Tələbə : Nağıyev Rauf Qrup : 110A5 Fənn : Atletikanın tədrisi metodikası Müəllim: Şirin Vəliyev Mövzu : Orta və uzaq məsafələrə qaçışın növləri və xüsusiyyətləri



Yüklə 9,97 Kb.
səhifə1/3
tarix26.12.2023
ölçüsü9,97 Kb.
#198178
  1   2   3
Mehemmed Movlamov serbes is masaj

Tələbə : MÖVLAMOV MƏHƏMMƏD Qrup : 110A5 Müəllim: Qəniyeva Mətanət FƏNN: Masaj Mövzu : Teneffus sisteminin xestelikleri

.

.

  • Tənəffüs orqanları. Hər bir canlı kimi insan da daim nəfəs alır. Orqanizmdə tənəffüsə xidmət edən orqanlar sistemi aşağıdakılardan ibarətdir: burun boşluğu, qırtlaq, traxeya (nəfəs borusu), bronxlar, ağciyərlər
  • Tənəffüs orqanlarının xəstəlikləri Tənəffüs orqanlarının xəstəliklərində adətən, təngnəfəslik, quru və bəlğəmli öskürək, qanhayxırma, döş qəfəsində ağrılar, bədən temperaturunun qalxması, titrətmə, çox tərləmə və s. əlamətlər müşahidə edilir.
  • Bronxit.
  • 1)Tənəffüs orqanlarının əsas xəstəliklərindən biri kəskin bronxitdir.
  • 2) Kəskin bronxitin səbəbləri nəfəslə udulan zərərli qazlar, ammonyak, xlor, fosgen və başqa zəhərli maddələrin buxarları, habelə infeksion xəstəliklər, qızılca, göyöskürək, qrip, ağciyər vərəmi və s. ola bilər.
  • 3)Adətən bronxit yazda və payızda, havanın temperaturu kəskin surətdə dəyişdikdə müşahidə edilir. Hər hansı yaşda olan adamlar bronxitlə xəstələnirlər. Lakin o, uşaq və qocalarda ağır keçir. Bu xəstəliyin əmələ gəlməsində sinir-reflektor amillər mühüm rol oynayır.

4)Orqanizmin və onun ayrı-ayrı hissələrinin soyuması, tənəffüs yollarının kimyəvi maddələrlə qıcıqlanması reflektor olaraq qan dövranını pozur. Bu, damarların genişlənməsi nəticəsində bronxların selikli qişasının hiperemiyası şəklində meydana çıxır. 5)Beləliklə, yuxarı tənəffüs yollarında olan saysız-hesabsız patogen mikrobların orqanizmə keçməsi üçün şərait yaranır. 6)Adətən ən çox təsadüf edilən ümumi əlamətlərdən kefsizlik, üşütmə, qızdırma, beldə və ətraflarda əzələ ağrısı, əmək qabiliyyətinin və iştahanın azalması, boğazın göynə-məsi, öskürəklə selikli və ya selikli-irinli bəlğəm ifrazı, döşdə ağrı olmasını göstərmək olar. 7)Kəskin bronxit bir neçə gündən 2 həftəyə qədər çəkir. Xəstənin xarici müayinəsi, döş qəfəsinin perkussiyası və palpasiyası heç bir dəyişiklik aşkara çıxarmır. Bronxların selikli qişası şişkin olduğuna görə qulaq asdıqda sərt tənəffüs eşidilir, nəfəsalmaya nisbətən nəfəsvermə uzun çəkir, quru xırıltılar eşidilir. 8)İri bronxlar zədələndikdə bu xırıltılar vızıltılı, xırda bronxlar zədələndikdə fışıltılı olur. Zəifləmiş adamlarda bəzən proses ağciyərlərin ara toxumasına və alveol toxumasına keçir, ocaqlı pnevmoniya əmələ gətirir. 9)Bu, temperaturun birdən-birə qalxması, tənəffüsün tezləşməsi ilə xarakterizə olunur.  Perkussiya— zamanı kütlük, ağciyərlərə qulaq asdıqda çoxlu gur yaş xırıltılar eşidilir, habelə sianoz baş verir.


Yüklə 9,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin