15
2015/3 (19)
ORİJİNAL MƏQALƏLƏR
UOT: 617.7-053.81
Qasımov E.M., Huseynli S.F.
OFTALMOLOGİYADA SİMULYASİYA HALLARININ AŞKARLANMA
TESTLƏRİ VƏ MÜASİR DIAQNOSTİK ÜSULLARIN TƏTBİQİNİN
ƏHƏMİYYƏTİ
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan
Açar sözlər: simulyasiya, aşkarlanma testləri, müasir diaqnostik müayinə metodları
Tibbin digər sahələrində olduğu kim oftalmaloqiyadada hər hansı bir xəstəliyin simulyasiya olunması halı hər
bir həkiminpraktik təcrübədə rast gələ biləcəyi vəziyyətlərdən biridir. Simulyasiya halları hər hansı görmə orqanı
xəstəliyinin imitasiyası (pozitiv simulyasiya) və ya mövcud xəstəliyin inkar edilməsi (neqativ simulyasiya) şəklində
müşahidə oluna bilər. Xüsusən həkim ekspert komissiyalarında görmənin simulyasıya olunması halları daha tez-tez
müşahidə olunmaqdadır. Bu hallar xəstələrin bilərəkdən hər hansı bir xəstəliyi, görmənin azalması və hətta olmaması
şəklində və ya mövcud xəstəliyin inkar olunması şəklində (hərbi məktəbə və qulluğa daxil olmaq istəyənlər, sürücülük
vəsiqəsi almaq istəyınlər arasında) senariləşdirilib, “aktyor ifası” kimi müşahidə oluna bilir. Birinci halda məqsəd
sosial və ya sığorta yardımının alınması ilə maddi gəlirin əldə olunması və ya hərbi xidmətdən yayınma, ikinci
halda isə görmə patoloqiyasının peşəkar fəaliyyətə mane olmasını önləməkdən ibarətdir. Bəzi hallarda isəxəstəliyin
imitasiyası psixopatoloji vəziyyətlə əlaqədar olaraq funksional görmənin pozulması (FGP) şəklində görülməkdədir.
Belə hallar xəstənin özünün bilərəkdən etməməsi və onun tərəfindən şüurlu şəkildə idərə olunmaması – isteriya
vəziyyəti kimi geri dönən psixopatoloji proses olaraq qiymətləndirilir. Real simulyasiya isə şüurlu şəkildə isterik
durumdan fərqli olaraq xəstənin maddi və ya peşəkar mənfəət əldə etməsi ilə fərqlənir. Bəzən müxtəlif ailə və
ya başqa səbəbli münaqişələr zəmnində sağlamlığa xətər yetirmə zamanı görmənin itirilməsinin simulyasiyası və
məhkəmə prosesində bundan istifadə etmək hallarınada rast gəlmək olur. Bütün hallarda mövcud vəziyyətin düzgün
qiymətləndirilməsi, uyğun müayinə üsulları və ya testlərin həyata keçirilməsi simulyasiya hadisəsinin həkimin
peşəkarlığı nəticəsində üzə çıxmasına səbəb olur. Simulyasiyaya şübhə hallarında həkimin sərt, ağıllı və hansı testləri
aparması ilə düzgün taktiki addımları böyük peşəkarlıq və məsuliyyət tələb edir. Simulyasiyaya şübhə hallarında
mümkün qədər asan, vaxta və daha bahalı müayinələrə qənaət edən üsullara əl atmaq lazımdır. Simulyasiya hallarının
düzgün dəyərləndirilməməsi isə son nəticədə xəstələrin istədikləri niyyətlərinə çatmaları, hətta mənfəət əldə etmələri
ilə nəticələnə bilər. Belə ki, hələ 1995-ci ildə Qandi və Amulanın apardığı araşdırmada ABŞ-da sığorta şirktlərinin
simulyasıya edən xəstələrə ödədiyi təzminatın dəyəri 59 milyard dollar təşkil etmişdir [1].
Demək olar ki, bir çox oftalmoloji sensor və motor funksiyaların simulyasiyasına rast gəlinir. Görmə itiliyi,
görmə sahəsi, rəng görmə, binokulyar görmə, gecə görməsi simulyasiyanın obyektinə çevrilə bilər. Həkim hər
zaman simulyasiya hadisəsinə şübhə hallarında ən tez və asan testləri seçməlidir. Bu testlər iki qrupa bölünür: I –
çaşdırıcı və II –dumanlandırıcı [2]. Hansı testlərin seçilməsi çox hallarda xəstəyə bağlı bəzi hallarda isə obyektiv
olaraq müayinə avadanlıqlarına bağlı dəyişə bilir. Çox hallarda hər iki üsullardan istifadə olunur.Hal hazırda
müasir oftalmoloqiyada simulyasiya hallarında daha müasir və obyektiv diaqnostik müayinə üsullarının tətbiqi
simulyasiya halını aşkara çıxartmağa geniş imkanlar verməkdədir.
Məqsəd - müxtəlif simulyasiya hallarını aşkarlamaq və onların hər birində müvafiq testlər və ya müasir
diaqnostik müayinə üsullarını tətbiq etməklə onu ifşa etməkdən ibarətdir.