GIRIŞ
Son illər neft sənayesi yeni yüksək məhsuldarlıqlı və mürəkkəb qazıma maşın və mexanizmləri ilə zənginləşmişdir.
Neft və qaz yataqlarının qazılmasında yeni və qabaqcıl texnikanın tətbiqi qazıma sürətinin artmasında bilavasitə öz sözünü demişdir. Lakin qazıma avadanlıqlarının istismarı göstərir ki, maşın və mexanizmlər barədə kifayət dərəcədə biliyin olmamasından, onlara qulluq qaydalarına riayət edilməməsindən, qazıma avadanlıqlarının planlı – xəbərdarlıqlı təmirinin təşkilinin qeyri qənaətbəxş olması səbəbindən qazıma avadanlıqlarının boşuna dayanmasında daha çox vaxt itkisinə yol verilir.
Qazıma maşın və mexanizmləri barədə rəsmi normativ buraxılışların və ədəbiyyat materiallarının pərakəndəliyi səbəbindən onlara qulluq, tez yeyilən ehtiyat hissələri və profilaktik təmir barədə lazım olan zaman məlumat almaq olmur.
Göstərilən materialların bir məlumat kitabında yığılması neft sənayesi mexaniklərinin gündəlik istifadəsi üçün mərkəzləşmiş məlumat materialı ola bilər.
Hazırki zamanda maşınların keyfiyyətinin, etibarlılığının və uzunömürlülüyünün yüksəldilməsi problemlərinə böyük diqqət yetirilir. Bütün bu məsələlərin həlli birinci növbədə həll olunacaq məsələlər sırasına daxil olmaqla dövlət əhəmiyyəti kəsb edir.
Etibarlılıq nəzəriyyəsinin metodları müasir dövrdə dərin işlənmiş və bunun nəticəsi kimi radioelektronika və texnikanın digər sahələrində geniş tətbiq olunmuş, lazımi həcmdə statistik verilənlərin alınmasının mümkünlüyü texniki iqtisadi cəhətcə özünü doğrultmuşdur.
Mexaniki obyektiv-maşınlar, cihazlar və mexanizmlərin etibarlılığının yazılmasında riyazi metodların tətbiqi prinsipial çətinliklərlə üzləşir. Bu çətinliklər statistik verilənlərin kifayət dərəcədə olmaması, ətraf mühit və yüklənmənin təsirindən bərk cismin dağılma prosesinin müxtəlif növlü və mürəkkəb olması ilə əlaqədardır. Bu obyektlər üçün etibarlılığın riyazi metodlarının işlənməsi ümumiyyətlə imtina əmələ gətirən proseslərin fiziki modelləri əsasında mümkündür.
Dostları ilə paylaş: |