TƏKƏBBÜR VƏ KİBR
Əuzu billahi minə şeytani racim. Bismillahir Rəhmanir Rəhim.
ALLAHım, nütfədən (spermdən) yarandığımı unudaraq, Sənin mənə bəxş etdiyin maddi-mənəvi nemətlərlə, ata-anamla, qohumlarım və soyumla, milliyyətimlə, bədənimiz əzaları ilə (əgər varsa, yoldaşımla, uşaqlarımla, onların sahib olduğu üstünlüklərlə) lovğalanmaqla, özümü olduğumdan artıq bilməklə və özümü olduğumdan artıq göstərməklə, yer üzərində loğvalanaraq gəzməklə, mehriban, sadə, təvazökar olmaq yerinə, ata-anama, ata-ana soyumdan olan şəxslərə, ailəmə və başqa insanlara qarşı, acı dil, soyuqqanlı, təkəbbürlü və sərt olmaqla..., ALLAHım, Sənin qoyduğun qanunlara, Sənin qanunlarına, Sənə ibadət etməyə etinasız yanaşmaqla işlədiyim təkəbbür günahlarımdan..., ALLAHım, özümü, öz sözümü, öz ağlımı, öz işimi, öz qərarlarımı bir başa və ya dolayısıyla, cahillik ucbatından və ya qəsdən başqa insanlardan, başqa insanların sözlərindən, ağıllarından, işlərindən, qərarlarından, fikrindən mükəmməl bilməkdən, cahillikdən və ya qəsdən haqqa qarşı kor olmaqla, yersiz mübahisələrə girməklə, müxtəlif səbəblərlə haqqı inkar etməklə işlədiyim kibr günahlarımdan Sən şahid ol ki, dünya yaranandan bü günə qədər yağan yağmur dənələrinin sayı qədər tövbə etdim.
TÖVBƏ ETDİM ƏSTAĞFİRULLAH YA QAFFAR – (Bu cümlə 100 dəfə təkrar deyilsin )
ALLAHım, bu günahlardan ana-atamın, ailəmin, ata-ana soyumdan olan bütün ölmüş və sağ insanların, Ümməti-Muhəmməddən olan bütün ölmüş və sağ insanların, mənim, ata-anamın və ata-ana soylarımın yəni bizim boynumuzda maddi və mənəvi haqları olan insanların, bizə görə etmərinə günah edən insanların da adından mən Sənə tövbə etdim.
TÖVBƏ ETDİM ƏSTAĞFİRULLAH YA QAFFAR – (Bu cümlə 33 dəfə təkrar deyilsin )
Ya ALLAH, Ya RƏHMAN, Ya RƏHİM, Ya FƏRD, Ya HƏYY, Ya QƏYYUM, Ya HAKƏM, Ya QUDDUS, Ya ƏDL, Ya TƏVVAB, Ya SƏTTAR, Ya QAFFAR ismi-əzəmin haqqına, Quranın hörmətinə, Hz.Muhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-Muhəmmədin (əleyhimus səlam) şərəfinə mənim etdiyim və edəcəyim və Ümməti-Muhəmmədin etdiyi və edəcəyi duaları, ibadətləri, tövbələri, istiğfarları ali dərəcədə qəbul et. Azı çox kimi qəbul edən, dərəcəsini qat-qat artıran Kərim olan Sənsən. Allahum mə salli əla Muhəmməd və ali Muhəmməd. Amin! Amin! Amin! Ya Səttar birəhtikə ya ər həmər rahimin !
QEYD : TÖVBƏ ŞEYTANI YANDIRSA DA, TÖVBƏLƏRİMİZİ ŞEYTANDAN QURTULMAQ ÜÇÜN DEYİL, ÖZÜMÜZÜ ALLAHA ƏHV ETDİRMƏK NİYYƏTİ İLƏ ETMƏLİYİK.
BAĞIŞLANACAĞIMIZA İNANARAQ ETMƏLİYİK !
Dr. Qahir ( Paranormal-Psixiatr) +994 55 558 71 38
Dostları ilə paylaş: |