1)Ağrı- əmələ gəlmə səbəblərini (qıcıqlanma və ya öz-özünə yaranma), səbəbləri, intensivliyi (ağır, orta, zəif), davametmə müddəti (qısa-, uzunmüddətli, daimi), yayılmasını (məhdud, yayılmış), xarakterini (küt, kəsici, yandırıcı, sızıldayan) müəyyənləşdirmək lazım
2)Şişkinlik. Çeynəmə və udma aktı pozulur, ağrı yaranır.
3)Qüsur və deformasiyalar olduqda şikayət: əmələ gəlmə səbəblərini (anadangəlmə, qazanılmış), xəstənin şikayətinin nə ilə əlaqələndirdiyini (travma, hansısa xəstəlik, ziyanverici vərdişlər) aydınlaşdırmaq lazım.
Anamnezin toplanması: xəstəliyin müddətini, hansı simptomla başladığını öyrənmək, əvvəllər alınan müalicəni, keçirilmiş və asılı xəstəliklərin patoloji proseslə əlaqəsini, allerqoloji statusunu aydınlaşdırmaq, əgər xəstə travma alıbsa zərbəbin vaxtı, yerini, xarakterini öyrənmək lazım.