Sintaksis və durğU İŞARƏLƏRİ TƏLİMİ



Yüklə 54,11 Kb.
səhifə1/7
tarix21.12.2022
ölçüsü54,11 Kb.
#76934
  1   2   3   4   5   6   7
Sintaksisin tədrisi metodikası


SİNTAKSİS VƏ DURĞU İŞARƏLƏRİ TƏLİMİ
PLAN:

  • Sintaksisin tədrisi metodikası haqqında ümumi məlumat

  • Sintaksisin tədrisində fəndaxili və fənlərarası əlaqə

  • Ən mühüm sintaktik məfhumlar üzrə iş

  • Sintaksis tədrisində nitq inkişafı məsələləri

  • Sintaksis üzrə zəruri bacarıqların aşılanmasında proqramlaşdırılmış yoxlamaların rolu

  • Durğu işarələrinin təlimi



Azərbaycan dili sintaksisinin elmi-nəzəri və təlimi-metodiki tərəfləri daim dilçi və metodistlərimizin tədqiqat predmeti olmuş, onun bütün məsələləri diqqət mərkəzində dayanmışdır. B.Çobanzadə, Ə.Dəmirçizadə, Ə.Cavadov, Ə.Abdullayev, M.Hü­seyn­zadə, Y.Seyidov, A.Qurbanov, A.Abdullayev, M.Hə­sənov, B.Əhmədov, N.Abdullayev, Ə.Əhmədov, V.Qur­banov, K.Kərimov və başqaları sintaksisin problemləri ilə bağlı onlarla sanballı monoqrafiya və məqalələr çap etdirmişlər.
Sintaksis tədrisindən ilk sistemli məlumat A.Ab­­­dullayevin ''Orta məktəbdə Azərbaycan dili tədrisi metodikası'' dərsliyində daha sonra ''Orta məktəbdə Azər­baycan dili tədrisi (II hissə)'' kitabında verilmişdir. Burada sa­ cümlənin tədrisi bölməsini Nazim Əhmədov, ­rək­kəb cümlənin tədrisi bölməsini isə dosent Sabir Vahidov yaz­mışlar.
Bu kursun məzmununa cüm­­ sözlərin əlaqəsi söz birləşmələri, cümlə, cümlənin məqsəd intonasiyaya görə növləri, baş ikinci dərəcəli üzv­lər, bunların ifadə vasitələri, baş ikinci dərəcəli üzvlərin əlavələri onların xüsusiləşmələri, cümlədə sözlərin sırası məntiqi vurğu, şəxsə görə cümlənin növləri, həmcins üzvlü cümlələr, xitablar ara sözlər, mürəkkəb cümlə, mürəkkəb cümlənin növləri, tabesiz mürəkkəb cümlə, tabeli mürəkkəb cümlələr onların növləri daxildir.
Durğu işarələri təlimi sintaksis kursu ilə əlaqəli şəkil­ davam edir şagirdlər durğu işarələrinə aid bacarıqlara, əsasən, bu bəhsin tədrisi zamanı təkmil şəkildə yiyələnirlər.
Yığcam şəkildə desək, sintaksis tədrisi qarşısında kon­kret olaraq aşağıdakı vəzifələr durur.
1. Sintaksis üzrə zəruri anlayışların şüurlu surətdə ­nim­sədilməsi.
2. Sintaksis üzrə şagirdlərə zəruri bacarıqların aşılanması.
3. Bir sıra ədəbi nitq normalarının, xüsusilə intonasiya, durğu işarələri, sintaktik-üslubi normalara aid ən mühüm baca­rıq­ların aşılanması.
4. Sintaksis üzrə məktəb kursunun sistem halında başa çatdırılması.
5. Dilin digər bölmələrinə aid verilmiş biliklərin möh­kəm­ləndirilməsi dəqiqləşdirilməsi.
Sintaksis üzrə veriləcək bilik vərdişlərin ədəbi nitq normalarının mənimsədilməsində rolu. Sintaksisin tədrisi za­ma­ leksik-semantik, mor­fo­loji, orfoepik, intonasiya, durğu işa­rələri qrammatik-üslubi nor­ma­ların mənimsədilməsində müstəsna əhəmiyyətli işlər gör­mək mümkündür. Di­lin ixtiyarında olan bütün vasi­­lər öz mənasını cümlədə tapdığına görə, əslində, sin­tak­tik məfhumların öyrədil­­si ədəbi nitq normalarının ­nimsədilməsi üçün bir zəmin ro­lu­nu oynayır. Sözlər öz konkret mənalarını ancaq cüm­lə daxilində büruzə verə bilir. Leksikologiya və frazeo­lo­giyanın tədrisi zamanı sözlərin məna qrupları, həqiqi və məca­zi mə­na­lar şagirdlərə öyrədilmiş olsa da, sintaksis tədrisində həmin mə­lumatları yenidən nəzərdən keçirmədən şagirdləri sözlərin əsl sahiblərinə çevirmək olmaz. Sözlərin ayrı-ayrı cümlələrdə, bir­ləşmələrdə aldığı mənalarını şagirdlərin nəzə­rinə çatdır­ma­dan onlarda sözə həssas münasibət aşılamaq mümkün deyildir.
Sözlər cümlə daxilində müxtəlif qrammatik şəkilçilər qəbul edir ki, bu şəkilçilər, ümumiyyətlə, sözlərin dəyişməsi qaydaları morfologiya bəhsində şagirdlərə öyrədilir. Bütün bu işlər sintaksisin tədrisi zamanı praktik olaraq təkrarlanır. Bu təkrarlanma bir tərəfdən morfologiyanın tədrisi zamanı veril­miş bilik və bacarıqları möhkəmləndirir, digər tərəfdən, mor­foloji normaların öyrədilməsinə xidmət etmiş olur. Mə­sələn, müəllim ismi birləşmələrdən danışarkən onun üç növə ayrıl­dığını I, II, III növ ismi birləşmələrin olduğunu qeyd edir. Bu ismi birləşmələri o, çox vaxt tərəflərin qəbul etdiyi şəkilçi­lər­lə fərqləndirir. Əlbəttə, bu şəkilçiləri şagirdlər hələ morfologi­yanın tədrisi zamanı öyrənmişlər. Nə üçün belə şəkilçilər qəbul etdi? sualına ancaq sintaksisin tədrisi zamanı cavab ver­mək mümkündür. Hansı məna II növün birinci tərəfində yiyə­lik hal şəkilçisinin işlənməməsini, III növdə isə işlənməsini tələb edir? Çox vaxt müəllimlər bu suala cavab verməyi zəruri hesab etmirlər. Halbuki morfoloji normaların öyrədilməsində belə suallara konkret praktik cavabların verilməsinin mühüm rolu vardır. Şagird bildirməlidir ki, dinləyici üçün məlum obyektdən söhbət getdikdə I tərəf yiyəlik hal şəkilçisi ilə işlə­nə bilər. Qeyri-müəyyən obyektdən bəhs edildikdə isə I tərəf şəkilçisiz işlənməlidir. Bu məsə­lə­ləri açdıqda şagirdlər hansı nitq məqamında II, hansı nitq məqamında III növ ismi birləş­mə­lərin işlənməli olduğunu praktik olaraq öyrənmiş olurlar ki, bunun da morfoloji və leksik-semantik nitq normalarının mənim-sədilməsində müstəs­na əhəmiyyəti vardır. Müəllim söz birləşmələrindən və müx­təlif cümlə növlərinin tədrisindən danışarkən bunların işlənmə məqamları, bütöv vahidlərin və onun tərkibindəki sözlərin məna çalarları üzərində iş apardıq­da həm bunların daha şüurlu mənimsədilməsinə nail olur, həm də leksik-semantik, morfolo­ji normaların şagirdlər tərəfindən öyrənilməsi işini başa çatdırır.
Üslubi normaların öyrədilməsində sintaksisin tədrisi daha mühüm rol oynaya bilər. Birləşmə və cümlələrin işlənmə mə­qamları, onların qrammatik sinonimləri üzərində aparılan işlər üslubi normaların öyrədilməsində mühüm rol oynadığı kimi, şagird nitqinin üslubca zənginləşdirilməsinə də müsbət təsir edir. Ayrı-ayrı cümlə üzvlərinin cümlədə işlənmə yeri və mə­qamları, eyni fikrin müxtəlif quruluşlu cümlələrlə ifadə edilə bil­məsi üzrə aparılan praktik işlər üslubi normaların öy­rə­dil­məsində mühüm rol oynayır və müəllim sintaksis tədrisi za­ma­nı bu cəhəti heç vaxt unutmamalıdır. Sintaktik təhlilin özü də sırf sintaktik təhlildən deyil, sintaktik-üslubi təhlildən iba­rət olmalıdır.
Orfoepiya üzrə əvvəlki siniflərdə öyrədilmiş qaydalar da sintaksisin tədrisində təkrarlanır və möhkəmlənir. Bundan başqa, ədəbi tələffüzün əsas şərtlərindən hesab edilən fasilə, intonasiya, ritmik bölgülər, nitq sürəti üzrə işlərin də əsas canı sintaksis tədrisindədir.
İntonasiya və durğu işarələri ilə bağlı sintaksisdə aparı­lan işlər aşağı siniflərdə aparılan bütün işləri özündə birləş­dir­məklə bərabər, bunları daha da dərinləşdirir və möhkəmlən­dirir. Şagirdlər intonasiya normalarını, əsasən, sintaksis bəhsi­nin tədrisində daha dərindən dərk edirlər.
Bu işin ilk bünövrəsi cümlənin məqsəd və intonasiyaya görə növlərinin tədrisində qoyulur. Şagirdlər burada intonasi­yanın müxtəlif məqsədlərə xidmət etdiyini duymaqla bərabər, intonasiyanın özünü də praktik olaraq öyrənirlər. Sual cümləsi, əmr cümləsi, nəqli cümlə, nida cümləsi necə deyilməli və oxunmalıdır? Azərbaycan dilində sual, əmr və nidanın ifadə vasitələri hansılardır? Bütün bu suallara ancaq sintaksis bəh­sin­də tam cavab verilə bilər. Lakin məktəblərimizdə bu mə­sələlər bəzən unudulur. Çünki dərsliklərimizin özündə də bu məsələləri öyrətmək məqsədilə praktik işlər aparmağa imkan verən çalışmalar azdır.
Şagirdlərə cümlələri düzgün bölgülərlə oxumağı öy­rən­mək üzrə işlərə xüsusi yer verilməlidir. Şagirdlər cümlə­dəki mənanı düzgün anlayırlarsa, onu elə oxumağı bacarma­lıdırlar ki, cümlədəki sözlər arasında olan sintaktik əlaqələr, buradakı müxtəlif söz birləşmələrinin ritmik bölgüləri po­zul­masın. Sil­si­ləli ismi birləşmələri, arasına çoxlu söz daxil olmuş III növ təyini söz birləşməsini, bir hissəsi ismi birləş­mədən ibarət olan silsiləli feli birləşmələri düzgün intonasiya ilə oxumağı ba­carmağın böyük əhəmiyyəti olduğunu müəllim və dərslik mü­əllifləri həmişə diqqət mərkəzində saxlamalı və bu cə­hət­dən şagirdləri çoxlu rəngarəng çalışmalar üzərində işlətmə­lidirlər.

Yüklə 54,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin