Sözlər bir dildən başqasına müxtəlif şərait və zamanlarda, əsasən, aşağıdakı yollarla keçir



Yüklə 23,45 Kb.
tarix05.01.2023
ölçüsü23,45 Kb.
#78471
referat 6169


\\DDFAlınma sözlər: Müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin bir qismi də dilimizə başqa dillərdən gəlmişdir. Bu sözlər müəyyən tarixi faktorlar , məkan və zaman münasibətləri ilə əlaqədar olaraq müxtəlif dillərdən dilimizə keçmişdir.Belə sözlər öz tarixiliyi etibarilə Qafqaz dillərindən, ərəb dilindən ,fars dilindən, rus dili vasitəsilə dilimizə keçmişdir.Başqa dildən yalnız sözlər deyil, ifadə və şəkilçilər də alına bilir.Alınma sözlər bütün dillərdə eyni miqdarda deyildir. Onların miqdarı bəzilərində çox , bəzilərində isə az olur.Alınma sözlərin çoxluğu nə dilin müstəqilliyini inkar edir, nə də onun təsir gücünü azaldır.
Sözlər bir dildən başqasına müxtəlif şərait və zamanlarda, əsasən , aşağıdakı yollarla keçir.

  1. Zəruri və məcburi yoll: Bu yolla alınan sözlərə zəruri və məcburi alınma sözlər deyilir.Zəruri və məcburi alınma sözlər öz növbəsində iki yerə ayrılır: Zəruri alınmalar,məcburi alınmalar.

Başqa dillərdən müəyyən təlabatla bağlı olaraq alınan sözlər zəruri alınmalardır.Zorakılıq nəticəsində alınan, yaxud keçən sözlər isə məcburi alınmalardır.
2)Ədəbi və danışıq dili vasitəsilə : Belə sözlər ədəbi və danışıq dili vasitəsi ilə alınan sözlərdir.
Ədəbi dilimizdə istər yazılı, istərsə də şifahi yolla, əsasən, elmi, siyasi və s. terminlər, beynəlmiləl sözlər alınır, Bu, dilin hər bir dövründə baş verir.

  1. Vasitəli və vasitəsiz yolla alınma sözlər.Bu yolla alınma sözlərə vasitəli və vasitəsiz alınma sözlər deyilir

Hər bir dil başqa dilin sözlərini, ya birbaşa özü, ya da özgə bir dilin vasitəsilə alır. Başqa dilin sözləri bilavasitə mənbə dildən alınmışsa, bunlar vasitəsiz alınma sözlər adlanır.


Sözlər bilavasitə mənbə dildən yox, başqa bir dilin vasitəsilə alınmışsa , bunlar vasitəli alınma sözlər hesab edilir.Məsələn: dilimizdəki rus dilinə məxsus olan sözlər vasitəsiz alınmalardır,rus dili vasitəsi ilə dilimizə keçən avropa sözləri isə vasitəli alınmalardır.

Azərbaycan dilində alınma sözlərin səbəbləri


Azərbaycan dilinin leksik tərkibində həm qonşu, həm də qonşu olmayan xalqların sözləri vardır. Bütün bu sözlər dilimizə təsadüfi olaraq deyil, əsasən , aşağıdakı səbəblər nəticəsində daxil olmuşdur:
1)Tarixən xalqımızın bir sıra istilalara məruz qalması nəticəsində
2) Xalqımızın tarix boyu onu Şərqdən, Qərbdən , Cənub və Şimaldan əhatə edən xalqlarla qonşuluq münasibətlərində yaşaması.
3)Azərbaycanın coğrafi şəraiti hesabına
4)Obyektiv inkişaf qanunları ilə əlaqədar olaraq
5)Başqa xalqlarla siyasi, iqtisadi , elmi , mədəni əlaqələr nəticəsində və s...
Azərbaycan dilindəki alınma sözlərin təsnifi:
Alınma sözlər, əsasən , aşağıdakı cəhətlərinə görə təsnif olunur:
1)Tarixinə görə
2) İşlənmə dairəsinə görə
3) Mənşəyinə görə
Alınma sözlər təsnif olunarkən mənbə dil əsas götürülməlidir.Azərbaycan dilindəki alınma sözləri mənşəyinə görə aşağıdakı qruplara bölmək olar:

  1. ərəb mənşəli sözlər

  2. fars mənşəli sözlər

  3. rus mənşəli sözlər

  4. avropa mənşəli sözlər

  5. qafqaz mənşəli sözlər

Dilimizdəki alınma sözləri seçmək mümkündür.Məsələn,bu yollardan da biri ahəng qanunudur.Bu qanun əsasında hər hansısa bir sözün bizim dilimizə məxsus olub olmamasını aydınlaşdıra bilərik…

Ahəng qanunu



Ahəng qanunu iltisaqi dillərə məxsus bir qanundur.Flektiv dillərdə özünü göstərmir.Ahəng qanununu dar mənada yəni tək saitləri ahəngi olaraq,geniş mənada isə həm saitlərin həm də samitlərin ahəngi kimi demək olar.
Burada belə bir cəhəti də yada salaq ki, Azərbaycan dilinin müxtəlif şivələrində bu və ya digər şəkildə ahəng qanunu pozulmasına baxmayaraq,ədəbi dildə bu qanun müəyyən dərəcədə yaşayır və öz hökmünü saxlayır.Azərbaycan ədəbi dilində ahəng qanunu yalnız söz köklərinə deyil,daha çox sözlərə bitişən şəkilçilərdə özünü göstərir.
Beləliklə,demək olar ki,ahəng qanunu sözdəki səslərin həmcinsləşmə,həmahəngləşmə yolu ilə uyuşmasıdır.
Müasir Azərbaycan ədəbi dilində ahəng qanununun başlıca üç növü vardır:
1)Saitlərin ahəngi
2) Samitlərin ahəngi
3)Saitlərlə samitlərin ahəngi

  • Saitlərin ahəngi :Saitlərin ahəngi budur ki,sözün birinci hecasındakı incə dodaqlanmayan saitdən sonra, incə dodaqlanmayan,incə dodaqlanan saitdən sonra incə dodaqlanan ,qalın dodaqlanmayan saitdən sonra qalın dodaqlanmayan,qalın dodaqlanan saitdən sonra qalın dodaqlanan sait gəlməlidir.

Ahəng qanunu kök və şəkilçi arasında da özünü göstərir.
Saitlərin ahəngi dilə və dodağa görə iki yerə bölünür:
1)Dil ahəngi- dilə görə fərqlənən saitlərin uyuşması
2)Dodaq ahəngi- dodağa görə fərlənən saitlərin ahəngi

  • Saitlərlə samitlərin ahəngi: Müasir Azərbaycan ədəbi dilində saitlərlə samitlərin ahənginin iki növü var:

1)Dilin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahəngi
2) Səs tellərinin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahəngi


  • Dilin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahəngi əslində arxa sıra səslərinin uyuşmasından və ön sıra səslərinin uyuşmasından ibarətdir.Bu isə həm saitlərdə,həm də samitlərdə bu növ fonem qoşalığının varlığı ilə əlaqədardır.

  • Səs tellərinin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahəngi əsasən bu və ya digər şəraitdə saitlərlə yanaşı düşən kar samitlərin cingiltililəşməsi prosesi ilə əlaqədar fonetik hadisədir.Bu isə,ümumiyyətlə səslərin ünlü və ünsüz növləri ilə bağlıdır.

  • Samitlər ahəngi: Azərbaycan dilindəki ahəng qanununun bir növü də samitlər ahəngi qanunu adlanır.Belə uyuşma isə əsil Azərbaycan sözlərində qanunauyğunluq halında aşağıdakı kimi öz əksini tapmışdır:

  1. Kar və cingiltili qarşılığı olan samitlər söz daxilində ancaq öz həmcinsləri ilə yanaşı ola bilir

a)Kar samitlər kar samitlərlə: üst, üstə, göstər, tapşır və s.
b)cingiltili samitlər cingiltili samitlərlə: özgə, güzgü, quzğun və s.
2)Kar qarşılığı olmayan cingiltili samitlər,o cümlədən sonorlar söz daxilində hər cür samit səslə yanaşı ola bilir: alt, altı, dörd, ört ,indi, qırx və s...
Ahəng qanunu dilimizdə az tətqiq olunmuş fonetik məsələlərdəndir.Ahəng qanunu haqqında A . Şərifli, B. Çobanzadə, F. Kazımovun xüsusi məqalələrində,Ə. Dəmirçizadənin dərsliklərində görmək mümkündür...


  • Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Çünki, kök və şəkilçi arasında ahəng qanunu daha möhkəm və dəyişməz olur.Hər hansı bir söz alınma olsa da, öz dilimizə məxsus şəkilçi qəbul edərsə, mütləq sözün son saitinin ahəngini qorumalıdır.Məsələn: şikayətçilərdən, sahibkarlarımız və s…Bu xüsusiyyətinə görə ahəng qanunu morfonoloji hadisə adlanır.

Alınma sözlərdə ahəng qanunu


Ahəng qanunu pozulduğu sözlər milli sözlərimiz deyil.Bu cür pozuntular çox zaman alınma sözlərdə özünü göstərir.Ancaq ,ahəng qanununa tabe olan sözlərin hamısı milli sözlər deyil. Alınma sözlər də ahəng qanununa tabe ola bilər. Məsələn:məktəb, təhsil , karbon, namaz və s...
Dilimizdə saitlərin bu ahəngi aşağıdakı hallarda pozula bilər:
1)Bir sıra əski türk sözlərimizdə: ildırım, ilan, işıq, ilğım, ildırım, ilıq ,tikan, işartı, elat, inanmaq, islanmaq, gedişat , inanc, quzey, ilxı və s...
2) Mürəkkəb adlarda və sözlərdə: Günay , Göyçay , Aygün, dəvədabanı, əlüzyuyan və s...
3)Öz sözlərimizə özümüzün təkhecalı şəkilçilərini artırdıqda: əməkdaş, babamgil və s..
Bütün başqa hallarda saitlərin bu ahənginin pozulması özünü alınma sözlərdə göstərir…

  • Bunu da qeyd etməliyik ki, dilimizdə 2və 4 cür yazılan şəkilçilərimiz var.Bunlardan 4 cür yazılan şəkilçimiz ahəng qanununun bütün tələblərini yerinə yetirir. İki variantli şəkilçilər isə yalnız bir tələbini yerinə yetirir…

Əsil Azərbaycan sözlərinin xüsusiyyətləri


1)Əsl Azərbaycan sözləri əsasən tək hecalı olur:Məsələn: at, il , el ,al və s.
2)Bir qrup əsil Azərbaycan sözlərinin sonu n və c samitləri ilə qurtarır.Məsələn:sanc , dinc , tunc və s.
3) Əsl Azərbaycan sözləri əsasən bir , iki, az bir qismi isə üçhecalı olur.
4) Söz kökündə samit-sait sıralanması əsl Azərbaycan sözləri üçün xarakterikdir. Ona görə ki, Azərbaycan dili musiqili dildir.
5) Azərbaycan sözlərində vurğu sona düşür .Ancaq,burada da istisnalar özünü göstərir. Məsələn:dünən, sanki ,yenə, bildir və s.
6) Əsl Azərbaycan sözlərində sözün əvvəlində iki samit yanaşı işlənmir.Bu hal özünü daha çox alınma sözlərdə göstərir.
Yüklə 23,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin