SiyasəTİn strateji analiZİNİn nəZƏRİ Əsaslari



Yüklə 395 Kb.
tarix30.04.2023
ölçüsü395 Kb.
#105023
növüMühazirə
Mühazirə 8.1


Mühazirə 8
SİYASƏTİN STRATEJİ ANALİZİNİN NƏZƏRİ ƏSASLARI

PLAN
1. Strategiyanın mənşəyi və əsasları


2. Hərbi və siyasi strategiyanın əlaqələri
3. Strategiya – siyasət, idarəetmə və müharibəyə sistemli baxiş kimi
4. Nəzəriyyə və təcrübə strategiya müstəvisində
5. Nəzəriyyə və faktlar: siyasətin strateji analizinin predmeti kimi
6. Hökmranliğin müasir konsepsiyası: P.Burde və R.Darendorf
7. Strateji modelləşdirmə siyasi fəaliyyətin təsviri üçün formalaşdırılmış ifadə kimi
8. Strateji təhlil: siyasi fəaliyyət və təsisatların əsas əlamətləri

ƏDƏBİYYAT


Ağayev T. və Vahidov F. Sosiologiya. Bakı, 2008
Əfəndiyev M. Sosiologiya. Dərs vəsaiti. Bakı: BDU, 2009
Əzimov, Həsənov. Sosiologiya. Dərs vəsaiti. Bakı, 2010
Quliyev R. Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası. Bakı: Siyasət, 1995
Osipov Q.V. Qərbi Avropa və ABŞ-da sosiologiya tarixi. Bakı: Turan, 2010
Rüstəmov İ.Ə. Ümumi sosiologiya. Bаkı, 1997
Tatarova Q.Q. Sosiologiyada məlumatların təhlili metodologiyası. Bakı: Turan, 2010
Aydın Görgün Baran. Çağdaş Sosioloji Kuramları. Eskişehir: Anadolu Unv, 2012
Əfəndiyev M. və Şirinov A. Sosiologiyanın nəzəri problemləri. Bаkı, 2000
Бестужев-Лада И.В., Наместникова Г.А. Социальное прогнозирование. Мockвa: 2001
Костин А.И. Экополитология и глобалистика. М.: Аспект Пресс, 2005
Məmmədova S. Sosial proqnozlaşdırma və layihələşdirmə. Bakı: Elm, 2009
Friedman G. Gelecek 100 yıl – 21-ci yüzyıl için öngörüler. Ankara: Pegasus, 2011
Babaoğlu H. Siyasi təhlil və proqnozlaşdırma. Bakı: MSA, 2012
1. STRATEGİYANIN MƏNŞƏYİ və ƏSASLARI
Konkret sahəsi nə olursa olsun, strategiyanın əsasları məfhumu ilə maraqlanan hər bir şəxs "strategiya" terminin və onu izah edən fikirlərin çoxmənalılığı ilə rastlaşır. Bu məhfuma görə biz hər il polisin (şəhərin) tam hüquqlu vətəndaşları arasından seçilən ali hərbi kollegiyanın 10 nəfərdən ibarət üzvlərinin "strateq" adlandırıldığı Qədim Afinaya borcluyuq.
Qədim Yunan dilində bu söz "ordu" və "başçılıq etmək" mənasını verirdi. Strateqlər bərabər statusa malik idilər və toplantılarda hərbi məsələləri sadə səs çoxluğu ilə həll edirdilər. Özünün məşhur "Anabasis" əsərində Qədim Yunan tarixçisi və hərbi xadimi Kesenofont öz yaxın köməkçilərinin — "taktiarxi" lərində tabe olduğu iri hərbi birləşmələrin rəhbəri seçilən şəxs mənasında "strateq" terminini işlədir. Burada biz ilk dəfə "strateji plan" məfhumu və onun işlənməsi və həyata keçirilməsini tələb edən situasiyanın əsas elementlərinin təsviri ilə rastlaşırıq. Bu baxımdan "Anabasis" strategiyanın mahiyyətini və strateq fiqurunun siyasi arenaya çıxma səbəbini başa düşmək üçün dəyərli mənbədir.
Onu da qeyd etmək lazımdır ki, Qədim Yunanıstanda daha çox sərkərdə və hərbi iş nəzəriyyəçilərinin adlandırıldığı "strateq" məfhumu Çin sülalə tarixinin, məsələn, "Han tarixi"nin "Hərbi strateqlər" bölməsində bəhs olunan fiqurla tam uyğun gəlir. "Strategiya" termini bu gün işlənən populyar mənasında Avropaya "Müasir müharibələrin nəzəriyyəsinin əsaslandırılması" (1779) əsərində Böyük Fridrixin hərbi kampaniyasını analiz edən XVİİ əsr fransız hərbi analitiki qraf Juber tərəfindən gətirilib. Qərbi Avropa üçün "strategiya" termini öz-özlüyündə semantik yenilik olub. Ancaq ilk dəfə onun mahiyyəti və təbiətinə alman hərbi nəzəriyyəçisi Karl Fon Klauzeviç"Müharibə haqqında" kitabında müraciət edib.
"Klauzeviçsayağı idaretmə strategiyası" kitabının müəllifləri yazır: "Maraqlıdır ki, hərb və ticarətin uzun tarixinə baxmayaraq, nə Juberə qədər olan hərbi cəmiyyət, nə də İqor Ansoffa qədər olan işgüzar cəmiyyət (Corporate Strategy, 1965) öz yeparxiyasında ona aydın şəkildə strateji elment kimi baxa və ad qoya bilmədi.
Belə bir faktı etiraf etmək lazımdır ki, böyük ehtimalla qeyd olunan sahələrdə strategiyanı arzu edilmədiyi üçün yox, mövcud olmadığı üçün görmək mümkün olmadı. Çünki strategiya insanların qarşılıqlı sistem fəaliyyətinin mürəkkəbliyi müəyyən böhran həddinə çatmayana qədər meydana çıxmır.
Strategiyanın əsas və prinsiplərindən bəhs edən klassik əsərlərdən biri də bizim eradan əvvəl İV əsrdə Çin filosofu və hərbi xadimi Sun-Tszı tərəfindən yaradılıb. Maknilli qeyd edir ki, "Sun-Tszının prinsipləri konkret mübarizə situasiyalarına ideal şəkildə uyğun gəlir. Həm Avropada, həm də ABŞ-da Sun-Tszıdan alınan sitatlar işgüzar strategiya ilə bağlı kitab səhifələrindəki menecment və rəqabət ilə bağlı məsələlərlə uyğunsuzluq təşkil etmir.
Biznes də müharibə kimi dinamik, ani qərar qəbuletməni tələb edən, eyni dərəcədə ruh yüksəkliyi və texnikanın möhkəmliyinə əsaslanan, məhdud ehtiyatlardan maksimal effektlə istifadəni zəruri edən iradə mübarizəsidir. Bu, bir an belə dayanmayan və həmişə öz formasını dəyişən mübarizədir. Bax, buna görə də SunTszının təlimi bütün dünya üzrə bir çox işə adamlarının diqqətini cəlb edir".
Harvard Universitetinin professoru A.Conston Sun-Tszı ilə bağlı ABŞ-dakı tədqiqatlar barədə yazdığı məqaləsində qeyd edir ki, bu araşdırmalarda əksər hallarda menecment və hərbi iş üzrə geniş yayılmış işlərdə təkrar edilən sitat və aformizmlərin istifadəsindən söhbət gedir. Onun dəyərləndirilməsinə görə, "SunTszının təlimini və onunla əlaqəli mövzuları tədqiq edən akademikə ictimaiyyətin səyləri kifayət deyil. Çünki biznes (işgüzar) və siyasi sahələrə nisbətən bu təlimin hərbi təhsilə əlaqəli hissələri olduqca az öyrənilir".
Beləliklə, elmi dairələrdə müzakirə edilən "Starteji bum" nəticə etibarilə Sun-Tszı və Klauzeviçə məxsus anlayışların tətbiqi imkanlarının və çağdaş reallığa münasibətinin skeptik nöqteyinəzərini yaratdı.
Strategiya mövzusu ilə bağlı "Klauzeviçsayağı idaretmə strategiyası" kitabının müəllifləri yazırlar: "O, tez-tez strategiya haqqında əhəmiyyətli anlayış kimi bəhs etsə də, Klauzeviçin diqqətli oxucusu aşkar edir ki, onun strategiyanı təyinetmə cəhdləri bəyan etdiklərinə tamamilə ziddir. Son nəticədə həqiqi mənada Klauzeviçin təlimindən kim bəhrələnirsə, o, "strategiya" adlandırılan anlayışın mövcudluğunu inkar etməlidir...".
Elə Sun-Tszının təlmini müəyyən qaydaların məcmusu və ya məsələnin həllinin planlaşdırılması üçün düstur hesab edənlər də məyus olacaqlar. Bu aqibət əslində "vasitəçi" deyil, yaradıcı proses olan strategiyanın mahiyyətinin tam qavranılmaması ilə əlaqədardır.
Hər şeydən öncə strateji düşüncə klassiklərinin işində təsvir edilən mərkəzi mövzuları, habelə ondan istifadə qaydalarını ayırmaq lazımdır:
1) hərbi və siyasi strategiyanın əlaqələri;
2) strategiya siyasət, idarəetmə və müharibəyə sistemli baxış kimi;
3) nəzəriyyə və təcrübə əlaqələri strategiya meydanında.
Sun-Tszı və Klauzeviçin traktatlarını ayıran 25 əsrlik müddətə baxmayaraq, onların ümumi ideyaları arasında heyranedici oxşarlıq mövcuddur. Qərbdə "Hərb sənəti" kimi tanınan Sun-Tszının "Hərbi strategiyası" ilk dəfə fransız missioneri tərəfindən XVİİİ əsrdə tərcümə olunub və Napoleonun strateji düşüncələri üçün qaynaq olub. Əgər buna tarixi mövqedən yanaşsaq, bu işlər Maks Veberin təbirincə desək, əsas "siyasi ölçü dəyərləri" formasında olan müəyyən "fövqəlhədəf"i özündə əks etdirir. Sun-Tszı üçün bu, "mübarizə aparan çarlar" dövründə güclü mərkəzləşdirilmiş dövlət, Klauzeviçüçün isə Napoleon müharibələri dövründə Prussiya monarxiyası olub. Hər iki yaradıcılıq əsəri dərin siyasi böhrandan irəli gələn çağırışlara cavab olub və o dövrdə müharibə, dövlət və siyasətdə hakim olan baxışların inqilabi yolla dəyişdirilməsi mənasını verirdi.

2. HƏRBİ və SİYASİ STRATEGİYANİN ƏLAQƏLƏRİ


Sun-Tszı ilə Klauzeviçbelə bir baxışın tərəfdarları olublar ki, müharibə siyasətin elementlərindən biri olmaqla "həmişə siyasi vəziyyətdən qaynaqlanır və yalnız siyasi motivlərlə yaranır". Müharibənin yekun hədəfi müəyyən siyasi məqsəddir. Beləliklə də, müharibəni törədən motivlər birinci və ali olaraq qalır. Klauzeviçisrarla vurğulayır ki, "müharibə — təkcə siyasi akt deyil, həm də siyasətin həqiqi vasitəsi, siyasi münasibətlərin digər vasitələrlə həyata keçirilməsinin davamıdır".
Bundan əlavə, müxtəlif dərəcələrdə olsalar da, müharibənin bütün formalarına siyasi fəaliyyət kimi baxmaq olar: "Beləliklə, birincisi, bütün şəraitlərdə biz müharibəni müstəqil deyil, siyasətin vasitəsi kimi düşünməliyik; yalnız müharibə haqqında bu cür təsəvvürlə bütün müharibə tarixində ziddiyyətə yuvarlanmamaq ehtimalı var. Yalnız bu təqdimatda bu nəhəng kitabın sirri açılır və düzgün başa düşmə imkanı yaranır. İkincisi, məhz bu nöqteyi-nəzər göstərir ki, müharibə törənmə motiv və şəraitlərindən asılı olaraq müxtəlif olur".
Mühairəbəyə siyasətin bir aləti kimi baxıldığı və onun xarakterini daşıdığı üçün onu elə "siyasi ölçülərlə" qiymətləndirmək lazımdır. Buna görə də Klauzeviçqeyd edir ki, "müharibənin aparılmasının əsasında qələmi qılınca dəyişmiş siyasətin özü dayanır, amma buna baxmayaraq yenə də özünün xüsusi qanunları haqqında düşünməkdən də vaz keçmir". Müharibə siyasətin elementi kimi onun xüsusiyyətini də qəbul edir: "Nə vaxt ki, siyasət olduqca möhtəşəm və güclü şəkil alır, müharibə də bu cür təşəkkül tapır. Yaxud əksinə, zəif siyasətin də kiçik müharibələri olur.
Müharibənin bu cür anlaşılması və onun siyasi sistem kontekstində yeri Klauzeviçüçün bütün strateji məsələlərin birincisi, vacibi və hər şeyi əhatə edəndir. Bu hal həm də Sun-Tszı üçün ədalətlidir, beləliklə, zamanla belə bir təəssürat yaranır ki, alman mütəfəkkiri Çin filosofunun ideyalarını Qərb mentalitetinə uyğunlaşıdırıb. Sun-Tszı və Klauzeviçin hərbi və siyasi strategiya arasında əlaqə ilə bağlı ideyalarının müasir izahı məşhur ingilis hərbi nəzəriyyəçisi Liddel Hartın "Siyasətlə əlaqə" adlanan "Qapalı fəaliyyətlər strategiyası" kitabında verilib. Onun fikrincə, əgər siyasət və strategiyanın hər ikisi bir şəxsin (məsələn, Böyük Fridrix və ya Napoleonun) əlində cəmləşsəydi, strategiya və siyasət arasında olan müxtəliflik elə böyük məna kəsb etməzdi.
XX əsr cəmiyyətində diktatorlar həm də hərbi fəaliyyətlərə rəhbərliyi öz əllərinə almaq tendensiyasını nümayiş etdirsələr də, belə vəziyyətə indiki zamanda nadir rast gəlinir. Liddel Hart belə vəziyyəti "siyasət" və "hərbi strategiya" arasında yerləşdirərək "böyük strategiya" anlayışını təqdim edir. O yazır: "Adətən, məhdud hədəf güdən hərbi siyasət strategiyanın da məhdud hədəfə tətbiqini zəruri edir; həlledici hədəf yalnız hökumətin təqdir etməsindən sonra ortaya qoyulmalıdır. Çünki bu halda yalnız "odla oynamağa dəyərmi?" məsələsini həll edə bilər.
Beləliklə, biz indi strategiyanın daha qısa tərifini verə bilərik: "siyasi hədəflərin həyata keçirilməsi üçün hərbi vasitələrin bölüşdürülməsi və tətbiqi sənəti". Hərbi güc isə böyük strategiyanın yalnız bir vasitəsidir. Düşmənin iradəsini zəiflətmək məqsədi ilə müqavimət üçün bütün maliyyə, diplomatiya, kommersiya və ideoloji vasitələrin gücünü nəzərə almaq və istifadə etmək lazımdır".
3. STRATEGİYA – Siyasət, idarəetmə və mğharibəyə sistemli baxiş kimi
Sun-Tszının traktatlarının siyasi istiqaməti və fəlsəfi əsaslandırılması daha çox legistlərin məktəbinə yaxındır. Dövlət idarəçiliyi üzrə Qədim Çin ədəbiyyatının abidəsi sayılan "Şan vilayətinin hakiminin kitabı" siyasi traktatının müəllifi, dövlət islahatçısı və legist ənənəsinin avtoriteti Hunsun Yana (bizim eradan əvvəl 390-338), hərbi strateji məsələlərdə Sun-Tszının avtoritetinə istinad etmişdir.
Sun-Tszı müharibəyə siyasətin vasitəsi kimi baxır və hərbi strategiyanı siyasi şərtlər və ya hərbi planlaşdırmanın siyasi şəraiti ilə bağlayırdı. Eyni mövqedə Hunsun Yanda dayanır: "Adətən, qoşunu qələbəyə aparan üçpillə var: hərbi əməliyyatlara qədər qanunu tətbiq etmək; qanunu adət halına gətirmək; qanun adət halını alsa, dövlət nəyə ehtiyac duyursa, onu artıqlaması ilə əldə edə bilər. Məhz daxili sərhədlərdə bu üçpillə keçilsə, qoşunu yürüşə göndərmək olar". "Qanunu tətbiq etmək" tarazlaşdırılmış və möhkəm siyasi rejimin yaranması mənasını verir, buna görə də siyasətin əsas məsələsi — siyasi qayda-qanunu təmin edən və siyasi iğtişaş tendensiyasını əngəlləyən idaretmə metodlarının işlənməsidir. Hunsun Yan deyirdi: "Müharibə qanunları yeni idaretmə metodlarının təntənəsi ilə qurulmalıdır".
Göründüyü kimi hər iki yanaşma məşhur 5 ünsür və ya element ("u-sin") təlimi kimi məşhur olan siyasət, dövlət və müharibəyə üzvi baxışın fəlsəfəsinə əsaslanır. Bütün elementlər müəyyən şəkildə öz aralarında əlaqəli, qarşılıqlı asılıdırlar və informasiya axının istiqamətləndiyi birbaşa və əks-əlaqədə olan mürəkkəb energetik kanallarla sistem formalaşdırırlar. 5 elementlə sinifləndirmənin izahı Sun-Tszının yaradıcılığında bu şəkildədir: "Müharibə — dövlət üçün böyük işdir, bu həyat və ölümün mühitidir, bu olum və ölüm yoludur. Bunu başa düşmək olar. Buna görə də onun əsasına 5 təzahürü yerləşdirirlər (onu yeddi hesablama ilə ölçürlər və bununla vəziyyəti müəyyən edirlər). Birincisi — Yol, ikincisi — Səma, Üçüncüsü — Torpaq, dördüncüsü — Sərkərdə, beşincisi — Qanun. Yol — bu, xalqın fikri ilə rəhbərin fikrinin eyni olduğu səviyyəyə çatdığı haldır, xalq bu vaxt onunla birgə ölməyə, onunla yaşamağa hazırdır, bu zaman o qorxu və şübhə nə olduğunu bilmir. Səma — işıq və zülmət, soyuq və isti, bu zamanın nizamıdır. Torpaq — bu, uzaq-yaxın, düz-əyri, enli-nazik, ölüm və həyatdır. Sərkərdə — bu zəka, ədalət, humanistlik, kişilik, tələbkarlıqdır. Qanun — bu, hərbi quruluş, komandanlıq və təchizatdır. Elə bir sərkərdə yoxdur ki, bu 5 təzahür haqda eşitməsin, yalnız bunları qavrayan qalib gələ bilər, qavramayan qalib gələ bilməz". Bu qarşılıqlı əlaqədə harmoniyanın və möhkəm münasibətlər balansının əldə edilməsi eyni zamanda həm şərt, həm də strategiyanın ali hədəfidir. Buna görə də Sun-Tszının yaradıcılığının şərhçisi və tərcüməçisi qeyd edir: "Müharibənin aparılmasına onun bütöv yanaşması dərin analitikadır, kampaniyadan öncə ümumi strategiyanın dürüst ifadə edilməsini və diqqətli hazırlığı tələb edir. Hər cür fundamental strategiyanın məqsədi əhalinin çiçəklənməsi və razı salınması, onun rəhbərə tabe olmasının şübhə altına alınmaması üçün şəratin yaradılmasıdır".
Situasiyanın çoxsaylı müxətlifnövlü amillərinin qarşılıqlı əlaqəsini başa düşmək və qiymətləndirmək üçün strateq müəyyən səviyyə əldə etməlidir. Bu haqda Klauzeviçdə danışır: "Həyatda əsas vacib olan elə bir nöqteyi-nəzər axtarmaqdır ki, onda bütün hər şey başadüşülən və qiymətləndirilən olsun və buna sadiq qalınsın; ona görə ki, yalnız bir bütöv kimi vahid nöqteyi-nəzərlə bütün təzahürlərin məcmusunu əhatə etmək mümkündür və yalnız nöqteyi-nəzərin vahidliyi ziddiyyətlərdən qoruya bilər".
Onun müharibəyə və siyasətə sistemli baxışının başlanğıcı daha aydın şəkildə digər mülahizədə yer alır: "...özünün ümumi zahiri görünüşünə əsasən müharibə kortəbii instinkt kimi baxılan özünün ilkin elementləri olaraq nifrət, düşmənçilik və zorakılıqdan ibarətdir.
Əsas etibarilə bu üçtərəfdən birincisi xalqa, ikincisi sərkərdəyə və onun ordusuna və üçüncüsü hökumətə aiddir. Müharibə zamanı qızışan ehtiras xalqda müharibənin başlanmasında xeyli əvvəl mövcud olmalıdır; ehtimal və təsadüf mühitində igidlik və istedad oyununun əldə etdiyi vüsət sərkərdənin fərdi xüsusiyyətindən və ordunun özəlliyindən asılıdır; siyasi məqsədlər isə mütləq olaraq hökumətə aiddir.
Üçmüxtəlif qanunu təmsil edən bu üçtendensiya mövzunun özünün mahiyyətinin dərin kökləri ilə bağlıdır, eyni zamanda öz həcminə görə dəyişkəndir. Onlardan birinə məhəl qoymayan və ya onların arasında məcburi əlaqə yaratmağa cəhd edən istənilən nəzəriyyə, həmin anda ziddiyyətə şəarit yaradacaq və öz üstündən xətt çəkəcək.
Beləliklə, nəzəriyyənin vəzifəsi üçcazibə nöqtəsi kimi bu üçtendensiyanın arasında olan tarazlığı qorumaqdır.
4. NƏZƏRİYYƏ və TƏCRĞBƏ STRATEGİYA MĞSTƏVİSİNDƏ
Klauzeviçin qeyd etdiyi nəzəriyyənin vəzifəsi əslində özündə nəyi əks etdirir? "Tarazlıq" termininin özü az və ya çox hesablanan və formalaşdırılan elementlər arasında münasibətlər balansını nəzərdə tutur. Lakin məhz burada "qeyri-müəyyənlik adlandırılan strateji "məkan və zaman"ın hansısa keyfiyyəti aşkar edilir. Klauzeviçə görə bu keyfiyyət həmin üçqarşılıqlı əlaqədə olan mənbələrdir: 1) strateji situasiyanın xüsusiyyəti kimi "sistemlilik"; 2) sistemdə yer alan, idarəolunmayan proseslərin nəticəsi olan "toqquşma"; 3) "mənəvi sima".
Analitik təhlil məqsədilə strateji situasiyanı müxtəlif qaydada elementlərə ayırmaq olar — mənəvi, fiziki, riyazi, coğrafi və statistik. Bununla yanaşı, Klauzeviçxəbərdarlıq edir: "əgər kimsə strategiya məsələlərini bu elementlər üzrə yönləndirsə, bu ağıla gələn ən uğursuz fikir ola bilər, ona görə ki, konkret hərbi əməliyyyatlarda bu elementlər ən sıx və mürəkkəb şəkildə bir-birinə qarışa bilər".
Sun-Tszı bu düşüncəni belə dilə gətirir: "Səs tonlarının sayı beşdən çox deyil, amma bu beş tonun hamısı dəyişəndə eşitmək mümkün deyil; rənglər də beşdən çox deyil, amma beş rəngin hamısını dəyişdikdə nəyisə görmək mümkün deyil; hisslərin sayı beşdən çox deyil, amma beş hissin hamısını dəyişəndə duymaq mümkün deyil. Vuruşda yalnız iki hərəkət var: düzgün döyüş və manevr, lakin bütün düzgün döyüş və manevrlərin dəyişilməsi halında hesablama mümkün deyil. Düzgün döyüş və manevr qarşılıqlı olaraq bir-birini əmələ gətirir və bu sonu olmayan dövri hərəkətə oxşardır. Bunu kim sona yetirə bilər?".
Hər hansı müsbət nəzəriyyənin strategiyanın bir vasitəsi kimi tətbiqinin mümkünsüzlüyünə səbəb olan bütün sistem üzrə nəzarətsiz dəyişikliklərin toplanmasını Klauzeviçtoqquşma adlandırır: "bu mexanikada olduğu kimi çox konkret nöqtədə cəmləşə bilmir, bütün hallarda təmas təsadüfən yaranır və əksər hallarda onlar təsadüfi olduğu üçün öncədən ehtimal edilməsi mümkün olmayan hadisəyə səbəb olur".
Təsadüfiliyin üçüncü mənbəyi "mənəvi sima" sahəsində gizlənir. Burada qanunauyğunluq ideyası öz altındakı dayağı itirir, buna görə də heçbir müsbət nəzəriyyə strategiya üçün xarici dayaq yarada bilməz. Elmi analiz bəhanəsi ilə bu simalardan nəsə düzəltmək cəhdlərini Klauzeviç"sayıqlama" adlandırır. Analiz və hesablamaların ustadı sayılan Sunt-Tszı isə strategiyadan seçilmiş şəxsiyyətlər üçün əlçatan olan yüksək sənət kimi danışır: "Ən incə sənət!" — hətta onu təsvir etmək üçün forma yoxdur. İlahi sənət! — hətta onu ifadə etmək üçün elə bir söz yoxdur. Buna görə də o düşmənin taleyinin hakimi ola bilər". Konkret vəzifə və ya "tapmaca"nın həlli üçün müsbət nəzəriyyə strategiyanı "düstur"larla təchiz edə bilməz. Onun rolu bu əlaqələrin prinsiplərinin və amillərinin müəyyən kəmiyyətinin qarşılıqlı münasibətlərini göstərməkdir. Bununla fəaliyyət meydanında yaradıcı və qeyri-adi düşüncə təqdim edə bilər və bu düşüncənin özü qeyri-müəyyənlik vəziyyətində "həqiqət"in varlığını və bu situasiyada hansı qərarın qəbul edilməsinin "düzgünlüyünü" müəyyənləşdirə bilər.
Strateji hesablamalarda planlaşdırma elementlərinə hər yerdə rast gəlinsə də, strategiyanın mahiyyətini onlar təşkil etmirlər. Biz strategiyanı siyasi fəaliyyətin layihələşdirilməsi və hər hansı sahədə maraqların təmin olunmasını əldə etmək məqsədi ilə siyasi situasiyada əsas amillərin əldə edilməsi kimi müəyyənləşdiririk.
Strategiya meydanında nəzəriyyə təcrübi xarakter daşıyır, amma onun praktika ilə əlaqələri "metodologiya"nın dərk edilməsini tələb edir. Bu dəyişikliklərdən yaranan siyasi biliyin problemləri siyasi sosiologiya ənənələrinin klassik "neomakiavelçi" təmsilçiləri olan Vilfredo Pareto, Maks Veber, Karl Manqeym və başqalarının yaradıcılığında analiz edilir.
Klauzeviçnəzəriyyənin əsas məqsəd kimi strategiyadakı üçtendensiya (birincisi — sosial sahəyə, ikincisi — hərbi, üçüncüsü isə siyasi sistemə aiddir) arasında tarazlığın saxlanmasında görür. Hərbi strategiyaya gəlincə, özünün yanaşmasına əsaslandırma tapmaq üçün "qeyri-müəyyənliyin" mənbəyi kimi strateji meydanın əsas xarakteristikasını "sistemlilik", "toqquşma" və "mənəvi sima" kimi tezislərdə göstərirdi.
Siyasi strategiyaya uyğun olaraq bu cür əsaslandırma və onun tərkib hissəsi siyasi sosiologiyanın "neomakiavelçi" məktəbinin işində tapmaq olar. Bu bizim ümumi olaraq "siyasi dəyişikliklər" adlandırdığımız strateji problemlər dairəsini başa düşmək və tədqiq etmək üçün vasitə ola bilər.
Sözügedən məktəbə ideyalar analizinin, siyasi düşüncənin inkişafının təminatçısı qismində baxmaq olmaz. Onu siyasi düşüncə tarixinin vəzifəsi kimi də düşünmək olmaz. Məqsəd metodologiya və tətbiqi tədqiqatın ümumiləşdirlmiş mövqeyi kimi qəbul edilən məktəbin əsas ideyasını aydınlaşdırmaqdır. Bu əsas tezis üstünlüyə əsaslanan ictimai strukturların elmi tədqiqatlarının başlıca vəzifəsi kimi görülən qeyd olunan ənənənin bəhrəsidir. Klauzeviçin təbirincə, bir bütöv kimi bütün təzahürlərin məcmusunu əhatə edəndə elə həmin nöqteyi-nəzərdir. Strategiya üstünlüyün əldə olunması üçün alətdir. Bu müəyyənləşdirmədən sonra üstünlüyə münasibətdə rasional konsepsiyanın strateji analiz üçün hansı əhəmiyyət daşıdığı aydın olar.
5. NƏZƏRİYYƏ və FAKTLAR: siyasətin strateji analizinin predmeti kimi
Öz mahiyyəti etibarilə strateji analiz strateji situasiyanın çoxsaylı faktorları arasında həlledici əlaqələrin dinamikasını izah edir. Təsviredici izahlar analitiklər tərəfindən bu amillərin səbəbiyyətinin yekunu kimi fərziyyə qismində istifadə edilir. Buna görə də, burada obyektlərin analizinin davranış səbəbləri və şərtləri haqqında müxtəlif və bir araya sığmayan təsəvvürlərə aparan labüd metodoloji problemlər ortaya çıxır.
Həqiqətdə isə söhbət siyasi strategiya üçün izahedici analizin fəaliyyət xarakteristikasında "əhəmiyyətli" (zəruri, vacib) ifadəsi altında nə başa düşüldüyündən gedir. Dəyişən situasiyada bütün çoxşəkilli amillər arasında strateji analizdə "əhəmiyyətli"nin seçilməsi analitikin üstünlük verdiyi bilik konsepsiyasından asılıdır. Məsələn, siyasi sosiologiyanın "neomakiavelçi" məktəbi "fakt" və "əhəmiyyətlini" radikal nominalizm kimi xarakterizə edir.
İdrak nəzəriyyəsində bu istiqəmətin əsasını qoyanlardan biri Q.Rikkert yazır: "Əgər onların metodları sərbəst deyilsə, elmlər verilən materialda vaciblə əhəmiyyətsizi ayıra bilmələri üçün prinsiplərin seçimi və ya müxtəlifnövlü davamiyyətsizliklərin çevrilməsi zamanı əsaslandıqları "apriori" və ya zəminə ehtiyac duyulur. Q.Rikkert sonra — sosial dərketməni "gerçəkliyin təsviri" kimi təqdimetməyə diqqət yetirir. Bu şərt haqqında o qeyd edir: "Əlbəttə, kimsə deyə bilər ki, o dərketmə vasitəsi ilə o əşyaların təsvirindən başqa bir şeyə nail olmaq istəmir: elm dünyanı necə varsa, o cür də "təsvir etmək" hədəfinə malikdir və müvafiq gerçəkliyə uyğun olmayan nə varsa, onlar, ümumiyyətlə, elmi dəyərə malik deyil. Bu əsassız bəyanata etiraz etməyə dəyməz, amma yenə də belə bir sual qoymaq olar: belə yanaşma ilə hansısa niyyətin həyata keçirilməsi mümkündürmü? Tezliklə belə bir təşəbbüsün mənasızlığına əmin olmaq üçün gerçəkliyi dəqiq "təsvir etməyə" və onu "əslində necə varsa" bütün təfsilatı ilə qəbul etməyə ehtiyac varmı?
Q.Rikkertin sözlərini başqa şəkildə ifadə etsək, strateji analizin təsvir deyil, siyasi situasiya üçün "faktlar"ın "mühüm" izahına əsaslanan çoxamilli və fasiləsiz sosial-siyasi gerçəkliyin tərtibi və dəyişdirilməsi olduğunu iddia edə bilərik. Formalizmin qəbulu və riyazi aparat nə qədər mürəkkəb olsa belə, əgər o elmin konkret sahəsində müvafiq hazırlığa malik deyilsə və özünün müəyyən elmi ənənəyə məxsusluğunu hiss etmirsə, analitikə kömək edə bilməz.
Siyasi sosiologiyanın bu metodoloji ənənəsində siyasi strategiya xarakteri üçün "əhəmiyyət"ə malik olan bir sıra əlamətlərin eyniləşdiliməsini təşkil etdikdə elmi təsvirin əsas obyektləri qismində "üstünlük" anlayışı və onunla əlaqələndirilən hakimiyyət, qayda-qanun, ittifaq, institut və digərlərini görmək olur. Bundan başqa, "Əhəmiyyətli" termini strateji analizin digər faktiki məlumatların — məsələn, psixofizioloji, demoqrafik və ya iqtisadi məlumatları əhatə etdiyi mənasını verir. Lakin metodoloji yanaşmada bu dəqiq hesabla heçnəyi dəyişmir.
M.Veber üstünlüyü (hökmranlığı) "müəyyən tərkibə malik əmrlə müvafiq sosial qrupun tabeçiliyini təmin etmək imkanı" kimi müəyyən edir. Hökmranlığın əsas təzahürü kimi, o müəyyən ərazidə təhdid, və ya fiziki və psixoloji zorakılıq tətbiq etmək yolu ilə "asayiş"i təmin etmək üçün idarəetmə aparatının qabiliyyətini qeyd edir. Başqa sözlə desək, hökmranlıq, hətta müqavimətə baxmayaraq daxildə müəyyən sosial asayişin təmini üçün iradənin həyata keçirilməsi imkanı mənasını verir. Bununla yanaşı, belə bir imkanın haradan qaynaqlandığının fərqi yoxdur.
"Hökmranlıq" anlayışı olduqca ümumi çıxış nöqtəsi kimi qəbul edilsə də, təsvir üçün "əhəmiyyətli" qəbul edilənin seçilməsi üçün bilavasitə əhəmiyyətə malikdir. Sosial düşüncənin klassiklərindən olan E.Drükheym metodoloji proqram işində bizim sosiologiya sahəsini müəyyənləşdirməyimiz baxımından belə yazır: O yalnız müəyyən təzahür qruplarını əhatə edir. Sosial fakt yalnız fərdlər üzərində məcburi hakimiyyətə və belə bir qabiliyyətə malik olduqda tanınır. Belə bir hakimiyyətin tanınması isə öz növbəsində müəyyən sanksiyaların və müqavimətin mövcud olduğu halda bu faktla əlaqədar fərdin ona qarşı çıxış etmək cəhdləri zamanı baş verir". Onun fikrincə, bu faktlar kateqoriyasını "məcburi qüvvələrin böldüyü və fərdlərdən kənar olan düşüncə qabiliyyəti, fəaliyyət və hissetmə təşkil edir ki, nəticədə onu zorla qəbul etdirirlər... Onlar yeni formanı təşkil edir, buna müvafiq olaraq sosial ad verirlər. Buna uyğun olaraq da onlar sosiologiyanın xüsusi sahəsini təşkil edirlər".
M.Veberin metodoloji çıxış mövqeyinə əsasən özünün fiziki və psixi xarakterinə görə "məcburiyyət" (və ya "məcburiyyət" təhlükəsi) bu və ya digər dərəcədə sosial davranışın bütün növlərinə aiddir. O hesab edir ki, qarşılıqlı sosial fəaliyyətin (bütöv institutlar və ittifaqlar) müxtəlif formalarının mövcudluğunun əsasında bu prinsiplər dayanır: ayrı-ayrı fərdlər mövcud birlik üçün konstruktiv olan fəaliyyətdə iştirak etməyə faktiki olaraq "borclu" hesab edilirlər, iştirak etməsələr onları "məcburiyyət aparatı"na tabe olmağa məcbur edərlər". Başqa sözlə, onların davranışının avtomatik olaraq müəyyən sosail qaydaya istiqamətlənməsi gözləniləndir.
E.Drükheym də özünün "kollektiv təqdimat" təlimi kontekstində məhz bunu deyir: "Mahiyyət etibarilə sosial məcburiyyət anlayışı çox əhəmiyyətlidir. O özündə bunları əks etdirir — davamlı olaraq ona uyğunlaşdırılsa da, fəaliyyətin kollektiv metodları və ya düşüncələri reallıqda fərdlərdən kənarda mövcuddur. Bu cisimlər özlərinin xüsusi mövcudluğuna malikdirlər".
Analitik onu nəzərə almalıdır ki, aktorlar tərəfindən öz istiqamətinin düşünülmüş əsaslandırılması qismində həyata keçirilən "motivlər" gerçəklikdə bu və ya digər fəaliyyətin köklü səbəblərini maskalaya bilər. Buna görə də biz "motiv" kimi müəyyən sosial qayda çərçivəsində fəaliyyət üçün aktorların müxtəlif səbəblərlə təqdim etdiyi düşüncə tərzini adlandıra bilərik. Bu planda aktorların özlərinin olduqca anlaşılmaz təsəvvürə malik olduqları və ya yerli-dibli olmadıqları tərkibə malik sosial və ya siyasi qaydalara münasibətdə "motiv", təqdimatın "rasionalizmi" ola bilər. Sosial "motiv"lərin izahı üçün vasitələrinin metodologiyasını V.Pareto təqdim edir.
Hökmranlığın invariantlılığı — utopik nəzəriyyələrin məhvinə zəmanət verən metodoloji tezislər bazasıdır. Onların hansı forma qəbul etmələrindən asılı olmayaraq bizə məlum olan marksist və liberalist utopiyaların hamısının "mərkəzi konstruktiv elementləri" ndən biri də təqdim etdikləri cəmiyyətdə hökmranlığın inkar edilməsi olub.

Maks Veber


Veberin fikrincə, sosial elmlərdə emprik əlaqələrin qanunla nizamlanması cəhdləri mənasızdır. Əgər təbiət elmlərində "qanunların" dəyəri onların ümumi əhəmiyyətlilik dərəcəsində birbaşa proporsionaldırsa, bu halda "tarixi təzahürlərin müəyyən edilməsi üçün konkret şəraitdə daha ümumi qanunlar, bir qayda olaraq, daha az dəyərlərə malikdirlər".
Sanki Klauzeviçlə qiyabi olaraq polemikaya girmiş kimi, Veber belə bir məsələni arqumentləşdirir: "Dini proseslərin "obyektiv" axını qanunların daha az ciddilik tələbindən deyil, tamamilə başqa səbəblərdən qaynaqlanır. Birincisi sosial qanunları bilmək sosial gerçəkliyi bilmək deyil: o tarixi düşüncə üçün lazım olan bir sıra köməkçi vasitələrdən biridir. İkincisi, dərketmə gerçəkliyin öyrənlidiyi baxış bucağında olan dəyərli ideyaların əhəmiyyətindən yaranır".
M.Veberin metodologiyası (Klauzeviçdə olduğu kimi) "sadəcə, təcrübədə özünü təsdiq edən vasitələrin dərk edilməsidir", digər tərəfdən, elmi yanaşmanın əsasında siyasi fəaliyyətə impuls verən şərait yatır. Veberin təbirincə, əgər siyasi hadisələr "tarixin həqiqi əsası"dırsa, sosial həyatın hər bir sahəsi münaqişə və maraqların mübarizəsidir. Onun vasitəsini, obyektini, hətta əsas istiqaməti və dayışıcılarını dəyişmək mümkün olsa da, bu mübarizəni dəyişmək olmaz.
M.Veberə görə, gerçəkliyin qəbulunun miqyası və onun müvafiq üsullar, analizlər, təsvirlər vasitəsilə dərk edilməsinin başlanğıcı "hökmranlıq" problematikasıdır. "Hökmranlıq" mövzusunun mühüm xətt və işlənmə metodologiyası qismində seçilməsi siyasi fəallığın nəzəriyyə və praktikasının əsaslandırılmasına xidmət etdi. Siyasi fəallığın təsis edilməsi "qanunauyğunluq" ideyasını inkara aparan metodoloji individualizmə uyğundur.
Bununla yanaşı, M.Veberin metodoloji individualizmi sosial fəaliyyətin analizinin düşüncə və emprik uyğunluğunun razılaşdırılması üçün lazım olan "mütəmadilik" haqqında minimum təsəvvürə imkan verir. Əslində onun özü əsas metodoloji problemdir. Belə ki, bu zaman həm fəaliyyətin subyektiv aspektini (motivasiya), həm də onun "emprik" tərkibini nəzərə almaq lazımdır. O inanırdı ki, sosial fəaliyyətin "mütəmadiliyi" siyasi təcrübədə tapıla və dərk edilə bilər. Buna görə də Veberin "anlaşılan sosiologiya" ya müracəit etməsi onun sosial münasibətlər sahəsində, ilk öncə siyasət və idaretmə kimi praktiki vəzifələri həll edən sosial fəaliyyət haqqında elm yaratmaq cəhdlərinin təcəssümü idi.
Özünün elmi fəaliyyəti boyunca Veberin məşğul olduğu metodoloji problematika mürəkkəb və çoxşəkilli olsa da, bu öz əlaqəsini onun siyasi inkişaf məsələlərində tapır. O, F.Nitsşenin fəlsəfəsinin hökmranlıq uğrunda mübarizə haqqında başlanğıc mühakiməsini sosial institutların və münasibətlərin inkişafında siyasi faktorların ilkinliyini tezis formasında verməklə aktuallaşdırdı. Həmin tezis Veberin təkcə tarixi- sosial tədqiqatının başlanğıc nöqtəsi deyil, həm də metodoloji poblematikasının başlanğıcı idi. M.Veber bu tezisləri ilk olaraq qədim Almaniyanın (1905) sosial strukturu haqqında polemikada irəli sürüb. Veberə görə, sosial münasibətlərin müxtəlif formalarının nisbi möhkəmliyi fərdlərin müəyyən qaydalar üzrə davranışının istiqamətini fərqləndirilən gözləntiləri ilə şərtləndirilir. Hakim qrupların iddiaları qarşılıqlı fəaliyyətdə təşkil edilmiş münasibətlərin əsl ifadəsini davranış qaydalarının əxz edilməsində tapan strukturu yaradır. Belə gözləntilərin emprik əhəmiyyəti bunlardan ibarətdir:
1) fərd verilmiş həyati əhəmiyyətə malik qarşılıqlı fəaliyyət formalı aktlarda iştirak etməyə borcludur;
2) əhəmiyyətli dərəcədə yayınma hallarında əks tədbirlər görülə bilər;
3) bir qayda olaraq, mütəşəkkil qarşılıqlı fəaliyyət sosial davranışa həlledici təsir göstərmək qabiliyyətinə malik hakim qruplar tərəfindən zorakı yolla həyata keçirilir, onlar lazım olan istiqamətə yönləndirilir;
4) mütəşəkkil qarşılıqlı fəaliyyətin emprik "əhəmiyyətliliyi" nin ifadə edilməsi ehtimal ediləndir və sosial davranış subyektləri bu qaydalarla hərəkət etməlidir.
Bu cür gözləntilərə subyektiv istiqamətləndirilən davranış kimi baxıla bilər. Mütəşəkkil qarşılıqlı fəaliyyətdə uğur əldə etmək şansı" subyektiv düşüncə istiqamətinin lazımi şəkildə əsaslandırılması ehtimalından asılıdır. Asayişin sərhədində əsas sosial fəaliyyət hökmranlıqdır. O da qarşılıqlı fəaliyyət prosesi zamanı meydana çıxan xüsusiyyət və xassələri cəhətindən, fərdi davranışdan asılı olan, öz sxemini həyata keçirən metodoloji individualizm doktrinası ilə bağlıdır. Bu kontekstdə demək olar ki, "hökmranlıq" qarşılıqlı fəaliyyətin "sistemlilik" xarakteristikası və xassəsidir.
Qeyd olunduğu kimi, M.Veber hökmranlığı müvafiq sosial qrupun digərlərini müxtəlif tərkibli əmrlərinə tabeçiliyi təminetmə imkanı şəklində müəyyənləşdirir. Hökmranlığın əsas təzahürü kimi o, müəyyən ərazidə təhdid, və ya fiziki və psixoloji zorakılıq tətbiq etmək yolu ilə "asayiş"i təmin etmək üçün idarəetmə aparatının qabiliyyətini hesab edir. Başqa sözlə desək, hökmranlıq, hətta müqavimətə baxmayaraq, daxildə müəyyən sosial asayişin təmini üçün iradənin həyata keçirilməsi imkanı mənasına gəlir. Bu halda, belə bir imkanın haradan qaynaqlandığının fərqi yoxdur. Hökmranlığın invariantlılığı — Veberin sosial və siyasi dəyişikliklər problemlərinin dolğun ifadə edilməsinə imkan yaradan "anlaşılan sosiologiya"nın metodoloji tezislər bazasıdır. Sosial fəaliyyətə yaxından baxdıqda onların emprik variasiyaları nə az, nə çox hökmranlığa münasibət tənzimləyən universal (invariantlı) formalardır.
Bu metodoloji quruluşun nəticəsi radikal xarakterə malikdir. Belə ki, bu metodoloji struktur hadisələrin gedişi və istiqamətliliyinin və ya inkişaf mərhələsini başqa cür izah edən tarixdəki hər hansı "obyektiv" qanunauyğunluğun fərziyyəvi fəaliyyət ehtimalını mümkünsüz edir.
Sosiologiya və tarix sahəsində M.Veberin ideyaları nəzəri düşüncənin hər şeyi əhatə edən sosioloji sistemin yaradılması cəhdlərinə aid edilən eksperimental növünə uyğundur. Bu növdən olan eksperimentalizm böhran vəziyyətləri üçün xarakterik olan çevik dəyişən şəraitdə hakimiyyət uyğrunda mübarizədə üstün mövqedən istifadəyə maneçilik törədən tamamlamalardan uzaqdır. M.Veberə görə, siyasi sosiologiya siyasi qərarların dürüst ifadə edilməsinə iddialı olmasa da, tarixi proseslərdə həmişə yenidən təkrar edilən struktur və növlərin sosial fəaliyyətinin müəyyən edilməsi yollarının müvafiq miqyasını verir.
Beləliklə, Veberin sosiologiyası qruplararası nizama kompleks baxış təklif edir. Belə ki, bir tərəfdən o öz məqsədi üçün bir sıra xüsusi sahələrdəki tədqiqatların emprik materialından istifadə edir, digər tərəfdən siyasi inkişafın dinamikasını müəyyənləşdirən həmin sosial qüvvələri öyrənir. Belə ki, dini münasibətlər sahəsində bu tədiqiqatlar dini qurumların qarşılıqlı münasibətləri və hökmranlıq uğrunda mübarizə kontekstində sosial təbəqələr sistemidir (burada daha maraqlı məqam legitimliyin fərqləndirici amili qismində müxtəlif sosial sinif və qrupların dini inanclarının xarakterinin müəyyən edilməsi ola bilər). Dövlət münasibətləri sahəsində isə hökmranlıq sistemində dövlətin əsas qurum kimi öyrənilməsi və onun sistemin digər elementləri ilə əlaqələri, siyasi elitanın bürokratik aparat üzərində nəzarəti və qarşılıqlı münasibətlərinin dinamikası metodu və vasitələridir; hüquq münasibətləri sahəsinə gəldikdə isə hüquq sisteminin legitim qaydalar şəklində analiz edilməsi, hüquqi fəaliyyətin tipologiyası və texnikasıdır.

Karl Qustav Yunq


Qısaca ifadə etsək, üstünlüyə malik olan sosial norma və institutlar fərdlərin üstünlüyə malik tiplərinin "hökmranlıq şanslarının" maddiləşdirilməsi üçündür. Bu nöqtədə Maks Veberin "anlaşılan sosiologiyası"nın konseptual xətti və Karl Yunqun "analitik psxologiyası" kəsişirlər. Praktiki formada burada hansı tipdən olan fərdlərin öz kəşfini və ya "sürünərək" hakimiyyətə çıxışı həyata keçirməsi, ona qarşı iddia bildirməsi və hakimiyyətin "qanuniliyi" ilə bağlı öz iddialarını cəmiyyətə sırıması əsas məsələlər kimi qoyulur. Həm K.Yunq, həm də M.Veber özlərinin reduksionist tipoloji konsepsiyaları ilə sistemli energetik yanaşmalarını kompensasiya edirlər (enerjinin saxlanması nəzəriyyəsinin güclü Şərq ideyaları qarışığı ilə Qərb variantı). Buna baxmayaraq, birinci yanaşmada enerji fərdlərdən kollektiv psixikaya, ikincidə fərdlərdən sosial-siyasi sistemə istiqamətlənir. Hər iki nəzəriyyə bu obyektlərin müəyyən şəkildə özlərinin əsas elementləri və aralarında enerji mübadiləsi vasitəsilə qarşılıqlı əlaqədə olduqlarını nəzərdə tutur və bu əlaqə dinamik xarakterə malikdir.
K.Yunqa görə, "texniki vasitələr"dən daha böyük olmalı olan psixoloji nəzəriyyə ya ziddiyyətlərə əsaslanmalıdır; ya da bəzi nevrotik balanslaşmamış psixikanı özündə əks etdirməlidir. Ziddiyyətsiz nə tarazlaşma, nə də özütənzimləmə sistemi mövcud ola bilər. Hər halda psixikanın özü elə özütənzimlənən sistemdir. K.Yunqun öz yaradıcılığında dəfələrlə müxtəlif şəkildə təsvir etdiyi əsas ideya buna gətirib çıxarır ki, özütənzimlənən sistemdəki "kollektiv-şüursuz tərkib" fərdlər tərəfindən nəzarət edilə bilməyən dinamik enerjisi hesabına müstəqilliyə malikdir. Kollektiv-şüursuz proseslər şüurla tarazlaşdırılmış əlaqədədir, şüurlu sahəni kompensasiya edən bu cür şüursuz proseslər fərdin öz psixikasını tənzimləməsi üçün lazım olan elementləri əks etdirir. Yunqun nəzəriyyəsinə görə, tarazlaşdırılmış əlaqələrin balansının pozulması (patologiyası) psixi inflyasiya deyilən hallarda baş verir.
K.Yunqun sözlərinə görə, nə qədər qəribə görünsə də kollektiv şüursuzluq siyasi formada ifadə edilir. Ancaq forma-amili olduqca irrasionaldır və bizim rasional şüurumuz onu təzahür edilməli olduğu şəkildə göstərə bilməz. Əlbəttə, kollektiv şüursuzluğu öz-özlüyündə təsəvvür edəndə onun fəallaşmasının olduqca dağıdıcı ola biləcəyini gözləmək olar, hətta bu kütləvi psixoza çevrilə bilər. Buna görə də insanın kollektiv şüursuzluqla əlaqəsi həmişə tənzimlənir. Bununla belə, arxetipik obrazların göstərildiyi müəyyən forma mövcuddur. Belə ki, kollektiv şüursuzluq fasiləsiz fəaliyyətdə olan funksiyadır və insan həmişə onunla ünsiyyət saxlamalıdır".
Bu cür özütənzimlənən sistemlərdən biri də cəmiyyətdi. Onun dinamikası əsas elementləri arasında enerji mübadiləsindən asılıdır və həm də dəqiq şəkildə ayrı-ayrı fərdlər tərəfindən rasional nəzarət üçün imkansızdır. Bu dinamika hökmranlıq uğrunda mübarizənin daxili və xarici amilləri ilə müəyyən olunur.
Veberin "yenidən təşkil olunan cəmiyyət modeli" onun strukturunu təşkil edən əsas elementlər arasında münasibətlər şəbəkəsinin dəyişikliklərinə reaksiya verən sosial-siyasi sistemin davranışı ilə izah edilir:
• hakim qruplar
• bürokratiya
• sosial idarə
• sosial kütlə
• üstün mədəniyyət.
Hakim qrupun administrativ aparat üzərində nəzarət səviyyəsi yerli elita və bürokratik institutların fəaliyyəti və qərar qəbuletmə sahəsinə təsirini həyata keçirmək qabiliyyətindən asılıdır. Bir tərəfdən hakim qrup və onun siyasi elitası öz maraqlarını həyata keçirmək üçün nəhəng icra aparatına ehtiyac duyur, digər tərəfdən müstəqilliyin səviyyəsinin və bürokratiyanın ciddi şəkildə artması sabitliyi və ya bütövlükdə siyasi sistemin mövcudluğunu təhdid edərək idaretmənin itirilməsinə aparır.
M.Veberi xüsusilə "xarizmatik" liderlə onun "müşayiətçiləri" arasında münasibətlər, liderliyin ötürülməsi qabiliyyəti və onun hərəktsizləşməsi prosesi maraqlandırır. Müvafiq olaraq o daha çox siyasi liderliyin tipləri ilə müşayiətçilər qrupu, bürokratik aparat və sosial kütlə ilə münasibətlərin analizinə diqqət yetirir. Öz növbəsində K.Yunqu isə daha çox rəhbərin formalaşdırılmasında fərdin xüsusi xassələrini kollektiv psixikadan ayırmağa əsaslanan psixoloji mexanizmi maraqlandırır. Onun fikrincə, lider öz fövqəladə təsirinə tələbat hiss edəndə cəmiyyətdən bu tələbatdan birinin hakimiyyət istəyi və çoxlarını tabe edirmək istəyini yerinə yetirmək üçün vasitə kimi istifadə edir və bu isə şəxsi nüfuzun həyata keçirilməsinə yardım edir. Siyasi təşəkkül tarixi göstərir ki, xalqların ictimai həyatında böyük əhəmiyyətə malik olan bu təzahür sonuncu fenomendir. K.Yunqun konsepsiyasına əsasən, hökmranlığın nüfuzu və onunla əlaqəli olan sosial üsul-idarə, qrupların kollektiv psixikasında olan tarazlaşdırılmış psixoloji mexanizmin fəaliyyəti ilə şərtləndirilir.

Vilfredo Pareto


İtaliya iqtisadçısı və sosioloqu Vilfredo Pareto özünün üçcildlik "Ümumi sosiologiya üzrə traktat" (1916) əsərində insan təbiətinin fundamental niyyətləri ilə onun irrasional fəaliyyət və rasionallaşma formasında xarici təzahürləri arasında fərqlərə əsaslanan iqtisadi və sosial problemlərin hərtərəfli analizini verir. Nəzəriyyə və təcrübə probleminə münasibətdə mülahizələrini dilə gətirir: nəzəriyyənin eksperimental doğruluğu və onun sosial faydalılığı özündə müxtəlif predmetləri əks etdirir. Onun "məntiqi-eksperimental" biliyi "doqmatizm", "metafizika" və "etiqadlar" kimi ifadələrlə etinasızlıq göstərilən "müsbət" elmlərə zidd deyil.
Mütləq şəkildə təcrübə və müşahidəyə əsaslanan təcrübi elm prinsiplərə sintezetmə, ümumiləşdirmə və faktların təqdimatı üçün fərziyyələr kimi baxmır. Buna əsasən, onun məntiqi-təcrübi metodu, faktların mahiyyətinin, onların arasında lazımi və arzuolunan əlaqələrin aşkarlanması üçün nəzərdə tutulmayıb. Söhbət həqiqi bilikdən gedir. Bununla yanaşı, metafizika ehkamla müqayisədə məntiqi-eksperimental yanaşmanı inkar etmir. Bizim məqsədimiz hər iki düşüncə metodunun cəhət və dəyərləri haqqında mühakimə yürütmək və ya müqayisə aparmaqdan yox, yalnız fərqləndirməkdən ibarət olub.
Məntiqi-təcrübi nəzəriyyə qanunlar və ya qaydaları deyil, məhz nəticələrin birləşdirilməsi əməliyyatının aləti kimi baxılan fərziyyələri ifadə edir. Paretonun nöqteyi-nəzərindən baxanda onun yanaşmasını bu terminin metafizik gizli mənasını aradan qaldırmaq şərti ilə nominalizmin ən sonuncu forması kimi xarakterizə etmək olar. O hətta elmi qanunun xarakteristikası kimi zərurət haqqında məsələni də qoymaqdan imtina edir, çünki bu yanaşmada təcrübə və müşahidə heçnə deyə bilməz. Onlar yalnız bizim müşahidəmizin əhatə etdiyi müəyyən zaman və məkan çərçivəsində bəzi oxşarlığı aça bilər.
Sosial qanunauyğunluqların açılmasının analizindəki çətinlik sosial fenomenlərin "doktrinal" və ya ideoloji yanaşma halında, ümumiyyətlə, aradan qaldırıla bilməyən yüksək kompleksliliyindən qaynaqlanır. Bu metodoloji təqdimatdan çıxış edərək Pareto iqtisadiyyata və siyasətə sistemli yanaşma prinsipini işləyib hazırladı. Müvafiq olaraq sistemli analizdə güclər, elementlər, əlaqələr, axınlar kimi anlayışların istifadə edilməsi analitikin özünün vəzifə və məqsədlərindən asılı olaraq yalnız eksperimental kontekstdə baxılırdı.
Beləliklə, Paretonun yaradıcılığında sosial fəaliyyət və sosial sistemin analizi kimi müəyyən kontrapunktda biləşdirilməsinə cəhd edilən iki xətt və ya iki motiv müşahidə edilir. "Məntiqi" və "qeyri-məntiqi" fəaliyyəti müəyyən etmək üçün kriteriya olaraq Pareto subyektiv və obyektiv aspektlərdə fəaliyyətlərin hədəf və vasitələrinin qarşılıqlı münasibətlərini hesab edir. "Məntiqi fəaliyyət" kimi, təkcə bu əməliyyatı aparan subyektə nisbətdə öz hədəfi ilə məntiqi olaraq birləşən əməliyyatı deyil, həm də daha geniş dərketməyə malik olanı, başqa sözlə, yuxarıda qeyd olunan subyektiv və obyektiv düşüncəyə malik hərəkəti adlandırmaq olar.
Digər hərəkətlər "qeyri-məntiqi" (məntiqə zidd olan deyil) adlandırılacaq. Bu sonuncu dərəcəli hərəkəti biz bir sıra müxtəliflik kimi sinifləndirə bilərik". İrrasional fəaliyyətin rasionallaşdırılması və təsisatı metafizik, dini, mənəvi, siyasi və saxta elmi nəzəriyyələrlə təqdim olunur. Bu cür qeyri-məntiqi fəaliyyəti Pareto "derivasiya" (və ya "törəmə") adlandırır və dörd növdə təsnifləndirir: 1) təsdiq; 2) nüfuz; 3) apellyasiya; 4) şifahi sübut. Siyasi kontekstdə baxılanda "derivasiya" özündə siyasi sitemin fəaliyyətinin analizi üçün prinsipcə vacib olan hökmranlığın legitimləşdirilməsi texnikasını əks etdirir. Onun nöqteyi-nəzərincə, cəmiyyət — tarazlıq və ya balansı ətraf mühitin "fiziki elementləri"nin qarşılıqlı təsiri və əməliyyatlarından asılı olan hökmranlıq, fəaliyyətdə olan qüvvələr, "derivasiya" və irrasional davranış təsisatı sistemidir. İrrasional davranış təsisatını müəyyən etmək üçün işləniləcək anlayışı Pareto riyazi dildə tapıb. Bu "reside class" terminidir və "çıxılma dərəcəsi" və ya "qalıq dərəcəsi" mənasını verir. Öz növbəsində "qalıq dərəcəsi" və "derivasiya" arasındakı münasibətlərə daimi və kəmiyyətcə dəyişən kimi baxılır. Bununla belə, irrasional davranış təsisatının sahəsi məntiqi-eksperimental yanaşma vasitələri tərəfindən analiz edilə bilməyən kollektiv şüursuzluq funksiyası göstərilməsini kifayət hesab edir. O altı "qalıq dərəcəsi müəyyən edir: 1) uyğunlaşma instinkti (duyğusu); 2) qrup sabitliyi; 3) xarici foktor; sosiallığın nümayişi; 4) şəxsiyyətin bütövlüyü; 5) cinsi davranış. Pareto hökmranlıq üzrə ayrı bir nəzəriyyə işləməsə də, onun əsas mövzularını aşağıdakılara ayırmaq olar. Sosial sistemin tarazlığı hökmranlıq funksiyası kimi; hökmranlığın əsası nəzarət hökmranlığın bölüşdürülməsi forması kimi, elitaların dövr etməsi hakimiyyətin bölüşdürülməsi kimi. Qeyd olunduğu kimi, o, cəmiyyətə ətraf mühitin elementlərinin qarşılıqlı təsiri, daxili sistemin fəaliyyətdə olan qüvvələri, "derivasiya" və irrasional davranış təsisatı sistemi kimi baxır.
Paretonun ehtimalına görə, siyasi arenda "kütlə" amili öz sözünü dediyi şəraitdə hökmranlıq uğrunda mübarizə gedirsə, bu hal "siyasi kapitalizm" və "manipulyativ cəmiyyət"in meydana çıxmasına aparır. Paretonun sosiologiyasını tədqiq edənlərdən birinin dediyi kimi, onun fundamental yaradıcılığının sonuncu fəslinə insan və düşüncələrlə manipulyasiya edən siyasətçilər və iş adamları üçün əyani vəsait qismində baxıla bilər.
Lakin bütün hallarda strategiya məlum manipulyasiyanı nəzərdə tutur, buna görə də Parteo bu etikadankənar yanaşma ilə bu sahə fəaliyyətinə ciddi töhfə verir. Nümunə kimi müxtəlif sahələrdə "Pareto qanunu" deyilən, həm də 80/20 qaydası kimi məşhur olan qanunun tətbiqini göstərmək olar. Həmin qayda riyazi düsturla ifadə edilir və bunun köməyi ilə Pareto sübut edir ki, cəmiyyətdə gəlir və sərvətlərin bölüşdürülməsi təsadüfi proses deyil, razılaşdırılmış və davamlı modeli nümayiş etdirir. Həmin yanaşma müntəzəm loqarifmik nümunəyə uyğundur və zaman dövründən və konkret cəmiyyətdən asılı olmayaraq tətbiq oluna bilər. Bu düstur aşağıdakı şəkildə yazılır:
Log N = log A + m log x,
Burada, N — x-ə nisbətən yüksək gəlir əldə edən şəxslərin sayı,
A, m — sabit kəmiyyətlərdir.
Sadələşdirilmiş təqdimatda 80 faiz gəlir 20 faiz əhaliyə məxsus olur ki, bu da "siyasi kapital"ın bölüşdürülməsi üçün də doğrudur. Həmin qayda biznesin və siyasətin digər sahələrində də öz tətbiqini tapır. Beləliklə, Paretonun ideyası bu gün idarəetmə və qərar qəbul etmə problematikasına uyğun olan "əsas" və "adi" elementlər arasında həddi müəyyən etmək üçün fəaliyyətdə olan metodlardandır. Strateji situasiyanın analizində həmin metod maksimal effektiv istifadə və hədəfə çatmaq üçün qısa yol olması nöqteyi-nəzərindən ehtiyat və səylərin seçilməsinə kömək edir.

Karl Mannheym


K.Mannheymin yaradıcılığı məşhur "ideologiya və utopiya" "Siyasət elm ola bilərmi?" "Nəzəriyyə və təcrübə problemləri" adına və yarımbaşlığına malikdir. XX əsrin 20-ci illərində Mannheym bu gün də eyni dərəcədə aktual olan "Nədənsə indiki vaxtda siyasət elmi mövcud deyil" sualını qoyur.
Mannheym yazır: "Bizim düşüncəmiz hər tərəfə yayılır və biliyin hər sahəsində müxtəlif məlumatların ötürülməsi mövcuddur. Doğrudanmı, bizim taleyimizin asılı olduğu, insan fəaliyyətinin bu sahəsi elmi-tədqiqat üçün əlçatmazdır və tədqiqatdan öz sirrini gizlədir? Bu problemin müəmmalılığı qeyri-iradi olaraq həyəcan yaradır və bir çoxları, yəqin ki, öz-özlərinə sual verirlər: bəlkə bu məsələnin vaxtından qabaq qoyulmasından qaynaqlanır, belə ki, hazırkı tarixi dövrdə ona cavab verilməsi mümkün deyil və ya biz doğrudan da keçilməsi, ümumiyyətlə, mümkün olmayan dərketmə həddinə sürüklənirik?
Birinci ehtimal yuxarıda qeyd olunduğu kimi ictimai elmlərin yaxın keçmişdəki mənşəyi haqqındadır. Buna uyğun olaraq əsas elmlərin natamamlığını guya "tətbiqi" fənlərin natamamlığı ilə izah etmək mümkündür. Bu halda bu süstlüyü aradan qaldırmaq yalnız zamanın məsələsi ola bilər və sonrakı tədqiqat işlərinin gedişində cəmiyyət mahiyyətcə necə varsa, eləcə də elmi nəzarət üçün əlçatmaz obyekt olaraq qala bilər.
İkinci ehtimal öz xarakteri etibarilə siyasətin öz-özlüyündə olduqca xüsusi sahə olduğu barədə anlaşılmaz fikirlərdən ibarətdir. Bu sahə digər elm sahələrində çatışmayan xüsusi çətinliklərə müşahidə olunan rasional tədqiqata malikdir. Bu halda bizim fəaliyyətimizin bu sahəsinin spesifik xassəsi ucbatından bütün elmi-tədqiqat cəhdləri qabaqcadan uğursuzluğa məhkum olur".
Mannheym deyir ki, siyasətdə öyrənilmə və başa düşülməsi tamamilə mümkün olan obyektlər var. Peşəkar siyasətçi onun fəaliyyətinin həyata keçirildiyi müəyyən siyasi şəraitin tarixini ("historioqrafiya" elmini və onu statik cəhətdən tamamlayan məlumatları), dövlət quruluşunu, onun əsasında dövlət idarələrinin mövcud olduğu sosial münasibətləri, siyasi ideya və ənənələri, habelə kütlə ilə manipulyasiya etmək "texnikası"nı bilməlidir.
Siyasət sahəsində təşəkkül tapan və mövcud olan ziddiyyətlər nədən qaynaqlanır? Mannheym Avstriya sosioloqu və psixoloqu A.Şefllenin mövqeyini misal gətir. Gərək qeyd edir ki, dövlət həyatı iki hissəyə bölünə bilər: birincisi artıq müəyyən şəkildə formalaşmış və mütəmadi olaraq təkrarlanan təzahürlərdən ibarət olan siyasət, (gündəlik dövlət həyatı); ikincisi, təşəkkül prosesində olan təzahürlərdən ibarət olan siyasət.
Məsələn, əgər köhnə administrativ fəaliyyət zamanı problemlər mövcud əmr və qaydalara uyğun həll edilirsə, biz "siyasət"lə deyil, "idaretmə" ilə məşğuluq. "İdaretmə məhz paradiqmatik şəkildə başa düşdüyümüz "gündəlik dövlət həyatı" sahəsidir. Buna uyğun olaraq əgər qərar öncədən müəyyənləşdirilmiş əmrlə qəbul edilirsə, burada söhbət siyasətdən yox, təzahürlərin təşəkkül tapmış, formalaşmış şəkildə üzə çıxdığı ictimai həyatın başqa sahəsindən gedir. Lakin diplomatlar əvvəllər müqavilənin mövcud olmadığı xarici dövlətlərlə müqavilə imzalayanda, deputatlar parlamentdə yeni vergilər haqqında qanunu təsdiq edəndə, kimsə seçkiqabağı təbliğatla məşğul olanda, müxalif qruplar üsyan qaldıranda və ya tətil edəndə və bu hərəkətlərin qarşısı alınanda biz dərhal siyasətin içinə düşürük".
Baxmayaraq ki, Mannheym reallıqda bu cür sərhədlərin müəyyənləşdirilməsinin olduqca çətin olduğunu etiraf edir, amma yenə də "gündəlik dövlət həyatı" ilə — "siyasət" arasındakı xətti görmək mümkündür. Həqiqətdə biz burada strateji analizin spesifik xüsüsiyyəti ilə qarşılaşırıq. Belə ki, bizi maraqlandıran proseslər həm onları əhatə edən adi "rasionallaşdırılmış" sahələrdə, həm də qeyri-müəyyən "irrasional şəraitdə" gedə bilir.
Mannheym yazır ki, "rasionallaşdırılmış sahələr" ifadəsini geniş mənada, ilk öncə iş prosesində rasional kalkulyasiyanın əsası qoyulan rasional yanaşma nəzəriyyəsi kimi başa düşmək olar. Burada həm də istiqaməti öncədən müəyyən edilmiş rasionallaşdırma başa düşülür. Məsələn, adət və dəbin üstün olduğu ənənəvi şəraitlərdə proses həmişə rasional getmir, amma həmişə öz strukturu ilə müəyyən edilir. M.Veber isə burada əsas anlayış kimi stereotip anlayışını irəli sürür və bunu iki yarımnövə bölür: ənənəvilik və rasionalizm. Lakin Mannheym ümumi mənada Vebersayağı stereotip anlayışı üçün "rasionallaşdırılmış sahələr" anlayışından istifadə edir".
"Rasionallaşdırılmış strukturlar" və "irrasional şərait" arasında ayırma Mannheymə tənzimlənməyən göstəricilərin verildiyi situasiya, başqa sözlə, qeyri-müəyyən situasiya üzrə qərar qəbul edilən fəaliyyət anlayışının sərhədini seçməyə imkan verir. Buna uyğun olaraq nəzəriyyə və təcrübə arasında qarşılıqlı münasibətlər problemi yalnız bu situasiya kontekstində qoyula bilər. "Rasionallaşdırılmış strukturlarda" bu problem, ümumiyyətlə, yoxdur, belə ki, ayrı təzahürün ümumi fəaliyyət qanunu altında əsaslandırılması "təcrübə" adlandırıla bilməz.
Mannheymin yaradıcılığında strateji analizdə qarşılaşılan əngəl və çətinliklərə də yer verilir: birincisi, onun obyekti müəyyən formada süstləşməmiş "mövcudiyyətlər" deyil, qeyri-sabit və həmişə formasını dəyişən cəhdlər və tendensiyalardır; ikincisi, burada öncədən görülməsi mümkün olmayan çoxlu qüvvələrin qarşılıqlı münasibətlərinin xarakteri və kombinasiyaları hər zaman dəyişir; üçüncüsü, analitiklərin özləri siyasi qüvvələrlə əlaqəlidirlər. O xüsusi olaraq qeyd edir ki, analitikin asılı vəziyyəti dəyərləndirmə və iradəvi impulslarda özünü göstərmir, məsələlərin qoyuluşunun xarakteri, onun istifadə etdiyi anlayış, düşüncə tərzi, bütün bunlar müəyyən sosial və siyasi əsasların təsirlərini aydınlıqla sübut edir. Bizcə siyasi və tarixi düşüncə sahəsindən danışanda düşüncə tərzinin fərqliliyindən yaranan və ümumi məntiqə istiqamətlənən fərqləri nəzərə almaq lazımdır.
"Düşüncə tərzinin" bu cür fərqləndirilməsini biz tam əsasla "strateji mədəniyyətin" müqayisəli öyrənilməsi sahəsinə aid edə bilərik.
6. HÜKMRANLİĞİN MĞASİR KONSEPSİYASİ: P.Burde və R.Darendorf
Neomakiavelist məktəbin metodoloji xəttini müasir elmin görkəmli nümayəndələri P.Burde və R.Darendorf inkişaf etdirir. Amma hər ikisi bunu özünəməxsus yaradıcılıq tərzi ilə edir. P.Burdenin sosial məkanı təşkil edən strukturu kimi "hökmranlıq" anlayışı ilə əlaqəli olan mərkəzi mövzuları — sinif, kapital, bazar, maraq və sairdir. Müasir cəmiyyətdə üstün mövqeyi ələ keçirmək uğrunda mübarizə siyasi və iqtisadi məcburiyyətin açıq formasının maskalanmış simvolik məcburiyyətlə birgə mövcud olduğu hökmranlıq formasına aparır. P.Burdenin sosial qaydada hökmranlığın simvolik aspektlərinin düşünlümüş və məcburi münasibətlərinin qarşı-qarşıya qoyulmasına xüsusi diqqət yetirməsi onun baxışlarını M.Veberin hökmranlıq konsepsiyası və E.Dürkheymin sosial məcburiyyəti nəzəriyyəsinə yaxınlaşdırır. O hesab edir ki, sosial elmlər sahəsində "üstünlük" uğrunda daimi mübarizə dayanmır. Nəticədə qeyri-aşkar formada alimlərə bu və ya digər sosial-siyasi problemin tədqiqi, habelə müəyyən metodlar yığınının öyrənilməsi, şərhi və tətbiqi üçün göstəriş verilir. Başqa sözlə, "problematikanın" özü bilavasitə siyasi sifarişdən qaynaqlanır. P.Burdenin iddiasına görə, özünü sosioloq adlandıranların müəyyən hissəsi əslində özəl idarələrın və dövlət strukturlarının rəhbərlərini hansısa reseptlərlə təchiz edən sosial mühəndislərdir. Onlar hakim sinfin təmsilçilərinin sosial aləm haqqında təcrübəvi və yarımelmi biliklərini rasionallaşdırmağa cəhd edirlər. Hazırkı dövrdə rəhbərlər sözün hər iki mənasında hökmranlığı rasionallaşdırma qabiliyyətinə malik olan, bu hökmranlığı təmin edən və onu legitimləşdirən mexanizmin gücləndirilməsinə kömək edən elmə ehtiyac duyurlar. Buna zidd olaraq o hesab edirdi ki, əsl sosiologiyanın funksiyası hökmranlığın müxtəlif formalarını (birbaşa və dolayı, maddi və simvolik) müəyyənetmə mexanizmini açmaqdan ibarətdir.
Elm və təcrübənin əlaqələndirilməsində Burde "zaman amili"ni seçir: metod və layihə kimi başa düşülən praktiki sxemdən "əvvəlki tarixlə" yaradılan nəzəri modellərə keçid halında analitika və praktikanın "müvəqqəti reallığı" düz gəlmir. O yazır: "Təcrübə vaxtaşırı həyata keçirilir və sinxronizasiya halında dağılan dönməzlik kimi müvafiq xarakteristikalara malikdir. Onun müvəqqəti strukturu — ritm, temp, və xüsusilə praktiki hissetmə qabiliyyəti üçün əsas olan istiqamətdir: musiqidə olduğu kimi bu sadəcə tempin dəyişməsi, sürətlənmə və ya yavaşıma kimi struktura hər hansısa təsir zamanı dəyişikliyə çevrilməyən quruluşun pozulmasına gətirib çıxarır. Qısaca desək, praktika bütövlükdə sürəkliliklə immanentdir. Ona görə ki, bu proses vaxtla birgə gedir, təkcə ona görə yox ki, vaxtaşırı qızışır, həm də ona görə ki, onun strategiyasının əsasında vaxt və sürət qazanmaq qoyulub. Elmdə praktikanın vaxt ilə uyğun gəlməyən öz mərhələsi var. Analitik üçün isə vaxt aradan qalxır, təkcə ona görə yox ki, proses dəfələrlə təkrarlandığı kimi toqquşmadan irəli gəlir və dəqiq bilinir ki, bütün bunlar nə ilə qurtaracaq, həm də ona görə ki, onun kütləviləşmə və effektini aşmaq imkanı var.
R.Darendorfun fikrincə, eksperimental elmlərin imkanları bəzi tələblərlə əlaqəlidir. Birincisi, sualların düzgün qoyuluşunun öyrənliməsi və anlaşılmaz mövzu sahələri ilə əlaqələndirməməkdən ibarətdir. İkincisi, analitik tədqiqatların qaynaqlandığı müəyyən elmentlərin dəqiq müəyyənləşdirilməsidir. Nəhayət, üçüncüsü, statistikanın deyil, "modellərin riyazi dəqiqləşdirilməsi imkanı verən düzülüşü" xarakteristikasını müəyyənləşdirməkdir. Darendorf hesab edir ki, "Özündə zərurət axtarışını nəzərdə tutan elm, çıxış nöqtəsi qismində cisimləri deyil, izaha ehtiyacı olan müəyyən müşahidələrin olduğu problemləri əhatə edir. Bir çox alimlər problemlərin dərk edilməsindən məhrum olduqları səbəbindən cisimlər, sahələr, oybektlərin tədqiqi haqqında nəzəri səylər çıxış yolu kimi göstərilir. Darendorfun eksperimental elmlə bağlı təsəvvürləri V.Paretonun mövqeyi ilə üst-üstə düşür. O tədqiqatçılara "adı saxlayıb əşyaya baxmağı" təklif edir və eksperimental elmin metodologiyası ilə bağlı bunları deyir:
"Biz bu tədqiqatların necə adlandırılmasından asılı olmayaraq, sosial faktlar arasında əlaqələrin axtarışı ilə məşğul olmalıyıq. Bu əlaqələr haqqında biliyi əldə etməyə kömək edən metod az əhəmiyyət daşıyır. Bizim üçün məqsəd vacibdir; onu əldə etdiymiz vasitə o qədər vacib deyil və ya tamamilə vacib deyil". Bu mövqedən aşağıdakılar yaranır: anlayış — elmi kateqoriyaların taksonomiyası deyil, nəzəriyyənin ümumiləşmiş çıxış nöqtəsidir, nəzəriyyənin özü isə — müəyyən problemlərin analizi üçün vasitədir.
M.Veberin "təsərrüfat və cəmiyyət" əsərində norma, sanksiya və hökmranlıq kimi üçəsas anlayış olduqca əsaslı işlənib. Darendorf müəllifin böyüklüyünü onda görür ki, "o sosial fəaliyyət haqqında təlimin aparıcısıdır və bu təlimin sistematikanın bir hissəsinə çevrilməsindən qaçınır". Darendorf fikrini belə arqumentləşdirir: "Daha dəqiq desək, kimsə düşünülmüş şəkildə deyə bilməz ki, o "Veberçidir". Çünki belə nöqteyi-nəzərdən çıxış edəndə cəmiyyətdə insan davranışının qanunauyğun olmadığını iddia etmək olar. Veber müvafiq olaraq olduqca ümumiləşdirilmiş sosial nəzəriyyələr qismində faktiki olaraq təkrar-təkrar dayanan bir sıra kateqoriyaları ortaya çıxarır. Şübhəsiz ki, bu nəzəriyyə heçbir halda "zəruri" hesab edilmir yalnız sosial strukturlar haqqında mülahizəni özündə əks etdirmədiyi hallardan başqa. Hər halda onlar təkrarən özünü müəyyən problemlərin analizi üçün yüksək dərəcəli faydalı vasitə kimi göstərir".
Eksperimental elmlərdə üçəsas anlayışın əhəmiyyətinin izahı üçün Darendorf yazır: "Sosioloji analizin birinci əsas anlayışı normaların kateqoriyasıdır. O ilk növdə insan davranışının qanunauyğunluğunun terminoloji izahına təsir edir. Normalar müəyyən səviyyədə özündə bizim dərketməmizə görə insanların hərəktlərini təsadüfi gerçəklik sahəsindən ayıran müqavimət formalarını əks etdirir. Onlar ictimai həyatı hesablama elementləri və inama bölür ki, bu da həmişə bizim dərketməmizin xeyrinədir. Belə ki, "sosial normalar" anlayışı (habelə "institutlar" və "dəyərlər") və "cəmiyyət faktı" çətin ki, qarşılıqlı şəkildə dəyişdirilə bilsin, bir çoxları güman edirdilər ki, bu kateqoriyada daha çox sosiologiyanın ümumiləşdirilmiş anlayışını aşkar edəcəklər.
Axı adətən sosial normalarla sosial sanksiyalar haqqında düşüncəni əlaqələndirirlər. Normalar isə yalnız özləri etibarlı olduqca fəaliyyətin etibarlı nümunələrini yaradırlar. Ancaq bu məcburilik məhz konkret sanksiyalar sistemi tərəfindən normaların pozulmasına görə sistemli cəzalandırma və nümunəvi davranışa görə mükafatlandırma ilə şərtləndirilir.
Beləliklə, normalar kateqroiyası və sanksiyalar sanksiyaların tətbiqinə imkan verən ən azından daha bir əsas anlayış tələb edir ki, bu da mahiyyəti etibarilə normaların məcburiliyinin reallaşdırılması üçün vasitə olmaqla sosial qaydaların həyata keçirilməsini mümkün etsin. Elə burada göstərişlərin icrasına aid edilən hökmranlıq anlayışı üçün də əsas yaranır. Bu üçəsas anlayışın hansının neçənci dərəcəli olması haqqında mübahisə etmək mənasızdır. Hər bir halda cəmiyyətşünaslıq nəzəriyyəsində onlardan nəticə çıxarılması kritik şübhə yaradan konkret məna verir. Onsuz da biz hökmranlıq kateqoriyasını üçündən birinciyə aid etməyə və bununla bütün sosiologiyanı hökmranlığa əsaslanan strukturun analizi kimi başa düşməyə meyilliyik.
Onu qeyd etmək lazımdır ki, Darendorf "sosiologiya" deyəndə V.Paretonun təqdimatına yaxın olan elmin eksperimental növünü nəzərdə tutur. Eksperimental elm siyasi proseslərin və sistemin konsepsiyasına aid edilir. Belə ki, onların emprik məlumatlarla təsdiqlənməsi halında nəzəri izah funksiyasını yerinə yetirir. Belə izah siyasətin normativ nəzəriyyəsinin ümumi anlayışından kənara çıxmır. O siyasi fəaliyyətlərin tam və adekvat tərifini vermək üçün bəzi təzahürləri müəyyən edən və həmin fəaliyyətə istiqamət verən əlaqələrin izahı üçün bəzi nəzəri prinsipləri müəyyən edən perspektivlər çərçivəsində izah edilir. Bu əsasda da siyasi proseslərin təsviri və modelləşdirilməsi imkanları yaranır. Başqa sözlə desək, strateji analizə keçmək üçün ilk öncə "siyasət" və "siyasi fəaliyyət" anlayışlarını müəyyən etmək lazımdır.
7. Strateji modelləşdirmə siyasi fəaliyyətin təsviri ğzğn formalaşdırılmış ifadə kimi
Modelləşdirmə həmişə müvafiq elm sahələrinə aid bu və ya digər ixtisas qrupları tərəfindən qəbul edilən müəyyən terminologiyanın istifadəsini nəzərdə tutur. Tarixçi Tomas Kunun ifadəsi ilə desək, modellər "nizamlı ana lövhə"yə daxil olan komponentlərdir. Bu anlayış iki ayrı, ancaq mütəşəkkil elmlər çərçivəsində tədqiqat fəaliyyətlərin qarşılıqlı əlaqəli aspektlərini əks etdirir. Bir tərəfdən söhbət yenidən ortaya çıxan vəzifələrin həllinə xidmət edən modellər qismində istifadə edilən elmi problemlərin konkret həlli nümunələrindən, digər tərəfdən müəyyən elmi ictimaiyyətin üzvləri tərəfindən bölüşdürülən məslək və dəyərlərin yekunundan gedir.
T.Kun "nizamlı ana lövhə"nin dörd komponentini müəyyən edir. Birincisini o simvolik ümumiləşdirmə adlandırır — bu ifadəetmədir. O özündə "nizamlı ana lövhə"nin formal xarakter daşıyan və asan formalaşan komponentlərini əks etdirir. "Nizamlı ana lövhə"ni təşkil edən ikinci növ komponentlər elmi ictimaiyyət üçün ümumi qəbul edilmiş göstərişlərlə müəyyən edilir. Məsələn, istilik bədəni təşkil edən hissələr üçün kinetik enerjini özündə əks etdirir. Bu göstərişlərə spesifik kateqoriyalı modellərdə qənaət kimi baxmaq olar. T.Kunun dediyinə görə, "elmi qrupların göstərişləri evrstikdən başlayıb ontolojidə qurtarmaqla (onu da deyək ki, məhz buradan bir sıra qeyriadi mülahizələr qaynaqlanır) konseptual modellərin spektri boyunca dəyişsə də, onsuz da bütün modellər oxşar funksiyalara malikdirlər. Beləliklə, onlar nəyin mürəkkəbliyin həlli qismində, nəyin isə izah üçün istifadə olunduğunu müəyyən etməyə kömək edir. Və ya əksinə, onlar həll edilməmiş mürəkkəbliyin dəqiqləşdirilməsi və onların əhəmiyyətinin qiymətləndirilməsinə imkan verir".
Dəyərlər adlandırılan üçüncü növ komponentlər isə bütövlük və birlik hissi və onların davranışının vacib determinantlarıdır. Onlar dəqiq olmalı, kəmiyyət öncəgörmələrinə keyfiyyətlilərlə müqayisədə daha çox üstünlük verilməli, bütün hallarda həmişə imkan verilən səhvlər həddinə riayət edilməklə müvafiq elmlər sahəsi çərçivəsində olmasının qayğısına qalınmalıdır. Ancaq nəzəriyyəyə münasibətdə qərar çıxarılmasında istifadə edilən bəzi dəyərlər də mövcuddur. Hər şeydən əvvəl bu çətinliklərin dürüst ifadə edilməsi və həll edilməsinə imkan verilməlidir. Bununla yanaşı, imkan daxilində bu dəyərlər sadə və həqiqətəuyğun olmalı, təzadlı olmamalıdır. Nəhayət, dördüncü komponent — elmi hazırlıq prosesində tədqiqatçı-mütəxəssislər tərəfindən təyin edilən elmi problemlərin konkret həllinin hamı tərəfindən qəbul edilmiş nümunəsidir. "Modellər" anlayışı, "siyasətçilər", "sistem", "quruluş" və ya "dəyərlər" kimi anlayışlara oxşar çoxmənalı xarakterə malikdir. Bu cür çoxmənalılıq siyasətin strateji analizi üçün bir sıra mənfi nəticələrə aparıb çıxarır. Buna görə də bəribaşdan müəyyənləşdirilməlidir ki, biz siyasi prosesin modelləşdirilməsindən danışanda söhbət dəqiq nədən gedir.
Siyasət elmində əksər müsbət yanaşma tərəfdarları, ümumiyyətlə, modelləşdirmənin bu və ya digər obyektlərinin özünəməxsus mahiyyətinə aydınlıq gətirməyə cəhd etmirlər. Onlar, sadəcə, digər sahələrdən alınmış modelləşdirmənin müəyyən texniki qaydalarına riayət etməyi və bunu ilkin analiz tələb etməyən sxemləri üçün əsas götürməyi məqbul hesab edirlər. Halbuki buna uyğun əsaslandırmalar əhəmiyyətli dərəcədə obyektin görünməsini, faktları seçimini və nəticələrin təsvirin şərtləndirən idrak nəzəriyyəsinin bir sıra gizli şərt və imkanlarını özündə əks etdirir. Təcrübədə tez-tez obyektiv xarateristikaları əsasında sosial və siyasi modellərin tərtibi haqqında texnokratik illüziyalarla qarşılaşmaq mümkündür. Onları, sadəcə, lazımi şəkildə formalaşdırmaq və müvafiq riyazi modelə qoşmaq lazımdır. Ancaq elmi model özündə bir sıra elmi nəzəriyyənin formalaşdırılmış dilində ifadə edilən, o cümlədən dəyərli xarakterə malik olan fərziyyə və təsəvvürlərin daxil olduğu bir sıra tərtibatı cəmləşdirir.
Bu planda idaretmə və izahetmə funksiyaları üzrə "model" və "nəzəriyyə"lər arasında kəskin fərq müşahidə edilmir. Məsələn, Y.M.Plotinski yazır: "Müasir elmi ədəbiyyatda "model" və "nəzəriyyə" anlayışı birmənalı izah edilmir, onların arasında sərhəd demək olar ki, aradan qalxıb. Hazırda elmlərin metodologiyasında anlayışların bu cür izahı qəbul edilir.
Model, ilk növbədə təzahür və proseslə modelləşdirilmiş idaretmə ilə istiqamətlənmiş konseptual vasitədir. Bununla yanaşı, öncəgörmə funksiyası, proqnozlaşdırılan idaretmənin məqsədinə xidmət edir.
Nəzəriyyə isə proses və təzahürlərin izahıdır və konseptual vasitə modelindən daha mücərrəddir. Nəzəriyyədə öncəgörmənin funksiyası təzahürlərin (hadisələrin) izah edilməsi məqsədinə istiqamətləndirilir". Həqiqətdə həm modeldə, həm də nəzəriyyədə "öncəgörmə funksiyası" qnesoloji (idrak), dəyər cəhətdən mütəşəkkil və digər tərtib edilmişlərdən asılıdır. Bu faktın daxilində modellərin tərtibi qaydalarının hər hansı universal və optimal yığımı mövcud deyil. R.Şennonun dediyinə görə, "modelləşdirmə sənətinə original düşüncə, yaradıcı, hazırcavab, eyni zamanda dərin biliyə malik olan insan yiyələnə bilər... Dəyişkənlik, parametrlər, münasibətlər, davranış sistemlərini müəyyənləşdirən, məhdudiyyət, habelə modelin effektivliyinin kriteriyalarını seçmək üçün sehrli düstur yoxdur". Modelləşdirmənin praqmatik tərifini Q.Bellinqer verir: "Modellər real obyektlərin yaxşı başa düşülməsini asanlaşdırmaq məqsədi ilə yaradılan maketlərdir. Əgər bizim işimiz gerçəkçi konsepsiyalardırsa o zaman model kimi inkişaf etdirdiyimiz həmin abstraksiya yeganə alternativ ola bilər və real obyekti yaratmaq olduqca baha başa gəldiyi üçün obyekti yaxşı başa düşməyə kömək edəcək model yaradırıq. Qısaca desək, modellər müəyyən sadələşdirmələr və ya gerçəkliyi başa düşmək üçün irəli sürülən abstraksiyadır. Yaratdığımız əksər modellərin məhdud xarakteristikası özünün mahiyyəti etibarilə statistikdir. Başqa sözlə, bu modellər özlərində müvafiq zaman kəsiyində müəyyən obyektin şəklini əks etdirir. Lakin reallıq statik deyil. Gerçəklik bizim qarşılıqlı münasibətlərimiz və onları təşkil edən hissələrin qarşılıqlı münasibətləri prosesində həmişə dəyişir; gerçəklik öz mahiyyəti etibarilə dinamikdir.
Qanunauyğun olaraq problem ortaya çıxır: dinamik gerçəkliyin statik modelini necə qurmaq olar? Bu suala cavab "dinamik modelləşdirmə" adlandırılan yanaşma ilə cavab vermək olar. Gerçəklik vaxtaşırı dəyişir və real vaxt rejimində fəaliyyət göstərir. Dinamik modelləşdirmə konstruksiyanın müvafiq vaxta uyğun inkişafının təsvirini vermək üçün lazımi şərait yaradır.
Müasir elmdə modelləri "təmsiledici" və "nəzəri"yə bölmək olar. Bu ayırma müəyyən elmi terminlərin və konsepsiyaların obyektlərin dərkedilməsi ilə bilavasitə əlaqəsi olub-olmadığı ilə şərtləndirilir.
Təmsiledici model elm üçün obyekt kimi maraq kəsb edən müəyyən fiziki quruluşdur. Belə modeli tədqiq edəndə obyekt haqqında bəzi faktları öyrənmək olar.
Nəzəri model fiziki olaraq mövcud olmur, amma konseptual səviyyədə müzakirə edilir. Belə model obyekt və sistemə məxsus müxtəlif əlaqələri izah edən davranışları təsvir edir.
Təmsiledici model həqiqi, adekvat, qarışıq və analoq modellərə ayrıla bilər.
Həqiqi model (həm də miqyaslı model kimi tanınır) — məlum olan miqyasa uyğun olaraq yerinə yetirilən obyekt modelidir, məsələn, döyüş əməliyyatları tamaşasının mümkün modeli.
Adekvat model — təkcə bəzi ölçü və xarakteristikaları məlum miqyasa uyğun yerinə yetirilən obyekt modelidir. Bu isə modelin fəaliyyətinin başa düşülməsi üçün edilir.
Qarışıq model — müxtəlif xarakteristikalar və ölçülər üçün müxtəlif miqyasların istifadə etdiyi obyekt modelidir.
Analoq modeli tədqiq edilən obyektlə analogiyaya təşkil edən modeldir. Məsələn, qazda molekulun diffuziyası ilə arı beçəsinin hərəkəti arasında analogiya var (arı beçəsinin hərəkəti — modeldir, qaz molekullarının diffuziyası — obyektdir).
Nəzəri model həm də obyekt və ya sistemin analogiyasını istifadə edir. Ancaq onu obyektin hər hansı xassə və xarakteristikasının təsvir edilməsi üçün nəzərdə tutulmuş analoji təmsiledici modeldən fərqləndirmək lazımdır.
Nəzəri konsepsiya — hissedici qavrayışla bilavasitə əlaqəsi olmayan konsepsiyadır. Məsələn, molekulun nəzəri konsepsiyası. Nəzəri konsepsiyaya nümunə kimi foton, gen və s.-ni də göstərmək olar.
"Termin" — konsepsiyanı təsvir edən söz və ya sözlər qrupudur. Məsələn, "molekul" nəzəri termindir. Termin konsepsiyanı dərketmə obyekti ilə əlaqələndirir, bu isə müəyyən elmi ictimaiyyətin üzvlərinin onlar üçün ümumi olan elmi dildə bu və ya digər konsepsiyanı müzakirə etməyə imkan verir. Elmdə bu terminlərdən istifadə edilir: a) müşahidəçi; b) xarakteristik; c) nəzəri. Siyasi gerçəkliyin strateji modelləşdirilməsinə onun təsvir edilməsi başçılıq edir. Bu nöqteyi-nəzərdən siyasi prosesin "modeli" siyasi gerçəkliyin təsvirinin formalaşdırılmış ifadəsidir.
Təsviretmə zərurəti halında analitik aşağıdakı zəruri vəzifələrlə üzləşəcək: 1) emprik tədqiqatların nəticələrini tədqiqat obyektinin vəziyyəti haqqında başa düşülən mülahizələrə qədər çatdırmaq; 2) onun struktur elementləri arasındakı əsas əlaqələri izah etmək məqsədilə obyektin nəzəri "modeli"ni yaratmaq; 3) obyekt və ya prosesin formalaşdırılmış kompyuter modelini təşkil etmək.
Birinci hal üçün analitik, tutaq ki, dövlət başçısı postuna bu və ya digər namizədə seçicilərin münasibətini izah edərək əhalinin müəyyən kateqoriyasının elektoral üstünlüyünü izah etməyə çalışır. İkincisi, legitimlik, həmrəylik və ya onun əsas seqmentlərinin (siyasi, iqtisadi, hərbi və ideoloji) uyğunluğu kimi anlayışlardan istifadə edərək ölkənin siyasi elitasının vəziyyətini qiymətləndirir. Üçüncüsü, məsələn, iyerarxiyanın analizi modelindən istifadə edərək seçkilər prosesinin kompyuter modelini təşkil edir. Reallıqda bütün bu vəzifələr bir-birləri arasında ayrılmaz şəkildə bağlıdır. Hərçənd ki, konkret hallarda təzahür dərəcələrinə görə bu əlaqələr müxtəlif ola bilər. Beləliklə, siyasi düşüncənin emprik tədqiqatı prosesində müsahibə və anketlərin suallarının dürüst ifadə edilməsi zamanı analitik əvvəl-axır onu maraqlandıran proseslərin bu və ya digər xarakteristikalarını qeydə almağa kömək edən "indikatorlar" deyilən üsulu həyata keçirmək üçün nəzəri konstruksiyalara müraciət etməlidir.
Siyasi "dəyişkənliklər" müvafiq elm sahələrinin (iqtisadi, hüquqi və psixoloji) öyrənilən və analiz edilən müxtəlif sosial qurumlar, birliklər və siyasi, mədəni, etnik proseslər sahəsində fəaliyyət göstərə bilərlər. Strateji analiz siyasi proseslər və sistemlərə siyasi fəaliyyətin metodoloji mövqeyindən baxır. Bu isə normativ prinsiplərdən və fərdlərin psixi xüsusiyyətlərindən deyil, möhkəm və daimi forma əldə etdiyi davranışların hesabına qazanılan bir sıra xarateristikalara malik olan qarşılıqlı münasibətlər prosesindən qaynaqlanır.
Normativ nəzəriyyə onu siyasi münasibət sahəsində fərdlərin real davranışına təsir edə biləcək dərəcədə maraqlandırır.
Bununla yanaşı, normativ nəzəriyyə davranışlara təsir edən xarakteristikaların münasibətləri və normativ göstəriş və prinsiplərin təsis edilməsi; normativ nümunələr və real davranışlar arasında uyğunsuzluğa aparan səbəblərin ortaya çıxması məsələsini də izah edir.
Qeyd olunduğu kimi, "sosial davranış" anlayışı deyəndə klassik nəzəriyyəçilər subyektlərə müəyyən dəyər verilən və bu dəyəri əhatə edən gerçəkliklə əlaqələndirən məqsədyönlü fəaliyyəti başa düşürdülər. Mütəşəkkil qarşılıqlı münasibətlər qaydasına davranışın səbəbinin əsası kimi baxılır. Bir qayda olaraq, mütəşəkkil qarşılıqlı münasibətlər zorakı yolla həyata keçirilir. Belə ki, üstün qruplar bu və ya digər əsaslarla sosial davranışlara həlledici təsir edir və özləri üçün lazım olan istiqamətə yönəldirlər. Mütəşəkkil sosial qarşılıqlı münasibətlər forması qismində duran hökmranlığın münasibətləri sosial qayda-qanunun əsasıdır.
Bu qayda-qanun hər şeydən öncə müxtəlif sosial institutlar və təşkilatlarda fərdlərin siyasi davranışının rolunu tənzimləyir. Burada analitiki fərdlərin sosial institutlar və təşkilatlarda əhəmiyyətli siyasi fəaliyyətinin determinasiyası maraqlandırır. Əhəmiyyətli fəaliyyətin determinasiyası özündə bir neçə mərhələni birləşdirir:
• qurum (iqtisadi, siyasi və sosial mühitdə);
• təşkilati — struktur, qeyri-formal münasibətlər, təşkilatda məlumat prosesi;
• administrativ (təşkilatın administrativ mühiti);
• qrup — əlaqə qruplarının parametr və xassələri;
• şəxsi — siyasi hərəkətlərin subyektiv əhəmiyyəti, dəyər və motivləri.
Metodoloji perspektiv bu anlayışları əhatə edir: 1) hadisələrin gedişi; 2) sistem analizi.
"Vəziyyət" siyasi hərəkətlərin təsvir və izah edildiyi müstəqil dəyişkənlik qismində fəaliyyət göstərən sosial əlaqələrin ölçülməsi və müşahidəsinə açıq olan yekun kimi müəyyən edilir. Relevant amillərin kombinasiyası, tərkibi və onların siyasi fəaliyyətlərə təsirinin intensivliyi tədqiqat məqsədi üçün ideal olan tamlığı əhatə edən spesifik xarakterə malikdir. Səbəbiyyət kompleksinin müəyyənləşdirilməsi nəzəri istiqamətin ilkin ifadə edilməsini və bu əsas üzərində siyasi davranış modelinin tərtibini tələb edir. Öz növbəsində bu tələblər sonrakı tədqiqatlar üçün çıxış nöqtəsi olmağa xidmət edir, belə ki, öz-özlüyündə onlar siyasət sahəsində səbəb-nəticə əlaqələrinin izah edilməsi üçün istifadə edilə bilməzlər. Onların praktikada tətbiqi üçün məlumatların hazırlanması və obyektin xüsusi konsepsiyalarının müzakirəsi və işlənməsidir. Bu isə, birincisi, amillərin təsvir edilməsi və qrupların prinsiplərinin izah edilməsinə; ikincisi, həmin məlumatları nəzərə alaraq qərar qəbul edilməsinin mümkün istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verir.
Strateji modelləşdirmə məqsədilə sistem analizinin tətbiqi üçün əsas konsepsiyalara sosial mühitin siyasət sahəsində davranış və motivasiyalara təsirini izah edən siyasi mədəniyyət, siyasi institutlar, qruplar və rolların konsepsiyaları daxildir. "Siyasi mədəniyyət" anlayışı deyəndə fərdlərin siyasət sahəsində davranış üsulları və məqsədlərini tənzimləyən müəyyən simvollar kompleksi başa düşülür. Onun əsas funksiyası fərdlərin siyasi davranışlarının arzuolunan və mümkün standartları haqqında təsəvvürlərin formalaşdırılmasından ibarətdir. Mədəniyyət sisteminin elementləri koqnitiv (dərkedici), ekspressiv (emosional) və normativ (mənəvi və hüquqi) dəyərlər standartlarının (nümunələrin) simvolik formalarına malikdir. Siyasi mədəniyyətin davranışa təsiri bu proseslərin köməyi ilə təmin olunur: a) qrup və təşkilatlarda fərdlərin sosiallaşdırılması; b) siyasi dəyərlərin institutlaşdırılması.
"Siyasi institutlar" (qurumlar) anlayışı deyəndə kollektiv (sosial) məqsədlər izləyən administrativ ştatın (aparat) daimi fəaliyyət göstərdiyi və normativ şəkildə tənzimləndiyi sistem başa düşülür.
"İnstitut"a (qurum) iştirakçılarının müvafiq mədəniyyətin qarşıya qoyduğu mütəşəkkil davranışların standartlarını dəstəklədiyi sosial münasibətlərin xüsusi forması kimi baxılır. "İnstitutlar" özlərinin spesifik təzahürlərinin müxtəlif rakurslarında öyrənilir: qurum adından rəsmi idaretmə səlahiyyətlərinə malik olan fərdlərin xüsusi aparatları; institutların üzvlərinin seçilməsi və hazırlanmasının rəsmi mexanizmi; rol və funksiyaların xüsusiləşdirilmiş bölünməsi; yerinə yetirilən rolun nüfuzu və statusların iyerarxiyası; qurumların və onun bölmələrinin üzvlərinin fəaliyyətlərinin qiymətləndirilməsinin rəsmi prinsipləri; davranışdan yayınmalar üzərində nəzarət mexanizmi və s.
İnstitutların təşkilati aspektləri administrativ rolun xüsusiləşdirilməsi və hakimiyyətin bölünməsi proseslərinin baxış bucağından öyrənilir. Bunlar hakimiyyət səlahiyyətlərinin normativ cəhətdən izah edilməsini, iyerarxiyanın xidməti tabeçiliyi, vəzifə səlahiyyətlərinin nəzərdə tutulan dairəsi və administrativ keyfiyyətləri təmin edir.
"Qruplar" konsepsiyası özündə mütəşəkkil qarşılıqlı münasibətlərin bu tiplərinin qərarlarını əks etdirən bir sıra anlayışları özündə birləşdirir:
• siyasi sahədə sosial fəaliyyətlərin istiqaməti;
• siyasi fəaliyyətin qanuniliyi və effektivliyinin qiymətləndirilməsi;
• siyasi təsisat və davranışlara nəzarət;
• qərarların qəbulu (qrup məqsədlərinin qoyuluşu və onların əldə edilməsi üçün ehtiyatların səfərbər edilməsinə cavabdeh olanların hakimiyyət və liderliyinin təşkili);
• inteqrasiya (qrup üzvlərinin onun struktur, norma və məqsədlərinə aid olan məsələlərdə razılığının təmin edilməsi);
"Rol" anlayışı üçfunksional aspektdə daha üstün şəkildə açıqlanır:
• instrumental (institut və qrupun məqsədlərinin təsis edilməsi prosesində rolun funksiyası, təsirin bölüşdürülməsi və s.);
• inteqrativ (qrupların strukturlarının təşkilində rolun funksiyası);
• ekspressiv (siyasi faktorların emosional qiymətləndirilməsi prosesində rolun funksiyası).
Siyasi təsisat şəxsiyyət səviyyəsində (şəxsiyyətin sosial strukturunun siyasi proseslərə və institutlara təsrinin analizi) istiqamət və eyniləşdirmə mərkəzi hesab olunur.
"Siyasi təsisat" deyiləndə fərdin müvafiq siyasi obyektləri, institut, norma, rol, habelə siyasi hakimiyyəti həyata keçirməklə əlaqəli proseslərlə möhkəm subyektiv münasibətləri başa düşülür. "Siyasi istiqamət" deyəndə isə siyasi fəaliyyət vəziyyətinin müxtəlif elementlərinin fərdin adına yazıldığı obyektiv düşüncə başa düşülür.
"Siyasi eyniləşdirmə" deyəndə isə fərdin fəaliyyətinin müəyyən iqtisadi və siyasi institutlar və qrupların aktivliyi və normaları ilə bənzədilməsi başa düşülür.
İqtisadi və siyasi institutların inkişaf etdiyi demokratik cəmiyyətlərdə sosial siyasi təsisat və istiqamətin strukturunun möhkəm sosial əsası üçün əhalinin peşəkar strukturu xidmət edir. "Keçid sistemi" deyilən cəmiyyətlərdə sosial təbəqələrin özünəməxsus xarakteri siyasi təsisatın sosial düzəninin "norma"sına münasibətdə müəyyən kənarlaşdırma yaradır.
Siyasi təsisat və fəaliyyət fərdin özünün həyat standartları və bu standartlara uyğun olaraq siyasi demokratiyanın liberal modeli səviyyəsində özünü qiymətləndirməsində ifadə edilən cəmiyyətin sosial təbəqələşməsindən (stratifikasiya) asılı olaraq fərqləndirilir.
"Avtoritar" düşüncə tipi dedikdə fərdlərin qrupların iradəsinin rəhbərliyə tabe edilməsi və bu tabeçiliyini ideallaşdıran sosial problemlərin əmrlə və administrativ yolla həllinə meyilli olan siyasi dünyagörüşü başa düşülür. Bu dünyagörüşün əks tipi kimi "demokratik" tip müəyyən olunur. Siyasi davranış vəziyyətinin strukturunda ən çox aşağıdakı elementlər fərqləndirilir:
• siyasi institut və təşkilatların fəaliyyətinin effektivliyi;
• siyasi münasibətlərdə mübahisəliliyin səviyyəsi;
• siyasi proseslər üzərində nəzarətin səlahiyyətləri;
• siyasi proseslərdə şəxsiyyətlərarası münasibətlər;
• siyasi proseslərdə informasiya və kommunikasiyanın səviyyə və keyfiyyəti.
Siyasi davranış vəziyyətinin strukturunun analizində "qeyri-rəsmi münasibətlərə" mühüm əhəmiyyət verilir. Qeyri-rəsmi münasibətlərin şəbəkələri həm siyasi institutların idarəçilik səviyyəsində, həm də siyasi fəaliyyətə cəlb olunmuş qruplarda formalaşır.
Qeyri-rəsmi münasibətlərin şəbəkələri siyasi institutların idarə edilməsi prosesinə mənfi və ya müsbət təsir göstərə bilər. Müəyyən şərtlər daxilində qeyri-rəsmi əlaqələr müəyyən "idaretmə fəlsəfəsi", idaretmə prosesində şəxsiyyətin və qrupların rolu ilə bağlı təsisatın aktuallaşdırıldığı müsbət hədəflərə çatmaq üçün istiqamətləndirilə bilər. Kollektiv demokratik dəyərlər və müvafiq siyasi mədəniyyət əsasında fəaliyyət göstərən siyasi təşkilatlar fəaliyyətin və məsuliyyətin azadlığının yüksək səviyyəsini, qrupların yüksək dərəcəli muxtariyyətini nəzərdə tutur.
Bir sıra tipoloji təzahürlərin seçilməsinin əsasında siyasi proses və sistemlərin tipoloji modeli (əsasən avtoritar və demokratik tiplər) formalaşdırılır. Bu təzahürlərə aiddir:
• siyasətin konseptual əsası;
• siyasi fəaliyyətin forma və metodları;
• siyasi institutların təşkili;
• siyasi nəzarətin təşkili;
• fərdlərin siyasətdə iştirakının səviyyəsi.
Siyasi prosesin modelini yaratmağa hər hansı cəhd müxtəlif cinsli amillərin və aralarındakı əlaqələrin çoxluğunu özündə birləşdirən mürəkkəb strukturla qarşılaşmalı olacaq. Siyasi proseslər – əksər hallarda "sistemləri" müəyyən edən yüksək dərəcəli çətinliklərə malik olan obyektlərdir.
T.Saatinin fikrincə, "çətinlik qarşılıqlı fəaliyyət, həm də qarşılıqlı asılılıqdır, belə ki, bir və ya bir neçə elementin davranışı digər elementlərin davranışlarına təsir edir. Məsələn, iqtisadiyyat energetika və digər ehtiyatlardan asılıdır, enerji ehtiyatlarının varlığı siyasətdən asılıdır, siyasət qüvvədən asılıdır, qüvvə isə hərbi gücdən və iqtisadi sabitlikdən asılıdır. Qeyd edək ki, bu qarşılıqlı asılılıqlar simmetrikdir: siyasət iqtisadiyyatdan asılıdır, eyni zamanda iqtisadiyyat da siyasətdən asılıdır.
Nəticədə dəyişkən intensivliyə malik olan simmetrik qarşılıqlı münasibətlərin mürəkkəb şəbəkəsini alırıq. Fərqləndirmə (differensasiasiya) vasitəsilə elementlərin fəqrləndiricilik dərəcələri onların yerləşdiyi mürəkkəb strukturda əhəmiyyətlilik qazanır. Differensiasiya adı altında biz qarşılıqlı fəaliyyətdə olan elementlərin sosial və funksional rolunu nəzərdə tuturuq, şübhəsiz biz fərqləndiririk; onlar unikal sxemdə genişləndirilir.
Mürəkkəblik təkcə qarşılıqlı asılılıqdan deyil, həm də qarşılıqlı fəaliyyət komponentlərinin sayından asılıdır. Buna görə də onun köməyi ilə mürəkkəbliyin tədqiq olunduğu model qarşılıqlı asılı hissələrin qarşılıqlı fəaliyyətinin sinregiyası nəticəsindən alınan yeni xassələrdən asılıdır. Bu xassələr təcrübədən asılı olmayaraq, ayrı-ayrı hissələrə məxsus olmur və əksər hallarda mövcud elementlərin qarşılıqlı fəaliyyətinin nəticəsi olan yeni elementləri və qəlibləri xarakterizə edir".
Sistem və sistem analizi nəzəriyyəsi üzrə geniş ədəbiyyat özündə sistem metodologiyasının tətbiqi hədləri və imkanlarına müxtəlif yanaşma və baxışları özündə birləşdirir. Sistem nəzəriyyəsinin əsasını qoyanlardan biri L.fon Bertalanfi bu sahədə üçəsas istiqaməti seçir:
• "müxtəlif elmlərdə sistem konsepsiyalarının emprik tətbiqi ilə məşğul olan sistemlər haqqında elm;
• sistem texnologiyası — idaretmə və sənayedə praktiki problemlərin analizinə nəzəri sistemin tətbiqi;
• məqsədi müəyyən elmi dünyagörüşün formalaşdırılmasından ibarət olan sistem fəlsəfəsi.
Müxtəlif yanaşmalar nəticə etibarilə davranışın və onlar tərəfindən "sistem" kimi baxılan genişmiqyaslı siyasi proseslərin vəziyyətinin diaqnostika qaydasını yaratmağa cəhd edir. Sistem metodologiyasının mərkəzi müddəaları bu cür tamamlanır:
• hər hansı genişmiqyaslı siyasi proses sistem kimi müəyyənləşir, belə ki, özündə insanların və vəziyyətin çoxfaktorlu şəbəkəsini əks etdirir;
• siyasi sistemin həyata keçirilməsində faktların, elementlərin və ya "dəyişkənliklərin" təcrid olunmuş tədqiqatları ilə öncədən görmək və planlaşdırmaq olmaz, ona görə ki, onların qarşılıqlı fəaliyyəti və qarşılıqlı asılılığı mütləq yeni xassə yaradır;
• siyasi sistemin həyata keçirilməsi mövcud sistemin elementləri mühit ilə dinamik tarazlığın təsis edilməsi prosesini özündə əks etdirir;
• elementlər qrupu arasında "impuls-impulsun qayıdışı" tipi üzrə fəaliyyət göstərən informasiya və ehtiyatların mübadiləsi üçün "energetik" münasibətlər mövcuddur;
• "energetik" münasibətlər sistemi qapalı zəncirvarı birləşdirdiyindən bütün elementlər qrupu, sistemin disbalansı impulsların stimulyasiyasının normal keçməsi, bütün sistem üzrə fəallığın qayıdış və sakitləşdirməsində pozulmalarla özünü göstərir.
T.Saati qeyd edir ki, "bəziləri sistemi onun hissələrinin qarşılıqlı fəaliyyətini terminlərdə müəyyən edir. Lakin sistemin onun strukturu, məqsədi, funksiyası, ayrı-ayrı fərdlərin və qrupların (münaqişə ehtimalı da buradan qaynaqlanır) perspektivləri nöqteyi-nəzərindən konstruksiyası və nəhayət, özündə yarımsistemi əks etdirən ətraf mühiti ilə tamdır (böyük ətraf sistem).
Sistemin praktiki məqsədi üçün əksər hallarda onun strukturu müvafiq olaraq onun hissələrinin fiziki, bioloji, sosial, hətta psixoloji sinifləndirilməsi, strukturun dinamikası və əlaqələri müəyyən edən material və insan axınına uyğun olan terminlərində baxılır. Funksiya, sistemin canlı və cansız komponentlərinin hansı funksiyası olmasına uyğundur; onlar hansı məqsədi yerinə yetirməlidirlər; bu məqsəd (sistemin ümumi məqsədinə aparan) hansı məqsədin daha yüksək qaydasının hissələridir; kimin məqsədi təmin edilir, fərdlər arasında hansı münaqişələr həll edilə bilər. Gerçəklikdə sistemin strukturu və funksiyası bölünə bilməz. Onlar bizim təcrübəyə əsaslanaraq başa düşdüyümüz reallığı özündə əks etdirir. Biz onlara eyni vaxtda baxmalıyıq. Bu planda struktur funksiyanın analizi üçün vasitədir".
Siyasi proseslərin strateji modelləşdirilməsi məqsədini nəzərdə tutanda "sistem yanaşması"nın mövcud variantlarına və ictimai elmlərdə tətbiqinə praqmatik yanaşılmalıdır. Sistem metodologiyasının tətbiqinin əsas məqsədlərindən biri yarımsistem kimi seçilən elementlər arasında qarşılıqlı münasibətlər şəbəkəsi haqqında müəyyən təsəvvürlərin dayanmasına əsaslanan siyasi sistemin dinamikasının analizidir. Sistemə daxil olan elementlərin xarakteristikası üçün seçilən göstərici və amillərin əhəmiyyətinin qiymətləndirilməsi müəyyən şkalalar həddinin köməyi ilə mülahizələrini formalaşdıran ekspertlərin işidir.
Ötən əsrin 60-70-ci illərindən miras qalan "emprik" və "normativ" modelləşdirilməsinin dürüst müəyyən edilməsi bu gün anaxronizm (köhnəlmiş anlayış) kimi görünür, hərçənd ki, adət üzrə hələ də bu təsnifatlandırmaya istinad edilir. Siyasətin sistem analizinin müasir prbolemlərinin işığında və onun praktiki reallaşdırılmasını "əməliyyat" və "strateji" modelləşdirmələrə ayırmaq lazımdır (kompyuter imitasiyasının proqram və metodlarını tətbiq etməklə).
Sistem dinamikasının əməliyyat modeli ilkin olaraq qərarların qəbulunda nəzərdə tutulan subyektlərin rasionallığının yüksək dərəcəsi ilə xarakterizə edilir. Bu, avtomatik nəzarət nəzəriyyəsinin "qərar qəbulunun qaydalarının optimallığı"nın ümumi idealının müddəalarına tam uyğundur. Baxılan sistemdə siyasət əks-informasiya əlaqəsinin təsiri ilə informasiya və ehtiyat axınına nəzarətin həyata keçirilməsi "qaydalarına" uyğun gəlir və buna əsasən analiz edilir. Əməliyyat problemlərinin həllində şübhəsiz uğurlara baxmayaraq, strateji tədqiqatların yeni nəslinə aid olan pozitivizmin məhdudulaşdırıcı baryerləri də ehtimal olunandır.
Ənənəvi konseptual arqument ondan ibarətdir ki, verifikasiya tələbləri pozitivizmin hər hansı "metafizik" düşüncəsindən qaçınır. Akademik fəlsəfədə bəlkə də bu müəyyən məna kəsb edə bilər, lakin strategiya sahəsində "metafizika" müəyyən fərd, qrup və ya təşkilatların hakimiyyət maraqlarına uyğundur. Bu faktorlara etinasızlıq yararsız yanaşmadır. Buna görə də, sistem dinamikası üzrə pozitiv mənbələrdə hakimiyyət maraqları və hökmranlığa istinadın az olduğu nəzərəçarpandır. Bu isə strateji analiz üzrə ədəbiyyatda müvafiq mövzuda daimi müzakirələrlə müşahidə edilir. Lakin subyektlərinin müvafiq "qayda"lardan "kodeks"ləri mənimsədikdən sonra siyasi qərarların qəbulunda hakimiyyət subyektlərinin əməliyyatçılarla əvəz olunacağını təsəvvür etmək çətindir. Təmiz praqmatik mülahizələr ondan ibarətdir ki, strategiyanın yeni generasiyası üçün pozitivist model o qədər də uyğun gəlmir. Məsələn, Böyük Britaniyada milli müdafiə problemlərinin nəhəng müxtəlifliyinin modelləşdirilməsi üçün sistem dinamikası uğurla tətbiq olunub. İngilis tədqiqatçısı R.Koyl bu sahədə mənbələrin kəşfini cəmləşdirmiş və nəticədə əməliyyat problemlərinə modelləşdirmənin tətbiqinin demək olar ki, sonsuz siyahısı alınmışdır. Bu modelin çoxluğu hərbi əməliyyatların dinamikası və rəqabətdə olan tərəflər arasında investisiya balansı tipində olan problemləri yarada bilər. Bu əməliyyatlarda iştirakın vacibliyinin səbəbləri və ya rəqabət tələblərinin nədən qaynaqlandığı kimi strateji məsələlər modelləşdirməyə qədər, özü də model istifadə olunmadan həll edilir. İngilis analitikləri D.Pauell və R.Koylun qeyd etdiyi kimi, burada səbəb sadədir — pozitivist model strateji qərarların analizinə uyğun gəlmir, belə ki, o nə strateji prosesin siyasi gerçəkliyini əks etdirir, nə də hakimiyyət subyektlərinin strateji xarakterli qərarlarının qəbul edildiyi siyasi nizamı.
Siyasət, təhlükəsizlik və biznes sahəsində mürəkkəb idaretmə sistemlərinin fəaliyyətinin təmini üçün yeni məsələlərin həllini bir çox analitiklər "əməliyyat" və "strateji" modelləşdirmə səviyyəsinin kombinasiyasında görürlər. Buna misal olaraq Kanadanın Milli Müdafiə Departamentinin müdafiə tədqiqatları və inkişaf agentliyindən olan M.Xazen və D.Kenedi planlaşdırmış və milli müdafiənin gələcək komanda sisteminin strukturunu aşağıdakı şəkildə xarakterizə edirlər:
• strateji qərarların qəbul (strateji modelləşdirmə);
• fasiləsiz modelləşdirmənin başlanmasını təmin edən situasiyanın dinamikasına nəzarət;
• modelləşdirmənin köməyi ilə müasirləşdirilən və komanda zəncirinin bütün səviyyələrini birləşdirən cəmlənmiş kommunikasiya;
• stratejidən fərdiyə silahlanma sisteminin saxta modelləşdirilməsi;
• özüuyğunlaşdırılan əməliyyatın mexanizmi — əməliyyat modelləşdirilməsi.
Bu istiqamətdə ABŞ, Böyük Britaniya, Kanada, Almaniya və digər ölkələrin bir sıra tədqiqat mərkəzlərində intensiv işlər aparıldığı üçün gec və ya tez onların öz idaretmə sistemlərini daha keyfiyyətli əsaslara söykənən başqa sistemə keçirəcəklərinə şübhə yeri qoymur.
8. Strateji təhlil: siyasi fəaliyyət və təsisatların əsas əlamətləri
Siyasət, müharibə və ya biznes kimi strateji ideyaların tətbiq olunduğu insan fəaliyyətinin müxtəlif sahələri kimi bir çox ümumi əlamət və xüsusiyyətlərə malikdir. Bununla belə, onların tərkibini müəyyən edən elementlər mahiyyət etibarilə kefiyyət baxımından bir qədər fərqli olaraq qalır. V.Yefremov özünün "Biznessistemdə strateji planlaşdırma" kitabında yazır: "Strategiya anlayışı və onun istifadəsi ilə əlaqəli olan ideyalar ilkin olaraq iqtisadiyyat elminə hərbi sahədən gəldi. Onun bugünkü iqtisadi mənası ilkin mənasından ciddi şəkildə fərqlənir. Bir qayda olaraq, hərbi strategiya adı altında düşmənə qarşı plan başa düşülür, ticarət təşkilatlarının strategiyası deyəndə isə yüksək kommersiya effekti əldə etməyə yönəlmiş fəaliyyət planı nəzərdə tutulur. Müharibə həm hücumu, həm də müdafiəni nəzərdə tutur, amma nə olursa olsun, bu zaman hədəf düşmənə maksimal zərər yetirmək olur. O qədər vacib olmasa da, biznes-strategiya da şirkətin rəqibləri ilə mübarizədə bəzi elementləri nəzərdə tuta bilər. Ona görə ki, öz-özlüyündə rəqiblər kommersiya effekti almaq perspektiv nöqteyi-nəzərindən şirkəti maraqlandıran obyekt deyillər. Bir rəqibdən yaxasını qurtaran şirkət tezliklə yeni rəqibə rast gələ bilər. Strateji planlaşdırma sahəsində belə onu başlanğıc nəzəri vəziyyətinə təkrar-təkrar müraciət etməyə məcbur edir".
Lakin biznes-strategiyanın hədəfi kimi həmişə əsas "obyekt" "rəqib" deyil, digər fiqur — "istehlakçı" nəzərdə tutulur. Strateji planlaşdırmanın konsepsiyası kimi hansı mövzunun işlənməsinə baxmayaraq, onun "biznes-məkan"da obyekti məhz "istehlakçı"dır.
V.Yefremov kitabında yazır: "Ticarət təşkilatlarının diqqət mərkəzində həmişə öz maraqları və istəkləri ilə alıcı dayanır. Həmin təşkilatın kommersiya uğuru alıcılarla münasibətlərin qurulmasından asılıdır. Alıcısını qazanmaq üçün şirkətin öz rəqibləri ilə birbaşa mübarizəyə girməsi qətiyyən vacib deyil. Hərçənd ki, ədalət naminə qeyd etmək yerinə düşər ki, hətta bir şirkətin alıcı ilə sadə münasibətləri birbaşa və dolayısı yolla onun rəqiblərinin maraqlarına toxunur. Bununla yanaşı, məsələn, şirkət bazara insanların xüsusi tələblərinə cavab verən tamamilə yeni məhsul çıxarırsa, bu zaman rəqiblər olmaya bilər.
Məhsulun istehsal xərclərini azaldaraq və buna müvafiq olaraq bazar qiymətlərini aşağı salaraq rəqibə dolayı yolla təsir göstərməklə alıcı uğrunda mübarizə aparmaq olar. Belə ki, bu halda məhsula marağı olduqca artıra və rəqibin satışını aşağı sala bilər.
Görünür, ilkin vaxtlarda mütəşəkkil biznes iqtisadi böhran şəraitində strateji planlaşdırma problemi ilə üzləşib. Məhz belə şəraitdə bir müəssisənin zəif, digər müəssisənin güclü tərəfləri aydın surətdə görünür. Bu zaman rəqabət gərginlik həddinə qədər çatır, qalib rəqib üzərində böyük rəqabət üstünlüyünə malik olan deyil, biznes-məkanda öz vəziyyəti ilə əlaqəli olan sahədə üstünlüyə sahib olanlar olur".
Biznesdə olduğu kimi demək olar ki, "siyasi məkanda" da hakim mövqe əldə etmək uğrunda mübarizə aparan təşkilatın diqqətini cəlb edən "istehlakçı" mövcuddur. Demokratiyanın dinamikasını müəyyən edən elektoral dövrə kontekstində nəzərdə tutulan fiqur kimi "seçici" tipi, daha geniş planda isə — "siyasi insan" dayanır. Nəzəri cəhətdən verilən tipi onun bəzi siyasi fəaliyyətləri və təsisatlarının "əsasları"na ayırmaq olar. Bu vəzifə özündə olduqca mürəkkəb təşəbbüsü əks etdirsə də, onu həll etmək lazımdır. Belə ki, vəziyyəti təşkil edən bütün amillərin yekunu ilə birgə "siyasi insan"ın fəaliyyətinin əsaslarını hesaba almadan və başa düşmədən strategiya mümkün deyil. Strategiya, hər şeydən əvvəl vəziyyətə sistemli baxışdır və bu baxış davranışın "əsaslarını" və onun sistemdə koordinatlarını müəyyən etməlidir. Burada məşhur alman sosioloqu və iqtisadçısı Verner Zambortun (1863-1941) "Burjua: müasir iqtisadi insanın mənəvi inkişaf tarixi üzrə etüdlər" (1913) və "Ticarətçilər və qəhrəmanlar" (1915) əsərlərində dilə gətirdiyi yanaşmaya əsaslana bilərik. Onun elmi yaradıcılığının əsas metodoloji problemi mücərrəd nəzəriyyə ilə məşğul olmanın və primitiv emprizmin ifratçılığı aradan qaldıraraq "kapitalizm mənəviyyatı"nın fəlsəfə və psixologiyasının sosiologiyanın emprik səviyyəsinə qoymaq cəhdləri ilə şərtləndirilir.
Zombartın təbirincə, kapitalizm özünün psixoloji əsasları ilə kapitalizmə qədərki və saxta kapitalizm tiplərindən fərqlənir: istehsal gəliri şəxsi istehlakdan vacibdir və ya başqa sözlə desək, təsərrüfat sisteminin istehsal məqsədləri bütün qalanları üzərində üstünlük təşkil edir. Buna uyğun olaraq o, təsərrüfat fəaliyyətinin iki əks tipini müəyyənləşdirir. Bu isə öz ölçüləri ilə Veberin iqtisadi davranışın rasional və irrasional tip təsnifatlandırılmasına uyğundur. Fərdi və qrup psixologiyası səviyyəsində bu müqayisəetmə şəxsiyyət və sosial qrupların yaradıcı və istehlakçı tiplərini ayırmağa əsas verir. Zombarta əsasən, onların arasında mübarizənin çıxışı təkcə təsərrüfat sisteminin deyil, həm də konkret cəmiyyət və millətin də tarixi taleyini müəyyən edir.
Bu vəzifənin həll edilməsi üçün V.Zombart yeni nəzəriyyəçi və yeni eprik düşüncənin lazım gəldiyini güman edir. M.Veber kimi o da tarixi məktəbin xəttini izləyərək hesab edir ki, konkret hərəkətlərin səbəblərinin çoxluğuna baxmayaraq, hər tarixi dövrdə müəyyən səbəblər üstünlük təşkil edir. Tədqiqatçının vəzifəsi bu və ya digər dövrdə üstünlük təşkil edən "səbəblər sırası"nı seçmək və bu əsasda təsərrüfat həyatının tipik obrazını ayırmaqdır. Onun fikrincə, "universalizm" iddialarından imtina edərək hər dövrün öz nəzəriyyəsini yaratmaq lazımdır.
XİX-XX əsrlərin hüdudlarında alman mühitində parlamentarizmin təşəkkül tapma şansını analiz edən M.Veber yazırdı ki, "bu dövrdə almanların siyasi natamamlığı hökmranlıq edən məmurların nəzarətsizliyini və hakimyyət altında olan əhalinin iştiraksızlıq və məsuliyyətsizlik, habelə məmur işləri prosesi və şərtlərinə maraqsızlıq vərdişinin nəticəsini özündə əks etdirir. Yalnız siyasi cəhətdən yetkin xalq — "hakim xalq" öz işlərinə nəzarəti əlində saxlayan, habelə seçilmiş təmsilçilərinin köməyi ilə həlledici şəkildə özlərinin siyasi liderlərinin seçimində iştirak edən insanlar xalq adlandırıla bilər".
İslahat siyasəti, daha dəqiq desək, milli miqyasda siyasi strategiya vətəndaş cəmiyyəti tərəfindən dəstək almadan həmişə problematikdir. Qeyri-sabitliyin və dövlət-millətin daxilində ziddiyyətlərin əsas səbəbi siyasi demokratiyanın əsas prinsipləri, dövlət hakimiyyətinin fəaliyyət göstərən strukturu və siyasi səbəblərin əsas tipləri arasında tarazlığın olmamasıdır. Bu baza səbəblərini aradan qaldırmadan ayrı-ayrı struktur və hüquqi təkmilləşmə aparmaq mümkün deyil.
Cəmiyyətdə hansı tip siyasi əsasların daha üstünlük təşkil etdiyi barədə mühakimə yürütmək üçün ona müəyyən forma və davamlı müəyyənlik verən bir neçə həddini araşdırmaq lazımdır:
1) rasionallıq səviyyəsi və ya siyasəti başadüşmə xüsusiyyəti;
2) siyasi sahədə fəaliyyətin tipik cizgiləri; 3) müəyyən siyasi idealların seçilməsi.
Əgər söhbət genişmiqyaslı islahatların aparılmasından gedirsə, onda demokratik rejimlərdə əhalinin dövlətin iqtisadi siyasətinin məğzi və hədəfini başa düşməsi ilə ictimai həmrəylik əldə edilir. Bu mənada kollektiv düşüncədən rasionalizmin bəzi səviyyəsi tələb olunur. Avtoritar rejimlər üçün bu cür həmrəylik lazım deyil. Belə ki, bütün iqtisadi siyasət "lider"in idarəsindən asılıdır və güc tətbiq etməyə söykənir. Burada kollektiv təsəvvürün lazımi elementləri irrasionalizm olur. Plutokratik tərzdə nəzərə çarpdırma ictimai düşüncənin manipulyasiyası üçün edilir, buna görə də kollektiv düşüncə kibernetika terminologiyası istifadə edilərək xəbərsizlik amilini (ignorance factor) xarakterizə edir.
Müasir postsovet ölkələrinin "əsas ideya" bazasını "statuslu yoxsulluq" tərifi verilən cəmiyyətin yeni "sinfi" təşkil edir. Həyat səviyyəsinin xaricində olan aşağı göstərici yekunda kütləvi fərqləndirilməmiş həyat tərzi formalaşdırır. Bu halda bütün peşəkar məhsuldar qruplar bioloji yaşam səviyyəsində fərqləndirilmədən mənfi tarazlanmaya məruz qalır. Bu həyat tərzi məhz belə cəmiyyətlərdə niyə peşəkar statusun siyasi yönləndirmənin sosial əsası qismində rol oynamadığını müəyyən qədər izah edir.
Sovet sistemindən miras qalan siyasi mədəniyyətin avtoritar tipi ilə uyğunlaşdırmada "statuslu yoxsulluq" həyat tərzi peşəkar məhsuldar qrupların özünəməxsus siyasi maraqları və onun qanuni ifadəsi və ya institutlaşdırılması üsullarını dərk etməsinə mane olur. Bu isə öz növbəsində cəmiyyətdə maraqlı qrupların sistemi, partiyalı sistem, bürokratiya üzərində parlament nəzarəti, yerli icmaların özünüidarəsi kimi konstitusion demokratiyanın institutlarının inkişafı üçün lazımi sosial-iqtisadi şəraitin çatışmadığı mənasını verir. Həyat tərzi bioloji yaşamla məhdudlaşan "statuslu yoxsulluğ"un konkret sosial-iqtisadi vəziyyəti ilə "nominal demokratiya" rejiminin siyasi strukturları arasında dərin ziddiyyət mövcuddur.
Kütləvi düşüncəyə təsir metodları ilə bu rejim hansı yetkinliyə sahib olmasına baxmayaraq sosial-iqtisadi böhranların "ideoloq" və vədləri ilə həll edilə bilməz. Buna görə də prinsipcə stabil siyasi rejimə aid olmayan "nominal demokratiya" həmişə "statuslu yoxsulluğ"un öz institutlarına qarşı legitimlik və etimad problemi ilə rastlaşır.
Dövlət hakimiyyətinin vasitələrinin ali bürokratiya və "hakim sinif"dən ibarət hakim azlığın əlində cəmləşməsi şəraitində məhsuldar sosial-peşəkar qrupların dövlət səviyyəsində öz maraqlarını müstəqil nümayiş etdirməsi şansları real görünmür.
Məhz keçid dövrünün bu tipli xüsusiyyətlərini nəzərə alan, Azərbaycan Respublikasında həyata keçirilən islahatlar konstitusiyon əsaslara malik olduğu üçün keyfiyyətcə yeni hüquqi müstəvi formalaşdırmaqla iqtisadi və siyasi sferada digər postsovet ölkələrindən xeyli fərqli mənzərə yarada bilmişdir. Ona görə də, hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi cəmi 5,5 %-lə kifayətlənir. Bioloji yaşam isə qeyd olunan sosial məzmunda bizdə əhəmiyyət kəsb etmir. Çünki həm bir fərdin bioloji yaşamla bərabər digər mədəni, intelektual və mənəvi yaşam şərtləri də müəyyən ölçüdə təmin edilib.
Siyasi məlumatların işlənməsi və analizi üçün lazımi vasitələrin seçilməsi araşdırmaya əsaslanan konseptual modellə baş tutur. Və verilmiş kontekstdə siyasi fəaliyyətlərin əsaslarının "dominant" olması istisna deyil. Məlumatların yığılması vasitələri müxtəlif sorğu şəkillərində ola bilər. Bu hal üçün uyğun gələn analizin statistik proseduru üçün isə faktor analizi, çoxölçülü şkalalaşdırma, diskriminant funksiya və daha münasibi olan klaster analizi ola bilər.
Faktor analizi verilən məlumatların interval şkalada ölçülməsini nəzərdə tutur və normal bölüşdürmə adlanan təzahürlərə cavab verir. Faktor analizi onların arasında bütün sistemə əsaslanan münasibətləri qurmaq üçün müəyyən "hallar" sistemində "dəyişkənliklər" arasında korrelyasiyanı istifadə edir. Klaster analizinin bəzi növlərində əksinə hansı şkala üzrə olması və dəyişkənliklər arasında "məsafə"nin necə hesablanması elə də vacib deyil. Belə ki, klaster analizi obyektlərin taksonomiyasının (dərəcələnməsi) müəyyən edilməsinə hesablanıb.
Hesablanma nəticələrinin təsviri baxımından çoxölçülü şkalalaşdırma texnikası faktor analizi ilə çoxlu ümumi oxşarlığa malikdir. O bütün sistemdəki güclü korrelyasiya əlaqələri ilə xarakterizə olunan bəzi dəyişkən qruplara məxsus obyektlərin seçilməsi üçün nəzərdə tutulur. Diskrimnant funksiyalar texnikası araşdırmaçıya bu və ya digər "hallar"ın (birbaşa əks-şərtlər klaster analizinə yer qoyur) hansı qruplara məxsusluğunun məlum olmasını nəzərdə tutur. Bu texnikanın köməyi ilə hansı "dəyişkənliyin" məhz tədqiq olunan qruplar arasında fərqi daha yaxşı şəkildə nümayiş etdirdiyini müəyyənləşdirmək olar.
Digər metodlardan fərqli olaraq klaster analizi obyektlərin taksonomiyasının müəyyən edilməsinə hədəflənir və dəyişkənliyin gizli qruplaşmalarını müəyyən edir. Bu planda o daha çox siyasi fəaliyyətin "əsas" sübutlarının analizinə uyğun gəlir. Klaster analizi anlayışı sorğu nəticəsində əldə edilən məlumatların dərəcələndirmə təsvirinin bir sıra alqoritmlərini əhatə edir (məsələn, müəyyən dairədə seçicilərin sayı). Verilən halda analitikin izlədiyi əsas məqsəd strukturun elmi əhəmiyyəti və ya dərəcələndirilməsində "məlumatlar toplusu"nun təşkilindən ibarətdir.
Məlumatların eyni ölçüdə paylanması, habelə nəticələrin təsviri üçün tez-tez tətbiq edilən müsahibələrin anketlərinin suallarına cavabların paylanması bu məqsədə çatmaq üçün nəzərdə tutulur. Klasterlərin mövcudluğu və yoxluğu, müəyyən səviyyədə daxili təzahürlər arasında və klastrer qruplaşmaları arasında əlaqələrin sıxlığı kollektiv düşüncənin gizli vəziyyətini xarakterizə edir. Buna uyğun olaraq siyasi gərginliyin real səviyyəsi haqqında mühakimə yürütmək də olar.
Təsnifatlandrma hesabına siyasi gerçəkliklərin elmi izahına imkan yaranır. Bunun həyata keçirilməsi üçün klaster analizi texniki imkan verir. Bu kontekstdə statistik texnikanın bəzi əsas anlayışlarını dəqiqləşdirmək, bununla yanaşı, kalster analizini alternativ statistik prosedurlarla müqayisə etmək faydalıdır. Hər şeydən əvvəl bu "dəyişən" anlayışı bizim elmi-tədqiqat prosesində qeydə aldığımız sosial situasiyadır. Onlar müxtəlif münasibətlərdə öz aralarında konkret tədqiqat prosesində fərqlənə bilərlər. Məsələn, siyasi gərginliyin səviyyə və səbəblərinin müəyyənləşdirilməsində "dəyişkənlik" faktorunun öyrənilməsi vacibdir.
"Dəyişkənliyin" rolu korrelyasion və ya eksperimental emprik tədqiqatlarda fərqlənir. Birinci halda analitik dəyişkənliyə təsir cəhdində bulunmur, yalnız dəyişkənliklər arasındakı əlaqələrin həcmini müəyyən etmək məqsədilə müəyyən statistik texnikanın köməyi ilə onları ölçür. Məsələn, onlar siyasi situasiyanın bu və ya digər aspektlərinə münasibətlərindən asılı olaraq qiymətləndirilir. Eksperimental tədqiqatda isə əksinə, analitik dəyişkənliyin əhəmiyyəti digər dəyişkənliyə təsiri ilə ölçülür. Öz növünə görə emprik siyasi araşdırmalar korrrelyasiona aid edilir. Dəyişkənlər arasında korrelyasion əlaqələrin təsviri klaster analizində həlledici rol oynamır, belə ki, onun əsas hədəfi gizli qruplaşmaları müəyyən etməkdir. Ancaq bu cür təsvirin baza vəziyyətini də hesablamaq lazımdır.
Birincisi, korrelyasiya əmsalı əlaqələndirilmiş dəyişkənlərlə siyasi quruluşlar arasında səbəbiyyət əlaqələrini müəyyən etmək üçün nəzərdə tutulmayıb. Harada səbəb əlaqəsi mövcuddursa, korrelyasiyanı da aşkar etmək olar, yaxud əksinə, əlaqələndirilmiş dəyişənlər səbəb-nəticə münasibətlərinin mürəkkəb sisteminin daxilində fəaliyyət göstərir. Siyasi fəaliyyətin öyrənilən növünün səbəb kompleksinin aşkar edilməsi və təsviri üçün korrelyasiyanın müəyyənləşdirilməsi yalnız idrak sxemində əvvəlcədən ortaya qoyulmuş və razılaşdırılmış çərçivədə məna kəsb edir.
İkincisi, onu nəzərə almaq lazımdır ki, korrelyasiyanın əmsalı digər dəyişkən kəmiyyətləri daxil etmək və ya analizdən xaric etməklə öz əhəmiyyətini əsaslı şəkildə dəyişə bilər. Statistikada isə bu cür dəyişikliklərin səbəb-nəticə təsviri imkanları çatışmır. Bu təsvir yalnız müəyyən nəzəri konsepsiyaların terminlərində dilə gətirilə bilər.
Əgər analitik sorğunun köməyi ilə siyasi həyatın etnosentrizm, avtoritarlıq, legitimlik, gərginlik səviyyəsi və s. kimi fenomenləri tədqiq etmək niyyətindədirsə, o respondentə bir sıra sualları elə tərzdə hazırlamalıdır ki, cavab variantları bu fenomenlərin xarakteristikası üçün "dəyişkənliyin" tam dəstinə uyğun izah edilsin. Klaster analizinin texnikası bu cür dəyişkənliyin oxşarlığının statistik emalı üçün imkan yaradır.
"Müstəqil" və "asılı" dəyişkənliklər arasında fərq yalnız ekperimental tədqiqatlarda məna kəsb edir. Ona görə ki, burada eksperimentin gedişi zamanı əhəmiyyətini dəyişən dəyişkənliklər başa düşülür. Digər dəyişkənliklər isə süni dəyişikliklərin nəticəsi kimi qeydə alınır.
Seçilmiş ölçmə şkalasına uyğun olaraq bütün dəyişkənliklər təsnifatlandırılır: 1) nominal; 2) dərəcəli (sıra ilə); 3) interval. Birincilər yalnız respondentlərin bu və ya digər seçmə kateqoriyalarına məxsusluğu səviyyəsində kvantifikasiyalaşdırıla bilər. Ancaq təzahür intensivliyinə əsasən hər hansı statistik əlaqələr qaydasına daxil edilə bilməz. Bunlar cins, irq, rəng, vətəndaşlıq kimi dəyişənlərdir.
İkincilər müəyyən qaydada dərəcələndirmə imkanı verir, amma təzahür intensivliyinə əsasən kvantifikasiyalaşdırıla bilməz. Respondentlərin terminlərdə ("yaxşı-pis", "çox-az") bütün qiymətləndirilən mülahizələri dərəcələndirmə dəyişkənliyinə aiddir. Üçüncülər təkcə dərəcələndirilmir, həm də göstəricilərin (məsələn, ailənin bir üzvünə düşən gəlirlərin səviyyəsi) intensivliyinə görə, kvantifikasiyalaşdırılır.


Yüklə 395 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin