Mühazirə 6 Sistemli analizdə çoxvariantlı seçim məsələləri



Yüklə 499,51 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix08.09.2023
ölçüsü499,51 Kb.
#142049
növüMühazirə
  1   2   3   4   5   6
6-MÜHAZİRE october



Mövzu 5 
Mühazirə 6

Sistemli analizdə çoxvariantlı seçim məsələləri 
Pareto optimal həll analyışı. Pareto çoxluğun formalaşdırılması. Pareto optimal həllin 
təyini üçün istifadə olunan genetik alqoritm haqqında
Qərar qəbuletmədə çoxvariantlı seçim məsələlərində ən optimal həlli təyin etmək üçün 
müxtəlif prinsiplərdən, o cümlədən pareto optimallıq prinsipindən istifadə olunur. Bu 
prinsip elmi ədəbiyyatlarda müxtəlif adlarla istifadə olunur. 
80/20 Prinsipinin(Pareto 
prinsipinin) əsasını təşkil edən riyazi asılılıq bundan 100 ildən çox daha öncə, 1897 – ci 
ildə italyan iqtisadçı Vilfredo Pareto tərəfindən müəyyən edilmişdir. Onun ixtirasını 
müxtəlif cür adlandırırdılar, o cümlədən Pareto prinsipi, Pareto qanunu, 80/20 qaydası, ən 
az səy prinsipi, Disbalans prinsipi. 80/20 Prinsipi geniş kütləyə aşkar olmasa da, indiki iş 
adamlarına, biznesmenlərə, entuziast-kompüterçilərə, texniki nəzarət şöbələrinin 
mütəxəssislərinə böyük təsir göstərmişdir və beləliklə, hazırda yaşadığımız dünyanın 
formalaşmasına gətirib çıxarmışdır. Buna baxmayaraq, 
80/20 Prinsipi bizim zəmanənin 
ən böyük sirrlərindən biri olaraq qalır və onun haqda biliklərə malik olanlardan bir 
çoxları da onun gücünün yalnız bir hissəsindən istifadə edirlər. 
Bəs Vilfredo Pareto nəyi aşkara çıxarmışdır? O, XIX əsrdə İngiltərədə var-dövlət və 
gəlirlərin bölüşdürülməsini nəzərdən keçirmişdir. O, aydınlaşdırmışdır ki, gəlir və 
material dəyərlərin çox hissəsi tədqiq olunan qruplarda insanların az bir hissəsinə 
məxsusdur. Ola bilsin ki, burada Pareto üçün təəccüblü heç nə yox idi. Amma o, özünün 
fikrincə iki mühüm faktı da müəyyənləşdirmişdir. Birincisi, insan qrupunun sayı ilə 
(nəzərədn keçirilən əhalinin ümumi sayına faizlə nisbətdə) bu qrupun nəzarət etdiyi var-
dövlət və gəlir arasında dəyişməz riyazi əlaqə vardır. Başqa sözlə desək, əgər insanların 
20%-nin material dəyərlərin 80%-nə malik olduqları məlumdursa, əminliklə demək olar 
ki, əhalinin 10%-i material dəyərlərin 65%-nə, 5%-i isə - 50%-nə malikdir. Pareto üçün 
burada başlıca olan rəqəmlər deyildi, var-dövlətin əhali arasında balanslaşdırılmamış 
bölgüsü idi. 


V.Pareto müxtəlif dövrlərdə bir neçə ölkənin gəlirlərin bölgüsü üzrə statistikasını 
öyrənərək 1897-ci ildə cəmiyyətdə sərvətin bölgüsü üzrə müəyyən dayanıqlılığın 
olduğunu aşkara çıxarmışdır: sərəncamda olan mülkiyyətin hər ikiqat artımına nail olan 
insanların sayı daimi vuruqlu həndəsi silsilə ilə azalır . Pareto belə nəticəyə gəlmişdir ki,
cəmiyyətdə mövcud olan gəlirlərə görə bərabərsizlik təbii qa nunauyğunluqlara 
bənzəyir və pul sistemində bu qanunun təsirini bir qədər azaltmaq mümkün olsa da, onun 
aradan qaldırılması qeyri-mümkündür. Pareto insanların gəlirlər üzrə bərabərsizliyini 
sosial mühitin natamamlığı ilə deyil, təbii qabiliyyətlərin qeyri-bərabər bölgüsü ilə əlaqəli 
olduğu qənaətinə gəlmiş və cəmiyyətin iqtisadi gəlirlərə görə sosial strukturunun yenidən 
qurulması məsələlərinə bir qədər skeptik yanaşmışdır. 
Görkəmli neoklassik iqtisadi nəzəriyyənin nümayəndəsi, riyazi məktəbin nəzəriyyəçisi, 
L.Valrasın tələbəsi və onun "lozan məktəbi" üzrə davamçısı Vilfredo Pareto (1848-1923) 
müvazinat nəzəriyyəsinin optimal xarakterini tədqiq etmişdir. Özündən əvvəlki 
sələflərindən fərqli olaraq iqtisadi hadisələrin səbəb nəticə əlaqələrindən tamamilə imtina 
edir. Onun üçün Cevonsun və Valrasın öyrənməyə cəhd etdikləri qiymətin, son 
faydalılığın, tələbin, təklifin və xərclərin qarşılıqlı əlaqə daşımasının heç bir əhəmiyyəti 
yoxdur. Pareto əsas diqqətini "xalis" iqtisadi nəzəriyyənin yaradılmasına yönəldir. 
İqtisadi hadisələrin gedişatında "məntiqi metoddan" deyil, "riyazi" metoddan istifadə 
edir. 
Onun 
1898
-ci ildə dərc etdirdiyi iki cildlik "Siyasi iqtisad kursu" və 1906-cı ildə dərc 
etdirdiyi Siyasi iqtisadın təlimi əsərlərində ümumi müvazinat nəzəriyyəsini 
əsaslandırmışdır. 
Ümumi tarazlıq üçün tələb və təklifin uyğun olaraq istehlak və istehsalın oynadığı rolu 
əsas götürən V.Pareto "xalis" iqtisadi nəzəriyyə ideyasına sadiq qalaraq hesab edirdi ki, 
gəlirlərin bölgüsündəki qeyri-bərabərlik onların sinfi xarakterindən irəli gəlmir. Bu qeyri-
bərabərliyin əsas səbəbi istehsaldır. O yazırdı ki, "Yoxsul siniflərin" rifah halının artımı 
hər şeydən əvvəl istehsalın problemidir. Yoxsul siniflərin vəziyyətinin yaxşılaşdırmasının 
ən düzgün vasitəsi-sərvətin üstün artırılmasıdır. 
"Siyasi iqtisadın tə'limi" əsərində V. Pareto faydalılığı kəmiyyətcə xarakterizə 
olunmasının ən'ənəvi baxışlarını şəxslər arası faydalılığın müqayisəsini inkar etmişdir. İlk 
dəfə olaraq maksimum ictimai fayda məvhumunu əsaslandırmışdır. İqtisadi 
ədəbiyyatlarda maksimum ictimai fayda "Pareto optimumu" kimi adlandırılır. Maksimum 


ictimai faydaya nail olunmasının əsas me'yarını da Pareto resursların düzgün 
bölüşdürülməsində görürdü. 

Yüklə 499,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin