilməsi,  autizmdən  əziyyət  çəkən  insanların  qarşısında  duran  maneələrin  qət 

olunması, dövlət siyasətində iştirak və qərarların qəbul olunmasıdır. 

 

Beynəlxalq Autizm ġəbəkəsi (BAġ) 

Autism Network International (ANI) 

 http://www.autreat.com/intro.html 

Autizm  sindromu  ilə  insanların  idarə  etdiyi  və  onların  mənafelərini  qoruyan 

vəkillik təşkilatıdır. Təşkilatın əsas məqsədləri autizmdən əziyyət çəkən insanlarla 

məlumatın  mübadiləsi,  həmkar  yardımı,  problemlərin  həlli  ilə  əlaqədar  məsləhət 

xidmətlərinin  göstərilməsi;  autizm  sindromlu  insanların  hamıının  müvafıq 

xidmətlərə çıxışının təmin olunması və onların vətəndaşlıq hüquqlarının müdafiəsi; 



 

sosial praktiki təcrübələrdə iştirakının təmin olunması üzrə yardımın göstərilməsi; 

autizmdən  əziyyət  çəkən  insanların  valideynlərini  və  müəllimlərini  təlimatlarla 

təmin  olunması  və  ictimaiyyətin  autizm  sindromlu  insanlar  haqqında 

maarifləndirilməsidir. 

 

Beynəlxalq Daun Sindromu TəĢkilatı (BDST) 



Down Syndrome International (DSI) 

 

www.ds-int.org

 

Dünyada  Daun  sindromu  ilə  yaşayan  insanların  həyat  keyfıyyətinin 

yaxşılaşdırılması,  habelə  həmin  insanların  yaşadığı  icmalarda  dəyərli  və 

bərabərhüquqlu  üzv  kimi  qəbul  olunması  və  onlara  məxsus  haqların  təsdiq 

olunması  sahəsində  fəaliyyət  göstərən,  Böyük  Britaniyada  yerləşən  xeyriyyə 

təşkilatıdır. Təşkilat  Daun sindromu ilə yaşayan insanlara, onların ailələrinə, onları 

dəstəkləyənlərə və mütəxəssislərə məlumat, dəstək və resurslar təqdim edir. Daun 

sindromu  ilə  yaşayan  insanların beynəlxalq  aləmdə  mövqelərini  təmsil  edir və bu 

səpgidə beynəlxalq kommunikasiyaları və əməkdaşlığı dəstəkləyir. Daun sindromu 

ilə  bağlı  məlumatlandırma  səviyyəsini  artırır  və  həmin  sindromla  yaşayan 

insanların potensialı haqqmda  məlumat  yayır.  Təşkilat  Beynəlxalq  Əlillik  Alyan-

smm üzvüdür. 

 

 

Beynəlxalq Əlillik Alyansı (BƏA) 



International Disability Alliance (IDA) 

 ın

www.internationaldisabilitvalliance.org

 

Hal-hazırda  öz  sıralarında  səkkiz  beynəlxalq  və  dörd  regional  təşkilatı 

birləşdirən  və  qlobal  səviyyədə  Əlilliyi  olan  İnsanların  Hüquqları  haqqında 

Konvensiyanın  müddəalarının  effektiv  və  tam  tətbiqini  dəstəkləyən,  habelə  milli, 

regional  və  beynəlxalq  səviyyədə  əlillik  təşkilatlarının  fəal  və  əlaqələndirilmiş 

fəaliyyətləri  vasitəsi  ilə  BMT  sistemində  icra  olunan  fəaliyyətlərin  və  proqram-

ların yuxarıda qeyd olunan Konvensiyanın müddəalarına uyğunluğunu təmin edən 

təşkilatdır.  Alyans  Konvensiyanın,  həmçinin,  ratifıkasiyasına,  tətbiqinə  və 

monitorinqinə  yönəlmiş  fəaliyyətləri  dəstəkləmək  məqsədilə  bir  çox  ölkələrdə, 

xüsusən də inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən əlillik təşkilatlarının bilik və 

bacarıqlarının artırılması ilə bağlı öhdəlikləri yerinə yetirir. 

 

Beynəlxalq Əlillik və Ağız BoĢluğu Sağlamlığı Asossiasiyası (BƏABSA) 



International Association for Disability and Oral Health(İADH) 

www.iadh.ors 

1971-ci  ildə  Atlantik-Sitidə  keçirilən  "Əlillər  üçün  Stomatologiya  üzrə 

Beynəlxalq  Konqres"də  təsis  olunan  təşkilat  əlilliyi  olan  insanların  ağız  boşluğu 

sağlamlığı sahəsində fəaliyyət göstərir. Yarandığı    zaman   Beynəlxalq    Əlillər   

üçün Stomatoloji Xidmət Asossiasiyası adlanan təşkilat daha sonra adını dəyişərək 

Beynəlxalq  Əlillik  və  Ağız  Boşluğu  Sağlamlığı  Asossiasiyası  adlanmağa  başladı. 



Asossiyasiya  iki  ildən  bir  əlilliyi  olan  şəxslərin  stomatoloji  xidmətləri  üzrə 

beynəlxalq  konfransları  təşkil  edir.  40-dan  çox  ölkədə  fərdi  üzvləri  olan  təşkilat 

xüsusi  ehtiyacları  olan  insanlara  stomatoloji  xidmət  göstərən  mütəxəssisləri  və 

peşəkarları öz sıralarında birləşdirir. 

 

Beynəlxalq Əlillik və ĠnkiĢaf Konsorsiumu (BƏĠK) 

International Disability and Development Consortium(İDDC) 

www. iddcconsortium. net 

Dünyanın 100-dən çox olkəsində 26 tam üzvlə, 1 asosiativ və 13 fərdi üzvlə 

təmsil  olunan  Konsorsium  öz  sıralarında  əlillik  və  inkişaf  məsələləri  üzrə  işləyən 

QHT-ləri  birləşdirir  və  əlillik  və  inkişaf  məsələlərinin  həllinə  yönəldilmiş 

fəaliyyətləri  dəstəkləyir.  Konsorsiumun  əsas  məqsədi  beynəlxalq  miqyasda 

inklyuziv inkişafın dəstəklənməsi, xüsusilə də gəlirləri aşağı və orta səviyyədə olan 

ölkələrin yoxsul icmalarında yaşayan əlilliyi olan şəxslərin tam və səmərəli şəkildə 

öz  haqlarından  bəhrələnməsidir.  Əsas  məqsədə  nail  olmaq  üçün  Konsorsium 

aşağıda  göstərilən  hədəflərə  nail  olmağa  çalışır:  1)  bütün  inkişafla  bağlı  siyasət 

sənədlərində  və  müvafiq  icra  fəaliyyətlərində  əlillik  amilinin  nəzərə  alınmasının, 

habelə əlillik əsaslı yanaşmaların tətbiqinin təşviq olunması; 2) siyasət və müvafiq 

icra  fəaliyyətləri  ilə  bağlı  üzv  təşkilatlarda  təcrübə  mübadiləsi  imkanlarının 

artırılması;  3)  inklyuziv  inkişafla  bağlı  məlumat  və  biliklərin  mübadiləsinin 

dəstəklənməsi, xüsusilə də  yoxsul ölkələrdə  vətəndaşlar və  təşkilatlar  arasında bu 

cür  mübadilənin  təşkil  olunması.  BƏİK-un  fəaliyyətləri  əsasən  üzv  təşkilatların 

nümayəndələrinin iştirak etdiyi Məqsədli Qruplar vasitəsilə icra olunur. 

 

Beynəlxalq Ġnklyuziya (BĠ) 

Inclusion International (II) 

 www. inclusion-international. org 

Əqli  məhdudiyyəti  olan insanları  və  onların  ailələrini  birləşdirən beynəlxalq 

təşkilatdır.  Təşkilatın  fəaliyyətinin  prioritet  sahələrini  Əlilliyi  olan  İnsanların 

Hüquqları  haqqında  Konvensiyasının  Preambulasında  Ailələrlə  bağlı  qeydlər, 

habelə həmin Konvensiyaının 12-ci (Qanun qarşısında bərabərlik), 19-cu (Müstəqil 

həyat  tərzi  və  yerli  icmaya  cəlb  olunma),  24-cü  (Təhsil)  və  32-ci  (Beynəlxalq 

Əməkdaşlıq)  maddələrin  təşviqi  təşkil  edir.  Təşkilat  müxtəlif  proqramları,  o 

cümlədən,  Seçki  Qutusuna  Çıxış,  İnklyuziv  Cəmiyyətlər,  Yoxsulluq  və  Eks-

klyuziya,  Hər  Kəs  üçün  Daha  Yaxşı  Təhsil  və  Qərar  Qəbul  Etmə  Hüququnu  icra 

edir. Təşkilat Beynəlxalq Əlillik Alyansının üzvüdür. 

 

Beynəlxalq Korlar Ġttifaqı (BKĠ) 

The World Blinä Union (WBU)  

www. worldblindunion. orş 

285  milyon  görmə  məhdudiyyəti  və  ya  görmə  qabiliyyəti  zəif  olan  insanı 

birləşdirən  beynəlxalq  təşkilat.  Təşkilat  "korluq"  və  görmə  qabiliyyətinin 

məhdudiyyətindən əziyyət çəkən insanların  məsələlərini hökumətlər və beynəlxalq 

təşkilatlar  qarşısında  qaldırır.  Qeyd  olunan  təşkilat  Beynəlxalq  Korluğun 

Qarşısının  Almması  Agentliyi  (İAPB)  və  Görmə  Qabiliyyəti  Məhdud  İnsanların 



Təhsili  üzrə  Beynəlxalq  Şura  (İCEVİ)  ilə  birlikdə  Görmə  Alyansıın  (Vision 

Alliance)  təşkil  edir.  Təşkilatın  prioritetləri  -  texnologiyaların  tətbiqi  və  Əlilliyi 

olan  İnsanların    Hüquqları  haqqında  Konvensiyanın  həyata  keçirilməsi  sayəsində 

cəmiyyətə  bərabər  çıxış,  "Oxumaq  hüququ"  ("Right  to  Read")  kampaniyasını 

dəstəkləməklə  təhsil  və  savadlılığın  yayılması,  həmçinin,  "İşləmək  hüququ" 

("Right to Work") təşəbbüsü vasitəsilə məşğulluğun təmin olunmasıdır.  

 

Beynəlxalq Kvota TəĢkilatı (BKT) 

Quota International 

 www.quota.ors 

Dünyada  qadmların,  uşaqların,  eşitmə  və  nitq  məhdudiyyəti  olan  insanların 

yerli  icmalarında  fəallaşdırılması  istiqamətində  fəaliyyət  göstərən  qeyri-

kommersiya təşkilatı. Təşkilatın rəsmi şüarı sayılan "Biz Bölüşürük" ("We share") 

dostluq  əlaqələrinin  yaradılmasını,  təşviqini  və  qeyd  olunan  problemlərlə  bağlı 

beynəlxalq  anlaşma  səviyyəsinin  artırılmasını  nəzərdə  tutur.  Təşkilat  autriç  və 

ictimaiyyələşmə imkanları təqdim edərək yerli klublar vasitəsi ilə fəaliyyət göstərir 

və  ömürboyu  dostluq  əlaqələrini  formalaşdırmağa  çalışır.  Təşkilatın  Missiya 

Bəyannaməsində qeyd edilir ki, təşkilat ölkəyə və ictimaiyyətə xidmət edir, yüksək 

etika  standartlarını  təşviq  edir,  bütün  zəruri  vəzifələrlə  bağlı  ləyaqət  məsələləri 

vurğulayır,  ictimai  fəalliyyətləri  və  dostluq  əlaqələrini  formalaşdırır,  habelə 

düzgünlük,  ədalət,  beynəlxalq  anlaşma  və  xoş  məram  ideyalarının  yayılmasına 

dəstək  göstərir.  2010-cu  ildə  Quota  İnternational  "Sabahın  Kvotasını  Yaradaraq" 

Tədqiqat  və  İnkişaf  Planının  icrasına  başlamış  və  dünyada  təşkilatın  xidmət 

göstərdiyi  əhatə  dairəsini  genişləndirməyə  çalışmışdır.  Qeyd  olunan  strateji 

təşəbbüslə  bağlı  qəbul  olunan  iş  planı  və  cədvəllər  daima  yenidən  nəzərdən 

keçirilir. 

 

Beynəlxalq    Məhdudiyyət   TəĢkilatı    (BMT) 



Handicap İnternational  

www.handicap-international.ors 

Yoxsulluq  və  eksklyuziya,  münaqişə  və  fəlakət  məsələləri  üzrə  işləyən 

müstəqil  və  bitərəf  yardım  göstərən  təşkilat.  Təşkilat,  həmçinin,  əlilliyi  olan 

insanlar  və  həssas  təbəqələr  ilə  işləyir,  onların  zəruri  ehtiyaclarını  qarşılamaq, 

yaşayış  şəraitini  yaxşılaşdırmaq,      ləyaqətini      və      insan      haqlarını  qorumaq 

məqsədilə  aksiyalar  keçirir  və  məlumatı  toplayır.  Yerli  tərəfdaşları  ilə  birlikdə 

təşkilat səhiyyə və reabilitasiya, sosial və iqtisadi inteqrasiya üzrə proqramları icra 

edir.  Milli  planlaşdırma  və  vəkillik  fəaliyyətləri  vasitəsilə  təşkilat  əlilliyi  olan 

insanların  haqlarının  beynəlxalq  miqyasda  tanınmasına  çalışır.  Bundan  başqa, 

təşkilat  təbii  fəlakətlər  zamanı  əhaliyə  yardımın  göstərilməsi,  minaların  qadağan 

olunması  və  minaların  təsirinə  düşmüş  qurbanlara  yardımın  göstərilməsi,  ciddi 

zədələnmələrin qarşısının alınması fəaliyyətlərini həyata keçirir. Təşkilat həmçinin 

iqtisadi,  sosial  inklyuziya,  inklyuziv  təhsil,  müyəssərlik,  idarəetmə,  fövqəladə 

hallarda  inklyuziya  sahəsində  işləyir.  Hazırda  təşkilat  Əlilliyi  olan  Şəxslərin 

Hüquqları  haqqında  Konvensiyanın  ABŞ  Senatı  tərəfindən  qəbul  olunması  üçün 

vəsaitin təmin olunması istiqamətində kampaniya keçirir. 



 

Beynəlxalq Reabilitasiya (BR) 

Rehabilitation İnternational (Rİ) 

 www.rislobal.ors 

Daha  güclü  inklyuziv  cəmiyyətin  yaradılması  naminə  əlilliyi olan insanların 

gücləndirilməsi  və onlarm  problemləri  ilə  bağlı  davamlı həll  yollarıın  təklif  edən 

beynəlxalq şəbəkə. Dünyanın yüzdən çox ölkəsində və bütün qitələrində fəaliyyət 

göstərən  şəbəkənin  tərkibində  əlilliyi  olan  şəxslər,  xidmət  göstərənlər,  dövlət 

qurumları, akademik isçilər, tədqiqatçılar və vəkilliklə məşğul olan şəxslər təmsil 

olunub. Şəbəkə əlilliyi olan insanların və onların ailə üzvlərinin zəruri xidmətlərə 

çıxışının  yaradılması  və  ya  səviyyənin  artırılması  daxil  olmaqla,  əlilliyi  olan 

insanların  hüquqlarını  qoruyur.  Bundan  başqa  BR  beynəlxalq,  regional  və  ölkə 

səviyyəsində  səmərəli  siyasətlərin  keçirilməsini  və  qanunvericiliyin  qəbul 

olunmasını  təmin  etmək  məqsədilə  maraqlı  tərəflər  və  vəkillər  arasında 

əməkdaşlığın  təşviq  olunması  ilə  məşğuldur.  Şəbəkənin  nailiyyətləri  sırasında 

əlillik  üzrə  ilk  qlobal  sorğunun  keçirilməsini,  icmaəsaslı  reabilitasiyanın 

konseptual  bazasının  işlənib  hazırlanmasını,  əlilliyi  olan  qadınlar  üçün  ilk 

özünüdəstək qruplarının və mikrokredit təşkilatının yaradılması, habelə Beynəlxalq 

Çıxış Simvolunun (İnternational Acce Symbol) işlənib hazırlanmasını qeyd etmək 

olar. 

 

Beynəlxalq Spinal Dizrafizm və Hidrosefaliya  



Federasiyası (BSDHF) 

International   Federation   for   Spina   Bifida   and 

Hyudrocefalus 

www. ifslobal. org 

1979-cu ildə spinal dizrafızm və hidrosefaliya ilə yaşayan insanlar və onların 

ailələri  tərəfindən  təsis  olunmuş  təşkilat.  Təşkilatın  missiyası  ilkin  qarşısı  alınma 

tədribləri vasitəsilə spinal dizrafızm və hidrosefaliya hallarının azaldılması, habelə 

insan  haqları  barədə  maarifləndirmə,  siyasət  vəkilliyi,  tədqiqat  və    icma 

quruculuğu  yolu    ilə    spinal  dizrafizm  və  hidrosefaliya  ilə  yaşayan  insanların  və 

onların ailə üzvlərinin həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Təşkilatın hədəfləri 

sırasında  spinal  dizrafızm  və  hidrosefaliya  ilə  yaşayan  insanların  təməl  insan 

haqlarının  qorunması  ilə  bağlı  beynəlxalq  və  milli  təşkilatların  dəstəklənməsi, 

həmin insanlarla əlaqəli olan təşkilatların beynəlxalq şəbəkəsinin yaradılması, qeyd 

olunan  nozologiyalarla  bağlı  əhali  arasında  düzgün  məlumatların  yayılması,  ilkin 

qarşısı  alınma  tədbirləri  sahəsində  fəaliyyət  göstərən  qurumların  dəstəklənməsi, 

həmçinin  yuxarıda  qeyd  olunan  sahələrdə  bilik,  məlumat  və  yaxşı  təcrübələrin 

mübadiləsinin  təşkilini  qeyd  etmək  olar.  Təşkilal  Beynəlxalq  Əlillik  Alyansının 

üzvüdür. 

 

 



 

 

 



Beynəlxalq Zəif EĢidən Ġnsanların Federasiyası (BZEĠF) 

International   Federation of Hard of Hearing People 

 (İFHOH) 

 www.ifhoh.ors 

Xeyriyyəçiliklə məşğul oları qeyri-siyasi təşkilat. Təşkilat müxtəlif yaşda olan 

zəif eşidən insanlara və onların ailələrinə yardım göstərir. Təşkilatın benefisiarları 

sırasında, həmçinin, eşitmə qabiliyyətini itirmiş böyükləri, tinit və ya Menyer xəs-

təliyindən  əziyyət  çəkən  insanları  və  koxlear  implantı  ilə  yaşayan  insanları  qeyd 

etmək  olar.  BZEİF  zəif  eşidən  insanların  təşkilatları  arasında  əməkdaşlıq  və 

məlumat  mübadiləsi  platfbrmasını  yaradır,dünyada  zəif  eşidən  insanlar  arasında 

daha  təkmil  anlaşmanı  təmin  edir,  eşitmə  problemləri  ilə  bağlı  araşdırma  və 

tədqiqatları  təşviq  edir,  dəstəkləyir  və  onlarda  iştirak  edir.  Kommunikasiyalar, 

təhsil,  məşğulluq  və  zəif  eşidən  insanları  gündəlik  həyatda  narahat  edən  digər 

problemlərin həlli ilə bağlı fəaliyyətləri dəstəkləyir və s. 

 

BirləĢmiĢ ġtatların Əlillik üzrə Beynəlxalq ġurası (BġƏBġ) 



United States  International  Council  on  Disabilities 

(USICD) 

www.usicd.ors 

Əlillik  məsələləri  ilə  bağlı  beynəlxalq  gündəmin  formalaşması  ilə  əlaqəli 

vəkillik  və  aksiya  fəaliyyəti  ilə  məşğul  olan  və  ABŞ-da  yerləşən  qeyri-hökümət 

təşkilatlaının,  federal  agentliklərin  və  fərdlərin  federasiyası.  BŞƏBŞ  öz  geniş 

şəbəkəsi  vasitəsi  ilə  ABŞ-da  və  beynəlxalq  səviyyədə  əlilliklə  bağlı  ən  zəruri 

məsələlərin  qaldırılması  və  onların  həll  olunması  ilə  bağlı  vəkillik  sahəsində 

fəaliyyət  göstərir.  BŞƏBŞ  Əlilliyi  olan  İnsanların  Hüquqları  haqqında  Kon-

vensiyanın  müddəalarının  ABŞ-da  və  beynəlxalq  aləmdə  tətbiq  olunması  üzrə 

fəaliyyət göstərir, habelə bir çox layihələri, o cümlədən, Beynəlxalq Əlillik Haqları 

Kitabxanasını,  Gənclər  Beynəlxalq  İnkişafda  və  Münasibətlərdə,  ABŞ-ın 

Beynəlxalq Münasibətlərində Əlillik İnklyuziyası və s. icra edir. 

 

Börton Blat Ġnstitutu (BBĠ) 



Burton Blatt İnstitute (BBİ)  

http://bbi.syr.edu 

Baş qərargahı ABŞ-ın Sirakyuz Universitetində yerləşən və qlobal səviyyədə 

əlilliyi  olan  şəxslərin  vətəndaş,  iqtisadi  və  sosial  iştirakçılığının  artırılması 

sahəsində  fəaliyyət  göstərən  elmi  təsisat.  Əlillik  haqqında  qanunvericiliyin 

təkmilləşdirilməsi  üzrə  araşdırmalar  aparır,  müxtəlif  təqaüd  proqramları  və 

tədqiqat  layihələri  mövcuddur.  BBİ  nəzdində  Əlillik  Qanunvericiliyi  üzrə  İşləyən 

Vəkillər  Kollegiyası  (Disability  Pvights  Bar  Association,  DRBA)  da  fəaliyyət 

göstərir. 

 

Dünya Əlillik Ġnstitutu (DƏĠ) 

World Institute on Disability (WID) 

 www.wid.ors 


1983-cü  ildə  Müstəqil  Həyat  Hərəkat  liderləri  tərəfındən  təsis  olunan, 

beynəlxalq  səviyyədə  tanınmış  dövlət  siyasətlərini  işləyib  hazırlayan  İnstitut 

insanların  tam  müstəqil  həyat  tərzinə  mənfi  təsir  göstərən  məsələləri  və 

problemləri  öyrənir.  İnstitutun  icmalarda  və  dünyada  həyata  keçirdiyi  missiyası 

tam sosial inteqrasiyanın qarşısını alan maneələrin aradan qaldırılması, əlilliyi olan 

insanların  məşğulluğunun,  iqtisadi  təhlükəsizliyinin  və  sağlamlıq  statusunun 

yüksəldilməsini  ehtiva  edir.  Bununla  bağlı,  institut  innovativ  proqramları  və 

vəsaitləri  işləyib,  hazırlayır,    tədqiqat,  təlim,  ictimai  təbliğat  və  vəkillik 

kampaniyaları  təşkil  edir,  habelə  müvafıq  texniki  dəstək  xidmətlərini  göstərir. 

İnstitutun icra etdiyi proqramlar aşağıdakılardır: 1) Məşğulluq və Əlillik Müavinəti 

Təşəbbüsü-  əsasən  Kaliforniyada  sığortalanma,  məşğulluq  imkanları  və 

müavinətlər haqqında məlumatların toplanmasını, sonradan isə həmin məlumatlara 

əsasən  icma-əsaslı siyasət  tövsiyyələrinin  işlənib  hazırlanmasını  nəzərdə tutur; 2) 

Aktivlərə Çıxış Proqramı - əlilliyi olan insanların aktivlərinin əldə olunmasına və 

maliyyə  savadlılığını  artırmağa  çalışır;  3)  Səhiyyəyə  Çıxış  və  Uzunmüddətli 

Xidmətlər  Proqramı  -  yüksək  səviyyəli,  ixtisaslı  səhiyyə  xidmətlərinə  çıxış 

imkanlarını  gücləndirməklə,  əlilliyi  olan  insanlar  arasında  səhiyyə  xidmətlərinə 

çıxış  səviyyəsində  bərabərsizliyi  aradan  qaldırmağa  çalışır;  4)  Proyecto  Vision  -

Latın  Amerika  mənşəli  əlilliyi  olan  şəxslər  üçün  ilk  texniki  dəstək  mərkəzidir. 

Proqraın  çərçivəsində  müstəqil  həyat  və  məşğulluq  imkanlarının  təmin  olunması 

məqsədilə,  Latın  mənşəli  16-35  yaşlarında  olan  gənclərin  məktəbdən  ali  təhsilə 

keçidinin asanlaşdırılması fəaliyyəti və s. həyata keçirilir və əlilliyi olan insanların 

tibbi  sığortalanması,  məşğulluq  imkanları  və  müavinətlər  haqqında  məlumatların 

toplanmasını, sonradan isə həmin məlumatlar əsasında icma əsaslı siyasət tövsiyə-

lərinin işlənib hazırlanmasını nəzərdə tutur. 

 

 



Dünya Əlillik Ġttifaqı (Dünya Engelliler Birliği) (DƏB) 

World Disability Union (WDU)  

www. worlddisabilityunion.ore 

Türkiyə Respublikasının Nazirlər Şurasının qərarı ilə İstanbulda təsis olunan 

və  beynəlxalq  statusa  malik  olan  bu  təşkilat  həlləsaslı  layihələrin  işlənilməsi  və 

təcrübə  əsaslı  fəaliyyətləri  ilə  məşğuldur.  Hazırda  dünya  miqyasında  təşkilatın  6 

regional ofisi fəaliyyət göstərməkdədir. Təşkilatın əsas hədəfi əlilliyi olan əhalinin 

potensialının  aşkarlanmasıdır,  əlilliyi  olan  insanların  təmsilçiliyinə  və  həmin 

insanların    üzvü  olduqları  QHT-lərin  formalaşmasına  kömək  edən  realistik  sosial 

siyasətin  həyata  keçirilməsinə  dəstək,  bu  cür  QHT-lərin  maliyyə  və  idarəetmə 

qabiliyyətlərinin  artırılmasıdır.  Təşkilatın  əsas  məqsədləri  sırasında  əlilliyin 

qarşısının  alınması,  imkan  bərabərliyinin  təmin  olunması,  reabilitasiya  xidmət 

lərinin təkmilləşdirilməsi və universal standartların tətbiqini qeyd etmək lazımdır. 

Təşkilatın  fəaliyyətləri  nəticəsində  İstanbulda  təşkilatın  Akkreditasiya  Mərkəzi 

yaradılıb,  əlilliyi  olan  insanlar  üçün  Universal  Standartlar  üzrə  Təlimat  Vəsaiti 

işlənib  hazırlanıb  və  WDU  USTAD  75301  saylı  akkreditasiya  standartının 

hazırlanması bəyan olunub.

 

 



Dünya Karlar Federasiyası (DKF) 

Worlcl Federation of the Deaf (WFD) 

 www.wfdeaf.ors 

Təməli 1951-ci ildə Romada qoyulan Dünya Karlar Təşkilatı hal-hazırda 133 

ölkənin karlar təşkilatını birləşdirir. DKF BMT sistemində, o cümlədən BMT-nin 

İqtisadi  və  Sosial  Şurası  (ECOSOC),  UNESCO,  Beynəlxalq  Əmək  Təşkilatı  və 

Dünya Səhiyyə Təşkilatı nəzdində məşvərətçi statusa malikdir. Təşkilat həmçinin 

BMT-nin  İnsan  Haqları üzrə  Ali  Komissarı ilə sıx əməkdaşlıq edir, habelə  BMT-

nin  Əlilliyi  olan  Şəxslər  üçün  İmkanların  Bərabərləşdirilməsinin  Standart  Qay-

daları  üzrə  Ekspertlər  Şurasında  nümayəndələri  var.  Hazırda  Təşkilatın  əsas 

fəaliyyətləri  aşağıdakı  sahələri  əhatə  edir:  a)  milli  işarə  dillərinin  statuslarının 

təkmilləşdirilməsi;  b)  eşitmə  qabiliyyəti  məhdud  olan  insanlar  üçün  daha  yaxşı 

təhsil; c) məlumat və xidmətlərə çıxış səviyyəsinin yüksəldilməsi; d) inkişaf edən 

ölkələrdə  eşitmə  qabiliyyəti  məhdud  olan  insanların  haqlarının  qorunması;  e) 

fəaliyyət  göstərməyən  məkanlarda  eşitmə  qabiliyyəti  məhdud  insanların 

təşkilatlarının təsis olunması. 

 

Əlillərin Beynəlxalq TəĢkilatı (ƏBT) 

Disabled People's International (DPI) 

       http://dpi.ors 

Baş  qərargahı  Kanadada  yerləşən  beynəlxalq  qeyri-hökumət  təşkilatı.  Tam 

iştirak, imkanların və inkişafın bərabərləşdirilməsi vasitəsilə əlilliyi olan şəxslərin 

insan  haqlarının  dəstəklənməsi  məqsədilə  1981-ci  ildə  təsis  olunan  və  müxtəlif 

şəbəkələri  və  məclisləri  birləşdirən  bir  təşkilatdır.  Təşkilatın  əsas  məqsədləri 

əlilliyi  olan  insanların  hüquqlarının  müdafiəsi,  onların  iqtisadi  və  sosial 

inteqrasiyanın təmin edilməsi, habelə  əlilliyi  olan  insanların təşkilatlarının inkişaf 

etdirilməsi və dəstəklənməsidir. 

 

Əlillik Hüquqlarının Beynəlxalq Səviyyədə Dəstəklənməsi (ƏHBSD) 

Disability Rights Promotion International (DRPI) 

 www. drpi. research. yorku. ca 

Əlilliyi  olan  insanların  haqlarının  əsaslı  və  dayanıqlı  beynəlxalq  monitorinq 

sisteminin  qurulması  məqsədilə  həyata  keçirilən  əməkdaşlıq  layihəsi.  Monitorinq 

sayəsində  marginallaşmış  durumda  olan  əhali kateqoriyalarının  tələbləri  çatdırılır, 

vəzifədən  sui-istifadə  və  zorakılıq  hallarının  sənədləşmə  yolu  ilə  bu  səpkidə 

ictimaiyyətin  məlumatlılıq  səviyyəsi  artırılır,  əlilliyi  olan  insanlar  arasında 

kollektiv  eyniləşdirmə  dərəcəsi  artırılır  və  sosial  ədalətin  bərqərar  olunması  üçün 

göstərilən  səylər  dəstəklənir.  Layihə  icraçılarının  nöqteyi-nəzərinə  görə,  əlilliyi 

olan  insanların  tam  iştirakçılığının  və  bərabərliyinin  təmin  olunması  üçün 

monitorinq  əsnasında  təcrübələr  barədə  toplanılan  əsaslı  məlumat  sosial 

dəyişikliklərin  peyda  olmasını  təmin  edən  güclü  alətdir.    Fərdi  təcrübələrin 

qeydiyyata  alınması  sayəsində  geniş  əhali  kütlələrinə  mənfi  təsir  göstərən  əlillik 

üzrə  ayrı-seçkilik  şablonlarını  aşkar  etmək  mümkündür.  Əlillik  üzrə  ayrıseçkilik 

miqyasını  müəyyənləşdirən  məlumatlar  hökümətlər  üçün  inklyuziv  sosial 

siyasətlərin  və  qanunvericiliyin  qəbul  olunması  məqsədilə  əsas  rol  oynaya  bilər. 


Layihə  əlilliyi  olan  insanlara  qarşı  ayrıseçkiliyin  dərinliyini  və  əhatə  dairəsini 

müəyyənləşdirmək üçün əsasən üç monitorinq sahəsində fəaliyyət göstərir: 1) fərdi 

zorakılıq  hallarının  təsdiqi;  2)  sistem  yanaşmalarının  müəyyənləşməsi 

(institusional  çatışmazlıqların  aşkar  olunması,  işlərin  məhkəmələrdə  və  dövlət 

quramlarında  baxılması,  əlilliyi  olan  insanların  haqlarını  pozan  siyasətlərin, 

proqramların  və  xidmətlərin  müəyyənləşdirilməsi);  3)  KİV-lərdə  olan  vəziyyətin 

öyrənilməsi  (KİV  tərəfindən  əlilliklə  bağlı  obrazların  yaradılması  və  KİV-lərdə 

əlillik  məsələlərinin  işıqlandırılması,  KİV-lərdə  əlilliklə  bağlı  süni  şəkildə 

yaradılan  əfsanələrin  və  stereotiplərin  sənədləşməsi,  habelə  əlillik  məsələlərinin 

səmərəli şəkildə sənədləşməsinin vurğulanması). 



Əlillik və ĠnkiĢaf üzrə Qlobal TərəfdaĢlıq (ƏĠQT) 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin