Tələbə: Cəfərova Aysu Fakültə:İbtidai təhsil İxtisas:İbtidai sinif müəllimliyi Qrup: 2110b fənn:Əsas həndəsi anlayışlar və təkliflər Müəllim: Rasim Şükürov Mövzu



Yüklə 1,15 Mb.
tarix29.04.2023
ölçüsü1,15 Mb.
#104846
aysu hendese pre

Tələbə:Cəfərova Aysu Fakültə:İbtidai təhsil İxtisas:İbtidai sinif müəllimliyi Qrup:2110B Kurs:2 Fənn:Əsas həndəsi anlayışlar və təkliflər Müəllim:Rasim Şükürov Mövzu:Sadə həndəsi fiqurlar və onların xassələri

Həndəsə-həndəsi fiqurların xassələri haqqında elmdir.Həndəsənin bir elm kimi formalaşmasında yunanların böyük xidməti olmuşdur. Yunan dilində həndəsə “yer ölçmə’’ mənasını verən “geometriya”(geo-yer və metriya-ölçürəm) sözündən götürülmüşdür .

01

Həndəsənin öyrənilməsi planimetriyadan başlayır. Planimetriya həndəsənin müstəvi üzərindəki fiqurları öyrənən bölməsidir. Ən sadə həndəsi anlayışlara nöqtə, düz xətt,parça,bucaq aiddir. Müstəvi üzərində əsas həndəsi fiqurlar nöqtə və düz xətdir.

Nöqtə-heç bir ölçüsü olmayan fiqurdur.Ona görə deyirlər ki, nöqtə özündə 0-ölçülü fəzanı əks etdirir. Yəni 0 ölçülü fəza olmaqla yanaşı, həm də bu fəzanın yeganə elementidir. Nöqtəyə digər elm sahələrində də rast gəlinir. Belə ki, kimyada atoma, kvant fizikasında isə elementar hissəciklərə nöqtə kimi baxılır.

Yunan filosofu Ekvlid 300 il bizim eradan əvvəl özünün “Başlanğıc’’ əsərində nöqtənin tərifini belə verir: “Nöqtə elə bir şeydir ki, onun hissəsi heç nədir’’. Yəni Ekvlid nöqtəni bölünməyən bir hissə kimi təsvir etmişdir. Nəzəri cəhətcə nöqtənin heç bir əhəmiyyəti yoxdur. Nöqtələr böyük latın hərfləri ilə işarə edilir: A, B, C...

Yunan filosofu Ekvlid 300 il bizim eradan əvvəl özünün “Başlanğıc’’ əsərində nöqtənin tərifini belə verir: “Nöqtə elə bir şeydir ki, onun hissəsi heç nədir’’. Yəni Ekvlid nöqtəni bölünməyən bir hissə kimi təsvir etmişdir. Nəzəri cəhətcə nöqtənin heç bir əhəmiyyəti yoxdur. Nöqtələr böyük latın hərfləri ilə işarə edilir: A, B, C...

Nöqtənin xassələri

1.

Bir nöqtədən sonsuz sayda düz xətt keçirtmək olar

2.

İki nöqtədən yalnız bir düz xətt keçirtmək olar.

Düz xəttin yalnız uzunluğu var, eni və qalınlığı isə yoxdur. Düz xətt hər iki tərəfə sonsuz uzanır. Ekvlid düz xəttin tərifini belə verir: “ Xətt- eni olmayan uzunluqdur. Xəttin ucları nöqtələrdir.” Düz xəttə ardıcıl düzülmüş nöqtələr kimi də baxmaq olar. Deməli nöqtə düz xəttin hər yerində mövcuddur. Bir sonsuzluqdan digər sonsuzluğa qədər uzanan nöqtələr toplusudur.

Düz xəttin xassələri

1.

İki üst-üstə düşməyən nöqtədən yalnız bir düz xətt keçirtmək olar

2.

Müstəvi üzərində üst-üstə düşməyən iki düz xətt ya bir nöqtədə kəsişir ya da paraleldir.

Müstəvi – qalınlığı olmayan, ideal düz, hamar və bütün tərəflərə sonsuz uzanan fiqurdur. Evklidə görə “Müstəvi – yalnız eni və uzunluğu olan fiqurdur. Müstəvinin kənarları düz xətlərdir”. Müstəvinin müəyyən hissəsini pəncərə şüşəsi və ya stolun səthi kimi təsəvvür etmək olar. Həmin səthlər hər tərəfə sonsuz uzanarsa, bu müstəvi təsəvvürü verə bilər. Müstəvi 2-ölçülü fəzanı əks etdirir. Müstəviləri kiçik yunan hərfləri ilə işarə edirlər: α, β, γ, ..., və ya bir düz xətt üzərində olmayan özündə saxladığı üç nöqtə ilə adlandırılır.

Diqqətiniz üçün təşəkkürlər.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin