SəRBƏst iŞ №1 Müəllim: Əhmədova Xədicə Fakültə



Yüklə 441,36 Kb.
tarix01.01.2022
ölçüsü441,36 Kb.
#50269
Nicat Məmmədov679A3 ÖTƏ(1)


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ



Kafedra: Avtomatika və idarəetmə

Fənnin adı: Ölçmə Texnikasının əsasları

SƏRBƏST İŞ № 1

Müəllim: Əhmədova Xədicə

Fakültə: Energetika və avtomatika

Kurs: III

Qrup: 679 A3

Tələbə: Məmmədov Nicat.

B A K I – 2 0 2 1

Elektron və rəqəm ossiloqrafları.

Elektron–şüa osilloqrafı (EŞO). Ekranda elektrik siqnallarının gözlə müşahidə edilməsi və onların parametrlərinin ölçülməsi üçün istifadə olunan cihazlar osilloqraflardır. Osilloqrafın əsas funksiyası elektrik rəqslərinin qrafiki təsvirini düzbucaqlı koordinat sistemdə verməkdən ibarətdir. Çox vaxt osilloqrafda gərginliyin vaxtdan asılılığı müşahidə olunur. Bir qayda olaraq, absisdə vaxt, ordinatda siqnalın gərginliyi göstərilir. Osilloqrafda fasiləsiz dövri və impulslu siqnalları, qeyri-dövri və təsadüfi siqnalları, tək-tək impulsları və onların parametrlərini müşahidə etmək mümkündür. Osilloqramlara görə tezlik və faza yerdəyişməsi, modul siqnalların parametri, vaxt intervalları ölçülə bilər. Osilloqrafların bazasında keçid, tezlik və amplitud xarakteristikaların ölçülməsi üçün elektrik və radio cihazları qurulur. Təyinatına görə EŞO universal, sürətli, yaddaşlı və xüsusi növlərə bölünür. Bunlardan universal osilloqraflar daha geniş tətbiq tapmışlar. Bu cihazlar 350MHs tezliyədək elektrik siqnallarını 5-10% xəta ilə ölçməyə qadirdirlər. Universal elektron-şüa osilloqrafının sadələşdirilmiş struktur sxemi şəkil 7.27 – də verilir. Osilloqrafın əsas düyünü elektron–şüa borusudur (EŞB). Şüşə vakuum kolbasının daxilində elektron topu, dəfetmə lövhələri və lümineset ekranı quraşdırılır. Burada dar elektron şüa dəstəsi formalaşır və lüminüset ekranda işıq ləkəsi yaradır. Elektron şüa dəstəsi bir-birinə perpendikulyar metal dəfetmə lövhələrindən (Y və X) keçir. Əgər bu lövhələrə cərəyan verilsə, onlar arasındakı elektrik sahəsi yaranar və şüa bu və ya digər tərəfə meyl edər. Əgər elektrik gərginliyi üfüqi dəfetmə lövhəsinə verilsə, işıq ləkəsi X lövhəsinin oxu boyu, şaquli lövhəyə verildikdə Y lövhəsinin oxu boyu yönələcəkdir.





Şəkil 7.27. Universal elektron – şüa osilloqrafının struktur sxemi.

Elektron şüasını elə fokuslamaq olar ki, işıq ləkəsi 0 nöqtəsində (şəkil 6.18) yerləşsin və borudan çıxan şüa ekranda U (t ) = Um sin wt asılılığını əks etdirən osilloqram çəksin.

Ölçülən gərginlik siqnalının həqiqi təsvirinin alınması üçün iki şərt ödənilməlidir: X və Y oxları üzrə sapma gərginliklə düz mütənasib və t=mT olmalıdır (m- tam ədəd, t-vaxtdır).



Şəkil_7.28._Elektron_–_şüa_borusundan_ekrana'>Şəkil 7.28. Elektron – şüa borusundan ekrana təsvirin alınması

Osilloqrafın struktur sxeminə Y kanalı (şaquli), X kanalı (üfüqi), Z kanalı (şüanın işıqlılığının tənzimi), amplitud KA və müddət KD kalibratorları daxildir.



Y kanalı ilə tədqiq edilən U(t) siqnalı daxil olur və boruda şüanın şaquli sapmasını yaradır. Bu kanala böyük siqnalları zəiflədən attenyuator A, ilkin gücləndirici Y, gecikmə xətti A3 , son gücləndirici OY daxil olur.

Elektron osilloqrafları aşağıdakı texniki və metroloji göstəriciləri ilə səciyyə edilirlər:



1.Y və X kanalları üzrə həssaslıq (mm/V);

2.buraxıcılıq zolağı (tezlik diapazonu);

3.siqnalın açılma müddətinin dəyişmə diapazonu;

4.Y kanalının giriş müqaviməti və tutumu;

gərginliyin və vaxt intervallarının ölçmə xətalarını xarakterizə edən parametrlər.



Rəqəmli osilloqraflar. Rəqəmli osilloqraflarda ölçülən analoq siqnalı dərhal giriş blokunda rəqəm siqnalına çevrilir və diskret yaddaşda qeyd olunur. Bu siqnal elektron şüa borusunun ekranı, müstəvi matris ekranı və ya digər üsulla təsvir üçün istifadə edilə bilər.

Rəqəmli osilloqraflar dəqiqliyi yüksəltməyə, ölçmə prosesini tam avtomatlaşdırmağa, iş rejimini məsafədən idarə etməyə, məlumatları riyazi və məntiqi emal etməyə imkan verir. Rəqəmli osilloqrafın sadə bir strukturu şəkil 7.29-da verilmişdir. Burada giriş siqnalı x(t) lazım olan qiymətinədək gücləndirilir və analoq–rəqəm çeviricisinə ARÇ daxil olur. Normalaşdırılmış x (t)  siqnalı tk məqamlarında generatordan G rəqəm ekvivalentinə N(tk) çevrilir və Rq registrində yaddaşda qeyd olunur. Osilloqrafın idarə blokuna hesabat – məntiq qurğusu daxildir və bu rəqəmli osilloqrafın funksional imkanlarını artırır. Ölçülən siqnalın hər hansı qiymətini rəqəmləşdirmək imkanı yaranır. Müasir mikroprosessor texnikasını rəqəmli osilloqraflara qoşmaqla elektrik siqnallarının ölçülməsinə dair bütün məsələləri həll etmək olar. Hazırda bu cihazların element bazası və texnologiyası kiçik ölçülü cib cihazlarını hazırlamağa imkan verir. Məsələn, “Kreatek” firmasının buraxdığı osilloqrafın ölçüsü 25x10x3,75 sm, çəkisi 900q-dır, onun 58 x 58 mm-lik ekranı isə dəqiq təsvirlər verir.





Şəkil 7.29.Rəqəmli osilloqrafın struktur sxemi

Yüklə 441,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə