AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
SƏRBƏST İŞ
Tələbə: Əlikram Xankişiyev
Qrup: TAR-2015M
Kurs: II
Şöbə: Magistratura və Doktorantura
İxtisas: Tarix fənninin tədrisi metodikası və metodologiyası
Fənn: Tarix təlimində yeni texnologiyalardan istifadə
Müəllim: p.ü.e.d, prof. Mübariz Əmirov
Mövzu: Ümumtəhsil məktəblərinin VII sinifində “Azərbaycan vahid dövlət tərkibində” mövzusunun tədrisində tədqiqatın aparılması metodunun konkret hadisənin araşdırılması texnikalarından istifadə
BAKI-2021
Plan:
Feodal dövlətlərin yaranması
İdarəçilik formaları
Sosial-iqtisadi həyatı
Siyasi münasibətlər
Təlimin məqsədi: Xilafətin parçalanmasından sonar Azərbaycanda dövlətlərin yaranmasını, idarəçilik formalarını, sosial-iqtisadi siyasi münasibətlərini şərh edir.
Təlim forması: Fərdi və Qruplarla iş
Təlim üsulu: beyin həmləsi, müzakirə, idealar ağacı
Resuslar: dərslik iş, vərəqləri
Beyin həmləsi. Dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, problemin həlli yolları üzrə müxtəlif ideyaları irəli sürməsi vasitəsi kimi istifadə olunur. Tarix dərslərində problemli vəziyyətin yardılması üçün gərək olan ilkin ideyanın formalaşmasında beyin həmləsi əvəzsiz rol oynayır. Beyin həmləsi şagirdlərin yeni bilikləri üzə çıxarmağa, müzakirə olunan məsələyə maraq oyadır. Əqli hücum şagirdlərin yeni mövzu üzrə biliklərini sürətlə üzə çıxarmağa, onlarda müzakirə olunan məsələyə maraq oyatmağa imkan verir. Bu metodun tətbiqi şagirdləri fəallaşdırır, verilən suala tez və düzgün cavab tapmağa, müxtəlif ideyalar irəli sürməyə həvəs yaradır.
Əqli hücum tətbiq edilərkən müəllim həll olunmalı problemi elan edir. Xilafətin süqutu və Azərbaycanda xalq üsyanlarının geniş vüsət alması səbəbləri nədir? Sual lövhəyə yazılır və ya şifahi şəkildə verilir. Əqli hücum zamanı yeni mövzu ilə əlaqədar hər hansı bir fikrin, ifadənin tamamlanması üçün mümkün variantları müəyyənləşdirmək tapşırığı vermək də məqsədəuyğundar. Müəllim mümkün qədər çox şagirdin fikir söyləməsinə nail olmalıdır. Şagirdlər vaxt itirmədən problemlə bağlı yığcam şəkildə müxtəlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizələr heç bir şərh verilmədən, tənqidi münasibət bildirilmədən lövhədə qeyd olunur. Sonra təhlil, müzakirə mərhələsi gəlir. Müxtəlif ideyalar qiymətləndirilir, lehinə və əleyhinə fikirlər söylənilir. Şagirdlər müzakirə olunan problemin həlli üçün faydalı hesab etdikləri ideyaları seçirlər.
BİBÖ (nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nəyi öyrənməliyik) şagirdlərin əvvəlki biliyi, təcrübəsi ilə yeni biliklər arasında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə düşünməsini təmin edir. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: “Nəyi bilirik”, “Nəyi bilmək istəyirik”, “Nə öyrəndik və hələ nələri öyrənməliyik”. Şagirdlər əvvəl mənimsəmiş olduqları bilikləri bir daha nəzərdən keçirir və öyrənmək, cavabını tapmaq istədiyi məsələləri, sualları müəyyənləşdirir. Bu məqsədlə müəllim özü və ya şagirdlər cütlər, qruplar halında mətni oxuyur.
Cütlər və ya qruplar mövzu barəsində əvvəlki biliklərinə dair qeydlər aparırlar. Mətn oxunduqdan sonra müəllim ikinci sütundakı suallara qayıdır, əgər mətndə sualların cavabları verilibsə, onları üçüncü sütunda qeyd etməyi tapşırır. Şagirdlərin qeydləri dinlənilir, məqsədəuyğun sayılan cavablar müvafiq sütunda qeyd edilir. Şagirdlər əvvəlki biliklərini (birinci sütunda qeyd edilənləri) yeni öyrəndikləri biliklərlə (yeni öyrənilənlər sütunundakı məlumatla) müqayisə edir, nəticə çıxarırlar.
Tarix dərslərində istifadə ediləcək təlim metod və texnika nümunələri sırasında auksion, anlayışın çıxarılması, rollu oyun, debat, şaxələndirmə və başqalarından səmərəli şəkildə istifadə etmək üçün onları yalnız məqamında işlətmək tələb olunur.
Auksion. Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır. Öyrənilən əşya və ya hadısənin xüsusiyyətləri ardıcıl şəkildə adlandırılır. Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən sonra müəllim sayır. “Bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər. Sonuncu təklif verən qalib sayılır .Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir.
Nümunə olaraq qeyd etsək, Azərbaycanda vahid dövlətin yaranması- Saci və Səlarilər dövlətində faktlara əsaslanaraq ərazilərin ardıcıl ələ keçirilməsin sadalayır son fikri deyən qalib olur.
Təqdimat. Fəal (interaktiv) təlim metodları ilə aparılan dərslərin mühüm elementlərindən biri olan təqdimat şagirdin tədqiqat fəaliyyətinin göstəricisi sayılmalıdır. Bu metod şagirdlərə imkan verir ki, o, tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə bilsin, öz fikirlərini dəqiq ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına yiyələnsin. Təqdimata hazırlaşan şagird qrup halında işləyəndə ünsiyyət mədəniyyətinə yiyələnir, fikir bölüşməyi bacarır. Belə olduqda isə onun (onların) hazırladıqları təqdimat dəqiq olur, yaxşı tərtibatı ilə diqqəti cəlb edir.
Təqdimata hazırlaşan şagirdlər təqdimatın hansı formada keçirmək barədə qaydalara yiyələnirlər. Müəllim təqdimatın növü və onun keçirilməsi qaydaları barədə şagirdləri təlimatlandırmalıdır. Bu təlimatlara əməl edən şagird vaxtdan səmərəli istifadə etməyə, fikrini daha dəqiq və yığcam şəkildə ifadə etməyə əvvəlcədən hazır olur. Təqdimatı keçirərkən ona şərh verməyi bacarır. Təqdimat müzakirə olunur və meyar cədvəli əsasında qiymətləndirilir.
Təqdimat fərdi və ya qrup şəklində həyata keçirilə bilər.
Fərdi şəkildə şagird dərsin müəyyən bir hissəsini məsələn, Sacilər dövlətin sosial-iqtisadi həyatı ilə bağlı mövzunu hazırlayır və yuxarıda qoyulan tələblərə uyğun olaraq təqdimatın hazırlayır. Qurp şəklində isə mövzu olaraq Salarilə dövlətin tapşırıq kimi müəllim qrupa təqdim edir və qrupun üzvləri öz aralarında bölüşərək birisi Salarilərin social-iqtisadi həyatını, birisi, siyasi prosesləri, başqa birisi xarici dövlətlərlə əlaqəsini başqa biri isə mədəniyyəti ilə bağlı məsələləri araşdırıb təqdimatın hazırlayır.
Ziqzaq. Nisbətən geniş mövzuların mətni üzərində aparılan işi ziqzaq üsulu ilə aparmaq vaxtdan səmərəli istifadəyə şərait yaradır, əməkdaşlıq vərdişlərini inkişaf etdirir.
İş tədqiq olunacaq mətni hissələrə bölünüb, nömrələnməklə başlanır. Qruplara bölünmüş şagirdlər 1-dən 4-ə qədər sayırlar. Qrupdakı şagirdlər (ekspertlər) müvafiq nömrələrlə işarələnir, sonra eyni nömrəli şagirdlər bir parta ətrafına toplanır, mətnin müvafiq hissəsini oxuyur, verilmiş tapşırıqları yerinə yetirirlər. İş başa çatdıqdan sonra ikinci mərhələ başlanır. Ekspertlər əvvəlki qrupa qayıdır, ekspert kimi əldə etdikləri informasiyanı bir-biri ilə bölüşür və mətn üzərində işi bütövləşdirirlər.
Dostları ilə paylaş: |