Sərbəst İş Fənn: Müqayisəli siyasi sistemlər



Yüklə 17,52 Kb.
tarix13.01.2022
ölçüsü17,52 Kb.
#51225
siyasi sistem serbest is




Sərbəst İş

Fənn: Müqayisəli siyasi sistemlər.

Mövzu: Böyük Britaniya parlamentinin quruluşu,funksiya və səlahiyyətləri

Böyük Britaniya parlamenti — Birləşmiş Krallıq, Taxt-tac əraziləri və Böyük Britaniyanın dəniz ərazilərinin ali qanunverici orqanı. Yalnız qanunverici üstünlüyə sahibdir və bununla da İngiltərədəki və xaricdəki bütün digər siyasi qurumlar üzərində son səlahiyyətə sahibdir. Parlament iki palatalıdır, lakin Kraliyyət Məclisi, Lordlar Palatası və İcmalar Palatası olmaqla üç suverən hissədən ibarətdir.

İcmalar palatsı 651 üzvdən ibarətdir. O birmandatlı dairələr üzrə nisbi çoxluqlu majoritar sistem əsasında seçilir. Deputatlar indemnitetə (çıxışa görə təqsirsizlik) və yalnız sessiya dövründə, habelə sessiyaya qədər və ondan 40 gün müddətində məhdud immunitetə malikdir.

Lordlar palatasının tərkibi və üzvlərinin sayı dəyişkəndir. Bu palata əsasən irsi əlamət üzrə təşkil olunur. Böyük Britaniyada İcmalar palatasında dəfələrlə lordlar palatasının ləğv edilməsi və ya onun yenidən təşkil olunması haqda məslə qaldırılmış, lakin hər dəfə müvəffəqiyyətsiz olmuşdur.

Böyük Britaniya Parlamentinin özünəməxsus xüsusiyyətləri var:

Hər çərşənbə günü 30 dəqiqə müddətində Baş Nazirin Sual Vaxtı olur. Suallar istənilən mövzuda ola bilər;

Mətbuat daim iştirak edir və istənilən vaxt çəkiliş edilə bilər;

İcmalar Palatasında debatlar müəyyən qaydalara əsasən aparılır. Çıxış edənlər öz rəylərini bir-birlərinə yox, Spikerə ünvanlayırlar. Temparatur yüksələrsə, spiker debatı nəzarətdə saxlamaq üçün müdaxilə edir. Parlament üzvü çıxışına bitirdikdən sonra növbəti çıxışı kimin edəcəyinə Spiker qərar verir. Çıxış etmək istəyən Parlament Üzvü Spikerin diqqətini cəlb etmək üçün ayağa qalxır.

Əslində, bu o qədər də vacib deyil. Çünki Spiker kimin danışmaq istədiyini təxminən bilir. Parlament Üzvləri tribunadan yox yerlərindən çıxış edirlər. Parlament Üzvləri adətən, çıxışlarını oxumurlar. Ancaq yaddaşlarını təzələmək üçün kiçik qeydlərə nəzər salmaq olar.

Çıxış edən Parlament Üzvü digərinə müraciət etmək istəyirsə, onun adını çəkməməlidir. Əvəzində isə Parlament Üzvünün təmsil etdiyi seçki dairəsinin adını qeyd etməklə ona müraciət etməlidir.

Müzakirə və debatlar əsasən, aqressiv xarakter daşıyır. Bu palataların formasında da özünü göstərir. Həm Lordlar Palatası, həm də İcmalar Palatasının yerləşdiyi palatalar dördbucaqlı şəklindədir.

Birləşmiş Krallığın parlamenti - Kraliçanın və iki palatanın: qanun layihələrinin müzakirə və qəbul olunduğu lordlar və icmalar palatalarının üçlüyünün vəhdətidir. Avropa İttifaqının üzvü olduqdan sonra, Krallıqda ümumavropa qanunları fəaliyyət göstərməyə başladı və parlamentin aliliyi bir qədər sarsıldı. Hazırda Britaniya və ümumavropa qanunları arasında bəzi hallarda ziddiyyət yarandıqda üstünlük ümumavropa qanu nuna verilir.

Lordlar Palatasında hər hansı irsi titula malik (varis perlər). müəyyən vəzifə tutan və nəhayət əbədi per titulu almış insanlar əyləşirlər. Palataya perlərlə yanaşı, Kraliça (Kral) tərəfin don irsi və ya ali məhkəmə rəhbərləri və ingilis arxiyepiskop ları arasından təyin edilmiş və vəzifəyə görə per hesab olunan şəxslər daxildirlər. Göründüyü kimi, lordlar palatasında 2 arxiyepiskop vo Anglikan kilsəsinin 24 yepiskopu, habelə məhkəmə lordlari kimi tanınan 9 an təcrübəli hakim yer alır.

Hazırda Palatanin üzvlərinin sayı aşağıdakı qaydada bölünür: 500 əbədi per, 92 varis per vo 26 ruhani nümayəndə. İcmalar palatasında 646 deputat vardır. Deputatlar majoritar sistem üzrə birmandatlı dairələrdən ümumi səsvermə yolu ilə seçilirlər. Bir seçki dairəsində orta hesabla 65 min seçici yaşayır və onun səlahiyyətləri icmalar Palatasının səlahiyyətləri ilə müqayisədə çox deyil (onlar daim İcmalar Palatasına verilir). Lordlar Palatası maliyyəyə aid qanun layihələrinin qəbuluna müdaxilə edə bilməz, digər qanun layihələrini isə yalnız bir il müddətinə təxirə sala bilər. Parlamentin qərarı qanun halına minməzdən əvvəl hər palatada beş pillədən keçir: birinci oxunuş, ikinci oxunuş, parlament komissiyasının iş pilləsi, məruzə pilləsi və üçüncü oxunuş. Bundan sonra qanun kraliçanın (kralın) rəsmi təsdiqini almalıdır. Qanun layihələrini (maliyyəyə aid istisnal olmaqla) əslində hər iki palata təklif edə bilər, lakin əksər hal

larda onlar İcmalar Palatası tərəfindən irəli sürülür. Monarx Baş naziri İcmalar Palatasındakı siyasi qüvvələrin təmsilçiliyini (çoxluq) yerləşməsini nəzərə almaqla təyin edir.

Baş nazir öz növbəsində nazirləri seçərək hökumətini for malaşdırır. İcmalar Palatasına deputatların seçildikləri sistem ikipartiyalı nümayəndəliyin inkişafına imkan yaradır. Hətta parlamentin hər iki palatasının iclas zalları belə yalnız i partiyanın: hökumətin və hakim partiyanın bir tərəfdən, mi alifətin isə digər tərəfdən yerləşdirməsinə uyğun olaraq planlaşdırılıb. Neçə partiyanın nümayəndələrinin deputat olmaları da vacib şərt sayılmır, deputatlarının sayına görə ikinciliyi qazanmış yalnız bir partiya rəsmən müxalifət partiyası sayılır. Müxalifət partiyasının liderinə dövlət qulluqçusunun məvacibi ödənilir və o Vestminster sarayında (parlamentin binası) vəzi fəsinə uyğun kabinetlo tomin edilir.

Proporsional nümayəndəlik sistemi Birləşmiş Krallıqda ilk dəfə olaraq 1999-cu ilin iyun ayında Avropa parlamentinə seçkilərdə istifadə olunmuşdur.

Hazırda Birləşmiş Krallıqda 50-dən çox siyasi partiyalar fəaliyyət göstərir. Onların sayı, xüsusən seçkiqabağı kampa niyalar dövründə daim dəyişir. Qanuna görə partiyaların qey diyyatı məcburi deyil. Siyasi partiyaların fəaliyyətini məhdud laşdıran yeganə amil deputatlığa iddialı hor bir partiya namizə dinin 500 funt sterlinq məbləğində məcburi ödəməsidir. Seçki dairəsində seçicilərin, heç olmazsa, 5% sosini qazandığı təq dirdə bu ödəmə namizədə qaytarilir. Bundan əlavo, namizədin öz seçkiqabağı kampaniyasına xərcləyəcəyi pul məbləğinə də müəyyən qədər məhdudiyyət qoyulur.

Partiyaların say çoxluğuna baxmayaraq, ölkədə fəaliyyətdə olan majoritar sistem, habelə bir sıra sosial, iqtisadi və demo qrafik amillər ikipartiyalı sistemin formalaşmasina imkan ya ratmışdır. İki əsas Britaniya partiyaları - Mühafizəkarlar və İttifaqçı Partiyası va Leyboristlar Partiyasıdır.

Mühafizəkarlar Partiyasının meydana gəlməsinin tarixi kök ləri XVII əsrə - parlamentdə "Tori" adlandırılan qrupun yaran ması dövrünə qədər gedib çıxır. O dövrdə hakimiyyətdə olan viqlərin əksinə olaraq torilor ingilis taxtına namizəd olan York hersoquna torofdar çıxırdılar. Ənənəvi dəyərlərin qorunmasına soy göstərdiklərinə görə onları mühafizəkarlar hesab edirdilor və bu səbəbdən do 1830-cu ilin əvvəllərində partiya Mühafi zəkarlar adlandırıldı.

Partiyanın adında "ittifaqçı" sözünün ya ranması isə onun Şimali İrlandiya məsələsi ilo bağlı mövqe yini əks etdirməsindən irəli gəlirdi. Beləliklə, Tori Partiyası nin bazasında yaradılmış və özünün hazırkı şəklində 1867-ci ildə qəti olaraq formalaşdırılmış Mühafizəkarlar və İttifaqçı Partiyasının (sədr- David Cameron) 1 milyondan çox üzvü var. Sağ-mərkəzçilik ideyalarından çıxış edən partiyanın ali orqanı illik konfransdır.

Leyboristlor Partiyası 1890-ci (vo ya 1900-cü) ildə həmkarlar ittifaqlarının nümayəndələri va bir sıra sosialist təşkilatları tərəfindən yaradılmışdır. Buna qədər əvvəlcə Müstəqil fəhlə partiyası, daha sonra iso Fəhlə Nümayəndəlik Komitəsi möv cud olmuşdur. Hazırda Leyboristlər Partiyasının (sədr - Toni Bleyer) 400 min nəfərdən artıq üzvü var. Bu - partiyaya bila vasito daxil olan, habelo homkarlar ittifaqına və ya öz növ bəsində Leyboristlər Partiyasına aid olan hər hansı bir digər təşkilata daxil olmaqla adıçəkilən partiyaya üzv olan insanlar dir. Hazırda partiya sol-mərkəzçilik baxışlarına tərəfdardır.

Bu partiyalarla yanaşı. Birləşmiş Krallıqda müəyyən qədər nüfuza malik digər partiyalar da faaliyyət göstərir:

Demokratik İttifaqçı Partiyası Şimali İrlandiya (sadr- lan Peysli); Liberal-

Demokratlar Partiyası - 1988-ci ilin yanvar ayında Liberal va Sosial-

Demokrat Partiyalarının birləşməsi nəti casinda yaradılmışdır (sadr Menzies Campbell);

Sotland Milli Partiyası - (sadr Aleks Salmond);

Alster Ittifaqçı Partiyası (Şimali İrlandiya) - (sadr Reg Empey); Uels

Partiyası - (sadr Plaid Simru); Şin Feyn Harəkatı (Şimali İrlandiya)- (sadr Cerri Adams).



Mənbə:

"XARİCİ ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÜQUQ TARİXİ" Polis Akademiyası.

"Mühazirələr toplusu" Polis Akademiyası

"Xarici Ölkələrin Konstitusiya Hüququ" Çirkin. 2000

"Müasir Ölkələrin Dövlət və Hüquq Tarixi" M.Məlikova, E.Nəbiyev

"A Brief History of British Kings and Queens: British Royal History from Alfred the Great to the Present" (The Brief History) by Mike Ashley
Yüklə 17,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin