Topologiyalar komputer şəbəkələri



Yüklə 1,17 Mb.
tarix19.05.2022
ölçüsü1,17 Mb.
#58590
şəbəkə

TOPOLOGIYALAR

Komputer şəbəkələri

Tələbə: Rəsulov Yaqub

  • Tələbə: Rəsulov Yaqub
  •  Fakültə:İTİF
  •  İxtisas: Komputer elmləri 
  •  Qrup: 605.20
  •  Müəllimə: Həsənzadə İradə

Komputer şəbəkəsi və növləri

Komputer şəbəkələri - Verilənlərin ötürülmə vasitələri ilə öz aralarında birləşmiş komputerlər toplusudur.Şəbəkələr təsnifatına görə iki hissəyə bölünür : 

Lokal(LAN) və Qlobal(WAN) 

  • Qlobal şəbəkələr (Wide Area Networks, WAN) — Ərazi kompüter şəbəkələri də adlandırırlar. Onlar region,dövlətlər, kontinent və ya bütün Yer kürəsində yayılmış çoxlu sayda abonentlərə xidmət etmək üçün yaradılıb.
  • Lokal kompüter şəbəkələri yaxud LAN (Local Area Network) — eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir

Lokal kompüter şəbəkələri yaxud LAN

  •  Local Area Network
  •  Bu şəbəkələrdə kompüterlərarası məsafə adətən 1–2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif topologiya (struktur) üzrə qurulur.

Topologiyaların növləri


1 Şin topologiyası
2 Halqavari topologiya
3 Ulduzvari topologiyalı lokal şəbəkələr
4 Digər topologiyalar

Şin topologiyası

  • Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir.

İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır. Əgər şin boşdursa

İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır. Əgər şin boşdursa

kompüter paketləri şinlə ötürür. Paket aşağıdakı hissələrdən ibarətdir:

  • informasiyanın ünvanlandığı kompüterin ünvanı;
  • informasiyanı göndərən kompüterin ünvanı;
  • göndərilən informasiya;
  • xidməti sahələr.

 əsas üstünlükləri

  • Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;
  • Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır;
  • Şəbəkə kartları (adapterləri) ucuzdur;

Halqavari topologiya

  • Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompüter(işçi stansiya) bir-biri ilə halqavari şəkildə, yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s., sonuncu kompüter isə birinci kompüterlə birləşdirilir. Nəticədə halqavari topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat əqrəbi istiqamətində) bir kompüterdən qonşu kompüterə ötürülmək şərti ilə lazımi ünvana (kompüterə) çatdırılır

Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompüter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompüterin, digər kompüterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompüterə göndərir. 

  • Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompüter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompüterin, digər kompüterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompüterə göndərir. 

Əsas üstünlükləri :

Əsas üstünlükləri :


Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır;
Hər bir kompüterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir.

Çatışmayan cəhətləri :

  • Hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompüterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;
  • Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;

Ulduzvari topologiyalı

  • Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir.
  • Mərkəzi qovşaq kimi hub, kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər.

  • Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompüterlərarası mübadilənin sadə olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olmasıdır.

Digər topologiyalar

  • Bu topologiya digər topologiyaların birləşməsindən təşkil olunur. Yəni burada həm şin, həm halqavari, həm də ulduzvari topologiyalar iştirak edə bilər 

Diqqətiniz üçün təşəkkürlər!


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin