TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix14.01.2017
ölçüsü7,01 Mb.
#5437
  1   2   3   4   5   6   7   8   9   ...   32

1

ELÇİN ƏLİBƏYLİ



TELEVİZİYA 

NƏZƏRİYYƏSİNİN

ƏSASLARI

Bakı, “ELM”,            

2011


2

Elmi redaktor:

İnqilab Kərimov

sənətşünaslıq doktoru, 

AMEA-nın müxbir üzvü

Rəyçilər:

Qulu Məhərrəmli

Filologiya elmləri doktoru, professor

Gülşən Həmidova

Sənətşünaslıq namizədi

  Elçin Vidadi oğlu Əlibəyli

    Televiziya nəzəriyyəsinin əsasları. Bakı, “ELM” nəşriyyatı, 2011

Kitabda  müəllif  televiziya  təhlilinin  metodoloji  əsasla rını, 

təh lil  tipini,  xüsusiyyətlərini  yaratmağa  çalış mış,  məhz  bu 

kon tekstdən  analiz  verməyə  cəhd  edərək  təh lil  me to do lo­

gi  ya sının  nəzəri  əsaslarının  yaradılması  problemi  həll  edil­

miş dir.  Televiziyanın  mahiyyəti,  cə miy yətə  təsiri,  tele yayım 

qu ruluşu, onun formaları, ana liz mexanizmləri, iştirak edən 

kom ponentlərin  əsas ları,  nəzəri  tərəfləri  tapılaraq  meydana 

çıxarılmış te le yayım işinin keyfiyyətinin artırılması, yaradıcı 

işin da ha da mükəmməlləşməsi üçün olan maneələrin ara dan 

qaldırılması yolları göstərilmişdir.  

Kitabda bir neçə elmi və yaradıcı sahənin­kütləvi infor masiya 

vasitəsinin nəzəriyyəsi, TV yaradıcılığında iş ti rak edən sə nət 

növlərinin özəlliyi, yaradıcı inkişaf meyil ləri, TV­nin estetik 

prob lemləri, sosial vəzifələrinin nəzəriyyə si və milli televiziya 

prosesində tamaşaçı ilə ünsiyyət, onun şüuruna təsirini öyrə­

nən tamaşaçı psixologiyası, mil li TV­lərin, auditoriyanın icti­

mai­sosial fəallığına tə si ri araşdırılır. 

Bütün  hüquqlar  qorunur.  Müəllifin  rəsmi  icazəsi  olmadan 

kitabın və ya onun hər hansı hissəsinin surəti çıxarıla, infor­

masiya  bazasında  və  axtarış  sistemində  qrafik,  elektron  və 

ya mexaniki vasitələrlə yenidən çoxaldıla və ya istifadə edilə 

bilməz.


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                

©Elçin Əlibəyli

 

ISBN 978­9952­453­19­5



4503000000

655(07)­2011



3

Ön söz

I FƏSİL 

Təhlil metodologiyası və televiziya nəzəriyyəsi

1.1 Televiziya təhlil metodologiyasının əsasları

1.2 Müasir dövr televiziya yaradıсılığının tarixi­nəzəri 

problemlərinin yeni dövr Azərbaycan televiziyasının qurulması və 

inkişaf meyillərində iştirakı

1.3 Televiziya verilişlərinin təhlil metodologiyasının əsasları

1.4 Televiziya obrazları televiziya təhlilinin əsas obyekti kimi.

1.5 Televiziya dramaturgiyası televiziya təhlilinin əsas 

istiqaməti kimi

1.6 Televiziya yayımı işində gerçək şouların yeri və onların 

tamaşaçıya təsiri

II FƏSİL 

Televiziyanın bədii və yaradıcı istiqamətləri təhlil 

metodologiyasının əsas istiqaməti kimi

2.1 Ekran yaradıcılığı və ifadə vasitələri

2.2 Kadrın plastik ifadəliliyi televiziyanın bədii ifadə vasitələrinin 

təhlil metodologiyasında başlıca istiqamət kimi

2.3 Televiziyanın bədii ifadə vasitələrinin təhlil metodologiyası: 

Ekran dinamikası

2.4 Televiziya aparıcısının yaradıcı fəaliyyətinin əsasları

2.5 Televiziya aparıcısının sənətkarlıq göstəricilərinin təhlil 

metodologiyası

2.6 Televiziya verilişlərinin yaradıcı meyarları



III FƏSİL

Televiziyanın ictimai funksiyaları televiziya təhlilinin başlıca 

istiqaməti kimi

3.1 İnformasiya proqramlarının xüsusiyyəti

3.2 Azərbaycan televiziyalarında informasiya proqramlarına 

tarixi nəzər

3.3 Azərbaycan teleməkanında xəbər proqramları

3.4 Təşkilati funksiya

3.5 İnteqrativ funksiya  

3.6 Tədris funksiyasının televiziyada yeri və əhəmiyyəti

3.7 Televiziya rekreativ işin təşkilatçısı kimi

5

29

15

15

15

40

48

63

94

105

105

105

108

122

133

143

148

157

157

157

161

164

194

212

232

236

MÜNDƏRİCAT


4

IV FƏSİL

Televiziya təhlilinin sosioloji-kulturoloji əsasları

4.1 Televiziyanın sosial funksiyalarının ictimai şüura 

təsirində rolu

4.2 İnformasiyanın cəmiyyətdə yeri.

4.3 Azərbaycan televiziyasında infoteynment

4.4 Televiziyanın kulturoloji  təhlili

4.5 Televiziyanın yeni nəslə təsir imkanlarının təhlili

4.6 Teleyayımda manipulyasiya və onun təsir mexanizmləri

4.7 Manipulyasiya texnologiyalarının televiziya yayımında 

yeri və onun ictimai şüura təsiri

4.8 Rekreativ fəaliyyətin nəzəri əsasları 

4.9 Rekreativ əhəmiyyət daşıyan yayımın 

proqramlaşdırılması

4.10 Televiziya reytinqlərinin hesablanması təhlil 

metodologiyasının bir vasitəsi kimi.

NƏTİCƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

ƏLAVƏ

241

241

241

258

261

272

298

311

324

330

335

338

349

389

411


5

ÖN SÖZ

Televiziya nəzəriyyəsi, onun struktur­məzmun modeli bu küt­

ləvi  informasiya  vasitəsinin  üzə  çıxması  ilə  sənətşünaslığın, 

ek ranşünaslığın  araşdırma  hədəfinə  çevrilmişdir.  Bu  nəzəri 

ax   tarışların  modelləşməsinin  müəyyən  struktur  üzərində  qu­

rul maması  ziddiyyətlərə,  nəzəri  sapmalara  səbəb  olurdu.  Yalnız 

va hid  müəyyən  olunmuş  metodologiyanın  ortaya  çıxması  sis­

temləşdirməyə  xidmət  edə  bilərdi.  Elmi  işdə  biz  gəldiyimiz  qə­

naətləri, çoxillik araşdırmanı və dünya elmində gedən prosesləri, 

söylənilən  nəzəri  problemləri  əsas  götürərək  telenəzəriyyənin 

mo delini,  təhlilin  metodoloji  əsaslarını  yaratmağa  çalışmışıq. 

Te  leviziya  nəzəriyyəsinin  obyekti  və  predmeti  dəqiq  müəyyən 

olun maqla  nəzəri  araşdırmanın  əsasında  durmalıdır.  Televizi­

ya  nəzəriyyəsinin  obyekti  televiziyadır.  Onun  substansional, 

ins   titusional,  struktur­funksional,  qneseoloji­məzmunlu,  də yər­

li­məzmunlu  və  morfoloji  xüsusiyyətlərini  birləşdirərək  nə zə ri 

araş dırmamızın predmeti kimi götürürük. Məsələyə bu cür yanaş­

manın əsasında televiziyanın hansısa keyfiyyətinin nəzərdən qaç­

maması,  bir­birini  tamamlayan,  doğuran  cəhətlərin  tədqiqatdan 

kənarda  qalmaması  durur.  Televiziya  canlı  orqanizmdir,  onun 

tərkib hissələrini ayrıca, kənarda öyrənmək, hansısa başqa elmin 

kontekstində izah tapmaq nəticəsiz işə çevrilə bilər. Televiziya bü­

töv şəkildə bir neçə elmi­nəzəri yanaşmanın metodoloji əsasları ilə 

təhlil  olunmalıdır  və  incəsənətin  növü  kimi  bu,  sənətşünaslığın, 

onun bir istiqaməti olan televiziyaşünaslığın əsas elmi vəzifəsidir. 

Televiziya nəzəriyyəsinin predmetini televiziyaya aid olan onun, 

metodologiyası  daxilində  ümumi  mövcud  xüsusiyyətlər  və 

münasibətlər  kateqoriyası  təşkil  edir.  Predmetini  tipik  cəhətlər 

­  onun  durumu,  inkişaf  tendensiyası,  insan  və  cəmiyyətlə 

münasibətlər,  xüsusi  cəhətlər,  yaradıcı  axtarışlar  təşkil  edir.  Bu 

cəhətlər onun qanunları ilə sıx əlaqədə olmaqla elmin kateqorial 

aparatına daxil olaraq anlayış, problem, konsepsiya, terminologiya 

anlayışlarını ehtiva etməlidir. Təklif etdiyimiz model məzmunlu 

şəkildə  biliklərin  mümkün  tərəflərini  əhatə  etməli,  obyektin 

çoxcəhətliliyini əks etdirməlidir. Doğrudur, elmi axtarışların, elmi 

məntiqin  bütün  suallarına  cavab  vermək,  xüsusən  də  dinamik, 

dəyişkən  təbiətli  televiziya  və  onun  nəzəriyyəsi  üçün  mümkün­

süzdür. Bizim məqsədimiz televiziyaşünaslığın necə strukturlaş­

masını  müəyyən  etməkdir.  Metodoloji  və  fərdi  araşdırmamızda 

əldə olunan qənaətlər yeni elmi araşdırmalara yol açacaqdır. 

Digər  tərəfdən  televiziya  nəzəriyyəsini  əsas  götürərək,  digər 

elmlərin  nəzəri  dərinliklərinə  baş  vurmayaraq,  onların  əsas  el­



6

mi  nəticələrinin  bazasında  araşdırma  aparacağıq.  Televiziya  nə­

zəriyyəsinin təhlil metodologiyası digər sosial­humanitar elm lərin 

metodologiyasına  yaxındır. Ancaq  onu  fərqləndirən  cə hət lərdən 

bi ri  onun  araşdırılmasının  daha  geniş  metodlar  diapazonunda, 

fənd,  texniki  vasitələrlə  araşdırılması  müstəvisində  qurulması­

dır.  Eyni  zamanda,  televiziya  nəzəriyyəsi  ayrıca,  ümu mi  elmi 

mü hitdən kənarda mövcud ola bilməz. Elmi araşdırmaların yeni 

nəticələri, cəmiyyətdə gedən proseslər, gerçəyi əks etdirən cəhətlər 

bu nəzəriyyənin ümumi mənzərəsini təşkil etməli, onun təhlilində 

iştirak  etməlidir.  Televiziya  nəzəriyyəsini  modelləşdirmək  cəh­

dimizdə hərəkət edən elmin magistral isti qam ətlərindən yayınma­

dan, doqmalara söykənmədən dinamik ger çək liyin qavranılması­

nı əsas götürmüşük. 

Təklif  olunan  modelin  başlıca  cəhəti  kimi  onun  bütün  tərkib 

hissələrinin  televiziya  nəzəriyyəsinin  predmetli­tematik  məz mu­

nuna  adekvatlığı,  bu  münasibətdə  homogenliyi  qeyd  olunmalı­

dır.  Televiziya  nəzəriyyəsində  digər  elmlər  nə  qədər  fəal  iştirak 

etsələr  də,  bu  birbaşa  sənətşünaslığın  tərkib  hissəsidir,  elə  bu 

səbəbdən onu digər elmlərin yolu ilə izah etmək cəhdi qarışıqlıq 

yarada  bilər.  Elmi  araşdırmamızda  təklif  olunan  metodologiya 

məhz  sənətşünaslığın  prinsiplərinə  söykənir.  Televiziyaşünas­

lıq  həm  ictimai,  həm  də  humanitar  elmdir.  Televiziya  mətbuat 

kimi  sosial  hadisə  olaraq  möv cuddur,  eyni  zamanda,  mənəvi 

tərəqqi işində yaradıcı­istehsal fəaliyyəti ilə bilgilərin, dəyərlərin 

müəyyənləşməsi, görüşlərin biçimlənməsi işində insanın yardım­

çısı olur. Sosial və humanitar biliklərin əsasında görüşlər, metodi­

ka və təfəkkür sistemi yaranır. Onun predmetinə bütün elmlərdə 

olduğu kimi ontologiyası (tədqiq olunan obyektin mahiyyəti, onun 

yaranma qanunauyğun luqları, funksionallığı və inkişafı, tendensi­

yalar və proseslər, mövcudluq formaları) və qneseologiyası (ideya 

və konsepsiya, onun öyrənilmə metodu və problemi, kateqoriya­

ları, terminoloji aparatı) kimi elementlər daxildir. Özünün pred­

met sahələri olan müxtəlifyönümlü nəzəriyyələrlə qarşılıqlı əlaqə 

televiziyaşünaslığın  mövcudluğunu,  funksiyasını  və  inkişafını 

göstərən  ümumi  kateqoriya  izah  aparatının  yaranmasına  imkan 

verir. 

Televiziya  elminin  predmeti  və  metodologiyasının  müəyyən 



edilməsi sənətşünaslığın başlıca elmi­nəzəri məsələsi kimi qarşıda 

durur. 


Televiziyanın  ictimai­sosial  mahiyyəti  və  əsas  istiqamətləri 

onun  bir  elm  kimi  öyrənilməsi  işini  qaçılmaz  etdi. Aydındır  ki, 

nəzəriyyənin inkişafı televiziyanın yaradıcı qanunauyğunluqları­

nı  analiz  etməklə  əldə  olunan  nəticələrin  araşdırılması  hesabına 

mükəmməl bazanın yaradılması mümkün ola bilər. Eyni zaman­

da,  televiziyanın  özünün  inkişafı  müəyyən  qanunauyğunluqlar­



7

la həyata keçirilməklə fundamental elmi araşdırmalara, gəlinmiş 

elmi nəticələrə söykənməlidir. 

Jurnalistika, sosiologiya, sosial psixologiya və sənətşünaslıq elmi­

nin nəzəriyyəçiləri televiziya nəzəriyyəsinin sərhədlərini, qanunla­

rını müəyyən ediblər. Burada yayımın uzunmüddətli öyrənilməsi 

və  sorğu­analizlər  hesabına  əldə  olunan  əsas  elmi  nəticələr  baş­

lıca  rol  oynamaqdadır.  Əsas  meyar  kimi  televiziyanın  fəaliyyəti 

və onun cəmiyyətdə yerinin müəyyən olunması elmi yanaşmanı 

hərəkətli, əhatəli, dəqiq nümunələr üzərində qurmağa imkan ve­

rir. Televiziya nəzəriyyəsi bu fəaliyyətin əhatəli öyrənilməsinə im­

kan verən ideyalar, biliklər sistemi formalaşdırmışdır. 

Televiziya nəzəriyyəsinin empirik səviyyəsi materialların toplan­

ması, təcrübənin öyrənilməsi əsasında qurulmaqla təşkil olunur. 

Nəzəriyyə səviyyəsi isə empirik göstəricilər əsasında televiziyanın 

mahiyyəti, inkişaf meyilləri və qanunauyğunluqları əsasında təyin 

olunur. Elmin dünyagörüşü və metodoloji səviyyəsi televiziyanın 

sosial münasibətlərdə yerini təyin etməyə imkan verir, həmçinin 

onun təsvir imkanlarını ölçməyə şərait yaradan sistemin formalaş­

masını asanlaşdırır. Eyni zamanda, televiziyanın fəlsəfi­kulturoloji 

mahiyyətini açmağa, ümumi mədəniyyət sistemində yerini təyin 

etməyə  imkan  verir.  Televiziya  nəzəriyyəsi  elmi  biliklər  siste­

mi  olmaqla  mövcud  materiallar  əsasında  gəlinmiş  nəticə,  nəzəri 

ümumiləşdirmə,  televiziyanın  sosial  və  mədəni  həyata  təsirini 

müəyyən edən qanunauyğunluqlardan ibarətdir.

Bu sahədə aparılan elmi araşdırmaları ümumiləşdirərək aşağı­

dakı elmi biliklərin televiziya nəzəriyyəsinə daxil olmasını vacib 

hesab edirik:

­ Televiziyanın prinsip və funksiyaları;

­ Televiziya yayımının məzmun həlli, janr cəhətləri;

­ Televiziya yayımının bədii, ictimai, mədəni istiqamətləri;

­ Televiziyanın ictimai şüura, insanların davranışına, tərbiyəsinə 

təsiri;

­  Televiziyanın  digər  sənət  növləri,  mədəniyyət  hadisələri  ilə 



qarşılıqlı əlaqəsi;

­ Yayımın keyfiyyətinin nəzarətdə saxlanılması, artırılması;

­ Auditoriya ilə əlaqənin əsas cəhətlərinin müəyyən olunması.

Bildiyimiz kimi, elm biliklər toplamaq fəaliyyətidir, faktların və 

ideyaların  yaranması,  təsvir  edilməsi,  sistemləşdirilməsi,  ümu ­

miləşdirilməsidir. Nəzəriyyə isə öz­özlüyündə bilikdir, lakin adi 

biliklərdən  daha  yuxarıda,  obyekti  bütöv  halda  göstərməyə  ça­

lışan, onun tərəfləri və digər obyektlərlə mövcud əlaqələrini mü­

əy yənləşdirən  bilikdir.  Elmi  fəaliyyət  məhz  müəyyən  biliklər 

sis teminə  yiyələndikdən  sonra  elmi  araşdırmada  yeni  addımlar 

at malı,  gedən  prosesin  izahını  verməklə,  metodologiyasını  ya­

ratmaqla yeni istiqamətləri müəyyən etməlidir. Bu mənada elmi 

işimiz aparılan nəzəri tədqiqatların, praktik müşahidələrin, dün­


8

ya təcrübəsinin öyrənilməsi, müqayisəli təhlili əsasında yeni me­

todologiyanı  təklif  edir.  Bu,  metodologiyanın  çoxtərəfli,  televizi­

yanın təbiətindən irəli gələn sahələrinin elementlərini özündə əks 

etdirməlidir. Tədqiqatımızda buna nail olmağa çalışmışıq. 

Televiziya elminin vəzifə və metodlarına nəzər yetirək. Bu mə­

nada  televiziyanın  keçdiyi  tarixi  inkişaf  yolu,  onun  mərhələləri, 

keçmiş hadisələrin analizi, nəzəriyyəsi ­ bu günədək söylənən elmi 

rəylər, konsepsiyalar, nəzəriyyələr və tənqidi ­ mövcud praktika­

nın operativ analizi, qiymətləndirilməsi olduqca vacibdir. Bütün 

elmlər  kimi  televiziyaşünaslıqda  da  gerçək  materialın  sonadək 

öyrənilməsi, qanunauyğunluqlar, prinsiplər, predmetli təcəssümü 

mühüm  yer  tutur.  Ona  görə  də  televiziya  nəzəriyyəsini  ümumi 

nəzəriyyəyə, xüsusi nəzəriyyəyə və empirik müşahidəyə bölmək 

olar. Ümumi nəzəriyyə özündə baza doktrinasını, anlayış­kateqo­

riya aparatını birləşdirir. Anlayış­kateqoriya aparatı xüsusi nəzəri 

və empirik tədqiqatlarda iştirak edir. Məhz bu, nəzəri­metodoloji 

bazanı  yaratmağa  imkan  verir.  Xüsusi  nəzəriyyə  isə  tədqiqat 

sahəsinin aid olduğu elmə yaxın və onun mövcudluğunda iştirak 

edən elmi biliklər, sahələr əsasında qurulur. Bu subelmlər sosial­

humanitar elm sahələrini əhatə edərək özünün məzmun və meto­

doloji elementləri ilə televiziya nəzəriyyəsinə daxil olur. Empirik 

biliklər televiziya nəzəriyyəsində mühüm yer tutur. Elmi müşahi­

də, nəzəri axtarışlar teleyayımçıların praktik fəaliyyəti, iş metodla­

rı ilə yaxından tanış olmalı, onları müşahidə etməlidir. Kon septual 

bilgi  hər  an  mövcud  faktlarla,  hadisələrlə  tutuşdurulmasa,  yox­

lanılmasa özünün mahiyyətini, müasirliyini itirə bilər. Həmçinin 

televiziya  nəzəriyyəsinin  təsnifləndirilməsi  nəticəsində  televizi­

yanın sahələr üzrə nəzəriyyələri meydana gəlir. Əsas nəzəriyyə də 

tədqiqatın fundamental metodologiyası yerləşir və hər komplek  sin 

tərkibində təcrübənin toplanması, empirik nəticələrin öyrənilməsi 

durur. Lakin bir çox hallarda təhlil tədqiqatla izolyasiya şəraitində 

aparılmış, bununla da hansısa sahənin öyrənilməsi üzərində nə­

zəriyyə qurmağa cəhd edilmişdir ki, biz bunu tam olmayan, bir­

tərəfli yanaşma hesab edirik. Televiziya tədqiqatı nın metodologi­

yasına, onun ümumi nəzəriyyəsinə söykənməyən təd qiqat gerçəyi 

müəyyənləşdirməyə  imkan  verməyəcəkdir.  Öl kəmizdə  təd qi qat­

çılar  jurnalistikanın  sənətkarlığı,  keyfiyyəti  üzə rində  araşdır ma 

apararaq bütün diqqəti formaya yönəltmiş olurdular. Lakin televi­

ziya üçün forma mütləq deyil, dəyişkən dir. Onun məzmunu, onu 

doğuran  proseslərin  tədqiqatı  ümumi  televiziya  nəzəriyyəsinin 

platformasında aparıldıqda effektiv ola bilər. Sənətkarlıq məsələsi 

özünün  qeyri­müəyyən  izahı  ilə  deyil,  analizin  sahələrinə  görə 

diferensiallaşmalıdır.  Məhz  bu,  sənətkarlığın  təbiəti,  strukturu 

haq qında tam mənzərəni yaratmağa imkan verər. Sənətşünaslığın 

mövcud  ənənəsinə  söykənərək  elmi  işi  televiziyanın  poetikası  

­    forması,  dili,  semiotikası  əsasında  sənətkarlığın  ­  teleyayım­


9

da  iştirak  edən  əsas  yaradıcı  peşələrin  hər  birinin  sənətkarlıq 

mənzərəsini yaratmağa çalışmışıq, onun elmi­metodoloji əsaslarını 

poetik müşahidə və mövcud nəzəri araşdırmalar bazasında qur­

muşuq. İlk dəfə yaradıcı peşələrin dəqiq təsnifatını apararaq on­

ların sərhədlərini, imkanlarını və daşıdıqları sosial əhəmiyyətinə 

görə əsas tələbləri, yerinə yetirməli olduqları əsas vəzifələri təyin 

etməyə çalışmış, bütöv nəzəri mənzərəni qurmağa cəhd etmişik. 

Bütün nəzəri biliklər inkişaf etmiş və ziddiyyəti olmayan termi­

noloji aparatla ifa olunurlar. Televiziyaşünaslığın da nəzəri termi­

nologiyasının  dəqiq  müəyyən  olunması  həm  akademik,  həm  də 

əməli­tətbiqi xüsusiyyətə malikdir, buna ehtiyac vardır. Televiziya 

bütün  elmlər  və  ictimai  nəzarət  üçün  açıqdır,  eyni  zamanda,  öz 

təbiətinə görə dəyişkən, yeniləşəndir. Bu mənada onun terminolo­

giyası da yeni ifadələr, sözlərlə zənginləşir, müxtəlif elm sahələri 

bu proseslərə öz terminoloji aparatı ilə ad verir. Etiraf edilməlidir 

ki,  terminoloji  məsələlər  ölkəmizdə  öz  həllini  tapmayıb  və  bu 

sahədə  müəyyən  boşluqlar  mövcuddur.  Tədqiqatçı  alim  Qulu 

Məhərrəmli “Kino, teatr, televiziya terminləri lüğəti”ni təqdim etsə 

də,  bu  əsər  tamlıqla  vahid  terminoloji  aparatı  yaratmağa  imkan 

vermədi.  Müxtəlif  tədqiqatçılar  əcnəbi  dillərdə,  digər  elmlərdən 

götürdükləri terminlərin hesabına fikirlərini izah etməklə, əslində, 

bu sahədə qarışıqlıq yaratmış oldular. 

Biz elmi işimizdə televiziyaya, onun yaradıcı prosesinə aid ifa­

dələri,  adları  dəqiqləşdirməklə    terminoloji  aparatın  yaradılma­

sına  çalışmışıq.  Bu  işdə  indiyədək  ümumi  elmi  terminlər  fondu 

və yuxarıda adı çəkilən lüğətin ehtiyatından istifadə olunubdur. 

Həmçinin bu sahədəki mövcud beynəlxalq sənədlər, Azərbaycan 

Respublikasının  qanunvericiliyi,  Azərbaycan  Respublikası  Milli 

Televiziya  və  Radio  Şurasının  normativ  sənədləri  və  beynəlxalq 

sazişlər, terminlər terminoloji aparatın yaranmasında fəal iştirak 

ediblər.  Burada  fiziki­texniki  xüsusiyyətlər  və  peşəkar­məzmun 

tərəfləri  nəzərə  alınmaqla  dəqiq  ifadələr,  prosesi  izah  edəcək 

terminlər təqdim olunur. 

İnformasiya  vasitələrinin  şəbəkəsinin  miqyassız  genişlənməsi, 

kommunikasiyanın  texniki­texnoloji  gücünün  artması,  informa­

siya  vasitələrinin  həcminin  növlərinin  çoxalması,  sosial  və  şəxsi 

həyatın virtuallaşması, insanın gerçəkdən uzaqlaşaraq kommuni­

kasiya dünyasına qoşulması danılmaz gerçəklik kimi qəbul olun­

malı və bu prosesdə televiziyanın böyük rolu qeyd edilməli, onun 

elmi­nəzəri  bazasının,  təhlilinin  vacibliyi,  zərurəti  şərtsiz  kimi 

dəyərləndirilməlidir. Televiziyanın öyrənilməsində onun əsas qa­

nunlarının  formalaşdırılması,  dəqiqləşdirilməsi  və  məhz  bunun 

əsasında tədqiqat metodologiyasının qurulması vacib iş hesab olu­

nur. Bu mənada televiziyanın əsas qanunlarına nəzər yetirək:

 Birinci qanun kimi onun sənədli əsası, görüntülü olması, pred­

metliliyi  və  bu  reallığı  təcəssüm  etdirməsi,  sosial  aləmin  bütün 


10

sahələrini əhatə etməsi əsasında yaranan həyata bənzərlik qanu­

nudur. Məhz onun bu cəhəti dəqiq sxemlərin ortaya qoyulması­

na mane olmuş, çərçivələri müəyyən etməyə imkan verməmişdir. 

Lakin  təməl  prinsip  özü  əsas  yanaşma  kimi  qəbul  olunmalıdır. 

Çünki  televiziyanın  bütün  sonrakı  qanunları  məhz  onun  həyata 

bənzərliyindən doğur. 

İkinci  qanun  çoxcəhətlilik  hesab  olunmalıdır.  Onun  mövcud­

luq formaları, sosial vəzifələri icra, çoxçeşidli yaradıcı üsullardan 

istifadə etməsi çoxcəhətliliyini izah edir. 

Üçüncü  qanun  inkişaf  qanunudur.  İnkişaf  qanunu  televiziya­

nın  dialektik  potensialını  ifadə  edərək  həm  həyata  bənzərliyi, 

həm  də  çoxçeşidliliyi  törədir.  Cəmiyyətin,  texnikanın  inkişafını 

nəzərə almadan, yeni texnologiyalar, yeni yaradıcı axtarışlar tətbiq 

etmədən televiziya mövcud ola bilməz, həmçinin inkişafdan geri 

qalan, durğunluq yaşayan televiziyanın heç bir mənası, məzmunu 

ola bilməz. 

Televiziyanın dördüncü qanunu onu əhatə edən sosial mühitə 

uyğunluq  qanunudur.  İnkişaf  qanunu  ilə  uzlaşan  sosial  mühitə 

uyğunluq  qanunu  dəyişən  cəmiyyətin  ümumi  istəklərinə,  sosial 

sifarişə  uyğun  fəaliyyətini  tənzimləməni,  sosial  mühitdə  möv­

cud  prosesləri  təcəssüm  etdirməni,  bədii­estetik,  kulturoloji  ab­

havada  olan  yenilənməni  çatdırmağı,  uyğunlaşmağı,  televizi ya­

nın təbiətini əks etdirir. Televiziya verilmiş bu tarixdə yerin həyat 

tərzini, mədəniyyətini, milli ənənələrini təcəssüm etdirir və ondan 

doğulur. Lakin bu heç də “televiziya cəmiyyətin diktəsi ilə fəaliyyət 

göstərir, mühitin, şəraitin çərçivəsində yekunlaşır” demək deyil­

dir. Demokratik cəmiyyətdə kütləvi informasiya vasitəsinin rolu, 

onun azadlığı əsas təməldir. Burada dialektik metod üsulu ilə sosi­

umun diktəsinə qarşı çıxa biləcək gerçəyin tapılması kimi peşəkar 

fəaliyyətin meydana çıxması əsas tələb olaraq qarşıya qoyulur. 

Televiziyanın beşinci  qanunu yuxarıda göstərilən tənzimləməni 

təmin edən obyektivliyin və subyektivliyin uyğunlaşması qanunu­

dur. Ziddiyyətli əsasların vəhdəti və mübarizəsini əks etdirən bu 

qanun ictimai bilgilənmədə vasitə rolunun dəyərini, digər tərəfdən 

onun insani, fərdi­şəxsiyyətli ifadəsini təmin edir. Bu ziddiyyətli 

vəhdət onun mənəvi, intellektual mahiyyətini təşkil edir. Obyek­

tivlik  dedikdə  çoxməzmunlu  inteqrasiya  anlayışı,  subyektivlik 

dedikdə şəxsiyyətin mövcudluğunun dəqiq, doğru təsvirinə təsiri 

nəzərdə tutulur. 

Mənəvi­praktik  təbiət  qanunu  televiziyanın  altıncı  qanunu­

dur.  Özündə  ideyalar,  emosiyalar,  biliklər  birləşdirən  televiziya 

həm  də  əməllər,  fəaliyyət,  davranış  aləminə  də  müdaxilə  edir, 

maarifçiliklə, mənəvi tərbiyə ilə məşğul olmaqla bərabər, təşkilati 

fəaliyyətə  də  yönəlir.  Televiziya  cəmiyyətdə  özünün  mənəvi  is­

tehsalını material şəklinə salaraq təqdim edir. Bu, teleyayımın əsl 

mahiyyəti, başlıca fəaliyyət prinsipidir. 


11

Televiziyanın  qanunları  onun  nəzəri  əsaslarını  və  təhlil  meto­

dologiyasını biçimləndirməyə kömək etməklə əsas istiqamətlərin 

müəyyən  olunmasına  da  imkan  yaradacaqdır.  Elmi  araşdırma­

nın yeniliyi, onun fundamentallığı məhz bu qanunlara söykənən 

dəqiq  elmi  yanaşmadadır.  İndiyədək  mövcud  olmuş  sistemsiz 

təhlilin  əvəzinə  televiziyanın  mahiyyətinə,  qanunauyğunluqları­

na  və  müxtəlif  elmi  araşdırmaların  qovuşuğunda  sistemli  təhlili 

verən elmi araşdırma aktual, sənətşünaslıqda, televiziyaşünaslıq­

da yeni yanaşmadır. 

Televiziyanın bütöv bir anlamda çözülməsi, onun tərkib his sə­

lərinin  ayrıca  öyrənilməsi  deyil,  yaradıcı­sosial­ictimai  ma hiy­

yətinin,  axtarışlarının  ümumi  şəkildə  çözülməsi  sənətşünaslığın 

qarşısında  duran  və  öz  elmi  həllini  tapmayan  başlıca  vəzifə  idi. 

Te leviziyanın əlçatarlığı, hər kəsin onun haqqında rəy bildirməsi, 

ictimai nəzarət mövcud olsa da, bütün bunlara aydınlıq gətirəcək 

təhlilin meydana çıxması üçün model, təhlil metodologiyası möv­

cud deyildi. Azərbaycanda 1956­cı ilin 14 fevralından yayımlanan 

televiziya artıq XXI əsrdə hər bir azərbaycanlının məişətində, ic­

timai  həyatında,  mədəniyyətdə  mühüm  yer  tutur.  Ümummilli 

regional və kabel televiziyalarının pərvəriş tapdığı dönəmdə on­

ların fəaliyyətini tənzimləmək üçün mükəmməl elmi təhlil, araş­

dırma sənətşünaslığın vacib, mühüm vəzifəsidir. Etiraf etməliyik 

ki, Azərbaycan sənətşünaslığında bu mövzu çox az təhlil olunub, 

televiziyanın nəzəri əsasları, demək olar ki, diqqətdən kənarda qa­

lıb. Bu baxımdan televiziyanın təhlil metodologiyasını yaratmaq, 

onun  mükəmməl  formasını,  sxemini  tərtib  edərək  mənbələrə, 

araşdırmalara söykənmiş halda təqdim etmək, müxtəlif tərəflərini 

vahid  təhlilə  cəlb  edərək  mükəmməl  modeli  təklif  etmək  elmi 

tədqiqatın  başlıca  məqsədidir.  Televiziyanın  bədii­kulturoloji, 

estetik mahiyyəti ilə bərabər sosial, ictimai fəaliyyətini, məhz bu 

elmlərin metodologiyasının iştirakı ilə televiziyaşünaslığın meto­

dologiyasının  prizması  ilə  çözülməsi  üçün  zəmin  yaratmaq,  bu 

təhlili aparmaq da elmi işin əsas məqsədlərindəndir. 

Elmi araşdırmada, televiziyanın insan şüuruna, onun davranışı­

na, sosial həyata təsiri, bədii­estetik görüşlərin formalaşdırılması 

işində fəaliyyəti, təsir mexanizmləri, manipulyasiya gücü, yaradıcı 

yanaşma, yozum, təfsir, dramaturji janr, forma problemləri kimi 

olduqca  mühüm  mövzular  aktual,  həllini  gözləyən  olduğundan 

onu araşdırmaq, müəyyən bir sistem əsasında təhlil etmək, ölkə 

televiziyalarının misalında müqayisəli analizi təqdim etmək, yayı­

mın təşkili və yaradıcı işin elmi təhlilini vermək qarşıya qoyulub. 

İndiyədək dünyanın bir çox aparıcı elmi müəssisələrində televizi­

ya yaradıcılığı prosesini, onun sosial, ictimai, bədii məziyyətlərini, 

ümumi mənzərəsini çözən sənətşünas, kulturoloq, sosioloq və fi­

losoflar  yayım  işinin  bədii­estetik  təzahürlərini,  televiziyanın  in­

kişaf mərhələlərini, ictimai­sosial, fəlsəfi və mədəni əhəmiyyətini 


12

mükəmməl elmi tədqiqata cəlb edərək nəzəri əsasların, təhlil mo­

delinin  hazırlanması  üçün  zəngin  ola  biləcək  fundamental  işlər 

görmüşlər. Lakin ölkə sənətşünaslığında televiziya ən az araşdı­

rılan mövzu olmuşdur. Televiziyaya sənət növü olaraq yanaşma, 

tədqiq olunaraq bitkin model, üzvi orqanizm kimi baxmaq ənənəsi 

olmamış, ayrı­ayrı sahələrin və ya yayım vahidlərinin elmi­nəzəri 

təhlilini vermək, qiymətləndirmək hallarına rast gəlinmişdir. 

Azərbaycanda  bir  sıra  alimlər  televiziyanın  bu  və  ya  digər 

problemlərini çözmüş, tutarlı elmi işlər meydana qoymuşlar. Bu 

baxımdan Elşad Quliyevin “Televiziya iki əsrin ayrıcında”, “Tele­

viziya: nəzəriyyə, inkişaf meyilləri” kitabları, Qulu Məhərrəmlinin, 

Zeynal Məmmədlinin, Aydın Dadaşovun, Cahangir Məmmədlinin 

dəyərli  araşdırmaları,  həm  nəzəri,  həm  də  praktik  əhəmiyyəti 

olan  kitabları  ölkəmizdə  televiziya  yayımının  mənzərəsini,  axta­

rışları,  yaradıcı  siyasəti,  peşəkarlıq  problemlərini  nəzərdən  ke­

çirməyə imkan vermişdir. Bu tədqiqatların əksəriyyətində filoloji 

yanaşma,  jurnalistikanın  baxış  bucağı  ilə  baxmaq  tendensiyala­

rı açıq görünür. Qulu Məhərrəmli və Zeynal Məmmədli öz elmi 

fəaliyyətlərində  televiziya  jurnalistikasının  problemlərini,  onu 

yaradıcı  tərəflərini,  ədəbi  materialın  təzahür  formatını  tədqiq 

etmişdirlər.  Cahangir  Məmmədlinin  “Jurnalistikaya  giriş”  kita­

bında həmçinin telejurnalistikanın yaradıcı istiqamətləri öz əksini 

tapmışdır. Lakin bütün bu müəlliflərin elmi fəaliyyətinə, araşdır­

malarına yüksək önəm verərək, onların zəhmətini dəyərləndirərək 

deməliyik ki, bu işlərin heç biri televiziyaya tam, bütöv baxışı for­

malaşdırmır. Adı çəkilən araşdırmalar fraqmental görünür, hansı­

sa tərkib elementinin təhlili ilə kifayətlənir. Bu da təbii və doğru­

dur. Çünki televiziyanın bütöv yaradıcı mənzərəsini, axtarışlarını 

çözmək  sənətşünaslığın  problemidir.  Jurnalistika,  dramaturgiya 

burada vacib komponent kimi çıxış etsə də, hələ televiziyanın özü 

deyil. Televiziya nədir, necə olmalıdır, onun verilişləri, yayımı necə 

təhlil  olunmalıdır,  təhlilin  istiqamətləri,  modeli  kimi  məsələlər 

sənətşünaslıqda  öz  elmi  həllini  tapmamışdır.  Məhz  bu  modelin 

mövcud olmaması sənətşünasları çətinə salaraq televiziya təhlilini 

diqqətdə  saxlamağa  imkan  verməmişdir.  Mətbuat  səhifələrində 

təhlil xarakterli yazılar, araşdırmalar mövcud olsa da, bu daha çox 

resenziya formasında olmuş, fundamental təhlil kimi yox, seyrçi 

baxışının təzahürü kimi görünmüşdür. 

Televiziya və onun təsir etdiyi elmi sahələrə aid indiyədək çap 

olunmuş  kitabları  toplamaqla  istər  Rusiya,  Türkiyə,  istər sə  də 

ABŞ, Böyük Britaniya, Belçika, Fransa, Finlandiya, İtaliya və başqa 

ölkələrin teleyayım təcrübəsi toplanaraq, bu ba rə də yazılmış elmi 

məqalələr,  elmi  araşdırmalar,  hazırda  xarici  öl kə lərdə  yayımla­

nan kanalların fəaliyyəti izlənməklə, dünya təc rübəsi öyrənilərək 

yerli yayımçıların fəaliyyəti ilə müqayisəli şəkildə paralellər apa­

rılıb.  Həmçinin  ölkədə  yayımlanan  kanalların  müxtəlif  mövzulu 


13

verilişləri toplanaraq tədqiqat vaxtı praktik baxımdan nəzərə çar­

pan məsələlərin çözülməsində yardımçı vasitə kimi istifadə edilib. 

Azərbaycan televiziyasının tarixi, onun yaradıcılıq axtarışları nın 

mükəmməl qələmə alınmaması, indiyədək bu sahənin bütünlük­

lə nəzərdən qaçırılması ucbatından tədqiqat vaxtı bu istiqamətdə 

işlər  apararaq  şəxsi  arxivlərdən,  videomateriallardan  istifadə 

edərək  inkişaf  meyillərinin  müəyyən  olunması  yolu  ilə  dolğun 

məlumatların yaradılmasına çalışılıb. 

“Televiziya  funksiyaları  Azərbaycan  teleməkanında”  disserta­

siyası  və  “Azərbaycan  televiziyası”  monoqrafiyasında  biz  tele­

viziyanın  nəzəri  problemlərinə  toxunmuş,  ölkə  telekanallarının 

verilişləri  və  bu  sahədə  aparılan  tədqiqatların  sistemli  analizini 

verməklə ictimai funksiyaların təcəssümü istiqamətində konstruk­

tiv həllin tiplərinin təsnifatını yaradaraq ilk dəfə təqdim etmişdik. 

Bu  elmi  işimizdə  adı  çəkilən  tədqiqatı  daha  da  dərinləşdirərək, 

təhlili  genişləndirərək  televiziya  təhlilinin  metodoloji  əsaslarını, 

təhlil  tipini,  xüsusiyyətlərini  yaratmağa  çalışmış,  məhz  bu 

kontekstdən analiz verməyə cəhd edərək təhlil metodologiyasının 

nəzəri əsaslarının yaranması problemini həll etmişik. Televiziya­

nın mahiyyəti, cə miyyətə təsiri, teleyayım quruluşu, onun forma­

ları,  analiz  me xa nizmləri,  iştirak  edən  komponentlərin  əsasları, 

nəzəri  tərəfləri  ta pılaraq  meydana  çıxarılmış,  teleyayım  işinin 

keyfiyyətinin ar tı rıl ması, yaradıcı işin daha da mükəmməlləşməsi 

üçün olan ma neələrin aradan qaldırılması yolları göstərilmişdir.     

  Kitabda  televiziyanın  fə aliyyəti,  onun  təsirini  və  yerini  araş­

dıran bir çox alimlərin elmi işi, bu sahədə çıxan araşdırmalar və  

məqalələr  toplanmış,  onların  bazası  əsasında  analiz  aparılaraq 

bütöv  bir  konstruksiyanın,  modelin  yaradılmasına  çalışılmışdır. 

Tədqiqat zamanı əldə olunan elmi biliklərin, analiz zamanı üzə çı­

xan nəticələrin əsasında mövcud problemlərin əsl səbəbləri tapıl­

mış, onların aradan qaldırılması yolları göstərilmişdir. 

Zəngin arxiv və videomaterialların, ölkə və xarici televiziyaları­

nın monitorinqi, müxtəlif sosioloji sorğuların, reytinq hesablama­

larının, araşdırmaların nəticələri üzərində ilk dəfə kontent­analiz 

apararaq bu nəticələri tam yeni elmi mənzərədə təqdim etmişik. 

Yayımda iştirak edən bütün vahidlərin (veriliş, şou, film, serial və 

s.) məzmunu, ideya­forma özəlliyi, tamaşaçı şüuruna təsiri, mani­

pulyativ cəhətləri, bədii yaradıcılıq aspektləri, onların təhlil qay­

daları  əldə  olunan  materialların  təhlili  ilə  aşkarlanır.  Tədqiqatın 

əlavə elmi yeniliyi televiziyanın təkcə kütləvi informasiya vasitəsi 

kimi deyil, həm də incəsənət növü olaraq təqdim olunması, onun 

bədii yaradıcı bucaq baxışı ilə təhlil edilərək sənət meyarlarının ilk 

dəfə müəyyən edilməsindədir.

Elmi  işin  növbəti  yeniliyi:  indiyədək  televiziya  proses  olaraq 

sənət şü naslığın tərkib komponenti kimi tədqiq olunmadığından, 

təh lilin  metodoloji  əsasları  yaradılmadığından  ona  elmi­nəzəri 


14

və təcrübi işlər əsasında gəlinmiş qənaətlərlə yanaşmada, yayım 

işinin qurulmasından bu günədək meydana gələn bir sıra önəmli 

yaradıcı­estetik problemlərin, sənətşünaslığın bilavasitə predmeti 

olan sahələrin inkişaf meyillərinin, ictimai­mədəni prosesdə, siya­

si dəyişmələr müstəvisində televiziyanın oynamalı olduğu dürüst 

rol və gerçək durum araşdırılaraq  tədqiqata cəlb olunmuşdur. 

İlk  dəfə  televiziyanın  təhlil  metodologiyası,  nəzəriyyəsi  araş­

dırılmış,  təhlilin  bədii  və  yaradıcı  prinsiplər,  ictimai  funksiya­

lar,  sosial  və  kulturoloji  əsaslarının  dəqiq  təsnifatı  verilmiş,  bu 

təsnifat  Azərbaycan  teleməkanı  üçün  tətbiq  olunaraq  araşdır­

ma  aparılmış,  yayım  növlərinin  və  vahidlərinin  ideya­məzmun 

yükü  əsas  götürülərək  janr,  tip  və  növlərinə  görə  elmi  işdə  sis­

temləşdirilmişdir.  Yayım  vahidlərinin  funksiyasına,  ictimai  əhə­

miyyətinə,  bədii­estetik  mahiyyətinə  görə  təhlilin  prinsipləri  iş­

lənmiş,  ona  sənət  növü  kimi  baxılaraq  müxtəlif  elm  sahələrinin 

təh lil  prinsipi  ilə  silahlanmış  fəaliyyət  sisteminin  işlənib  hazır­

lanmasına  nail  olunmuş,  gələcəkdə  konkret  tip,  janr  və  qrupla­

rın  nəzəri  araşdırmaya  cəlb  olunması  üçün  elmi­nəzəri  baza  bi­

çimlənmişdir. 

Elmi işdə ilk dəfə Azərbaycan televiziyalarının yaradıcı prosesi 

təhlil obyekti kimi götürülərək dövlət, ictimai və kommersiya ka­

nallarının qarşılıqlı müqayisədə müxtəlif məzmunlu verilişlərinin 

təhlilini  verməklə  sistemli  təhlilə  nail  olunmuş,  önə  çıxan  prob­

lemlərin çözülmə yolları təklif olunmuşdur. 

İlk  dəfə  olaraq  televiziyanın  ictimai  şüura  təsir  yolları  və  me­

xanizmlərini  müəyyən edərək onun verilişlərdə iştirakı, həmçinin 

psixoloji  təsiri,  rekreativ  fəaliyyəti,  reytinq  göstəriciləri,  ekran 

yaradıcılığı və ifadə vasitələri, bədii ifadə vasitələrinin təhlil me­

todologiyası,  verilişlərin  yaradıcı  meyarları,  aparıcıların  sə nət­

karlıq göstəricilərinin təhlil mexanizmləri çözülmüş, televiziyaya 

mədəni­ictimai  proses  kimi  yanaşılaraq,  onun  daşımalı  olduğu 

sosial  və  estetik  vəzifələrin  icraolunma  mənzərəsi  təhlil,  analiz, 

aparılan  sorğular  və  reytinqlər  nəticəsində  işlənib  hazırlanmış­

dır.  Ye ni  dönəmdə  televiziyanın  yaratdığı  problemləri,  mədəni 

irsə, də  yərlərə münasibəti əsas götürülərək, onun özünün ya rat­

dığı  yeni  mədəniyyətin  başlıca  meyarları,  bu  mərhələdə  üzə  çı­

xan gözlənilməz durumları çözülərək, prosesin kulturoloji təhlili 

verilməklə mövcud problemlərin həlli yollarının göstərilməsi elmi 

işin yeniliyi və əhəmiyyətidir.

İlk  dəfə  Azərbaycan  telekanallarının  praktiki,  maddi­texniki, 

bədii durumları əsasında texniki­iqtisadi, yaradıcı­estetik, ictimai 

tələbləri sistemli şəkildə analiz olunmuşdur. 

 


15

Mediatənqid və onun tərkib hissəsi olan 

televiziya  tənqidi  TV­nin  sosial­mədəni 

funksiyası  prosesini,  aktual  hadisələrin 

qiy mətləndirilməsi  və  analiz,  təhlil  üzə­

rin də  qurulmaqla  onun  yaradıcı  simala­

rının  fəaliyyətini,  axtarışlarını,  veriliş, 

proq  ramların  yaradıcı  mənzərəsini,  mə­

dəni  əhəmiyyətini,  kütləvi  kommunika­

si ya  prosesində,  kulturoloji  aspektdə  tut­

duğu  yeri  dəqiq  müəyyənləşdirməyə, 

bu   nunla  da  teleyayımçıların  və  yaradı­

cıların  fəaliyyətini  yönləndirməyə,  istiqa­

mətləndirməyə xidmət edən kütləvi kom­

munikasiya,  jurnalistika,  sənətşünaslığın 

ta rixi və nəzəriyyəsi üzərində qurulan xü­

susi  bir  sahədir.  Çox  istiqamətli  fə a liyyət 

televiziyanın təbiətindən irəli gə lən, onun 

kollektiv  sənət  olması,  bir  ne çə  funksiya­

nı  eyni  vaxtda  yerinə  yetirməsi  ilə  bağlı­

dır.  Televiziyaşünaslığın  təhlil  predmeti 

te  leyayımın  təşkili,  proqramlaşdırılma  sı, 

teleməhsulun yaradıcı­kulturoloji əhə miy ­

yəti,  dəyəri,  seyrçiyə  təsir  imkanla rı,  iq­

tisadi­marketinq əhəmiyyəti, reytin  qi dir. 

Televiziyaşünaslıq  sənətşünaslığın,  ek   ­

ranşünaslığın  bir  istiqaməti  olmaqla  öz 

əha  təsinə fəlsəfə, psixologiya, estetika, kul­

tu rologiya, sosiologiyanı daxil edir. Televi­

ziyanın  kütləviliyi,  informasiya  vasitə­

si  olması  onun  təhlilində  sosial­ictimai 

elm lərin  qənaətlərinin,  araşdırmalarının 

nəzərə  alın masını  tələb  edir.  Əks  halda 

Təhlil 


metodologiyası 

və televiziya 

nəzəriyyəsi


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin