TİBB BACISI İXTİSASI ÜZRƏ NÜMUNƏVİ TEST SUALLARI
Bölmə I
Göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi deyil?
Növbə talonu yazmaq
Xəstəlik tarixində gündəlik yazmaq
Xəstənin başqa həkimin müayinəsinə göndərilməsi ilə əlaqədar bütün yazı işlərini görmək
Həkim xəstəni qəbul edənə qədər lazım olan alətləri hazırlamaq
Həmin gün qəbul ediləcək xəstələrin xəstəlik tarixlərini ayırmaq
Poliklinikada xəstəlik tarixində gündəlik yazmaq həkimin səlahiyyətinə aiddir, sadalanan digər vəzifələr isə poliklinika tibb bacısınin vəzifəsidir.
Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 88, Bakı 2008.
Mədə qanaxmasında həkiməqədər yardıma nə daxildir?
Spazmolitik preparatlar, buz qovuğunun tətbiqi
Mədənin yuyulması, buz qovuğunun tətbiqi
Qansaxlayıcı preparatlar, buz qovuğunun tətbiqi
Aclıq və buz qovuğunun tətbiqi
Aclıq və qansaxlayıcı preparatların tətbiqi.
Mədə qanaxması zamanı həkim gələnə qədər xəstəyə ilk yardım göstərmək üçün onu uzandırıb mədə nahiyəsinə buz qovuğu qoyulur, su və qida qəbulu qadağan edilir, qansaxlayıcı preparatlar həkim gəldikdən sonra, onun təyinatına əsasən vurulur. Buz qovuğunun təsirindən damarlar daralır və qanaxma zəifləyir.
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev.Xəstələrə qulluq. Səh.188 “Təhsil” Bakı 1998
Dostları ilə paylaş: |